Press "Enter" to skip to content

Tofiq hacıyev azərbaycan ədəbi dil tarixi

İnstitutunun direktoru,

Tofiq hacıyev azərbaycan ədəbi dil tarixi

Dilimizin tarixi keçmişini yaşadan söz ustadlarının miras qoyub getdiyi ədəbi-bədii nümunələr yetərincədir. Bu nümunələrlə dilimizin fonetik, leksik, həmçinin qrammatik sistemi barədə zəngin bilgilər alır, onun müəyyənləşməsi, formalaşması, həm də keçdiyi tarixi inkişaf yollarını öyrənirik.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayevanın da yeni çapdan buraxılan “XVII əsr Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” və “XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” monoqrafiyaları bu baxımdan elmə sanballı töhfə hesab edilir.

Hər iki monoqrafiyada dildaxili yeni differensasiya, sabitləşmə, demokratikləşmə proseslərinin başlanğıc mərhələsi olan XVII əsr Azərbaycan ədəbi dil normalarının tarixi təkamülü araşdırılır. “Azərbaycan ədəbi dilinin fonetik və leksik norma demokratizmi” adlı monoqrafiyada XVII əsr Azərbaycan ədəbi dilinin vokal və konsonant sisteminin, eləcə də leksik yarusların məkanında yer alan hadisə və qanunlara yeni rakursdan baxılır.

Həmin dövrü təmsil edən dil materiallarını izləməklə tarixi orfoqrafiyamızın, imlamızın, eləcə də dilimizin fonetik prinsipləri üzə çıxarılır. Burada müəyyənləşdirilir ki, xəlqiləşdirməni mayalandıran canlı danışıq dilinin təsiri nəticəsində on yeddinci yüzillikdə klassik kitab dili öz ənənəvi çərçivəsindən çıxaraq, dili xəlqiləşdirməyə doğru istiqamətləndirilir. Elə bu yönləmə onun milliləşməsinə rəvac verir.

Bununla yeni dildaxili proseslər leksik sistemdə də demokratikləşməyə öz təsirini göstərir. Belə ki, bu dövr ədəbi dilimizdə qeyri-ümumişlək ərəbizm və farsizmlərin dildən çıxma axını güclənir. Türkizmlər, eləcə də türkləşmiş ərəb və fars sözləri isə bir tərəfdən kəmiyyət çoxluğuna və intensivliyə imza atır, digər tərəfdən isə dildə oturaqlığını, yəni “yerini bərkidir”. Nəticədə XVII əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibi millilik baxımından yenidən təşkil olunur.

Elmi redaktoru mərhum akademik, filologiya üzrə elmlər doktoru, professor Tofiq Hacıyev, rəyçiləri akademik Nizami Cəfərov, Filologiya üzrə elmlər doktorları, professor Elbrus Əzizov, Məmmədəli Novruzov, Məhərrəm Məmmədli olan hər iki monoqrafiya ali məktəblərin filologiya fakültəsinin müəllimləri, magistrantları, tələbələri, ümumilikdə dil tarixçiləri üçün faydalı olacağı annotasiyada xüsusi qeyd edilir.

“XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik norma demokratizmi” monoqrafiyasında isə XVII əsr Azərbaycan ədəbi dilinin qrammatik normasında gedən demokratikləşmə üzə çıxarılır. İzahetmələrdə belə demokratikləşmənin getdiyi qeydə alınır. Burada həmçinin qrammatik sistemdə reallıq tapan “oğuz” və “cağatay” dil faktları paralelliyində oğuz elementlərinin aparıcılığı və sabitliyi dəqiləşdirilməklə təsdiqlənir. Müasir Azərbaycan ədəbi dilinəqədərki yolu qət edə bilməyənlər üzə çıxarılır və onların normativləşməməsində ümumxalq dilinin rolu diqqətə çatdırılır, cümlə tirajları ekvivalentlik və fərqlənmələr fonunda təqdim olunur.

Tədqiqat tarixi-müqayisəli araşdırma yolu ilə aparıldığından monoqrafiyalarda inteqrallıq və differensiallıq müəyyənliyi ilə üzə çıxarılır. Məhz dilimizin bu tarixi mərhələsində nağıl, təhkiyə dili əruza yol açır. Monoqrafiyalardan alınan təəssürata görə, zəngin və faktiki dil materiallarına söykənən müəllif tərəfindən XVII əsr həm də “xəlqiləşmənin yenidən təşkili” adlı dildaxili yeni prosesin getdiyi bir zaman kəsiyi, ümumxalq dilinin funksional imkanlarının genişləndiyi tarixi mərhələ kimi səciyyələndirilir.

Monoqrafiyaların zənginliyini təsdiq edən faktorlar burada az deyil və təbii ki, onları sadalamağa ehtiyac duyulmur. Lakin elə məqamlar var ki, onların üstündən ötüb keçmək insafsızlıq olardı. Monoqrafiyalarda izahlı lüğət (çünki ərəb-fars mənşəli terminlərdən yetərincə istifadə olunur) sadə oxucunu belə, dil mütəxəssisi olmasa da, özünə cəlb edir. Nümunələrin izahı elmi və ədəbi dilin imkanlarına əsaslanır.

Ümumiyyətlə, XVII əsr Azərbaycan ədəbi dil normalarının bütün dil yarusları üzrə ilk dəfə olaraq tədqiqata cəlb olunması dilçilik elmi üçün bir yenilik hesab edilir. Nəticə olaraq adıçəkilən hər iki monoqrafiya bu zaman kəsiyindəki boşluğu doldurur.

Bütün hallarda XVII əsr ədəbi dil norması onun şifahi və yazılı qolları arasında yaxınlaşmanı təmin edərək uçurum yaranmasının qarşısını alır. Beləliklə, normallaşmalardakı bu yeni inkişaf həddi XVII əsr Azərbaycan ədəbi dilini canlı danışıq dilinə doğru istiqamətləndirir. Bu, həmin əsrin sonunadək davam edir. Ədəbi dilin bu axarda zirvələşməsi isə daha çox xalq şeiri janrlarının əhatə dairəsinin genişlənməsi sayəsində baş verir.

Bu baxımdan müəllifin hər iki monoqrafiyası dil elminin inkişafına bir töhfədir.

Elm xadimlərinin, mütəxəssislərin, filoloq alimlərin mükəmməl hesab etdikləri monoqrafiyaların müəllifi Qızılgül Abdullayeva qarşısına qoyduğu məqsədə çatmaq üçün əsaslı araşdırmalar aparıb.

Tofiq hacıyev azərbaycan ədəbi dil tarixi

Görkəmli türkoloq və ədəbi dil tarixçisi Tofiq Hacıyev � 80

Müasir Azərbaycan dilçilik elminin ən parlaq simalarından, ən görkəmli nümayəndələrindən biri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzv ü Tofiq Hacıyevdir. Akademik Tofiq Hacıyevin həyat yoluna nəzər saldıqda onun, ilk növbədə, yüksək istedadı, çalışqanlığı və zəhmətkeşliyi ilə seçilən, milli təəssübkeşli bir ziyalı, təpədən- dırnağa əsl elm adamı olduğunu görürük.

� Düşünürük ki, Tofiq Hacıyevin Azərbaycanda dilçiliyin, xüsusilə də ədəbi dil tarixinin araşdırılması sahəsində tutduğu yüksək məqamının və böyük xidmətlərinin sübutu olaraq təkcə aşağıdakı bir neçə fakta nəzər salmaq yetərlidir:

Əvvəla, Tofiq Hacıyev indiyədək dilçilik sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş az sayda ən görkəmli, ən nüfuzlu alimlərdən biridir. İkincisi, Tofiq Hacıyev türkologiya sahəsindəki xidmətlərinə görə Türkiyə Cümhuriyyəti Atatürk Dil , Tarix və Kültür Qurumunun Azərbaycandan olan az sayda fəxri üzvlərindən biridir. Üçüncüsü, Tofiq Hacıyev türkologiya sahəsindəki xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin �Ləyaqət� nişanına layiq görülmüş az sayda Azərbaycan alimlərindən biridir. Nəhayət, Tofiq Hacıyev 41 kitabın və 500-dən çox məqalənin müəllifidir. Aydındır ki, bu qədər elmi əsəri olan dilçi alimlərin sayı heç də çox deyildir, barmaqla göstərilən qədərdir.

� Tofiq İsmayıl oğlu Hacıyev 1936-cı il may ayının 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. O, 1953-cü ildə orta təhsilini doğma Soltanlıda aldıqdan sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, 1958-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş və universitetin aspiranturasında saxlanılmışdır. Görkəmli dilçi alim, akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə �Azərbaycan dilinin Cəbrayıl şivəsi� mövzusu üzərində araşdırma aparan gənc tədqiqatçı bu elmi işini 1962-ci ildə namizədlik dissertasiyası səviyyəsində başa çatdırmış və onu uğurla müdafiə etmi şdir. Tofiq Hacıyev bu ilk dəyərli tədqiqatında Cəbrayıl şivəsində Azərbaycan dilinin qərb və cənub ləhcələrinin xüsusiyyətlərinin olması qənaətinə gəlmiş və yeniliyi ilə seçilən bu fikrini elmi şəkildə əsaslandırmışdır.

Tofiq Hacıyev 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim və dosent vəzifələrində çalışmış, 1968-ci ildən isə Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1969-cu ildə 33 yaşında olarkən �XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili� mövzusunda doktorluq dissertasiyasını müdafiə edən T.Hacıyev 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin professoru seçilmişdir. O, 1984-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Görkəmli alim bu dövrdə dilçilik, xüsusilə də türkologiya üzrə ciddi elmi araşdırmaların aparılmasına, adıçəkilən sahə üzrə milli kadrların yetişdirilməsi məsələsinə böyük önəm vermiş, səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir.

Akademik Tofiq Hacıyevin çoxşaxəli və məhsuldar elmi yaradıcılığında Azərbaycan ədəbi dili və onun tarixi məsələləri xüsusi yer tutur. Yuxarıda da qeyd olunduğu kimi, alimin doktorluq dissertasiyası məhz bu mövzuya – XX əsrin əvvəllərinin Azərbaycan ədəbi dilinin araşdırılmasına həsr olunmuşdur. Onun bu məsələ ilə bağlı bir sıra sanballı monoqrafiyaları işıq üzü görmüşdür. �Satira dili�, �XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili�, �Sabir: qaynaqlar və sələflər�, �Molla Nəsrəddin�in dili və üslubu” nəşrləri alimin bu qəbildən olan kitablarıdır.

Ədəbi dil tarixi sahəsində böyük nüfuz sahibi olan T.Hacıyev adıçəkilən monoqrafiyalarında XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin inkişaf meyillərini, özəl keyfiyyətlərini dərinliyinə və incəliyinə qədər araşdırmış, ümumiləşdirmələr aparmış və elmi yeniliyi il ə seçilən bir sıra mühüm elmi fikirlərini ortaya qoymuşdur. Alim ədəbi dilimizin əski qatları ilə də ciddi şəkildə məşğul olmuş və bu sahədə ilk qələm təcrübəsi olan �Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)� adlı dərslik-monoqrafiyasını 1976-cı ildə ərsəyə gətirmişdir. Respublikamızın ən qabaqcıl təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Universitetinin tələbləri üçün dərs vəsaiti olaraq hazırladığı bu kitabında müəllif milli düşüncə sisteminə söykənərək xalqımızın və onun dilinin qədim tarixi ilə bağlı bir sıra ciddi müddəalarını irəli sürmüş və oğuz-səlcuqların Azərbaycana ilk gəlişinin II minilliyin əvvəllərində baş tutduğunu möhkəm elmi dəlillərlə sübuta yetirmişdir.

Bu zaman artıq nüfuzlu bir ədəbi dil tarixi mütəxəssisi kimi tanınan professor Tofiq Hacıyev ədəbi dilimizin tarixi ilə bağlı araşdırmalarını sonralar da uğurla davam etdirərək, bir sıra sanballı monoqrafiya və kitablara imza atmışdır. Kamil Vəliyevlə birgə hazırladığı �Azərbaycan dili tarixi� (1983), �Azərbaycan ədəbi dili tarixi�, II hissə (1987), Zərifə Budaqova ilə birgə hazırladığı �Azərbaycan dili� (1993) kitabları onu məhsuldar alim kimi tanıtmışdır. 1991-ci ildə �Elm� nəşriyyatında işıq üzü görmüş �Azərbaycan ədəbi dili tarixi� adlı sanball ı kitabın da əsas müəllifi professor T.Hacıyevdir. Kitabdakı bölmələrin çoxu� �Kitabi-Dədə Qorqud�un dili, �Azərbaycan ədəbi dilinin yazılı dövrü (İnkişaf mərhələləri haqqında)�, �XIII�XVI əsrlər ədəbi dili�, �XVII�XVIII əsrlər ədəbi dili�, �XIX əsr ədəbi dili�, �XX əsrin əvvəllərində ədəbi dil�oçerkləri ona � məxsusdur.

Akademik Tofiq Hacıyevin Azərbaycan ədəbi dil tarixi ilə bağlı ən sanballı elmi araşdırması 2012-ci ildə �Elm� nəşriyyatında işıq üzü görmüş �Azərbaycan ədəbi dilinin tarixi� adlı ikicildlik dərslik-monoqrafiyasıdır. Ümumi həcmi 900 səhifəyə yaxın olan bu sanballı araşdırma təkcə universitet tələbləri üçün deyil, eyni zamanda ədəbi dil tarixi sahəsində çalışan araşdırıcıların, mütəxəssislərin ən başlıca və mötəbər elmi qaynağı və masaüstü kitabı rolunu oynamaqdadır. Azərbaycan ədəbi dilinin tarixi bir fənn olaraq çoxdandır ki, ölkəmizin ali təhsil ocaqlarında tədris olunur və bu sahədə əsas söz sahiblərindən biri, şübhəsiz ki, akademik Tofiq Hacıyevdir.

Alim Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı fikirlərini ölkədə baş vermiş tarixi, ictimai-siyasi və mədəni hadisələrin fonunda öyrənmiş və bütün bunları bütöv bir tarixi-dilçilik hadisəsi kimi dəyərləndirmişdir. Azərbaycan ədəbi dilinin ümumtürk ədəbi dilinin tərkib hissəsi olduğunu vurğulayan alim bu problemlə bağlı onu da qeyd edir ki, bu misilsiz mənəvi sərvətimiz müəyyən mədəni yüksəlişin məhsuludur. Dövlətlərin yaranması, dövlətlər arasında yazışmaların başlanması, ümumiyyətlə, yazılı nitqin qeydə alınması ilə ictimai-mədəni hadisə kimi ədəbi dil müəyyənləşir (Azərbaycan ədəbi dilinin tarixi, I h.s.15). Tofiq müəllim Azərbaycan türklərinin ölkəmizdə aborigen xalq olması məsələsinə də aydınlıq gətirərək yazır: �Azərbaycanlılar etnik və dil kökünə görə türkdür. Bu türkcə heç bir başqa sistemli dilin assimilyası deyil� (Yenə orada, s. 39).

Görkəmli alim həmin kitabında ədəbi dilimizin dövrləşdirilməsi məsələsində də öz sözünü deyir və Azərbaycan-türk ədəbi dilinin tarixini iki dövrə bölür: yazıyaqədərki dövr; yazılı dövr. Birinci dövrə aid örnəklər sırasında daşlar üzərindəki yazılar, folklor nümunələri, onomastik vahidlərin etnik tərkibi və digər faktlar qeyd olunur. Ədəbi dilin başlanğıcında, birinci dövrünün əsasında, kökündə ilk əmək nəğməsi, ilk atalar sözü, ilk mif-əfsanənin durduğunu vurğulayan müəllif onu da qeyd edir ki, ədəbi dil anlayışı geniş mənada insanlığın müəyyən inkişaf səviyyəsi ilə sıx şəkildə bağlıdır və həmin dövrün məhsuludur.

Ədəbi dilin II dövrünə gəldikdə isə alim sözügedən dərslik-monoqrafiyasında artıq yazılı ədəbiyyatımızı təmsil edən söz sənətkarlarının, şair və yazıcıların əsərləri üzərində araşdırma aparır və bir sıra elmi ümumiləşdirmələrini ortaya qoyur. Qeyd edək ki, bu dövrün materialları təkcə ədəbi mətnlərlə məhdudlaşmır, burada klassik lüğətlərin (Hüsaməddin Xoyinin �Töhfeyi-Hüsam�, Hinduşah Naxçıvaninin �Əs-sihah əl-əcəmiyyə� və Cəmaləddin İbn Mühənnanın �Hilyətül-insan və həlbətül-lisan�) dil materialları da təhlilə cəlb olunur, ədəbi dilin üslub və normaları məsələsi ətraflı şəkildə araşdırılır. Onu da əlavə edək ki, eyni sözləri ədəbi dilin təkcə qədim dövrünə deyil, eyni zamanda XX əsrin əvvəllərinə də aid etmək lazımdır.

Dərslik-monoqrafiyanın I hissəsində olduqca maraqlı müqayisəli elmi təhlillər də aparılır ki, bu sırada Nəsiminin dili ilə böyük söz ustadı Füzulinin dilinin qarşılaşdırılması xüsusi yer tutur. Kitabdakı bu hissə istər həcminə, istərsə də təhlil dərinliyinə görə seçilir. Füzuli yaradıcılığında, xüsusilə də mütəfəkkir şairin şeir dilində xalq dili ilə yazılı dilin məharətlə çulğaşdığını diqqətə çatdıran müəllif vurğunu olduğu bu böyük söz ustadını ədəbi dilimizin banisi kimi təqdim edərək yazır: �Avropa elmində milli ədəbi dil deyilən səviyyəni Azərbaycan türkcəsi üçün Füzuli hazırladı� (I hissə, s.298). Yeri gəlmişkən qeyd edək ki, T.Hacıyevin Füzulinin dilinə həsr etdiyi �Füzuli: dil sənətkarlığı� (1994) adlı ayrıca bir monoqrafiyası da işıq üzü görmüşdür.

Yuxarıda qeyd olunduğu kimi, akademik Tofiq Hacıyevin elmi yaradıcılığı çoxşaxəlidir və təkcə dilçiliklə kifayətlənmir, eyni zamanda, ədəbiyyatşünaslığın bir sıra sahələrini, mühüm problemlərini də əhatə edir. Bu mənada alimin ana kitabımız olan �Dədə Qorqud� dastanları ilə bağlı monoqrafiya və kitabları, çoxsaylı məqalələri ölkəmizdə qorqudşünaslığın inkişafına öz töhfələrini vermişdir. Tofiq müəllimin ədəbiyyatşünaslıqla bağlı araşdırmaları sırasında AMEA-nın Ədəbiyyat İnstitutunun son zamanlar çapa hazırladığı �Azərbaycan ədəbiyyatı tarixi� kitabının I cildindəki (2006) �Kitabi-Dədə Qorqud�, II cildində (2007) yer alan Orxon-Yenisey kitabələri, Yusif Xas Hacibin �Qutadqu-biliq� əsərləri haqqındakı oçerk-portretləri xüsusilə böyük əhəmiyyət daşıyır və bu yöndə gələcək araşdırmalar üçün yaxşı bir zəmin rolunu oynayır.

Tofiq Hacıyev tərcümə sahəsində də səmərəli fəaliyyət göstərərək türkologiya və tarixi dilçiliklə bağlı bir sıra dəyərli əsərləri ruscadan dilimizə çevirmişdir. Bu sırada Murad Adcinin �Qıpçaq çölünün yovşanı� və �Dünya və türk: munis tariximiz�, B.Serebrennikov və N.Hacıyevanın birgə müəllifləri olduqları məşhur �Türk dillərinin müqayisəli qrammatikası� kitabları, eləcə də İbn Mühənnanın �Hilyətül-insan və həlbətül-lisan� lüğətinin tərcümələri böyük elmi əhəmiyyəti ilə seçilir. Qeyd edək ki, Atatürk Dil Qurumu B.Serebrennikovla N.Hacıyevanın adıçəkilən kitabını Tofiq Hacıyevin tərcüməsində Ankarada nəşrə hazırlamışdır. Onu da əlavə edək ki, T.Hacıyev bu tərcümələrinin çoxuna dəyərli ön söz və elmi sərhlər yazmış və türkologiya ilə bağlı bir sıra məsələləri ətraflı şəkildə işıqlandırmışdır.

Akademik Tofiq Hacıyevin ölkəmizdə kadr hazırlığı sahəsində də böyük xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə 6 nəfər filologiya üzrə elmlər doktoru və 30 nəfərə yaxın fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmişdir. Tanınmış dilçi alimlərdən AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Elbruz Əzizov, Ramiz Əskər və başqaları akademik Tofiq Hacıyev məktəbinin istedadlı yetirmələri və layiqli təmsilçiləridir.

Görkəmli türkoloq alim Tofiq Hacıyevin Azərbaycan dilçiliyi sahəsindəki səmərəli fəaliyyəti və yüksək xidmətlərini � dövlətimiz layiqincə qiymətləndirmişdir. O, 1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Alim 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə �Şöhrət� ordeni ilə təltif olunmuşdur. Professor Tofiq Hacıyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin və onun Ağsaqqallar Şurasının üzvü olan Tofiq Hacıyev ömrünün sonlarında � 2013-2015-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik edirdi. Bu müddətdə Dilçilik İnstitutunun elmi-tədqiqat işləri istər keyfiyyətcə, istərsə də kəmiyyətcə yüksəldi və müəssisədə bir sıra yeni elmi şöbələr fəaliyyətə başladı.

Akademik Tofiq Hacıyev hələ sağlığında Azərbaycan dilçilik elminin zirvəsində özünə möhkəm yer tutan, məktəb yaradan ən görkəmli Azərbaycan alimlərindən biridir. Bu günlərdə anadan olmasının 80 illiyi tamam olan böyük alim, sadə və səmimi insan, akademik Tofiq Hacıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Möhsün NAĞISOYLU,

AMEA-nın Dilçilik

İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü

Xalq qəzeti.- 2016.- 12 iyun.- S.6.

Sərdar Zeynal: Akademik Tofiq Hacıyevin dil sevgisi

Dilinə, vətəninə, torpağına, yurduna sevgisindən, vurğunluğundan danışanlar çox olur. Lakin gördükləri işlə dillərində səsləndirdikləri şüarları müqayisə etdikdə onların bəzilərinin əməllərinin söylədikləri ilə tamamilə tərs mütənasib olduğunun şahidi oluruq.

Ancaq elə şəxsiyyətlər olub və haliyədə də var ki, onların danışığında, dilində, yazısında “sevirəm” sözünə rast gəlmək qeyri-mümkündür. Onlarin sevgisi yalnız sahibi olduğu əməldə, gördüyü işdə özünü büruzə verir.

Böyük yazıçı və dramaturq C.Məmmədquluzadənin, görkəmli satirik M.Ə.Sabirin əsərlərinin heç birində “Mən Vətənimi sevirəm”, “Azərbaycan mənim canımdır” kimi dildə səslənən şüarsayağı cümlə və ifadələrə rast gəlmək qeyri-mümkündür. Məsələn, C.Məmmədquluzadə ”Molla Nəsrəddin” jurnalının 7 aprel 1906-cı ildə çıxan birinci nömrəsində yazırdı: “. ancaq bircə üzürüm var: məni gərək bağışlayasınız, ey mənim türk (azərbaycanlı-S.Z) qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir” (əsərləri, 2-ci cild, səh.7). Yaxud “Azərbaycan” məqaləsində yazırdı:

“Ax, unudulmuş vətən, ax, yazıq vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən?!” (Yenə orada, səh. 645)

Sabir isə deyirdi:
“. Ax, naxələf oğlum, nə mətin məşqə düşübsən,
. Quldurluğa yox, elmə tərəf eşqə düşübsən.
. Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz”.

C.Məmmədquluzadə və M.Ə.Sabirdən gətirdiyimiz bu nümunələrin heç birində “vətən səni sevirəm”, “səndən yana ölürəm” ifadələri yoxdur, lakin onların hər birində vətənə olan sevgi və məhəbbət, onun dərdlərinə çarə tapmaqdan ötrü hər cəfaya dözmək qüdrəti əbədi olaraq öz əksini tapmışdır.

Bunların hamısı 20-ci əsrin əvvəllərində yazıb-yaradan, adları tarixə qızıl hərflərlə yazılan vətən aşiqlərinin yaradıcılığının leytmotivini təşkil edən əsas məsələlər idi. Bu o zaman idi ki, o zaman Azərbaycan xalqının əksəriyyətini təşkil edən kütlə savadsız və elmdən uzaq toplum həyatı yaşayırdı.

Lakin 20-ci əsrin ortalarından sonra məsələ tamam başqa yöndə çözülməyə başlamışdı. Bu dövrdə insanların əksəriyyəti müəyyən qədər təhsil almış, dünyanın gedişatını duyub öyrənməkdə, baş verən hadisələrə münasibətini bildirməkdə fəallaşmışdılar. Bu dövrlərdə bir xalq kimi kimliyimiz, bu xalqı bir nöqtədə birləşdirən dilimiz, o dilin keçib gəldiyi yollar, ”doğuluşunun” hansı zamana təsadüf etməsi bir millət kimi Azərbaycan türklərinin qarşısında əsas məsələ kimi dayanırdı.

XX əsrin otuzuncu illərinə qədər türk dili adı ilə tanınan dilimiz həmin illərdən başlayaraq “Azərbaycan dili” adı ilə tanındılmağa başlandı.

Bu dövrdən sonra elə bu ad ilə tanınan dilimizin tarixini, onun yayılma arealını, bu torpağın elə ilk günlərdən – yəni tarix yaranandan bizim ulu babalarımızın məskəni olduğunu sübut edərək, xalqımız, torpağımız, dilimiz haqqında hədyan danışan, bilə-bilə xalqımızın və ərazimizin tarixinə şübhə ilə yanaşanlara elmi dəlillərlə cavab verməyə qadir olan alimlər ordusu yetişdi.

Həmin ordunun sırasında özünü cəsur bir əsgər kimi göstərənlərdən biri də bu il, yəni 1 may 2020-ci ildə 84 yaşı tamam olan filologiya elmləri doktoru, akademik Tofiq İsmayıl oglu Hacıyev idi.

Bütün həyatını Azərbaycan xalqının dilinin, ədəbiyyatının və tarixi keçmişinin tədqiqinə həsr edən bu türk oğlunun yaradıcılığının əsasını Azərbaycan türkcəsinin yaranması, inkişafı və bugünkü işləklik arenası təşkil edir.

1957-ci ildə dövrü mətbuatda nəşr olunan “Ədəbiyyatşühaslıq terminləri lüğəti haqqında qeydlər” adlanan ilk elmi məqaləsindən başlayaraq, “Ədəbiyyat “ qəzetinin 7 noyabr 2015-ci il tarixli nömrəsində dərc edilən “Türk folklorunun Şumer yaşı haqqında tədqiqat” adlı son məqaləsinə qədər akademikin əsas tədqiqat obyekti yuxarıda qeyd etdiyimiz kimi, türk dilinin tarixi keçmişi onun inkişafı və qaynaq nöqtələri olmuşdur. Elə buna görə də, onun ilk geniş həcmli tədqiqat əsəri Azərbaycan dilinin dialektologiyasindan bəhs edən “Azərbaycan dilinin Cəbrayıl şivəsi” adlı namizədlik işi olmuşdur.

Namizədlik işindən sonra alim, dialektologiya sahəsindən fərqli bir sahə, Azərbaycan ədəbi dili məsələləri ilə məşğul olmağa başlayır. Doktorluq işinin müdafiəsindən sonra alim bir daha dialektologiya məsələləri ilə məşğul olmamış, Azərbaycan ədəbi dili məsələləri böyük alimin yaradıcılığının əsas leytmotivini təşkil etmişdir.

Bu məsələ ilə bağlı akademik Tofiq Hacıyevin yetirməsi, bu gün öz seçicilərini Milli məclisdə ləyaqətlə təmsil edən akademik Nizami Cəfərov 2018-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan “Cəbrayıl şivəsi” əsərinə yazdığı “Ön söz və ya Ustadın ilk əsəri” adlı girişində bununla bağlı yazır: “. Tofiq Hacıyev “XX əsrin əvvəlləri Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, öz dialektoloq karyerasına, demək olar ki, son qoydu.

Sonralar biz tələbələr hərdən cəsarət edib ona zarafatla deyirdik ki, “yəqin, Azərbaycanda Cəbrayıl şivəsindən zəngin şivə olmadığına görə Tofiq müəllim öz dialektoloji missiyasını həmin şivənin tədqiqi ilə başa çatdırıb”. O da zarafatından qalan deyildi. Bir dəfə dialektologiyadan dil tarixinə keçməyini belə “izah etdi”: “O illərdə yaxşı makinaçı tapmaq çətin idi. Mən yazılarımı makinaçıdan alanda bəziləri təəccüblə , bəziləri isə təbəssümlə deyirdi ki,Tofiq müəllim, yazıda çoxlu orfoqrafik səhvlər var idi, düzəltdik. Baxıb görürdüm ki, nə qədər dialekt misalları varsa, makinaçı hamısını “ədəbiləşdirib”. Hər dəfə mətni yenidən yazdırmaq lazım gəlirdi. Ona görə də keçdim dil tarixinə”. (həmin əsər, səh.3)
Lakin əslində gedişat bunun əksini göstərir. Tofiq müəllimin özü sonralar dialektologiya məsələləri ilə birbaşa məşğul olmasa da, dolayısı ilə bu məsələləri həmişə nəzarətdə saxlamışdır.

Ona görə də yetişdirdiyi alimlərin bir neçəsinin fəaliyyətini bu sahəyə yönəltmişdir. Məsələn, rəhbərlik etdiyi ilk aspirantlarından biri Əzizov Elbrus İslam oğlu 1974-cü ildə “Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi”, Vəliyeva Gülxanım Qüdrət qızı 1984-cü ildə Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası mövzusunda namizədlik, yenə də Əzizov Elbrus İslam oğlu “Azərbaycan dilinin tarixi dialektologiyası” (1999) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu onu təsdiq edir ki, Tofiq müəllimin özü dilçiliyin əsas sahələrinin ağırlığını öz üzərinə götürmüş, vaxt tapıb həll edə bilmədiyi məsələlərin həllini elminə və bacarığına güvəndiyi tələbələrinin öhdəsinə buraxmış və onlara da bilavasitə özü başçılıq etmişdir.

Rəhbərlik etməyə imkanı olmadığı digər kadrların isə opponenti kimi çıxış etmişdir. Məsələn, Sadıqov Buta Pənah oğlunun 1964-cü ildə “Azərbaycan dilinin Gədəbəy şivələri” mövzusunda, Bağırov Quşdan Əlikişi oğlunun 1966-cı ildə “Ermənistan SSR Sisyan rayonu Azəri şivələri” mövzusunda, Behbudov Seyfinin həmin ildə müdafiə etdiyi “Azərbaycan dilinin Zəngilan şivəsi” adlı, Cəfərzadə Məmmədin “Azərbaycan dilinin İmişli rayonu şivələri” adlı (1969), Quliyev İnqilabın 1973-cü ildə müdafiə etdiyi “Azərbaycan dilinin Ağcabədi şivəsi” adlı namizədlik işlərinin, digər iki nəfərin isə bu sahə ilə bağlı müdafiə etdikləri doktorluq işlərində opponent kimi çıxış etmişdir. Doğrudan da, həmin dövrdən sonra T.Hacıyev öz yaradıcılığının əsas hissəsini Azərbaycan ədəbi dili məsələlərinə həsr etmişdir. Ona görə də doktorluq işini bu sahəyə həsr edərək 1969-cu ildə, 33 yaşında “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertsiyası müdafiə etmişdir.

Bunun ardınca “Azərbaycan ədəbi dili üslublarının təşəkkülü və inkişafı”, “Ədəbi dil məsələsi”, “Azərbaycan ədəbi dil tarixində Füzuli”, “Azərbaycan ədəbi dili tarixində “Dədə Qorqud kitabı”, “Azərbaycan milli ədəbi dili məsələsinə bir baxış” və “Azərbaycan ədəbi dilinin dövrləri haqqında“ silsilə məqalələr kimi onlarla elmi məqalələri (ən mötəbər jurnallarda nəşr olunan) və “Azərbaycan ədəbi dil tarixi” (ADU nəşri, 1976, 155 səh), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” (Bakı, Maarif, 1977, 188 səh.), “Azərbaycan ədəbi dili tarixi” (Bakı,1987, 293 səh.), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (Bakı, 1990, 360 səh. ), “Azərbaycan ədəbi dili tarixi” (Bakı, Elm, 1991, 283 səh.) və “Azərbaycan ədəbi dilinin tarixi” (Dərslik, I hissə, 468 səh, II hissə 380 səh. Bakı, Elm, 2012) kimi sanballı kitabları nəşr olunmuşdur.

Azərbaycan ədəbi dili məsələlərindən bəhs edən əsərlərindən başqa, professor Tofiq Hacıyev Azərbaycan dilinin digər sahələrinə həsr etdiyi əsərlərində də ədəbi dil məsələlərini qabartmış və onunla bağlı yeni fikirlər söyləmişdir.

Həmmüəlliflə birlikdə yazıb nəşr etdirdikləri “Azərbaycan dili tarixi” (Bakı, “Maarif” Nəşriyyatı 1983) adlı dərs vəsaitində də yeri gəldikcə ədəbi dil məsələlərinə toxunmuş, yeri gəldikcə yeni fikirlər söyləmişdir.

Vəsaitin “Dil tarixinin iki istiqamətdə öyrənilməsi” (səh.4) bölməsində bu mövzu ilə bağlı yazılır: “Dil tarixinin tarixi qrammatika və ədəbi dil tarixi üzrə öyrənilməsi hər şeydən əvvəl, praktik əhəmiyyətə malikdir.

Bu ümumi vəziyyət Azərbaycan dilinin tarixinə tətbiqdə də öz qüvvəsində qalır.
Ədəbi dil tarixi fənni də tarixi qrammatika kimi Azərbaycan dilində olan yazılı abidələrin üzərində tədqiqat aparır, yəni hər iki fənnin obyekti eynidir. Ancaq abidələrinin dilinə yanaşma məqsədinə, faktları təhlil etmə istiqamətinə görə bunlar fərqlənir.
Əslində, tarixi qrammatika tarixin bütün təzahürlərini, yazılı nə varsa, hamısını bütöv halında alıb tədqiq etməli, ədəbi dil tarixi isə tarixi təzahürlərdən ancaq ədəbi normalı sayılanı öyrənməlidir. ” (“Azərbaycan dili tarixi”, səh.5)

Ümumiyyətlə, kitabın birinci bölməsi tamamilə tarixi qrammatika ilə ədəbi dil tarixinin oxşar və fərqli cəhətlərindən bəhs edir, lakin bölmənin əsas hissəsi ədəbi dil tarixi ilə bağlı məsələlərə həsr edilmişdir.

Kitabda bu bölmədən sonra “Azərbaycan dili anlayışı” bölməsi verilmişdir. Bu bölmədə isə “Azərbaycan dili” termininin keçib gəldiyi yol, dilimizin Azərbaycan dili adlandırılmasına qədər olan dövrlərdə ona verilən adlar, adların verilməsinə, veriləndən sonra onların dəyişdirilməsinə səbəb olan tarixi şərait və hadisələr tarixi dəqiqliklə qiymətləndirilmişdir. “Azərbaycan dili” termininin ilk dəfə XI əsrdə işləndiyini sübut etmək üçün kitaba ədəbiyyatşünas Xətib Təbrizi ilə onun müəllimi Əbü-l–Əla Nəəri arasında olan dialoqu nümunə göstərmişdir.

Kitabın “Azərbaycan dili anlayışı” (səh.9-47) bölməsindən sonra yenə də ədəbi dil məsələləri aydınlaşdırılmışdır. Kitabın “Azərbaycan ədəbi dilinin tarixi dövrləri” adlanan üçüncü, “XIII-XIV əsrlər ədəbi dili” adlanan beşinci və “XV-XVI əsrlər ədəbi dili” adlanan altıncı bölmələri ədəbi dil məsələlərinə həsr edilmişdir.
Akademikin sağlığında nəşr olunan ikicildlik ”Azərbaycan ədəbi dilinin tarixi” dərsliyi (Ali məktəblər üçün) 2012-ci ildə “Elm” nəşriyyatı tərəfindən çap edilmişdir. Dərsliyin birinci hissəsi 475, ikinci hissəsi isə 389 səhifədən ibarətdir.

Dərsliyin birinci hissəsi “Ön söz” (səh 5-15) “Fənnin mövzusu və bir neçə anlayış haqqında” (səh. 16-35), “Azərbaycan dili: terminoloji anlayışı; etnik mənşəyi; ən qədim izləri və təşəkkülü” (səh.36-70), “Azərbaycan ədəbi dilinin dövrləri”(səh.71-104), “Dədə Qorqud kitabının dili” (səh.105-130) bölmələrindən ibarətdir. Ardınca XIII əsrdən başlayaraq XIX əsrə qədər olan dövrlərin ədəbi dili işıqlandırılır və izah edilir. Bununla yanaşı, bu dövlərdə yaşayan sənətkarlar haqqında məlumat verilir və onların yaradıcılıqları işıqlandırılır. Yaradıcılığı daha çox diqqət mərkəzinə çəkilən sənətkarlar isə Nəsimi, Qurbani, Xətai, Füzuli, Qövsi Təbrizi və M.Pənah Vaqif sırasından ibarətdir. Kitabda əsərlərinin təhlilinə daha çox yer ayrılan sənətkar qələmini ədəbi janrların bir çoxunda sınamış M.Füzulidir.

Dörd yüz səhifədən ibarət olan bu dərsliyin dörddə bir hissəsini M.Füzuli yaradıcılığının təhlili təşkil edir. Kitabın sonunda isə XV-XVI əsrlərdəki “Bədii üslub”, “Nəsr dili”, ”Elmi üslub” və “Rəsmi epistoliyar üslub” məsələləri aydılnaşdırılır.
Müəllif kitabın “Ön söz”ündə yazır: “Azərbaycan ədəbi dili vaxtilə ümumi türk ədəbi dilinin (türk imperiya dilinin) tərkib hissəsi kimi formalaşır. Dəfələrlə Altaydan Dunaya gedən və dəfələrlə parçalanan türk imperiyalarının tarixi yaşanışının nəticəsində Şərq və Qərb ədəbi türkcələri meydana çıxır” (Orada.səh.6).

“Ön söz”də müəllif türk dilinin zənginliyi, onun lüğət vahidlərinin məna çalarları, bir sözün ifadə etdiyi mənanın digər xalqların dilində bir neçə sözlə ifadəsinin çətin olduğunu diqqət mərkəzinə çəkir və bununla bağlı yazır : “Dilin zənginliyi, dolğunluğu onu daşıyan millətin zənginliyi, mükəmməliyi deməkdir. VII əsrdə türkün dörd sözdən ibarət iki misrada dediyi şeiri 1950-də müasir dünyanın beynəlxalq dillərindən olan rus dilində on iki sözdən təşkil edilmiş iki cümlə ilə çevirmişlər”. (Yenə orada)

Akademik “Ön söz”ün sonunda Azərbaycan ədəbi dilinin lap qədim dövrlərin məhsulu olduğunu, bu dilin min illər boyu yetkinləşərək bugünkü ədəbi dil səviyyəsinə gəlib çıxdığını nəzərdə tutaraq yazırdı: “Ədəbi dil nə zaman yaranıb? İlk əmək nəğməsi, ilk atalar sözü, ilk şeir, ilk mif-əfsanə yaranandan ədəbi dil başlayır. Ancaq bizim haqqında danışdığımız şəkildə ədəbi dil insanlığın müəyyən inkişaf səviyyəsində, müəyyən mədəni yüksəlişin məhsuludur”. (Yenə orada,səh.15)

Müəllif Azərbaycan türklərinin yaşadıqları bugünkü torpaqlarında məskunlaşdıqları dövrlə bağlı yanlış fikir söyləyən, bilə-bilə bu xalqın tarixini bir az da cavanlaşdıran, xalqımızın ən qədim xalqlardan olduğunu şübhə altına alan bəzi “ağzıgöyçək”lərə Azərbaycan türklərinin kökü, yaranışı, bu torpaqda məskunlaşma tarixi ilə dünyanın ən görkəmli alimlərinin türklərin tarixi ilə bağlı söylədikləri fikirləri əsər boyu qeyd edir ve həmin fikirlərə istinadla söylədiklərini təsdiqləyir. Bununla bağlı o yazır: “Qədim yunan, ivrit və latın dilli mənbələrə yaxşı bələd olan Z.Yampolski Azərbaycan ərazisində eradan əvvəl 1-ci minilliyin ortalarında türk etnoslarının məskun olduğunu aşkar edir”. (Orada, səh.46)
Akademik xalqın tarixi ilə bağlı yaşadıqları dövrün tələblərindən doğan baxışlarla yanaşıb fikir söyləyənlərin fikirlərinə etiraz edərək yazırdı: “20-ci yüzilliyin 40-80-ci illərinin bir sıra tarixçiləri isə müqayisəli araşdırmalara, dil faktlarına söykənmədən Albaniya türklərini istisnasız olaraq gəlmə, köçəri sayırlar. Halbu ki, türk tarixinin böyük bilicisi L.N.Qumilyov “yerli türk” ifadəsini işlədir”. (Yenə orada, səh.44)

Akademik araşdırdığı tarixi kitablara, bu sahə ilə məşğul olan Avropa tarixçilərinin –eyni zamanda obyektiv fikir söyləyən digər alimlərin fikirlərinə əsaslanaraq Azərbaycan türklərinin tarixinin daha qədim olduğunu, onların yaşadıqları bugünkü ərazinin ən qədim yerli sakinləri olduğunu təsdiqləyərək yazır: “Müasir dünya dilləri arasında türkcə yeganə dildir ki, beş min beş yüz il bundan əvvələ aid şumercənin içində dil nümunələri var. Osman N.Tunanın sözü dilin inkişaf məntiqinə tamam uyğundur ki, bu rəqəmi daha bir o qədər də tarixin dərinliyinə aparmaq olar, yəni 9-10 min il bundan əvvələ gedir” (Yenə orada,səh.61)

Akademik bu kitabında öz doğma sahəsi olan dilçiliyə aid məsələlərdə daha çox görkəmli bir tarixçi kimi, türklərin tarixi əraziləri, onların yaranışı, inkişafı və bugünkü durumları ilə bağlı məsələləri konkretləşdirib rəsmiləşdirməyə çalışır. Mənsub olduğu xalqın tarixinin ən qədim tarixi olan xalqlarla yanaşı dayandığını göstərir. Müəllif Azərbaycan xalqının tarixi, onun qədimliyi, geniş ərazilərdə yaşayıb hakimiyyət qurmaları ilə bağlı Avropa alimlərinin apardığı tədqiqatlarla yanaşı, Azərbaycanın öz ərazisində bu gün də əsas istinad nöqtəsi olan yazılı abidələrinə də müraciət edir. Və göstərir ki, yad müəlliflərin söylədiyi fikirlər, eyni zamanda, yurdumuzda bu gün də öz zənginliyi ilə dünya alimlərini mat qoyan tarixi abidələrin dili ilə təsdiq olunur. Akademik bununla bağlı yazır: “Orxon hərfinin Qobustanda türk damğası və ya ideoqramı kimi əks olunması Azərbaycan torpağının hələ eradan səkkiz min il əvvəl türk yurdu olmasını göstərir. Və beləliklə Parfiya – Orxon – Qobustan üçbucağı Nizami Gəncəvinin Makedoniyalı İsgəndərin yürüşündən danışarkən dedikləri ilə üst-üstə düşür:

Zikuhi Xəzər ta be dəryayi Çin
Həme tork, por tork binəm-zəmin.
(Xəzər dağlarından Çin dəryasına) (Yenə orada, səh.67)
Azərbaycan türklərinin məskunlaşması, yayılma arealı, hansı xalqlardan əvvəl tarix yazdıqlarını sübut etmək üçün akademikin apardığı araşdırmalar digər bir tarixçi tərəfindən aparılsaydı, həmin şəxs dünya tarixçiləri içərisində barmaqla sayılan tarixçilər sırasına qatılardı.

Comments are closed, but trackbacks and pingbacks are open.