Tqdk ingilis dili lüğt
– She is at the store. (O mağaza da dır.)
Prepositions – Sözönləri
Azərbaycan türkçəsində sözlərin sonuna gətirdiyimiz və hərəkətimizə (xəbər vəya fel) məna olaraq yer, yön ( istiqamət) və fərqli xüsusiyyətlər qazandıran əlavəliklər olan ədatlar ( sözönləri) , İngilis dilində prepositions olaraq adlandırılmaqdadır.
Ən vacib fərq, Azərbaycan türkçəsində sonda gələn bu əlavəliklər İngilis dilində isimlərin əvvəlinə gəlməsidir. Məsələn
Azərbaycan türkçəsində “ bağçada ” sözünə nəzər yetirsək, burada əvvəlcə bağça ismi və ardından – da ədatı ( sözönü) istifadə olunur. Ancaq İngilis dilində əvvəlcə in preposition’ı və daha sonra garden ismi sıralanaraq in garden olaraq əmələ gəlir.
İngilis dilində ən çox istifadə olunan sözönlərini izahlandıracaq və nümunələr vermiş olsaq;
in: -də, –da, içində
- in the train: qatarda
- in my bag: çantamda, çantamın içində
- in the restaurant: restoranda
- in the fridge: soyuducuda, soyuducunun içində
in eyni zamanda illərdən , aylardan və əsrlərdən əvvəl istifadə olunur;
in sözönünün bir digər xüsusiyətidə də səhər , günorta və axşam zaman formalarını müəyyən edərkən istifadə olunmasıdır;
- in the morning: səhər vaxtı (səhər vaxtı içində)
- in the afternoon: günortadan sonra (günorta vaxtı içində)
- in the evening: axşam vaxtı (axşam vaxtı içində)
in eyni zamanda müəyyən bir zaman dilimi içərisində müddət bildirərkən içində və sonra mənasında da istifadə olunur;
- in two weeks: iki həftə içində, iki həftə sonra
- in two hours: iki saat içində, iki saat sonra
- in two months: iki ay içində, iki ay sonra
on : -də, -da, üzərində, üstündə
on sözönünün ilk mənası konkret olaraq üzərində, üstündədir . Çox zaman düz səthlərdən bəhsedərkən on ədatından (sözönü) daha çox istifadə edirik.
- on the table: stolun üstündə
- on the roof: damın üstündə
- on Republic Street: Respublika küçəsində (küçənin üstündə)
on eyni zamanda günlərdən əvvəl gəlir;
- on Monday: Bazar ezərtəsi
- on 7th of May, 1992 (1992 ci ilin 7 Mayında, bu nümunə də il də olmasına baxmayaraq, vurgulanan zaman dilimi gün olduğu üçün on istifadə etməliyik.)
- on my mother’s birthday: anamın doğum günündə
at : -də, -da
at sözönünün ən bilinən xüsusiyəti saatlardan əvvəl istifadə olunmasıdır;
Tam günorta vaxtı və gecə zaman dilimləri üçün at istifadə edirik;
- at noon: günorta vaxtı
- at night: gecə (gecə müddətində mənasında)
Müəyyən tətillərdən əvvəl at istifadə edirik;
to :-ə, -a
To sözönü İngilis dilin ən çox istifadə olunan sözönlərindən biridir. İstiqamət bildirir;
for : üçün, -dir, -dır
For sözönüsünün ilk mənası bir şey üçün ’dür ;
For ədatı müəyyən bir müddətdir, zamandır mənasındada istifadə olunur;
of : -(n)in, -(n)ın
of sözönü İngilis dilinin ən çox istifadə olunan sözönlərindəndir. Mənsubiyyətlilik bildirir;
- colour of the house: evin rəngi
- picture of my cat: pişiyimin rəsmi
of ədatı miqdar müəyyən edərkən ölçü vahidi və əşyanın arasına girir;
- two bottles of milk: iki butulka süt
- a piece of cake: bir parça tort
until : …qədər
until ədatı bir yerə qədər ya da bir zamana qədər mənasını verir;
- until June: İyuna qədər
- until 3 o’clock: saat 3’ə qədər
- until the King Street: King Küçəsinə qədər
- until last month: keçən aya qədər
- until the evening: axşama qədər
under : altında
under sözönü həm konkret həm də mücərrəd olaraq altında mənasında istifadə olunur;
- under the table: masanın altında
- under pressure: təzyiq altında
with : ilə
- with you: səninlə
- with my friends: dostlarımla
- with some support: biraz dəstək ilə
by : ilə, yanında, qədər
by birçox fərqli məna daşıyan bir sözönü olmasına baxmayaraq, funksiyası başa düşüldüyündə istifadəsi olduqca asandır.
By ədatının ilk mənası gələcəkdə bir zaman diliminə qədər ’dir;
- by tomorrow: sabaha qədər
- by this time next year: gələcək il bu zamana qədər (ən gec mənada.)
By ədatının bir digər mənası ilə’dir. Nəqliyyat vasitələr ilədə istifadə olunur.
By sözönü bir digər mənası yanında (n))dır.
- by the door: qapının yanında
- by your house: evinin oradan, evinin yanından
- by the lake shore: göl kənarında
İngilis dilində sözönlərinin çox dəyişik formaları vardır. Bu səbəbdən sözönlərinin öyrənilməsi üçün mütləq nümunələr üzərindən işləmək lazımdır. Azərbaycancası bəzən fərqli olacağından Azərbaycan dilində izahlı İngliscə nümunələr üzərindən işləmək daha faydalı olar.
Yer bildirən sözönləri
• Across
– Her house is across the street. (Evi küçənin qarşısındadır )
– They live across the street from you. (Sizin qarşınızdakı küçədə yaşayırlar.)
• After
– The first street after the bridge is our street. (Körpüdən sonrakı ilk küçə bizimkidir.)
– Put a period after each sentence. (Hər cümlədən sonra bir boşluq qoyun.)
• Against
– His bicycle was leaning against the fence. (Velosipeti hasar a qarşı söykənirdi.)
– Don’t lean against the stove. (Soba ya qarşı söykənmə.)
• Among
– The house is among pine trees. (Ev şam ağaclarının arasında .)
– The letter might be among those papers. (Məktub bu kağızların arasında olabilər.)
• Around
– The shop is just around the corner. (Mağaza elə oradaca tinin çevrəsindədir ( ətrafında ).)
– Let’s take a walk around the park. (Gəlin parkın çevrəsində yürüyüş edək.)
• At
– She is at the store. (O mağaza da dır.)
– She is a student at a small university. (O, balaca bir universitet də tələbədir.)
• Before
– I have your assignment before me now. (İndi bu dəqiqə ev tapşırığın qarşımdadır .)
– In giving dates, place the month before the day. (görüş verərkən gündən əvvəl ayı yazın .)
• Behind
– The garage is behind the house. (Garaj evin arxasında .)
– There is something behind the tree. (Ağacın arxasında birşey var.)
• Below
– They live in the apartment below yours. (Onlar sizin mənzilin aşağısındakı mənzildə yaşıyırlar.)
– This land is below sea level. (Bu ərazi dəniz səviyyəsinin aşağısındadır .)
– Your grade is below average. (Qiymətlərin ortalamanın aşağısındadı .)
• Above
– This city is three thousand feet above sea level. (Bu şəhər dəniz səviyyəsindən üç min fit yuxarıda yerləşir.)
– Your name is above mine on the list. (Sənin adın siyahıda mənimkinin üstündədi .)
• Between
– His house is between the bank and the school. (Onun evi bankla məktəbin arasındadır .)
– Helen is sitting between Jack and Tom. (Helen Jack ilə Tom arasında oturur.)
• By
-• The matches are over there by the cigarettes. (Kibritlər orada siqaretlərin yanındadır .)
– That house by the lake is her dream house. (Gölün yanındakı bu ev onun xəyalındakı evdir.)
• In
– She is sitting in a leather chair in the lobby. (O, lobidə dəri bir stul da oturur.)
– She was sleeping in an armchair. (O bir kreslo da yatırdı.)
– She lives in a small village. (O balaca bir kən də yaşayır.)
• In front of
– The ball stopped in front of the car. (Top maşının qarşısında durdu.)
– There is a car parked in front of my house. (Evimin qarşısında saxlanmış( park edilmiş) bir maşın var.)
• In back of
– Helen is standing in back of Martha. (Helen Martha’nın arxasında dayanır.)
• Inside
– It is warmer inside the house. (Evin içi daha istidir.)
– These plants should be kept inside the house. (Bu bitkilər evin içində muhafizə edilməlidir.)
• Beside
– The napkin is placed beside the plate. (Salfetka boşqabın yanına qoyulur.)
• Near
– You shouldn’t smoke near gasoline. (Gazolinin yaxınında siqaret çəkməməlisən.)
– They are sitting near the window. (Onlar pəncərənin yanında otururlar.)
• On
– She sat on the sofa. (O divanın üstündə oturdu.)
– Put a stamp on the envelope. (Zərfin üzərinə pul yapışdır.)
– He found the book on the table. (Masanın üzərində bir kitap tapdı.)
• On top of
– She wants whipped cream on top of her pie. (O, peroqun üstünə krem istiyir.)
– The carpenter is on top of the house. (Təmirçi evin üzərində .)
• Opposite
– The school is opposite the park. (Məktəb parkın qarşısındadır .)
• Outside
– There’s a bird’s nest outside my window. (Pəncərəmin çölündə bir quş yuvası var.)
– The flowers were left outside the house all night. (Çiçəklər bütün gecə evin çölünə qoyuldu.)
• Over
– The window is over the radiator. (Pəncərə radyatorun üzərindədir .)
– A plane flew over the school at noon. (Günorta məktəbin üstündən bir təyyarə keçdi.)
• To
– Martha went to school today. (Martha bugün məktəb ə getdi.)
• Under
– The dog is under the desk. (İt iş masasının altındadır .)
– Put it under the table. (Masanın altına qoy.)
• Underneath
– The book is underneath the papers. (Kitab kağızların altında .)
• Up
– I saw her walking up the street. (Onu küçədən yuxarıya yeriyərkən gördüm.)
• Down
– There is a small restaurant a mile down the road. (Yolun bir mil aşağısında balaca bir restoran var.)
• Through
– She took a walk through the park. (Parkın içindən getdi.)
Yön bildirən sözönləri
• Across
– I am going across the street to see my friend. (Dostumu görmək üçün küçənin qarşısından gedirəm.)
• At
– The child threw a stone at the dog. (Uşaq it ə bir daş atdı.)
• By way of
– Can we drive to Agdash by way of Samakhı? (Ağdaşa Şamaxı üzərindən gedə bilərik?)
– You can go there by way of the Shirvan Canal. (Oraya Şirvan Kanalın dan keçib gedə bilərsən.)
• Into
– We saw her going into the theater. (Onu teatır a girərkən gördüm.)
– The dog ran into the room. (İt otağın içərisinə doğru qaçdı.)
• Down
– We saw you walking down Oxford Street. (Səni Oxford küçəsindən aşağıya doğru gəzərkən gördük.)
• Out of
– She took some money out of her purse. (Çantasın dan ( içindən) biraz pul çıxartdı.)
– The children ran out of the burning building. (Uşaqlar yanan bina dan qaçaraq çıxdılar.)
• To
– She went to the supermarket. (O süpermarket ə getdi.)
• Through
– The bird flew through the open window. (Quş açıq pəncərə dən uçub getdi)
• Towards
– This road leads towards the sea. (Bu yol dəniz ə doğru gedir.)
– He walked towards the post office. (O poçt məntəqəsin ə doğru etdi.)
• Up
– The fish were swimming up the river. (Balıq çaydan yuxarıya doğru üzürdü.)
Məqsəd/ Səbəb bildirən sözönləri
• For
Take this medicine for your headache. (Başının ağrısı üçün bu dərmanı at.)
• Of
– She died of a heart attack. (O, ürək tutmas ın dan öldü.)
• Due to
– More people are using public transportation due to the fuel shortages. (Yanacaq mənbələrinin azalmasıyla bağlı olaraq birçox insan artıq ümümi nəqliyyatdan istifadə edir.)
Zaman bildirən sözönləri
• About
– I think she will be away about a week. (Düşünürəm o təxminən bir həftə uzaqda olacaq.)
• After
– Would you please call after 9? (Zəhmət olmasa saat 9’dan sonra zəng edə bilərsinizmi?)
• Around
– I will get to my office around nine. (Ofisimə saat 9 arası çatacağam.)
• At
– She told me to meet her at six o’clock. (Saat 6′ da onunla görüşməmi söylədi.)
• Before
-You should take this medicine before mealtime. (Bu dərmanı yeməkdən əvvəl atmalısan.)
• By
– She should be back by seven. (Saat 7′ yə qədər qayıtmalıdı.)
• During
-I think I will be in Agdash during the winter. (Düşünürəm qış boyunca Ağdaşda olacağam.)
• Until
– I work from nine until five every day. (Hərgün saat 9’dan 5′ ə qədər işləyirəm.)
• In
– I can meet you in an hour. (Bir saat içində səninlə görüşəcəyəm.)
– She will graduate in 1989. (1989′ da məzun olacaq.)
Tərz bildirən sözönləri
• By
– I enjoy going there by bus. (Oraya avtobus la getməyi sevirəm.)
• In
– You can’t go to school in jeans. (Məktəbə jins lə gedə bilməzsən.)
• Like
– This boy is walking like a duck. (Uşaq ördək kimi yeriyir.)
• With
– She is writing with a pencil. (O bir qələm lə yazır.)
Mövzuyla əlaqəli İngilis dili TQDK tipli test sualları
Tqdk ingilis dili lüğt
İngilis dili müəllimi ingilis dilinin fonetika, lüğət və qrammatika sahələrində dil bilikləri və eləcə də, bu ölkənin ədəbiyyatını tədris iştirakçılarına öyrədən müəllimdir. İngilis dilini mədəniyyətlərarası ünsiyyət vasitəsi olaraq, Azərbaycan və dünya mədəniyyətinin nailiyyətlərini öyrənmək yolu kimi öyrədir, tələbələri fərqli bir dünyagörüşünün tolerant qavrayışına, yəni mədəniyyətlərin bərabərhüquqlu və bərabərliyini, ümumbəşəri dəyərlərin mövcudluğunu dərk etməyə hazırlayır. Peşə xarici dil və ədəbiyyatına maraq göstərənlər üçün uyğundur.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Şagirdlərin təhsil və təlim yollarını müəyyənləşdirmək üçün psixoloji və pedaqoji diaqnostika aparmaq;
- ➝ Tədris planına və öz dərs cədvəlinə uyğun olaraq tədris yükünə görə təyin olunan siniflərdə (qruplarda) fənn üzrə təməl və seçmə dərsləri həyata keçirmək;
- ➝ Müasir texnologiyalardan istifadə edərək, fərdin yaş inkişaf xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə hörmət hissi yaratmaq;
- ➝ Əmək funksiyasını vicdanla yerinə yetirmək;
- ➝ Əmək intizamına və etik davranış qaydalarına əməl etmək;
- ➝ Əmək qanunvericiliyinin tələblərini yerinə yetirmək;
- ➝ Dövlətin təhsil siyasətini yerinə yetirmək;
- ➝ Təhsil və tərbiyə alanların tədris və tərbiyə işini dövlət standartları səviyyəsində mənimsəməsi üçün zəruri şərait yaratmaq;
- ➝ Pedaqoji etikaya, əxlaqa riayət etmək, bilik və bacarığını şagirdlərdən və müəllim yoldaşlarından əsirgəməmək, tədrisin təşkilində yenilikləri yaradıcılıqla tətbiq etmək;
- ➝ Müəllim-şagird münasibətində mənəvi dəyərlərə hörmət etmək, tədris intizamına ciddi riayət etmək, KSQ və BSQ-lər zamanı, dərs məşğələləri zamanı obyektivliyə xələl gətirməmək;
- ➝ Metodiki və pedaqoji araşdırmalar aparmaq, tədris-metodik vəsaitlər hazırlamaq;
- ➝ Qoyulmuş əmək normalarını yerinə yetirmək.
- ➝ Əməyin mühafizəsi və əmək təhlükəsizliyinin təmin edilməsi üzrə tələblərə riayət etmək;
- ➝ Məktəbin əmlakına vicdanlı münasibət bəsləmək;
- ➝ İnsanların həyat və sağlamlığına və məktəbin əmlakının qorunmasına təhlükə yaradan hallar haqqında bilavasitə rəhbərliyə məlumat vermək;
- ➝ Digər işçilərin vəzifə öhdəliklərini yerinə yetirməsinə mane olmamaq;
- ➝ Özünü ləyaqətli aparmaq;
- ➝ Müntəzəm olaraq ixtisasının artırılması üzərində çalışmaq;
- ➝ Hər hansı bir səbəb üzündən işə çıxmaq mümkün olmadıqda isə dərhal bilavasitə rəhbərliyə (tədris işləri üzrə direktor müavininə, direktora) məlumat verməyə borcludur.
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Dillər Universiteti
- ➝ Azərbaycan Dövlət Pedaqoji Universiteti
- ➝ Bakı Slavyan Universiteti
- ➝ Bakı Qızlar Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
- ➝ Naxçıvan Müəllimlər İnstitutu
- ➝ Gəncə Dövlət Universiteti
- ➝ Sumqayıt Dövlət Universiteti
- ➝ Mingəçevir Dövlət Universiteti
- ➝ Lənkaran Dövlət Universiteti
- ➝ Xəzər Universiteti
- ➝ Odlar Yurdu Universiteti
- → “Naxçıvan” Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Müəllim kimi orta məktəblərdə, özəl liseylərdə;
- ➝ Magistr təhsili almaqla univsertetlərdə;
- ➝ Bir sıra özəl kurslarda;
- ➝ Əgər tərcüməçiliyə maraq varsa, tərcüməçi kimi.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ Nitq (disursiv): şifahi və yazılı nitqdə ingilis dili normasına uyğun olaraq ifadələr və mətnlər yaratmaq üçün dil vasitələrindən kifayət qədər istifadə etmək bacarığı;
- ➝ Sosiolinqvistik: ünsiyyət vəziyyətinə uyğun olaraq dil vasitələrindən istifadə etmək bacarığı;
- ➝ Sosial-mədəni: İngilis dilli ölkələrin milli və mədəni xüsusiyyətləri haqqında bilikləri tətbiq etmək bacarığı;
- ➝ Təşkilatçılıq qabiliyyətləri : Bu qabiliyyət müəllimin uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünü göstərir.
- ➝Didaktik qabiliyyətlər: Buraya tədris materialını, əyani vasitələri, avadanlıqlığı seçmək və hazırlamaq, tədris materialını başa düşülən şəkildə, aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək, idrakı maraqların və mənəvi tələbatların inkişafını stimullaşdırmaq, tədris-idrak fəallığını yüksəltmək və s. konkret bacarıqlar daxildir.
- ➝ Perspektiv qabiliyyətlər: Bu, şagirdlərin daxili aləmini görmək bacarığında, onların emosional vəziyyətini obyektiv qiymətləndirməkdə, psixikanın xüsusiyyətlərini üzə çıxarmaqda özünü göstərir.
- ➝ Kommunikativ qabiliyyətlər: Bu qabiliyyətlər müəllimin şagirdlər, onların valideynləri, həmkarları, tədris müəssisəsinin rəhbərliyi ilə pedaqoji cəhətdən məqsədyönlü münasibət yarada bilməsində özünü göstərir.
- ➝ Suqqestiv (təlqinedici) qabiliyyətlər: Bu, şagirdlərə emosional-iradi təsir göstərməkdən ibarətdir.
- ➝Tədqiqatçılıq qabiliyyətlər: Bu, pedaqoji situasiyaları və prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığında özünü göstərir.
- ➝ Elmi – idrakı qabiliyyətlər: Bu, seçdiyi sahə üzrə elmi bilikləri mənimsəmə qabiliyyətidir.
- ➝ İnformasiya – Kommunikasiya Texnologiyalarından istifadə bacarıqları;
- ➝ İngilis dili səviyyəsi ən azından A2(Elementary)-B1(Pre-İntermediate) səviyyələrdə olmalıdır.
Qeyd:Müəllim praktiki fəaliyyət üçün bu qabiliyyətlərin hamısı eyni dərəcədə vacib deyil. Son illərin elmi tədqiqatları göstərir ki, bu qabiliyyətlər içərisində “aparıcı” və “köməkçi” qabiliyyətlər vardır. Aparılan çoxsaylı sorğuların nəticələrinə görə didaktik, təşkilatçılıq qabiliyyətləri aparıcı qabiliyyətlərə aid edilir, qalanlar isə köməkçi qabiliyyətlər hesab olunur.
İxtisasın gələcəyi
Əvvəlki illərlə müqayisədə indi müəllimlik ixtisasına maraq ildən-ilə artmaqdadır. Xüsusən, son illər bu peşə sahiblərinin əməkhaqlarındakı ciddi artım, eyni zamanda müəllimlərin işə qəbul və iş prosesində yaranan problemlərin həlli üçün yaradılan İnsan Resursları mərkəzi, müəllim nüfuzunun qorunmasında və artmasında müsbətə doğru atılan addımlardan biri oldu.
Əmək haqqı
İxtisas üzrə maaşlar aylıq əməkhaqqının onun fəaliyyət prosesinin müddətindən asılı olaraq, həftəlik dərs yükünə görə təyin edilir.
- ➝ Pedaqoji təcrübə 3 ilə qədər olduqda- 462 AZN
- ➝ Pedaqoji təcrübə 3 ildən 8 ilə qədər olduqda- 496 AZN
- ➝ Pedaqoji təcrübə 8 ildən 13 ilə qədər olduqda 522 AZN
- ➝ Pedaqoji təcrübə 13 ildən 18 ilə qədər olduqda 554 AZN
- ➝ Pedaqoji təcrübə 18 ildən çox olduqda – 594 AZN təşkil edir.
Özəl liseylərdə məvaciblər daha yüksək ola bilər.
İngilis dilinin qrammatikası
Aşağıdakı hallarda coğrafi adların qarşısında the artiklı işlədilmir:
Körfəz adlarının qarşısında: Hudson Bay, Mexico Gulf.
İstisna:Lakin körfəz adlarının “of” sözönü ilə düzəldilən birləşmələrində the artiklı işlədilir: the Gulf of Mexico və s.
Yarımada adlarının qarşısında (yalnız yarımadanın adını çəkdikdə): Kamchatka, Kola, Absheron.
Lakin Yarımada adları peninsula (yarımada) sözü ilə birlikdə işlədildikdə onların qarşısında the artiklı işlədilir: The Absheron Peninsula, The Kola Peninsula…
Davamı →
Artiklın işlənməsi
- İngilis dilinin qrammatikası
- 27 aprel 2018, 20:15
Sıra saylarının qarşısında the artiklı işlədilir: the first, the second.
Qeyd: “at + sıra sayı” kombinasiyasında the artiklı işlədilmir: • At first I did not like her, but in the end we became good friends. (İlkin olaraq mən onu xoşlamırdım, amma sonda biz dost olduq.)
in + the + morning/afternoon/evening • Where do you go in the evening? (Sən axşamlar hara gedirsən?)
Müəyyən sosial qrupu və ya sinifi ifadə edən isimlərin qarşısında: the aristocracy, the nobility, the bourgeoisie, the intelligentsia, the public, the proletariat, the peasantry, the common people…
Davamı →
Artikl
- İngilis dilinin qrammatikası
- 27 aprel 2018, 20:01
Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində artikl adlı qrammatik forma mövcuddur. Artikl əsasən ismin əlamətidir. Artiklın iki növü vardır:
1. Qeyri-müəyyənlik artiklı → a/an
“a/an” yalnız təkdə olan sayıla bilən və sifətlə təyin edilən mücərrəd isimlərlə işlədilir. Dilimizdə əsasən “bir/hər hansı bir” mənalarında fərz edilə bilər:
a + samit → a book, a pen və s.
an + sait → an apple, an egg və s.
2. Müəyyənlik artiklı → the
Davamı →
İngilis dilində atalar sözləri
- İngilis dilinin qrammatikası
- 11 mart 2012, 10:18
Bizim universitetin I semestrin ingilis dili imtahanında atalar sözləri də var idi, sayı 88 idi və mən bunu fakültə uşaqları üçün qeyd şəklində yazmışdım tərcümələri ilə. Məncə, bura da yazsam, faydalanarsınız:
«1) Honesty is the best policy.
Düzlük ən yaxşı siyasətdir.
2) Appetite comes with eating.
İştaha diş altındadır.
3) Never hit a man when he is down.
Yıxılana balta vurmazlar.
4) Two heads are better than one.
Ağıl ağıldan üstündür.
Ardı →
Qayıdış əvəzliyi
- İngilis dilinin qrammatikası
- 31 mart 2010, 15:17
REFLEXİVE PRONOUNS
Müаsir Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilindә dә qаyıdış әvәzliyi аdlаnаn хüsusi qrup әvәzliklәr vаr. Bu qrupа dахil оlаn әvәzliklәrin hаmısı düzәltmә sözlәrdir: birinci vә ikinci şәхs tәk vә cәm qаyıdış әvәzliklәri müvаfiq yiyәlik әvәzliklәrinin, üçüncü şәхs tәk vә cәm qаyıdış әvәzliklәri isә оbyеkt hаldа şәхs әvәzliklәrinin sоnunа -self (-selves) mоrfеmi әlаvә еtmәklә düzәldilir, mәsәlәn: myself, yourself, ourselves, yourselves, himself, herself, itself, themselves.
Qаyıdış әvәzliklәri dә şәхs vә yiyәlik әvәzliklәri kimi, şәхs, kәmiyyәt vә üçüncü şәхs tәkdә cins kаtеqоriyаsınа mаlikdir. Bunа müvаfiq оlаrаq qаyıdış әvәzliklәri şәхsә, kәmiyyәtә vә üçüncü şәхs tәkdә cinsә görә fәrqlәnir. Bu fәrqlәri аşаğıdа vеrilmiş cәdvәldәn аydın görmәk оlаr.
| 1-ci şәхs | 2-ci şәхs | 3-cü şәхs | |||
| kişi cins | qаdın cinsi | Оrta cins | |||
| t ә k | myself | yourself | himself | herself | itself |
| c ә m | ourselves | yourselves | themselves |
Sual əvəzlikləri
- İngilis dilinin qrammatikası
- 25 mart 2010, 00:39
İNTERROGATİVE PRONOUNS
Müаsir ingilis dilindә аşаğıdаkı suаl әvәzliklәri vаrdır: who, whose, what, which.
Suаl әvәzliklәri хüsusi suаllаrdа işlәnir vә bir qаydа оlаrаq cümlәnin bаşlаnğıcındа durur, mәsәlәn:
Who is in the room? Whose book is this? What do you want? Which pen do you prefer?
1. Who suаl әvәzliyi.
Ardı →
Isimlәşmiş sifәtlәr
- İngilis dilinin qrammatikası
- 24 mart 2010, 11:04
Bəzәn bu vә ya digər sifәt ismin bir vә yа bir nеçә хüsusiyyәtini kәsb еdir. Mәsәlәn, isim kimi, sifәt dә cәm şәkilçisi qәbul еdir, hаllаnır vә s. Bunа sifәtin isimlәşmәsi dеyilir. Müаsir ingilis dilindә isimlәşmiş sifәtlәr iki qrupа bölünür:
1) tаmаm isimlәşmiş sifәtlәr (wholly substantivized adjectives) ;
2) nаtаmаm isimlәşmiş sifәtlәr (partially substantivized adjectives) .
Ismin bütün хüsusiyyәtlәrinә mаlik оlаn, yəni cәm vә hаl şәkilçisi qәbul еdәn, аrtikllа işlәnә bilәn sifәtlәrә tаmаm isimlәşmiş sifәtlәr dеyilir, mәsәlәn:
a native, the native, natives, a native’s flat.
Göründüyü kimi, native sifәti ismә xas оlаn bütün mоrfоlоji хüsusiyyәtlәri qәbul еtmişdir. O, qеyri-müәyyәnlik, müәyyәnlik аrtiklı ilә işlәnmiş, cәm vә hаl şәkilçisi qәbul еtmişdir. Bеlәlnklә, native sifәti tаm isimlәşmişdir.
Ardı →
Comments are closed, but trackbacks and pingbacks are open.