Tufan kimi doğulan, şeirləri ilə odpüskürən şair. Tofiq Bayram xatirəsinin işığında
Ömür yollarının sonu olmasın.
Tofiq Bayram
Bu gün (16 dekabr 1934) onun ad günüdür. Görkəmli şair və tərcüməçi Tofiq Bayramı hörmətlə anır və yaradıcılığından nümunələr təqdim edirik. Ruhu şad olsun. Amin. Amen:
Ana təbəssümü
Baxıram şəklinə hörmətlə bu an,
Ana təbəssümü dodağındadır.
Dünənki Volodya, qıvrımsaç oğlan,–
Bu günün Lenini qucağındadır.
Necə də sığınmış ana qoynuna!
Çatıb qaşlarını xəyala gedir…
Doğrusu maraqla baxıram ona:
Bu uşaq Leninmi, o rəhbərmidir?
Sən ona nur verdin ana gözündən,
Bilmədin günəş tək ucalacaqdır.
Zülmətlər içində kor olan Vətən
Onun gözlərindən nur alacaqdır.
Dil açıb o, ana dedi bir səhər,
Qəlbində dil açdı min arzu, istək.
Bilmədin, hər dildə bütün körpələr
İlk dəfə dil açıb Lenin deyəcək.
Sənin layla səsin axdı otağa,
Nəğməsi dodaqdan-dodağa axdı;
O, sənin əlinlə qalxdı ayağa,
Əliylə millətlər ayağa qalxdı.
Ona oğul deyib öyündüyün tək,
Bəşər ata deyib öyünür bu gün.
Ana ürəyində döyünən ürək
Milyon ürəklərdə döyünür bu gün.
İllər ömrümüzdən keçib aşdıqca,
Bizimlə yaşayır, birgə qurur o,
Doğulduğu tarix uzaqlaşdıqca
Gələcək tarixə yaxın durur o.
Ey müqəddəs qadın, mehriban insan,
Bu eşqin əbədi bir dastan oldu.
Ana qucağına bir zaman sığan,
Cahana sığmayan bir cahan oldu.
Uşaq və dəniz
Gün çıxır, od tutub yanır üfüqlər,
Dəniz də qızınır onun odunda.
Qızıl balıq kimi qızıl şəfəqlər
Üzür ləpələrin göy qanadında.
Qızarmış uşağın gül yanaqları,
Bu gözəl səhnədən o, göz çəkməyir.
İstəyir yerisin sulara sarı,
Ləpə iməkləyir, o iməkləyir.
Xurmayı saçını dağıdır külək,
Qəlbinin inadı oxunur üzdən.
Bir istək aparır, onu bir istək–
Qızıl şəfəqləri alsın dənizdən.
Güclənir, hay salır bu an ləpələr,
Qoparmaq istəyir o, duran yeri.
Sahilə pələng tək cuman ləpələr
Sahildən quzutək qayıdır geri.
Yenə göy sulara al şəfəq düşür,
Yüyürüb gəl deyir, o, yenə gəlmir.
Əl atır, ovcundan çıxıb sürüşür,
Bu necə balıqdır əlinə gəlmir?
Gözündə qorxudan görünmür bir iz,
Qalxır ləpələri qaldırsın deyə.
Köksündə gəmilər oynadan dəniz
Oyuncaq görünür indi körpəyə.
Qoca daşyonan
Gedir kənd yoluyla o, asta-asta,
Gözümdə dağ kimi ucalıb gedir.
Güclü qayalara güc gələn usta
Zəif çəliyindən güc alıb gedir.
Təntiyib o, nəfəs alır dərindən,
Əsən meh qəlbinə sərinlik yayır.
Alnında görünən çapıq yerindən
Gümüş saqqalına tər damcılayır.
Neçə ev hörübdür sal qayalardan,
Onları seyr edir, o, bir-bir indi.
Gözü nurdan düşüb, əli tutardan
Çəliyə söykənib yeriyir indi.
Ürəyi köyrəlir hər addım başı,
Qanadsız quş kimi uçmaq istəyir.
Bir zaman çəkiclə yonduğu daşı
Titrək əlləriylə qucmaq istəyir.
Düşünür getdikcə bu saçları qar,
Ürək təngiməsin, əl yorulmasın.
O gəzər dünyanı, təki bu yollar
Ömür yollarının sonu olmasın.
Yaşamaq istəyir qoca daşyonan,
Yaşamaq eşqini o, əzəl deyir.
Amma çəlik yeri səsləyən zaman
Yer onu səsləyir, ona gəl deyir.
Demir ki, bir heykəl qoyulsun ona
Qalalar fəth edən qəhrəman kimi.
Hər uçulmaz divar, yıxılmaz bina
Onunçün ən böyük heykəl deyilmi?
Müəllif: Tofiq Bayram
Allah qəni-qəni rəhmət eləsin. Ruhuna fatihə.
USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Поделиться ссылкой:
Bunu bəyən:
Bəyən Yüklənir.
Oxşar
Published by Yazarlar.Az
Bir cavab yazın Cavabı ləğv et
SİZİN ÜÇÜN FAYDALI KEÇİDLƏR
KİTABLAR>> BİTİK.AZ
Oxuyur: Orxan Yusifcanlı
Zaur Ustacın “45” adlı seçmə şeirlər kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.
Təhsil Nazirliyi tərəfindən metodiki vəsaitə daxil olunmuş şeirlər – məktəbəhazırlıq qrupları üçün – Zaur Ustacın “Güllünün Şeirləri” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.
Moskva Kremlini tikən məşhur şamaxılı memar Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvanı haqqında Zaur Ustacın “Əliş və Anna” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.
Zaur Ustacın “QƏDİMLİYƏ BÜRÜNMÜŞ YENİLİK” adlı seçmə şeirlər kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.
DİQQƏT
Hörmətli valideynlər və abituriyentlər!
Vaxt azalır!
Təbriz Tədris Mərkəzi mövcud şəraitlə əlaqədar olaraq dərslərin keyfiyyətini optimallaşdırmaq məqsədilə:
İyun ayının 1-indən etibarən gücləndirilmiş və sürətli təkrar dərs proqramı ilə abituriyent qəbulunu elan edir!
Dərslər canlı və fərdi şəkildə 1 saat müddətində keçiləcək!
Dərslər hər gün ardıcıl olaraq təşkil olunacaq!
Mövzu ətrafında uyğun yarpaq testlər və sınaq tapşırıqları yerinə yetiriləcək!
Dərslər peşəkar müəllim kollektivi tərəfindən keçirilir!
Övladlarınızın nəticələrinin yaxşılaşdırılmasını istəyirsinizsə, Sizi TTM-də gözləyirik!
ELAN YERLƏŞDİRMƏK İSTƏYƏNLƏR ÜÇÜN :
Əlaqə: 070-390-39-93
Zaur USTAC
Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir.
ZAUR USTAC HAQQINDA PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:
Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti…)
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.
Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.
Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…
Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…
Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.
Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!
Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.
Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.
Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!
Tofiq bayram haqqında keçiriln tdbirlr haqqında
Ana Səhifə Cəmiyyət Tufan kimi doğulan, şeirləri ilə odpüskürən şair… – Tofiq Bayram xatirəsinin işığında
!Reklam – Arxiv
Yeni Çağ Media Qrupu – Aprel 19, 2021 – 10:08
!Reklam – Yazi
Bu gün Azərbaycanın böyük şairlərindən olan Tofiq Bayramın doğum günüdür. Onu tanıyanlar “gözəl insan, yaxşı oğul, istedadlı şair, səlis tərcüməçi” kimi dəyərləndirirlər. Amma bütün bunların fövqündə duran daha bir amil vardı: Tofiq Bayram əsl azərbaycanlı, iliyinə qədər türk oğlu türk idi.
Bu böyük şair 1934-cü il dekabrın 16-da Bakının Əmircan kəndində doğulmuşdu. “Kommunist beynəlmiləlçiliyi”nin (əslində rus şovinizminin) hökm sürdüyü, rus dilinin və rusdillilərin at oynatdığı, rus dilinin nəinki rəsmi və elm-tədris dilinə, hətta ümumişlək bir dilə çevrildiyi, bu dili bilməyənlərin “geridəqalmış”, “şəhər mühitinə yad”, “kənar, ikincidərəcəli şəxs” kimi qəbul olunduğu, rusdilli olmağın az qala ziyalı olmağa bərabər tutulduğu bir mühitdə göz açıb, böyüməklə bərabər bu mühitin təsirinə düşmədən milli hisslərə sahib olmaq, millətçi bir şair kimi yetişmək yəqin ki, nadir, qeyri-adi bir hadisədir. Bunun üçün insanda nə qədər anadangəlmə bir böyüklük, fəhm, iradə gərəkdir. Bunun üçün Tofiq Bayram valideynlərinə borclu idi. Çünki mayası Vətənə sevgidən, məhəbbətdən yoğrulmuşdu. xxx Tofiq Bayram haqqında kitablar dərc olunub, verilişlər çəkilib. Amma xatirələr yenə bitmir, tükənmir. Onu tanıyanların hər birinin yaddaşında işıqlı bir çöhrədir Tofiq Bayram… Biz də bu İŞIĞIN ziyasının şahidi olan insanlara üz tutub, onların ən həzin xatirələrini dinlədik. Flora Xəlilzadə – yazıçı-publisist – Tofiq Bayram haqqında saatlarla danışa bilərəm. O böyük şair barədə nə qədər yazsan, nə qədər danışsan yenə azdır. Tofiq Bayram tufan kimi doğulmuşdu, şeirləri ilə od püskürürdü. O, sovet dövründə millətçi və vətənpərvər ruhda ən güclü şeirləri yazmış şairlər sırasındadır. Bakılılara xas xüsusiyyəti onun şeirlərinin mayasında idi. Sözünü birbaşa deyər, “baltanı kökündən vurardı”. Tofiq Bayram kürsüyə çıxanda salonu alqışlar bürüyürdü. Onun oxuduğu şeirlər həm özünü yandırırdı, həm özgəsini. Şeiri pafosla deyər, hər əsərə ürəyini qoyar, həyəcandan titrəyər, coşardı. Ona qulaq asanda tamaşaçılar vəcdə gələrdi. O, kürsüyə qalxanda dağ kimi ucalır, insanların gözündə zirvəyə dönürdü. Mən ona bağlıyam öz canım kimi,
Palıdam, kökümdən qopa bilmərəm.
Sinəmdən alsalar öz ürəyimi,
İkinci bir ürək tapa bilmərəm. – deyən şair Vətənə, torpağa, insana, sənətkara, övladlarına çox bağlı idi. O, yumruqlarını havaya qaldırıb, gur səslə şeir oxuyanda elə bilirdin yarış-döyüş meydanına bir güləşçi pəhləvan gəlir. Məni əbəs yerə gəl tutma dilə,
İnamın oduyla yanan bir şamam.
Gərək elə yanım, külümdən belə,
Nəsillər tanısın – Tofiq Bayramam… O böyük şairi gördüyüm gün indiki kimi yadındadır. 1971-ci il idi. “Azərbaycan Gəncləri” qəzetinin nəzdində “Müjdə” adlı ədəbi birlik fəaliyyət göstərirdi. Mən orta məktəbin sonuncu sinfində oxuyurdum. Qardaşımla həmin Birliyin tədbirinə getdik. Şeirlərimi oxudum. Tofiq Bayram həmin tədbirdə iştirak edirdi. Çıxışlardan sonra məni yanına çağırdı, şeirlərimi bəyəndiyini deyib, hansı imza ilə çap olunduğumu soruşdu. “Xəlilova”, dedim. Başdan-ayağa vətənpərvər, millətsevər olan o böyük türk oğlunun “ova” sonluğu xoşuna gəlmədi. Qaşlarını çatdı, sirr deyirmiş kimi pıçıldadı: “Sən Xəlilzadə imzası ilə yaz, belə daha yaxşıdır”. Düz, 1 il sonra mən ali məktəbə qəbul oldum. Və həmin ildən bütün Azərbaycan “Flora Xəlilzadə” imzasını tanımağa başladı. Tofiq Bayram yaradıcılığı mənim üçün bir dəryadır. Hər dəfə baş vuranda, yeni bir dürr tapıram. Amma bir şeiri də var ki, dilimdə əzbərdir: Kaş ki öləcəyim günü biləydim,
Biləydim nə zaman son nəfəsimdir.
Demirəm, dünyaya bir də gələydim
Bir dəfə gəlmişəm elə bəsimdir… MAHİR QABİLOĞLU – yazıçı – Tofiq Bayram atamın ən yaxın dostu idi. Ona görə də o mənim üçün əmi əvəzi idi. O, mənim yaddaşımda duzlu-məzəli söhbətləri, şeir deməsi ilə qalıb. Tofiq əmim Əmircan kəndindən idi. Atası, əmisi imkanlı idilər. Ona görə də uşaqlarına korluq vermirdilər. Evləri həmişə qonaq-qaralı olardı. Tofiq Bayram şair dostlarını tez-tez başına yığıb, evlərinə aparardı. Onların yığışdığı gün təkcə yeyib-içmək məclisi olmurdu. Bir-iki qədəhdən sonra misralar bir-birinin ardına düzülər, hər ağızdan bir ləl tökülərdi. Gecə yarıya qədər hərə öz söz xəzinəsinin ağzını açar, “xəsislik” etməzdi. Atam danışırdı ki, “kef məslislərinin birində o qədər yeyib-içdik ki, Tofiq dəm oldu. Yapışdı atasıyla, əmisinin yaxasından ki, “bəs siz sosializm quruluşuna ləkəsiniz, zəhmətsiz gəlirlə yaşayırsınız, sovet quruluşunda sizin kimilərə yer yoxdur”. Necə deyərlər, gəmidə oturub, gəmiçi ilə dava edirdi. Amma heç kim nəsə deyib, onun xətrinə dəymədi. Çünki qarşılarındakı şair idi, özü də əsl şair… Tofiq Bayram təkçə şeirləriylə yox, tərçümələriylə də məşhur idi. Tərcümə isə çox çətin bir məsələdir. Özü də ki, Rəsul Həmzətov kimi böyük sovet şairinin tərcüməçisi olmaq… Bu iş onda çox uğurlu alınmışdı. Rəsul Həmzətov Tofiq Bayramın sayəsində Azərbaycan oxucusunun qəlbinə, Azərbaycan ədəbiyyatının içinə yol tapa bilmişdi. Lakin Qarabağ hadisələri başlayanda Rəsul Həmzətov müsəlman, dağıstanlı ola-ola xalqımıza dönük, ermənilərə qahmar çıxdı. Özü də bunu SSRİ-nin mərkəzi mətbuatında etdi. Camaat da nümayişkaranə şəkildə Rəsul Həmzətovun kitablarını yandırmağa başladı. Bu, həm də hansısa mənada Tofiq Bayramın da kitabları idi. Sanki həmin tonqallarda onun yaradıcılığının bir qolu da yandırılırdı. Nəriman Həsənzadə – Xalq şairi – Tofiq Bayram təkcə Azərbaycan xalqının şairi deyil, o həm də mənim əzizim, qardaşımdır. Onunla bir çox tədbirlərdə olmuşuq. Tofiq Bayram həm də əvəzsiz tərcüməçi idi. Onun tərcümələri orijinal təsir bağışlayırdı. Bu tərcümələr Azərbaycan poeziyasını zənginləşdirirdi. Onun özünəməxsus poetik dili vardı. Getdiyimiz bütün görüşlərdə alqışlarla qarşılanırdı, qızlar onun şeirlərini əzbərdən bilirdilər. Xəlil Rza, Tofiq Bayram, Cabir Novruz… onların öz şeirlərini necə böyük həyəcanla oxuduqları indi də yadımdadır. Tofiq böyük şair olmaqla yanaşı həm də misilsiz ata, ər idi. Ailəsinə, övladlarına çox bağlıydı. Onun həyat yoldaşı Zərifə xanım da gözəl insan idi. Tofiq ürəyimdə yeri, izi olan insanlardandır. O, doğulduğu Əmircan kəndində torpağa tapşırılıb. Məzarı Səttar Bəhlulzadənin qəbrinin yanındadır. Tofiq həmişə Səttarla, o dahi rəssamla fəxr edərdi. Qismətə bax ki, məzarları da yanaşıdır. Bu yaxınlarda onu yuxuda gördüm. Durub qəbr üstünə getdim. Tofiq sanki mənə baxıb gülümsəyir və deyirdi: “Axı sənin nə dərdin var, bükülürsən yumaq kimi
Səni görmək istəyirəm əyilməyən bir dağ kimi…” *** Tofiq Bayramın bacısı AYB üzvü, politoloq Svetlana Bayramova “Məni əbəs yerə gəl tutma dilə,
İnamın oduyla yanan bir şamam.
Gərək elə yanım, külümdən belə,
Nəsillər tanısın – Tofiq Bayramam…” Bu sətirləri təsadüfən xatırlamadım. Sağ olsaydı, dostlarını, əzizlərini başına yığıb, misraları misralara calayardı. Amma yox, böyük şairlər ölmür, sadəcə, dünyalarını dəyişir. Bu gün Tofiq Bayramın şeirləri oxucularının dillər əzbəridirsə, sözlərinə yazılmış yüzlərlə mahnılar təşnə ürəklərə su çiləyirsə, demək ki, onların müəllifi də aramızdadır. Şeirlərinin, nəğmələrin arasından hər gün oxucularına boylanır. Hər gün onları salamlayır. Tofiq Bayram təkçə şeirləri ilə yox, tərcümələriylə də məşhurdur. Bir çox sovet yazarları, o cümlədən Rəsul Həmzətov kimi böyük şair məhz Tofiq Bayramın sayəsində Azərbaycan oxucusunun qəlbinə yol tapa bilib. Tofiq Bayramın bacısı AYB üzvü, politoloq Svetlana Bayramova Azərbaycan poeziyasında misilsiz xidmətləri olan qardaşından danışarkən, ulu öndər Heydər Əliyevin böyük şairə hər zaman dəyər verdiyini də xatırlayıb: “Ulu öndər Heydər Əliyev Tofiq Bayramın şəxsiyyətinə və yaradıcılığına hər zaman böyük qiymət verib. Əmircan qəsəbəsindəki parkın Tofiq Bayramın adını daşıması və büstünün qoyulmasının təşəbbüskarı da ulu öndər olub. Açılış mərasimində özü şəxsən iştirak edib. Tofiq Bayram hər zaman oxucularının sevgisini qazanıb, onun poeziyası dillər əzbəridir”. … Tofiq Bayram şeirləri ilə hayqırırdı, “Azərbaycanım”, “Qarabağım” deyirdi. Onu dilləndirən də yurd sevgisi, Vətən nisgili, torpaq həsrəti idi. Onun ən böyük arzusu isə Qarabağın işğaldan azad olunması idi. Şair o günü gözləyirdi, o günün xəyalını qururdu. Əl çəkin bu bazardan.
O sırtılmış üzləri
Varmı soyub qızardan?
Torpaq adım, şərəfim
Mən torpağı vermərəm.
Köynəyim bayraq olub
Seçilməz laləzardan
Mən əsgərəm, əlimdən
O bayrağı vermərəm.
Öz qanımı verərəm.
Qarabağı vermərəm! Zakirə Zakirqızı Cəvahir
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Tofiq Bayram – Azərbaycan deyəndə
Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.
“Hər ölkəyə, hər elə,
Olsun hörmət”, deyirəm.
“Vətənindir, vətənin,
İlk məhəbbət”, deyirəm.
“Onun şöhrət tacıdır,
Şe’r-sənət” deyirəm.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
Mən vətənə, “Üzeyir,
Müşfiq, Səməd”, deyirəm!
“Günəş kimi müqəddəs
Bir həqiqət”, deyirəm,
Azərbaycan deyəndə.
“Dünya məni dinləsin,
– Diqqət, diqqət!”,
deyirəm.
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!
Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!
Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!
Comments are closed, but trackbacks and pingbacks are open.