Press "Enter" to skip to content

Traf mühitin mühafizəsi

Şərti işarələr:
« – » hadisə mövcud deyil
« . » statistik məlumat yoxdur
« 0,0 » hadisə baş vermişdir, lakin onun qiyməti uyğun ölçü vahidindən kiçikdir

Ətraf mühitin çirklənməsi və ekoloji problemlər

Son illərdə “ekologiya” kəlməsini tez-tez eşidirik və istifadə edirik, lakin çətin ki, hamı bunu eyni şəkildə başa düşür. Hətta mütəxəssislər belə bu konsepsiyayanın hansı məna daşıdığı barədə mübahisə edirlər. Bununla yanaşı, mütəxəssis olmayanlar belə ekoloji minimumun nə olduğunu artıq anlayırlar: təmiz hava ilə nəfəs almaq, təmiz su içmək, orqanizm üçün ziyanlı olan yeməklərdən uzaq qaçmaq və sair…

Son illərdə ətraf mühitin təmizliyinin həyatımızdakı rolunu anlamağa, bəşəriyyətin öz taleyinə, biosferanın taleyinə, bütün planetin taleyinə görə məsuliyyətini dərk etməyə başlamağımıza baxmayaraq, biz hələ də onu tam qorumaqdan çox uzaqıq.

Təbii ki, artan ekoloji problemlərlə yanaşı, insanlar ekologiya üçün daim yeni çətinliklər yaratmağa davam edirlər. Bu fəsadların aradan qaldırılmasında dövlətlər böyük çətinliklərlə qarşılaşır, bəşəriyyət həddən ziyadə səy göstərməklə, ölçüyə gəlməz miqdarda maliyyə vəsaiti sərf edir. Göründüyü kimi, bütün ekoloji problemlər, ilk növbədə, bir-biri ilə əlaqəli iki əsas amilə aid edilə bilər: iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi. İqtisadiyyatın inkişafı, demoqrafik artım, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər də ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosferə zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur..

Dünyadakı iqlim dəyişikliyi və ətraf mühitin pozulması ilə bağlı məsələlər sivil ölkələrin sakinləri arasında artan narahatlığa səbəb olur. Ətraf mühitin çirklənməsi litosferə, hidrosferə, atmosferə, biosferaya, binalara, tikililərə və nəticədə insanın özünə zərərli təsir göstərir. Alimlərin fikrincə, 1970-ci ildə onlar 40 milyon ton hesablanmışdı, 21-ci əsrin əvvəlində isə onların həcmi artaraq artıq 100 milyardlarla tonu ötüb . Belə çirklənməyə əsas səbəblərdən biri də insanların təlabatını ödəyən qida və yeyinti istehsalı tullantıları vəya istehsalat prosesində yaranan və nəhəng ölçüdə təbiətə təkrarən tullantı kimi qayıdan məhsulların yığnağının yaratdığı fəsadlardır.

Bəşəriyyət tərəfindən sintez edilmiş və əvvəllər təbiətdə olmayan kimyəvi maddələrin ətraf mühitə daxil olması da xüsusilə təhlükəlidir. Onların çoxlu sayda çirkləndirici növləri var. Torpağın çirklənməsi irrasional təbiətin idarə olunması nəticəsində baş verir. Bu çirklənmə savadsız əkinçilik, torpaqların pozulması, tikinti və mədənçilik nəticəsində yaranır. Bunun nəticəsində də məhsuldar və məhsuldar olmayan torpaqlar yaranır.Torpağın çirklənməsinin vacib bir səbəbi sənaye və kənd təsərrüfatı tullantıları, məişət zibili, gübrələrdən düzgün olmayan istifadədir.

Torpağın çirklənməsinin digər vacib bir səbəbi də sənaye və kənd təsərrüfatı tullantıları, məişət zibili, gübrələrin düzgün tətbiq olunmamasıdır. Ekologiyaya zərər vuran əsas çirkləndiricilər gübrələr, pestisidlər, radioaktiv maddələrdir. Hidrosferin çirklənməsi isə ilk növbədə çirkab suların çaylara, göllərə və dənizlərə axıdılması nəticəsində baş verir.

Ətraf mühitin çirklənməsi və təbii sərvətlərdən qeyri-məqbul istifadə istehsalın inkişafına mane olur və insanların həyatına təhlükə yaradır. Bu, həm də insan faktorunun ətraf mühitə mənfi təsiri ilə də bağlıdır. Buna görə təbiəti qorumaq üçün bütün dünyada kütləvi hərəkat başlayıb. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyəti və bəzi inkişaf etməkdə olan ölkələr dövlət ekoloji siyasətini daha sürətlə həyata keçirməyə başlamışlar. Ətraf mühit haqqında daha sivil və müasir qanunlar qəbul edilmiş və müxtəlif dövlət ekoloji orqanları yaradılmışdır. Nəticədə, artıq 21-ci əsrin əvvəlindən başlayaraq, dünyanın bəzi bölgələrində ətraf mühitin çirklənməsi getdikcə azalmağa başlamışdır. Bununla belə, əksər ölkələrdə ekoloji vəziyyət yenə də gərgin olaraq qalmaqdadır. Ayrı-ayrı ölkələrin bu sahədə etdiyi səylər isə ekoloji siyasət üçün qeyri-kafi olmuşdur. Ekoloji problemlərin tam həlli üçün bütün dünya dövlətlərinin birgə səyləri lazımdır. Bu gün nəinki təbil zənginin çalınmasının, həmçinin həqiqi əməllərlə təbiətə olan borcumuzun ödənilməsinin vaxtı gəlib çatmışdır. Ətraf mühitin çirklənməsi günü-gündən qlobal xarakter alır, o əslində milli sərhədlər tanımır. Ekologiyanın çirklənməsinin böyüməsi biosferin, o cümlədən, bütün bəşəriyyətin mövcudluğu üçün təhlükəyə çevrilir.

Ətraf mühitin qorunması uğrunda mübarizədə fəal iştirak edən ölkələr arasında Azərbaycan Respublikası da xüsusi və önəmli yer tutur. Ölkədəki ekoloji məsələlərə dair hökumət qərarlarının icrasını izləmək və onları müvəffəqiyyətlə həyata keçirtmək üçün böyük səy göstərən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz işini günün tələbləri səviyyəsində qurmuş və qarşısında duran təxirəsalınmaz işləri uğurla yerinə yetirməkdədir. Son illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir çox istiqamətlərdə saysız-hesabsız layihələr həyata keçirmişdir. Görülən bu işlər təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə ətraf mühitin komponentlərinin bərpasında böyük rol oynamış və respublikamızın ərazisində ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasında böyük irəliləyişlərə səbəb olmuşdur. Bu, əlbəttə ki, bizi sevindirir.

Məhəmməd Adiyev

Oxunma Sayı: 8. 617

Bir cavab yazın Cavabı ləğv et

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Ətraf mühitin mühafizəsi

Ekoloji informasiyanın birgə sistemi (SEIS) (https://eni-seis.eionet.europa.eu/east/countries) Avropa İttifaqının ekoloji siyasətin işlənib hazırlanması və həyata keçirilməsi, “Avropa qonşuluq və tərəfdaşlıq aləti” proqramı çərçivəsində Aİ-yə qonşu ölkələrin ərazisində ətraf mühitin mühafizəsinə kömək göstərilməsi üçün zəruri olan məlumat və informasiyaların toplanması, mübadiləsi və istifadəsinin modernləşdirilməsinə və sadələşdirilməsinə yönəlmiş təşəbbüsünü əks etdirir.

Nəşrin elektron versiyası
Azərbaycanda ətraf mühit, 2022 (2,98 MB) (3,74 MB) –> (0) –> (1,82 MB) –> (1,96 MB) –>

Bu bölmədə ətraf mühitin vəziyyətini, təbii resursların mövcudluğunu və onlardan istifadəni səciyyələndirən informasiya verilmişdir. Atmosfer havasının, su obyektlərinin, torpaq və meşə resurslarının qorunması, qoruq işi, toksiki tullantıların mövcudluğu və onlardan istifadə edilməsi, ayrı-ayrı faydalı qazıntıların hasilatı, ətraf mühitin qorunmasına çəkilən xərclər haqqında məlumatlar dərc olunmuşdur.
İnformasiya Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi statistika məlumatlarına, eləcə də fəaliyyəti təbiətdən istifadə, ekoloji nəzarət və ətraf mühitin qorunması ilə əlaqədar olan digər nazirlik və baş idarələrin məlumatlarına əsaslanır.
Bəzi məlumatlar ölkənin iqtisadi rayonları üzrə göstərilmişdir.

Şərti işarələr:
« – » hadisə mövcud deyil
« . » statistik məlumat yoxdur
« 0,0 » hadisə baş vermişdir, lakin onun qiyməti uyğun ölçü vahidindən kiçikdir

Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

Traf mühitin iqtisadiyyatı yukl

Ətraf mühit həyatın keyfiyyətinə, yaşayış şəraitinə və insanın səhhətinə təsir edən komponentlərin məcmusudur. Atmosfer havası, su, torpaq, yerin təki, heyvanat və bitki aləmi ətraf mühitin komponentləridir.

Ətraf mühitin çirklənməsi bərk, maye və qazaoxşar tullantıların təbii mühitə: atmosferə, hidrosferə, torpağa atılması ilə nəticələnən insanın təsərrüfat-məişət fəaliyyəti ilə ətraf mühitin fiziki-kimyəvi dəyişikliklərə uğraması, səs-küy, istilik, radiasiya, ionlaşdırıcı şüalanma, ultrasəs dalğaları, titrəmə və sair kimi xoşagəlməz fiziki amillərin meydana gəlməsi deməkdir. Ətraf mühitin çirklənməsi çirklənmənin sanitariya-gigiyena normativlərindən artıq olması dərəcəsi ilə səciyyələndirilir.

Ekoloji cəhətdən xüsusi qorunan ərazilərin tərkibinə qoruqlar və milli parklar daxil edilmişdir.
Qoruqlar təbii kompleksin qorunub saxlanılması və onun istər qoruğun sərhədləri daxilində, istərsə də ondan kənardakı ekoloji şəraitlə müqayisə edilərək öyrənilməsi üçün coğrafi zonaların təsərrüfat istifadəsindən çıxarılmış nadir və ən tipik sahələridir.

Çirkləndirilmiş sular çirkli istehsal və məişət (kommunal) sularını (şaxta, mədən, lay, drenaj suları da daxil edilməklə), habelə heç bir təmizləmə işi aparılmadan və ya lazımi dərəcədə (tam) təmizlənmədən təbii səthi su obyektlərinə daxil olan və tərkibindəki çirkləndirici maddələr icazə verilən normalardan çox olan yaylım tullantılarını özündə birləşdirir. Süzmə sahələrinə, təbii və ya süni toplayıcılara, yerli relyeflərə və s. daxil olan çirkabın həcmi, kollektor-drenaj sularının əsas hissəsi və leysan suları bu göstəriciyə daxil edilmir.

Zərərli maddələri atmosfer havasına atan stasionar mənbələr mütəşəkkil və qeyri-mütəşəkkil olaraq iki qrupa bölünür. Mütəşəkkil mənbələrə zərərli maddələri qaz və ya hava buraxan sistemlər (tüstü boruları, aerasiya fənərləri, ventilyasiya şaxtaları və s.) vasitəsilə havaya atan və bu zaman, bir qayda olaraq, zərərli məhsulları tutub zərərsizləşdirmək üçün müvafiq qaztəmizləyici və toztutan qurğulardan istifadə edən qeyri-səyyar mənbələr aid edilir. Texnoloji aqreqatların hermetik olmaması, müxtəlif çənlərin, yükvurma-yükboşaltma sistemlərinin (məsələn, sement boşaltma yerlərinin) toz və qaztəmizləyici avadanlıqlarla təchiz edilməməsi nəticəsində havaya zərərli maddələr tullayan mənbələr qeyri-mütəşəkkil stasionar mənbələr hesab edilir. Yanan terrikonlar, tüstülənən laylar və s. həmçinin buraya aid edilir.

Ayrı-ayrı ev təsərrüfatlarının istilik sistemləri (sobalar, kaminlər və s.) yuxarıda göstərilən havaçirkləndirici mənbələrə daxil edilmir.

© 2023 DÖVLƏT STATİSTİKA KOMİTƏSİ

Comments are closed, but trackbacks and pingbacks are open.