TQDK: 9 illik orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlanır
Qaydalara əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abituriyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər.
Tqdk kecid ballari 2016-2017 kolleclərə
2019-05-22 11:56:56
Kolleclərə qəbul üzrə minimal ballar – ŞƏRTLƏR
9 illik bazadaixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və Riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. AzEdu.az-abu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər. 11 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.(xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir). Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xatırladaq ki, 9 illik bazada kolleclərin ixtisas seçimi 24 iyul – 5 avqust, 11 illik bazada ixtisas seçimi 15 – 19 avqust tarixlərində keçiriləcək.
Nəzrin Rüstəmova
Bu bölməyə aid digər xəbərlər
Bu məzunlar üçün kolleclərə imtahan 14 mayda keçiriləcək
2023-03-14 12:20:33
Kolleclərdə oxuyan tələbələrə də möhlət hüququ verilsin – TƏKLİF
2023-03-14 10:26:57
Summativlərdə bir sual şagirdə necə bal qazandırır? – Səviyyə dərəcələri, hesablama qaydaları
2023-01-23 13:46:00
Gəncədə kollecdə baş verən yanğının səbəbi açıqlandı
2023-01-17 10:07:00
Direktor rüşvət alarkən cinayət başında yaxalanıb – RƏSMİ
2023-01-12 15:42:00
Nazir tibb kolleclərinin rəhbərlərinə tapşırıqlar verib
2022-11-15 17:08:00
Sabahdan kolleclərə qəbul olanlar üçün qeydiyyat başlayır
2022-10-04 14:30:00
Qəbul səviyyəsi çox aşağıdır, təcili həyəcan təbili çalınmalıdır- Ekspertdən müraciət
2022-10-02 17:48:00
Kolleclərə maraq 5 dəfə artıb-“Bu, faciədir” – Ekspertdən təklif
2022-09-15 17:05:00
Kolleclərə ixtisas seçiminə bu şəxslər BURAXILIR
TQDK: “9 illik orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlanır”
İyulun 8-dən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlanır və bu proses iyulun 18-dək davam edəcək. İxtisas seçimi internet vasitəsilə həyata keçirilir.
Feat.Az TQDK-nın rəsmi saytına istinadən xəbər verir ki, İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərşivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. 2016-2017-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.
Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədi ilə TQDK tərəfindən bu təhsil pilləsinə 2015-ci ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunmuşdur. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.
Bu il V qrupda minimum keçid balı neçədir? – TQDK-dan CAVAB
Məlum olduğu kimi, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Bu il ali təhsil müəssisələrinin Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.
Qaydalara əsasən, V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11-illik) təhsil səviyyəsini əvvəlki illərdə bitirən abituriyentlər qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər.
Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini bu il – 2016-da bitirən abituriyentlər isə qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə orta məktəblərdə verdikləri buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.
Artıq ölkə üzrə XI sinfi bu il bitirənlərin buraxılış imtahanları başa çatmaq üzrədir. Builki məzunların çoxu artıq buraxılış imtahanlarının nəticələrini bilir. Qeyd edək ki, buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Hər sualın düzgün cavabı 1 balla qiymətləndirilir.
Builki buraxılış imtahanlarını vermiş və müvafiq nəticə göstərmiş abituriyentlərin cavab tapmağa çalışdıqları əsas sual budur: V ixtisas qrupuna minimum keçid balı necə olacaq? Yəni V ixtisas qrupu üzrə müsabiqəyə hansı abituriyentlər buraxılacaqlar?
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib ki, orta məktəblərin buliki məzunları üçün V ixtisas qrupuna minimum keçid balı artıq məlumdur.
TQDK-nın aparıcı məsləhətçisi Xanlar Xanlarzadə bildirib ki, builki məzunlar üçün V ixtisas qrupunda minimum keçid balı 20 bal müəyyən edilib:
“Yeni yaradılan V ixtisas qrupuna qəbul olunmaq üçün builki məzun abituriyentlər minimum 20 bal toplamalıdırlar. Yəni Azərbaycan dilindən 8 bal, riyaziyyatdan 8 bal və xarici dildən 4 bal toplamaq tələb olunur”.
TQDK rəsmisi bildirib ki, bu 3 fəndən birindən sıfır bal toplayan abituriyentlər V ixtisas qrupu üzrə imtahanlardan kəsilmiş hesab olunacaq və qabiliyyət imtahanlarına buraxılmayacaqlar. (Modern.az)
Comments are closed, but trackbacks and pingbacks are open.