Tovuz xalça lətif kərimov
Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan danışıblar.
Xankəndi
“Xalq” Bankın “Xalq Əmanəti” layihəsinin 22-ci nəşri Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabına həsr olunub. Azərbaycan və ingilis dillərində hazırlanmış bədii albom L.Kərimovun 1961-ci ildə Leninqrad şəhərində çap olunmuş “Azərbaycan xəlçəsi” kitabının əsasında yenidən dərc edilib.
Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolundan danışıblar.
Lətif Hüseyn oğlu Kərimov 1906-cı ilin noyabr ayının 17-də Şuşa şəhərində anadan olub. O, Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalça rəssamı kimi deyil, eyni zamanda xalça sənətini, incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olub.
L.Kərimovun “Azərbaycan xalçası” əsəri yeni nəşrdə öz məzmun və əsas quruluşunu saxlayıb. Əsərdə ilk dəfə olaraq xalçalar xovsuz və xovlu kimi iki hissəyə bölünür, onların dörd əsas inkişaf mərhələsi təyin edilir. Əsərdə müəllif yenə də ilk dəfə Azərbaycanın ayrı-ayrı xalça məktəblərini “növ” və “qrup” adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırıb, daha sonra ayrı-ayrı qruplara bölmüş, bu qruplara daxil olan xalçaların, qısaca da olsa, bədii və texniki xüsusiyyətlərini təhlil edib.
L.Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplayıb. Onların əksər hissəsinin qrafik rəsmləri əsərdə damalı kağızlar üzərində yerləşdirilib və bu elementlərin xalçalar arasında işlənən adları və müəllifin şəxsi fikirləri qeyd edilib.
Azərbaycan xalçaları əsrlər boyu yalnız Azərbaycan və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanıb, dünya bazarlarında çox yüksək qiymətləndirilib. Mahir xalça ustalarımızın bu vaxta kimi yaratdığı ən gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanmaqdadır.
L.Kərimov Azərbaycan xalçalarının hələ bizim eradan çox-çox əvvəl təşəkkül tapdığını əsaslandıraraq qeyd edir ki, Azərbaycan xalçaçılığı öz inkişaf mərhələsinə xarici şərqşünasların və sənətşünasların iddia etdikləri kimi, XVIII əsrdə deyil, ondan xeyli əvvəl çatıb. İndi artıq məlumdur ki, hələ eramızdan əvvəl Azərbaycanda ticarətin inkişafı ilə əlaqədar olaraq, tətbiqi sənətlər, o cümlədən xalçaçılıq sənəti də yüksək səviyyədə olub. Bunu həm şifahi xalq ədəbiyyatı, yazılı mənbələr, həm də arxeoloji qazıntılardan tapılmış xalça nümunələri təsdiqləyir.
Məlum olduğu kimi, L.Kərimov nəinki xalça sənətinin dərin tədqiqatçısı, eyni zamanda istedadlı ornamentalist-rəssam idi. O, həmçinin ədəbiyyat tarixini dərindən bilir, bəzən şeirlər yazırdı. Lətif Kərimov “Azərbaycan xalçası” əsərində xalçaçılıqla əlaqədar olaraq orta əsr Azərbaycan və İran klassiklərinin əsərlərindən də misallar gətirir. Azərbaycan xalçalarının təsvirinə klassik ədəbiyyatımızda, xüsusən poeziyamızda da tez-tez rast gəlmək olur.
1941-ci ildə XII əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə istedadlı rəssamlarımız (K.Kazımzadə, İ.Axundov, R.Mustafayev və b.) və xalça ustaları L.Kərimovun rəhbərliyi və hazırladığı çeşnilər əsasında şairin poemaları mövzusunda beş xalça hazırlayıblar.
1950-ci illərdən başlayaraq L.Kərimov yüzlərcə portret və ornamental xalçalar yaradıb, özündən sonra zəngin irs qoyub gedib. Həmin əsərlər Azərbaycan, Avropa, Amerika muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
Dünyada ilk xalça muzeyinin yaradılmasının və onun təşkilinin ilk təşəbbüskarı da məhz Lətif Kərimovdur.
1980-ci ildə L.Kərimovun təşəbbüsü ilə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Rəssamlıq fakültəsində ilk dəfə olaraq xalça şöbəsi açılıb. L.Kərimov şəxsən bu şöbədə xalça rəssamlarının hazırlanmasına rəhbərlik edib və tədris proqramlarının da tərtibçisi olub.
Azərbaycan Elmlər Akademiyasının yaradıldığı gündən (1945-ci il) ömrünün axırına kimi (1991-ci il) Lətif Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda xalça şöbəsinin müdiri işləyib. Bununla bərabər, o, xalça elmi sahəsində çoxsaylı mütəxəssislər hazırlayıb.
Lətif Kərimovun özündən sonra qoyub getdiyi ən böyük töhfə “Azərbaycan xalçası” kitabıdır. Bu əsərdən sonra yaranan xalça sənəti üzrə tədqiqat işlərinin əksəriyyəti bu kitabdan qidalanır.
Lətif Kərimovun “Azərbaycan xalçası” kitabı ensiklopedik xarakter daşıyır. Bu əsər klassik Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir. Kitab milli naxışların zənginliyi və dolğunluğu baxımından bütün xalça mütəxəssisləri, o cümlədən bədii metal, keramika, tikmə, xalça, divar boyakarlığı ilə məşğul olan rəssamlar, xalq ustaları və həvəskarlar üçün əvəzsiz vəsaitdir.
“Xalq” Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan “Azərbaycan xalçası” kitabı Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir.
“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.
Tovuz xalça lətif kərimov
Lətif Kərimov – 115
Ana-nənələrimizin əl-əməyi, göz nuru olan xalçalarımız mədəni informasiyaların qorunub saxlanıldığı qədim yun kitabələrimizdir. Soyuq daş kitabələrdən fərqli olaraq bu kitabələr isti nəfəslərin, sevgi dolu qəlblərin, səbir dolu beyinlərin qaynar məhsuludur. Əlvan rənglər insan övladının zəngin təxəyyülünü ortaya qoyur. Bu sənət xalqımızın əsrlərdən bəri ilmə-ilmə göz nurundan süzülərək qanımıza, canımıza hoparaq özünün ən ali zirvəsinə çatmışdır. Xalçalarımız həyat tərzlərini yaxşılaşdırmaq adına adi kənd daxmalarında əcdadlarımız tərəfindən yaransa da, bu gün dünya muzeylərində özünə yer tapıb. Bacarıqlı anaların oğul və qızları onlara əmanət sənətin daha da mükəmməl bir səviyyəyə çatması yolunda əllərindən gələni əsirgəməmişdirlər.
Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun əməyi də xüsusilə qeyd olunmalıdır. Xalçaçılıq xalq tətbiqi sənətinin ən qədim sahələrindən biridir və Lətif Kərimov bu sənətə yeni həyat verən, ona dünya miqyasında şöhrət gətirən əvəzsiz bir sənətkar və müəllimdir.
Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov 1906-cı il noyabrın 17-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olub. Bu görkəmli sənətkar Qarabağda öz xalçaları ilə məşhur olan “Allahverənlər” nəslindəndir. Xalqımıza biri-birindən dəyərli insanlar verən bu barlı-bəhərli diyar Lətif Kərimov kimi bir sənətkarı da ərməğan etmişdir. Sənətkarın uşaqlıq illəri, xoş xatirələri məhz burada keçib, burada o, xalça sənətinin sirlərinə yiyələnib. 1912-ci ildə Lətif Kərimov 6 yaşında olarkən valideynləri ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar olaraq İranın Məşhəd şəhərinə köçməyə məcbur olub. Dünyaya göz açdığı andan etibarən hanadakı xalçaya vurulan həvənin səsi onun qulağında ana laylası qədər doğmalaşır. Ağlı kəsdiyi andan etibarən onu əhatə edən mühitdə xalçaların naxışlarında özünü tapıb. Xalçaçılıq sənətinə həvəsi onda sevimli anası Telli Hacı Nəsib qızı oyadıb.
Lətif məktəbə getdiyi dövrdə artıq öz müəllim və yaşıdlarını incəsənətə olan istedadı ilə heyran edib. 1922-ci ildə məktəbi bitirdikdən sonra Lətif Kərimov Mirzə Ələkbər Hüseynzadənin xalça emalatxanasında əvvəlcə köməkçi, sonra təlimatçı, daha sonra xalça eskizləri üzərində işləyən rəssam kimi işləmişdir. 1929-cu ildə Lətif Kərimov öz doğma diyarına-Şuşaya qayıdır. Bir il sonra “Azərxalça” birliyində rəssam-təlimatçı kimi əvvəl Şuşaya, Tiflisə və nəhayət 1932-ci ildə Bakıya təyin edilir. 1945-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun xalça sənəti şöbəsinin dəyişməz müdiri və eyni zamanda M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda fəal pedaqoji iş aparır.
Dünya şöhrətli sənətkar Azərbaycan xalça yaradıcılığının fəal təbliğatçısı olan Lətif Kərimov dekorativ-tətbiqi sənət sahəsində görkəmli nəzəriyyəçi alim, üç cildlik “Azərbaycan xalçası” monoqrafiyasının müəllifidir. Hansı ki, rəssamın uzun illər apardığı elmi tədqiqat və zəngin təcrübəsinin məhsuludur.
Müəllif bu əsərində özünün tətbiqi dekorativ incəsənətin müxtəlif sahələrində göstərdiyi praktiki fəaliyyəti nəticəsində əldə etdiyi, sistemləşdirib ümumiləşdirdiyi çoxlu yeni məlumatları elm aləminə təqdim edib. I cilddən sonra Lətif Kərimovun səyi nəticəsində daha iki kitabı 1983-cü ildə çapdan çıxıb. Sənətkarın Azərbaycan xalça sənətinin tədqiqinə həsr edilmiş əsərləri Azərbaycan xalqının əsrlər boyu davam edən zəngin bədii irsinin öyrənilməsi və mənimsənilməsində əvəzsiz bir xidmətidir. Bakıda 1983-cü ildə “Şərq xalçalarının incəsənəti” adlı beynəlxalq simpozium, 1988-ci ildə isə “Azərbaycan xalça sənəti” adlı beynəlxalq simpozium keçirilib. Hər iki simpoziuma dünyanın hər yerindən, xarici ölkə nümayəndələrinin, xalça sənətinin bilicilərinin, onun müxtəlif sahələrinin mütəxəssislərinin cəlb edilməsi L.Kərimovun adı ilə bağlıdır. Lətif Kərimovun Bakıda 1967-ci ildə yaratdığı ölkədə ilk “Dövlət xalça və xalq tətbiqi sənəti muzeyi” mədəniyyətimizə ən böyük töhfəsi özünün isə şah əsəridir. O, eyni zamanda, nadir süjetli xalçaların, metal, mərmər, çini məmulatın müəllifi, görkəmli qrafik rəssam və dizayner idi: Onun yaradıcılığında milli ənənələr, kompozisiya tamlığı, təsvir vasitələrinin koloritliyi, bənzərsiz sənət nümunələri meydana gətirmişdir. Azərbaycan mədəniyyətini dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil edən Lətif Kərimov 1937-ci ildə öz əsərləri ilə Ümumdünya Paris sərgisində, 1938-ci ildə Nyu-York sərgisində, eləcə də fərdi sərgiləri ilə 1986-cı ildə Londonda 1954-cü ildə Moskvada, 1976-cı ildə Bakıda, 1978-ci ildə Tiflisdə uğurla iştirak etmişdir.
Lətif Kərimovun yaradıcı təxəyyülünün nəticəsi olan “Əfşan”, “Əcəmi Naxçıvani”, “Xətai”, “Ağaclı”, “Bəndi – rumi”, “Firdovsi”, “Şəbi – hicran”, “Əsrlərin nəğməsi” və s. xalçaları müasir Azərbaycan xalçaçılığında yeni mərhələnin başlanğıcıdır. 26 yaşında yaratdığı “Əfşan” xalçası yaradıcılığında önəmli yer tutur. “Əfşan” naxış kompozisiyasının və məna dəyərinin zənginliyi ilə seçilən bir sənət əsəridir. “Xətai” kompozisiyası sənətkarın tez-tez müraciət etdiyi kompozisiyalardan biridir. Klassik poeziya və musiqi aludəçisi olan Kərimov bu meyarları öz sənətində ustalıqla istifadə etmişdir. Məhəmməd Füzuliyə həsr etdiyi “Şəbi-Hicran” xalçası bu qəbildən olan biridir. Sənətkarın “Səməd Vurğun”, “Nəsimi”, “Firdovsi” və s. xalçalarında vurduğu naxışlar onların yaradıcılığına bələd olmasından xəbər verir. Sənətkar qədimlə müasirin ortaq nöqtəsini tamamlayan onlarla əsərin yaradıcısıdır. O, ərsəyə gətirdiyi əsərlərində saysız hesabsız naxış nümunələrini bir araya gətirərək onların vəhdətini ortaya çıxartmışdır.
Özünün də qeyd etdiyi kimi, hələ altı yaşında bu sənətə qədəm qoymuş və həyatının sonuna qədər ömrünü xalça sənətinə həsr etmişdir.
Sənətkar 8 sentyabr 1991-ci ildə Bakı şəhərində dünyaya əbədi olaraq gözlərini yummuşdur.
Lətif Kərimov, yaşayıb yaratdığı bütün dövrlərdə dövlətə xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunmuşdur: Stalin mükafatı (I dərəcə) – 1950 (İ.Stalinin anadan olmasının 70 illiyinə (1949) həsr olunmuş xalça), “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adı – 30 aprel 1955, “Azərbaycan SSR Xalq rəssamı” fəxri adı – 24 may 1960, Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – 16 noyabr 1981, “Qırmızı Əmək Bayrağı” ordeni – 2 mart 1957, “Xalqlar Dostluğu” ordeni – 14 noyabr 1986, “Şərəf Nişanı” ordeni, “Qafqazın müdafiəsinə görə” medalı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu il 16 noyabr tarixində Azərbaycan ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və həmin tarix – 16 noyabr ölkəmizdə “Azərbaycan Xalçası Günü” kimi bayram edilir. Bu tarixin, bütün ömrünü Azərbaycan xalça sənətinin inkişafına həsr etmiş Lətif Kərimovun doğum günü ərəfəsinə təsadüf etməsi də elə rəmzi məna daşıyır.
Bu gün Azərbaycanda xalça sənətinin layiqli davamçıları, Lətif Kərimov kimi sənətkarların yetirmələri vardır ki, onların yaradıcılığında da ustadın dəsti-xətti özünü büruzə verir. Əlvan rəng duyumu, təkrarsız kompozisiya həlli və onların harmoniyasını ustalıqla bir araya gətirən əvəzsiz bir sənətkardır Lətif Kərimov. O, Azərbaycan xalça sənətinin təkrarı olmayan məktəbini yaradaraq, nəsillərə yadigar buraxmışdır.
Sevinc Səbzəliyeva,
Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşı
File : Nizaminin “Yeddi gözəl” poeması mövzusunda xalça, Lətif Kərimov.jpg
Click on a date/time to view the file as it appeared at that time.
Date/Time | Thumbnail | Dimensions | User | Comment |
---|---|---|---|---|
current | 08:52, 30 September 2017 | 1,502 × 2,547 (813 KB) | Sefer azeri (talk | contribs) | User created page with UploadWizard |
You cannot overwrite this file.
File usage on Commons
There are no pages that use this file.
File usage on other wikis
The following other wikis use this file:
- Usage on az.wikipedia.org
- Lətif Kərimov
- Latif Karimov
Metadata
This file contains additional information such as Exif metadata which may have been added by the digital camera, scanner, or software program used to create or digitize it. If the file has been modified from its original state, some details such as the timestamp may not fully reflect those of the original file. The timestamp is only as accurate as the clock in the camera, and it may be completely wrong.
Orientation Normal Horizontal resolution 240 dpi Vertical resolution 240 dpi Software used Adobe Photoshop Lightroom 6.0 (Windows) File change date and time 10:17, 30 September 2017 Exif version 2.3 Unique ID of original document ABCE40E9FAF31B0E0C4D2ABC109F0817 Date metadata was last modified 14:17, 30 September 2017
Comments are closed, but trackbacks and pingbacks are open.