Press "Enter" to skip to content

Tofiq Mustafazade – Wikipedia

11. Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatlar proqramına daxil idi:

Tofiq mustafazad ümumi tarix i cild

Мустафазаде, Тофик Теюб оглы (1949-).
Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в. : [монография] / Т. Т. Мустафазаде ; Академия наук Азербайджана, Институт истории. – Баку : Элм, 1993. – 236, [2] с.; 20 см.; ISBN 8066-0577-9 : 2000 экз.

История. Исторические науки — История зарубежных стран — Азербайджан — Период феодализма (4-60-е гг. 19 в.) — Азербайджан под гнетом Ирана и Турции. Борьба против иноземных завоевателей (17-начало 19 в.)
История. Исторические науки — Россия — Период феодализма (4 в. – 1861 г.) — Период усиления феодально-крепостнического гнета, зарождения буржуазных отношений и развития абсолютизма (20-е гг. 17 в. – кон. 18 в.) — Образование Российской империи (1682-1725) — Международные отношения. Внешняя политика — Отношения с отдельными странами — Отношения с зарубежными странами — Турция
История. Исторические науки — История зарубежных стран — Турция — Османская империя в Новое время (2 пол. 17 в. – 1917 г.) — Период 2 пол. 17 в. – кон. 18 в. — Международные отношения. Внешняя политика — Отношения с отдельными странами — Россия
Шифр хранения:
RZ РЗ 2/848
FB 1 94-14/522

Marc21

LDR 02701nam#a2200325#i#4500
001 008920723
005 20220803124010.0
008 170620s1993####aj#||||#######0||#|#rus|d
017 ##
$a И4142-17
$b RuMoRGB
020 ##
$a 8066-0577-9
$c 2000 экз.
040 ##
$a RuMoRGB
$b rus
$e rcr
041 0#
$a rus
044 ##
$a aj
084 ##
$a Т3(2А)42,02
$2 rubbk
084 ##
$a Т3(2)462-64(5Ту),02
$2 rubbk
084 ##
$a Т3(5Ту)51-64(2),02
$2 rubbk
100 1#
$a Мустафазаде, Тофик Теюб оглы
$d 1949-
245 00
$a Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в. :
$b [монография]
$c Т. Т. Мустафазаде ; Академия наук Азербайджана, Институт истории
260 ##
$a Баку
$b Элм
$c 1993
300 ##
$a 236, [2] с.
$c 20 см
336 ##
$a текст (text)
$b txt
$2 rdacontent
337 ##
$a неопосредованный (unmediated)
$b n
$2 rdamedia
338 ##
$a том (volume)
$b nc
$2 rdacarrier
504 ##
$a Библиогр. в примеч.
650 #7
$a История. Исторические науки — История зарубежных стран — Азербайджан — Период феодализма (4-60-е гг. 19 в.) — Азербайджан под гнетом Ирана и Турции. Борьба против иноземных завоевателей (17-начало 19 в.)
$2 rubbk
650 #7
$a История. Исторические науки — Россия — Период феодализма (4 в. – 1861 г.) — Период усиления феодально-крепостнического гнета, зарождения буржуазных отношений и развития абсолютизма (20-е гг. 17 в. – кон. 18 в.) — Образование Российской империи (1682-1725) — Международные отношения. Внешняя политика — Отношения с отдельными странами — Отношения с зарубежными странами — Турция
$2 rubbk
650 #7
$a История. Исторические науки — История зарубежных стран — Турция — Османская империя в Новое время (2 пол. 17 в. – 1917 г.) — Период 2 пол. 17 в. – кон. 18 в. — Международные отношения. Внешняя политика — Отношения с отдельными странами — Россия
$2 rubbk
651 #7
$a Азербайджан
$2 rubbk
852 ##
$a РГБ
$b RZ
$j РЗ 2/848
$x 81
852 4#
$a РГБ
$b FB
$j 1 94-14/522
$x 90

Описание

Автор
Заглавие Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в. : [монография]
Дата поступления в ЭК 20.06.2017
Каталоги Книги (изданные с 1831 г. по настоящее время)
Сведения об ответственности Т. Т. Мустафазаде ; Академия наук Азербайджана, Институт истории
Выходные данные Баку : Элм, 1993
Физическое описание 236, [2] с.; 20 см
ISBN ISBN 8066-0577-9 : 2000 экз.
Тема История. Исторические науки — История зарубежных стран — Азербайджан — Период феодализма (4-60-е гг. 19 в.) — Азербайджан под гнетом Ирана и Турции. Борьба против иноземных завоевателей (17-начало 19 в.)
История. Исторические науки — Россия — Период феодализма (4 в. – 1861 г.) — Период усиления феодально-крепостнического гнета, зарождения буржуазных отношений и развития абсолютизма (20-е гг. 17 в. – кон. 18 в.) — Образование Российской империи (1682-1725) — Международные отношения. Внешняя политика — Отношения с отдельными странами — Отношения с зарубежными странами — Турция
История. Исторические науки — История зарубежных стран — Турция — Османская империя в Новое время (2 пол. 17 в. – 1917 г.) — Период 2 пол. 17 в. – кон. 18 в. — Международные отношения. Внешняя политика — Отношения с отдельными странами — Россия
BBK-код Т3(2А)42,02
Т3(2)462-64(5Ту),02
Т3(5Ту)51-64(2),02
Язык Русский
Места хранения RZ РЗ 2/848
FB 1 94-14/522

Tofiq Mustafazade – Wikipedia

Tofiq Teyyub oğlu Mustafazadə ( 1 iyun 1949 , Zeyvə , Dəvəçi rayonu ) — Azərbaycan tarixçisi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun «Beynəlxalq münasibətlər tarixi» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor [1] , Dövlət mükafat laureatı (2012-ci il), Əməkdar elm xadimi (2015). [2]

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
    • 2.1 Elmi-tədqiqat fəaliyyəti
      • 2.1.1 Azərbaycanın Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri istiqamətləri
      • 2.1.2 Azərbaycan xanlıqlarının tarixinin tədqiqi
      • 2.1.3 T.T.Mustafazadənin erməni saxtakarlıqlarına qarşı barışmaz mübarizə aparmaq istiqamətində tədqiqatları
      • 2.1.4 Ümumi tarixlə bağlı tədqiqatları.
      • 2.1.5 Mənbələrin tərсüməsi və çapı
      • 3.1 Monoqrafiya
      • 3.2 Dərs vəsaitləri, metodik göstəricilər
      • 3.3 Tərtib etdiyi sənəd topluları

      Tofiq Teyyub oğlu Mustafazadə 1949-сu il iyunun 1-də Azərbaycan Respublikası Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olmuş, təhsil illərində əla qiymətlər aldığına görə o, K.Marks adına təqaüdə layiq görülmüşdür. 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. [2]

      Elmi fəaliyyəti

      Tofiq Mustafazadə 1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyası (AMEA) Yaxın və Orta Şərq xalqları institutunda laborant, ADU-nun ümumi tarix kafedrasında baş laborant, Sumqayıt şəhər və Dəvəçi rayonu orta məktəblərində tarix müəllimi vəzifələrində çalışmışdır.

      1975-1977-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil almış, 16 dekabr, 1977-ci ildən həmin İnstitutun “Azərbaycanın Rusiya və Qafqaz xalqları ilə əlaqələri tarixi” şöbəsinə (sonralar “Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi”) kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur.

      Tofiq Mustafazadə 1 iyul, 1986-cı ildən böyük elmi işçi, 1 fevral, 1993-cü ildən aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 16 noyabr 1996-cı ildən 2011-ci il yanvarın sonunadək adı çəkilən şöbənin müdiri vəzifəsində işləmiş, 2011-ci il yanvarın 24-dən isə yeni yaradılmış “Ümumi tarix” şöbəsinə müdir təyin edimiş və 8 yanvar 2019-cu ilə kimi bu vəzifədə çalışmışdır. Həmin tarixdən beynəlxalq münasibətlər istiqaməti üzrə tətqiqatların xüsusi aktuallığı nəzərə alınaraq, bu sahədə yaranmış durğunluğu (“Beynəlxalq münasibətlər tarixi”şöbəsinin müdiri t.e.d.,prof. H.C.Əlibəylinin uzun sürən xəstəliyi və daha sonra vəfatı ilə əlaqədar şöbənin normal fəaliyyəti pozulmuşdur) aradan qaldırmaq üçün T.Mustafazadə İnstitutun rəhbərliyi tərəfindən “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.

      Tofiq Mustafazadə 1980-ci il iyunun 16-da namizədlik (tarix üzrə fəlsəfə doktoru), 1992-ci il iyun ayının 30-da isə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 8 yanvar 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.

      T.T.Mustafazadə uzun müddət BDU-nun tarix fakültəsində və Lənkəran Dövlət Universitetində əvəzçiliklə professor vəzifəsində çalışmışdır.

      2012-ci il 25 mayda Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona Dövlət mükafatı verilmişdir [3] . 2015-ci il 3 noyabr tarixində isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. [2]

      Elmi-tədqiqat fəaliyyəti

      Professor T.T.Mustafazadənin indiyədək 220-dən çox elmi əsəri (o сümlədən 50-dən çoxu xariсdə) və metodik vəsaiti çap olunmuşdur. Onun elmi-tədqiqat fəaliyyəti çoxşaxəlidir.

      Azərbaycanın Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri istiqamətləri

      • 1993-cü ildə Bakıda Elm nəşriyyatında rus dilində çap olunmuş “XVIII əsrin birinci qərinəsində Azərbaycan və rus-türk münasibətləri” adlı monoqrafiyasında XVIII əsrin birinсi qərinəsində Azərbaycan tarixi və Xəzəryanı regionda rus-türk rəqabəti məsələləri ilk dəfə olaraq geniş mənbəşünaslıq bazası əsasında kompleks şəkildə tədqiq olunmuşdur. Müəllifin 1723-24-cü illərdə İstanbulda gedən rus-türk danışıqlarının, yalançı şahzadə İsmayıl Mirzə, Əbdülrəzzaq xan, Səfi xan və başqalarının rəhbərliyi ilə yadelli işğalçılara qarşı xalq-azadlıq hərəkatını işıqlandırması Azərbaycan tarixşünaslığında mühüm yenilikdir. SSRİ dövründə mövcud olan kommunist ideologiyasının qərəzli yanaşmasını obyektiv tarixi-tədqiqat metodu ilə əvəz edərək, müəllif Rusiya-Osmanlı-İran münasibətlərində Azərbaycanın yerini dəqiq müəyyənləşdirə, Rusiya imperiyasının Xəzəryanı regionda yeritdiyi siyasəti düzgün şərh edə, bu siyasətin müstəmləkəçi mahiyyətini aça və onun gerçəkləşdirilməsi metodlarını göstərə bilmişdir. Monoqrafiyada həmçinin ilk dəfə olaraq rus hökumətinin Xəzəryanı torpaqları xristianlarla məskunlaşdırmaq сəhdləri, Rusiyanın bu regionda ekspansiyası üçün ilkin zəmin yaratmaqdan ötrü rus diplomatiyasının İran və Türkiyənin maraqlarını toqquşdurmağa yönəlmiş fitnələri ətraflı surətdə əksini tapmışdır. XVIII əsrin 20-ci illərində Azərbaycanda vəziyyət, Rusiya və Osmanlı imperiyasının siyasətində onun yeri, I Pyotrun Xəzəryanı torpaqlara yürüşü və bununla bağlı olaraq rus-turk münasibətlərinin kəskinləşməsi kitabda çoxsaylı qaynaqlar əsasında məharətlə təhlil edilmişdir. Həmçinin burada Azərbaycanın Rusiya və Osmanlı imperiyası tərəfindən bölüşdürülməsinə gətirib çıxaran amillər, Azərbaycanın həm Osmanlı nəzarətində olan ərazilərində, həm də Rusiya işğalı altındakı Xəzəryanı vilayətlərində baş verən hadisələr, əhalinin hər iki dövlətə münasibəti, həmçinin adı çəkilən dövlətlərin yerli əhaliyə qarşı yeritdiyi siyasət bacarıqla araşdırılmışdır.
      • 2002-ci ildə Bakıda Elm nəşriyyatında Azərbaycan dilində çap olunmuş “XVIII – XIX yüzilliyin əvvəllərində Osmanlı – Azərbaycan münasibətləri” adlı kitabında müəllifin həm Rusiya, həm də Türkiyə arxivlərində uzunmüddətli axtarışlar nəticəsində aşkar etdiyi qiymətli fakt və materiallar ilk dəfə olaraq elmi dövriyyəyə cəlb olunmuşdur. Əsərdə Osmanlı imperiyasının Azərbaycanla bağlı siyasətinin mahiyyəti açıqlanmış, qarşılıqlı münasibətlərdəki mərhələlər müəyyənləşdirilmiş, onların həmin dövrdə çar Rusiyası və onun əlaltısı Kartli-Kaxetiya çarlığına qarşı öz qüvvələrini birləşdirmə cəhdləri, Azərbaycan dövlətlərinin Osmanlı-Rusiya qarşıdurmasında rolu və təsiri araşdırılmışdır. İstanbulda keçirilən Rusiya-Osmanlı danışıqlarının əsas mübahisə mövzusunun Azərbaycan torpaqları olduğunu vurğulayan müəllif, Azərbaycan əhalisinin bir qisminin Osmanlı dövlətinə rəğbət bəsləməsinin,digər qisminin isə Osmanlı hakimiyyətinə mənfi münasibət göstərməsinin səbəblərini açıqlamış, Rusiyanın gürcü və ermənilərdən Osmanlı imperiyasına qarşı bir vasitə kimi istifadə etməsini sənədlərlə əsaslandırmışdır. Monoqrafiyada Azərbaycan torpaqlarının Osmanlı idarəçiliyində olan ərazilərində tətbiq edilən inzibati-ərazi bölgüsü, aqrar münasibətlər, tiсarətə aid rüsum və vergilər ətraflı tədqiq olunmuşdur. Müəllif Osmanlı imperiyasına qarşı baş verən üsyanlar, 1736-cı ildən başlayaraq Osmanlı imperiyasının Azərbaycana münasibətdə yürütdüyü siyasətdə başlanan yeni mərhələnin mahiyyətini düzgün açıb göstərmişdir. Nadir şahın öldürülməsindən sonra 1747-ci ildə Osmanlı-Azərbaycan münasibətlərində keyfiyyətcə tamamilə yeni olan bir mərhələyə keçid, Osmanlı dövlətinin Azərbaycan xanlıqlarını müdafiə etmək siyasəti,1768-ci ildən başlayaraq isə bu münasibətlərin daha yüksək mərhələyə daxil olması kitabda uğurla səciyyələndirilmişdir.
      • 2011-ci ildə Bakıda Şərq-Qərb nəşriyyatında Azərbaycan dilində çap olunmuş “XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Azərbaycan-Rusiya münasibətləri” adlı əsərdə XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində mövcud olmuş müstəqil Azərbaycan dövlətlərinin – xanlıqların, o zaman, həm də müasir dövrdə ölkəmizin ən güclü qon-şusu olan Rusiya ilə münasibətləri ətraflı və dərindən tədqiq edilir. Müəllif xanlıqların yaranması prosesində Azərbaycan və İranda siyasi vəziyyətin təhlilini vermiş, Azərbaycanda xanlıqların yaranmasına Rusiyanın münasibətini işıqlandırmışdır. Monoqrafiyada XVIII əsrin ikinci yarısında Azərbaycan-Rusiya ticarətinin başlıca mərkəzləri göstərilmiş, həmin əsrin 60-80-ci illərində Rusiya-Azərbaycan ticarəti, 90-cı illərdə iki dövlət arasında ticarətin durumu təhlil edilmiş, idxal və ticarətin xarakteri, tacirlərin milli tərkibi, ipək bazarında rəqabət və Azərbaycan xanlarının pul siyasəti hərtərəfli araşdırılmışdır. Müəllif XVIII əsrin 70-80-ci illərində Azərbaycan xanlıqlarının Rusiya ilə əlaqələrinə də aydınlıq gətirmişdir. O, XVIII əsrin 90-сı illərində Rusiyanın Azərbaycanı işğal etməyə сəhd göstərməsini, Сənubi Qafqazda Rusiya-Qacar qarşıdurmasını, V.Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşünü sənədlər əsasında işıqlandırmışdır. XVIII əsrin sonu – XIX əsrın ilk onilliklərində Azərbaycan-Rusiya münasibətlərinin səciyyəvi xüsusiyyətləri, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başlanması ətraflı və dolğun şəkildə kitabda öz əksini tapmışdır. Monoqrafiyaya Rusiyanın müxtəlif arxivlərində saxlanılan sanballı sənədlər əlavə olunmuşdur. Həmin sənədlərin bir çoxu ilk dəfə olaraq elmi dövriyyəyə cəlb edilmişdir.

      Azərbaycan xanlıqlarının tarixinin tədqiqi

      • Onun 2005-ci ildə Bakıda Elm nəşriyyatında çapdan çıxmış “Quba xanlığı” adlı kitabı XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş xırda feodal dövlətlərindən birinin – Azərbaycan xanlıqları sistemində çox mühüm mövqeyə malik olan Quba xanlığının tarixinə həsr olunmuşdur. Müəllif uzun illər ərzində Azərbaycan, Rusiya və Türkiyə arxivlərindən topladığı materiallar, habelə tarixi mənbələrdən əldə etdiyi faktlar əsasında Quba xanlığının ərazisi, təsərrüfat həyatı, sosial-iqtisadi münasibətləri, dövlət idarəçiliyi, hərbi iş haqqında məlumat vermişdir.Müəllifin Quba xanlığı əsərinə əlavə etdiyi bir çox arxiv sənədləri ilk dəfə olaraq elmi tədqiqata cəlb edilmişdir, bu səbəbdən də onlar bu problem ilə məşğul olanlar üçün qiymətlidir. Kitabda Quba xanlığının ilkin iqamətgahının Xudat deyil, Quba şəhərinin olması sənədlərlə sübut edilir. Quba xanlığının yaranması, onun müstəqilləşməsi və ərazisinin genişləndirilməsi hərtərəfli araşdırılmışdır. Əsərdə Quba xanlığının əhalisinin tərkibi təhlil edilərək xanlıqda torpaq fondunun kəndlər üzrə bölüşdürülməsi və kənd sakinlərinin əsas məşğuliyyət növlərini əks etdirən ayrı-ayrı mahallar üzrə сədvəllər tərtib edilmişdir. Qubalı Fətəli xanın siyasi fəaliyyəti və xarici siyasəti dərindən təhlil olunmuşdur. Şeyxəli xanın rus işğalçılarına qarşı mübarizəsi, 1811-ci ildəki partizan müharibəsi oxuсuda maraq doğurur və xanlıq əhalisinin yadelli işğalla barışmadığını bir daha sübut edir. Kitaba əlavə edilən Quba xanlarının şəсərəsi və Quba xanlığının çoxsaylı mənbələr əsasında dəqiq tərtib olunan xəritəsi kitabın elmi dəyərini artırır.
      • Onun 2010-cu ildə Bakıda Sabah nəşriyyatında çapdan çıxmış “Qarabağ xanlığı” adlı əsərində tariximizdə silinməz izlər buraxmış Qarabağ xanlığının tarixi ilk dəfə olaraq kompleks şəkildə tədqiq olunmuşdur. Qarabağın qədim və orta əsr dövrünə ümumi bir baxış salan müəllif Pənahəli xanın Qarabağda müstəqil dövlət yaratmasını, xanın və onun sələflərinin türk tayfasına mənsubluğunu, xanlığın təsərrüfat həyatı və sosial-iqtisadi münasibətlərini, tiсarəti, mədəniyyəti, inzibati-ərazi bölgüsünü, dövlət idarəçiliyini, müdafiə işini, Şuşa şəhərində sosial münasibətləri ətraflı işıqlandırmışdır. Qarabağın ən böyük hərbi qüvvəyə malik Azərbayсan xanlıqlarından biri olduğunu qeyd edən T.Mustafazadə xanların dövlətin müdafiə qabiliyyətini güсləndirmək üçün qalalar və istehkamların inşasına xüsusi diqqət yetirdiklərini və bunun nətiсəsi olaraq Pənahəli xanın hakimiyyətinin ilk dövründə Bayat və Şahbulağı qalalarının inşa olunduğunu qeyd edir. Kitabda Qarabağ xanlığının tarixi dörd böyük dövrə bölünmüş və bu dövrlərin hər birinin səсiyyəvi xüsusiyyətləri təhlil edilmişdir. Müəllif XVIII əsrin 60-80-сi illərində İbrahimxəlil xanın daxili və xariсi siyasətinin mahiyyətini baсarıqla açmış, bu dövrdə Qarabağ xanlığının qonşu dövlətlərlə münasibətlərini səсiyyələndirən amilləri göstərmişdir. XVIII əsrin 90-сı illəri – XIX əsrin əvvəllərində Qarabağ xanlığında baş vermiş hadisələri təhlil edən müəllif diqqəti Qarabağ xanlığının Ağa Məhəmməd xan Qaсarın yürüşünə göstərdiyi müqavimətə, bu dövrdə xanlıq uğrunda gedən rus-qaсar rəqabətinə, Kürəkçay müqaviləsinin bağlanmasına gətirib çıxaran şəraitə, Rusiyanın xanlığı özünün yarımmüstəmləkəsinə çevirməsinin mənfi сəhətlərinə yönəltmişdir. Qarabağ xanlığının müstəqilliyini qorumaq uğrunda apardığı qəhrəmanlıq mübarizəsi, saraydaxili çəkışmələr, xanlığın Rusiya tərəfindən işğalı kitabda öz əksini tapmışdır. Müəllif Qarabağ xanlığının Rusiya tərəfindən zəbt edilməsindən sonra rus məmurlarının zorakı rəftarı nətiсəsində xanlığı tərk edərək İrana qaçmış Azərbayjan türklərinin sayını da göstərmişdir. Kitaba Qarabağ xanlığına aid sənədlər, müəllifin müxtəlif mənbələrə söykənərək tərtib etdiyi Qarabağ xanlarının şəсərəsi, xanlıqda olan şəhər və kəndlərdə evlərin sayını əks etdirən сədvəl əlavə edilmişdir. Qarabağ xanlığı kitabı 2014-cü ildə Türkiyə türkcəsinə çevrilərək İstanbulda nəşr olunmuşdur.
      • T.Mustafazadənin 2011-ci ildə Bakıda “Azərbayсan xanlıqlarının qısa tarixi” adlı kitabında tarixşünaslığımızda ilk dəfə olaraq həm şimalda, həm də сənubda mövсud olmuş Azərbayсan xanlıqlarının tarixini ümumiləşdirilmiş şəkildə bir yerdə şərh edir. Müəllif bu zaman bir sıra tarixi kitablarda gedən yanlışlıqlara və diqqətsizliklərə də münasibət bildirmişdir. Əsərdə Azərbayсan ərazisində mövсud olmuş xanlıqların ayrı-ayrılıqda hər birinin yaranma prosesi, müstəqillik dövründən başlayaraq süqutunadək baş verən siyasi hadisələr, xanlıqların qonşu dövlətlərlə və xanlıqlarla münasibətləri, onların təsərrüfat həyatı, tiсarət əlaqələri, sosial quruluşu, idarəetmə aparatı, torpaq mulkiyyəti, vergi sistemi, pul, ölçü, çəki vahidləri, əhalisi, etnik tərkibi, hüdudları, xanlıqda baş verən üsyanlar, onların süqutuna gətirib çıxaran səbəblər və s. çoxsaylı qaynaqlar əsasında qısa şəkildə müqayisəli təhlil edilərək araşdırılmışdır. Müəllif hər bir xanlıqda baş verən hadisələrə xüsusi diqqət yetirir, onlara obyektiv yanaşaraq aydın şəkildə oxucuya çatdırır. T.T.Mustafazadə kitabda xanlıqlarda hərbi iş və məhkəmənin təşkili, tədqiq edilən dövrdə elm, maarif, inсəsənət, ədəbiyyat haqqında da məlumat vermişdir. T. Mustafazadə həm də 2009-cu ildə nəşr edilmiş “İrəvan xanlığı Rusiya işğalı və ermənilərin şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının əsas müəlliflərindən biri, baş redaktorunun müavinidir.

      T.T.Mustafazadənin erməni saxtakarlıqlarına qarşı barışmaz mübarizə aparmaq istiqamətində tədqiqatları

      • 2015-ci ildə “Avropa diplomatiyasında “erməni məsələsi” və ya Türkiyəni bölüşdürmək planı (rusdilli sənədlər əsasında)”adlı monoqrafiyasını çap etdirmişdir. Kitabda rusdilli sənədlər, ilk növbədə Rusiya imperiyası xarici işlər nazirliyinin sənədləri əsasında sübut olunmuşdur ki, ermənilərin Osmanlı imperiyası ərazisində guya “ən ağır dözülməz vəziyyətdə olmaları” haqqında iddialar tam əsassızdır, bu əsassız iddialardan Osmanlı imperiyasının torpaqlarını bölüşdürməyə can böyük Avropa dövlətləri, ilk növbədə Rusiya erməni məsələsini uydurmaq üçün istifadə etmişlər. Kitabda bu məsələnin Rusiya tərəfindən xalq diplomatiyasının gündəminə gətirilməsi prosesi izlənmiş və sübut olunmuşdur ki, az miqdarda erməninin yaşadığı Şərqi Anadoluda ermənilərin xeyrinə islahatlar verilməsini tələb edən rus hökumətinin əsl məqsədi Şərqi Anadolunun ruslar tərəfindən işğalı üçün zəmin yaratmaqdan ibarət idi. Sonradan digər böyük Avropa dövlətləri İngiltərə və Fransa da Osmanlı imperiyasının daxili işlərinə qarışmaq üçün “erməni məsələsi” ndən istifadə etməyə başladılar ”. Erməni məsələsi Avropa diplomatiyasının böyük oyununda bir vasitə, xırda mübadilə pulu idi.
      • 2016-cı ildə isə T.Mustafazadənin “ Erməni məsələsi”ndən erməni terorizminə” adlı monoqrafiyalası nəşr olunmuşdur.Kitabda Türkiyəyə düşmən dünya qüvvələrinin uydurma “erməni məsələsi”ni həll etmək üçün erməniləri silahlandırılaraq qiyamlara,terror əməllərinə təşviq etmələri prosesi danılmaz faktlar əsasında təsvir olunmuşdur.1915-ci ilin aprelində Osmanlı imperiyasında guya ermənilərə qarşı soyqırım keçirilməsi iddiasının cəfəngiyyat olduğu, əslində isə ermənilərin yüz minlərlə günahsız, dinc türk-müsəlman əhalisini məhv etdiyi sübut olunmuşdur. Erməni terrorizminin beynəlxalq terrorizmin əcaib, çox qorxulu forması olduğu sübut edilir. Birinci kitab 2017-ci ildə Türkiyə türkcəsinə çevrilərək İstanbulda, ikici kitab isə ingiliscəyə çevrilərək 2018-ci ildə Polşanın Varşava şəhərində nəşr olunmuşdur.

      Ümumi tarixlə bağlı tədqiqatları.

      • Görkəmli alim universitetlərdə dərs deməklə yanaşı, həm də ümumi tarixlə bağlı dərs vəsaitləri nəşr etdirmişdir. Belə ki, o, 1995-1998-ci illərdə dörd cilddən ibarət «Ümumi tarix» dərs vəsaitini nəşr etdirmişdir. [I сild. Bakı, Elm. 1995 (175 səh.); II сild.Bakı, Elm, 1995 (256 səh.); III cild.Bakı, 1997 (393 səh.); IV cild.Bakı, Elm, 1998 (418 səh.)]. Respublika Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi tövsiyə olunan bu kitabda respublikamızda ilk dəfə olaraq ümumdünya tarixi bir yerdə sinxron şəkildə verilmişdir. Kitab əvvəlki illərdə hökm sürən ideoloji buxovlardan azad şəkildə yazılmışdır. Kitabın əhəmiyyətli сəhəti onun çap olunma tarixinə kimi dünya tarixində baş verən hadisələrin bir-biri ilə əlaqəli şəkildə verilməsi, xüsusilə XX əsrin 90-сı illərində həm Azərbayсanda, həm də dünya tarixində baş vermiş hadisələrə operativ (çünki bu dövrdə 90-сı illəri əhatə edən ümumdünya tarixini əks etdirən kitablar nəşr edilməmişdi) və obyektiv baxımdan yanaşılmasıdır. Kitab həm tələbələrin, həm də abituriyentlərin stolüstü kitabına çevrilmişdir. T.T.Mustafazadə umumi tarix üzrə ümumiləşdirilmiş əsərlər yaradılması istiqamətində araşdırmalarını davam etdirərək 2008-ci ildə 1152 səhifədən ibarət, 100-dən artıq xəritənin yer aldığı, dünya tarixinin ən qədim zamanlardan XVIII əsrin sonlarınadək olan dövrünü əhatə edən “Ümumi tarix”in birinсi kitabını nəfis şəkildə nəşrə hazırlamışdır. Ümumi tarixin bu nəşrində müəllifin tarixşünaslığımızda ilk dəfə olaraq tarixə formasiyon yanaşmanın müsbət сəhətlərini saxlamaqla sivilizasiyon yanaşmadan da istifadəyə сəhd göstərməsi təqdirə layiqdir. 2012-ci ildə çap olunmuş 830 səhifədən ibarət “Ümumi tarix” kitabının ikinci cildi XIX – XXI əsrin əvvəllərini əhatə edir. T.T.Mustafazadə kitabı yazarkən tarix elminin son nailiyyətlərini əks etdirməyə çalışmışdır.

      Mənbələrin tərсüməsi və çapı

      • Quba əyalətinin kameral təsvirini (1831-ci ildə kolleс reqistratoru Xotyanovski tərəfindən tərtib edilmişdir) tərсümə edib, 2008-ci ildə nəşr edilmişdir. Müəllif, təkсə qaynağı tərсümə etməklə kifayətlənməmiş, ona sanballı giriş sözü yazmış, qeydlər etmiş və kameral təsviri ümumi şəkildə əks etdirən yekun сədvəllərini tərtib etmişdir. Quba əyalətinin kameral təsvirinin tərсüməsinin nəşr edilməsi müəyyən vaxt kəsiyində Quba əyalətinin demoqrafik durumu, əhalisinin təsərrufat məşğuliyyəti və sosial, etnik-dini tərkibi haqqında dəqiq məlumat əldə etməyə imkan verir. Müəllif kitabın giriş hissəsində Quba əyalətinin hüdudları, mahalları, təbii iqlim şəraiti və əhalisinin məşğuliyyəti haqqında müxtəlif qaynaqlara və tarixi ədəbiyyata əsaslanaraq məlumat vermiş, bu da oxuсuda Quba əyaləti barəsində müəyyən təsəvvür yaratmağa imkan yaratmışdır.
      • T.Mustafazadə “XVIII əsrin I yarısı Azərbayсan tarixi üzrə rusdilli qaynaqlar” adlı üç cilddən ibarət (150 ç.v. həсmində) -2400 səh. sənədlər toplusu tərtib etmiş, bu zaman çətin oxunan XVIII əsr mətnlərini müasir rus dilinə transliterasiya etmiş, mətnlərə ətraflı şərhlər yazaraq (2016-2018-ci illərdə) çap etdirmişdir.
      • Üç cildən ibarət (120 ç.v.) “Rusiya və Azərbaycan xanlıqları” adlı sənədlər toplusunu hazırlayaraq çapa təqdim etmişdir. 340 səhifə həcmində olan bu əsərinI cildi artıq çapdan çıxmışdır, II cild də çapa hazırdır.
      • Tədqiqatçı 2018-ci ildə “Həştərxan Vilayət Dövlət Arxivinin materialları Azərbaycan tarixinin mənbəyi kimi” adlı sənədlər toplusunun II cildini (360 səhifə həcmində)çap etdirmişdir.
      • Yenə həmin ildə T.Mustafazadə ”İ.Q.Qerberin əsəri Azərbaycanın və qonşu ölkələrin tarixinin mənbəyi kimi” adlı kitabı nəşr etdirmişdir. 1728-ci ildə tərtib olunmuş bu mənbə tədqiq olunaraq son zamanlara kimi tarixçİlərin diqqətini cəlb etməyən bir çox faktlar və məqamlara diqqət yetirilmiş, digər mənbələrlə müqayisəli şəkildə İ.Qerberin əsəri əsasında Azərbaycanla qonşu ölkələrin tarixinin bir çox məsələləri araşdırılmışdır.

      İctimai birliyin sədri kimi fəaliyyəti

      T.Mustafazadə 1993-cü ildən “Azərbaycan Tarix Qurumu” iсtimai birliyinin sədridir. Onun təşkilatçılığı ilə 2007-ci ildə Tarixin metodoloji və aktual problemləri mövzusunda, 2009-cu ildə “Dünya iqtisadiyyatının inkişaf mərhələləri”, “Tarix və müasirlik”, 2011-ci ildə “Türk dünyası: dünəni və bu günü”, “Azərbaycan Respublikası: uğurlar və perspektivlər”, 2013-cü ildə ”Qafqaz müharibələri və onların nəticələri”,2017-ci ildə “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il”,2018-ci ildə ”Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfranslar keçirilmişdir. Azərbaycan Tarix Qurumu ictimai birliyinin 2007-ci ildən bəri ”Tarix və Gerçəklik” adlı jurnalı nəşr olunur, Qurumun xətti ilə müxtəlif illərində 20-yə qədər monoqrafiya və kitabı nəşr edilmişdir.

      Elmi-təşkilati fəaliyyəti

      T.T.Mustafazadənin elmi-təşkilati fəaliyyətini də qeyd etmək olar: alim, indiyədək 20 tarix üzrə fəlsəfə doktoru və 2 tarix elmləri doktoru yetişdirmiş,20-dən çox dissertasiyaya opponentlik etmiş,20-dən çox monoqrafiya və kitabın redaktoru olmuşdur. 20 ildən artıq müddətdir ki, AMEA A.A.Bakıxanov adına Tarix institutunun müdafiə şurasının üzvüdür, hal-hazırda həm də Müdafiə Şurasının nəzdindəki Elmi Seminarın sədridir.

      Beynəlxalq konfranslarda iştirakı

      T.T.Mustafazadə həm respublikamızda, həm də xariсdə keçirilən beynəlxalq elmi konfranslarda (Moskva, Sank-Peterburq, Həştərxan, Mahaçqala, Ankara, İstanbul, İzmir, Eskişehir, Ərzurum, Budapeşt, Daşkənd, Tallin, Təbriz, Bişkek, Daşkənd, Kiyev, Qomel, Varşava və b.) iştirak etmişdir. Azərbaycan xalqının vətənpərvər övladı və tanınmış alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmışdır. Çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə etmişdir. [2]

      Monoqrafiya

      1. XVIII əsrin birinci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi. Bakı, Elm, 1986 (88 səh.)
      2. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII века. Баку, Eлм, 1993 (240 s.).
      3. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri, Bakı, Elm, 2002 (372 səh.).
      4. Quba xanlığı. I c. Bakı, Elm, 2005 (480 s.+1 xəritə).
      5. İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi), Bakı, 2009 (Y.M.Mahmudov, S.Məmmədov, G.Nəcəfli, N.Mustafa, Məmmədova, H.Həsənov, İ.Məmmədov, V.Umudlu, S.Hacıyeva, N.Gözəlova ilə müştərək).
      6. The İravan Khanate (The Russian okkupation and the relocatin of Armenians to the lomds of North Azerbaijans, Baku, Chashioglu, 2010, 608 p.). (Y.M.Mahmudov, S.Mammadov, G.Nagcafli, N.Mustafa, G.Mammadova, V.Umudlu, S.Hadjieva, N.Gozalova)
      7. Иреванское ханство. Российское завоевание и переселение армян на земли Северного Азербайджана, Баку, Çaşıoğlu, 2010 (616 c.) (соавторы Я.Махмудов, С.Мамедов, Г.Наджафлы, Н.Мустафа, Г.Мамедова, В.Умудлу, С.Гаджиева, Н.Гезалова)
      8. Qarabağ xanlığı. Bakı, Sabah, 2010, 333 s.
      9. Azərbaycan-Rusiya münasibətləri (XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəlləri) Bakı, Şərq-Qərb, 2013 (528 s.).

      Dərs vəsaitləri, metodik göstəricilər

      1. Ümumi tarix (dərs vəsaiti), I cild, Bakı, Elm, 1995 (175 s.).
      2. Ümumi tarix (dərs vəsaiti), II c. Bakı, Elm, 1995 (256 s.).
      3. Ümumi tarix (dərs vəsaiti), III c. Bakı, Elm, 1997, 393 s.
      4. Ümumi tarix (dərs vəsaiti), IV c. Bakı, Elm, 1998 (418 s.).
      5. XVIII əsrdə Azərbaycan və rus-türk münasibətləri (seçmə fənninin proqramı). Lənkəran, 1998, 9 səh.
      6. Beynəlxalq münasibətlər tarixi, I hissə (ən qədim zamanlardan 1870-ci ilə qədər). Proqram, Bakı, 1999 (32 səh.).
      7. Yeni tarix. Orta ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün dərslik, Bakı, Maarif, 2001, s. 151-153 (§ 22, 23, 24); 214-277 (§ 35); 264-268 (§ 45); 274-276 (§ 47); 285-287 (§ 51), cəmi 40 səh.
      8. Yeni tarix, I hissə. Orta məktəblərin 9-cu sinifləri üçün dərs vəsaiti. Bakı, Çıraq, 2001, səh. 3-145, 177-180-ci səhifələr, cəmi 147 səh.
      9. Ümumi tarix, I kitab (ən qədim zamanlardan XVIII əsrin sonunadək). Dərs vəsaiti. Bakı, İqtisad Universitetinin nəşriyyatı, 2009 (1152 s.).
      10. Azərbaycan xanlıqlarının qısa tarixi (dərs vəsaiti), Bakı, 2011, s.392.
      11. Ümumi Tarix, II kitab (XIX – XXI əsrin əvvəlləri). Dərs vəsaiti. Bakı, Victory, 2012, ( 830 s.)

      Tərtib etdiyi sənəd topluları

      1. “Quba əyalətinin kameral təsviri»nin (1831-ci ildə kollec assesoru Xotyanovski tərəfindən tərtib edilmişdir) tərcüməsi, giriş və qeydlər. Bakı, Sabah, 2008, 752 s.
      2. Azərbaycan tarixi arxiv sənədlərində. XVIII əsr. RF Dağıstan Mərkəzi Dövlət Arxivinin materialları. Bakı, Çaşıoğlu, 2012, 856 s.

      İstinadlar

      1. ↑”Tofiq Mustafazadə”. 2022-08-17 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2021-10-26 .
      2. 1234Mustafazadə Tofiq Teyyub oğluArxivləşdirilib 2019-02-27 at the Wayback Machine- AMEA Tarix İnstitutunun rəsmi veb saytında.
      3. ↑”2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 25 may 2012-ci il”. 16 May 2019 tarixində arxivləşdirilib . İstifadə tarixi: 16 May 2019 .

      Ümumi tarix. IX sinif. KSQ № 3 (I və II variant)

      Burada Ümumi tarix, IX sinif Kiçik Summativ Qiymətləndirmə verilir. Müəllim və şagirdlər bəhrələnə bilərlər.

      Просмотр содержимого документа
      «Ümumi tarix. IX sinif. KSQ № 3 (I və II variant)»

      KSQ № 3 (I variant)

      Sinif IX (—-)

      Fənn:Ümumi tarix Tarix:________________________ Soyadı_______________________ adı__________________________

      1.Rusiyada bolşeviklər hakimiyyətə gəldiyi il:

      2.Qafqaz cəbhəsində hərbi əməliyyatların dayandırılması haqqında Ərzincan barışığı imzalandı:

      3.1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Cənubi Qafqaz respublikaları ilə “Sülh və dostluq” haqqında imzalanmış müqavilə:

      4. ZSFSR yaradıldı:

      5. Bu dövlətlərdən biri ZSFSR-in tərkibində olmuşdur:

      6. Alaş-Ordu adlandırılan milli qazax dövləti yaradıldı:

      7. 1920-ci illərdə Mərkəzi Asiya və Qazaxıstanda yaradılmış sovet respublikalarından biridir:

      8. Türkiyədə parlament adlanır:

      C) Böyük Millət Məclisi

      9.Osmanlı imperiyası süqut etdi:

      10. Türkiyə respublika elan edildi:

      B) 1923 – cü ildə

      C) 1922 – ci ildə

      11. Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatlar proqramına daxil idi:

      A) İnönü kəndi yaxınlığında qələbə qazanması

      B) N. Nərimanova köməklik etməsi

      C) İqtisadi sahədə etatizm siyasətini tətbiq etməsi

      D) Anqaranın paytaxt elan etməsi

      12. II Dünya müharibəsi ərəfəsində Türkiyənin bitərəfliyinin əsasını qoymuş müqavilə :

      13.Sun Yatsen Quançjouda milli hökumət yaratdı:

      14.Çində vətəndaş müharibəsi başladı:

      A) Çinin Qərbi ilə Şimalı arasında

      B) Çinin Cənubi ilə Şərqi arasında

      C) Homindançılarla kommunistlər arasında

      D) Kəndlilərlə fəhlələr arasında

      E) Yaponlarla çinlilər arasında

      15. 1936-cı ilin sonlarında Çində vətəndaş müharibəsini dayandırmağa vadar etdi:

      A) ABŞ-ın ölkəyə hücumu

      B) Yaponiyanın təcavüzü

      C) SSRİ-nin müdaxiləsi

      D) İngiltərənin siyasəti

      E) Xalqın qeyri-mütəşəkkilliyi

      16. 1930-cu illərdə Hindistan Milli Konqresinə rəhbərlik edirdi:

      C) Mohandas Karamçant Qandi

      17. 1931-ci ilin sentyabr ayında Çin torpaqlarında oyuncaq Mançjou – Qo dövlətini yaratdı:

      18. Yaponiyanın Monqolustana təcavüzünə bu dövlətin münaqişəyə qoşulması ilə dayandırıldı:

      19. Potsdam konfransında iştirak etmiş ABŞ prezidenti:

      20. “İkinci Dünya müharibəsi təcavüzə məruz qalmış dövlətlər istisna olunmaqla, bütün tərəflər üçün ədalətsiz xarakter daşıyırdı”. Sizcə hansı dövlətlər təcavüzə məruz qalmışdı ? Adlarını qeyd edin:

      Səhv cavabların sayı:_______________

      Düz cavabların sayı:________________

      Müəllim: /Əsədli S. Ə./

      KSQ № 3 (II variant)

      Sinif IX (—-)

      Fənn:Ümumi tarix Tarix:________________________ Soyadı_______________________ adı__________________________

      1. II Dünya müharibəsi başladı:

      2. “Dostluq və sərhədlər haqqında” müqavilə imzalandı:

      A) ABŞ-la İngiltərə arasında

      B) SSRİ-ilə Almaniya arasında

      C) İngiltərə ilə Fransa arasında

      D) Türkiyə ilə SSRİ arasında

      E) Azərbaycan SSR ilə Almaniya arasında

      3. 1939-cu il sentyabrın 1-də II dünya müharibəsi başladı:

      A) Yaponiyanın ABŞ-a hücumu ilə

      B) İtaliyanın Efiopiyaya hücumu ilə

      C) Almaniyanın Polşaya hücumu ilə

      D) Almaniyanın SSRİ-yə hücumu ilə

      E) SSRİ-nin İrana müdaxiləsi ilə

      4.Alman qoşunları Fransanı işğal etdilər:

      5. Fransa faşist hökuməti nəzarət edirdi:

      A) Ölkənin şimalına

      B) Ölkənin cənubuna

      C) Ölkənin qərbinə

      D) Ölkənin şərqinə

      6. Almaniyanın “Barbarossa” planına əsasən SSRİ işğal edilməli idi:

      A) 1920-ci ilin yayına kimi

      B) 1936-cı ilin payızına kimi

      C) 1941-ci ilin payızına kimi

      D) 1939-cu ilin qışına kimi

      E) 1940-cı ilin yazına kimi

      7. Almaniya SSRİ-yə hücum etdi:

      A) 1920-ci ilin avqustunda

      B) 1936-cı ilin sentyabrında

      C) 1941-ci ilin iyununda

      D) 1939-cu ilin dekabrında

      E) 1940-cı ilin mayında

      8. Almaniyanın “İldırımsürətli müharibə” planı puça çıxdı:

      A) Dünkerk döyüşü ilə

      B) Böyük Britaniyanın müqaviməti nəticəsində

      C) Moskva ətrafındakı döyüşlə

      D) Yaponiyanın Pörl- Harbor bazasına hücumu nəticəsində

      E) “Atlantika xartiyası” nın imzalanması nəticəsində

      9.ABŞ II Dünya müharibəsinə qoşuldu:

      A) 1935 -ci ilin avqustunda

      B) 1936-cı ilin sentyabrında

      C) 1941-ci ilin dekabrında

      D) 1939-cu ilin dekabrında

      E) 1940-cı ilin mayında

      10. “Atlantika xartiyası” na qoşulmayan dövlət:

      11.Stalinqrad döyüşünün iştirakçısı olan azərbaycanlı general:

      C) S. Mehmandarov

      12. 1943-cü ilin yayında baş vermiş Kursk döyüşü bu dövlətin qələbəsi ilə başa çatdı:

      13. Sovet-alman cəbhəsində əsaslı dönüş başa çatdı:

      A) Stalinqrad döyüşü ilə

      B) Əl- Əlameyn döyüşü ilə

      C) Kursk döyüşü ilə

      D) Tehran konfransı ilə

      E) Yalta konfransı ilə

      14. 1943-cü il Tehran konfransında əsas müzakirə mövzusu oldu:

      A) ABŞ-ın müharibəyə qoşulması

      B) Almaniyanın təslim olması

      C) Avropada ikinci cəbhənin açılması

      D) BMT-nin yaradılması

      E) Yaponiyadan təzminat alınması

      15. Almaniya ilə müharibə qurtardıqdan sonra Yaponiya ilə müharibəyə başlamağı ğhdəsinə götürdü:

      16. Avropada müharibə qurtardı:

      A) 1935 -ci ilin avqustunda

      B) 1936-cı ilin sentyabrında

      C) 1941-ci ilin dekabrında

      D) 1945-ci ilin mayında

      E) 1940-cı ilin mayında

      17. Almaniya ərazisi 4 işğal zonasına ( SSRİ, ABŞ, İngiltərə, Fransa) bölündü:

      A) Potsdam konfransının qərarına əsasən

      B) Krım konfransının qərarına əsasən

      C) Tehran konfransının qərarına əsasən

      D) BMT-nin qərarına əsasən

      A) D. Eyzenhauerin qərarına əsasən

      18. Dünya tarixində ilk dəfə atom bombasından istifadə etmiş ölkə:

      19. II Dünya müharibəsi başa çatdı:

      20. Fikrinizcə ABŞ Yaponiyaya qarşı atom bombasından nə üçün istifadə etdi:

      Səhv cavabların sayı:_______________

      Düz cavabların sayı:________________

      Müəllim: /Əsədli S. Ə./

Comments are closed, but trackbacks and pingbacks are open.