Tofiq bayram haqqında keçirilən tədbirlər haqqında
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2023-cü il
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 ili tamam olur.
Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirmişdir. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olmuş və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırmışdır. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazmışdır. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanmış, respublikanın mədəni həyatında hadisəyə çevrilmişdir. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan teatrının inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş görkəmli rejissor Tofiq Kazımovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2023-cü il
Qadın ürəyi I Tofiq Bayram
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.
Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.
Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdənE
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın ürəyi.
Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!
Tofiq Bayram
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Tofiq Qulam oğlu Bayramov ( 16 dekabr 1934 , Əmircan – 19 aprel 1991 , Bakı ) — Azərbaycan şairi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1984).
Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959–1960). Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960–1961), M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), “Ulduz” jurnalı redaksiyasında (1964–1968), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri (1968–1978), “Yazıçı” nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir. Sonra yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə etmişdir. A. T. Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə M. Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür (1988).
1991-ci il aprelin 19-da vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.
Tofiq Bayram Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimidir.
- Ana təbəssümü Bakı: Uşaqgəncnəşr, 1961, 36 səh.
- Mənim şair xalqım. Bakı: Azərnəşr, 1963, 46 səh.
- Sizi düşünürəm. Bakı: Uşaqgəncnəşr, 1964, 78 səh.
- Azərbaycan dünya gəzir. Bakı: Azərnəşr, 1965, 104 səh.
- İnamım, əqidəm. Bakı: Azərnəşr, 1969, 174 səh.
- Gərək elə yanım. Bakı: Gənclik, 1971, 84 səh.
- Azərbaycan deyəndə. Bakı: Gənclik, 1974, 139 səh.
- Səninlə görüşəndə. Bakı: Azərnəşr, 1977, 136 səh.
- Əsrin oyunu (şeirlər və poemalar). Bakı: Gənclik, 1979, 120 səh.
- Könlümdə yaşayanlar (şeirlər). Bakı: Yazıçı, 1980, 252 səh.
- Məsləkim-silahım (şeirlər və poemalar). Bakı: Yazıçı, 1984, 268 səh.
- Ay gecikən məhəbbətim. Bakı: Yazıçı, 1987, 235 1221
Tərcümələri Redaktə
- A. Tvardovski. Üfüqlərdən üfüqlərə. Bakı: Azərnəşr, 1966, 146 səh.
- Rəsul Həmzətov. Durnalar. Bakı: Azərnəşr, 1973, 235 səh.
- Ürəkdən ürəyə (qardaş xalqlar poeziyası). Bakı: Gənclik, 1975, 148 səh.
- R. Həmzətov. Dostları qoruyun. Bakı: Yazıçı, 1984, 304 səh.
Comments are closed, but trackbacks and pingbacks are open.