Press "Enter" to skip to content

Tövsiyə Məktubu Nədir və Kim Yazmalıdır? – 2023 Xaricdə Təhsil

İspanaq. Müxtəlif vitaminlər, antioksidantlar və liflərlə zəngin olan ispanağın istehlakına daha çox üstünlük verilməlidir. İspanaq tərkibindəki faydalı maddələr sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti yaxşılaşdırır, motoriki (hərəki) aktivliyin inkişafına səbəb olur, eləcə də beyin damarlarının zədələnməsinə qarşı orqanizmin müqavimətini artırır.

Yaddaşı gücləndirmək üçün tövsiyə olunan qidalar

Düzgün və sağlam qidalanma zehni qabiliyyətin inkişafına, xüsusən də yaddaşın güclənməsinə bilavasitə təsir göstərir.

Qida Təhlükəsizliyi İnstitutundan AZƏRTAC-a bildiriblər ki, gündəlik rasionda vitamin və minerallarla zəngin bir sıra qidaların istehlakına üstünlük verilməlidir:

Su. Su insan orqanizmində əhəmiyyətli rola malikdir. Belə ki, metabolizm prosesində, bədən istiliyinin tənzimlənməsində, normal osmotik təzyiqin və elektrolit balansın qorunmasında iştirak etməklə yanaşı, su qanda, sümükdə və beyində optimal nəm səviyyəsini saxlamağa kömək edir. Su beyinin normal funksiyasının bərpa olunmasında mühüm rol oynayır. Alimlərin qənaətinə görə, beyin toxuması 85 faizi sudan təşkil olunub. Uzun müddət susuz qaldıqda beyinin məlumat saxlamaq qabiliyyətinə mənfi təsir göstərən kortizol hormonunun ifrazı artır və unutqanlıq, diqqət əskikliyi kimi hallar özünü göstərməyə başlayır. Qeyd edək ki, su itkisinin bərpası ilə yaddaş zəifliyinin aradan qalxdığını göstərən bir sıra tədqiqatlar mövcuddur.

Meyvə-tərəvəz. Meyvə-tərəvəzlər orqanizmin mineral maddələr və vitaminlərlə təmin olunmasında əvəzsiz qida məhsuludur. Təzə meyvə-tərəvəz ilboyu gündəlik qidanın tərkibinə mütləq daxil olmalıdır. Mövsümi meyvə və tərəvəzlərin mütəmadi istehlakı zehni qabiliyyətin inkişafına, yaddaşın güclənməsinə müsbət təsir göstərir. Xüsusilə də bəzi rəngdə olan meyvə-tərəvəzin istehlakı daha faydalı sayılır. Məsələn, qırmızı çuğundurda olan antosian, badımcana bənövşəyi rəng verən nasunin beyin toxumasının lipidlərini qoruyur. Tünd yaşıl rəngli tərəvəzlərdə olan fol turşusu, eləcə də almanın qabığındakı antioksidantlardan kversetin yaddaş zəifliyinin qarşısını alır.

Balıq. Somon, qızılbalıq, sardina, siyənək kimi balıq növləri daha yüksək qida dəyərinə malikdir. Həmçinin bu balıq növləri Omeqa-3 yağ turşuları və B6 vitamini ilə olduqca zəngindir. Zehni qabiliyyətin inkişafı, yaddaşı gücləndirmək və ya bərpa etmək üçün onların istehlakına daha çox üstünlük verilməlidir. Bu balıq növləri Alzheimer xəstəliyinin inkişaf riskini azaltmaq, yaşla bağlı idrak geriliyinin qarşısını almaq baxımından da faydalıdır.

Yumurta. Zəngin biokimyəvi tərkibə malik olan yumurta qida rasionunda əsas yer tutmalıdır. Xüsusilə də yüksək protein tərkibli olması səbəbindən beyin hüceyrələrinin inkişafında mühüm rol oynayır. Yumurtanın tərkibindəki aminturşuları beyin hüceyrələrini qidalandıraraq yaddaşın güclənməsinə kömək edir.

Çərəzlər və toxumlar. Çərəzlər zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral maddələrə olan tələbatını ödəyir. Beyinin fəaliyyətini yaxşılaşdırmağa, zehni qabiliyyətin inkişafına müsbət təsir etdiyindən istehlakı tövsiyə olunur. Toxumların da istehlakı beyinin işini yaxşılaşdırır, yaddaşın və diqqətin inkişafına kömək edir. Xüsusən də kətan toxumu zehni qabiliyyətin inkişafına faydalı olan ən yaxşı qidalardan biri sayılır, çünki tərkibi Omeqa-3 yağ turşuları ilə zəngindir.

Paxlalılar və taxıl. Paxlalıların tərkibində müxtəlif qida maddələri üstünlük təşkil edir. Paxla, soya, mərci, noxud, yerfıstığı və digər bu tip qidaların müntəzəm istehlakı yaddaş zəifliyinə qarşı xeyirlidir.

Çay. Düzgün dəmlənmiş çayın faydalı xüsusiyyətləri çoxdur. Son tədqiqatlar göstərir ki, çayın tərkibindəki antioksidant xüsusiyyətli polifenollar dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını zəiflədir, xüsusilə də yaddaşı və idrak qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Çayın tərkibindəki teanin maddəsi isə sakitləşdirici təsirə malikdir.

Adaçayı. Beyinin fəaliyyətinə müsbət təsir edən bitkilərdən biri də adaçayıdır. Bu bitki beyin toxumasındakı biokimyəvi birləşmələrin səviyyəsini optimallaşdırır. Həmçinin beyin hüceyrələrinin bərpasında regenerativ rol oynayır.

Rozmarin (bibəriyyə). Rozmarin beyin yorğunluğuna yaxşı təsir edir. Araşdırmalara görə, antioksidantlar və karnos turşusu ilə zəngin olan rozmarin bitkisi beyinin funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, zehni qabiliyyətin inkişafını 18 faizədək artırır. Hətta sübut olunub ki, ofisdə saxlanan rozmarinin qoxusu çalışanların əhvalını yüksəldir, yorğunluğu aradan qaldırır, həmçinin yaddaşı gücləndirir.

İspanaq. Müxtəlif vitaminlər, antioksidantlar və liflərlə zəngin olan ispanağın istehlakına daha çox üstünlük verilməlidir. İspanaq tərkibindəki faydalı maddələr sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti yaxşılaşdırır, motoriki (hərəki) aktivliyin inkişafına səbəb olur, eləcə də beyin damarlarının zədələnməsinə qarşı orqanizmin müqavimətini artırır.

Yer armudu (topinambur). Yer armudu orqanizm üçün çox faydalı bitkidir. Tərkibinin B6 vitamini, karbohidrat və antioksidantlarla zəngin olması baxımından beyinin funksiyasını xeyli yaxşılaşdırır, yaddaşı daha da möhkəm edir.

Otlar və kök sistemləri. Şərq ölkələrində min illərdir ki, ginkgo biloba adlı bitki yaddaş problemlərini müalicə etmək məqsədilə geniş istifadə edilir. Bitki qan dövranının yaxşılaşmasına kömək edir, nəticədə beyin hüceyrələri daha çox oksigen alaraq yaxşı qidalanır.

Həmin qidalarla yanaşı, balanslı səhər yeməyi də beyinin işini gücləndirir. Faydalı səhər yeməyi xüsusilə də məktəbyaşlı uşaqların inkişafına və sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir, eləcə də onların yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına kömək edir.

Tövsiyə Məktubu Nədir və Kim Yazmalıdır? – 2023 Xaricdə Təhsil

Xaricdə təhsil almaq üçün ali təhsil müəssisələri müxtəlif səviyyələr üzrə tələbələrdən qəbul prosesi üçün fərqli sənədlər tələb edə bilirlər. Bəzi universitetlər tələbənin akademik göstəriciləri və dil biliklərini təsdiqləyən sertifikatlarla kiyafətləndikləri halda bir sıra universitetlər tələbəni daha yaxından tanımaq və universitetdə təhsil almaq üçün nə qədər həvəsli olduqlarını bilmək istəyirlər. Bu zaman tələbədən Motivasiya və Tövsiyə Məktubları tələb edə bilirlər. Motivasiya Məktubu haqqında ətraflı məlumat almaq istəyirsinizsə “Motivasiya məktubu necə yazılmalıdır?” adlı məqaləmi linkə daxil olaraq oxuya bilərsiniz. İndi isə tövsiyə məktubu nədir və kim tərəfindən yazılmalı olduğu haqqında sizə ətraflı məlumat vermək istəyirəm. Elə isə gəlin çox vaxt itirmədən ilk sualdan başlayaq!

Tövsiyə Məktubu Nədir?

Recommendation letter olaraq ingilis dilinə tərcümə olunan Tövsiyə Məktubu namizədin akademik və ya iş fəaliyyətini əks etdirən sənəddir. Məktubun yazılmasındakı məqsəd sizi qəbul olmaq istədiyiniz universitet və ya hər hansısa bir quruma tövsiyə etməkdən ibarətdir. Bu zaman məktubu siz yox, sizi tanıyan başqa bir insan yazır. Və həmin insanın sizin haqqınızda fikir və müşahidələrini özündə əks etdirir. Başqa bir insan tərəfindən yazılmasında məqsəd isə qəbul olmaq istədiyiniz universitetin sizin özünüz haqqınızdakı fikirləri deyildə, başqa bir insanın sizin haqqınızdakı fikirləri bilmək istəməsidir. Bu zaman başqa bir insanın sizi necə tanımasını oxumaq qarşı tərəfə daha real və obyektiv görünür.

Bəs məktub niyə bu qədər önəm daşıyır? Qəbul prosesində tələbənin bilik və bacarıqları, nailiyyətləri, qiymətləri və dil biliklərini qiymətləndirən sertifikatlar vacib rol oynadığı halda, prestijli universitetlər bununla yanaşı tələbənin təqdim etdiyi motivasiya və tövsiyə məktublarına diqqət edirlər. Tələbənin akademik fəaliyyətlərini əks etdirən məktub magistr və doktorantura təhsillərini xaricdə davam etdirmək üçün əksər universitetlər tərəfindən tələb olunur. Çünki universitetin prestijinə əsasən tələbələrin qəbul prosesidə bir qədər yüksək tələblərə əsasən təyin edilir. Bu halda universitetlər tələbənin akademik və sosial fəaliyyətləri, iş həyatındakı nailiyyətləri, universitet təhsili müddətində dərslərdə hansı dərəcədə iştirak etdiyini bilmək istəyirlər. Və tələbə qəbulunuda bu tələblərə kimin necə diqqət etdiyinə əsasən həyata keçirirlər.

Məktub kim tərəfindən yazılmalıdır?

Tövsiyə Məktubunu universitet təhsili müddətiniz ərzində sizə dərs demiş və elmi dərəcələri yüksək olan şəxslər tərəfindən yazılmalıdır. Məsələn sizin məktubunuz bir professor tərəfindən yazıldığı halda, sizin qəbul cavabı almağınız daha yüksək olacaqdır. Məktub sizin qəbul olunmanızda böyük rol oynadığından dolayı onun kim tərəfindən və necə yazılmasına son dərəcə diqqət etməlisiniz. Tövsiyə məktubu rəsmi və düzgün dillə yazılmalıdır, primitiv sözləri özündə əks etdirməməlidir. Siz burada bir nüansada diqqət etməlisiniz ki, məktubunuzu yazan müəllimin fənnindən yüksək qiymət almalısınız. Eyni zamanda məktubda sizin şəxsi keyfiyyətləriniz, universitetdəki əlaqələriniz, digər şəxslərlə münasibətləriniz və aktivliyiniz qeyd olunmalıdır. Bütün bu tələblərə riayət etdiyiniz halda məktubunuz uğurlu alınacaq və ümidvaram qəbul cavabı alacaqsınız.

Son olaraq sizlərə QəbulOl şirkəti adından xaricdə təhsil yolunuzda uğurlar və müvəffəqiyyətlər arzu edirəm!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Comments are closed, but trackbacks and pingbacks are open.