Press "Enter" to skip to content

Xəbərlər və yeniliklər

Videonuz: Qızıl bazarda saxta məhsul var – Zinət əşyaları alarkən nələrə diqqət etmək lazımdır?

Bacı-qardaş zinət əşyaları sifariş etdilər, satıcıları hədələdilər – TƏFƏRRÜAT

Şəmkir rayonunda quldurluq etməkdə ittiham olunan Sənani Misirov və ogey bacısı Gülnar Həşimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun ictraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin olunub.

İttihama görə, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsidə vətəndaşı bıçaqla ölümlə hədələyərək külli miqdarda qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirən Sənani Misirov və Gülnar Həşimzadə həbs olunublar.
Məlum olub ki, ötən ilin noyabrın 26-da Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Sənani Misirov ögey bacısı Gülnar Həşimzadə ilə birlikdə Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdan onlayn yolla qızıl-zinət əşyalarını Şəmkir rayonunda yaşdıqları kirayə mənzilə çatdırılmasını sifariş verib.

Yaşadıqları evdə satıcıya əlindəki bıçaqla zor tətbiq edəcəyi ilə hədələyən Sənani Misirov ondan ümumi dəyəri 1050 manat olan 11 ədəd qızıl sikkə, ümumi dəyəri 3300 manat olan qızıl üzük, 1 cüt sırğa, boyunbağı və 200 manat dəyərində mobil telefonu quldurluq yolu ilə mənimsəyiblər, vətəndaşa ümumilikdə 15.064 manat maddi ziyan vurublar.
Saxlanılan şəxslər əldə etdikləri qənimətlə birlikdə hadisə yerindən uzaqlaşaraq Bakıya şəhərinə gedərək həmin əşyaları sataraq nağd pula çeviriblər.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Elnurə İbrahimova və Aybəniz Zeynalova tanınıblar.

İstintaq orqanı tərəfindən Sənani Misirov və Gülnar Həşimzadənin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Onlayn geyim sifarişi zamanı bizə uyğun ölçünü necə seçək?

Onlayn sifarişlər, ələxsus geyim, paltar sifarişləri son zamanlar xüsusən populyarlaşıb. Onlayn sifarişlərin musbət cəhətləri var. İlk növbədə onlayn sifarişlər maddi cəhətdən sərfəlidir. Onlayn mağazalarda qiymətlər ticarət mərkəzləri, mağazalardakı qiymətlərdən aşağıdır. Bundan əlavə etibarlı onlayn mağazadan sifariş verirsinizsə, aldadılmaq, saxta məhsul almaq ehtimalınız da aşağıdır. Onlayn alış-veriş saytının nə dərəcədə etibarlı olduğunu təyin etmək barədə bu bloqumuzda oxuya bilərsiniz. Onlayn sifarişlər vaxt cəhətdən də, sərfəlidir. Etiraf edək ki, alış-verişi sevməyimizə baxmayaraq, bəzən şopinqə vaxt ayırmaq çətin olur. Onlayn sifarişlər sayəsində isə, bu problem aradan qalxır. Evinizdən çıxmadan, istədiyiniz məhsulu, geyimi sifariş vasitəsi ilə birbaşa qapınıza gətizdirə bilərsiniz. Assortiment isə, onlayn sifarişlərin leyhinə daha bir “səs”dir. Ticarət mərkəzini başdan-ayağa bir neçə saata gəzib, istədiyinizi tapmaya bilərsiniz. Hər birimizə bu vəziyyət tanışdır. Gödəkçə almağa ticarət mərkəzinə yollanıb, sonda şalvar, sviter, ayaqqabılar alıb, lakin, zovqümüzə uyğun gödəkçə tapılmaması vəziyyəti. Onlayn sifarişlərdə isə bu problem yoxdur. Onlayn mağazaları siz günlərlə “gəzib” bitirə bilməzsiniz. Amma əsas odur ki, sonda istədiyiniz məhsulu tapacaqsınız. Ələxsus son aylar, ticarət mərkəzlərinin, mağazaların fəaliyyət göstərmədiyi vaxtlarda onlayn sifarişlər bizim qarderobumuzu xilas edir.Amma bu qədər müsbət cəhətlərdən danışıb, onlayn alış-verişin müəyyən çatışmazlıqlarını da unutmamalıyıq. Bu gün də onlayn geyim alış-verişi zamanı çoxumuzun qarşılaşdığı bir problemdən danışacayıq və adətimiz üzrə bu problemin həlli yollarını axtaracayıq.

Bu dəfə toxunacaqımız problem ölçü problemidir. Əminik, hər biriniz onlayn sifariş verilən geyimin əynimizə böyük, qısa, uzun, kiçik olduğu hallarla qarşılaşmışıq. Kefinizi pozmayın, çox güman ki, son sifariş verdiyiniz şalvarın belinin dar olmağının səbəbi artıq çəki almağımız deyil, şalvarın ölçüsünü “gözəyarı” seçməyimizdir. Eləcə də əksinə, trenajor zalında məşqlər üçün köynək sifariş etmisiniz və həvəslə gözlədiyiniz köynək nəticədə əyninizə çox böyükdür. Yenə də ürəyinizi buz kimi saxlayın, siz kiçilməmisiniz, sifariş xətasıdır.

Bəli, bəzən geyim sifarişi zamanı təxmini seçdiyimiz ölçülər əynimizə ideal olur. Lakin, növbəti köynək, şalvar sifarişi zamanı yenə də bəxtimizi sınamamaq üçün bu problemi birdəfəlik həll etməliyik. Hər bir problemin həlli isə, ilk növbədə problemin məğzini anlamaqdan keçir. Bunun üçün gəlin əvvəlcə ölçü sistemlərinə diqqət yetirək. Ölçü sistemləri neçə növ olur? Nəyi təsvir edir? Onlayn sifariş zamanı saytlarda gördüyümüz, S, XL, 44, 48-lər nə deməkdir? Bəs ayaqqabı sifarişi zamanı? Bəzən 44 olur, bəzən 11. Niyə? Bloqumuzla tanış olduqdan sonra, onlayn geyim sifarişi, ayaqqabı sifarişi zamanı hansı ölçüdə geyimlərin sizə uyğun olduğunu, müxtəlif ölçü sistemlərini və ölçü meyarlarının əslində nə mənaya gəldiyini anlayacaqsınız. Ən əsası isə sifariş zamanı baş verən ölçü problemlərindən birdəfəlik qurtulacaqsınız.

İlk öncə ən geniş yayılmış ölçü sistemləri ilə tanış olaq. Onlayn sifariş zamanı siz məhsul haqda məlumatlarda adətən ya L, X, XL kimi hərflər və yaxud 42-dən 60-a kimi rəqəmlər görəcəksiniz. Başlayaq ondan ki, bu iki ölçü sistemi əsasən qurşaqdan yuxarı geyimlərdə tətbiq olunur. Daha çox köynək, gödəkcə, sviter sifariş verdikdə rastlaşacaqınız S(small), M(medium), L(large) hərfləri uyğun olaraq, kiçik, orta, böyük ölçüləri ifadə edir. Qarşılarında gördüyümüz X hərfi isə, extra, yəni qüvvətləndirici ədatı ifadə edir. Məsələn, XL – extra large, yəni “daha böyük” anlamına gəlir. 42-dən başlayan ikifaktorlu ölçülərlə isə, məsələ aydındır. Artıq növbət dəfə paltar sifariş etdiyimiz zaman, ölçülər sadəcə intuitiv anlamayacyıq, hər bir işarənin, hərfin nə ifadə etdiyini biləcəyik.

Qurşaqdan aşağı geyimlərdə isə vəziyyət bir az fərqlənir. Cins, şalvar sifarişi zamanı rastımıza adətən 32-34, 29-31 kimi ölçülər çıxır. Bu ölçü aralığıdır yoxsa nə? Xeyir, gördüyümüz ölçülərdə birinci gələn, W(width) – en deməkdir və şalvarın belinin ölçüsünü göstərir. İkinci H(height) isə bud nahiyəsinin dairəvi ölçüsüdür. Geyimin hər iki göstəricisi ayrı bir hissəsini əks etdirir..

Ayaqqabı sifarişində isə vəziyyət daha rahatdır. Məlum ölçü var, məhsul əyində ciddi forma dəyişikliyinə uğramır. Bu səbəbdən onlayn ayaqqabı sifarişi daha digər geyim sifarişlərinə nisbətən daha populyardır. Lakin, bəzən ayaqqabıların da ölçüləri çaşdırıcı ola bilir və biz öyrəşdiyimiz 36-37 ölçülərin əvəzinə 5.5-6 görürük. Bu qərb ölçü sistemidir və əsasən Amazon, E-Bay kimi qərb onlayn alış-veriş saytlarında və AliExpress kimi daha çox qərb alıcılarına xitab edən saytlarda istifadə edilir. Daha çox Türkiyədən onlayn alış veriş etməyi sevirsinizsə, bu ölçülərə nadir hallarda rastlaşacaqsınız. Amma hər ehtimala, qarşıda hər iki ayaqqabı ölçü sistemini ətraflı nəzərdən keçirəcəyik.

Ölçü sistemləri, onların nə məna kəsb etdikləri haqda ümumi məlumatlardan danışdıqdan sonra nəhayət ki, növbə çatdı mövzunun əsas məğzinə. Onlayn sifariş zamanı nələrə diqqət etməli olduğumuzu, ölçülərin nəyə əsasən formalaşdığını müzakirə edək.

Bəzi mağazalarda, brendlərdə eyni ölçülər realda fərqlənir. Məsələn, bir brendin 44 ölçüsü digər brendin 48 ölçüsünə uyğun gəlir. Lakin, ümumi qəbul edilmiş ölçülər var ki, onlara əsasən siz, onlayn paltar sifarişi zamanı, sifariş verdiyiniz gödəkçənin, köynəyin əyninizə necə olacağını demək olar ki, dəqiqliklə təyin edə bilərsiniz. Daha çox qurşaqdan yuxarı geyimlər üçün istifadə edilən ölçü sistemlərini aşağıdakı cədvəldə görə bilərik:

Cədvələ diqqət yetirsək, iki ölçü sistemlərinin arasındakı əlaqəni, eləcə də hər ölçünün ətraflı izahını görə bilərsiniz. Məsələn, sifariş verdiyiniz L ölçülü kişi köynəyinin təqribi 182 sm boyunda, sinəsinin ətraf uzunluğu 106 sm, belinin ətraf uzunluğu 96 sm, qollarının uzunluğu isə, 63 sm olan birinin əyninə nəzərdə tutulur.

Onlayn geyim sifarişi zamanı bizim işimizi xeyli rahatladacaq növbəti cədvəl isə, şalvarların ölçü cədvəlidir:

Məsələn, 24 ölçülü cins şalvar beli 58-60 sm, bud nahiyəsinin dairəvi ölçüsü isə 89-91 sm təşkil edəcək. Ümumiyyətlə cins şalvarların bir çox fərqli növləri mövcuddur və hər növün özünəməxsus özəllikləri var. Cins sifarişi zamanı nəzərə almalı olduğunuz məqamlardan və ümumilikdə cins şalvarların növlərindən növbəti bloqlarımızda daha ətraflı danışacayıq.

İndi isə növbə çatdı ən çox tələbat olan sifarişlərər – ayaqqabı sifarişlərinə. Daha öncə də qeyd etdiyimiz kimi, ayaqqabı sifarişləri zamanı vəziyyət nisbətən sadədir. Lakin, bəzən onlayn mağazada ölçünün qərb ölçüsü ilə göstərilməsi bizi çaşdıra bilər. Bunun üçün növbəti cədvələ baxaraq, asanlıqla qərb ölçü sistemini, daha yaxşı tanıdığımız standart ölçü sisteminə çevirə bilərik.

Ölçü sistemlərinin, hansı ölçünün nəyi ifadə etdiyini anladıq. Bəs öz ölçümüzü necə təyin edək? Karantində əlavə çəki almışıqsa, və ya idmana, qidalanmağımıza daha həssas yanaşıb, şəki atmışıqsa nə edək? Əslində yaxşı olardı ki, ölçülərimizi dəqiq təyin etmək üçün dərziyə müraciət edək və bədənimizin hər hissəsini ölçdürüb, onlayn sifariş zamanı əlimizin altında saxlayaq. Amma əgər dərziyə getməyə vaxtınız və yaxud həvəsiniz yoxdursa, daha rahat üsulu var. Fikrinizcə əyninizə ideal olan bir geyimi götürürsünüz, uzunluğunu, enini, belini, boynunu, qısası hər yerini ölçürsünüz, vəssalam! Bu qədər sadə. Bəs yaxşı, ölçümüz cədvəllə tam üst-üstə düşmürsə, neyləyək? Məsələn beliniz beliniz 60 sm-dir, sifariş vermək istədiyiniz cins şalvarın belinin isə yalnız 5862 sm olan ölçüləri qalıb. Bu zaman modelyerlər hər zaman ölçünüzü yuxarı həddə yuvarlaqlaşdımağı məsləhət görürlər. Çünki, əyninizə bir balaca boş olan paltar daha səliqəli görünəcək, nəyinki dar paltar. Yəni, məsəl çəkdiyimiz halda, beli 62 sm olan cinsi sifariş verməyiniz daha məntiqlidir.

Ümumiyyətlə onlayn sifarişlərin çoxsaylı üstünlükləri olmağına rəğmən, paltar sifarişi zamanı diqqət yetirməli olduğumuz bir çox məqamlar var. Bloqlarımızda mütamadi olaraq bu mövzulara toxunacayıq və birlikdə onlayn sifarişlər, onlayn alış-verişlər mövzusunda maariflənəcəyik. Xoş alış-verişlər!

Təmiz qızıl zinət əşyaları

Videonuz: Qızıl bazarda saxta məhsul var – Zinət əşyaları alarkən nələrə diqqət etmək lazımdır?

MəZmun

  • hərəkət kurs
  • Metod 1 Zərgərlik əşyalarının müntəzəm təmizlənməsi
  • Metod 2 kiri çıxarın
  • Metod 3 Mümkün çətinliklərdən qaçın
  • Məsləhətlər
  • xəbərdarlıqlar
  • Nə lazımdır

Qızıl zinət əşyalarını mütəmadi olaraq təmizləyənlər onlardan daha uzun müddət istifadə edə biləcəklər. Qızıl zəncirləri təmizləmək üçün əvvəlcə müvafiq təmizləyici məhlulu seçin. Sonra zərgərlik məhluluna qoyun, sonra diş fırçası və ya parça ilə yumşaq bir şəkildə işləyin. Nəhayət, qızıl zəncirinizi su ilə yuyun və zəruri hallarda bütün proseduru təkrarlayın. Əgər çox köhnə zərgərlikdirsə, onu zərgərə təqdim etmək məsləhətdir.

hərəkət kurs

Metod 1 Zərgərlik əşyalarının müntəzəm təmizlənməsi

  • Qazlı suda və ya süfrə suyunda karbon dioksid inadkar ləkələr üçün xüsusi bir fayda ola bilər.
  • Yumşaq bir qab sabunu istifadə etməyiniz vacibdir, əks halda qızıl zinət əşyalarınızı məhv etmək riskiniz var.
  • Siz həmçinin qızıl zinət əşyalarınızı kiçik metal ələkə qoyub təmizləyici məhlulda asa bilərsiniz. Vaxtı gələndə süzgəcini zinət əşyalarınızla birlikdə çıxarın. Bu üsul barmaqlardan asanlıqla sürüşə bilən çox incə zərgərlik üçün faydalıdır.
  • Orta ölçülü və ya hətta sərt diş fırçası ilə siz zərgərlik əşyalarınızı qaşıya bilərsiniz. Bu məqsədlə yalnız zərgərlik diş fırçanızdan istifadə etmək də yaxşı olar. Həm də nəzərə alın ki, diş fırçasından istifadə riski sizin üzərinizdədir, xüsusən də çox incə zinət əşyaları ilə.

Metod 2 kiri çıxarın

  • Spirtli sürtmənin digər müsbət cəhəti onun dezinfeksiyaedici təsirə malik olmasıdır.
  • Ammonyakın müntəzəm istifadəsi zamanla zinət əşyalarınıza zərər verə bilər. Buna görə də, bu üsuldan çox istifadə etmək tövsiyə edilmir, ancaq qızıl zinət əşyalarınız çox çirklidirsə.
  • Bu üsuldan istifadə etməzdən əvvəl zərgərdən ultrasəs cihazı ilə zərgərlik məmulatlarının təmizlənməsinin tövsiyə edilib-edilmədiyini soruşmağınız məsləhətdir. O deyil ki, siz cahillikdən gözəl zinət əşyalarınızı zədələyirsiniz.

Metod 3 Mümkün çətinliklərdən qaçın

  • Qızıl zəncirinizi zərgərə aparın və ondan təmir etməsini və sonra təmizləməsini xahiş edin.
  • Çox ovuşdurmadığınızdan əmin olun. Belə ola bilər ki, siz bir qiymətli daşa qoşulursunuz və beləliklə onu sahibindən ayırırsınız. Bəzi daşlar çox işlədildikdə hətta rəngini itirə bilər.
  • Qızıl zinət əşyalarınızı müəyyən bir mağaza şəbəkəsindən almısınızsa, onların istifadə edə biləcəyiniz xüsusi müştəri xidməti təklif etməsi mümkündür.

Bəzi hallarda qızıl zinət əşyalarının təmizlənməsi heç də yaxşı fikir olmaya bilər. Qızıl yalnız 50-60 ildən sonra başlayır. Ləkələmək üçün kifayət qədər köhnə qızılınız varsa, zərgərlik parçasının yaşını göstərdiyi üçün mötərizəni çıxarsanız, ehtimal ki, dəyərini itirəcək.

Məsləhətlər

  • Qızıl zəncirlərinizi mütəmadi olaraq təmizləyərək kirlərin yığılmasının qarşısını ala bilərsiniz.

xəbərdarlıqlar

  • Bu qızıl zərgərlik təmizləyicilərindən istifadə etməyi düşünürsünüzsə, adi məişət, buxar və ya xlor təmizləyicilərinin qızıl zəncirlərinizə zərər verə biləcəyini unutmayın.

Nə lazımdır

  • qabyuyan maye
  • Qazlı və ya şişelenmiş su
  • Alkoqol sürtmək
  • ammonyak
  • pivə
  • Diş pastası
  • Kiçik qab
  • dəsmal
  • Metal sil
  • Mikrofiber parça
  • diş fırçası
  • Ultrasəs təmizləyici cihaz

Comments are closed, but trackbacks and pingbacks are open.