Press "Enter" to skip to content

Tənzimlənən qiymət

Qanun layihəsinə əsasən, elektroenergetika sektorunda tənzimlənən qiymət va tariflər tənzimləyici tərəfindən müəyyən edilir. Elektroenergetika sektorunda tənzimlənən qiymət va tariflər aşağıdakılardır:

Tənzimlənən qiymət

Elektroenergetika sektorunda qiymətlərlə (tariflər) bağlı yeni qaydalar müəyyən edilir.

“Unikal” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, elektroenergetika sektorunda tənzimlənən qiymət va tariflər tənzimləyici tərəfindən müəyyən edilir. Elektroenergetika sektorunda tənzimlənən qiymət va tariflər aşağıdakılardır:

– elektrik enerjisinin ötürüIməsi tarifləri; –

– elektrik enerjisinin paylanması tarifləri;

– bazar operatorunun xidmətlərinin tarifləri;

– ötürücü va paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri;

– sərbəst olmayan istehlakçılara, habelə bu Qanunun 19.8-ci maddəsində nəzərdə tutulan sərbəst istehlakçılara salahiyyətli tachizatçı tərəfindan elektrik enerjisinin tachizatı tarifləri.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Anar Kəlbiyev

Tənzimlənən qiymət

Azərbaycanda qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların siyahısına yenidən baxılmasına zərurət yaranacaq.

Ölkə.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan dərman vasitələrinin 95 faizini xaricdən alır:

“Onlar xaricdən dollarla alınır. Dolların da manata nisbəti dəyişdiyinə görə həmin dərmanların qiymətləri dəyişəcək. Buna görə də ya Tarif Şurası dollar-manat nisbətinə uyğun indeksasiya tətbiq etməklə qiymətlərə yenidən baxmalıdır, ya da qiymətlər sərbəst buraxılmalıdır. Çünki sahibkar onu bu qiymətə gətirə bilməyəcək”.

M.Quliyev hesab edir ki, dərmanların qiymətləri sərbəst şəkildə müəyyənləşdirilərsə, onda yalnız həyatı vacib dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənməlidir.

Deputatın fikrincə, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların qiymətlərinin hansı səviyyədə arta bilməsi dərmanların hansı ölkədən və dolların hansı məzənnəsi ilə alınmasından asılıdır.

M.Quliyev deyib ki, ölkədə səhiyyə xidmətlərinin bahalaşması gözlənilə bilər: “Amma bu, indi deyil, bir müddət sonra baş verə bilər. Manatın dollar və avroya nisbətən məzənnəsinin dəyişməsi səhiyyə xidmətlərinin artması üçün əsas səbəb deyil. Müəyyən xidmətlərin, xəstəxanaların aldıqları avadanlıqların və materialların qiymətlərinin artması səhiyyə xidmətlərinin qiymətlərinə də təsir edəcək”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Ölkə.Az

Comments are closed, but trackbacks and pingbacks are open.