Press "Enter" to skip to content

Tqdk məntiq

4.2. Ehtiyat kadrlar vakant vəzifələrə təyin olunmaq üçün aşağıdakı qaydalara uyğun olaraq seçilirlər:

Çətin məntiqi suallar və cavabları ✅

Çətin olsada əslində hamımız məntiq testlərini xoşlayırıq. Bəzilərimizin isə məntiq ağrılı yeridi deye bilərik. Məsələn işə qəbul zamanı verilən məntiq sualları. Bəlkə də çoxumuz deyirik “bu işə məntiqin nə dəxli var axı. Məntiq sualları verirlər. Riyaziyyat imtahanına gedirem ya universitete? Iş üçün də məntiq olar?”. Çoxumuz da elə məntiq sualların yaza bilmirik. Ama bu suallara cavab vermək bizim həm IQ- ümüzü həmdə dünya görüşümüzü beynimizi nece işlədiyini göstərir. Yəni bizim haqda təsəvvür yaradır. Məntiq suallaına cavab axtaraekən diqqətli olmalı və bəzəndə gizli olanı tapmalıyıq. Bəzən cavab elə sualda olur. Əsas olan orda verilən giziliyi tutmaqdır. Təbii ki bu suallara baxan kimi cavab vermək mümkün deyil bəzəndə səbr lazımdı. Əgər öz məntiqinizə və IQ səviyyənizə güvənirsinizsə aşağıdakı suallara cavablara baxmadan cavablandırmağa çalışın.

1️⃣ Bir akvariumda 10 balıq var. 2 si boğuldu. 4ü üzür. 3 ü isə öldü. Akvariumda neçə balıq qalır?��

2️⃣ 3,8,11,19, 30,49? Sırada sual işarəsi yerinə ha sı rəqəm gələr? ��

3️⃣ Bəyaz adında bir heykəltaraş, Qars adında bir musiqiçi və Qırmızı adında bir rəssam kafedə görüşürlər. İçlərindən biri ” mənim saçım qara,birinizinki qırmızı, digərinizinki isə ağ.ama heçbirimiz in adı ilə saç rəngi tutmur” deyir. Bəyazçox haqlısan” deyə cavab verir. Rəssamın saç rəngi nədir?

4️⃣ Məzarın başında bir qız ağlayır. Məzarda yatanın anası ağlayan qızın anasının qaynanasıdır. Məzarda yatan, ağlayan qızın nəyidir? ��

5️⃣ 5 maşın 5 dəqiqə də 5 düymə istehsal edirsə, 100 maşın 100 düyməni neçə dəqiqədə istehsal edər?

6️⃣ Bir çobanın 17 i qoyunu var. Sürüdə xəstəlik oldu,9u ağır xəstələndi. Digərləri öldü. Çobanın neçə qoyunu var? ��

7️⃣ Ümid güzgünün qarşısına keçib sol gözünü sağ eliyle tutarsa, özünü güzgüdə sol gözünü hansı əli ilə tuturmuş kimi görür? ��

8️⃣ Tural 25 metrlik bir nerdivanla boya işi görərkən, bir anda ayağı sürüşər və yerə düşər. Ama nə ölməz nədə ağır şəkildə yaralanmaz. Bu necə olur? ��

9️⃣ Çox sadə sual��. Əlinizdə olan qırmızı daşı mavi dənizə atanız nə olar?

�� Əhməd ağlında x deyə bir rəqəm tutdu. Bunu ikiye vurdu və üstünə 10 gəldi. Sonra alınan rəqəmdən 10 u çıxdı. Sonra ikiyə böldü. Əhmədin ağlında tutduğu rəqəm neçədir? ��

1️⃣ 1️⃣ 27,31,? 32,29,33, 30.sual işarəsinin yerinə hansı rəqəm olmadır? ��

1️⃣2️⃣ 2-5×4+7=?��

✅ Sualların cavabları beledir:��

Cetin mentiqi suallar ve cavablari aşağıdakılardır.

  1. 10 balıq
  2. soldan başlayaraq 2 rəqəm toplanır sağa yazılır. Buna görə də sual işarəsinin yerinə 79 olmalıdır.
  3. qara
  4. bibisi
  5. 5 dəqiqədə
  6. 9 canlı qoyun
  7. sağ əli ilə
  8. çünki nərdivanın 1ci mərtəbəsindədi
  9. daş islanar və dibə batar
  10. İlk tutduğu ilə eynidir. Yəni x
  11. Əslində burda riyazi hesablama yada bilik lazım deyil. Rəqəmlərə diqqətlə baxsanız düzülüşün ardıcıllığını başa düşüb olmayan rəqəmi tapa bilərsiniz. Çatışmayan rəqəm 28.
  12. -11

2-5×4+7

5×4=20 2-20+7 7+2=9 9-20=-11.

Tqdk məntiq

İşə qəbulla əlaqədar 20 noyabr 2022-ci ildə keçiriləcək test imtahanında iştirak üçün Dövlət Vergi Xidməti bölməsinə daxil olun.

Qurumu seçin
Qaydalar haqqında

Qaydalar haqqında

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin və digər aidiyyəti hüquqi aktların müddəalarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin kadr ehtiyatına daxil edilməsi və ehtiyat kadrların idarə edilməsi məsələlərini tənzimləyir.

1.3. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Xidmət) insan resursları sahəsində təşkilati və nəzarət tədbirlərini həyata keçirən müvafiq struktur bölməsi (bundan sonra – müvafiq struktur bölmə) tərəfindən həyata keçirilir.

1.4. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi qaydaları, habelə namizədlərin dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmaması və müsabiqənin test imtahanı mərhələsindən azad edilməsi halları “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq tənzimlənir.

2. Sənədlərin qəbulu və yoxlanılması

2.1. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər elektron formada ərizə ilə ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) və məhkumluğun olmaması barədə arayışın surətini təqdim etməklə Xidmətə müraciət edir.

2.2. Ərizə Xidmətə daxil olduğu gündən 10 (on) iş günü müddətində müvafiq struktur bölmə tərəfindən namizədin təqdim etdiyi məlumatların bu Qaydaların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ilkin yoxlama aparılır və yoxlamanın nəticəsi barədə namizədin elektron poçt ünvanına müvafiq məlumat göndərilir.

2.3. Müsabiqənin müsahibə mərhələsini uğurla keçən namizədlərin işlə təmin olunmaları üçün müvafiq struktur bölmə tərəfindən 5 (beş) iş günü ərzində sənəd qəbulu aparılır və namizədlərdən aşağıdakı sənədlər tələb olunur:

2.3.1. şəxsiyyəti təsdiq edən sənədin surəti;

2.3.2. tərcümeyi-hal (blank Xidmət tərəfindən verilir);

2.3.3. kadrların şəxsi uçot vərəqəsi (blank Xidmət tərəfindən verilir);

2.3.4. 4×6 sm ölçüdə dörd ədəd, 9×12 sm ölçüdə bir ədəd rəngli fotoşəkil;

2.3.5. ali təhsil haqqında dövlət sənədinin (xaricdə təhsil almış namizədlər üçün təhsil haqqında sənədlərin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının) tanınması ilə bağlı müvafiq sənədin) notarial qaydada təsdiq olunmuş surəti;

2.3.6. əmək kitabçasının surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

2.3.7. sağlamlıq haqqında arayış;

2.3.8. narkoloji dispanserdən müayinə aktı və arayış;

2.3.9. məhkumluğun olmaması barədə arayış;

2.3.10. hərbi biletin və ya qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən möhlət hüququ verilməsini təsdiq edən sənədin surəti (qadınlar istisna olmaqla).

2.4. Müsabiqəni uğurla keçdikdən sonra bu Qaydaların 2.3-cü bəndində göstərilən sənədlərdən hər-hansı birini təqdim etməyən və ya təqdim etdiyi sənədlərdə elektron ərizədəki məlumatlardan fərqli məlumatlar təqdim edən namizədə zəruri sənədlərin 10 (on) iş günü ərzində təqdim edilməsi, əks halda kadr ehtiyatına daxil edilməyəcəyi barədə yazılı bildirişin göndərilməsi Xidmətin müvafiq struktur bölməsi tərəfindən təmin edilməlidir.

2.5. Bu Qaydaların 2.3-cü bəndində göstərilənlərdən əlavə digər sənədlərin tələb edilməsinə yol verilmir. Namizəd Xidmətin müvafiq struktur bölməsinə özünü xarakterizə edən əlavə sənədləri təqdim edə bilər.

3. Namizədin kadr ehtiyatına daxil edilməsi

3.1. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd kadr ehtiyatına daxil edilir və müvafiq ştat üzrə vakant yer yarandıqda namizəd həmin vəzifəyə təyin edilir. Namizəd ehtiyat kadr siyahısında 2 (iki) il müddətində saxlanılır.

3.2. Siyahıda ehtiyat kadrın müsabiqənin hər 2 (iki) mərhələsi üzrə nəticələri, ali təhsili, qeydiyyat və yaşayış ünvanları haqqında zəruri hesab edilən məlumatları göstərilir. Siyahı Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə daxil edilir və həmin sistemdə idarə olunur.

3.3. Namizədin kadr ehtiyatına daxil edilməsi onun digər müsabiqələrdə iştirakına və əmək hüquqlarının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmur.

4. Ehtiyat kadrlarla işin aparılması

4.1. Xidmətin müvafiq struktur bölməsi ehtiyat kadrların şəxsi işlərini mühafizə edir, onları icazəsiz tanış olmaqdan və surətlərinin çıxarılmasından qorumaq üçün müvafiq inzibati və texniki tədbirlər görür, ehtiyat kadrın müraciəti ilə onu şəxsi işindəki sənədlərlə tanış edir və müvafiq dəyişikliklərin aparılması üçün lazımi şərait yaradır.

4.2. Ehtiyat kadrlar vakant vəzifələrə təyin olunmaq üçün aşağıdakı qaydalara uyğun olaraq seçilirlər:

4.2.1. ehtiyat kadrlar siyahısından vakant vəzifələrə müvafiq olaraq müsabiqədə topladıqları ballar üzrə siyahı ardıcıllığına əsasən bir və ya bir neçə namizədin seçilməsi yolu ilə;

4.2.2. spesifik bilik və bacarıq tələb olunan sahələrə uyğun namizədlərin seçilməsi yolu ilə.

4.3. Bu Qaydaların 4.2-ci bəndində nəzərdə tutulmuş qaydada seçilmiş namizəd vakant vəzifəyə təyin edilməsi məqsədi ilə vakant vəzifənin mövcud olduğu struktur bölmənin və ya qurumun rəhbəri ilə razılaşdırılır. Dövlət vergi orqanlarında mövcud olan vakant vəzifə üzrə həmin struktur bölmənin və ya qurumun rəhbərinə bir neçə namizəd təqdim olunur və uyğun olan namizəd həmin namizədlər arasından seçilir.

4.4. Vakant vəzifəyə təyin edilmək üçün ehtiyat kadrların zəruri məlumatlarını əks etdirən şəxsi işlər vakant vəzifənin mövcud olduğu struktur bölmənin və ya qurumun rəhbərinə təqdim edildikdə, həmin bölmənin və ya qurumun rəhbəri 10 (on) iş günü müddətində onlardan birinin vəzifəyə təyin edilməsi və ya təyin edilməsindən imtina olunması barədə təklifi müvafiq struktur bölməyə təqdim edir.

5. Namizədin kadr ehtiyatından çıxarılması

5.1. Namizədin kadr ehtiyatından çıxarılması aşağıdakı hallarda həyata keçirilir:

5.1.1. kadr ehtiyatında saxlanılma müddəti bitdikdə;

5.1.2. bu Qaydalara uyğun olaraq vəzifəyə təyin edildikdə;

5.1.3. Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda;

5.1.4. öz arzusu ilə yazılı müraciəti olduqda;

5.1.5. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;

5.1.6. vəfat etdikdə;

5.1.7. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

5.2. Bu Qaydaların 5.1.6-cı yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla siyahıdan çıxarılmış namizədə Xidmət tərəfindən yazılı məlumat verilir.

6. Yekun müddəalar

6.1. Müvafiq struktur bölmə müsabiqənin elan olunması, keçirilməsi, namizədlərin kadr ehtiyatına daxil edilməsi və siyahıdan çıxarılması istiqamətində görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır.

6.2. Müsabiqəni müvəffəqiyyətlə keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan namizədlər bu fəaliyyətləri ləğv olunmadan işlə təmin olunmurlar.

Şagirdlərdə məntiqi təfəkkürün inkişafı – MƏNTİQ

Bu gün orta məktəbdə təhsilə yanaşma dəyişir. Bugünkü təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Şagirdi müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədidir.

Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir.

İdrak insana xas olan mühüm keyfiyyətdir. O, ilk növbədə şəxsiyyətin bütün parametrlərini əhatə edir, onun fəaliyyətini tənzimləyir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir.Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir.

Məntiq – hər bir insanın düzgün düşünə bilməsidir. Düşünmək öz-özünə mübahisə etmək deməkdir. Seçilən cavabın niyə məhz həmin cavab olmasını yəqinləşdirən fikirlərin hamısı məntiqin özüdür. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliy-yətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir.

Şagirddə idrak fəallığı yaradacaq motivasiya, mövzuya uyğun düzgün seçilmiş təlim üsulları, iş formaları, fəal dərsin mərhələlərinə uyğun qurulmuş məqsədli strategiyanın özü də məntiqin, təfəkkürün inkişafına xidmət edir.

Son zamanlar məntiqlə düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə xüsusi fikir verilir. Bu, ən çox özünü riyaziyyat fənnində təzahür etdirir. Məntiqi düşünməyə həsr olunan kitablarda da bu fənnə daha çox üstünlük verilib. Ancaq artıq orta məktəblərdə də, hətta ali məktəblərə qəbulda da Azərbaycan dilindən olan məntiqi testlərə və tapşırıqlara təsadüf edilir.

Təlimə maraq aşılamaq, həm də məntiqi təfəkkürü inkişaf etdirmək məqsədilə dərslərdə bəzi nümunələrdən istifadə etmək olar. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliy-yətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir.

Comments are closed, but trackbacks and pingbacks are open.