TQDK keçid balları
Keçid ballarına burdan baxa bilərsiz.
tqdk.gov.az/exam/bachelor/minimal-bal/?EID=1237
Ümumiyyətlə İT ixtisasları ən yaxşı Qafqazda tədris olunur.
Magistr OL
məsləhət vermək istəyirəm. Əvvəla ingilis dili öyrənmək səbr və qətiyyətlilik tələb edir. Hər bilmədiyiniz söz üçün lüğətə baxmaqdan və hər bilmədiyiniz hissə üçün soruşmaqdan və ya axtarmaqdan yorulmamalısınız. Buna görə də, digər fənnlərdən fərqli olaraq ingilis dili ilə hər gün məşğul olmağınızı məsləhət görürəm. Həftədə 3 gün geniş şəkildə, qalan günlər isə ən azı yarım saat məşğül olun. Qəbul imtahanında ingilis dilindən çox bal toplamağınız, bəzi prestijli universitetlərdə master oxumağınız üçün vacibdir. Qəbul imtahanında İngilis dilinin qrammatikası soruşulduğundan əvvəla qrammatikanı yaxşı öyrənməliyik və bunu gündəlik danışıqda istifadə etməkdən utanmamalı və çəkinməməliyik. Ən əsası isə İngilis dili beynəlxalq dildi, milyonlarla insanla ünsiyyət, saysız-hesabsız kitabları anlamaq üçün vacibdir. Yadda saxlayın ən keyfiyyətli ədəbiyyatlar ingilis dilindədi, sahəsindən asılı olmayaraq.
– Tərkibində 2 milyondan çox söz saxlayan www.tureng.com lüğəti.
– Offline rejimdə lüğət proqramı: http://www.linguatic.com/
– İngilis dilində pre-intermediate səviyyəsinə kimi qalxa biləcəyiniz çox maraqlı və öyrədici sayt: www.duolingo.com
– Peşəkar müəllimlər tərəfindən ingilis dilində minlərlə video-dərs təqdim edən, sadəcə mükəmməl bir resurs: www.engvid.com
– Danışığını təkmilləşdirmək istəyənlər üçün. Hər səviyyə üçün ayrı-ayrı altyazılı videolar, mahnılar, günlük istifadə üçün mətnlər, filmlərdən hissələr və s. Bir sözlə, danışığı təkmilləşdirmək üçün mükəmməl sayt:www.yabla.com
– Android marketdən Lanquick proqramı. Hansı səviyyədə olursuz olun sizi bir addım önə aparacaq.
– HelloTalk android proqramı. Burda ana dilinizi və öyrənmək istədiyiniz dili yazırsınız, proqram avtomatik birinə qoşur və ingiliscə yazışırsız.
– Memrise android proqramı. Çox çox tövsiyyə etdiyim proqram. İngilis dilindən başqa yüzlərlə müxtəlif online kurslara yazıla bilərsiniz. Həqiqətən çox məsləhətlidi.
Və son olaraq, dediklərim sizə tövsiyyələrimdi. Dil öyrənmək ciddiyət, səbr və daimi bezmədən təkrar istəyən bir sahədir. Amma əyləncəli hala gətirmək və bunun fərqinə varmadan inkişaf etdirmək sizin əlinizdədir. Bunun üçün də yuxarıda göstərdiyim online resurslar sizə kömək olacaq. Və kitablar alın, qəzetlər oxuyun. İnternet nə qədər motivasiya üçün əla olsa da, kitabın yerin verə bilməz. Hamınıza uğurlar və zehin açıqlığı!
Məqalə müəllifi : Əliheydər Abbaszadə
Məqalə Magistr OL qrupundan götürülmüşdür.
TQDK keçid balları
Salam. 2015ci ilin TQDK qəbul imtahanının keçid ballarına haradan baxmaq olar? hansı saytı məsləhət görərdiz? birdə Kompüter Mühəndisliyi üçün hansı universiteti məsləhət görürsüz? əvvəlcədən təşəkkürlər.
Sualı verdi: Azrail704 ( 09/09/2015 )
Kateqoriya: Sual . instut ballari, keçid balları, qebul ballari, tqdk, universitetler. Qısa keçid.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
saytlarda belə məlumat yoxdur
ancaq TQDK jurnallarında keçid balları var
digər yolu isə bəzi universitetlər öz ixtisasları üzrə keçid ballarını açıqlayır ancaq hamısı yox
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Keçid ballarına burdan baxa bilərsiz.
tqdk.gov.az/exam/bachelor/minimal-bal/?EID=1237
Ümumiyyətlə İT ixtisasları ən yaxşı Qafqazda tədris olunur.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
byshako cavab verdi – Saytda aylıq ödəniş sistemi qurmaq (1 gün əvvəl)
Tamerlan Mammadov cavab verdi – Məqalə yazarı lazımdır (7 gün əvvəl)
Software Developer cavab verdi – Məqalə yazarı lazımdır (8 gün əvvəl)
tonws cavab verdi – Modemi router etmək (11 gün əvvəl)
Bahadur74 cavab verdi – Mobil telefonlar üçün application (13 gün əvvəl)
Bahadur74 cavab verdi – Telefon uygulama (13 gün əvvəl)
Bahadur74 cavab verdi – Internet paketi (14 gün əvvəl)
Bahadur74 cavab verdi – Terminaldan pul çəkmək olur? (14 gün əvvəl)
Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (14 gün əvvəl)
Bahadur74 cavab verdi – Qədimi xalçaları harada satmaq olar? (14 gün əvvəl)
Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (14 gün əvvəl)
Bahadur74 cavab verdi – “Getcontact”da baxa bilmirəm (14 gün əvvəl)
TQDK cavabları açıqladı – YENİLƏNİB
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.
TQDK-dan anspress-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada keçirilib.
İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 429 nəzarətçi-müəllim cəlb olunub.
Ali təhsil müəssisələrinin 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları bunlardır:
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
Milli.Az məlumat verir ki, TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan 11 şəhərdə – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada təşkil olunacaq.
İmtahanların idarə olunmasına 220 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2429 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda 28955 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 21828 abituriyent I qrup üzrə, 7127 abituriyent IV qrup üzrə imtahan verir. Abituriyentlərdən 26160 nəfəri (I qrup üzrə 19656 nəfər, IV qrup üzrə 6504 nəfər) Azərbaycan bölməsinin, 2795 nəfəri (I qrup üzrə 2172 nəfər, IV qrup üzrə 623 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17703 nəfəri (I qrup üzrə 13472 nəfər, IV qrup üzrə 4231 nəfər) oğlanlar, 11252 nəfəri (I qrup üzrə 8356 nəfər, IV qrup üzrə 2896 nəfər) qızlardır. 16 nəfər ali təhsil müəssisələrinin, 791 nəfər orta ixtisas təhsili müəssisələrinin məzunudur. 184 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1988-ci ildən, ən gənci isə 1997-ci ildəndir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib ediləcək və onlar binaya buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər. Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
Comments are closed, but trackbacks and pingbacks are open.