Press "Enter" to skip to content

PROFESSOR TOFİQ QULİYEV VƏFAT ETDİ! Azərbaycan elminə ağır itki üz verdi

Müasir siyasi nəzəriyyədə ən geniş yer tutan dövlətçiliyin sistem və struktur-funksional konsepsiyasıdır. (T.Pirsone,D.İston,M.Krozgevəs.) Sistem konsepsiyası çərçivəsində dövlətçiliyin üç yanaşmasını qeyd etmək olar. Birinci-dövlətə xas olan makrososial sistemin bir atributu kimi (T.Parsons). İkinci yanaşma dövlətçiliyə ailə, təşkilat və s. səviyyəsində baxır (M.Krozge). Üçüncü yanaşma dövləti belə xarakterizə edir: individiumların xüsusi sosial sistem çərçivəsində qarşılıqlı təsiridir (M.Rodjers). Sistem yanaşma nümayəndələri içərisində bəzi nəzəriyyəçilər (K.Doyç, N.Lumal) deyirlər ki, dövlət sosial münasibətlərdə bir vasitədir, cəmiyyətin inteqrasiyasını təmin edir və qruppa münaqişələrini nizamlayır. Onlar cəmiyyətdə daim baş verən münaqişələrin həllində dövlətin təyinatını və cəmiyyətin çoxsaylı üzvlərinin maraqlarını müdafiə edir. Relyasion konsepsiya dövləti iki partnyor arasında əlaqə kimi xarakterizə edir.

Menecement (idarəetmə) elmi

Menecment anlayışı. Geniş mənada menecment yaratmaq, idarə etmək, nəzarət etmək, müxtəlif sosial-iqtisadi sistemlər və modellərin maksimum effektiv ifadəsini göstərir. Sosial-iqtisadi sistemlər üzərində idarəetmə, o cümlədən istehsalat sahəsində də idarəetmə menecment adlanır. Menecment ingiliscə-management, fransızca menagement sözündən götürülərək idarəetmə bacarığı, peşəkarlıq fəaliyyəti, latınca-manu agere-əlnən göstərmək, orta əsrlərdə Rusiyada isə rəhbərlik etmək mənasını verirdi. Menecmentin əsas funksiyaları: planlaşdırma, təşkiletmə, qərar qəbuletmə, nəzarətetmə və s. Əgər müəssisə düzgün təşkil olunarsa onun idarə olunması da əlverişli olur. Bu da funksiyalar arasında qarşılıqlı əlaqənin yaxşı təşkil olunmasından xəbər verir. Menecer anlayışı müxtəlif istehsalat səviyyələrində rəhbərlik etmək mənasını verir.

Hazırda Rusiyada çox vaxt hörmət əlaməti olaraq adi işçilərə menecer deyirlər. Amma bunun idarəetmə funksiyası ilə heç bir əlaqəsi yoxdur. Bir çox mağaza və avtosalonlarda adi satıcıları menecer deyə çağırırlar. Həm də ofis-menecer vəzifəsi də vardır ki, bunların da idarəetmə funksiyası ilə heç bir əlaqəsi yoxdur.

Menecmentə tələbat. Müasir menecment təşkilat tərəfindən müəyyən məqsədə nail olmaq üçün spesifik vasitə funksiya alətdir. Bu yüksək vəzifənin yerinə yetirilməsi menecment sahəsində cavabdehliyin genişləndirilməsini tələb edir. Bunlar təşkilatın fəaliyyətinə və nəticəsinə təsir edən faktorlardır. Bu faktorlar daxili və xarici ola bilər (nəzarət olunan və olunmayan). Bu vəziyyət strateji yanaşma tələb edir, həm şaquli xətt üzrə (bütün iyerarxik səviyyələrdə), həm də üfqi xətt üzrə (funksional sahələrin idarə edilməsində.

Müxtəlif təbii ehtiyatların, ekoloji problemlərin həllinin idarə edilməsi üsullarının məcmusunu “ekoloji menecment” öyrənir. İstifadə və istehsal prosesi sahəsinin ekoloji təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə, resurs qənaətinə və ekoloji riskin azaldılmasına əsaslanmış ekoloji menecment metodları, şirkətlər üçün iqtisadi mənfəət sahəsində şansların, yeni ekoloji bazarların yiyələnməsinə, bunun əsasında rəqabət qabiliyyətinin yüksəlməsinə imkan verir. Ekoloji menecment təbiətin özündə bioloji müxtəlifliyi və təbii ehtiyatlar bolluğunu saxlamaqla idarəetmədir.

Ekoloji məqsədlərin, onların strategiya, proqram və quruluşuna uyğun detalların işlənib hazırlanması, həmçinin praktikada müəyyən nəticənin əldə edilməsinə nəzarət ekoloji menecmentin metodlarına daxildir. Bu metodlar bütün idarəetmə səviyyələrinə, müxtəlif təşkilatlara kiçik və böyük müəssisələrə, onların şöbələrinə, regionlara, transmilliləşmiş korporasiyalara və s. aiddir. Eyni zamanda əsas ekoloji təsir, ekoloji məsuliyyət müəssisələrin üzərinə düşür. Bu şəraitdən birinci növbədə indiki və gələcək nəsillərin ekoloji rifahı asılıdır. Buna görə də dərsliklərdə mərkəzi yerlərdən birini korporativ ekoloji menecment tutur.

Ekoloji risk və təhlükənin müvəffəqiyyətlə idarə edilməsi müasir ekoloji problemlərin mahiyyəti haqqında dərin biliklərin olmasını, həm də onların əsas iqtisadi idarəetmə metodlarının mənimsənilməsini tələb edir. Bu sahəyə, yəni iqtisadi – ekologiyanın nəzəri təhlilinə dərsliklərdə də (ekoloji menecmentə) geniş yer verilir. Bu sahə inkişafının başlanğıcını XX əsrin 60-70-ci illərindən götürüb.

Dərsliklərdə göstərilir ki, yeni olan ideya və yanaşmalar, «ekoloji hüququn iqtisadi təhlili» də hələ oxuculara az tanışdır. Burada mikroiqtisadiyyat vurğulanır, həm də geniş şəkildə mezoiqtisadiyyat (xüsusən, regional), makroiqtisadiyyat, beynəlxalq və qlobal aspektlər işıqlandırılır. Eyni zamanda bütövlükdə, tətbiqi məsələlərlə birlikdə, korporativ ekoloji menecmentdən bəhs edilir.

Dövlətçilik nəzəriyyəsi, konsepsiyalar

Dövlətçilik nəzəriyyəsinin mahiyyətini təyin etmək üçün şərti olaraq bunları atributiv-substasional və relyasion hissəyə bölmək olar.

Atributiv-substasional konsepsiya dövlətçiliyi özlüyündə kifayət qədər sərbəst «predmet» və ya «əşya» kimi izah edir. Bu yanaşmaya görə dövlətçiliyin potensial-ideya, instrumental güc və struktur-funksional konsepsiyaları haqqında danışmaq olar. Potensial-ideya konsepsiyası dövlətçiliyi bacaran və ya siyasi subyekt imkanını həyata keçirən, yəni öz ideyasını həyata keçirən (məcbur edən) dövlətçilik konsepsiyasıdır (İ.Fixte, Q.Heqel, K.Marks, A.Şopenqaugr, M.Veber). İnstrumental güc konsepsiyalarında dövlət vəsaitin bölünməsi və realizasiyasını həyata keçirir (Ç.Merriam, D.Kgtlin, Q.Morqentfu).

Müasir siyasi nəzəriyyədə ən geniş yer tutan dövlətçiliyin sistem və struktur-funksional konsepsiyasıdır. (T.Pirsone,D.İston,M.Krozgevəs.) Sistem konsepsiyası çərçivəsində dövlətçiliyin üç yanaşmasını qeyd etmək olar. Birinci-dövlətə xas olan makrososial sistemin bir atributu kimi (T.Parsons). İkinci yanaşma dövlətçiliyə ailə, təşkilat və s. səviyyəsində baxır (M.Krozge). Üçüncü yanaşma dövləti belə xarakterizə edir: individiumların xüsusi sosial sistem çərçivəsində qarşılıqlı təsiridir (M.Rodjers). Sistem yanaşma nümayəndələri içərisində bəzi nəzəriyyəçilər (K.Doyç, N.Lumal) deyirlər ki, dövlət sosial münasibətlərdə bir vasitədir, cəmiyyətin inteqrasiyasını təmin edir və qruppa münaqişələrini nizamlayır. Onlar cəmiyyətdə daim baş verən münaqişələrin həllində dövlətin təyinatını və cəmiyyətin çoxsaylı üzvlərinin maraqlarını müdafiə edir. Relyasion konsepsiya dövləti iki partnyor arasında əlaqə kimi xarakterizə edir.

Dövlətçilik nəzəriyyəsinin dini izahına görə dövlət əlaqələrinin üç əsas variantını qeyd etmək olar: «müqavimət nəzəriyyəsi», «ehtiyatların mübadiləsi» və «təsirin zonalara bölünməsi». Bir çox tədqiqatçılar dövlətin relyasiya konsepsiyasına bixeviorist (özünü idarəetmə) dövlət konsepsiyasını da aid edirlər. Relyasion konsepsiuanın müəllifləri kimi bixevioristlər dövlətin mövqeyindən çıxış edirlər. Adamlar arasında biri hökmranlıq edir, digəri əmri yerinə yetirir. Belə ki, bixeviorist hakimiyyət uğrunda mübarizə insan şüurunun və psixologiyasının dominant istiqaməti elan olunur, siyasi aktivlik formasını təyin edir. Dövlət bixeviorist konsepsiyasının tipik bir izahını təklif edir. Belə ki, Q.Lassuglin belə hesab edir ki, dövlətin yaranması üçün «siyasi enerji, iradə nümayiş etdirmək üçün individumlara xas olan birinci impuls verilmişdir. İnsanlar hakimiyyətə həyatı yaxşılaşdırma vasitəsi, var-dövlət əldə etmək, hörmət qazanmaq, sərbəstliyə, təhlükəsizliyə və s. nail olmaq kimi baxırlar. Eyni zamanda hakimiyyətə nail olmaq qarşıya məqsəd kimi qoyulur. Bixeviorislər üçün bazarda siyasi hakimiyyət əldə etmək xarakterikdir. Bazarda siyasi subyektlər aktiv iştirak etməklə hakimiyyətə təsir edirlər. Onlar çalışırlar ki, əldə edilmiş ehtiyatlardan səmərəli istifadə etsinlər (təbiətdən toplanan və real həcmdə olan dövlət ehtiyatları). Belə ki, bu ehtiyatlar cəmiyyətə məxsusdur.

Dövlətin (dövlətçiliyin) relyasion konsepsiyalar sinfinə aşağıdakı kimi yanaşılır: quruluşuna görə yeni (və neostruktural) hakimiyyətin arxeoloji və geneoloji konsepsiyası (G.Fuko, P.Burdge, M.Fuko). Hökmranlıq sadəcə subyektlərin nisbəti kimi deyil, özlüyündə münasibətlərin modeli («əlaqələrin əlaqəsi») kimi izah edilir.

Klassik nəzəriyyələr

Klassik nəzəriyyələr miladi tarixi ilə 1800-1920-ci illəri əhatə edir. Alman alimi Maks Veberin nəzəriyyəsi 5 hissədən ibarətdir:

  1. işlərin bölünməsi;
  2. səlahiyyətlərin verilməsi;
  3. işə qəbul edənlərin məntiqi seçimi, işbacaranın işə götürülməsi;
  4. bu sahədə qanunun tələblərinə əməl etmək;
  5. hər bir tələbi yazılı surətdə saxlamaq.

F. Teylorun isə nəzəriyyəsinin adı elmi idarəçilikdir. Teylor elmi idarəetmənin, rəhbərliyin «atası» adlanır. Teylorun nəzəriyyəsinin əsasını 4 hissə təşkil edir:

  1. hər bir işdə öndə (qabaqcıl) olanları nəzərə almaq və yeni yol seçmək;
  2. işçiləri elmi əsasda seçmək;
  3. işçilərlə səmimi rəftar etmək;
  4. işlərin (əməyin) bölüşdürülməsi.

Neoklassik nəzəriyyələr

Müdiriyyətçilikdə, rəhbərlikdə insani baxışlar. nəzəriyyənin yaradıcısı Elton Mayo hesab edilir.

Duqlas McGregor (1962) – nəzəriyyəsi X və Y adlanır. X – nəzəriyyəsinə görə bir qrup müdirlər belə fikirləşirlər ki, insanlar işləməyi sevmirlər, işdən qaçırlar, ona görə insanları tənbeh etmək, onlara yaxından nəzarət etmək lazımdır. İnsanların əsas marağı puldur, ehtiram deyil. X nəzəriyyəsi klassik nəzəriyyələrə uyğun gəlir. Y nəzəriyyəsi isə tam bunun əksidir, yəni Y nəzəriyyəsi deyir ki, insanlar işi istirahət kimi qarşılayırlar. Buna görə də işçiləri tənbeh etmək lazım deyil, onlara yaxından nəzarət etmək lazım deyil, əməkdaşlar bunsuz da işlərini görə bilərlər.

«Z» nəzəriyyəsi Duqlas Mak Qreqorun «X» və «Y» nəzəriyyələrinin davamı və inkişafı olan konsepsiyadır. «Z» nəzəriyyəsinin müəllifi yapon mənşəli Uilyam Oizi belə bir ideya irəli sürmüşdür ki, X və Y nəzəriyyələri olduqca kontraslı olub, rəhbərlərin öz tabeçiliklərində olan işçiləri necə qəbul etmələri və bununla əlaqədar olaraq onları necə idarəetmə haqqında bir-birinə tamamilə zidd nöqteyi nəzərlərini əks etdirirlər. «X» nəzəriyyəsinə görə işçilər tənbəl və təşəbbüssüz olurlar ki, buna görə də onları işləməyə məcbur etmək lazımdır. Y nəzəriyyəsində isə hesab olunur ki, işçilər əməksevər və çalışan olurlar və buna görə də onları həvəsləndirmək və müəyyən məqsədə yönəltmək lazımdır. Lakin tabeçilikdə olanlar yalnız «yaxşı» və «pis» işçilərə bölünmür. Tabeçilikdə olanların davranışı və işə münasibətləri bir çox amillərdən, o cümlədən insanın şəxsi həyatının xüsusiyyətlərindən, təşkilatda müvafiq olan motivasiya sistemindən və idarəetmə mədəniyyətindən asılıdır.

«Z» nəzəriyyəsini işləyib hazırlayarkən U.Oizi və R.Conson birlikdə yapon idarəetmə metodunu araşdırmış və onun aşağıdakı xüsusiyyətlərini müəyyənləşdirmişlər:

1. Ömürlük işə qəbul – işə götürən işə qəbul zamanı konkret vəzifə tələblərinə cavab verən şəxsdən daha çox maraq və temperamentləri müəssisənin missiyasına uyğun işçiləri seçir. İşlçilər nadir hallarda işdən çıxarılır, bu da onlarda təhlükəsizlik hissini yaradır. Ömürlük işə qəbul prinsipi işçilərdə arxayınlıq hissəsinin yaranmasına səbəb olur. Əksinə, iş yerində fəallıq və yaxşı göstəricilər nümayiş etdirmək karyerada irəli çəkilmək və iş yoldaşları arasında hörmət qazanmaq üçün vacib amilə çevrilir.

2. İxtisaslaşdırılmamış karyera – işə qəbuldan sonra işçi bir sıra müxtəlif profilli vəzifələrdə çalışır. Heç bir işçi ömür boyu bir ixtisas üzrə çalışmır. Mütəmadi olaraq işçilər arasında vəzifə rotasiyası həyata keçirilir və beləliklə, işçi müəssisəsinin fəaliyyətinə strateji yanaşır.

3. Uzun müddətdən sonra karyerada irəliləyiş – işə qəbuldan sonra işçi uzun müddət müxtəlif xarakterli işlərlə məşğul olur. Adətən vaxt keçdikdə onun yeni vəzifələrinin məsuliyyət dərəcəsi artır. Lakin işçi adətən müəssisədə iş stajı on ildən çox olduqda şaquli karyera pilləsi üzrə qabağa çəkilir. Belə sistem hər bir insana innovasiyalarını ürəklə işdə tətbiq etməsinə imkan yaradır.

4. Müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə əsasən əmək haqqına əlavələr. İşçilərə belə əlavələrin ödənilməsi müəssisənin fəaliyyəti ilə əlaqələndirilir və hər bir işçinin müəssisə maraqlarını şəxsi maraqlardan üstün tutmasına səbəb olur.

5. Uzun müddətə ərsəyə gələn kollektiv qərarlar. Yapon modelində adətən kiçik qruplar müəyyən fəaliyyət sahələrinə görə cavabdeh olur. Təşkilatın maraq və ehtiyaclarını nəzərə alan qərarların qəbulu üçün bu qrup üzvləri kollektiv üzvləri ilə məsləhətləşmələr aparmalıdırlar. Bu isə qərarların qəbulu prosesini uzun müddətli prosesə çevirir. Lakin qərarın hazırlanması zamanı meydana gələn vaxt itkisi adətən qərarın icrası zamanı nəzərə alınır.

Bəzi tədqiqatçılar «Z» nəzəriyyəsinin çoxsaylı müsbət keyfiyyətləri ilə yanaşı onun çatışmamazlığı kimi təşkilatda rəhbərin istiqamətləndirici rolunun zəiflədiyini göstərirlər.

Yeni – müasir idarəçiliyə aid nəzəriyyələr

Sistem nəzəriyyələsi (1970-ci ildən indiyə kimi) – bu yeni bir nəzəriyyədir ki, müəssisəni, təşkilatı canlı bir varlıq kimi qəbul edir. Onların bölmələrinin bir-biri ilə bağlılığını əsaslandırır. Bu bağlılığı, təbəqələşməni Boulding Kenneth öz kitabında çox gözəl əks etdirib. Belə ki, sistem iki bölmədən ibarətdir:

1. Artıq sistem (təşkilat, müəssisə və s.);

2. Qapalı sistem. Bu sistemin iş metodları klassik sistemin iş metodlarına uyğun gəlir.

Müasir idarəetməyə aid nəzəriyyələr

1911-ci ildə alim və sahibkar F.Teylor «İdarəetmənin əsas prinsipləri» adlı əsərini yazmışdır. Bəzi iqtisadçılar idarəetmənin yaranmasını həmin bu əsərin yazılması ilə əlaqələndirməyə çalışırlar. Lakin bir sıra tarixi hadisələr göstərir ki, idarəetmə qədim dövrlərdən mövcud olmuşdur. Məsələn, Misir ehramlarının tikintisi, Böyük Çin Səddi idarəetmə təcrübəsi olmadan inşa oluna bilməzdi. Deməli, idarəetmə bizim eradan əvvəl də mövcud olmuş, lakin bir elm kimi XX əsrin əvvəllərində nəzəri cəhətdən əsaslandırılmışdır.

İdarəetmənin bir elm kimi formalaşıb inkişaf etməsi, idarəetmə məktəblərinin yaranıb, müəyyən tarixi dövr keçməsilə əlaqədar olmuşdur. Elmi idarəetmə məktəbi F.Teylor və onun ardıcıllarının fikirləri və elmi ideyalarıyla əsaslandırılmışdır. Bu məktəbin nümayəndələri əl əməyinin idarəetmə əməyindən ayrılmasını təklif etmişlər. Həmin məktəbin nümayəndələri sübut etmişlər ki, idarəetmə ayrıca bir elmdir. Həmçinin əl əməyinin yüngülləşdirilməsi və bu sahədə problemlərin aradan qaldırılması sahəsində də bir sıra fikirlər irəli sürmüşlər. Məsələn, 8 saatlıq iş gününün təklif olunması əmək prosesində vaxt normasının yaradılmasının əsasını təşkil edir. Daha sonra onlar istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması sahəsində həyata keçirilən tədbirləri əl əməyinin yüngülləşdirilməsi üçün olduqca vacib hesab etmişlər. Bundan başqa elmi idarəetmə məktəbi işdə həvəsləndirmə sisteminin yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın inkişafına və artım sürətinə təsir edən amil kimi dəyərləndirilməlidir.

Klassik idarəetmə məktəbinin nümayəndələri ilk dəfə olaraq idarəetmə elmini sistemləşdirmiş, onun funksiyalarını, prinsip və metodlarını tədqiq etmişlər. Onlar sübut etmişlər ki, idarəetmə fəaliyyəti idarəetmənin həyata keçirilməsindən irəli gələn funksiyaların məcmusundan ibarət olub, müvafiq prinsiplərə əsaslanaraq müəyyən üsullar və mexanizmlər əsasında həyata keçirilir. İnsani münasibətlər məktəbi hər bir işçiyə fərdi qaydada yanaşmanı tələb edir. Buna görə də onların fərdi xüsusiyyətləri nəzərə alınmalı, tələbatı, bacarığı, qabiliyyəti, səriştəsi, psixologiyası ayrı-ayrılıqda müəyyən olunmalıdır. Bu məktəb idarəetmənin və fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə maddi və mənəvi həvəsləndirməni, idarəetmədə insan amilini, iş şəraitini, ictimai münasibətləri nəzərə almağı zəruri hesab edir.

Müasir idarəetmə məktəbi idarəetmə məktəbləri arasında ən mütərəqqi məktəb hesab olunur. Bu məktəb kompüter texnologiyasını, avtomatlaşdırmanı, iqtisadi-riyazi modelləri, rabitə texnologiyasını menecmentə gətirdi. Bu proseslər idarəetmənin inkişafı və bu sahədə səmərəliliyin yüksəldilməsi üçün böyük əhəmiyyətə malik olmuşdur. Belə ki, informasiya sistemləri və kompüter texnologiyası idarəetmə sahəsində də yeniliklərin həyata keçirilməsinə səbəb olur. İdarəetmə məktəbləri idarəetmə elminin müxtəlif tərəflərini öyrənmiş, bu sahədə bir çox tədqiqatlar aparmış və problemləri araşdırmışdır. Onu da qeyd edək ki, idarəetmə elminin hazırki duruma gəlib çıxmasını idarəetmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək olar.

Menecment iqtisadi fəaliyyət olmaqla bərabər, həmçinin idarəetmə prosesidir. Bu müəssisə və təşkilatların son məqsədə çatması üçün peşəkarlıqla həyata keçirdikləri iqtisadi fəaliyyət növüdür. “

Müəllif: Niyazi Yusifov,
biologiya elmlər namizədi,
Hossein R. Qhavidel

Mənbə: İqtisadiyyat qəzeti

  • Teqlər:
  • menecmentin tarixi
  • , menecment

PROFESSOR TOFİQ QULİYEV VƏFAT ETDİ! – Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib. “AzPolitika.info”nun məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin- UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev 84 yaşında vəfat edib. Mərhum professor sabah dəfn olunacaq. Onunla vida mərasimi də sabah “Təzə Pir” məscidində olacaq.

Professor Quliyev Tofiq Əvəz oğlu 1935-ci ildə Ağdam rayonunda anadan olub. 1953-cü ildə Ağdam rayonu Xındırıstan orta məktəbi bitirib, həmin ili K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1957-ci ildə həmin institutu Sənayenin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda mühəndis-iqtisadçı, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Sənaye-təmir idarəsində baş iqtisadçı, 1964-cü ildə Azərbaycan SSRİ ali və orta ixtisas Təhsil Komitəsi ali məktəblər idarəsinin baş inspektoru, 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent, sonrakı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent, professor, kafedra müdiri (1970-ci ildən) vəzifələrində çalışıb.Xalq Təsərrüfatı İnstitutu Azərbaycan Dövlət İqtisad Universitetinəçevrildidən sonra da eyni vəzifəni tutub.

1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun “Əməyin iqtisadiyyatı” kafedrasının əyani aspirantı olan T. Quliyev Azərbaycanda ən gənc elmlər doktoru elmi dərəcəsini alan alimlərimizdəndir. O, 1963-cü ildə orada namizədlik dissertasiyasını, 1968-ci ildə- 33 yaşında doktorluq dissertasiyasını müdafiə edib .

1992-ci ildə Əməkdar Elm Xadimi adına layir görülüb. “Şöhrət” ordeni ilə təltif edilib. Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərib. 1990-1998-ci illərdə Beynəlxalq iqtisadçılar ittifaqının rəyasət heyətinin üzvü olub. 2010-cu ildə “Qızıl qələm” mükafatına layiq görülüb.

Qeyd edək ki, professor Tofiq Quliyev dünya elmi ictimaiyyəti tərəfindən yaxşı tanınan azsaylı alimlərimizdən biridir. Bu da təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru T.Ə. Quliyev dünyada əmək sahəsində ən güclü mütəxəssislərdən biri hesab olunur.

Professor Tofiq Quliyev 500-dən artıq elmi-metodiki əsərin, monoqrafiyanın, məqalənin müəllifidir. Onun Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən bu kitabları və monoqrafiyaları dünyanın məşhur kitabxanalarının rəflərini bəzəməkdədir. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.

Professorun hələ 1967-ci ildə Moskvanın “Mısl” nəşriyyatında nəşr olyunan və geniş müzakirələrə səbəb olan mənafelər probleminə həsr edilən monoqrafiyası bu gün də dünyanın müxtəlif ölkələrində elm adamları tərəfindən maraqla oxunan, istinad edilən kitab olaraq qalır. Eləcə də 1974-cü ildə həmin nəşriyyatda nəşr olunan əməyin reduksiyası probleminə həsr edilən monoqrafiyası bu sahədə tədqiqat aparan alimlərin ən çox müraciət etdiyi kitablardan biridir(Şəkillər aşağıda verilib-red.). Bunu Harvard Universitetinin kitabxanasınnın “İqtisadiyyat” bölməsinin direktoru Kristin Conson da bildirmişdir.

O, Azərbaycandan olan professor Kazım Əzimovla görüşündə qeyd etmişdir ki, Tofiq Quliyevin kitabları ən çox oxunan, sitat gətirilən mənbələr sırasına daxildir. Yuxarıda adları qeyd olunan kitablardan birinə 93, digərinə isə 97 istinad qeydə alınmışdır. Bundan əlavə, kitabxananın “Xəbərlər” bülletenində və elektron versiyada həmin kitabların ingilis dilində mükəmməl annotasiyası verilmişdir.

Qeyd edək ki, professor Tofiq Quliyevin yalnız sovet hakimiyyəti dövrü nəşr olunan əsərləri deyil, müstəqillik illərində yazdığı kitablar, monoqrafiyalar və elmi məqalələr də keçmiş ittifaq və dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Təsadüfi deyil ki, onun bir çox əsərləri bu gün də Moskvanın nüfuzlu nəşrləri tərəfindən cap edilir, xarici ölkələrin kitabxanalarında, elmi mərkəzlərində öyrənilir.

Mərhum professorun Bakıda və Moskvada elm ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən çoxlu sayda kitabları nəşr olunub. O, bir sıra dərslik, monoqrafiya və kitabçanın, 500-ə qədər elmi-metodiki əsərin, monoqrafiyanın, məqalənin müəllifidir. T. Ə. Quliyevin “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları”, “Əməyin sosiologiyası”, “Menecmentin əsasları”, “İnsan resurslarının idarə edilməsi” kimi dərslikləri, “Tənzimlənən bazar iqtisadiyyatı” “İnflyasiyanın anatomiyası”, “İqtisadi məntiq”, “Liberalizmin böhranı”, İqtisadi sistemlərin sabitliyi və etibarlılığı” adlı fundamental monoqrafiyaları yalnız Azərbaycanda deyil, bir çox xarici ölkələrdə alim və tələbələrin stolüstü kitabına çevrilmişdir. Bu kitabların bir hissəsi xarici ölkələrdə yenidən cap edilmişdir.

Belə ki, professor Tofiq Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” kitabı 2000-ci ildə Budapeştdə keçirilən beynəlxalq konfransda internetə daxil edilmişdir.

Həmin kitab 2001-ci ildə Moskvanın “Mısl” nəşriyyatı tərəfindən yenidən çap olunub. Harvard Universitetinin kitabxanasına da daxil olunan bu kitab tez-tez müraciət oilunan əsərlər sırasındadır.

Bu kitaba görə, pofessor T. Ə. Quliyev Çin Xalq Respublikasının Dövlət kitabxanasının və bu ölkənin Azərbaycandakı səfirliyinin fəxri fərmanına layiq görülmüşdür. Fəxri fərman T.Quliyevə kitabda yeni elmi ideyalarla çıxış etməsinə və Çin Xalq Respublikasının Dövlət kitabxanasını zənginləşdirdiyinə görə təqdim edilmişdir.

Bundan əlavə, 2013-cü idə Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatında Azərbaycan aliminin “İqtisadi məntiq”, 2014-cü ildə isə “Liberalizmin böhranı” adlı fundamental tədqiqatlarının nəticələri monoqrafiyalar şəklində rus dilində çap edilərək yayılıb.

Bu kitabların hamısı beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilib.

Qeyd edək ki, professor Tofiq Quliyev iqtisadiyyat sahəsi üzrə dünyada tanınmış alimlərimizdən biri olsa da, onun yaradıcılığı çoxcəhətli və geniş diapazonlu olub.

Belə ki, hələ tələbəlik illərində silsilə elmi məqalələrlə yanaşı, hekayə və şeirlər də yazıb çap etdirən mərhum professor Tofiq Quliyev bədii-publisistik fəaliyyətilə də tanınıb. “Tofiq Fərid” imzası ilə şeirlər yazan professorun “Türkün türküsü”, “Dünyanı dəyişə bilsəydim”, “Mən kiməm?” (rus dilində), “Haqqın səsi”, “Qəzəllər”, “Satirik şeirlər”, “Yumoristik və satirik hekayələr” kitabları geniş maraqla qarşılanr. Bu kitablar haqqında maraqlı yazılar və mülahizələr söylənilmişdir.

Xalq şairi Nəriman Həsənzadə iqtisadçı alimin bədii- estetik düşüncələrini belə dəyərləndirir: “Tofiq Quliyevin şeirlərində etikalılıq prinsipi, insanların mənəvi kamilliyinə doğru təkmilləşməsinin tərbiyəvi meylləri, onların kreativliyi, harmoniya, insanların sivil davranışları dominantlıq təşkil edir.

O, ədəbiyyatda, o cümlədən poeziyada etik və estetik halların bir-birinə qarşı qoyulmasını, estetikanın fetişləşdirilməsini, bayağılaşdırılmasını, mütləqləşdirilməsini qeyri-normal bir hal hesab edir.”

Filologiya elmləri doktoru, professor Maarifə Haciyeva isə qeyd etmişdir ki, professor Tofiq Quliyevin iqtisadi təfəkkürü ilə bədii təxəyyülü arasında dərin bir vəhdət vardır: “Onun bədii mövzuları müasirliklə bərabər, klassik qaynaqlarla da səsləşir. Şeirlərindəki yaşantı onun həyatının bir parçası, özünün taleyi, mənəviyyatının tərkib hissəsi, məfkurə sahibi olan alimin xəlqilik manifesti, iqtisadi-fəlsəfi düşüncələrinin bədii məhsulu kimi əks-səda yaradır.Dərin vətəndaşlıq yanğısından qaynaqlanan “Kimsəsiz oldun, Qarabağ”, “Qarabağ marşı”, “Qarabağı qaytaraq” kimi şeirlər müasirlərimizin ağrı- acılarını, ümid və inamlarını ifadə edir.Tofiq müəllimin “Qəribə-qəribə işlər”, “Alçala-alçala ucalanlar”, “Lovğa insan”, “Qüsurunu bilə-bilə” kimi satirik şeirlərində isə içi xüdbinlər, başqalarında eyib axtaran bədxahlar incə yumorun hədəfinə çevrilir.

Alimin bədii aləminin məhsulu olan “Muğamlarda axtar məni”, “Yaxşılıq”, “Həya”, “Ölmək asan, yaşamaq çətin”, “Xatirələrlə tək qalmışam”, “Dostluğa zəhər qatmazlar”, “Taleyinə məni də yaz”, “Razı qalmıram özümdən” kimi şeirlər adlarından da göründüyü kimi, mənəvi- əxlaqi problemlərin estetik tədqiqi kimi qavranılır.Tofiq müəllimin milli-mənəvi dəyərlərimizə dərin bağlılığı ilə diqqəti cəlb edən şeirləri də az deyil.”

Professor Tofiq Quliyev estetik məsələlərə də tədqiqatlar həsr etmişdir. Onun “Ədəbiyyatda realizm və modernizm problemləri”, “Musiqili incəsənət və böhran” monoqrafiyaları ədəbi- mədəni mühitin ciddi marağına səbəb olmuşdur. Professorun bu sahədəki əsərləri də yalnlız Azərbaycanda deyil, ölkə sərhədlərindən kənarda da oxunur. Bir çox ölkələrin kitabxanalarında bu kitablara da rast gəlmək mümkündür. Onun “Ədəbiyyat və incəsənət haqqında fəlsəfi düşüncələr. Şeir və məqalələr” adlı kitabı Tehranda böyük tirajla dərc edilib.

Ümumiyyətlə, İranda professorun bir çox əsərləri Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunub. Bu əsərlər vətəninə və millətinə hədsiz bağlı bir insan kimi tanınan professorun İrandakı soydaşlarımıza bir töhvəsi də sayıla bilər. Professor Tofiq Quliyevin 2015-ci ildə Tehranda “Seçilmiş əsərləri: şeirlər-hekayələr-qəzəllər” adlı kitabı nəşr olunub. Eyni zamanda Tehranda “Xudafərin” yurnalını nəşriyyatı tərəfindən professor Tofiq Quliyevin fars və Azərbaycan dilində hekayələri nəşr olunub. Həmçinin Tehranda Tofiq Quliyevin “Yetim uşaq” adlı hekayələr kitabı cap olunub. İranda professorun bir çox əsərləri Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunub. Bu əsərlər vətəninə və millətinə hədsiz bağlı bir insan kimi tanınan professorun İrandakı soydaşlarımıza bir töhvəsi də sayıla bilər.

Professor Tofiq Quliyevin əsərləri eyni zamanda Türkiyədə də böyük tirajla nəşr edilib. Onun İstanbulda “Babasız Çocuq” adlı kiçik hekayələr toplusu və “Vatan aşqı” adlı şeirlər toplusu nəşr olunub.

Sonda onu da vurğulayaq ki, uzun illər Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” kafedrasına rəhbərlik edən, bu sahədə böyük bir məktəb yaradan professor Tofiq Quliyev bu sətirlərin müəllifi də daxil olmaqla onlarla şəxsin alim kimi yetişməsində müstəsna rol oynayıb.

Elmi rəhbəri olduğu şəxslərə sözün həqiqi mənasında atalıq qayğısı göstərən professor Tofiq Quliyev Azərbaycan elminin inkişafı, uğurları üçün bir insanın edə biləcəıyi hər şeyi edib. Həyatının son gününə qədər elmi fəaliyyətinə ara verməyib, yaradıcılıqla məşğul olub, yeni elmi əsərlər üzərində işləyib.

Professor Tofiq Quliyev böyük alim olmaqla yanaşı, həm də vətənpərvər, yüksək mənəvi dəyərlərə malik bir ziyalı idi. Hər zaman Azərbaycan dövlətinin və xalqının problemləri ilə yaşayırdı. Xüsusən Qarabağ problemi, torpaqlarımızın işğal altıında qalması mərhum professorun ən ağrılı yeri idi. Eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasının milli təhlükəsızlik qədər önəmli olduğunu vurgulayırdı.

O, “AzPolitika.info”ya son müsahibələrində də bu məsələlərə toxunmuş, ziyalılarımızı milli problemlərimizin qabardılmasında, mənəvi dəyərlərimizin qorunmasında fəal olmağa çağırımışdı. Bu baxımdan Professor Tofiq Quliyevin vəfatı yalnız elm ictimaiyyəti üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyətii üçün böyük itkidir.

Allah rəhmət eləsin!

İ.İsmayılbəyli

AzPolitika.info

Şərhlər

Abbas Mehdiyev 2020-04-26 18:55:46

professora müəllimimə Allah rəhmət etsin

Yaşar 2019-02-24 18:56:45

1999 2002 ci illərdə müəllimim olub Allah rəhmət eləsin həqiyqətən gözü könlü tox bir qəpikdə gözü olmayan təmiz qəlpli ziyalı bir daha Allah rəhmət eləsin

Ilqar 2019-02-24 18:56:45

Allah rəhmət eləsin. Seçilən və yadda qalan bir insan oldu.

Rüstəm 2019-02-24 18:56:45

Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Müəllimim olub.

Roma 2019-02-24 18:56:45

Allah rəhmət eləsin. Tofiq müəllim çox böyük sözün həqiqi mənasında şəxsiyyət Respublikamızda ən savadlı iqtisadçı alimlərdən biri nəfsi olmayan yəni tələbələrindən /mənə də institutda 70-ci illərin axırlarında dərs demişdir/ savaddan başqa heç nə ummayan yüksək ləyaqətə malik əsil Azərbaycanlı.

Tofiq Quliyev (iqtisadçı)

Tofiq Quliyev 1935-ci ildə Ağdamın Paşabəyli kəndində türkçü ziyalı ailəsində anadan olmuşdur. [1] [2] O, 9-cu sinifdə oxuyarkən atası Əvəz Muxtar oğlu Quliyev ağır xəstəlikdən dünyasını dəyişmişdir. Onun xəstəliyinə səbəb Bayıl həbsxanasında qalması olmuşdur. Belə ki, Əvəz Quliyev 1918-1920-ci illərdə müstəqil Azərbaycan Demokratik Respublikası dövründəki fəaliyyətinə görə, həmçinin türk pasportuna sahib olması və pantürkist olması səbəbindən Türkiyənin agenti hesab edilərək 1932-ci ildə həbs edilmiş, Stalin repressiyasının ilk qurbanlarından biri olmuşdur. Tofiq Quliyevin atası ruhani məktəbində təhsil almışdı. O, Azərbaycan və türk dili ilə yanaşı, fars və ərəb dillərini də mükəmməl bilirdi. Ona görə də Firdovsi və Sədinin farsca şeirlərini tərcümə edə bilirdi. Tofiq Quliyevin böyük bacısı Qumru Quliyeva atasının uzun müddət evə gəlmədiyini və bunun səbəbini bildikdən sonra uşaq ikən ürək xəstəliyindən vəfat etmişdir. [3] [4] [5] [6] [7] [8] [9]

Tofiq Quliyevin anası Züleyxa Quliyeva Zəngilan rayonunun Baharlı kəndindən olmuşdur. Qardaşı Yusif Muxtarov aqronom idi. Onun “Haqqa, düzə zaval yoxdur” adlı şeirlər kitabı çapdan çıxmışdır. Digər qardaşı Vahid Muxtarov kibernetika üzrə professor idi. O da şeir və qəzəllər yazırdı. Həmçinin jurnalist olan qardaşı Ülfət Muxtarov da oçerk və hekayələr yazırdı. [3] [4] [5] [6] [7] [8] [9]

Təhsil illəri

Tofiq Quliyev 1953-cü ildə Xındırıstan orta məktəbini bitirmişdir. O, 1953-ci ildə Bakıda Karl Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1957-ci ildə “Sənayenin iqtisadiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutda tələbə elmi cəmiyyətinin sədri işləmişdir. [1] [2] [3] [4] [5] [6] [8] [9]

Tofiq Quliyev baş inspektor vəzifəsində işlədiyi dövrdə də təhsilini davam etdirmiş və respublikada birinci dəfə olaraq 1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun “Əməyin iqtisadiyyatı” kafedrasının əyani aspirantı olmuşdur. O, Moskvada aspiranturada oxuyarkən Azərbaycan iqtisad elminin tarixində əməyin iqtisadiyyatı üzrə ixtisaslaşan ilk alim olaraq 1963-cü ildə, 28 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir. 1966-cı ildə isə Lomonosov adına Moskva Dövlət Universitetinin doktorantı olmuşdur. Tofiq Quliyevin doktorluq dissertasiyası mənafelər, o cümlədən iqtisadi mənafelər probleminə həsr edilmişdir. Həmin monoqrafiya sovetlər ölkəsində bu problemə həsr edilmiş iri həcmli ilk monoqrafiya idi. [1] [2] [3] [4] [5] [6] [8] [9]

Quliyev 1968-ci ildə, 33 yaşında doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun bu problemə həsr etdiyi monoqrafiya 1967-ci ildə o dövrdə Moskvanın ən nüfuzlu, iqtisadi nəzəriyyə üzrə ixtisaslaşan nəşriyyatı olan “Mısl”–da “Sosializm cəmiyyətində mənafelər problemi” adı altında nəşr edilmişdir. Bir neçə ildən sonra – 1974-cü ildə həmin nəşriyyatda müəllifin əməyin reduksiyasına həsr etdiyi “Sosializmdə əməyin reduksiyası” adlı monoqrafiyası çapdan çıxmışdır. Moskvada dərc edilən bu monoqrafiyalar nəşriyyatın o dövrdəki mövcud qaydasına əsasən hərəsi 4-5 nüsxədən ibarət dünyanın 100-dən artıq ölkəsinə göndərilmişdir. [1] [2] [3] [4] [5] [6] [7] [8] [9]

Fəaliyyəti

Əmək fəaliyyəti

Tofiq Quliyev universiteti bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda sənaye müəssisələrinin layihələndirilməsi üzrə mühəndis-iqtisadçı, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Sənaye-təmir idarəsində baş iqtisadçı kimi fəaliyyət göstərmişdir. Həmçinin 1964-cü ildə isə Azərbaycan SSRİ ali və orta ixtisas Təhsil Komitəsi ali məktəblər idarəsinin baş inspektoru vəzifəsində çaılşmışdır. Quliyev 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent, sonrakı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dosent, 1970-ci ildən etibarən professor və “Əməyin iqtisadiyyatı və sosiologiyası” kafedrasının müdiri vəzifələrini icra etmişdir. [1] [2] [5] [6] [7]

Elmi fəaliyyəti

Tofiq Quliyevin demək olar ki, bütün elmi, bədii yaradıcılığı insan və onun sosial, iqtisadi, etnik problemlərinə həsr olunmuşdur. Harvard Universitetinin Harri Elkins Vaydener adına xatirə kitabxanasında professor Tofiq Quliyevin 3 iri həcmli monoqrafiyası (“Sosializm cəmiyyətində mənafelər problemi“, “Sosializmdə əməyin reduksiyası“, “Tənzimlənən bazar iqtisadiyyatı“) saxlanılır. Direktor Kristian Conson bu barədə qeyd etmişdir: [1] [3] [4] [5] [7] [9]

Xaricdə Tofiq Quliyevin əsərlərinə 180-dən artıq istinad qeydə alınmışdır, həmçinin dünyanın 30-dan çox ölkəsində kitabları oxuculara təqdim edilmişdir. [1] [2]

Tofiq Quliyevin elmi yaradıclığı çox cəhətlidir. O, fəlsəfə, sosiologiya, ümumi psixologiya, əməyin sosialogiyası və sosial psixologiya elmləri ilə məşğul olmuşdur. Quliyev 1970-ci ildə professor adını qazanmışdır. Alim 1972-ci ildə Zaqafqaziya və Orta Asiya Respublikalari içərisində ilk dəfə milli dildə “Əməyin iqtisadiyyatı” dərsliyini çap etdirmişdir. [8] Moskvanın “Znaniye” nəşriyyatı Tofiq Quliyevin 1990-cı ildə idarəetmədə sosial psixoloji münasibətlərə həsr edilmiş kitabçasını böyük tirajla çap etmişdir. Alim 1972-ci ildə “Əməyin iqtisadiyyatı”, 1974-cü ildə “Əməyin elmi təşkili”, 1993-cü ildə “İdarəetmənin əsasları”, 2001-2006-cı illərdə (ikinci nəşr) “Menecmentin əsasları”, 1998-ci ildə “Əməyin sosiologiyası” kimi dərsliklərin, həmçinin “İnflyasiyanın anatomiyası” və “İnsan resurslarını idarə” kimi monoqrafiyaların müəllifidir. [1] [2] [3] [4] [5] [6] [7] [9]

Tofiq Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” adlı kitabı 2000-ci ildə Budapeştdə keçirilən beynəlxalq konfransda internetə daxil edilmişdir. Həmçinin bu kitaba görə professor 2002-ci il yanvar ayının 22-də (rus dilində) Çin Xalq Respublikasının Dövlət Kitabxanası və Çinin Azərbaycandakı səfirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir. Fəxri fərmanda belə bir cümlə yazılmışdır: [1] [3] [5]

Moskvanın “Ekonomika” nəşriyyatı Tofiq Quliyevin “İqtisadi məntiq” və “Liberalizmin böhranı” adlı fundamental tədqiqatlarının nəticələrini monoqrafiyalar şəklində çap etmişdir. Bir neçə ixtisaslaşmış dissertasiya şurasının üzvü olan professor Tofiq Quliyevin rəhbərliyilə 56 namizədlik və bir doktorluq işi müdafiə olunmuşdur. İqtisadçı alim Kiyev, Voronej, Tbilisi və başqa şəhərlərdə də doktorluq və namizədlik dissertasiyalarına opponentlik etmişdir. [1]

İctimai fəaliyyəti

Tofiq Quliyev SSRİ Ali və orta ixtisas təhsil Nazirliyində iki komissiyanın tədris-metodiki və elmi komissiyalarının 10 il müddətində üzvü olmuşdur. O, bir çox illərdə həmin komissiyalarda Zaqafqaziya Respublikalarının təmsil etmişdir. Habelə Quliyev Beynəlxalq İqtisadçılar İttifaqının (1980-1990), sonralar isə onun İdarə Heyətinin üzvü seçilmişdir. [1] [4] [8]

Alim SSRİ EA-nın bir sıra iqtisadi komissiyasının üzvü olmuşdur. Moskvada aspiranturada oxuyarkən “Jurnalistlər evinin” nəzdində olan 3 aylıq jurnalistlik kursunu bitirmiş, 28 yaşında SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. [3] [4] [6] [7] [8]

Yaradıcılığı

Tofiq Quliyev ədəbi yaradıcılıqla da məşğul olmuş, “Tofiq Fərid” imzası ilə şeirlər yazmışdır. “Ədəbiyyatda realizm və modernizm problemləri”, “Musiqili incəsənət və böhran” kimi monoqrafiyaların müəllifidir. Alimin “Türkün türküsü”, “Dünyanı dəyişə bilsəydim”, “Mən kiməm?” (rus dilində), “Haqqın səsi”, “Qəzəllər”, “Satirik şeirlər”, “Yumoristik və satirik hekayələr” kimi kitabları nəşr olunmuşdur. Xalq şairi Nəriman Həsənzadə alim haqqında söyləmişdir: [1] [4] [9]

Tofiq Quliyev “Kimsəsiz oldun, Qarabağ”, “Qarabağ marşı”, “Qarabağı qaytaraq” “Qəribə-qəribə işlər”, “Alçala-alçala ucalanlar”, “Lovğa insan”, “Qüsurunu bilə-bilə”, “Muğamlarda axtar məni”, “Yaxşılıq”, “Həya”, “Ölmək asan, yaşamaq çətin”, “Xatirələrlə tək qalmışam”, “Dostluğa zəhər qatmazlar”, “Taleyinə məni də yaz”, “Razı qalmıram özümdən” kimi şeirlərin müəllifidir. [1]

Alimin oğlu Fərid Quliyevin dövlət gəlirləri, vergilər üzrə üç monoqrafiyası, 8 məqaləsi və bir kitabçası çap edilmişdi. Fəriq Quliyev iqtisad elmləri alimlik dərəcəsi aldıqdan sonra ADUY-nin Elmi Şurasının 2002-ci il aprelin 4-ü qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət gəlirlərinin formalaşması və bölüşdürülməsinin makroiqtisadi problemləri” dissertasiyası üzərində çalışırdı. O, gənc yaşında dünyasını dəyişmişdir. [3] [4] [5] [7] [9]

Mükafatları

  • 1992-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • 2010-cu ildə “Qızıl qələm” mükafatı ilə təltif edilmişdir.
  • “Şöhrət” ordeninə layiq görülmüşdür. [1][2]

İstinadlar

Avqust 07, 2021
Ən son məqalələr

Serbofobiya

Serbcə

Serbcə Vikipediya

Serbiya

Serbiya şəhərləri

Serbiya əhalisi

Serbiya 2015 Avropa Oyunlarında

Serbiya və Monteneqro milli futbol komandası

Serbiya və Monteneqro

Serbiya Avroviziya Mahnı Müsabiqəsində

Ən çox oxunan

Şimali Passat cərəyanı

Şimali Qafqaz

Şimali Qafqaz Federal Dairəsi

Şimali Qafqaz dəmiryolları tarix muzeyi

Şimali Qafqaz imamlığı

tofiq, quliyev, iqtisadçı, tofiq, quliyev, azərb, tofiq, əvəz, oğlu, quliyev, 1935, ağdam, paşabəyli, kəndi, fevral, 2019, bakı, əməkdar, xadimi, 1992, iqtisad, elmləri, doktoru, professor, 1970, tofiq, quliyevtofiq, əvəz, oğlu, quliyevdoğum, tarixi, 1935doğum. Tofiq Quliyev azerb Tofiq Evez oglu Quliyev d 1935 Agdam Pasabeyli kendi o 23 fevral 2019 Baki Emekdar elm xadimi 1992 iqtisad elmleri doktoru professor 1970 1 2 3 4 5 6 7 8 9 Tofiq QuliyevTofiq Evez oglu QuliyevDogum tarixi 1935Dogum yeri Agdam rayonu Pasabeyli kendiVefat tarixi 23 fevral 2019Vefat yeri BakiVetendasligi AzerbaycanMilliyyeti azerbaycanliElm sahesi IqtisadiyyatElmi derecesi Iqtisad elmleri doktoruIs yeri Azerbaycan Dovlet Iqtisad UniversitetiTehsili Azerbaycan Dovlet Xalq Teserrufati Institutu 1953 1957 Plexanov adina Moskva Xalq Teserrufati Institutu 1960 1963 Lomonosov adina Moskva Dovlet Universiteti 1966 1968 Taninir professor Mundericat 1 Heyati 1 1 Tehsil illeri 2 Fealiyyeti 2 1 Emek fealiyyeti 2 2 Elmi fealiyyeti 2 3 Ictimai fealiyyeti 3 Yaradiciligi 4 Ailesi 5 Mukafatlari 6 IstinadlarHeyati RedakteTofiq Quliyev 1935 ci ilde Agdamin Pasabeyli kendinde turkcu ziyali ailesinde anadan olmusdur 1 2 O 9 cu sinifde oxuyarken atasi Evez Muxtar oglu Quliyev agir xestelikden dunyasini deyismisdir Onun xesteliyine sebeb Bayil hebsxanasinda qalmasi olmusdur Bele ki Evez Quliyev 1918 1920 ci illerde musteqil Azerbaycan Demokratik Respublikasi dovrundeki fealiyyetine gore hemcinin turk pasportuna sahib olmasi ve panturkist olmasi sebebinden Turkiyenin agenti hesab edilerek 1932 ci ilde hebs edilmis Stalin repressiyasinin ilk qurbanlarindan biri olmusdur Tofiq Quliyevin atasi ruhani mektebinde tehsil almisdi O Azerbaycan ve turk dili ile yanasi fars ve ereb dillerini de mukemmel bilirdi Ona gore de Firdovsi ve Sedinin farsca seirlerini tercume ede bilirdi Tofiq Quliyevin boyuk bacisi Qumru Quliyeva atasinin uzun muddet eve gelmediyini ve bunun sebebini bildikden sonra usaq iken urek xesteliyinden vefat etmisdir 3 4 5 6 7 8 9 Tofiq Quliyevin anasi Zuleyxa Quliyeva Zengilan rayonunun Baharli kendinden olmusdur Qardasi Yusif Muxtarov aqronom idi Onun Haqqa duze zaval yoxdur adli seirler kitabi capdan cixmisdir Diger qardasi Vahid Muxtarov kibernetika uzre professor idi O da seir ve qezeller yazirdi Hemcinin jurnalist olan qardasi Ulfet Muxtarov da ocerk ve hekayeler yazirdi 3 4 5 6 7 8 9 Tehsil illeri Redakte Tofiq Quliyev 1953 cu ilde Xindiristan orta mektebini bitirmisdir O 1953 ci ilde Bakida Karl Marks adina Azerbaycan Dovlet Xalq Teserrufati Institutuna daxil olmus 1957 ci ilde Senayenin iqtisadiyyati ixtisasini ferqlenme diplomu ile bitirmisdir Institutda telebe elmi cemiyyetinin sedri islemisdir 1 2 3 4 5 6 8 9 Tofiq Quliyev bas inspektor vezifesinde islediyi dovrde de tehsilini davam etdirmis ve respublikada birinci defe olaraq 1960 1963 cu illerde Plexanov adina Moskva Xalq Teserrufati Institutunun Emeyin iqtisadiyyati kafedrasinin eyani aspiranti olmusdur O Moskvada aspiranturada oxuyarken Azerbaycan iqtisad elminin tarixinde emeyin iqtisadiyyati uzre ixtisaslasan ilk alim olaraq 1963 cu ilde 28 yasinda namizedlik dissertasiyasini mudafie etmisdir 1966 ci ilde ise Lomonosov adina Moskva Dovlet Universitetinin doktoranti olmusdur Tofiq Quliyevin doktorluq dissertasiyasi menafeler o cumleden iqtisadi menafeler problemine hesr edilmisdir Hemin monoqrafiya sovetler olkesinde bu probleme hesr edilmis iri hecmli ilk monoqrafiya idi 1 2 3 4 5 6 8 9 Quliyev 1968 ci ilde 33 yasinda doktorluq dissertasiyasini mudafie etmisdir Onun bu probleme hesr etdiyi monoqrafiya 1967 ci ilde o dovrde Moskvanin en nufuzlu iqtisadi nezeriyye uzre ixtisaslasan nesriyyati olan Misl da Sosializm cemiyyetinde menafeler problemi adi altinda nesr edilmisdir Bir nece ilden sonra 1974 cu ilde hemin nesriyyatda muellifin emeyin reduksiyasina hesr etdiyi Sosializmde emeyin reduksiyasi adli monoqrafiyasi capdan cixmisdir Moskvada derc edilen bu monoqrafiyalar nesriyyatin o dovrdeki movcud qaydasina esasen heresi 4 5 nusxeden ibaret dunyanin 100 den artiq olkesine gonderilmisdir 1 2 3 4 5 6 7 8 9 Fealiyyeti RedakteEmek fealiyyeti Redakte Tofiq Quliyev universiteti bitirdikden sonra 1957 ci ilde Azerbaycan Dovlet Senaye Layihe Institutunda senaye muessiselerinin layihelendirilmesi uzre muhendis iqtisadci 1958 ci ilde Azerbaycan Kend Teserrufati Nazirliyinde Senaye temir idaresinde bas iqtisadci kimi fealiyyet gostermisdir Hemcinin 1964 cu ilde ise Azerbaycan SSRI ali ve orta ixtisas Tehsil Komitesi ali mektebler idaresinin bas inspektoru vezifesinde cailsmisdir Quliyev 1965 ci ilde S M Kirov adina Azerbaycan Dovlet Universitetinde bas muellim ve dosent sonraki illerde Azerbaycan Dovlet Iqtisad Universitetinde dosent 1970 ci ilden etibaren professor ve Emeyin iqtisadiyyati ve sosiologiyasi kafedrasinin mudiri vezifelerini icra etmisdir 1 2 5 6 7 Elmi fealiyyeti Redakte Tofiq Quliyevin demek olar ki butun elmi bedii yaradiciligi insan ve onun sosial iqtisadi etnik problemlerine hesr olunmusdur Harvard Universitetinin Harri Elkins Vaydener adina xatire kitabxanasinda professor Tofiq Quliyevin 3 iri hecmli monoqrafiyasi Sosializm cemiyyetinde menafeler problemi Sosializmde emeyin reduksiyasi Tenzimlenen bazar iqtisadiyyati saxlanilir Direktor Kristian Conson bu barede qeyd etmisdir 1 3 4 5 7 9 Sizin Tofiq Quliyevin kitablari tez tez oxunur bu kitablar en cox iqtibas sitat getirilen kitablar sirasina daxildir Hemcinin kitabxananin Xeberler bulleteninde ve elektron versiyada hemin kitablarin ingilis dilinde mukemmel annotasiyasi verilmisdir Xaricde Tofiq Quliyevin eserlerine 180 den artiq istinad qeyde alinmisdir hemcinin dunyanin 30 dan cox olkesinde kitablari oxuculara teqdim edilmisdir 1 2 Tofiq Quliyevin elmi yaradicligi cox cehetlidir O felsefe sosiologiya umumi psixologiya emeyin sosialogiyasi ve sosial psixologiya elmleri ile mesgul olmusdur Quliyev 1970 ci ilde professor adini qazanmisdir Alim 1972 ci ilde Zaqafqaziya ve Orta Asiya Respublikalari icerisinde ilk defe milli dilde Emeyin iqtisadiyyati dersliyini cap etdirmisdir 8 Moskvanin Znaniye nesriyyati Tofiq Quliyevin 1990 ci ilde idareetmede sosial psixoloji munasibetlere hesr edilmis kitabcasini boyuk tirajla cap etmisdir Alim 1972 ci ilde Emeyin iqtisadiyyati 1974 cu ilde Emeyin elmi teskili 1993 cu ilde Idareetmenin esaslari 2001 2006 ci illerde ikinci nesr Menecmentin esaslari 1998 ci ilde Emeyin sosiologiyasi kimi dersliklerin hemcinin Inflyasiyanin anatomiyasi ve Insan resurslarini idare kimi monoqrafiyalarin muellifidir 1 2 3 4 5 6 7 9 Tofiq Quliyevin rus dilinde nesr olunmus Tenzimlenen bazar iqtisadiyyati adli kitabi 2000 ci ilde Budapestde kecirilen beynelxalq konfransda internete daxil edilmisdir Hemcinin bu kitaba gore professor 2002 ci il yanvar ayinin 22 de rus dilinde Cin Xalq Respublikasinin Dovlet Kitabxanasi ve Cinin Azerbaycandaki sefirliyinin Fexri fermani ile teltif edilmisdir Fexri fermanda bele bir cumle yazilmisdir 1 3 5 Cin Xalq Respublikasinin Dovlet Kitabxansini zenginlesdirdiyine elave elmi informasiya ve yeni elmi idealara gore Moskvanin Ekonomika nesriyyati Tofiq Quliyevin Iqtisadi mentiq ve Liberalizmin bohrani adli fundamental tedqiqatlarinin neticelerini monoqrafiyalar seklinde cap etmisdir Bir nece ixtisaslasmis dissertasiya surasinin uzvu olan professor Tofiq Quliyevin rehberliyile 56 namizedlik ve bir doktorluq isi mudafie olunmusdur Iqtisadci alim Kiyev Voronej Tbilisi ve basqa seherlerde de doktorluq ve namizedlik dissertasiyalarina opponentlik etmisdir 1 Ictimai fealiyyeti Redakte Tofiq Quliyev SSRI Ali ve orta ixtisas tehsil Nazirliyinde iki komissiyanin tedris metodiki ve elmi komissiyalarinin 10 il muddetinde uzvu olmusdur O bir cox illerde hemin komissiyalarda Zaqafqaziya Respublikalarinin temsil etmisdir Habele Quliyev Beynelxalq Iqtisadcilar Ittifaqinin 1980 1990 sonralar ise onun Idare Heyetinin uzvu secilmisdir 1 4 8 Alim SSRI EA nin bir sira iqtisadi komissiyasinin uzvu olmusdur Moskvada aspiranturada oxuyarken Jurnalistler evinin nezdinde olan 3 ayliq jurnalistlik kursunu bitirmis 28 yasinda SSRI Jurnalistler Ittifaqinin uzvu olmusdur 3 4 6 7 8 Yaradiciligi RedakteTofiq Quliyev edebi yaradiciliqla da mesgul olmus Tofiq Ferid imzasi ile seirler yazmisdir Edebiyyatda realizm ve modernizm problemleri Musiqili incesenet ve bohran kimi monoqrafiyalarin muellifidir Alimin Turkun turkusu Dunyani deyise bilseydim Men kimem rus dilinde Haqqin sesi Qezeller Satirik seirler Yumoristik ve satirik hekayeler kimi kitablari nesr olunmusdur Xalq sairi Neriman Hesenzade alim haqqinda soylemisdir 1 4 9 Tofiq Quliyevin seirlerinde etikaliliq prinsipi insanlarin menevi kamilliyine dogru tekmillesmesinin terbiyevi meyilleri onlarin kreativliyi harmoniya insanlarin sivil davranislari dominantliq teskil edir O edebiyyatda o cumleden poeziyada etik ve estetik hallarin bir birine qarsi qoyulmasini bayagilasdirilmasini mutleqlesdirilmesini qeyri normal bir hal hesab edir Tofiq Quliyev Kimsesiz oldun Qarabag Qarabag marsi Qarabagi qaytaraq Qeribe qeribe isler Alcala alcala ucalanlar Lovga insan Qusurunu bile bile Mugamlarda axtar meni Yaxsiliq Heya Olmek asan yasamaq cetin Xatirelerle tek qalmisam Dostluga zeher qatmazlar Taleyine meni de yaz Razi qalmiram ozumden kimi seirlerin muellifidir 1 Ailesi RedakteAlimin oglu Ferid Quliyevin dovlet gelirleri vergiler uzre uc monoqrafiyasi 8 meqalesi ve bir kitabcasi cap edilmisdi Feriq Quliyev iqtisad elmleri alimlik derecesi aldiqdan sonra ADUY nin Elmi Surasinin 2002 ci il aprelin 4 u qerari ile tesdiq edilmis Azerbaycan Respublikasinda Dovlet gelirlerinin formalasmasi ve bolusdurulmesinin makroiqtisadi problemleri dissertasiyasi uzerinde calisirdi O genc yasinda dunyasini deyismisdir 3 4 5 7 9 Mukafatlari Redakte1992 ci ilde Emekdar elm xadimi fexri adina layiq gorulmusdur 2010 cu ilde Qizil qelem mukafati ile teltif edilmisdir Sohret ordenine layiq gorulmusdur 1 2 Istinadlar Redakte 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Maarife Haciyeva 10 fevral 2015 Istedadli iqtisadci alim nufuzlu pedaqoq azerb www anl az 24 aprel 2019 tarixinde arxivlesdirilib 1 2 3 4 5 6 7 8 9 Emeyin iqtisadiyyati kafedrasinin mudiri prof Quliyev Tofiq Evez oglu azerb unec edu az 12 sentyabr 2016 tarixinde arxivlesdirilib 1 2 3 4 5 6 7 8 9 10 11 Quliyev T 2007 Qezeller satirik seirler Baki Nagil Evi 116 1 2 3 4 5 6 7 8 9 10 11 12 Quliyev T 2006 Inflasiyanin anatomiyasi Baki Qerenfil 277 1 2 3 4 5 6 7 8 9 10 11 Quliyev T 2006 Edebiyyatda realizm ve modernizm problemleri Baki Nagil Evi 130 1 2 3 4 5 6 7 8 9 Quliyev T 2005 Turkun turkusu Baki Nagil Evi 306 1 2 3 4 5 6 7 8 9 Quliyev T 2006 Dunyani deyise bilseydim Baki Nagil Evi 184 1 2 3 4 5 6 7 8 9 Quliyev T 2006 Menecmentin idareetmenin esaslari Baki Qerenfil 591 1 2 3 4 5 6 7 8 9 10 Quliyev T 2007 Haqqi sesi Baki Nagil Evi 122 Menbe https az wikipedia org w index php title Tofiq Quliyev iqtisadci amp oldid 5949748, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Comments are closed, but trackbacks and pingbacks are open.