Türkler İçin Ortak Ünsiyyet Dili – Tofiq Hacıyev
T.Hacıyevin təhlil etdiyi dövrün bədii tərcümə, dərslik və uşaq ədəbiyyatının dili haqqında fikirləri, həqiqətən də reallığa uyğun olub, bu işlərin bir ali məqsədə- təlim-tədris işinə xidmət etdiyi və bu işlə yalnız və yalnız sadə-xəlqi və ədəbi cilalı bir dildə materiallar yazılmalı və uşaqlara təqdim olunmalıdır- ideyası səslənir. «Vətən dili» kimi dərsliklərimizin ədəbi dilimizin tarixində yeri və rolu qiymətləndirilir. İlk dəfə ədəbi dil nəzəriyyəsi ilə məşğul olmuş M.F.Axunzadənin nəsr və dram dilinin yeni, təzə tarixi-mədəni çəksinin ağırlığı, XIX əsr Azərbaycan ədəbi dilinin bütün üslubları onun bədii dilinin işığında müəyyənləşir. Elmi, traktat üslubunun xarakterik cəhətləri təyin olunur, rəsmi üslubun tarixi sənət-formalarından örnəklər verilir, normadan kənara çıxma meyilləri və qanunauyğunluqlar göstərilir, publisistik üslub «əsrin məhz son rübünün məhsulu» kimi nəzərdən keçirilir. «Əkinçi»nin dilinin inkişaf xətti Q.Zakirin mənzum hekayələrinin milli koloriti – M.F.Axundovun nəsr dili- «Əkinçi»nin publisistik dili xətti üzrə inkişaf etmiş və bu zəmində meydana çıxmışdır. Mədəniyyətimiz tarixində «Əkinçi» qəzetinin dilimizin lüğət tərkibi ilə əlaqədar ən mühüm xidməti, məhz termin yaradıcılığı olmuşdur. Bu xüsusda müəllif qəzetin dilinin publisistliyini, kütləviliyini şərtləndirən bir sıra xüsusiyyətləri, ölçüləri də müəyyənləşdirmişdir. «Qəzet, terminləri yaratmaq və alıb işlətməklə kifayətlənmir, oxucu ilə tam ünsiyyətə çatmaq üçün onların şərhini də verir; beləliklə, qəzet sinkretik iş görür» (II, 181).
Ədəbi türkcəmizin tarixi problemi – Tofiq Hacıyev konsepsiyasında
Azərbaycanşünaslığın metodoloji təməllərindən birini də ədəbi türkcələrin tarixi inkişaf problemləri təşkil edir. Bu problem, əlbəttə, türk xalqlarının tarixindən ayrılmazdır. Türk xalqlarının tarixini düzgün yöntəmdə, düzgün prinsiplər əsasında öyrəndikcə onların dillərinin tarixi də türkçülüyün, eləcə də azərbaycanşünaslığın nəinki metodoloji əsasına, həmçinin də kontektinə çevrilir.
Azərbaycan ədəbi dili tarixi xalqımızın mədəni-intellektual səviyyəsi və hər bir dövrün ictimai-tarixi hadisələri ilə bağlı olaraq inkişaf yolu keçmiş, zənginləşmiş və cilalanmışdır. Azərbaycan ədəbi dilinin dinamikası təkcə onun əhatə etdiyi dövr və mərhələlərin forma və məzmunu, norma və janr-üslub rəngarəngliyi ilə deyil, eləcə də onun tədqiqat balansı üzrə də müəyyənləşir. Bu baxımdan dilçiliyimizdə həmin sahədə xeyli işlər görülmüşdür.
Dil tarixinin mühüm tərkib hissəsindən biri də ədəbi dillərin tarixidir. Ədəbi dilin tarixi çoxdandır ki, linqvistika elminin konkret bir bölməsinə çevrilmiş, müstəqil inkişaf yoluna qədəm qoymuşdur.
Azərbaycan ədəbi türkcəsinin tarixi – ədəbi dilin əmələ gəlməsini, inkişaf ənənələrini, təkamül meyillərini (yeni əlamət və formalar alma, təşəkkül tapma), ədəbi dilin strukturunu (şəklini dəyişmiş, kökündən dəyişmə), onun sistem komponentlərini (üslub, funksional nitq, fərdi-müəllif və s.), korrelyativ münasibətləri, ədəbi dilin şifahi və yazılı formalarının inkişafını və s. öyrənir.
Ayrı-ayrı tarixi dövr və mərhələlərdə Azərbaycan ədəbi türkcəsi tarixinə baxış kompleks və müxtəlif aspektlərdən (tarixi-mədəni, tarixi-ədəbi, tarixi-poetik və tarixi-linqvistik) olmuşdur.
Azərbaycan ədəbi türkcəsi tarixi yarandığı zamandan indiyə kimi təbii hadisələri, münasibətləri, tədii dil proseslərini tarixin içində aşkar etmiş, cəmiyyətin inkişafının bütün fazalarında xalqın dili və tarixi arasında öz varlığını qoruyub saxlamış, «dərin ucurumlar»ı yox etmişdir. Ədəbi dilimizin lüğət tərkibi, qrammatik quruluşu,onun funksional üslubları bütün tarixi hadisələri, prosesləri aydın və dəqiq əks etdirmiş, xalq həyatının təkrar mərhələlərini təyin etmişdir.
Şifahi ədəbi dilin ardınca yazılı ədəbi dilin ənənələri formalaşmış, həmin ənənələr ictimai formasiyalardan asılı olaraq, ilk növbədə xalqın sinfi mübarizəsi ədəbi dil və onun üslublarında funksionallaşmışdır. Zaman-zaman xalqın tarixi-mədəni inkişafı, onun dövləti, incəsənəti, ilk öncə, sözdə, ədəbi dilin lüğət layında gerçəkləşmişdir. Həqiqətən də, Azərbaycan ədəbi türkcəsi tarixinin dövrləşməsi təkcə mərhələlər bazası əsasında deyil, ümümxalq dilinin nəticəsində, obyektiv proseslərin daxili sponton inkişafına, onun əsas struktur elementlərinə- səs quruluşuna, qrammatik və lüğət tərkibinə uyğun təsnifləndirilmişdir.
40 ilə yaxındır ki, Azərbaycan ədəbi türkcəsinin tarixi elmi tədris və tədqiq olunur. Bu elmin konsepsiyası müxtəlif müəlliflər tərəfindən müasir Azərbaycan dilçiliyinin nailiyyətləri, bazası əsasında müəyyənləşdirilsə də, etiraf etməliyik ki, əsas elmi fikir AMEA-nın müxbir üzvü, BDU-nun Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hacıyevə məxsusdur. T.Hacıyevin ədəbi türkcəmizin formalaşması və tarixi inkişafı haqqındakı əsas görüşləri yalnız özünə xasdır, özünün «kəşfi»dir. Tofiq müəllimin ədəbi türkcəmizin tarixi üzrə müəyyənləşdirdiyi hər bir dövr və mərhələ öz inkişafının yeni fazası ilə çıxış edir. Ədəbi türkcənin ayrı-ayrı tarixi hadisə və proseslərlə üzvü şəkildə bağlılığı ümummilli elementlərlə konsentrallaşır. Bütün dövr və mərhələlər müxtəlif dil hadisələri ilə yanaşı, həmin zaman içərisindəki ədəbi dilin qrammatik və semantik sistemləri ilə də səciyyələnir.
Böyük və mütəfəkkir alimin Azərbaycan ədəbi türkcəsinin tarixi gedişatı haqqındakı bütün fikirləri dərin mədəni-tarixi maraq doğurur. O, hər şeydən öncə, Azərbaycan ədəbi türkcəsinin tarixini ölkədə tarix boyu baş vermiş mürəkkəb tarixi hadisə və proseslərin içərisində öyrənmiş, bu elmi bir tarixi-linqvistik hadisə kimi xarakterizə etmişdir. Onun araşdırmalarında Azərbaycan ədəbi türkcəsi tarixi tipi dəyişmədə, inkişafda verilir, ümumi funksiyaların «çevikliyi» fonunda, üslubi tiplərin diferensiallaşması şəklində təqdim olunur. «Azərbaycan ədəbi dili vaxtilə ümumtürk ədəbi dilinin (türk imperiya dilinin) tərkib hissəsi kimi formalaşır; yerli, lokal-coğrafi ədəbi dil müstəqilləşəndə «ümumi»dən tam təcrid olunmur-qalib yerli imlada substrat kimi izlər qalır..» Tofiq müəllim ədəbi dil nə zaman yaranıb? sualını belə cavablandırıb: «İlk əmək nəğməsi, ilk atalar sözü, ilk şeir, ilk mif-əfsanə yaranandan bəri ədəbi dil başlayır…Ancaq bizim haqqında danışdığımız ədəbi dil insanlığın müəyyən inkişaf səviyyəsində, müəyyən mədəni yüksəlişin məhsuludur, dövlətlərin yaranması, dövlətlər arasında yazışmaların başlanması, ümumiyyətlə, yazılı nitqin qeydə alınması ilə ictimai-mədəni hadisə kimi, ədəbi dil müəyyənləşir» (s.15).
T.Hacıyev Azərbaycan ədəbi türkcəsini çox doğru olaraq ümumü türk mədəniyyəti kontekstinddə, digər müasir türkcələrlə bağlı şəkildə, həmçinin də türkcəni zənginləşdirən söz sənətkarlarının-Həsənoğlunun, Nəsiminin, Füzulinin, Xətainin, Vaqifin və başqalarının əsərləri əsasında öyrənməyi vacib sayır.
Dərslik olduğu üçün müəllif kitabın ilk səhifələrində bu fənnin mövzusu və bəzi terminoloji anlayışlar haqqında müfəssəl məlumat verir, ədəbi dil tarixi ilə tarixi qrammatikanın yaxın və uzaqlığını şərtəndirən amilləri göstərir. Dilin tarixi təkamülündə frazeologiyanın inkişafını izləyir. «Frazeologiya insan şüurunun hazırladığı ilk bədii məhsuldur. Frazeoloji vahidlər öz başlanğıcında məhz bədii əsərdir…» (18).
T.Hacıyevin konsepsiyasında ədəbi dilin anlayış-semantikası bu cür mənalandırılır: «Ədəbi dil tarixi milli dil faktları ilə əcnəbinin qarşılıqlı əlaqəsini də unutmur və milli qrammatik quruluşun və lüğətin müzəffər çıxmasının tarixi mənzərəsini canlandırır. Başqa dillərlə təmasda dilin orqanizmində gedən reaksiyaların məhsulunu nümayiş etdirir. Fikrin müəyyən mərhələdəki ifadə tərzində əcnəbi elementlərin iştirakının ictimai-linqvistik və mədəni-tarixi şərhini verir» (19).
Əsərdə ədəbi dil anlayışı, onun tarixi- kateqoriyal xüsusiyyətləri, ədəbi dilin əsasını təşkil edən koyne, onun mahiyyətini əks etdirən, «onun iliyinə işləyən» norma, normalaşdırma, sistem (struktur-forma, funksional-məzmun sistemləri), üslublar, onların müəyyənləşdirilməsi kriteriyaları, tarixi mövqeləri, ədəbi dillə bədii dilin münasibəti, ədəbi dilin subyektiv təsirlərə məruz qalması, ədəbi janrların dil əlamətləri və s. anlayış-məsələlərininə aydınlıq gətirilir.
Azərbaycan dilinin terminoloji və etnik anlayış kimi izləri və təşəkkülü təbii və dəqiq tarixi dəlillər, zəngin faktlar, qaynaqlar əsasında, elmi və tarixi baxımlardan özünü doğrultmayan müxtəlif yanlış baxışlarla ciddi etiraz şəklində aydınlaşdırılır: «azərbaycanlılar etnik və dil kökünə görə türkdür. Bu türkcə heç bir başqa sistemli dilin assimilyasiyası deyil»
T.Hacıyev türk tayfalarının Azərbaycana sonradan gəldiyini və birdən-birə yerli abrorogenlərin dilini sıxışdırıb aradan çıxartdığını deyənlərin səhv fikirlərini ustalıqla təkzib edir, hələ eradan çox-çox əvvəllər ölkəmizin ərazisində türk tayfalarının, türk mənşəli dilin mövcud olduğunu və türklərin sonrakı (bir neçə dəfə) gəlişləri ilə bu tayfaların, türk dilinin gücləndiyini, tədricən ümumxalq dilinə çevrildiyini sübut edir. Həqiqətən də, Azərbaycan türkcəsinin bizim minilliyə qədərki inkişaf yolunu yalnız bu yöndə tədqiq etmək müsbət nəticə verə bilər.
T.Hacıyev bir sıra dil-nitq hadisələrini, proseslərini ardıcıl inkişafda izləyir. Ədəbi türkcələrin tarixində dövr və mərhələlərə ayrılma işi mühüm işlərdən sayılır. Ə.Dəmirçizadə, B.Çobanzadə, M.Cahangirov, Q.Kazımov, N.Cəfərov, N.Xudiyev, A.Axundov, S.Mehdiyeva Azərbaycan ədəbi türkcəsini dövrünü müxtəlif faktorlar əsasında müəyyənləşdirmişlər. Tofiq müəllimin ağıllı düşüncəsinə görə, «ədəbi dilin dövrləşdirilməsi işi mərhələlər sistemininin qanunauyğunluqlarını öyrənməkdən başlanmalıdır. Ədəbi dil tarixinin dövrləşdirilməsi xalqın dili ilə tarixi, mənəviyyatı ilə maddi mədəniyyəti, təfəkkür tərzi ilə iqtisadi həyat şəraiti, bədii düşüncəsi ilə əqli-zehni səviyyəsi arasındakı əlaqələri müəyyənləşdirmək kimi elmi-nəzəri əhəmiyyətə malikdir» (71).
Alim ədəbi türkcənin tarixini dövrləşdirərkən bir sıra prinsipləri vacib sayır. Həmin prinsiplər ədəbi şəxsiyyət və abidələr, tarixi formasiya və müxtəlif sülalələrlə bağlı ictimai-siyasi şərait, adi xronoloji ardıcıllıq, dilin quruluşundakı inkişaf faktorları əsasındadır.
Müəllif göstərir ki, mərhələlərin ayrılmasında müəyyən əlamətlər sistem kimi nəzərə alınmalıdır: ədəbi dilin üslubi təzahürlərinin kəmiyyəti, onların qarşılıqlı münasibətlərinin və ictimai vəzifələrin xarakteri; bu təzahürlərin əsasında duran struktur-funksional əlamətlərin səciyyəsi; ədəbi dilin quruluşu, həcm və ictimai funksiyaları ilə dilin qeyri-ədəbi təzahürlərinin münasibəti.
Ədəbi dilin dövrləşdirilməsində ədəbi dilin mahiyyətini təşkil edən bir faktor əldə edilməlidir; norma dövrləşdirmədə əsas kriteriya olmalıdır. Ədəbi dilin baş atributu olan norma ədəbi dilin hansı səviyyəyə malik olduğunu da xarakterizə edir. Dövrləşmənin başlıca əlamətləri haqqında məlumat verən T.Hacıyev Azərbaycan-türk ədəbi dilinin tarixini 2 dövrə ayırır: 1) yazıyaqədərki dövr; 2) yazılı dövr. Birinci dövrü xalq dilinin mövcudluğu faktları, Şumer tarixi, daşlar üzərindəki yazılar, folklor örnəkləri, onomastik vahidlərin etnik tərkibi, lüğət tərkibinin sahələri, sözlərin təkhecalı xarakteri və s. səciyyəndirdiyi halda, ikinci dövrü bir sıra mərhələ və pillələrin ədəbiyyat və mənbə faktları («Dədə Qorqud kitabı», divan ədəbiyyatı dilinin aparıcı mövqeyi, Həsənoğlu, Nəsimi, Xətai, Füzuli qəzəlləri, Vaqif qoşmaları, üslub və normaların dəyikənliyi (xəlqiləşmə, üslubların yenidən təşkili, çoxvalentlilik halları, yeni üslubların formalaşması, ədəbiyyatda yeni janrların meydana çıxması və s.), yaxud inkişafı xarakterizə edir. Həmin mərhələ və pillələrin adında müəyyən şərtiliklər yox deyil. Yəni göstərilən mərhələ müxtəlif əlamətləri ilə, lüğət və qrammatik xüsusiyyətləri ilə, üslub özünəməxsusluğu ilə yadda qalır. Ancaq həmin mərhələ və ya pilləni təşkil edən göstəricilərdən daha tipik olan biri ad kimi seçilir.
T.Hacıyev müəyyənləşdirdiyi dövr və mərhələlər arasında Çin səddi çəkmir, həmin dövrləri bir-biri ilə bağlı şəkildə izah edir, yeni dövrün normasını öncəki dövrün içərisində «əridir», sübut olunur ki, yeni komplektləşmə yeni norma sistemi yaradır ki, bu da yeni dövr və ya mərhələnin başlanmasını elan edir.
T.Hacıyevin konsepsiyasında aqlütinativliyin başlıca xüsusiyyətləri «Dədə Qorqud Kitabı»na söykənərək şərh olunur, «Dədə Qorqud kitabı»nın dili ilə bağlı müəllifin orijinal fikirlərin («Kitab»ın dili ilə bugünkü Azərbaycan milli dilinin lüğətindəki fərqlərin, müxtəlif səviyyədəki paralelizmin, morfoloji və sintaktik quruluşun, müəyyənləşdirilməsi dəyəri ölçülməzdir) təsir dairəsi nə qədər qüvvətlidir. O, «Dədə Qorqud kitabı»nın dil materialı əsasında dövrün ilk mərhələsində xalq dilinin əsas lüğət fondu və qrammatik quruluşu haqqında konkret və dəqiq məlumatlar verə bilmişdir.
Dərslikdə Azərbaycan türkcəsində ilk tərcümədən də danışılır. Sonra sözügedən hər bir dövr və mərhələnin ümumi mənzərəsi canlandırılır. Bu mənzərəni qavramaq üçün iki cəhəti nəzərə almaq lazımdır: üslublar sistemini və həmin üslubların fəaliyyətini təmin edən dil materialını. XIII-XVI əsrlər ədəbi dili Həsənoğlunun məlum qəzəlinin leksik-qrammatik təhlili işilə başlanır. Qəzəlin söz varlığı türk və ərəb-fars dillərinə məxsusluğuna, sözlərin nisbətinə görə müəyyənləşdirilir, morfoloji göstəricilərin fəallığı, paralelizmlərin xarakteri (morfoloji əlamətlərlə və lüğət tərkibi ilə bağlı paralellər mərhələnin keçid xarakterindən gəlir: bir tərəfdən, milli dildə sabitləşmə gedir, bir tərəfdən, keçmiş norma elementləri davam edir, bunlardan əlavə, ədəbi kanonlarla bağlı ayrı-ayrı çoğrafiyalarda yazan şairlərin, söz ustalarının əsərlərinə müraciət, təqlid, nəzirə və s. nəticəsində müxtəlif türkcələrin dil xüsusiyyətləri işlənməli olur) açılır.
Dərslikdə əsrləri özündə birləşdirən mərhələlər tərkib hissələrinə bölünərək (XIII-XIV əsrlər ədəbi dili) təhlil olunur. Bu əsrlərdə Azərbaycanda divan ədəbiyyatı dilinin formalşdığı, lüğət tərkibində ərəb-fars sözlərinin bir qədər fəallığı, dilimizin dövlət, sənət və elm dili kimi işləklik hüququ qazanması və s. əsaslandırılır, Həsənoğlunun qəzəli, Əli adlı şairin «Qisseyi-Yusif»i, «Dastani-Əhməd Hərami», Qazi Bürhanəddinin dilinin koloriti, oğuz elementləri, Mahmud Kaşğarinin monumental «Divan»ı ədəbi dil yöntəmində təhlil olunur, dövrün lüğətlərinin Azərbaycan türkcəsinin öyrənilməsindəki rolu göstərilir, lüğətlərin (Hüsaməddin Xoyinin «Töhfeyi-Hüsam», Fəxrəddin Hinduşah Naxçıvaninin «Əs-siyah əl-əcəmiyyə», Seyid Əhməd Cəmaləddin İbn Mühənnanın «Hilyətül-insan və həlbətül-lisan»,) söz varlığı, lüğətlərdəki təhlillərin mahiyyəti, istiqamətləri göstərilir, tarixi dəyəri, aqlütinasiyanın fəallığı, dilçilik səviyyəsi, bu əsərlərin dilinin mükəmməlliyi, ifadələrin zənginliyi, təhkiyənin rəvanlığı və s. göstərilir.
Nəsiminin dili lokal çərçivədə deyil, nəhəng Füzuli dili ilə müqayisədə təqdim olunur, milli leksikonun üstünlüyü ilə yanaşı, onun dilində xəlqiliyi bütövləşdirən mühüm cəhətlər, şairin dilinin təsirediciliyi, aşılayıcı qabiliyyəti, sintaksisinin «çevikli»yi, elastikliyi, dilinin elmi-fəlsəfi cəhətləri, satirik elementləri, şairin tərcümə dili və s. qeyd olunur. «Maraqlıdır: Nəsimi dili daha çox türkcə olmaq etibarilə canlı danışıq dilinə Füzulidən daha yaxın olsa da, atalar sözü və məsəllər Füzulidə Nəsimidəkindən dəfələrlə artıqdır». Nəsimi elə mükəmməl başlanğıc oldu ki, onun dil ənənəsi həm yazılı, həm də şifahi ədəbiyyatımız tərəfindən örnək kimi tanındı» (I, 229).
T.Hacıyev konsepsiyasında XV-XVI əsrlər ədəbi dili bir sistem kimi, dövrün ictimai-siyasi tarixindən təcrid olunmadan araşdırılır, ədəbi dilin lüğət mənzərəsi canlandırılır, Füzuli poetik dilinin novatorluğu, sintaksis xəlqiliyi, Şah İsmayılın Azərbaycan dilinə doğma münasibəti onun mərkəzləşmiş Azərbaycan dövləti yaratmaq siyasətilə bağlı maraqlı faktlar əsasında üzə çıxarılır. Bununda yanaşı, XV-XVI əsrlərdə ədəbi dildə üslubi müəyyənləşdirmənin differensiallaşması dəqiqləşdirilir, bir sözlə, «ədəbi dil üslublar və normalar sistemidir» düsturu açılır. Əlbəttə, üslubların müəyyənləşdirilməsində tarixi şəraiti, tarixi təzahürləri, dil faktlarının-differensiallaşma məxsusiliyini əsas almaq lazım gəlir.
Qurbani dilinin xüsusiyyətləri, xalq dili ilə sıx əlaqələri, Xətai dilinin əsas semantik-üslubi keyfiyyətləri, aşıq poeziyasının ənənələrini yaşatmaq, qorumaq meyili, milli sözlərin araxikləşməyə doğru istiqamət almasının səbəbləri, cağatayizmlərə müraciətinin nəticələri (qıpçaq elementləri), ədəbi dilimizin tarixində Füzulinin yeri, bu xüsusda milli ədəbi dilin möhkəm özül üzərində müəyyənləşməsi məsələləri araşdırılır. Füzulinin xalq dili ilə yazılı dili birləşdirə bilmə ustalığı, sənətkarlığı açılır. Hacıyev təhlili nəticəsində Füzilinin Azərbaycan milli ədəbi dilinin banisi olmaq jansı təsdiqini tapır. «Füzuli üslubu differensiasiya imkanı yaratdı və Azərbaycan ədəbi dilini leksik və qrammatik baxımdan bütün üslubi imkanlarla təmin etdi- müvafiq mədəni şərait istənilən üslubu işə sala bildi. Yəni Avropa elmində milli ədəbi dil deyilən səviyyəni Azərbaycan türkcəsi üçün Füzüli hazırladı» (I, 298).
T.Hacıyev Füzulini daha yaxşı duyur və həmin duyğunu, Füzuli fikrininin böyüklüyünü, dərinliyini dolayı yolla, özünəxas üslubda çatdıra bilir. Maraqlıdır ki, M.Füzuli dilinin lüğət tərkibi bütün layları, söz ehtiyatları T.Hacıyevin tədqiqatında hərəkətə gətirilir, şərti də olsa bir sıra qruplar (kübar-seçmə leksika, ali üslub ifadəçisi sözlər, rəsmi anlayışların ifadəçisi sözlər, təbiətə aid sözlər, dini məzmunlu sözlər, onomastik vahidlər, semantik arxaizmlər və s.) müəyyənləşdirilir. Həmçinin Füzulinin dilinə tarixi qrammatika yönündə də yanaşılır; «dilinin morfologiyasına görə, Füzuli geniş mənada oğuz şairidir; onun morfologiyasında Azərbaycan və Türkiyə türkcələri paralelləşir». O da qeyd olunur ki, Füzuli dilinin qrammatik sistemində tarixiliyin də sözü var- xalqa gələcək milli ədəbi dil kimi xidmət edəcək bu qrammatika, birinci növbədə, XVI əsrin öz dilidir. Bundan əlavə, dərslikdə Füzulinin söz sənətinin, sənət dilinin xəlqiliyi və elmiliyi onun işlətdiyi, mənimsədiyi frazeoloji vahidlərə, atalar sözlərinə, müdrik kəlamlara, aforizmlərə söykənərək təhlil olunur. Füzulinin bədii nəsr dilinin orijinallığı, onun dilində semantik sahələr (çoxmənalılıq, sinonim, omonim və atonimlik əlamətləri) və bir çox sözlərin mövcud mənaları, Füzuli dilində metaforikləşmə hadisəsinin təzahür formaları, Füzulinin dil məntiqi və bəzi üslubi boyalar üzə çıxarılır. Bu fikir və mülahizələrdə Füzulinin dil yaradıcılığının ən incə momentləri əks olunur.
Ədəbi türkcənin ümumi mənzərəsi funksional üslubların təzahür imkanlarının tam nəzərə alınması ilə dəqiq müəyyənləşə bilər. Dərsliyin I hissəsi Azərbaycan milli ədəbi türkcənin yeni dövrü ilə yekunlaşır. Burada XVII-XVIII əsrlərdə ədəbi dilin kamala yetdiyi tarixi-siyasi, mədəni şəraiti, «süqut və durğunluq» dövrünün inkişaf ənənələri, üslubların spesifik təzahürləri, Saib və Tövsi Təbirizilərin ana dilli şeirlərinin dili, onların dil yaradıcılığı, dil zənginliyi, «Füzulinin sənətindən doğulan» M.P.Vaqifin dilində Qarabağ dialekti və Türkiyə türkcəsi izləri və s. açılır, təhlil süzgəcindən keçiririlir. Həmin dövrün nəsr dilinin sənətkarlıq xüsusiyyətləri, elmi və rəsmi-epistolyar üslubun dildə təzahür imkanları əyani şəkildə göstərilir.
Dərsliyin II hissəsi XIX yüzilliyin Azərbaycandakı tarixi-mədəni şəraiti, həmin mühitdə elmi-dilçiliyin yaranması (M.Kazımbəy, A.Bakıxanov, M.Vəzirov, L.Budaqov, M.F.Axundzadə, A.O.Çernyayevski), müxtəlif normaların (fonetik-orfoqrafik-morfoloji və sintaktik norma) demokratik keyfiyyət qazanma xüsusiyyətləri, dövrün normasında ümumi inkişaf meyilləri nəzərdən keçirilir.
Müasir linqvistik ədəbiyyatda, adətən, iki norma sistemindən- ədəbi dilin kodifikasiya norması (kodeks halına salınmış norma) və danışıq dili normasından söhbət gedir. Ədəbi dilin norması mürəkkəb və dialektik cəhətdən bir-birinə zidd olan bir hadisədir. T.Hacıyevin dərsliyində ədəbi dilin norma, sistem, uzus təbiəti, ədəbi dilin normalaşma prosesi, normativ reqlamentlər, normada variantlılıq, norma və xalq dili, norma və dəyişkənlik, normaya sosial faktorların təsiri, normada konservatizm cəhətləri (konservatizm-ədəbi dil idealının əsas, sabit, möhəm, dayanıqlı cəhətidir) XIX yüzilikdəki ədəbi dilin faktları üzrə aydınlaşdırılır, ədəbi dilin norma mənzərəsi tam şəkildə canlandırılır. Bu dövrdə aparıcı meyildən kənara çıxmaların başlıca səbəbləri də açıqlanır. Tofiq müəllimin təbiri ilə desək, ədəbi dilin səviyyəsi, normanın inkişaf meyilləri fəaliyyət göstərən üslublarda aydın görünür. Həmin dövrün üslub mənzərəsini bir rəssam kimi rənglərə boyayan hörmətli alim bu canlanmanın ədəbi dildə özünəməxsus əlamətlərini, yeniliyini, həmçinin istisna halları və s. qabardır. Ənənəvi və yeni üslub istiqamətlərini- klassik-kitab və folklor-danışıq üslublarının çarpazlaşmasını, bunların davamlı inkişafını say-çürük edir.
Leksik-terminoloji normanın səciyyəvi cəhətləri termin yaradıcılığı və terminoloji işlərin qaydaya düşməsi ilə bağlı xarakterizə olunur.
Beləliklə, Tofiq müəllim ədəbi dil normasının müəyyənləşdirilməsində dildaxili və dilxarici faktorların qarşılıqlı əlaqəsini mühüm fakt kimi qəbul edir, həmçinin bu faktorlar ədəbi dil normasmının gələcək perspektivlərini də tənzimləyir. Q.Zakir, A.Bakıxanov, S.Ə.Şirvani, Mirzə Fətəlinin fərdi üslublarında ənənə ilə yeniliyin (ədəbi areanada ictimai satiranın, mənzum hekayələrin, təmsilin, dramın meydana gəlməsi) çulğalaşdığı məqamlar, əsrin yeni üslub yaradıcılığının formalaşdığı mühit, yəni üslubların yenidən təşkili mexanizmi açılır, dövrün satira, mənzum hekayə, nəsr və dram dilini meydana gətirən tarixi şərait, onu xarakterizə edən əsas əlamətlər (rusizmlərin işləkliyi, komik-bədii vasitələr və s.) qeydə alınır.
T.Hacıyevin təhlil etdiyi dövrün bədii tərcümə, dərslik və uşaq ədəbiyyatının dili haqqında fikirləri, həqiqətən də reallığa uyğun olub, bu işlərin bir ali məqsədə- təlim-tədris işinə xidmət etdiyi və bu işlə yalnız və yalnız sadə-xəlqi və ədəbi cilalı bir dildə materiallar yazılmalı və uşaqlara təqdim olunmalıdır- ideyası səslənir. «Vətən dili» kimi dərsliklərimizin ədəbi dilimizin tarixində yeri və rolu qiymətləndirilir. İlk dəfə ədəbi dil nəzəriyyəsi ilə məşğul olmuş M.F.Axunzadənin nəsr və dram dilinin yeni, təzə tarixi-mədəni çəksinin ağırlığı, XIX əsr Azərbaycan ədəbi dilinin bütün üslubları onun bədii dilinin işığında müəyyənləşir. Elmi, traktat üslubunun xarakterik cəhətləri təyin olunur, rəsmi üslubun tarixi sənət-formalarından örnəklər verilir, normadan kənara çıxma meyilləri və qanunauyğunluqlar göstərilir, publisistik üslub «əsrin məhz son rübünün məhsulu» kimi nəzərdən keçirilir. «Əkinçi»nin dilinin inkişaf xətti Q.Zakirin mənzum hekayələrinin milli koloriti – M.F.Axundovun nəsr dili- «Əkinçi»nin publisistik dili xətti üzrə inkişaf etmiş və bu zəmində meydana çıxmışdır. Mədəniyyətimiz tarixində «Əkinçi» qəzetinin dilimizin lüğət tərkibi ilə əlaqədar ən mühüm xidməti, məhz termin yaradıcılığı olmuşdur. Bu xüsusda müəllif qəzetin dilinin publisistliyini, kütləviliyini şərtləndirən bir sıra xüsusiyyətləri, ölçüləri də müəyyənləşdirmişdir. «Qəzet, terminləri yaratmaq və alıb işlətməklə kifayətlənmir, oxucu ilə tam ünsiyyətə çatmaq üçün onların şərhini də verir; beləliklə, qəzet sinkretik iş görür» (II, 181).
Azərbaycan milli ədəbi türkcəsinin yeni mərhələsinin dəyişkən cəhəti XX əsrin əvvəllərinə düşür. Ədəbi dil bu yenilikdə biganə qalmır, daha da kütləviləşir, onun fəaliyyət aiditoriyası böyüyür. Tarix səhnəsinə milli burjuaziya gəlir və inkişaf edir. Dövrün ədəbi türkcəsinə nüfuz edən bu kimi ekstralinqvistik faktorları müəllif üzə çıxarmağa müvəffəq olur. Müəllif sözügedən dövrün ədəbi dil normasını (ana dili uğrunda mübarizə, ədəbi dillə ana dilinin münasibəti və s.) səciyyələndirən əsas cəhətləri müəyyənləşdirir. Dil məsələsinə siyasi məsələnin tərkib hissəsi kimi baxır. «Molla Nəsrəddin»in dili ilə «Füyuzat»ın dili qarşılaşdırılır. Digər mətbuu orqanların dilindəki dil quruculuğu sahəsindəki əyintilər, sapmalar da nəzərə çatdırılır. «Ana dili» dərsliklərinin dil qaydaları haqqında maraqlı bilgilər verilir («İkinci il» dərsliyi), qrammatika kitablarının, lüğətlərin spesifikası açıqlanır (N.Nərimanov. «Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi» (1899), Axund Yusif Talıbzadeiyi-Tiflisinin «Kitabi-təshilül- qəvaid» (1902), Qafur Rəşadın «Rəhbəri-sərf» (1918), Ü.Hacıbəylinin «Mətbuatda müstəməl siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin rusi-türki və türki-rusi lüğəti» (1907), S.M.Qənizadənin «Rusca-türkcə lüğət» və s.)
Dərsliyin II hissəsində ilk dəfə Turan ideologiyasının yaradıcısı, türklər üçün ümumi ədəbi dilin mümkünlüyü ideyasını ortaya atan məslək sahibi, dilə, dilçiliyə məslək faktı kimi yanaşan Əli bəy Hüseynzadənin ədəbi dil düşüncələri yer almışdır.
Kitabda ədəbi dilin Cənub qolunun Şimal qolundan fərqli inkişafı- ədəbi dil normasında təkmilləşmənin zəif aparılması, ənənədə məhəlçilik elementlərinin çoxluğu və s. bu qol üçün səciyyəvi olduğu göstərilir.
Tofiq Hacıyevin ortaq türk dili konsepsiyası onun elmi fəaliyyətinin, demək olar ki, ən dəyərli fikirlərindəndir: «Bu gün türkcələrin yaxınlaşması, türklər üçün ümumi ünsiyyət dilinə keçməsi Türk Dünyasının çox aktual problemlərindən biridir. Ancaq belə, kor-koranə şəkildə bir türkcənin o birisini yamsılaması məsələnin həlli deyil. Güneylilər bunu ortaq türk dilinə doğru addım kimi qiymətləndirirlər. Ancaq bu, ortaq dil ideyasının gerçəkləşməsi deyil, ortaq, ümumi ünsiyyət dilinin işlənməsi deyil. Əvvələn, bu iş iki türkcə arasında yox, türklər arasında eyni vaxtda, geniş bir hərəkat kimi başlanmalıdır (Türkiyə-Azərbaycan-Qırğızıstan-Özbəkistan-Türkmənistan qarşılıqlı televiziya proqramlarının işləməsi faydalı əməldir və kütləvi ünsiyyət prosesinə hazırlıq işi görür). Güneylilərin hərəkatı yarımçıqlıqdır. Əgər biz Türkiyə türkcəsini ünsiyyət vasitəsi kimi seçiriksə (əlbəttə, bu türkcə bu işə daha şanslıdır), onu leksikası, qrammatikası, fonetikası ilə öyrənmək, bilmək, lazım olan yerdə, məhz lazım olan yerdə, başqa çoğrafiyaların türkləri ilə ünsiyyətdə işlətmək gərəkdir. Hər türkcə öz çoğrafiyasında, özünün olaraq, təqlidsiz-filansız işlənməlidir. Heç bir türkcə öz tarixindən (klassik söz ustalarının, dastanlarının, bayatılarının dilindən) və ətrafından (bu gün danışılan canlı dildən-hər bir ədəbi dil xalqın canlı dilinin üstündə durur) təcrid olunmamalıdır. Müxtəlif türkcələrin varlığı türk dilinin zənginliyini, əlvanlığını təmin edir. Ümumi ünsiyyət dili kimi işlənəcək türk dili heç bir çoğrafiyada layla dilini, beşik dilini rədd etməyəcəkdir. Dil işarələr sistemidir, səslərdən, sözlərdən, cümlələrdən ibarət bir sistemdir. Güneyli-quzeyli Azərbaycan türkcəsi bir sistemdir, bu sistem min illərin təşkilatıdır, ona toxunmağa ixtiyarımız yoxdur» (II, 241).
Sonrakı dövr və mərhələlərdə üslubların xarakteri, dil təcrübəsi, onların ən mühüm keyfiyyətləri, «Molla Nəsrəddin»çilərin üslubu, realist-romantik qol, uşaq ədəbiyyatının, dərslik və tərcümlərin dilindəki başlıca xüsusiyyətlər axtarılıb tapılır, onların funksional əlamətləri, morfoloji və sintaktik normaların əvvəlki dövrlərdən fərqi, publisistik üslubun çalarları, elmi üslubun sadələşməsi, kütləvi dərəcədə anlaşıqlı olması faktları aşkarlanır, şəriət üslubuna ərəbizm-farsizmlərin geniş yer tutması, rəsmi-epistolyar üslubun iki qolundakı standartçılıq, qəlibçilik, ümumi sintaktik norma təmayülündən kənara çıxma halları və s. aydınlaşdırılır.
Dil siyasəti dövlətçiliyin tərkib hissəsidir. Dil siyasəti dövlətin millətə münasibətinin baş göstəricisidir. Bu fikirləri öz dərin düşüncəsi və kamalı ilə genişləndirən T.Hacıyev kitabın «Azərbaycan Xalq Cümhuriyyəti: Dil siyasəti və ədəbi dil» bölməsində tarixi sənədlər əsasında Azərbaycan türkcəsinin daxili imkanlarına toxunur, gücü səfərbər edilmiş, ölkənin ilk mütəqillik illərində ana dilinin hakim mövqeyini, dil vahidlərinin siyasiləşdirlməsi prosesini tutarlı əsaslara söykənərək şərh edir.
Ədəbi dilimizin sovet dövrü, bu dövrün dil siyasəti və dil quruculuğu («Maarif və mədəniyyət» jurnalında, Birinci Ümumittifaq Türkoloji qurultayda dil məsələləri, başqa kardinal məsələlər: əlifba məsələsi, imla məsələsi, termin məsələsi ), dil norması, termin paralelliyini doğuran səbəblər göstərilir, milli dil yaradıcılığında Türkiyə türkcəsi ilə sıx təması, B.Çobanzadənin 20-30-cu illərin norması və onların istiqamətləri barədə fikirləri, üslubların qarşılıqlı əlaqəsi, müasir ədəbi dil prosesi və s. məsələlər də dərslikdə yığcam şəkildə təhlil edilir. Ana dilinə bu dövrdə münasibət ədəbi proseslə bağlı, cəmiyyətin fövqündə yanaşılır.
Dəyişmə – əbədi, daimi, labüd ədəbi dil tarixinin yol yoldaşıdır, çığırdaşıdır. Dil dəyişmələrin səbəbi dilin universal qənaət prinsipləri ilə bağlıdır. Bu tipli əsərlər ədəbi dilin yeni dəyişmə ənənələrinin axtarışını əks etdirməklə yanaşı, həm də ədəbi dil və zaman, ədəbi dil və tarixi mühit, sistem və norma, mənbə avtoriteti və ədəbi norma və s. problemlər ətrafında dövrün ədəbi düşüncəsini, T.Hacıyev konsepsiyasını bariz şəkildə əks etdirir. Ayrı-ayrı dövr və mərhələlərə, müxtəlif norma və üslublara T.Hacıyev ədəbi, linqvistik -fəlsəfi yanaşmasının təzahürü görünür. Dil dəyişmələrinin əsas səbəbləri və onun ümumi inkişaf istiqamətləri proqnozlaşdırılır.
Böyük türkoloq ciddi elmi dildə yazdığı bu əsərinin sonunda belə bir fikir söyləyir: Cəmiyyətdə hər şey dildən başlayır və dilin üstündə durur. Bu gün möhkəm tarixi bünövrəsi üzərində ədəbi dilimizin inkişafı üçün hər şey var: ana dilimiz dövlət dilidir, dövlət dilini qoruyan dövlət qanunu var. Onun zəhməti, əlbəttə, böükdür. Bütöv bir dövrün, ədəbi türkcəmizin çoxəsrlik inkişaf yolunu nəzərdən keçirmiş- türkcəmizin inkişaf dövrləri, bu dövrlərin başlıca əlamətləri və s. barədə bitkin təəssürat yaratmışdır. Ədəbi türkcəmizin sonrakı taleyi haqqında da əsaslı söz demək yenə Tofiq müəllimin üzərinə düşür. Əsas fikir onundur.
İsmayıl Kazımov, filologiya elmləri doktoru, professor
Cahid İsmayıloğlu, filologiya üzrə fəlsəfə doktoru
Türkler İçin Ortak Ünsiyyet Dili – Tofiq Hacıyev
Türkler İçin Ortak Ünsiyyet Dili – Tofiq Hacıyev, Tofiq Hacıyev tarafından kaleme alınmıştır. Kitap 2021 yılında Akçağ Yayınları tarafından [Ankara] yayınlanmıştır. 236 sayfadır. Türkler İçin Ortak Ünsiyyet Dili – Tofiq Hacıyev adlı eser Kazakça dilindedir. Eserin içeriğinde İngilizce dilinde bölümlere de yer verilmektedir.
Kitap, 16 cm genişliğinde 24 cm yüksekliğindedir.
Kitap KARTON KAPAKLI cilt bilgisi ile 2 ay önce eklenmiştir.
Türkler İçin Ortak Ünsiyyet Dili – Tofiq Hacıyev adlı eser, Kitap > Sınav ve Ders Kitapları kategorisinde Yeni olarak satıştadır.
Kondisyon: Yeni
Ürün kondisyonları ürün açıklamalarında belirtildiği ve/veya ürün fotoğraflarında görüldüğü gibidir. Açıklamada yer alan veya fotoğrafta görülen üründen farklı nitelikte bir ürün gönderilmesi halinde siparişin iadesi/iptali kitantik.com güvencesi ile sağlanabilmektedir.
Kargo Ödeme Durumu
Alıcı Öder
Ürün Simeranya Kitap tarafından, PTT, Yurtiçi, Aras veya Sendeo Kargoyla gönderilecektir. Kargo ücreti 29.90 TL dir ve sipariş anında ödenir. Aynı mağazadan veya ortak kargo anlaşmalı mağazalardan bu ürünle birlikte alacağınız diğer ürünler için ek kargo ücreti ödemezsiniz.
Tofiq hacıyev sintaktik kitabı
Sipariş numarası ile siparişinizi takip edebilirsiniz.
Havale / EFT ile yapılacak ödemelerde açıklama kısmına mutlaka KY ile başlayan sipariş takip numaranızı yazmanızı rica ediyoruz.
Bu andan itibaren 7 gün içinde, siparişinizi hazırlanmak üzere işleme alınabilmesi için siparişinize ait ödemenin Kitapavrupa‘ya ulaşması beklenecektir.
Ödeme ulaşmadığı taktirde, 2 kez ödemeyi hatırlatan e-posta gönderilecek, ödeme ulaşmadığında ise 7 gün sonra siparişiniz otomatik olarak iptal edilecektir.
Online IBAN Havale / E FT ile ödemenizi KitapAvrupa UG adına aşağıdak hesaba yapabilirsiniz. Avrupa Birliği ülkeleri içersinde IBAN ile ödemelerden havale ücret, alınmamaktadır.
KITAPAVRUPA UG
IBAN: DE65 1001 0123 0272 2865 22
BIC/Swift: QNTODEB2XXX
OLINDA BANK
Not: Havale bilgilerinizi e-posta ile bize ulaştırabilirseniz, işlemleri daha hızlandırmamıza yardımcı olursunuz.
- Sıkça Sorulan Sorular
- Video Yardım
- İletişim
Comments are closed, but trackbacks and pingbacks are open.