Press "Enter" to skip to content

Tofiq mustafazadə ümumi tarix

“TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” kitabında həmin dövrdə Azərbaycanın yalnız Türkiyə ilə deyil, həmçinin Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və başqa ölkələrlə də münasibətləri haqqında məlumat var. Əsər fars, türk, italyan, rus, ingilis, alman, fransız dillərində olan bir sıra ilkin mənbə və tədqiqat əsərləri əsasında yazılıb.

Tarix İnstitutu yeni kitablar çap etdirib

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu “XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusunun ikinci və üçüncü cildlərini, o cümlədən “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” kitabını çap etdirib.

Tarix İnstitutundan NUHÇIXAN-a bildirilib ki, rus dilində nəşr olunan sənədlər toplusunun tərtibçisi bu elm müəssisəsinin ümumi tarix şöbəsinin müdiri, professor Tofiq Mustafazadə, türk dilinə tərcümə olunan kitabın müəllifi isə mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazildir.

“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusu “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. İnstitutun Elmi Şurasının qərarı ilə çap olunan topludakı sənədlərin transliterasiyası, “Ön söz” və şərhlər Tofiq Mustafazadəyə məxsusdur.

Üçcildlik topludakı sənədlər Rusiya Federasiyasının müxtəlif arxivlərindən götürülüb. Sənədlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi, tarixi coğrafiyası və etnoqrafiyası barədə qiymətli məlumatlar yer alıb. XVIII əsrdə çap olunmuş və hazırda nadir tapılan bir neçə əsər də topluya daxil edilib. Topluda yer alan sənədlər Rusiya çarı I Pyotrun və onun xələflərinin Azərbaycanla bağlı yeritdiyi siyasətin işğalçılıq mahiyyətini açmağa və Azərbaycan uğrunda gedən beynəlxalq rəqabəti təsvir etməyə imkan verir.

“TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” kitabında həmin dövrdə Azərbaycanın yalnız Türkiyə ilə deyil, həmçinin Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və başqa ölkələrlə də münasibətləri haqqında məlumat var. Əsər fars, türk, italyan, rus, ingilis, alman, fransız dillərində olan bir sıra ilkin mənbə və tədqiqat əsərləri əsasında yazılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Sumqayıtda “Ümumi tarix” kitabının təqdimatı olub

Aprelin 12-də Sumqayıtdakı 21 nömrəli orta məktəbdə Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri Azərbaycan Tarix Cəmiyyətinin sədri, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə ilə görüş keçirilmişdir. Görkəmli alim məktəblilərə və pedaqoji kollektivə özünün ilk monumental elmi-tədqiqat əsəri olan “Ümumi tarix” kitabını təqdim etmişdir. “Nurlan” Elm-Poliqrafiya Mərkəzinin buraxdığı kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Təqdimat mərasimində tarix elmləri doktorları, professorlar – AMEA-nın şöbə müdiri Şahin Fazil, Azərbaycan Dövlət Tibb Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri Fəxrəddin Məmmədov, Sumqayıt Universitetinin prorektoru Adil Baxşəliyev, Milli Məclisin deputatı Fəzail Ağamalı, habelə kitabın müəllifinin aspirantı, Sumqayıt Universitetinin böyük müəllimi Elmar Xəlilov, “Təfəkkür” liseyinin müəllimi Razi Quliyev, məktəbin direktoru Zakir Əliyev və başqaları çıxış etmişlər. Alimlər, o cümlədən müəllifin institut yoldaşları kitabın elmi dəyərindən danışmaqla yanaşı, respublikanın aparıcı tarixçi alimi olan T.Mustafazadənin yüksək insani keyfiyyətlərini, onun geniş yaradıcılıq diapazonunu, tədqiqatçı kimi böyük zəhmətini xüsusi vurğulamışlar. Onun birinci kitabında ta qədim zamanlardan XVIII əsrin axırınadək tarixi inkişaf prosesləri əksini tapmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Natiqlər alimin kitabı gözəl və başa düşülən dildə yazdığını, burada fotoşəkillərin, 50-dək xəritənin yer aldığını qeyd etmişlər. Birinci kitab üç hissədən ibarətdir. Onların hər biri müəyyən zaman kəsiyinə həsr edilmişdir: qədim dövrlərdən tutmuş eramızdan əvvəl V əsrədək, orta əsrlərdən VII əsrə qədər və 1640-cı ildən tutmuş 1918-ci ilədək müxtəlif dövrləri əhatə edir.
Bu sanballı tədqiqat əsərinin əsas məziyyətlərindən biri budur ki, kitabda Azərbaycan tarixi dünya tarixinin prizmasından təqdim olunmuş, ölkəmizin ərazisində baş verən bütün hadisələr dünya tarixi kontekstində tədqiq edilmiş və ilk dəfə demək olar, bütün tarixi spektr ana dilində təqdim olunmuşdur. T.Mustafazadə demişdir ki, Azərbaycanın ən yeni tarixinin əks olunduğu ikinci hissə artıq nəşrə hazırdır. T.Mustafazadənin kitabının epiqrafında bu sözlər yazılmışdır: “Keçmişi unutma. O, gələcəyin müəllimidir”.Müəllifin fikrincə, onun elmi əsəri tarixi proseslərin mahiyyətini dərk etməkdə müəllimlərə, tələbələrə və sadəcə, tariximizə maraq göstərənlərə kömək edəcəkdir.

Xatırladaq ki, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə “Qarabağ xanlığı”, “Qarabağ xanlığı haqqında” kitablarının, Azərbaycan tarixinə həsr olunmuş onlarca kitabçanın, monoqrafiyanın müəllifidir.

Tofiq mustafazadə ümumi tarix

“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusunun (rusca) II və III cildləri və “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” (türkcə) adlı kitab çap olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Qaynarinfo-ya verilən məlumata görə, rus dilində nəşr olunan sənədlər toplusunun tərtibçisi institutun “Ümumi tarix” şöbəsinin müdiri, professor Tofiq Mustafazadə, türk dilinə tərcümə olunan kitabın müəllifi isə institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazildir.

“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusu “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. İnstitutun Elmi Şurasının qərarı ilə çap olunan topludakı sənədlərin transliterasiyası, “Ön söz” və şərhlər Tofiq Mustafazadəyə məxsusdur.

Üçcildlik topludakı sənədlər Rusiya Federasiyasının müxtəlif arxivlərindən (Rusiya Dövlət Hərbi-Tarix Arxivi, Rusiya Dövlət Tarix Arxivi və s.) toplanıb. Sənədlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi, tarixi coğrafiyası və etnoqrafiyası barədə qiymətli məlumatlar var. XVIII əsrdə çap olunmuş və hal-hazırda nadir tapılan bir neçə əsər də (C.Bell və İ.Qerberin əsərləri) topluya daxil edilib. Topluya daxil edilmiş sənədlər Rusiya çarı I Pyotrun və onun xələflərinin Azərbaycanla bağlı yeritdiyi siyasətin işğalçılıq mahiyyətini açmağa və Azərbaycan uğrunda gedən beynəlxalq rəqabəti təsvir etməyə imkan verir.

“TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” adlı kitabda Azərbaycanın göstərilən dövrdə yalnız Türkiyə ilə deyil, həmçinin Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və başqa ölkələrlə də münasibətləri haqqında müəyyən məlumat var. Əsər fars, türk, italyan, rus, ingilis, alman, fransız dillərində mövcud olan bir sıra ilkin mənbə və tədqiqat əsərləri əsasında yazılıb. Qeyd edək ki, Ş.Fazil İsgəndər bəy Münşi, Həsən bəy Rumlu, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Comments are closed, but trackbacks and pingbacks are open.