Press "Enter" to skip to content

Qabiliyyət imtahanları və 5-ci qrup haqqında ətraflı məlumat

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.

Tqdk ədəbiyyat

– Mahir əla yazır. Ona “5”.

– Yox, ağ eləməyin. Yazır. yaxşı yazır.. “4” vermək olar.

– Kimə deyirsiz? Oxumuşam da. Nə əladır, nə yaxşı. Kafi demək mümkündür. Uzağı “3”.

– Yox, heç biriniz düz demirsiniz. Xoşum gəlmir Mahirin yazılarından. Pis yazır. Yağlı “2”.

– Siz nə danışdığınızı bilirsiniz? Mahirin ümumiyyətlə qələmi yoxdur!- “1”

Sadaladıqlarım nəinki mənə, hər bir kəsə aid edilən, öyrəşdiyimiz “5 ballıq” qiymətləndirmə meyarı, qiymət etalonudur. İstər insanın yazıçılıq qabiliyyətini qiymətləndirək, istər adamlığını, istərsə də hər hansı peşəyə sahibliyini. Hətta pisi də bu meyarlarla dəyərləndirirlər. Əla içəndir, əla gəzəndir, əla rüşvət alandır, əla cibgirdir, əla avtoşdur, qumarda əla sıxır. “Əla”nı (“5”) digər “yaxşı” (4), “kafi” (3), “qeyri kafi” (2) və “bir”lə əvəzləmək də olar. Bu baxır bir insanın digərinə münasibətinə və ya özünün səviyyəsinə, dünyagörüşünə.

Azərbaycanda babat və ortabab sözlərinə daha çox üstünlük verilir. Çünki əla olanda adama göz dəyir. O qədər danışırlar, qır-qır edirlər ki, ya övladı yol qəzası törədib kimisə şilküt edir, narkoman, əyyaş olur, ya qızı boşanıb üstünə qayıdır, ya da vəzifəsini, illər boyu yığdığı var-dövlətini, xətir-hörmətini bir andaca itirir. Bəzən azadlığını da. Ona görə də insanlar çox da gözə girməməyə, babat olmağa üstünlük verirlər.

Haşiyə:

Atam Qabil hər dəfə İsmayıl Şıxlıyla söhbət edəndə:

– İsmayıl müəllim, necəsən?

– Babat yaxşıdır, mirzə. Adam əla olanda göz dəyir. (son)

Deyirlər həyat da bunun üzərində qurulub. “Həyatda nə xalis yaxşı var, nə xalis yaman”. Bunu atamdan eşitmişəm. Mir Cəfər Bağırovdan söhbət düşəndə belə deyərdi.

Dünyadakı səhmdar cəmiyyətlər, ən böyük holdinqlər, şirkətlər orta həddi əsas götürürlər. Səhmlərin 51 faizi kimdə olursa onun da sözü keçərli olur.

Dünyanın bir çox sivil ölkələrində seçki qanunvericiliyi də bunun üzərində qurulub. Əgər namizəd seçicilərindən xeyrinə 50 faiz + 1 səs formatında səs toplaya bilirsə, o da qalib elan olunur.

Ortaq məxrəc anlayışı da ortaq fikrin üstün olduğunu təsdiq edir.

Roma şairi və filosofu Qoratsiyin üzə çıxardığı bu formula latınca “aurea mediokritas” adlanır.

Onu da qeyd edim ki, “ortaq” sözü “orta” sözündən düzəlmədir.

Birinci sinfə gedəndə ilk dəfə qiymətdirilməyə başlamışıq. Bütün dərslərdən “5” alanda əlaçı olmuşuq. “4” alanda yaxşı şagird çağrılmışıq. “3” alanda ortabab olmuşuq. “2” alanda isə sinifdə qalmışıq. Əlaçı olanlarımız “Qızıl medal”a layiq görülüblər. Hətta əvvəllər bir-iki “4”-ü olanlar gümüş medal da alıblarmış.

İndi zəmanə dəyişib. Orta məktəbdə istəyirsən oxu, ya oxuma. Kamal atestatı hökmən alacaqsan. Maraqlıdır, görəsən “2” alanlardan hansı kamilliyi gözləmək olar? Bəlkə Təhsil Nazirliyi yenilik edib paralel “Cahillik attestatı” da icad etsin.

Sonra Ali məktəbə sənədlərini verirsən. Ən yuxarı 700 bal toplaya bilərsən. Ən aşağı, dəyişdirilməyən, vahid bal həddi isə göstərilmir. Buna TQDK diliylə keçid balı desələr də, konkurs balı adlandırılsa daha düzgün olar. Ta ki, imtahanlar qurtarır, imtahan test vərəqələri yoxlanılır, ondan sonra məlum olur ki, bəs keçid balını aşağı salmaq lazımdır. Nədir-nədir boş plan yerlər çox qalıb. Sonra da TQDK-yla Təhsil nazirliyi arasında bir informasiya savaşı başlanır. TQDK orta məktəb məzunlarının bilik səviyyəsini, daha doğrusu biliksizliyini ortaya qoyur. Yox bununla mübarizə aparmır. Demir ki, necə eləsəm bu hal gələn il təkrar olunmaya bilər? Sadəcə statistikayla oynayır. Bu azmış kimi əksinə, bəzi ixtisas qruplarında keçid balını da aşağı salmaqla ali məktəblərə, xüsusilə də aşağı səviyyəli, ya səviyyəsiz ali məktəblərə aşağı bilikli, tələbə adına layiq olmayan abituriyentlərin ayaq açmasına rəvac verir. Əlbəttə ki, valideynlərin alqış-dua sədaları altında.

İndi sual edəcəksiniz ki, mən sıravi bir adam 150-200 bal toplayan abituriyentlərin bilik səviyyəsinin aşağı olmasını necə təyin etdim? Fikirlərimi sizinlə də bölüşürəm.

Ən yuxarı bal 700-dür. Gəlin onu yarıya bölək. Edəcək 350. Əgər məzun bu balı toplaya bilibsə, deməli qarşısına qoyulan suallardan yarısına müvəffəq cavab verib. “Kafi”, yəni ki “3”. El dilində desək – pis deyil, yaxşı da deyil, babatdır. Belələrini ortabab abituriyent adlandırmaq olar.

Yaxud da köhnə meyarlarla 700-ü 5-ə bölək. Edəcək 140 bal. Yəni ki, 140 balacan yığdın “1” qiymətə layiqsən, 140 – 280 arası bal topladın qiymətin “2”- qeyri-kafidir, 280- 420 arası bal “3”, 420-600 arası bal isə “4” sayılır. 600-700 bal toplayanlara isə hamımız halal olsun deyirik. O cümlədən prezidentimiz də öz təqaüdü ilə onların bir qrupunu qiymətləndirir.

Hər iki qiymətləndirməmə əsaslansaq TQDK artıq neçə illərdir ki, ali məktəblərə “1”, “2” alan bir qrup abituriyentin qəbul olunmasına şərait yaradırmış. Yəni ki, 700 ballıq test suallarının yarısının yarısına da yox (yarısının yarısı 175 bal edir), beşdə birinə, beşdə ikisinə cavab verənləri də tələbə adına layiq görübmüş. Sadəcə keçid balını aşağı salmaqla. Görəsən niyə? Bəzi institutların qəbul planları TQDK-nın milli maraqlarından üstündürmü? Yoxsa ki , hədəf Təhsil nazirliyini , ümumilikdə təhsilimizi nüfuzdan, gözdən salmaqdan ibarətdir?

Bu mövzulu əvvəlki yazılarımda məmur adlarını hallandırmaqda xeyli fəallıq etmişəm. Amma sonra fikirləşdim ki, bəlkə tənqidi fikirlərimlə yanaşı bir sadə vətəndaş kimi öz fikirlərimi də ortaya qoyum. Axı, əsas mexanizmin qurulmasıdır. Ola bilsin ki, işlərinə yaradı.

1. Orta məktəblərdə ucdantutma, oxudu-oxumadı hamıya attestat verilməsi bir neqativ hal kimi aradan qaldırılsın.

2. Sovet dövründəki kimi 9,10,11-ci siniflərdə aldığın qiymətlərə əsasən “5 ballıq” attestat balı tətbiq edilsin.

3. TQDK ucdantutma yox, ali məktəblərə atestat balı yalnız üç bal yarımdan yuxarı olan abituriyentlərin sənədlərini qəbul etsin.

4. Keçid balı ya orta həd üzrə, yəni ki, 351 bal, ya da ki, 5 ballıq qiymətləndirməyə bölünməklə “kafi”həddində – 420 bal təyin edilsin.

5. Keçid balı TQDK yox, hökumət tərəfindən əvvəlcədən təyin edilsin və dəyişdirilməsin. Adı isə “Keçid balı” yox, “Minimal Bilik balı” adlandırılsın.

6. Ayrı-ayrı ixtisas qrupları üzrə deyil, bütün qrupları əhatə edən vahid “Minimal Bilik balı” təyin edilsin.

7. “Səhv cavab düz cavabı vurur” prinsipi aradan qaldırılsın ki, abituriyent bütün suallara “Birdən səhv olar” tərəddüdü etmədən cavab versin.

8. Abituriyentlərə yalnız bir ixtisas, bir ali təhsil məktəbi seçmək hüququ verilsin. (Bazar deyil ki, badımcanın yaxşısını, bahasını ala bilməyəndə gedib ucuzun, çürüyün tapıb alasan. Nəticədə də deyəsən ki,nə olsun pisdir, adı ki, badımcandır)

9. TQDK-nın səlahiyyətləri bir az da artırılsın. Hər kursda vahid semestr imtahanları və dövlət imtahanı TQDK tərəfindən aparılsın.

10. Kəsilənlər ali məktəbdən xaric edilsinlər. (Narahat olmayın insan haqları pozulmur.)

11. Baloniya sistemi balona qoyulub ağzı bağlansın və Xəzər dənizinə atılsın.

12. Əvvəlcədən planlaşdırma nəzərdə tutulsun. Yəni tələb bilinsin. Amma sonda kəmiyyət keyfiyyəti yox, keyfiyyət kəmiyyəti müəyyənləşdirilsin.

13. Bundan sonra Ali təhsillilər barmaqla göstərilsin.

Bu mənim təkliflərimdir. Özəl fikirlərimdir. Əgər müstəqillik qazandıqdan 24 il sonra təhsilin bütün sahələrində nəyəsə nail olmaq istəyiriksə məncə bunlardan başlasaq yaxşı olar. Cəmiyyətdə biliklinin, savadlının yeri də bilinər, qiyməti də. Ən əsası isə Təhsil naziriliyi ilə TQDK bir olsa dağı yerindən oynadar. Əlbəttə ki, ayrı-ayrı müstəqil qurumlar qalmaq şərtiylə.

LƏTİFƏLƏR

Ali məktəbə daxil olanlar auditoriyada ilk dərslərinə yığışırlar. Bir-biriylə tanış olurlar:

– Sən qəbul imtahanından neçə bal toplamısan?

– Nə böyük fərqimiz var?

– Nə fərqimiz var ki? İkimiz də tələbəyik.

– Ay bala, niyə oxumursan? 670 bal toplamısan e instituta girəndə. İndi isə üçü güclə alırsan.

– Ata, 670 balı toplamaq üçün düz beş il altı müəllim yanına getdim. Söz də verdin ki, instituta girsəm maşın alacaqsan. Mən də çalışdım sözümü tutdum. Sən də çox sağ ol. İki dənə də qurban kəsdiniz. İndi də müəllim tut, mükafat kimi maşın, ev söz ver . Gör necə oxuyuram. Bir şərtlə semestr imtahanlarını TQDK aparsın.

– Deyirlər bu il Azərbaycanda geydirmə ali məktəblər bağlanacaq.

– TQDK keçid balını 450-yə qaldırıb.

– Aaaa. yazıq analar. Bəs qızlarına nə cehiz verəcəklər? Toyda oğlan evindən aldıqları “Başlığ”ın da qiyməti düşəcək.

– Deyirlər QAİ balları yığışdırıb.

– Bal sürücülər arasında şəkər xəstəliyinin artmasına səbəb olurmuş.

– Onda tələbələrə maşallah olsun. Bütün günü Baloniya istehsalı olan bal toplayırlar. Nə şəkərləri qalxır, nə də komaya düşürlər.

Qabiliyyət imtahanları və 5-ci qrup haqqında ətraflı məlumat

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Bu ixtisaslar “Abituriyent” jurnallarında * və ** işarələri ilə qeyd edilmişdir.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağdakı 5 istiqamətə daxildir.
– Təsviri sənət
– Musiqi sənəti
– Memarlıq və dizayn
– Teatr, kino və xoreoqrafiya sənətləri
– Bədən tərbiyəsi və idman

Ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.

Ali təhsil müəssisələrinin Memarlıq və dizayn istiqamətli xüsusi qabiliyyət tələb edən Memarlıq və Dizayn ixtisasları I ixtisas qrupuna daxildir.

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

I ixtisas qrupuna daxil olan memarlıq və dizayn ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Həmin imtahanın nəticələrinə əsasən qabiliyyət imtahanlarında iştirak edirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (bundan sonra – QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abitu¬riyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahanlarına buraxılırlar.

Abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, III və ya IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər. Bundan əlavə abituriyent V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən (cari ilin abituriyenti isə buraxılış imtahanının nəticələrinə əsasən) orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağdakı 5 istiqamətə daxildir.
– Təsviri sənət
– Musiqi sənəti
– Memarlıq və dizayn
– Teatr, kino və xoreoqrafiya sənətləri
– Bədən tərbiyəsi və idman

Orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (bundan sonra – QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işlərini təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında topladıqları ümumi balları TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda qabiliyyət imtahanlarına buraxılırlar.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağdakı 4 istiqamətə daxildir.
– Təsviri sənət
– Musiqi sənəti
– Teatr, kino və xoreoqrafiya sənətləri
– Bədən tərbiyəsi və idman

Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər əvvəlcə TQDK tərəfindən yaradılmış Qeydiyyat Komissiyalarında qeydiyyatdan keçirlər. Müəyyən ixtisalar üzrə TQDK tərəfindən keçirilən seçmə turlarda iştirak edirlər. Seçmə turdan müvəffəqiyyətlə keçənlər həmin ixtisaslar üzrə müsabiqəyə buraxılır.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat “Abituriyent” jurnallarının müvafiq saylarında verilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, imtahanlara hazırlaşmaq üçün ədəbiyyat siyahıları, imtahan biletlərinə aid nümunələr hər il TQDK tərəfindən nəşr edilən “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr, kino və xoreoqrafiya sənətləri”, “Bədən tərbiyəsi və idman” vəsaitlərdə verilir.

Ədəbiyyat TQDK

1.Ədəbiyyat TQDK Test toplusu-10 azn
2.Ədəbiyyat TQDK Dərs vəsaiti- 5 azn

Bakı 3 Noyabr 2017 8596 dəfə
N

Nihad

Elan silinmişdir
Seçilmişlərə əlavə et

Oxşar Elanlar

Dərslik “Riyaziyyat TQDK”

5 11 Mart

Mostbet – ən etibarlı bukmeyker

Mostbet Reklam

Ədəbiyyat hazırlığı kursu

55 22 Yanvar

Azərbaycan dili və ədəbiyyat müəlliməsi

30 6 Fevral

Ədəbiyyat kursu

60 6 Fevral

Obyekt İcarəyə verilir

700 12 Mart

Test topluları

1 13 Mart

Abituriyent hazırlığı

150 22 Yanvar

Ofis İcarəyə verilir

950 13 Fevral

Ищу работу Репетитор

50 12 Mart

İnglis dilli ədəbiyyat

15 22 Yanvar

“Ədəbiyyat” dərs vəsaiti

10 14 Mart

Kimya kursu

45 22 Yanvar

Tarix kursu

45 22 Yanvar

Rus dili fərdi hazırlıq

70 5 saat əvvəl

Coğrafiya kursu

45 22 Yanvar

Azərbaycan dili hazırlığı kursu

45 22 Yanvar

Fizika hazırlığı kursu

45 22 Yanvar

Biologiya hazırlığı

45 22 Yanvar

Ödənişli xidmətlər

Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!

Ödənişli xidmətlər

Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!

Elanı sil

Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim

Telefon: (012) 566-74-58

Haqqımızda

Yardımçı linklər

Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır

© UcuzTap bir şirkət məhsuludur

Comments are closed, but trackbacks and pingbacks are open.