Ayaq şişməsi nədən yaranır və onun əlacı
Ayaq şişməsi qan dövranı,damar yığılması, ürək xəstəlikləri ilə də əlaqəli ola bilər. Bu səbəblə həkimə getmək mütləqdir.
Ayaq şişməsinin səbəbləri və müalicəsi
Ayaq şişməsi əsasən maye yığılması ilə ortaya çıxır. Bu vəziyyət şiş adlandırılır və bədəninizdəki hüceyrələr arası boşluqlarda maye yığılması ilə meydana gəlir. Şiş ən çox ayaqlarda görülməsi ilə birlikdə bütün bədəndə də ola bilər. Şişən bölgə daha əvvəl zədə almış ola bilər bəzi tip dərmanlar və bir sıra sağlamlıq problemləri də şişə səbəb ola bilər.
Ayaq şişməsinin müalicə üsulu əsas səbəbə görə aparılacağı üçün əvvəlcə bu səbəblərə nəzər salaq.
Ayaq Şişməsinin Səbəbləri
Ürək, Böyrək və Qaraciyər Xəstəlikləri
Ayaq axşamüstü şişirsə, ürəyinizin sağ tərəfində ürək çatışmazlığı ola bilər. Bu ayağınızda su və duz yığılmasına yol verir. Böyrəkləriniz də düzgün işləməsə mayenin bədəninizdə qalmasına və ayağınızın şişməsinə yol açır.
Ayaqda şişmə ilə birlikdə bu əlamətlər də görülməyə başlasa təcili tibbi müdaxilə edin:İştahsızlıq, kilo artımı, sinədə ağrı, təzyiq, gərginlik və yorğunluq.
Qan Laxtası
Ayaq damarlarında qan laxtası olarsa ürəyiniz geri gəlməli olan qanı kifayət miqdarda toplaya bilməz və bu vəziyyət ayağın şişməsinə yol açır. Qan laxtaları dərində də ola bilər (dərin damar laxtaları), səth də ola bilər (dərinin altında). Bu iki növ qan laxtası da olduqları bölgədə sərbəst qalaraq ağciyər və ya ürəyə doğru hərəkət edərlərsə ölümcül hala gəlirlər.
İnfeksiya
Ayaqlarda şiş varsa infeksiyaya yoluxmuş olma riski çoxdur. Ayaq sinirlərində problem varsa və ya şəkərdən ortaya çıxan sinir xəstəliyiniz varsa infeksiyayoluxma ehtimalı yüksəkdir. Şəkər xəstəliyi varsa, yara və su qabarcığı yoxlaması üçün bir nöqtə yaratmalısınız.
Şişən ayaq infeksiyaya yoluxmuş kimi görünürsə təcili tibbi yardım lazımdır.
Toplardamar Çatışmazlığı
Bu halda ürək ayaq damarındakı qanı kifayət miqdarda yığa bilməz. Normalda toplardamarlar tək istiqamətli klapanlar sayəsində qanı yuxarı doğru aparır. Bu klapanlar zərər çəkir və ya gücsüzləşərsə damarlardakı qan geriyə doğru sızmağa başlayır və ayaqdakı yumşaq toxumalarda yığışaraq şişməyə səbəb olur.
Xroniki toplardamar çatışmazlığı dəri yarasına, dəridə dəyişikliklərə və infeksiyaya səbəb ola bilər. Toplardamar çatışmazlığına dair bir əlamətiniz varsa təcili həkimə müraciət edin.
Ayaq şişməsinin səbəbləri və müalicəsi
Lenfodem
Bu halda limfa mayesi bədən toxumalarında yığışır. Səbəbi limfa damarlarındakı problemlər və ya limfa damarı çatışmazlığı ola bilər. Limfa düyünlərinin yox olmasına da lenfodemiya təkan verə bilər. Limfa düyünləri limfa mayesini süzdüyü üçün arzuolunmaz maddələr maye içərisində qala bilər.
Lenfodem limfa düyününü çıxartdıran və radiasiya müalicəsi alan xəstələrdə çox tez-tez görüldüyü üçün bu xəstələrin ayaqları şişərsə təcili həkimə müraciət etməlidirlər.
Yaralanma
Ayaq yaralandığı zaman şişə bilər. Yaralanmadan sonra şişi azaltmaq üçün olan yaralı ayağı işlətməyin. Şişən bölgəyə buz torbası da yerləşdirə bilərsiniz. O bölgəni sarğı ilə sarıyın və ayağınızın altına bir stol və ya yastıq qoyaraq yüksəkdə saxlayın.
Hamiləlik
Hamiləlik zamanı ayaqların şişməsi normaldır. Ancaq şişmə birdən olarsa və ya çox şişmə olarsa preeklampsi narahatlığı ola bilər. Bu vəziyyət hamiləliyin beşinci ayı ilə birlikdə qan təzyiqində artma və sidikdə zülal olması ilə xarakterizə edilir, ciddidir.
Şişmə çox isə və ya ürək bulanması, baş ağrısı, sidiyə getməkdə azalma, danışıq problemləri, qusma və qarın ağrısı ilə birlikdə olarsa həkimlə əlaqə saxlamaq lazımıdır.
Dərmanların Yan Təsirləri
Ayaqda şişmə, bu dərmanların yan təsiri olaraq da görülə bilər: Hormonlar, steroidlər, antidepressantlar, steroidsiz iltihab a qarşı ağrı kəsicilər (NSAID), şəkər xəstəliyi dərmanları.
Ayaq Şişməsinin Müalicəsi
Ayaq şişməsinin müalicəsinə əvvəlcə bunun səbəbini təyin etməklə başlanılır. Bundan başqa, ayaqda şişməyə qarşı bəzi üsullar aşağıdakılardır:
Ayağı Qaldırmaq
Ayaqlarınızı istirahət zamanı yuxarı qaldırın. Şişən ayağınız üzərində yeriməkdən çəkinin. Oturarkən ayağınızın ürək səviyyənizdən yüksəkdə qalmasına diqqət edin. Bu şişməyə səbəb olan mayelər normal olaraq axacaqdır.
Xüsusi Corablardan İstifadə Edilməsi
Varis corabı kimi dar corablar ayağınızın daha çox şişməsinə mane olacaqdır. Qan və limfa dövranını da kömək edər.
Masaj
Masaj şişən ayağa kömək edə bilər. Hamilələr doğuşdan əvvəl masaj terapevtinə gedə bilərlər.
Duzlu Su Tətbiq Edilməsi və Yağlar
Çimərkən suyunuza Epsom (İngilis) duzu tökün. Şişi azaldacaqdır. Çiçək kökləri və yağlar da şişkinliyi azaldır.
Duzu Məhdudlaşdırın
Artıq duz istehlakı də şişin yaranmasına səbəb olur. Çox duz istehlak etməyin, duzlu yemək və içkiləri məhdudlaşdırın.
Daha Az Şəkər Qəbul Edin
Orqanizmə daxil olan şəkər ayaqda şişməyə yol açır. Enerji içkiləri, peçenye və tort kimi çox şəkərli qidalar yeməyin.Könlünüz istəsə şirin meyvələr yeyin.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Ayaq şişməsi nədən yaranır və onun əlacı
Ayaq şişməsi ən çox ayaq üstə qalan insanlarda və çox uzun zaman oturaq vəziyyətində olan insanlarda tez-tez qarşılanan bir haldır. Bu səbəblə həkimə müraciət etmək faydalı olardı.
Ayaq şişməsinin əsas səbəbləri; uzun müddət ayaq üstə qalmaq, hipertansiyon, oynaq iltihablanması, çox duzlu qidalar, hamiləlik, uzun müddət istidə qalmaq, uzun müddət hərəkətsiz qalmaq, qan dövranı problemləri, yıxılma və burxulma olaraq sayıla bilər.Ayaq şişməsi davamlı olaraq meydana gəlirsə həkimə getmək vacibdir. Çünki ayağınızın alt hissəsində müxtəlif narahatlıqlar yarana bilər.
Ayaq şişməsinin qarşısını almaq üçün uzun müddət ayaq üstə qalmayın, istirahət edərkən ayaqlarınızı yuxarı qaldırın, idman edin, duzdan uzaq durun, kilo verin, həddindən artıq isti havalarda sərin yerlərdə durmağa çalışın.
Axşamlar evə gəldiyinizdə yarım vedrə suya 2 yemək qaşığı duz və 1 qaşıq karbonat qoyun qarışdırın. Ayaqlarınızı 30 dəqiqə bu suda saxlayın.Daha sonra ayaqlarınıza, bir fincan vazelin ilə 5-6 aspirini qarışdıraraq ayağınıza sürtün.Daha sonra bir parça ilə baglayın və ayaqlarınızı yuxarı qaldırın.Həftədə 2-3 dəfə etsəniz ayağınızdakı şişlər azalacaq.
Ayaq şişməsi qan dövranı,damar yığılması, ürək xəstəlikləri ilə də əlaqəli ola bilər. Bu səbəblə həkimə getmək mütləqdir.
Müəllif: Leyla Abdullayeva
Sağlamlıq Baxılıb: 51722 Tarix: 12 oktyabr 2013
f Paylaş
Digər yazılar
Ağrınız varsa nanə qəbul edin
Qış aylarında nanəli çay içərək həm soyuqdəymənin qarşısını alın, həm də səhhətinizə diqqət yetirin. Faydalı bitki kimi gündəlik məişətdə istifadə etdiyimiz nanə həzmi asanlaşdırmaqla yanaşı, mədədə əmələ gələcək yanıqları
Dəfnə yarpağının insana faydası
Sidikqovucu, ağrıkəsici, mikrob öldürücü xüsusiyyətlərə malik olan dəfnə yarpağından kosmetik vasitə kimi də istifadə edilir. Dəfnə yarpağının suyundan duş qəbul etdikdə ağrılar kəsilir, yorğunluq aradan qalxır. Bu bitkidə
Yemişin faydası
Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır. Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər. Daha sonra yemiş Asiyaya “gəlib” və yalnız ort
Nar haqqında
Nar istisevən meyvədir, cənub rayonlarında becərilir. Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya maddəsi alınmasınd
Kakaonun insana faydası
Kakao əsəb və xərçəng riskini azaldan önəmli vasitə hesab edilir.Kalsiumla zəngin olan kakao sümüklərin bərkiməsi, ürəyin qüvvətlənməsi, həzmin asanlaşması üçün də çox faydalıdı. Bu bitki böyrəklərdə su və duzun həl l olunara
Limonun çox faydalı 5 cəhəti
Limon xərçəngə qarşı istifadə edilən vasitədir. Yeməklərdə, salatlarda, çayda, dəri üçün hazırlanan bir çox maskalarda istifadə edilən bitki tərkibli limonun bir sıra faydaları var. Bu sitrus meyvəsinin 5 əsas faydalı cəhət
Sağlamlıq haqqında
Sağlam yaşamaq istəyirsinizmi?Elə isə…. *Hər gün bir diş sarımsaq yeyin. Sarımsağ orqanizimdəki xəstəliyə səbəb ola biləcək maddələri demək olar ki, yarıbayarı (48%) azaldır.Bundan başqa, sarlmsaq beynin yaşlanmasının qarşısın
Düyü qadın sağlamlığına xeyirdir
Son dövrlərdə aparılan yeni araşdırmalar qadınlar arasında müxtəlif pəhrizlərin saxlanmasının dəbdə olmasının ürək xəstəlikləri və xərçəngin bəzi növlərinə səbəb olan xroniki xəstəliklərə gətirib çıxardığını göstərir. Tədqiqatçıla
Ağ pendirin faydaları
Araşdırmalar nəticəsidə alimlər müəyyən edib ki, pendirin içində olan phenylethylamine adlı maddə qan dövranını sürətləndirir və qandakı qlukozanının səviyyəsini yüksəldərək beynə sevgi siqnalları göndərir. Pendir yüksə
Təzyiqin kəskin dəyişməsinin səbəbləri və müalicə yolları
Adətən arterial təzyiqi xəstəliyi uzun illər tədricən inkişaf edir. Patoloji prosesin hiss olunmadan inkişaf etməsi orqanizmin normal iş prinsipinə qlobal təsir göstərir. Odur ki, arterial təzyiq xəstəliyinin müalicəsini onun ilkin inkişaf mərhələsində gecikdirmək olmaz. Çünki sonradan müalicəyə daha çox vaxt və maddi vəsait tələb olunacaq.
Hazırda normal təzyiq 120-80 mm c. s. sayılır. Əgər insanda təzyiq 120-60 mm c. s. olarsa, bu normal hesab edilir. İnsan özünü bu təzyiqdə narahat edirsə, çay və ya qəhvə içə bilər.
İstənilən kənar təsirlər ümumi normaları pozur və vəziyyəti daha da ağırlaşdırırlar. Baş ağrıları, ürək bulanması, yuxu, xroniki yorğunlıuq, sinədə ağrı təzyiqin kəskin şəkildə aşağı düşməsi və ya qalxmasının ilkin əlamətləri ola bilər.
Bəzi insanlarda adi norma göstəriciləri bu və ya digər tərəfə meyl edirlər. Bu, orqanizmin xüsusiyyətlərindən asılıdır. Əgər son vaxtlar normal təzyiq göstəricilərində ciddi dəyişiklik müşahidə edirsinizsə, bu, orqanizmdə baş verən nasazlıqlardan xəbərdar edir.
Publika.az oxucuları təzyiqin dəyişməsinin səbəbləri və həlli yolları ilə tanış edib.
Təzyiqin aşağı və yuxarı düşməsinin səbəbləri:
Somatik xəstəlikləri, böyrək, ürək və damarları fəaliyyətinin pozulması;
Hormonal pozulma, mədəaltı vəzi fəaliyyətinin zəifləməsi, hormonal dəyişikliklər;
Yüksək miqdarda heyvan piylərinin istifadəsi, balanslaşdırılmamış qidalanma, çox yemək;
Böyük miqdarda duz istifadəsi;
Enerji içkiləri, kofe, çay, şokoladın nəzarətsiz istifadəsi;
Meteoroloji təbii proseslərə məruz qalan həssas adamlar;
Bəzi dərman vasitələri də təzyiqin artmasına səbəb olur;
Alkoqoldan həddən artıq istifadə də təzyiqin kəskin şəkildə dəyişməsinə səbəb olur;
Fiziki baxımdan yüklənmək, ağır fiziki əmək;
Doğumdan sonrakı dövr;
İqlim dəyişikliklərindən sonra yeni həyat şəraitinə uyğunlaşma;
Siqaret çəkmək damarların divarlarının süstlüyünə səbəb olur;
Həddindən artıq zehni gərginlik və yorğunluq.
Təzyiqin kəskin dəyişməsinin qarşısını necə almaq olar?
Təzyiqin normallaşması üçün aşağıdakı tədbirlər yaxşı nəticə verə bilər:
İstənilən havada müntəzəm piyada gəzinti. Bu, nəinki adi məşqdir, eyni zamanda meteohəssas insanlar üçün profilaktikadır;
Yoqa, bədən tərbiyəsi məşğələləri və ya çiqun gimnastikası;
Menyudan duzlu və qızardılmış yağlı yemək məhsullarının çıxarılması;
Psixoemosional gigiyena. Nevroz və depressiyanın vaxtında müalicəsi. Psixoterapevt müayinəsi;
Bütün orqan və hormonların düzgün işləməsinə nəzarət;
Somatik xəstəliklərin profilaktikası;
Müntəzəm kontrast duş damarlar üçün ən yaxşı trenajordur;
Fiziki yükləmələrdən və həddindən artıq zehni gərginlikdən uzaq durmaq;
Alkoqol və tütündən imtina.
Təzyiqi normaraya salmaq üçün hərdən sadəcə olaraq stressdən uzaqlaşmaq, düzgün qidalanma və istirahət rejiminə əməl etmək yetərlidir. Əgər, bu tədbirlər nəticə vermirsə, tibbi yardım və müalicə üçün farmakologiya preparatlarından istifadə etmək lazımdır.
Sanatoriya kurortlarında bir neçə gün istirahət, eləcə də dəniz vannaları, palçıqla müalicə üsulları da yaxşı nəticə verir.
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Comments are closed, but trackbacks and pingbacks are open.