İngilis dili testləri
Kainat
Ingilis dili test banki 2 ci hisse cavablari
Daha çoxu Fizika yeni test toplusu 2019 CAVABLAR (2-ci hissə) | HD ▻ x-vid.net/video/wSvmopHVOuY/видео.html Ədəbiyyat yeni test .
İngilis dili 2-ci hissə test toplusu cavabları – 2019 (DİM)
Просмотров 481 тыс. 3 года назад
İngilis Dili yeni 2019 test toplusu ( 1-ci hissə) CAVABLAR | HD
Просмотров 395 тыс. 3 года назад
. ingilis dili test toplusu yiyelik hal, ingilis dili test toplusu 2ci hisse, ingilis dili test toplusu 2 hisse cavablari, ingilis dili test toplusu .
İngilis dili güven neşriyyatı 11 ci sinif cavabları 2020
Просмотров 331 тыс. 2 года назад
güvenneşriyati #guven #testcavablari #ingilisdili.
DİM İNGİLİS DİLİ 1Cİ HİSSƏ TOPLU LİSTENİNG TESTLƏR(1-7)
Просмотров 223 тыс. 3 года назад
Mən Osmanlı Rəvan, Bu gün sizə ingilis dili yeni test toplusu listening testlərini paylaşdım. Belə videoların çox gəlməsi üçün like .
İngilis dili Prepositions Toplu izah (1-138 tests)
Просмотров 208 тыс. 2 года назад
IX, X, XI siniflər üçün hazırlıq – Sumqayıt şəhəri (Əlaqə: 0553959796) Buraxılış Sınaq 1 x-vid.net/video/pWCHCQTbbwQ/видео.html Buraxılış .
İngilis dili testləri
Bu bölmədə siz Bilikli.net test bankına aid 1000-lərlə ingilis dili testləri ilə tanış ola, onların düzgün cavablarına baxa, həmçinin uyğun dərslərinin qısa formasını oxuya bilərsiniz. bilərsiniz. Testləri həm müxtəlif çətinlik dərəcələri üzrə, həm konkret imtahan formatları üzrə, həm də bir-bir sıra ilə həll edə bilərsiniz. Bölmə kimlər üçün yararlı ola bilər:
- İngilis dili biliklərini yoxlamaq və artırmaq istəyən hər kəs üçün
- Magistratura imtahanına hazırlaşanlar üçün
- İngilis dili testlərinin istifadə edildiyi digər bütün növ imtahanlara hazırlaşanlar üçün
Metod 1-də testləri müxtəlif say və çətinlik dərəcələri üzrə, Metod 2-də konkret seçim və imtahan formatları üzrə, Metod 3-də ingilis dili üzrə çətinlik dərəsəci və mövzular üzrə həll edə bilərsiniz.
Metod 1: Say və çətinlik dərəcəsini seçməklə sınaq testləri
Burada sual sayı və çətinlik dərəcəsini özünüz təyin edə bilirsiniz. Say və çətinlik dərəcəsini seçdikdən sonra başlat əmrini verin. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda FƏRQLİ suallar təqdim edilir.
Metod 2: Hazır seçimlərdən istifadə etməklə sınaq testləri
Hazır seçimlərdən istifadə etməklə real imtahana nə dərəcədə hazır olduğunuzu bu metod ilə yoxlaya bilərsiniz. Bu seçimdə eyni sınağa hər dəfə daxil olanda FƏRQLİ suallar təqdim edilir.
İngilis dili – Artikl testləri
Bu bölməmizdə sizlərə ingilis dili qrammatika qaydalarında A / An / The artiklları üzrə testlər paylaşdıq. İngilis dili artikl üzrə qrammatik mövzuları aşağıda sizlər üçün paylaşdığım keçidlərdən əldə edə bilərsiniz.
İngilis dili artikllar üzrə testlərə başlamazdan əvvəl aşağıda verilən ingilis dili artikl ( a / an və the ) üzrə qaydalara nəzər yetirməyiniz tövsiyə olunur.
Artikl : A, An, The
Bu məqaləmizdə İngilis dilində ən çox istifadə olunan Articles : A, An, The mövzusundan bəhs edəcəm. Articles : A, An, The haralarda və necə istifadə edilir? Ətraflı şəkildə bu mövzu üzərində dayanmağa çalışacağız.
Bu linkə Click edərək artikl mövzusu üzrə video dərsliyə baxa bilərsiniz
1- INDEFINITE: (QEYRİ – MÜƏYYƏN ARTİKL): “a” – “an”
İsimlər samit bir hərf ilə başlayarsa; ismin əvvəlinə (a), isim sait bir hərflə başlayırsa o zaman (an) gətirilir. Bu qaydaya bağlı olaraq diqqət edilməsi vacib iki vəziyət vardır.
- “a” və “an” artiklı heçvaxt tək başına gələn bir sifət ya da zərfin əvvəlində istifadə olunmur; tamamlayıcı bir isim olmalıdır.
- “a” və “an” artiklı cümlə içində hər hansı bir mənanı ifadə etdiyi üçün mütləq tək olmalıdır.
A banana
Bir banan
A child
Bir uşaq
A book
Bir kitab
An apple
Bir alma
An example
Bir nümunə
An engineer
Bir mühəndis
A blue (sifət) whale (isim)
Mavi bir balina
A red (sifət) house (isim)
Qırmızı bir ev
A really (zərf) big (sifət) plane
Çox böyük bir təyyarə
An extremely (zərf) tall (sifət) building
Son dərəcə hündür bir bina
I have a car
Mənim bir maşınım var.
Can you give me a pencil?
Mənə bir qələm verə bilərsən mi?
I eat an apple
Mən bir alma yeyirəm.
A notebook
Bir dəftər
A table
Bir stol
A dog
Bir it
A cat
Bir pişik
A glass
Bir stəkan
An orange
Bir portağal
An egg
Bir yumurta
An apartment
Bir mənzil
“a” və “an” artiklı istifadəsində qarışdırılan ən əsas nöqtə isə tələbələrin “a” və “an” əlavəliklərini sözlərin yazılışına bağlı olaraq cümlə içində istifadə etmələridir.
Halbuki “a” və “an” istifadə formasının ardından gələn ismin yazılışı deyil oxunuşuna bağlı olaraq istifadə edilməlidir.
Məsələn İngilis dilində saat mənasına gələn ‘’hour’’ sözü, hər nə qədər samit bir hərflə başlasa da ‘’aur’’ formasında tələffüz edilir. Bu vəziyyətdə isə;
a hour – istifadə forması səhvdir
an hour – istifadə forması isə düzgündür.
Cəm isimlərlə qətiyyən istifadə edilməyən ‘’a və an’’, eyni zamanda sayılabilməyən isimlərlə də istifadə olunabilməz. .
Məsələn; weather, water yaxud milk kimi isimlər İngilis dilində sayılabilməyən sözlər olduğu üçün ‘’a ya da an’’ gətirilmir.
Bir digər nümunə olaraq samit bir hərflə başlayan ‘’university’’ sözü, ‘’yuniversity’’ olaraq oxunduğu üçün əvvəlinə an deyil a hissəciyi gətirilməlidir.
an university – istifadə forması səhvdir.
a university – istifadə forması isə düzgündür.
2-DEFINITE: (MÜƏYYƏN ARTİKL) “THE” istifadə olunur.
‘’A və an’’ istifadə formalarında istifadə etdiyimiz stəkan (glass) nümunəsini “the” içində versək; əgər hərhansı bir stəkandan bəhsetsək ‘’a yaxud an’’ istifadə edilir ancaq müəyyənləşmiş ( bilinən) bir stəkanı deyiriksə ‘’the’’ article istifadə olunması lazım gəlir.
Bundan əlvə ‘’the’’, ‘’a ve an’’ article sözlərinin əksinə rəqəmsəl bir dəyər ifadə etməz. Bu səbəblə ‘’the’’ həm tək həm də cəm isimlərlə də istifadə olunabilir.
The glasses
Stəkanlar
The glass
Stəkan
Təbiət, havanın vəziyyəti, zaman ilə əlaqəli sözlərin başında ‘’the’’ istifadə olunur.
The sea
Dəniz
The world
Dünya
The earth
Yer kürəsi
The rain
Yağış
The weather
Hava
The wind
Külək
The universe
Kainat
The past
Keçmiş
The future
Gələcək
Dağlar, çaylar, dənizlər, okeanlar, adalar kimi coğrafi adların başında ‘’the’’ istifadə olunur.
The Alps
Alp dağları
The Black Sea
Qaradəniz
The Bahamas
Bahamalar
Comments are closed, but trackbacks and pingbacks are open.