Press "Enter" to skip to content

Dövlət torpaqlarının özəlləşdirilməsi və icarəsinin qiyməti nə olacaq

“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə – texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri ( tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə (sərbəst torpaq sahələri) bölünür. Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür. Bura üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (sərbəst torpaq sahələri) daxildir. Yeni prosedur qayda sərbəst torpaq sahələri ilə bağlıdır. Hazırda sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən torpağın yerləşdiyi zonaya görə müəyyənləşdirilmiş əmsalı zonaların bazis qiymətinə vurulur. Məsələn, Bakı şəhəri üzrə şəhərin 12-ci zonasında yerləşən 100 kv.metr torpağın bazis qiyməti 400 manat, Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası, Abşeron rayonunun qəsəbə və kəndləri üzrə 90 manat, Naxçıvan, Xankəndi, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərlərinin 4-cü zonası üzrə 50 manat, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərlərinin 3-cü zonası üzr 40 manat, rayon mərkəzlərinin 2-ci zonası üzrə 30 manatdır. Tutaq ki, Bakıda 1-ci zonada yerləşən 100 kv.metr torpağın normativ qiyməti hesablanarkən bu zonaya görə müəyyənləşdirilmiş 8,7 əmsalı bazis qiymətinə, yəni 400 manata vurulur və 3480 manat qiymət müəyyən edilir.

Torpaq örtüyü

Azərbaycanda torpaq örtüyünün müxtəlif olmasına əsas səbəb relyef və iqlim şəraitinin müxtəlifliyidir. Hümusun miqdarı nə qədər çox olarsa, torpağın rəngi bir o qədər münbit olar. Ən çox hümus qara torpaqdadır (10-12%). Qəhvəyi və qonur dağ-meşə torpaqlarında 5-10%, şabalıdı torpaqlarda 4-6%, boz-qonur və boz torpaqlarda 2-3%-dır. Azərbaycanın rütubətlənmə əmsalı vahiddən çox olan ərazilərində – qonur və qəhvəyi dağ-meşə, dağ-çəmən, sarı, qara və tünd şabalıdı kimi münbit torpaqlar yayılıb. Dağlıq ərazilərdə yayılan bu torpaqlarda dəmyə əkinçiliyi geniş yayılıb. Quraq ərazilərdə yayılan boz, boz-qonur, boz-çəmən, şoran, açıq şabalıdı torpaqlar daha az münbitliyə malikdir. Düzənliklərdə yayılmış bu torpaqlarda suvarma əkinçiliyi inkişaf edib. Azərbaycanda hündürlük qurşağına görə torpaqlar aşağıdakı kimi formalaşıb:

1. Yarımsəhra və quru-çöl iqlimə malik Azərbaycan düzənliklərində (Lənkəran ovalığından başqa) boz, boz-qonur, boz-çəmən torpaqlar geniş yayılıb. Suvarma şəraitində pambıq, taxıl və bol meyvə yetişdirilir. Qış otlağı kimi istifadə olunur
Şoran torpaqlar Kür-Araz ovalığında, Abşeronda, Şərur və Ordubad düzənliklərində tala şəklində yayılıb. Buna səbəb suvarılmanın düzgün aparılmaması, suvarma kanallarının əksəriyyətinin dibinin betonlaşdırılmaması, qrunt sularının səthə yaxın olmasıdır. Meliorativ tədbirlər – yəni torpaqların yuyulması və kollektor-drenaj şəbəkəsi çəkməklə şoranlığı aradan qaldırmaq olar.
2. 800 m-ə qədər dağətəyi və alçaq dağ çöllərində şabalıdı torpaqlar yayılıb. Iqlim qismən rütubətli olduğundan Böyük və Kiçik Qafqazın dağ ətəyində, Acınohurda – tünd şabalıdı; Gəncə-Qazax və Mil-Qarabağ düzlərində isə iqlim quraq olduğundan – açıq şabalıdı torpaqlar geniş yayılıb. Bu torpaqlarda dəmyə şəraitində üzüm, taxıl, günəbaxan, kartof və tərəvəz becərilir.
3. 700-2000 m arasında mülayim-isti iqlimə malik dağlıq ərazilərdə dağ-meşə torpaqları yayılıb. Sarı, qara, qonur və qəhvəyi rəngli növlərə ayrılır. Çürüntü ilə zəngin rütubətli meşələr altında- qonur; iqlimi nisbətən quraq keçən meşələr altında isə – qəhvəyi torpaqlar inkişaf edib. Sarı torpaqlar rütubətli subtropik iqlimə malik Talış dağları və Lənkəran ovalığında yaranıb. Tərkibində dəmir çox olduğundan torpaq qırmızı və sarı rəngə çalır. Çay, limon, feyxoa, tərəvəz və tütün becərilir. Dağ qara torpaqlar yüksək məhsuldar olub Şamaxı, Ismayıllı və Gədəbəy rayonlarında yayılıb. Dəmyə şəraitində taxıl, kartof, günəbaxan, üzüm yetişdirilir.
4. 1800-2000 m-dən hündür sahələrdə yağıntı sularının təsiri ilə dağ-çəmən torpaqları yayılmışdır. Subalp və alp çəmənlikləri ilə örtülmüş bu ərazilərdə dağ-çəmən torpaqlarının ibtidai torflu, çimli kimi növləri yayılmışdır.
5. Daha hündür dağ zirvələrində iqlim soyuq olduğundan torpaq əmələ gəlməsi üçün şərait yoxdur.
6. Şollar düzü, Qanıx-Əyriçay vadisi və Kür çayının kənarlarında – allevüal-çəmən torpaqları yayılıb.
Azərbaycanda rekultivasiya tədbirlərinin köməyi ilə Abşeron və Cənub-Şərqi Şirvanın neftlə çirklənmiş, Daşkəsənin dağ-mədən sənayesi ilə pozulmuş torpaqların yenidən bərpa etmək zəruridir.
Təkrar şoranlaşma, torpaq eroziyasının sürətli inkişafı və iqlimin qurşaqlaşması Azərbaycanda səhralaşma prosesinin sürətlənməsinə səbəb olur.
Azərbaycanın dağlıq sahələrində meşələrin qırılması, torpaqların eroziyası nəticəsində yarğan-qobu şəbəkəsi genişlənir. Eroziyanın qarşısını almaq üçün yarğan və qobular bərkidilir, ağac və kollar əkilir, yamaclarda terraslar salınır. Kür-Araz ovalığının suvarılan torpaqlarında qrunt sularının səviyyəsi qalxaraq şoranlıqlar yaradır. Belə torpaqların meliorasiyası vacibdir.

Azərbaycanın torpaq coğrafiyası

Qeyd: 2 No-li torpaqlar Naxçıvanın dağlıq hissəsi üçün xas deyil
3, 7, 9 və 11 No-li torpaqlar göstərilən ərazilərdə talalarla yayılmışdır
10 No-li torpaqların yayılma ərazisi kimi verilmiş Alazan-Əyriçay vadisi üçün mülayim-isti iqlim xasdır

Cədvəl coğrafiya müəllimi Yaşar Seyidəliyevindir- http://yasharaz.narod.ru

  • Teqlər:
  • torpaq
  • , hümus
  • , Azərbaycan torpaqları
  • , torpaq növləri

Dövlət torpaqlarının özəlləşdirilməsi və icarəsinin qiyməti nə olacaq?

Azərbaycanda dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi zamanı qiymətlərin müəyyən edilməsinə dair yeni prosedur tətbiq olunacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edib.

“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə – texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri ( tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə (sərbəst torpaq sahələri) bölünür. Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür. Bura üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (sərbəst torpaq sahələri) daxildir. Yeni prosedur qayda sərbəst torpaq sahələri ilə bağlıdır. Hazırda sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən torpağın yerləşdiyi zonaya görə müəyyənləşdirilmiş əmsalı zonaların bazis qiymətinə vurulur. Məsələn, Bakı şəhəri üzrə şəhərin 12-ci zonasında yerləşən 100 kv.metr torpağın bazis qiyməti 400 manat, Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası, Abşeron rayonunun qəsəbə və kəndləri üzrə 90 manat, Naxçıvan, Xankəndi, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərlərinin 4-cü zonası üzrə 50 manat, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərlərinin 3-cü zonası üzr 40 manat, rayon mərkəzlərinin 2-ci zonası üzrə 30 manatdır. Tutaq ki, Bakıda 1-ci zonada yerləşən 100 kv.metr torpağın normativ qiyməti hesablanarkən bu zonaya görə müəyyənləşdirilmiş 8,7 əmsalı bazis qiymətinə, yəni 400 manata vurulur və 3480 manat qiymət müəyyən edilir.

Dəyişikliyə əsasən bundan sonra həmin torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək. Başqa sözlə, tutaq ki, Bakının 1-ci zonasında 100 kv.metr torpağın real bazar qiyməti 3480 manatdan bahadırsa, bu halda həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək və real qiymət müəyyənləşdiriləcək.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqının hesablanması proseduru da dəyişdiilib. Hazırda özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi, respublikanın digər şəhər və rayonlarında icarə haqqı normativ qiymətlərin 5 faizi həcmində müəyyən edilir. Bundan sora isə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi deyil, bazar dəyərinin 3 faizi, respublikanın digər şəhər və rayonlarında icarə haqqı normativ qiymətlərin 5 faizi deyil, bazar dəyərinin 2 faizi həcmində müəyyən ediləcək.

Milli.Az

Torpaq erzoziyası

Nazirlər Kabineti “Rayon aqrar islahat komissiyalarının (yerli icra hakimiyyəti orqanlarının) qərarları ilə təsdiq edilmiş siyahılara əsasən ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi mexanizmi”ni təsdiq edib.

FED.az xəbər verir ki, qərara əsasən, bu mexanizm pay torpaq sahələri üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin müraciəti əsasında onlara hüquqmüəyyənedici sənədlərin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahələrinin plan və ölçülərinin) verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi qaydasını müəyyən edir.

Müvafiq torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı xərclərin hesablanması qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edilir.

Dövlət büdcəsində bu məqsədlər üçün proqnozlaşdırılmış illik vəsaitin bərabər hissələrlə müvafiq sifarişlər əsasında rübdə bir dəfə olmaqla, hər rübün ilk ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Xidmət) xəzinə hesabına köçürülməsi təmin edilir.

Xidmət müvafiq bölgüyə uyğun ayrılmış vəsaitin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin hesablaşma hesabına köçürülməsini təmin edir.

Müvafiq il üzrə hüquqları dövlət qeydiyyatına alınmış şəxslər, onlara verilən hüquqmüəyyənedici sənədlər, habelə göstərilən xidmətlərə görə hesablanmış vəsait barədə illik icmallar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il fevralın 15- dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.

İllik icmalda aşağıdakı məlumatlar öz əksini tapır:

– hər bir rayon və yaşayış məntəqəsi üzrə pay torpaqları üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmiş mülkiyyətçilərin adı, soyadı, atasının adı;

-. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış pay torpaqlarının ölçüsü (hektarla);

– hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların reyestr və qeydiyyat nömrələri, qeydiyyat tarixi, plan və ölçülərin nömrəsi və tarixi;

– xidmət haqqının miqdarı.

Mülkiyyət hüquqlarının qeydiyyata alınması prosesinin maliyyələşdirilməsi üçün həmin il üzrə istifadə olunmayan vəsait növbəti ildə istifadə edilir. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra istifadə olunmamış vəsaitin 2025-ci il yanvarın 15-dək dövlət büdcəsinə qaytarılması təmin edilməlidir. (Apa)

Comments are closed, but trackbacks and pingbacks are open.