Nəcəfli Tofiq Hümbət oğlu
rəqəminin hicri tarixi olmadığı qənaətinə gəlir. O, belə güman edir ki, bu tarix həmin dövrdə Ön Asiyada geniş
Nəcəfli Tofiq Hümbət oğlu
arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş mədəniyyət nümunələri təsdiq etməkdədir.
Xalqımızın təşəkkülündə iştirak etmiş qədim tayfa birliklərindən biri də Qaraqoyunlulardır.
Qaraqoyunlu tayfasının mənşəyi problemi uzun illər ərzində tarixşünaslığımızda tədqiqat obyekti olmamış, bu
tayfa birliyini təşkil etmiş tayfaların və boyların Azərbaycanın, Şərqi Anadolunun həm türkləşməsində, həm də
siyasi tarixində oynadığı rol lazımi səviyyədə öyrənilməmişdir. Tarixi qaynaqlardan mə”lum olur ki, bu tayfa
birləşməsi “Türkman” adlanan etnik qrupa mənsub idi. Müasir dövrdə türkmən türkman şəklinə düşmüş bu ad
tarixi mənbələrdə öz əksini hansı fonetik variantlarda tapmışdır? Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı
İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir və bu səbəbdən də
xalacları “türk manənd” (türkə bənzər) adlandırmışdır. Beləliklə də ilk dəfə “Türkmən/türkman” ifadəsi
V.V.Bartold yazır: “Türkmənlər” . bu ad XI əsrdən ilk əvvəl İran tarixçiləri Qardizi və
Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində – “Türkmanan” formasında, türklərin “oğuz”, ərəblərin “quzz”
“Türkmən” istilahı ilk dəfə ərəb coğrafyaşünası əl-Müqəddəsinin əsərində “ət-türkman” və yaxud
yun” şəklində xatırlanmışdır.
V.V. Bartold F.Xirtin verdiyi mo”lumatlara istinad edərək
türkmən ifadəsinin hələ VIII əsr Çin ensiklopediyası “Tundyan”da “te-qomen” formasmda işləndiyni
“Türk manənd” – əsil məkanı və mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars
etimologiyasına əsasən “türkə bənzər”, “türkə oxşar” şəklində təqdim etmişdir.
Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara
“türkmən/türkman” deyilmişdir. V.V.Baritold yazır: “. müsəlman – ğuzlar həmçinin ‘türkman” (türkmənlər)
Eyni fikri V.İ.Jirmunski də izhar etmişdir. V.İ.Jirmunski qeyd edir: ‘Türkmən” etnik
istilahına ərəb mənbələrində X əsrin II yarısından e”tibarən təsadüf olunur. İlk əvvəl, görünür o, bu dövrə yaxın
müsəlmanlığı qəbul etmiş oğüz qrupunu ifadə etmişdir.”
Türk tədqiqatçısı F.Köprülü də Mahmud Qaşğarinin
ınə”lumatlarına əsaslanmış və “türkman” adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir.
Orxan Şaiq müdafiə edir.
Faruq Sümer də Biruninin verdiyi mə”lumatlara osaslanaraq islamı qəbul etmiş
oğuzlara “türkman” deyildiyini qəbul edir.”
. Lakin türk tarixçilərindən İ.Qafəsoğlu belə qənaətə gəlir ki,
türkman terminini islamı qəbul etmiş oğuzlara şamil edilməsini qəbul etmək olmaz. Çünki qaynaqlarda
oğuzlardan öncə islamı qəbul etmiş türk tayfalarında öz adını dəyişdirməsi haqqında qeydlər yoxdur. Onun
fikrincə, ‘türkman” sözü siyasi termin kimi IX əsrdən e”tibarən işlənilməyə başlamış və “əsil”, “böyük türk”
mə”nasını ifadə etmişdir.
Bu dəlillər bir daha göstərir ki, etnik mə”na kəsb edən “türkman” istılahı tarixən daha geniş anlam
olmuşdur. Həmin ıstilah islam dinini qəbul etmiş bütün oğuz tayfalarına şamil olunmuş bir ad idi. Orta əsr
müəllifləri də bu fikrin gerçəklıyini təsdiq etmişlər. Mahmud Qaşğari yalnız oğuzlan deyil, hətta qarluqların
özünü də “türkman” adlandırmışdır.
-lıklə orta əsr mənbələrində etnik səciyyə daşıyan
“türkmən” istilahını hər yerdə istisnasız olaraq müasir mə”nada anlamaq elmi cəhətdən düzgün deyildir.
Təsadüfı deyildir ki, tarixən istər Mahmud Qaşğari (XI əsr) və istərsə də F.Rəşidəddin (XIV əsr) türkmənləri
tayfa kimi təqdim etməmiş və onların yayıldığı ərazilər haqqında dəqiq bir mə’lumat verməmişlər.
iki müəllif “türkmən” sözünü islam dinini qəbul etmiş oğuzlara verilmiş bir ad kimi işlətmişdir.
Mə”lumdur ki, XI əsrdə Azərbaycana və Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini
oğuzlar və türkmənlər təşkil etmişdir.
Türk alimi Z.V.Toğana görə, oğuzların “oğuz” və “türkmən” adları ilə
iki qismə bölünməsi də məhz səlcüqların hökmranlığı dövründə meydana gəlmişdir.
Tarixən “türkmən” istilahı həm də oğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir.
V.V.Bartold və V.M Jirmunski də “türkmən” istilahını oğuz tayfalarının göçəri həyat tərzi keçirmiş hissəsinə
verilmiş bir ad kimi işlətmişdir.
“Bir çox mə”xəzlərdə türkmənlərin yalnız Türkmənistanın indiki ərazisində
deyil, eləcə də Qafqaz, Cənubi Azərbaycan, Kiçik Asiya və müasir İran ərazisində də yaşadıqlarını və onların
oturaq azərbaycanlılardan fərqləndiyini qeyd edirlər. Bundan belə nəticə çıxarmaq olar ki, türkmənlər qədim
oğuzların daha çox köçəri həyat keçirən hissəsinə deyilir və bunun izləri müasir Azərbaycan dilində “tərəkəmə”
Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri də Kiçik Asiyadakı köçəri oğuzları “türkmən”
adı ilə təqdim etmişdir.
Z.M.Bünyadov və O.Ə.Əfəndiyev yazırlar ki, XTV-XV əsrlərdə “qaraqoyunlu” və “ağqoyunlu” adlarını
almış tayfalar və qəbilələr özlərini vahid türkman xalqının hissələri hesab edirdilər. Onlar özlərini Kiçik
Asiyanın (Osmanlı, Rumlu) və Orta Asiyanın (Cığatay) türkmənlərindən fərqləndirirdilər. Həmin dövrdə
Azərbaycan türkmanları Orta Asiyadan köçmüş
uzaq əcdadlarından dilinə, mədəniyyətinə görə güclü
şəkildə fərqlənirdilər və yerli əhali ilə qaynayıb-qarışmışdılar.
Oarııqoyunlu tayfasının adı və mənşəyi məsələsilə əlaqədar olaraq türk tarixşünaslığında müxtəlif
mülahizələr irəli sürülmüşdür. Faruq Sümer yazır: “Qaraqoyunlu tayfasının adı bu gün hakim olan ümumi
qənaətə görə, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da qədim türklərdə digər tayfalarda oldııgu kimi
totem olan heyvanların ətinin yeyilməsi qəbul olunmadığına görə bu adın onlara aid sürülərinin rəngi ilə bağlı
verilmiş olması mümkündür”
Əbdülxaluq Çay Faruq Sümerin bu fikrini müdafiə edir və başlıca məşğuliyyəti
heyvanıdarlıq olan Qaraqoyunlulara bu adın bəslədikləri heyvanların rənginə görə verildiyini əsaslandırmağa
Türklərdə qoyunun totem mahiyyətində olmasına dair Türkiyə tarixçiləri arasında fıkir ayrılığı vardır.
qoyunun (QOÇ) əski türklərdə başlıca totemlərindən biri olması
Yurdumuzda qoyunun (QOÇ) əski zamanlarda əhali arasında totem səciyyəsi daşıdığını R.Əfəndiyev
da qeyd edirlər. Bu adın qaraqoyunlulara verilməsi ilə əlaqədar olaraq M.Seyidov yazır:
“Qaraqoyunluların adları onların fəlsəfi mifoloji görüşləri, inamları, ictimai quruluşları ilə sıxı bağlıdır.
Qaraqoyunluların adlarının qoyulması ibtidai qəbilə quruluşundan qabaqkı dual təşkilatın qanunları ilə
Qoyunun “onqon” olduğunu “Oğuznamə” də aydın göstərir. Dastanda qeyd edilir ki, “Oğuz xaqan
böyük ordugah . sağ tərəfdə qırx qulac ucalığında ağac dikəltdi: onun başına bir qızıl toyuq qoydu, ayağına bir
ağ qoyun bağladı. Sol tərəfdə qırx qulac ağac dikəltdi. Onun başına bir gümüş toyuq qoydu, ayağına bir qara
qoyun bağladı. Sağda Bozoqlar oturdu. Solda Üçoqlar oturdu”.
Dastandan məlum olur ki, Oğuz Xağan
oğlanlarını iki soya – Bozoqa və Üçoqa bölmüş və hərəsinə də ayrıca onqon – ağqoyun və qaroqoyun, qızıl
gümüş toyuq vermişdi. M.Seyidovun fikrincə, ağ və qara qoyuna tapınmış Bozoq, Üçoq
qəbilələrində toyuq zoomorfiq onqonu zəifləmiş və tədricən sıradan çıxmışdır. Hər iki tayfa birləşməsi sonralar
yalnız ağ və qara qoyuna tapındıqları üçün Ağqoyunlu və Qaraqoyunlu adlanmışlar.
Arxeoloji qazıntılar zamanı Azərbaycan ərazisindən eradan əvvəl X-III əsrlərə aid olan qoç təsvirlərinin
və fıqurlarının tapılması, qəbir daşlarına qoyun (qoç) təsvirlərinin qoyulması bir daha sübut edir ki, qoyun
yurdumuzun əhalisinin qədim totemlərindən biri olmuşdur.
Fransız şərqşünası J.Dögininin fıkrincə, Qaraqoyunlu türkmənləri bayraqlarındakı qara qoyun rəsminə
görə Qaraqoyunlu adlanmışlar.
XVIII əsrin ortalarında irəli sürülmüş bu fikir Türkiyə, Azərbaycan və Sovet
tarixşünaslığında qəbul olunmuşdur.
Bu fıkirlə razılaşmaq mümkün deyildir. Çünki tayfa və sülalənin öz adını
bayraqdakı qara qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Belə nəticəyə gəlmək olar ki, Qaraqoyunlu
tayfa birləşməsində qoyun artımla bağlı olan zoomorfık onqon imiş və ona görə də tayfa bayraqlarında bu
onqonun (qoç) şəkli çəkilirmiş. F.Kırzıoğlu da belə qənaətə gəlir ki, qaraqoyunlular bayraqlarına qoç başı
təsvirləri qoyaraq qədim onqonlarının xatirəsini yaşatmışlar.
Ş.Q.Səfəroğlu və Ə.Müdarrisoğlu da belə hesab
edirlər ki, Qaraqoyunlu adı türklərin islamaqədərki dövrdə inandıqları Qoyun toteminə əsaslanır.
Faruq Sümer yazır ki, bayraqlarında qoyun rəsmi olduğu üçün qaraqoyunluların bu adı almasına aid
Qərb müəlliflərinin iddialarının heç bir əsası yoxdur. O, öz fikrini orta əsr qaynaqlarında bununla bağlı heç bir
mə”lumatın olmaması ilə əlaqələndirir.
Qaraqoyunlu tayfasının mənşəyi məsələsi, onların Azərbaycanda və Şərqi Anadoluda məskunlaşması ilə
bağlı türk tarixçiləri arasında müxtəlif fıkirlər mövcuddur. Azərbaycanda, Şərqi Anadoluda monqol
məyə başlaması ilə fəallaşmış türkmanların ən məşhur qolu olan
Qaraqoyunluların Oğuz və ya türkman elini təşkil edən 24 boydan hansına mənsub olması haqqında mənbələrdə
müəyyən bir mə”lumata rast gəlmirik. Yalnız, XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullah
Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirmişdir. Şükrullah yazmışdı:
“852/1449 – cu ildə sultan II Murad bu binəvanı elçiliklə Mirzə Cahanşahın yanına göndərmişdi. Söhbət
əsnasında buyuruldu ki, tarixi oxuyan Mövlana İsmayılı çağırsınlar və Oğuz tarixini də gətirsinlər. Mövlana
İsmayıl gəldi və Monqol yazısı ilə yazılmış bir kitab gətirdi. O, kitabdan anlaşıldı ki, Sultan Muradın nəsəbi
Oğuz oğlu Göyalpa, Qara Yusifinki isə 41-ci nəsildən Dənizalpa bağlanır”.
Faruq Sumer yazır ki, Şükrullahın bu qeydinə əsasən Qaraqoyunlular Oğuz nəslindən Dəniz xanın
oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olmuşdur. Bunlardan Yıvə boyu ilə
Qaraqoyunlular arasında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bə”zi izlər görünür.
Bu fikri Ə.Çay da
F.Sümer Yıvə türklərinin Səlcuq yürüşləri dövründən e”tibarən Azərbaycanda
məskunlaşdıqlarını və XII əsrin II yarısında Həmədan bölgəsində öz bəyliklərini yaradaraq onu Monqol
yürüşlərinə qədər qoruyub saxladıqlarını qeyd edir.
Monqol istilasından əvvəl Bərçəni adlı bir bəyin rəhbərliyi altında olan Yıvələrin yaşadığı Həmədan
ətrafında Qaraqoyunlu dövlətinin dayağı olan və hökmdar ailəsi ilə qohumlaşmış Baharlu tayfası yurd
V.F.Minorskinin fıkrincə, bu tayfanın daşıdığı adın Həmədan yaxınlığındakı Bahar qalası ilə əlaqəsi
olması ehtimalı vardır.
V.F.Minoski bu məkan birliyinə, Qaraqoyunlu sikkələrində olan damğaların da Oğuz
damğalarından daha çox Yıvə damğasına bənzədiyinə əsaslanaraq Qaraqoyunluların Yıvə boyundan olduğunu
F.Sümer isə buna az əhəmiyyət verir. Qaraqoyunlu
sikkələrində görünən damğaların bir
naxış olduğunu bildirir. Onun qənaətinə görə, qaraqoyunluların Monqol istilası nəticəsində Türküstandan İran
və Şərqi Anadoluya gəldikləri haqqında rəvayət də bu qohumluq münasibətinə daha zəif bir ehtimal
Ə.Çay yazır ki, baxmayaraq ki, F.Sümer Qaraqoyunlu sikkələrində görünən damğanı naxış
kimi qəbul edir, bu həqiqətən Yıvələrin qoç başı rəsminin piktoqramı şəklində olan damğasıdır.
“Oğuzlar” adlı əsərində Qaraqoyunluların Yıvə boyundan olduğunu göstərmiş, Minorskinin fıkrini müdafıə
C.A.Boyl belə qənaətə gəlir ki, Qaraqoyunluların mənşəyi məsələsi hələlik tamamilə
aydınlaşdırılmamışdır. Lakin o da, V.Minorskinin fıkrinə şərik çıxaraq bildirir ki, qaraqoyunlular Səlcuqlularla
birlikdə gəlmiş Yıvə türklərinin nəsilləridir. Onların varlığı XIII əsrdə monqol işğallarından sonra “Fatehlərin
yeni təbəqəsi tərəfindən müvəqqəti olaraq maskalanmışdı”.
Ə.Çay belə hesab edir ki, Baharlu-Yıvə münasibəti
Qaraqoyunluların oğuzların Yıvə boyundan olduğunu təsdiq edir.
Osman Turan Qara Yusiflə oğlu Pir-Budağm Ərzincanda birgə zərb etdirdiyi sikkələr üzərində görülən
işarənin Rəşidəddinin Oğuz boyları cədvəlindəki Yazır boyunun damğasına oxşadığını əsas tutaraq
Qaraqoyunluların Oğuzların Yazır boyundan olduğunu güman edir.
F.Sümerin fikrincə, bunu tə”yin edəcək
heç bir dəlil yoxdur və Qaraqoyunlu hökmdarlarının zərb etdikləri digər sikkələr üzərində həmin işarəyə təsadüf
M.X.Yınanç qaraqoyunluların mənşəyi məsələsi ilə əlaqədar olaraq maraqlı mülahizə irəli sürür. Onun
təbirincə, “əskidən bəri qoyun toteminə bağlı olan və müsəlman olduqdan sonra da bu totemi tərk etməyən
Qaraqoyunlular ilk çağ ilə orta çağın bir qismində böyük rol oynadığını bildiyimiz qon (yəni “qoyun”) türk
elindən qalmışdır və əski adları olan Qoyun adını mühafizə etmişlər. Azərbaycanda və Anadoluda
məskunlaşmış Qaraqoyunlular buradakı Oğuzların Baranlu boyuna daxil olmuşlar”.
qaraqoyunluların mənşəyini erməni mənbələrinə və “Dədə Qorqud Oğuznamə”lərinə əsaslanaraq III əsrdə Şərqi
Anadoluya Türkistandan gəlmiş Mamik və Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirir.
Qaraqoyunluların Azərbaycana və Şərqi Anadoluya gəlişi ilə bağh Türkiyə tarixçiləri arasında fərqli
fikirlər vardır. M.X.Yınanç yazır ki, orta əsr Osmanlı tarixçiləri Əlinin və Cənnabinin verdiyi mə”lumata görə,
Qaraqoyunlular Elxanilərdən Arğun xanın (1284-1291) dövründə Azərbaycana və Şərqi Anadoluya gəlmişlər.
Bu mə’lumat sonralar Hammer və başqa tarixçilər tərəfindən də qəbul olunmuşdur. M.X.Yınanç XV əsrin fars
mənbələrinin mə”lumatlarına əsaslanaraq Osmanlı tarixçilərinin “Oğuzu” “Arğun” oxumaqla səhvə yol
verdiklərini təsdiq etmişdir.
F.Sümer də qeyd olunmuş rəvayətin həqiqətlə əlaqəsi olmadığını göstərmiş və
M.X.Yınançın fikrini müdafiə etmişdir.
Kamıran Kürün belə hesab edir ki, Azərbaycana və Anadoluya hakim
olmuş Elxanilərin geniş yaylaqlara, qışlaqlara ehtiyacı olduqları halda Türkistandan çoxsaylı türkmanların
buraya köçürülməsinə icazə verməyəcəkləri düşünülərsə, bu rəvayətin doğru olmadığı aşkar olur”.
Dövlətşah Səmərqəndi öz təzkirəsində Qaraqoyunlulara dair mə”lumat vermişdir. O, Qaraqoyunlu
hökmdarı İskəndər haqqında yazmışdı: “İskəndərin soyuna gəlincə o, Qara Yusifin, Qara Yusif də Qara
Məhəmmədin oğludur. Bunların əsli uzaq Türküstanda Qazqurd dağlarındadır. Əski zamanlarda Azərbaycan və
Bitlisə gəlmişlər. Köçəridirlər”.
Hindistanda yazılmış və Qaraqoyunluların tarixindən bəhs edən “Tarixi-Türkməniyyə” və “Tarixi sultan
Qütbşahi” əsərlərində Qaraqoyunluların 599 (1202-1203) cu ildə Qara Yusifin 7-ci ulu babası Oğuz nəslindən
olan Törə bəyin rəhbərliyi altında 30 min çadırdan ibarət kütlə halında Türküstan-
– dan İrana və Şərqi
Anadoluya gəlməsi və onların burada daim gürcülərə və tatarlara qarşı mübarizə aparması göstərilir.
Sümer bu mə”lumatın doğru olduğunu güman edir. O, öz fikrini Monqol istilasına qədərki dövrdə
Qaraqoyunlulara aid heç bir mə”lumatın olmaması ilə əsaslandırır.
F.Kırzıoğlu isə bu mə”lumatdakı 599
rəqəminin hicri tarixi olmadığı qənaətinə gəlir. O, belə güman edir ki, bu tarix həmin dövrdə Ön Asiyada geniş
yayılmış “İskəndər təqviminə” əsaslanmışdır. Çünki 1202-1203-cü illərdən az sonra Anadoluda “Gürcülərə qarşı
savaşa” və “tatarlara qarşı müqavimətə” imkan və lüzum yox idi.
Nəcəfli Tofiq Hümbət oğlu
Çavundur, Dodurğa, Döğər, Karqın, Əfşar və Beğdilli tayfaları siyasi cəhətdən ikinci dərəcəli rol oynamışlar.
Ağqoyunlu tayfaları içərisində siyasi baxımdan ən güclüləri Mosullu və Pornəkdir. “Kitabi Diyarbəkriyyədə”
Mosullu tayfasının adı 1436-cı ildən öncə çəkilmir. Lakin o, 1451-ci ildə Uzun Həsənin
başlıca qüvvə olmuşdur. Uzun Həsənin teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy
qardaşı Sufi Xəlil mühüm rol oynamışlar. Pornək tayfasının adı ilk dəfə Qara Yuluğ Osmanın Qaraqoyunlu
İskəndərlə 1421-ci ildə döyüşü ilə əlaqədar olaraq çəkilir, lakin o 1451-ci ildə Uzun Həsəni müdafiə etmiş
. Mosullu və Pornək tayfaları Səfəvilər dövründə “Türkman” adı altında birləşərək
öz varlıqlarını qoruyub saxlamışlar.
Belə güman etmək olar ki, Ağqoyunlu tayfa birliyinə daxil olmuş tayfaların əksəriyyəti əski
zamanlardan e’tibarən Azərbaycanda məskunlaşmış, Monqol istilası dövründə onların bir qismi Anadoluya köç
etmiş və sonralar Ağqoyunlularla qaynayıb-qarışmışlar. Ağqoyunlu tayfaları Azərbaycanın və Şərqi
Anadolunun həm siyasi, həm də etnik tarixində mühüm rol oynamışlar. Bə’zi türk tarixçiləri Ağqoyunluların ilk
vətəninin Şərqi Anadolu olduğunu qeyd edirlər. Onlar Azərbaycana və İrana məhz oradan (Şərqi Anadoludan)
. Türk tarixçilərinin bu müddəaları ilə razılaşmaq çətindir. Çunki Azərbaycan türk tayfalarının
Kiçik Asiyaya miqrasiya yolu üzərində yerləşir və buranın türkləşməsi də daha əvvəl baş vermişdir.
Tədqiqatlar göstərir ki, Oğuz tayfaları VII-VIII əsrlərdən e’tibarən Azərbaycanda məskunlaşmışlar
O.Şaiq yazır: “. Səlcuqlarla gələn oğuzların babaları bir neçə əsr əvvəl Azərbaycana gəlmiş və hətta Asiya
şəhərlərini belə fəth etmişdir.
Eyni fikrə X.Koroğluda da rast gəlirik. Müəllif yazır: “Oğuzlar Qafqazda və
Şərqi Anadoluda Səlcuqlardan bir neçə əsr qabaq meydana çıxmışlar
. Türk alimi N.S.Banarlı göstərir ki,
“Oğuzlar hələ hun dövləti zamanından başlayaraq müəyyən kütlələr halında uzun və qısa fasilələlərlə qərbə
doğru-Azərbaycana və Anadoluya axıb gəlmişlər. Onların bu gəlişini təsadüfi hal saymaq olmaz
Təbiidir ki, Oğuzların bu gəlişində Bayandur boyu da iştirak etmiş və sonralar Azərbaycandakı və Şərqi
Analudakı oğuz-türkmən tayfalarının öz ətrafında birləşdirərək güclü tayfa birliyini yaratmışdı. V.Minorski belə
hesab edir ki, Ağqoyunlu tayfa birliyi Monqol istilasından öncə mövcud olmasa da, bu birliyə daxil olmuş ayrı-
ayrı boylar məskun olduqları bölgələri Səlcuq işğalları zamanı, yə’ni sülalənin rəhbərliyi öz əlinə almasından
xeyli əvvəl ələ keçirmişlər.
Lakin bə’zi türk tarixçiləri qeyd edirlər ki, Ağqoyunlular Qaraqoyunlu tayfaları
kimi Səlcuqların yürüşlərindən çox əvvəl Azerbaycan və Anadoluya gəlib yerləşmişlər’
Tədqiqatçıların verdiyi mə’lumata görə, Ağqoyunlular öncə Azərbaycanda yerləşmiş və sonralar
Güman etmək olar ki, Ağqoyunlu tayfalarının varlığı XIII əsrdəki Monqol işğallarından sonra,
“fatehlərin bu yeni təbəqəsi tərəfindən müvəqqəti olaraq maskanlanmış olduğu üçün”, Monqolların
hakimiyyətinin zəifləməsindən sonra Ağqoyunlular Bayandur tayfası ətrafında birləşərək güclü tayfa birliyi
yaratmağa müvəffəq olmuşlar.
Ağqoyunlu tayfaları Azərbaycanın, Şərqi Anadolunun türkləşməsi və siyasi tarixində mühüm rol
oynamışlar. Faruq Sümerin qeyd etdiyi kimi, Ağqoyunlular XV əsrdəki siyasi qələbələrilə hər tərəfdə çox
mühüm rol oynamışlar
. Təsadüfi deyildir ki, Faruq Sumer Şərqi Anadolunun müasir türklərini
qaraqoyunluların və ağqoyunluların varisləri kimi qiymətləndirir.
Iqtibas gətirilmiş mənbə və ədəbiyyat
Bax: Qaşqari M.Divani Luqat-it Türk. V.Atalay tərcüməsi. -İstanbul, 1941, s. 411-415.
Bartold V.V. Turkmenı – Soçineniya, t. 5, – M, 1968, s. 572.
Bartold V.V. Dvenadtsat lektsiy po istorii turetskix narodov sredney Azii, – Soç. t.5, s.72; yenə onun:
Quzz, soç. t.5, yenə orada: s. 525; Tyurki (istoriko-etnoqrafıçeskiy obzor), soç. t. 5, s.585.
Bax: Bartold V.V. Soç. t.5, s.572, 585.
Bartold V.V. Soç. t.5, s.525.
Jirmunskiy V.M. Oquzskiy qeroiçeskiy epos i “Kniqa Korquta – Tyurkskiy qeroiçeskiy epos. – L. 1974,
Köprülü F. İlk mutasavviflar – İstanbul, 1979, s. 152.
Gokyay O.S. Dedem Korkutun kitabı – İstanbul, 1973, s. XXXVI.
Sümer F. Oğuzlar, s. 51.
Bax: Kafesoğlu İ. Türkmen adı, manası ve mahiyyeti. – Jean Peny Armağanı – Ankara, 1958, s. 121-
Qaşğari M. Göstərilən əsəri, c. 3, s. 351.
Bartold V.V. Soç. t.5, s.273.
Eremeev D.E. Etnoqenez turok. M., 1971, s. 74.
Toğan Z.V. Umumi Türk tarihine giriş. c. 1, İstanbul, 1970, *. 187.
Bartold V.V. Soç. t.5, s.572-575; Jirmunskiy V.M. Göstərilən əsəri, s.524.
Anar. Dədə Qorqud dünyası – Dünya bir pəncərədir. Bakı, 1986, s. 154.
Şaiq O. Göstərilən əsəri, s. XXXVI; Jirmunskiy V.M. Göstərilən əsəri, s.524.
Fazlullah ibn-Ruzbixan Xunci. Göstərilən əsəri, giriş, s.5.
Sümer F. Qaraqoyunlular – İslam ensiklopediyası, c. VI, 292; yenə onun: Qaraqoyunlular, c. I, s. 13.
Çay Ə. Anadoluda türk damğası, s. 125.
Turan O. Oniki Hayvanlı Türk takvimi – İstanbul, 1940, s. 85.
Esin E. Türk kosmolojisi (ilk devir üzerine araştırmalır) -Türk kültürü EL Kitabı, serri II, İstanbul,
Koşay H.Z. Doğu Anadolu mezarlarındakı koç ve heykelleri – Milletlerarası I Türk sanatları konqresi –
Ankara, 1962, s. 257.
Əfəndiyev R. Daşlar danışır. Bakı, 1980, s. 21,24.
Seyidov M. Azərbaycan mifık təfəkkürünün qaynaqları, Bakı, 1983, s. 29.
Seyidov M. Opıt analiza etnonimov i toponimov Aqqoyunlu ı Qaraqoyunlu, ADU-nun Elmi əsərləri,Dil
və ədəbiyyat seriyası, 1977, N 6, s. 23.
Banq V. – Arat R. Oğuz Kağan Destanı – İstanbul, 1970, s.14; Şerbak A.M. Oquzname, M., 1959, s. 64;
M.Seyidov.Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, s.137, 138.
Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. s.139.
Degignes J. Böyük Türk tarihi, c.6- İstanbul, 1977, s. 1766.
Rza Nur. Türk tarixi. C.4, s. 237. Zeynaloğlu Cahangir. Muhtasar Azerbaysan tarihi-İstanbul, 1924, s.
73; Baharlı M.H. Azərbaycan – Bakı, 1921, s. 78; İbrahimov C. Qaraqoyunlu dövləti, s. 75; Sumbatzade
A.S. Azerbaydjantsı – etnoqenez i formirovanie naroda, – Bakı, 1990, s. 179; İsmayılov M. Azərbaycan
tarixi – Bakı, 1992, s. 133; Zaxoder B.N. İstoriya Vostoçnoqo srednevekoviya, – M., 1944, s. 143.
Kırzıoğlu F. Dədə Qorqud. Oğuznamələri, I, s. 23.
Seferoğlu S.K., Müderrisoğlu A. Türk devletleri tarihi. – Ankara, 1986, s. 138.
Sümer F. Qaraqoyunlular, c. I, s. 13.
Şükrullah. Göstərilən əsəri, s. 51.
Sümer F. Qaraqoyunlular, c. I, s. 14.
Çay Ə. Göstərilən əsəri, s. 126.
Sümer F. Yıvə oğuz boyuna dair, s. 155-156.
Sümer F. Qaraqoyunlular, c. I, s. 14. Çay Ə. Göstərilən əsəri, s. 129.
Minorsky V. The clan of the Qara-Qoyunlu rules. Fuad Köprülü Armağanı – İstanbul, 1953, s. 292.
Minorski V. Karakoyunlu Cihan – Şah ve şiirleri. Çeviren. Mine Erol – Selcuk Araştırmaları dergisi, c.
II, – Ankara, 1971, s. 155; yenə onun: Qaraqoyunlu hökmdarların sülaləsi, s. 294-295.
Sümer F. Qaraqoyunlular. İslam ensiklopedisi, c. VI, s. 293; yenə onun: Qaraqoyunlular, c. I, s. 15.
Çay Ə. Göstərilən əsəri, s. 127.
Sümer F. Oğuzlar, s. 147.
Boyle J.A. The Evolution of Iran as a National state. Çeviren B.U. Yurdadağ – Türk tarih Kurumu –
Belleten, c. XXXIX, sayı 156, – Ankara, 1975, s. 652.
Çay Ə. Göstərilən əsəri, s. 129.
Turan O. Səlcuqlar tarixi və Türk-islam mədəniyyəti, s. 43.
Sümer F. Qaraqoyunlular. İslam ensiklopedisi, c. VI, s. 293.
Yınanç M.X. Ağqoyunlular.İslam ensiklopedisi, c.I, s. 252.
Kırzıoğlu F. Kars tarihi, c. I, s. 171,466. Yenə onun: Dədə Qorqud Oğuznamələri, s. 38, 42-44.
Yınanç M.X. Ağqoyunlular.İslam ensiklopedisi, c.I, s. 251.
Sümer F. Qaraqoyunlular. İslam ensiklopedisi, c. VI, s. 294.
Kürün K. Göstərilən əsəri, s. 484.
Devletşah Tezkiresi. Hazırlayan N.Lugal, c. III, – İstanbul, 1977, s. 256-257.
Yınanç M.X. Ağqoyunlular.İslam ensiklopedisi, c.I, s. 252. Sümer F. Qaraqoyunlular. İslam
ensiklopedisi, c. I, s. 35; Kırzıoğlu F. Dədə Qorqud Oğuznamələri, s. 38.
Sümer F. Qaraqoyunlular. İslam ensiklopedisi, c. I, s. 35-36.
Kırzıoğlu F. Dədə Qorqud Oğuznaməsi, s. 38.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Nəcəfli T. H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (2012)
Nəcəfli T. H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri (Müasir Türkiyə tarixşünaslığında). Elmi redaktor: Y. M. Mahmudov; AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu. Bakı: “Çaşıoğlu” mətbəəsi, 2012, 604 səh. ISBN 978-9952-27-358-8
➤ Pulsuz yüklə
Related posts:
- A chronicle of the Carmelites in Persia: the Safavids and the Papal Mission of the XVIIth and XVIIIth centuries. Vol. II (1939)
- A chronicle of the Carmelites in Persia: the Safavids and the Papal Mission of the XVIIth and XVIIIth centuries. Vol. I (1939)
- Nevzat Şensizoğlu. Şah İsmail devrinde Anadolu’da Safevi-Alevi faaliyetleri. Yüksek lisans tezi (2005)
- Gülay Karadağ Çınar. Safevîlerde hükümdar unvanları ve hâkimiyet anlayışı (2017)
- Gülay Karadağ Çınar. Safevî-Özbek siyasî ilişkileri ve Osmanlı’nın tesiri (1524-1630). Doktora tezi (2011)
- Ümit Ulvi Türk. Safevi Devleti’nin Özbek hanlıkları ve Babür Devleti ile siyasi ilişkileri (1526-1722). Yüksek lisans tezi (2017)
- Локкарт Л. Надир Шах: критическое исследование на основе первоисточников (2004)
- Gülcan Sarıoğlu. Yozefo Tiflisi’nin “Vakı’at-i Mir Veys Ve Şah Hüseyin” Adlı eserinin tahlil ve transkribi. Yüksek lisans tezi (2008)
- Jozef Tiflisi. Vaqiati-Mir Veys və Şah Hüseyn (1992)
- Reza Khalily. Sultân Mahmûd Bin Sultân Burhâneddîn Geylânî’nin ‘Akâ’id-i Evliyâ’-i Seb’a isimli eseri (inceleme-metin-dizin). Yüksek lisans tezi (2009)
Comments are closed, but trackbacks and pingbacks are open.