Qəbul imtahanı ləğv edilə bilər
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim ediləcək və müddət yenə üç saat olacaq: “2009-cu ildən məktəblərdə kurikulum əsasında tədris qurulub. Buraxılış imtahanları iki mərhələdə aparılıb. Tamamilə yeni növ qiymətləndirmə-ölçmə materialları istifadə olunub. Kurikulum əsasında təhsil alan uşaqlar iki ildən sonra on birinci sinfə çatanda onların buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər olacaq”.
Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? – Məleykə Abbaszadədən AÇIQLAMA
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim ediləcək və müddət yenə üç saat olacaq: “2009-cu ildən məktəblərdə kurikulum əsasında tədris qurulub. Buraxılış imtahanları iki mərhələdə aparılıb. Tamamilə yeni növ qiymətləndirmə-ölçmə materialları istifadə olunub. Kurikulum əsasında təhsil alan uşaqlar iki ildən sonra on birinci sinfə çatanda onların buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər olacaq”.
Mərkəz direktoru deyib ki, dəyişikliyin nədən ibarət olması açıqlanıb, gələn həftə bununla əlaqədar geniş məlumatlar veriləcək: “İndi onuncu sinifdə oxuyan şagirdlərin valideynləri çox narahatdırlar. Çünki bilmirlər ki, hansı fənlərdən imtahanlar olacaq. 2019-cu ildə buraxılış imtahanlarında fənlər builki buraxılış imtahanındakı fənlər olacaq. Bunlar ana dili, riyaziyyat və xarici dil fənləridir. Buraxılış imtahanının formatı necə olubsa, yenə həmin formatda nəzərdə tutulub. Təbii ki, yeni növ imtahanı vermək üçün uşaqlar hazırdırlar. O ki qaldı qəbul imtahanlarına, indiyədək qəbul imtahanlarında eyni balı toplayan uşaqlar bir yerdə müsabiqədə iştirak edirdilərsə, ikinci mərhələdə ikinci kriteriya kimi attestat balı nəzərə alınırdı. 2019-cu ildə nəzərdə tutulur ki, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gəlsin, ümumi nəticə əldə olunsun. Misal üçün, buraxılış imtahanında topladığı bal 300 baldırsa, o bal qəbul imtahanında topladığı nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir. Abituriyentlərə qəbul imtahanlarında beş fənn üç saat ərzində təqdim olunurdu. 2019-cu ildə qəbul imtahanında hər qrup üzrə üç fənn təqdim olunacaq. Təbii ki, orda yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar da əksini tapacaq. Yeni növ tapşırıqlar o deməkdir ki, onların cavabı olmayacaq. Abituriyent o cavabı özü yazmalıdır”.
Mərkəz sədri əlavə edib ki, bu növ tapşırıqların yoxlanması da yeni üsulları tələb edir: “Valideynlər narahatdır ki, belə növ tapşırıqları təkcə kompüter yox, ekspertlər də qiymətləndirəcəksə, prosesə hansısa müdaxilə mümkündür, yoxsa yox? Tam məsuliyyətlə deyə bilərəm ki, bu istiqamətdə iş aparırıq. Dövlət İmtahan Mərkəzinin xüsusi proqram təminatı var. Həmin proqram təminatı təkmilləşib və nəhayət bu il buraxılış imtahanında olan iki yüz min işi həmin proqram təminatı ilə yoxlamışıq. Həmin yoxlamada insan faktoru bu prosesə təsir göstərməyib. Valideynləri əmin edə bilərəm ki, yazı işlərinin qiymətləndirilməsində insan faktoru yekun qiymətləndirməyə təsir göstərməyəcək. Uşaqların bilikləri tam şəffaf şəkildə qiymətləndiriləcək”.
M. Abbaszadənin sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslara dəyişiklik olmayacaq: “Qabiliyyət tələb edən ixtisaslara qəbul indiyə qədər necə olubsa, biz nəzərdə tuturuq ki, yenə həmin şəkildə aparılsın”.
Qəbul imtahanı ləğv edilə bilər
Azərbaycanda gələcəkdə qəbul imtahanı yalnız yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslara qəbul olmaq üçün keçirilə bilər.
Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə kolleclərə və ali məktəblərin bəzi ixtisaslarına tələbə qəbulunun vahid imtahan modeli – buraxılış imtahanlarının nəticələri əsasında aparılmasının gələcəkdə qəbul imtahanlarının, ümumiyyətlə, ləğv olunmasına, qəbulun buraxılış imtahanlarının nəticələri əsasında aparılmasına səbəb olub-olmayacağına aydınlıq gətirərkən deyib.
Komissiya sədri qeyd edib ki, gələcəkdə tələbə qəbulunun, əsasən, buraxılış imtahanlarının nəticələri əsasında aparılmasını istəyirlər: “Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər”.
M.Abbaszadə bildirib ki, həmin ixtisaslara qəbula görə buraxılış imtahanının nəticələrinin nəzərə alınması üçün buraxılış imtahanlarının heç olmasa 5 fənn üzrə keçirilməsi lazımdır. Bunu isə birdən-birə etmək olmaz. Fənlərin sayı tədricən artırılmalıdır: “Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq”.
TQDK sədri deyib ki, ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır: “Belə olanda biz buraxılış imtahanlarının nəticələrini nəzərə ala bilərik. Çünki ali məktəblər özləri hansı kontingenti görmək istədiklərini bildirirlər. Hansısa ali məktəb buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına razıdırsa, buraxılış imtahanı da heç olmasa 5 fənn üzrə olarsa, onda biz buraxılış imtahanlarının nəticələrini daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik. Bu məsələ ilə bağlı ali məktəblərlə də iş aparılmalıdır. Təbii ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, qəbul qaydalarının təkmilləşdirilməsi, ali məktəblərdə kontingentin formalaşdırılması ilə bağlı maddələrə aid işlər tədricən aparılacaq”.bizimyol
TQDK mayın 15-də qəbul imtahanı keçirəcək
İmtahanda 14.495 abituriyentin iştirakı nəzərdə tutulur.
Mayın 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
TQDK-dan Oxu.Az-a verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən bu qurumun internet saytında müvafiq səhifəyə (https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov) daxil olaraq “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Buraxılış vərəqəsi ilə yanaşı, saytın müvafiq səhifəsində (https://eservices.tqdk.gov.az/brxvbak/yaddas_kitab.pdf) onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanda 14.495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6.859-u ikinci qrup, 7.636-sı üçüncü qrup üzrə imtahan verəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.