Ətraf mühitin iqtisadiyyatı rovsən həsənov
cək inkişafı ancaq ətraf mühitin dayanıqlı bərabərlik
çərçivəsində mümkündür. Təbiətdən istifadə və təbiəti
mühafizənin səmərələşdirilməsi cəmiyyətlə təbiət ara-
sında qarşılıqlı təsirlərin optimallaşdırılması problemlə-
rinin tədqiqinin labüdlüyünü və onların həlli yollarının
axtarılmasını nəzərdə tutur. Bunlarla bərabər, təbii ehti-
yatlardan istehsalat və qeyri-istehsalat məqsədləri üçün
istifadənin səmərəliliyi, ətraf mühitə dəyən ziyanın qar-
şısının alınması və ya onun mənfi təsirlərinin aradan
qaldırılması məqsədilə iqtisadi üsullardan istifadənin
aktivləşdirilməsi məsələsi gündəmə gəlir.
Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı,
öz daxili və xarici tərkibinə görə kompleks və çoxcəhət-
li problemlərlə üzləşir. Ona görə də, bu problem mərhə-
lələrlə həll olunmalıdır.
“Ətraf mühitin iqtisadiyyatı” fənni iqtisadi və icti-
mai ixtisas verən Universitetlərdə və onların fakültələ-
rində ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı-
nın ayrı-ayrı aspektlərinin araşdırılmasının, onun qanu-
nauyğunluqlarının, prinsiplərinin, amillərinin və üsulla-
rının öyrənilməsi üçün məsləhət görülən tədris kursunun
mahiyyətini təşkil edir. Buna müvafiq olaraq “Ətraf mü-
hitin iqtisadiyyatı” kursuna dair mühazirələr oxunması
və təcrübi dərslər keçilməsi, habelə tələbələrin müstəqil
işi bu proqrama müvafiq olaraq keçirilir.
Kursun tədrisində əsas məsələlər təbii ehtiyatların
iqtisadi və ya qeyri-iqtisadi qiymətləndirilməsi, təbiət-
dən qeyri-səmərəli istifadə nəticəsində hər bir ölkə iqti-
sadiyyatına dəyən iqtisadi və qeyri-iqtisadi ziyanın təyin
edilməsi, ətraf mühit və təbii ehtiyatlardan istifadənin ən
Ətraf müHİTDƏN İSTİfadəNİn elmi-NƏZƏRİ MƏSƏLƏLƏRİ VƏ İNKİŞafinin əsas məRHƏLƏLƏRİ
İnsan cəmiyyəti yarandığı gündən təbiətdən istifadənin səmərəli yollarını daim axtarmış, təsərrüfatının ərazi təşkilində təbiətin rolunu müəyyənləşdirməyə səy göstərmişdir. Hər bir ictimai – iqtisadi formasiyada təbiətdən istifadənin özünəməxsus forma və metodları formalaşmış, inkişaf edərək müasir səviyyəyə çatmışdır. Buna görə də indiki şəraitdə təbiətdən istifadə edilməsi barədə mövcud olan elmi-nəzəri məsələləri təhlil etmək, təbiətdən maksimum istifadə etməklə ekoloji tarazlığın qoyunması, cəmiyyətin təbiətə etdiyi texnogen təsirin gələcəkdə mənfi nəticələr verəcəyini minimuma endirməyin proqnozlarını hazırlamaq olduqca aktual səslənir. Sözün geniş mənasında təbiət dedikdə kainatın bütün maddi varlığını nəzərdə tuturuq. Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. Təbiətə hərəkətsiz obyekt kimi baxmamalıyıq. Çünki o daima inkişafda olmaqla bütün təbii amillərə təsir edir. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. “İnsan və təbiət” problemi həmişə elm xadimlərinin diqqətini cəlb edib. Epikür yazmışdır ki, insanlar, siz təbiətdən istifadə edərkən ona qarşı qəddar olmamağa çalışın. Ancaq biz insanlar sanki qarşımıza məqsəd qoymuşuq ki, əvvəlcə təbiəti sonra isə özümüzü məhv edəcəyik. İnsan təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Biz kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edirik. Biz özümüz üçün nə lazımsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və s.-ni təbiətdən alırıq. Bu sərvətlərdən yüz illərdən bəri kor – təbii istifadə etməyimiz nəticəsində ətraf mühiti dünya miqyasında dəyişilməyə məruz qoymuşuq. Bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşib və XX əsr insanın təbiətə və onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşər tarixinə həkk olunub. Belə ki, dünya əhalisinin sürətli artımı şəraitində maddi nemətlərin istehsalı və bölüşdürülməsi tələbatdan xeyli geri qalır. Buna görə də, yer sərvətlərinin istifadəsinin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat – 9 – sahələrində yeni texnologiyanın tətbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi bu və ya digər amillər mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün artmasına səbəb olur. Bu problemə D.Rikardo və T.Maltus böyük diqqət yetirmişdilər. Onlar iqtisadi inkişafın perspektivlərinə pessimist yanaşırdılar. Son onilliklərdə istehsalın sürətlə inkişafı ilə əlaqədar dünya ölkələrində təbii ehtiyatların istifadəsi xeyli artmışdır. Bu da öz növbəsində təbiətə təsirin güclənməsinə və eyni zamanda təbiətdən istifadə problemlərinin kəskinləşməsinə gətirib çıxarmışdır. Dünya üzrə ümumi istehlakın artmasını “demoqrafik sıçrayış” adlanan əhalinin sayının xeyli yüksəlməsi ilə izah etmək mümkündür. Dünya əhalisinin dinamidir. Cədvəldən göründüyü kimi əhalinin artım sürəti ilbəil sürətlənir. Əhalinin artımı təbii sərvətlərə olan əlavə təsiri gücləndirir və ətraf mühitin çirklənmə dərəcəsini artırır. Burada əsas problem əhalinin maksimal miqdarında deyil, bu miqdarın mövcud sərvətlərə necə münasibətdə olmasından ibarətdir. Dünya əhalisinin sürətlə artması nəticəsində əmələ gələn ehtiyatcların ödənilməsi üçün yeni-yeni təbii ehtiyatlar cəmiyyətin istifadəsinə verilir, kənd təsərrüfatı sənayeləşir və – 10 – intensivləşdirilir. Elmi texniki tərəqqi bir tərəfdən insanın təbiətdən asılılığını minimuma endirir, digər tərəfdən isə ekoloji sistemdə mənfi iz buraxır. Ümumiyyətlə, insan dünyada bu günə kimi mövcud olan yeganə varlıqdır ki, daima təbiətlə münaqişə aparmış və aparır. Bəli, biz insanlar təbiətin tərkib hissəsiyik ancaq təbiətin bir çox qanunlarına qarşı çıxırıq. Belə ki, təbiətdə milyon illər davam edən tullantısız mübadilə proseslərindən və ziyansız maddələr mübadiləsi dövranı qanunlarından kənara çıxmışıq. Bundan başqa, təbiətə xas olan təbii sərvətlərdən “qənaətlə” istifadə prinsipləri müasir insanlar tərəfindən qorunmamışdır. Məsələn, son bir milyard ildə yaranan təbii sərvətlər son 90-120 ildə insanlar tərəfindən istifadə olunmuşdur. İnsanın ekoloji böhranla üzləşməsi təbii sərvətlərdən kortəbii istifadə olunması sayəsində yaranmışdır. Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu isə ekoloji problemlərin yaranmasına səbəb olub. Ekoloji problemlər hazırda bəşəriyyətin ən böyük qlobal problemidir. Bu gün bu ekoloji problemlərin həllində hamı iştirak etməlidir. Heç kimin bu işdən kənarda qalmağa mənəvi haqqı yoxdur. Ekoloji problemlər təbiətdən düzgün istifadə edilməmənin nəticəsidir. Biz biosfer təliminin banisi V.İ.Vernadskinin insan 1 dəqiqə də olsun belə biosfersiz yaşaya bilməz sözlərini unutmamalıyıq. Təbiətdən istifadə dedikdə təbii-resurs potensialının istismar edilməsinin və onun qorunub saxlanmasının bütün növlərinin məcmuu nəzərdə tutulur. Demək təbiətdən istifadə dedikdə aşağıdakı anlayışları nəzərdə tutmalıyıq. 1. Təbii şəraitin istifadəsi və mühafizəsi; 2. Təbii resursların çıxarılması, emalı, onların bərpası və təkrar istehsalı; 3. Təbii sistemlərin ekoloji balansının saxlanması, təkrar istehsalı və səmərəli dəyişdirilməsinin təmin edilməsi. E.F.Yusifov ətraf təbii mühitin faydalı xüsusiyyətlərinin insan tərəfindən istifadə imkanlarını təbiətdən istifadə kimi izah etmişdir. Əgər bu xüsusiyyətləri iqtisadi, sağlamlıq və mədəni xüsusiyyətlər olaraq 3 qrupa ayırsaq, – 11 – onda təbiətdən istifadə iqtisadi, mədəni və ekoloji sağlamlıq kimi 3 formada özünü büruzə verir. Təbiətdən istifadəni torpaqdan istifadə, yerin təkindən istifadə, heyvanat aləmindən istifadə, atmosfer havasından istifadə kimi müxtəlif qruplara ayıra bilərik. Təbii vasitələr isə öz növbəsində bir neçə məqsəd üçün istifadə oluna bilər. Məsələn, su içmək üçün, həmçinin hidroenerji mənbəyi kimi və nəqliyyat vasitəsi kimi məişətdə istifadə edilir. Meşədən oduncaq mənbəyi, istirahət yeri, otlaq, giləmeyvə, dərman bitkiləri toplamaq və başqa məqsədlər üçün istifadə edilir
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Ətraf mühitin iqtisadiyyatı rovsən həsənov
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Bu siyatəsi rəhbər tutaraq “Azərişıq” ASC də öz fəaliyyətində ətraf mühitin mühafizəsini və ekoloji problemləri daim diqqət mərkəzində saxlayır.
“Azərişıq” ASC ölkə boyunca apardığı tikinti-yenidənqurma işlərində ekoloji aspektlərə və ətraf mühitin mühafizəsinə, ətraf mühitə təsirin minimuma endirilməsinə böyük diqqət yetirir. Bu istiqamətdə əsas tədbirlər aşağıdakılardır:
- Tikinti işlərini həyata keçirən podratçı şirkətlərdən işlərə başlamazdan əvvəl ətraf mühitin idarə olunması planını “Azərişıq” ASC-yə təqdim etmələri və razılaşdırmaları tələb olunur;
- Tikinti sahələrində arxeoloji tapıntılara və ya hər hansı mədəni irsə təsadüf edildikdə, tikinti işləri dərhal dayandırılır və arxeoloji qurumlara məlumat verilir;
- Tikinti-quraşdırma işləri aparılan sahələrdə yerləşən ağaclar yerli yaşıllaşdırma orqanları ilə razılaşdırılaraq xüsusi texnikanın köməyi ilə qanunvericiliyə uyğun qaydada başqa əraziyə köçürülür, köçürülməsi mümkün olmadığı üçün kəsilmiş ağacların əvəzinə başqa ərazilərdə 10 misli ağac əkilir.
- Tikinti-quraşdırma işləri aparılarkən normalara əsasən səs-küy və titrəyiş həddi üzrə göstəricilərə əməl olunur;
- Köhnə transformatorlar söküldükdən sonra “Azərişıq” ASC-nin laboratoriyası transformatorlardan nümunələr götürərək yağlarda polixlor bifenil tərkibinin olmasını yoxlayır, aşkar edildiyi təqdirdə həmin yağları xüsusi konteynerlərə toplayaraq zərərsizləşdirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaradılmış Təhlükəli Tullantıların Zərərsizləşdirilməsi Poliqonuna təhvil verir;
- Asbest tərkibli təhlükəli materialların atılması müvafiq lisenziyaya malik şirkətlər tərəfindən həyata keçirilir və zərərsizləşdirilir;
- Tikinti işləri aparılarkən quru mövsümdə nəqliyyatın hərəkətindən tozun yaranmasını əngəlləmək üçün sulama həyata keçirilir;
- İş sahəsində yaranan çirkab suları kanalizasiya sisteminə qoşulma ilə ərazinin kanalizasiya sisteminə ötürülür;
- Tikinti-quraşdırma işləri aparılarkən ictimaiyyətin və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün müvafiq xəbərdarlıq işarələri quraşdırılır;
- İşçi heyətə mütəmadi olaraq “işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi” mövzuları üzrə təlim keçilir;
- Tikinti-quraşdırma işləri başa çatdırıldıqdan sonra sahə öz əvvəlki vəziyyətinə qaytarılır;
“Azərişıq” ASC ölkədə aparılan ağacəkmə kampaniyalarında daima fəal surətdə iştirak edir. Buna misal kimi, bu yaxınlarda “Azərişıq” ASC-nin balansına verilmiş Yeni Yaşma Külək Parkında 500 ha ərazidə 80 min badam və 20 min zeytun ağacı əkilmişdir. Həmçinin, ümummilli lider Heydər Əliyevinin anadan olmasının 95-ci ildönümündə “Azərişıq” ASC Zirədə yerləşən ekopark ərazisində 20 min ağac əkmişdir.
Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti
“Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış;
2.
“Ətraf mühitin iqtisadiyyatı” nın predmeti, metodu
və vəzifələri;
3. Ətraf mühitdən istifadənin iqtisadiyyatı kursunun
əhəmiyyəti;
4.“Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi prob-
lemləri.
1. “Ətraf mühitin iqtisadiyyatı” barədə anlayış
XX əsrin sonlarında və XXI əsrin əvvəllərində in-
san cəmiyyəti yeni sivilizasiya fazasına qədəm qoymuş-
dur. Insan cəmiyyətinin bütün tarixi inkişaf dövründən
XX əsrin ortalarına qədər hakim iqtisadi prioritetlər, ya-
vaş-yavaş yeni təfəkkürlərlə, yəni ekoloji təfəkkürlərlə
əvəz olunmağa başlamışdır.
Bu yeni təfəkkürün ayrılmaz hissəsi kimi, dayanıq-
lı sosial-iqtisadi inkişaf konsepsiyası təşəkkül tapmaq-
dadır. Bu konsepsiyanın əsasını sosial sistemlərlə ətraf
mühit arasında daha harmonik qarşılıqlı əlaqə təşkil
edən, yəni insan cəmiyyətinin gələcək tələbatlarına ca-
vab verən və ətraf mühitin təbii-ehtiyat potensialının
keyfiyyətinin saxlanmasını təmin edən indiki və gələcək
nəsillərin tələbatını ödəmək qabiliyyətinə malik olan iq-
tisadiyyat formalaşdırılmalıdır.
Beləliklə, insan cəmiyyətinin yer kürəsində gələ-
cək inkişafı ancaq ətraf mühitin dayanıqlı bərabərlik
çərçivəsində mümkündür. Təbiətdən istifadə və təbiəti
mühafizənin səmərələşdirilməsi cəmiyyətlə təbiət ara-
sında qarşılıqlı təsirlərin optimallaşdırılması problemlə-
rinin tədqiqinin labüdlüyünü və onların həlli yollarının
axtarılmasını nəzərdə tutur. Bunlarla bərabər, təbii ehti-
yatlardan istehsalat və qeyri-istehsalat məqsədləri üçün
istifadənin səmərəliliyi, ətraf mühitə dəyən ziyanın qar-
şısının alınması və ya onun mənfi təsirlərinin aradan
qaldırılması məqsədilə iqtisadi üsullardan istifadənin
aktivləşdirilməsi məsələsi gündəmə gəlir.
Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı,
öz daxili və xarici tərkibinə görə kompleks və çoxcəhət-
li problemlərlə üzləşir. Ona görə də, bu problem mərhə-
lələrlə həll olunmalıdır.
“Ətraf mühitin iqtisadiyyatı” fənni iqtisadi və icti-
mai ixtisas verən Universitetlərdə və onların fakültələ-
rində ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı-
nın ayrı-ayrı aspektlərinin araşdırılmasının, onun qanu-
nauyğunluqlarının, prinsiplərinin, amillərinin və üsulla-
rının öyrənilməsi üçün məsləhət görülən tədris kursunun
mahiyyətini təşkil edir. Buna müvafiq olaraq “Ətraf mü-
hitin iqtisadiyyatı” kursuna dair mühazirələr oxunması
və təcrübi dərslər keçilməsi, habelə tələbələrin müstəqil
işi bu proqrama müvafiq olaraq keçirilir.
Kursun tədrisində əsas məsələlər təbii ehtiyatların
iqtisadi və ya qeyri-iqtisadi qiymətləndirilməsi, təbiət-
dən qeyri-səmərəli istifadə nəticəsində hər bir ölkə iqti-
sadiyyatına dəyən iqtisadi və qeyri-iqtisadi ziyanın təyin
edilməsi, ətraf mühit və təbii ehtiyatlardan istifadənin ən
səmərəli variantlarının seçilməsi və təbiəti mühafizə
xərclərinin mütləq və nisbi səmərəliliyinin qiymətləndi-
rilməsi, təbiəti mühafizə fəaliyyətinin və ətraf mühitin
mühafizəsinin maddi stimullaşdırılmasının idarə edilmə-
sinin iqtisadi üsullarının öyrənilməsidir.
Bu kurs ətraf mühit və təbiətdən istifadənin iqtisa-
diyyatına dair biliklərin tələbələrə ən yeni materiallar və
faktlar əsasında öyrənilməsini aşılamaqda başlıca mən-
bədir. Tələbələrdə elmi işə həvəs aşılamaqlada bu kur-
sun əhəmiyyəti böyükdür. Ona görə də, icmal mühazirə-
lərdən sonra, onun öyrənilməsi baxılan məsələlərin məş-
ğələlərdə müzakirə yolu ilə də ola bilər. Bu tədbirlər tə-
ləbələrdə müstəqil tədqiqat elementlərini aşılamaq üçün
də faydalıdır. Xalq təsərrüfatı sahələrinə aid praktiki
dərslər gələcək mütəxəssislərin təcrübi məlumatlarını
artırır və əldə edilən bilikləri möhkəmlədir.
Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı
əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji prob-
lemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın
tarazlı inkişafı, onun ekologiyalaşdırılması və səmərəli
idarə olunmasıdır. Bununla əlaqədar son dövrdə “Ətraf
mühitin iqtisadiyyatı” fənni formalaşmış və bu sahəyə
tələb artmaqdadır. Bu yeni fənnin yaradılmasında əsas
məqsəd iqtisadiyyatın təbiətə təsirini hərtərəfli öy-
rənmək və təbiətdən səmərəli istifadənin əsas istiqamət-
lərini müəyyənləşdirməklə ekoloji tarazlığın saxlanması
yollarını müəyyən etməkdən ibarətdir.
Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və
iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri-mümkün-
dür. Bu elm sahələrinə yalnız iqtisadçılar deyil, həm də
təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mü-
təxəssislər də yiyələnirlər.
Hazırda ətraf mühit və təbiətdən istifadənin iqtisa-
di və ekoloji məsələlərinə dair müstəqil fənnlər:
“Ekoloji menecment”, “Ekoloji audit”, “Ekoloji
marketinq” və s. mövcuddur. Bu dərslikdə yuxarıda adı
çəkilən sahələr üzrə geniş məlumat verilməsə də, ətraf
mühit və təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji
məsələləri ətrafında ümumi nəzəri, metodoloji və elmi-
metodiki məsələlər əhatə olunmuşdur.
Qeyd etməliyik ki, ətraf mühit və təbiətdən istifa-
dənin iqtisadi və ekoloji əsasları hüquqi əsaslara da ma-
likdir. Hüquqi əsaslar ətraf mühit məsələsində xüsusi
yer tutmaqla təbiətdən istifadə sahəsində iqtisadi və
ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır.
“Ətraf mühitin iqtisadiyyatı” fənnində bir çox mə-
sələlər təhlil edilir: tarazlı inkişaf konsepsiyasının ətraf
mühit və təbiətdən istifadənin tədqiqində yeri; ekoloji-
iqtisadi tələblər və bu sahədə qanunauyğunluqlar; bazar
münasibətlərinin təbiətdən istifadədə yeri və əhəmiyyə-
ti; təbii ehtiyatların qiymətləndirilməsi; proqnozlaşdırıl-
ması və planlaşdırılması; ekoloji və iqtisadi dəyərlərin
qiymətləndirilməsi; çirkləndirməyə görə ödəmələr; ma-
liyyələşdirmə və ekoloji sahibkarlıq; təbiətdən istifadə-
nin idarə edilməsi və s.
Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı-
nın əsas anlayışları aşağıdakılardır:
Təbiət –qapalı, özünü təmin edən, özü inkişaf edən
bir sistemdir və insanın təsiri olmazsa, tarazlıq vəziyyə-
tini saxlaya bilər. Təbii mühit və təbii ehtiyatlar an-
Comments are closed, but trackbacks and pingbacks are open.