Press "Enter" to skip to content

Traf mühitin qorunması nə üçün bu qədər vacibdir və ya Aİ, Şərq Tərəfdaşlıq ölkələrində ətraf mühiti qorumaq üçün nə edir

Ətraf mühit ölkə səviyyəsində yüksək prioritetə ​​malikdir və buraya havanın keyfiyyəti, su ehtiyatlarının idarə edilməsi və dənizlərin çirklənmədən qorunması, enerjinin səmərəliliyi, tullantıların idarə olunması, pestisid problemi ilə mübarizə və sənaye çirklənməsi və meşələrin davamlı idarə edilməsi kimi sahələrə yönəlmiş fəaliyyətlər daxildir.

Traf mühitin iqtisadiyyatının rövsn hsnov

Статистика имен все еще находится в разработке, подпишитесь на получение информации о дополнительных картах и данных

Сноски

  • Фамилии берутся как первая часть унаследованной фамилии человека, касты, имени клана или в некоторых случаях отчества
  • Статистика распределения имен генерируется из глобальной базы данных, насчитывающей более 4 миллиардов человек – дополнительная информация
  • Тепловая карта: темно-красный означает, что имя встречается чаще, переход к светло-желтому означает, что оно встречается постепенно. Нажатие на выбранные страны покажет отображение на региональном уровне
  • Ранг: имена ранжируются по уровню с использованием порядкового метода ранжирования; имя, которое встречается чаще всего, получает ранг 1; имя, которое встречается реже, получает повышенный ранг; если два или более имени встречаются одинаковое количество раз, им присваивается один и тот же ранг и последующий ранг увеличивается на общее количество предшествующих имён
  • Этническая группа не может быть обязательно определена по географическому происхождению
  • Перечисленные в разделе «Похожие» фонетически похожи и могут не иметь никакого отношения к Hsnov
  • Чтобы узнать больше об истории семьи этой фамилии, найдите записи о Family​Search, My​Heritage, FindMyPast and Ancestry. Дополнительную информацию можно получить по адресу анализ ДНК

Информация о сайте

Онлайн-сервисы

  • API
  • Do Not Sell My Personal Information
  • Change Consent

Ətraf mühitin qorunması nə üçün bu qədər vacibdir və ya Aİ, Şərq Tərəfdaşlıq ölkələrində ətraf mühiti qorumaq üçün nə edir

Bizim evimiz, geyimlərimiz, texnologiyalar və istirahətimiz təbiətdən asılıdır. Halbuki təbiət balansı qorumağa çalışır, çünki insan fəaliyyəti kövrək ekoloji tarazlığa əhəmiyyətli dərəcədə təsir göstərir. Bu isə öz növbəsində rifah və firavanlığımızda öz əksini tapır.

Yaxın onillik iqlim və ətraf mühit ilə bağlı aktual problemlərin həlli baxımından həm Aİ, həm də Şərqi tərəfdaş ölkələri üçün həlledici rol oynayır. Biz birlikdə biomüxtəlifliyin itiriləməsinə, torpaqların eroziyasına, meşələrin qanunsuz kəsilməsinə, havanın və çayların çirklənməsinə, tullantıların qeyri-rasional şəkildə idarə olunmasına və digər neqativ fəsadlara səbəb olan keçmiş səhvləri birlikdə düzəltməyə çalışmalıyıq. Bu səbəbdən də ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı davamlılığın artırılması istiqamətində əməkdaşlıq həyati-vacib əhəmiyyət daşıyır.

“Yaşıl” iqtisadiyyatın inkişafına qoyulacaq sərmayələr insanların sağlamlığına faydalı nəticələrlə yanaşı, iqtisadiyyatda artıma şərait yaradaraq çoxlu sayda müsbət nəticələr verə bilər.

İqlim dəyişikliyi gündəlik həyatımıza necə təsir edə bilər?

İnsan fəaliyyəti nəticəsində istixana qazlarının atmosferə atılması səbəbilə əhəmiyyətli və artan iqlim dəyişikliyinin daha da güclənəcəyi və iqtisadiyyatımız və cəmiyyətimiz üçün getdikcə daha ciddi fəsadlara səbəb olacağı gözlənilir.

Avropa İttifaqı və onun Şərq qonşularında son dərəcə güclü yağışlar və daşqınlar, anormal istilər səbəbindən yanğınlar, torpağın eroziyası, məhsuldarlığın və biomüxtəlifliyin itirilməsi, sənaye, kənd təsərrüfatı və ev təsərrüfatlarına təsir edən su qıtlığı müşahidə olunmaqdadır.

Bu yaxınlarda Ukraynada müşahidə olunan qeyri-adi isti, quru və küləkli hava səbəbindən 11 min hektardan çox meşəni məhv edən və Çernobıl zonasında iki həftədən çox davam edən meşə yanğınları iqlim dəyişikliyinin təsirinin bariz nümunəsidir.

Regionda yerləşən ölkələr həm quraqlığın (Moldova Avropada ən həssas iqlimə malik ölkə hesab olunur və bu ölkədə suyun ümumi həcminin bir neçə onillikdən sonra ümumi tələbatdan az olacağı proqnozlaşdırılır), həm də daşqınların baş vermə tezliyinin yüksəlməsi (Azərbaycan dünyanın ən çox daşqınlara məruz qalan bölgələrindən biridir), həmçinin suyun keyfiyyətinin pisləşməsi və su təchizatında risklər (Gürcüstanda buzlaqların əriməsi ölkənin su təhlükəsizliyini təhdid edir) ilə üzləşəcəklər.

İqlim dəyişikliyinə qarşı kollektiv fəaliyyət, ətraf mühitdə, insanların sağlamlığında və iqtisadiyyatda bir çox faydalarla nəticələnəcək. İnkişafa dair təsəvvürlərimizi yenidən düşünüb dəyişməklə təbii resurslardan daha səmərəli istifadəyə, xərclərə qənaət etməyə, iqtisadi inkişafa və məşğulluğa imkan yaradacaq.

İqlim dəyişikliyinə qarşı mübarizənin bahalı olduğunu düşünürsünüzsə, hərəkətsizlik nəticəsində nə qədər xərclərin olduğunu düşünün: Gürcüstanın hesablamalarına görə, ölkədə baş verən təhlükəli təbiət hadisələri yaxın 10 il ərzində 10-12 milyard dollar həcmində iqtisadi itkilər ilə nəticələnə bilər. Bu isə eyni dövr ərzində iqlim dəyişikliyinə uyğunlaşma üçün sərf olunan vəsaitlərdən on qat çoxdur.

Paris sazişinin məqsədi nədir?

Paris sazişi, 2015-ci ilin dekabrında keçirilən Paris iqlim konfransında qəbul olunan və iqlim dəyişikliyi sahəsində hüquqi cəhətdən məsuliyyətə cəlb edən ilk qlobal sazişdir. Aİ və ona üzv dövlətlər, eləcə də Şərq Tərəfdaşlığı ölkələri sazişə imza atan 190-a yaxın ölkə sırasındadır.

Bu sazişin məqsədi qlobal istiləşmənin dərəcəsini 2° C-dən aşağıya qədər məhdudlaşdırmaq və onun 1,5° C həddində saxlanılması üçün səyləri davam etdirməkdir. Bununla yanaşı, saziş ölkələrin iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparmaq qabiliyyətlərini və göstərdikləri səyləri dəstəkləmək məqsədi daşıyır.

Sazişdə qlobal tullantıların ən qısa müddətdə azaldılmasının əhəmiyyəti və yaşadığımız əsrin ikinci yarısında iqlimdə neytrallığa nail olunmasının vacibliyi vurğulanır.

2050-ci ilə qədər Avropanın iqlimini neytrallaşdırmaq, iqtisadi inkişafı resursların istifadəsindən ayıraraq Aİ iqtisadiyyatını dayanıqlı etməyə yönəlmiş Avropa yaşıl təşəbbüsü, Avropa İttifaqının qarşısına qoyduğu hədəflərə çatmasında göstərdiyi səylərin əsas elementi hesab olunur.

“Yaşıl təşəbbüsdə” açıq-aydın qeyd olunub ki, ətraf mühit və iqlim dəyişikliyi problemlərinin həlli üçün Aİ və tərəfdaş ölkələr tərəfindən təcili tədbirlərin görülməsi tələb olunur. Aİ, Şərqi tərəfdaş ölkələrinin Paris Sazişi, iqlim dəyişikliyinə dair milli fəaliyyət planları (milli səviyyədə müəyyənləşdirilən töhfələr, MMT-lər), istixanaların qaz tullantılarının azaldılmasına dair uzunmüddətli strategiyaları (LEDS) ilə bağlı öhdəliklərini yerinə yetirməyə, eləcə də iqlimdə neytrallığa keçid yolu ilə iqtisadiyyatlarını müasirləşdirməyə kömək edir.

Bu öhdəliklərin yerinə yetirilməsi az karbonlu, resurslardan səmərəli istifadəyə yönəlmiş iqtisadiyyata keçid tələb etməklə yanaşı, texnologiya, enerji, iqtisadiyyat, maliyyə sektorlarında və bütövlükdə cəmiyyətdə köklü dəyişikliklərlə nəticələnəcək.

Aİ altı Şərqi tərəfdaş ölkəsində ətraf mühitin qorunmasına necə kömək edir?

Son illərdə adı çəkilən sahədə Aİ-nin Şərqi tərəfdaş ölkələrinə dəstəyi getdikcə artır. 2018-2019-cu illər ərzində Qonşuluq İnvestisiya Platforması (NIP) çərçivəsində verilən qrantların dörddəbir hissəsi “yaşıl” texnologiyalara yönəlmişdir. Aİ-nin bu növ sərmayələrə qarışıq maliyyə yardımları 2014-2015 və 2018-2019-cu illər ərzində 50%-dən çox artaraq təxminən 67 milyon avrodan 107 milyon avroya çatmışdır. Təkcə 2018-2019-cu illər ərzində NIP qrantları sayəsində regionda yaşıl iqtisadiyyata yatırılan sərmayələrin miqdarı 1,3 milyard avro təşkil etmişdir.

Avropa İttifaqı, həmçinin Şərq Tərəfdaşlığı regionunda siyasətlərin və qurumların Avropa Yaşıl Təşəbbüsünə uyğun şəkildə təkmilləşdirilməsinə kömək edən regional proqramlar üçün 60 milyon avro ayırmışdır. Bələdiyyələrə göstərilən maliyyə dəstəyinin həcmi 24 milyon avro təşkil edib. TAIEX və Tvinninq proqramları çərçivəsində isə tərəfdaş ölkələrə əlavə dəstək verilmişdir.

Aİ tərəfindən maliyyələşdirilən regional proqramlar bunlardır:

EU4Environment (Aİ-nin 19,5 milyon avro maliyyə dəstəyi ilə) Şərqi tərəfdaş ölkələrinə təbii kapitallarını qorumağa və insanların rifahını yaxşılaşdırmağa kömək məqsədi daşıyır. Bu proqram siyasətlərdə və qanunvericilikdə dəyişiklikləri dəstəkləyir, planlaşdırmalar aparır və investisiyaların yaşıl iqtisadiyyata yatırılmasını stimullaşdırır, innovativ texnologiyalara və yeni biznes modellərinin qəbuluna, eləcə də “yaşıl” iş yerlərinin yaradılmasına təkan verir. Proqramda ətraf mühitin qorunması sahəsində idarəçiliyin, qorunan ərazilərin və meşələrin daha yaxşı idarə edilməsinə və dayanıqlı ticarətə töhfə verilir.

EU4Climate (Aİ-nin 8 milyon avro maliyyə dəstəyi ilə) Paris İqlim Sazişinin həyata keçirilməsini dəstəkləmək və iqlim dəyişikliyinə dair siyasət və qanunvericiliyi təkmilləşdirmək, iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma, habelə atmosferə atılan qaz tullantılarının azaldılması və iqlim dəyişikliklərinə davamlı iqtisadiyyatın qurulmasına kömək məqsədi daşıyır.

Şərq Tərəfdaşlığı üçün Aİ-nin Su Təşəbbüsü Plyus” (EUWI+ 4 EaP – Aİ-nin 23,5 milyon avro maliyyə dəstəyi ilə) tərəfdaş ölkələrə su ehtiyatlarının idarə edilməsi, suyun keyfiyyətinin və hamı üçün əlçatan olmasının yaxşılaşdırılması sahələrində vasitələr hazırlamaqla qanunvericiliyini Aİ-nin adı çəkilən sahədə siyasətinə yaxınlaşdırmağa kömək edir.

Ətraf mühit ölkə səviyyəsində yüksək prioritetə ​​malikdir və buraya havanın keyfiyyəti, su ehtiyatlarının idarə edilməsi və dənizlərin çirklənmədən qorunması, enerjinin səmərəliliyi, tullantıların idarə olunması, pestisid problemi ilə mübarizə və sənaye çirklənməsi və meşələrin davamlı idarə edilməsi kimi sahələrə yönəlmiş fəaliyyətlər daxildir.

Avropa İttifaqının əməkdaşlıq proqramlarına əlavə olaraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Avropa İnvestisiya Bankı (AİB) kimi Avropa maliyyə institutları az karbonlu və iqlim dəyişikliklərinə davamlı iqtisadi artımı dəstəkləməklə yaşıl iqtisadiyyata keçid üçün əhəmiyyətli dərəcədə dəstək təmin edir. Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq Fondu (E5P) Aİ-nin əsas donor olduğu çoxdonorlu etimad fondudur və enerjinin səmərəliliyini və ətraf mühitin qorunmasını təkmilləşdirməyə yönəlmiş bələdiyyə layihələrinə sərmayələri təşviq edir. Aİ tərəfindən maliyyələşdirilən Bələdiyyə Layihələrinə Dəstək Proqramı (MPSF) sonrakı mərhələlərdə kreditlər ilə icra olunan enerjinin səmərəliliyinə dair layihələrin hazırlanmasına texniki dəstək təmin edir. Aİ, İnkişaf üçün Yaşıl Fondun (GGF) fəaliyyətlərinə də əhəmiyyətli miqdarda maliyyə yardımı ayırır.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Ətraf mühitin iqtisadiyyatı

Ətraf mühitin iqtisadiyyatı elmi təbiətlə cəmiyyət arasında baş verən qarşılıqlı əlaqə və təsiri öyrənib, onun nizamlanması üçün iqtisadi mexanizmlər hazırlayıb təklif edir.

Ətraf mühitin iqtisadiyyatı – iqtisadiyyat elminin bir bölməsi olaraq insanların təsərrüfat fəaliyyətində ekoloji təhlükəsizliyi təmin edən, təbii resursların kompleks şəkildə səmərəli istifadəsinə və onların tükənməsinin qarşısının alınmasına yönəlmiş tədbirləri özündə birləşdirən bir elm sahəsidir.

Ətraf mühitin iqtisadiyyatı fənninin predmeti insanların təsərrüfat və qeyri-təsərrüfat fəaliyyətində təbii resursların hasilatı, emalı, istehlakı və istifadəsində yaranan sosial-iqtisadi münasibətlərdən ibarətdir.

  1. təbii-resurs potensialı,
  2. ekoloji problemlər və onların həlli yolları,
  3. təbiətdən səmərəli istifadənin metodlarının hazırlanması,
  4. təbiəti mühafizə tədbirlərinin iqtisadi təchizatı,
  5. təbiətdən istifadənin dövlət tənzimlənməsi.

Ətraf mühitin iqtisadiyyatı elminin əsas vəzifələri aşağıdakılardır:

  • təbiətdən səmərəli istifadə üsul, vasitə və formalarının tədqiqi, normal həyat fəaliyyəti üçün şəraitə nail olunması;
  • resursların hərtərəfli və kompleks istifadəsinə yönəlmiş tədbirlərin əsaslandırılıb hazırlanması;
  • iqtisadiyyatın ekolojiləşdirilməsinin əsaslandırılması;
  • gələcək nəsillərin maraqları nəzərə alınmaqla cəmiyyətlə təbiətin qarşılıqlı əlaqə və təsirinin optimallaşma üsullarının hazırlanması;
  • təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin dövlət və regional idarəetmə orqanları sisteminin yaradılması.

Ətraf mühitin iqtisadiyyatının praktiki aspektləri üç qrup problemi birləşdirir:1) təbii resursların iqtisadi qiymətləndirilməsi; 2) ətraf mühitin çirklənməsindən dəyən sosial-iqtisadi zərərin qiymətləndirilməsi ;3) cəmiyyətdə ekoloji proseslərlə bağlı qərar qəbul edilərkən təsərrüfat mexanizmlərinə ekoloji amillərin cəlb olunması üsulları.

Təbiətdən istifadə və ya Ətraf Mühitin İqtisadiyyatı – ictimai-istehsal fəaliyyət prosesi olub, cəmiyyətin maddi və mənəvi tələbatlarını ödəmək üçün müxtəlif təbiət şərtlərində müxtəlif təbii resurslardan istifa­dədir.

XX əsrin sonlarında və XXI əsrin əvvəllərində insan cəmiyyəti yeni sivilizasiya fazasına qədəm qoymuşdur. Insan cəmiyyətinin bütün tarixi inkişaf dövründən XX əsrin ortalarına qədər hakim iqtisadi prioritetlər, yavaş-yavaş yeni təfəkkürlərlə, yəni ekoloji təfəkkürlərlə əvəz olunmağa başlamışdır. Bu yeni təfəkkürün ayrılmaz hissəsi kimi, dayanıqlı sosial-iqtisadi inkişaf konsepsiyası təşəkkül tapmaqdadır. Bu konsepsiyanın əsasını sosial sistemlərlə ətraf mühit arasında daha harmonik qarşılıqlı əlaqə təşkil edən, yəni insan cəmiyyətinin gələcək tələbatlarına cavab verən və ətraf mühitin təbii-ehtiyat potensialının keyfiyyətinin saxlanmasını təmin edən indiki və gələcək nəsillərin tələbatını ödəmək qabiliyyətinə malik olan iqtisadiyyat formalaşdırılmalıdır. Beləliklə, insan cəmiyyətinin yer kürəsində gələcək inkişafı ancaq ətraf mühitin dayanıqlı bərabərlik çərçivəsində mümkündür. Təbiətdən istifadə və təbiəti mühafizənin səmərələşdirilməsi cəmiyyətlə təbiət arasında qarşılıqlı təsirlərin optimallaşdırılması problemlərinin tədqiqinin labüdlüyünü və onların həlli yollarının axtarılmasını nəzərdə tutur. Bunlarla bərabər, təbii ehtiyatlardan istehsalat və qeyri-istehsalat məqsədləri üçün istifadənin səmərəliliyi, ətraf mühitə dəyən ziyanın qarşısının alınması və ya onun mənfi təsirlərinin aradan qaldırılması məqsədilə iqtisadi üsullardan istifadənin aktivləşdirilməsi məsələsi gündəmə gəlir Müasir dövrdə cəmiyyətin və təbiətin qarşılıqlı əlaqələrinin inkişafı mərhələsində çoxsaylı ekoloji problemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekologiyalaşdırılması və səmərəli idarə olunmasıdır. Bununla əlaqədar son dövrdə “Ətraf mühitin iqtisadiyyatı” fənni formalaşmış və bu sahəyə tələb artmaqdadır. Bu yeni fənnin yaradılmasında əsas məqsəd iqtisadiyyatın təbiətə təsirini hərtərəfli öyrənmək və təbiətdən səmərəli istifadənin əsas istiqamətlərini müəyyənləşdirməklə ekoloji tarazlığın saxlanması yollarını müəyyən etməkdən ibarətdir.

Təbiətdən səmərəli istifadə edilməsi ekologiya və iqtisadiyyat elmlərinin iştirakı olmadan qeyri-mümkündür. Bu elm sahələrinə yalnız iqtisadçılar deyil, həm də təbiətşünaslar və təbiətdən istifadə üzrə ixtisaslaşan mütəxəssislər də yiyələnirlər. Hazırda ətraf mühit və təbiətdən istifadənin iqtisadi və ekoloji məsələlərinə dair müstəqil fənnlər: “Ekoloji menecment”, “Ekoloji audit”, “Ekoloji marketinq” və s. mövcuddur. Bu dərslikdə yuxarıda adı çəkilən sahələr üzrə geniş məlumat verilməsə də, ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji məsələləri ətrafında ümumi nəzəri, metodoloji və elmi-metodiki məsələlər əhatə olunmuşdur. Qeyd etməliyik ki, ətraf mühit və təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları hüquqi əsaslara da malikdir. Hüquqi əsaslar ətraf mühit məsələsində xüsusi yer tutmaqla təbiətdən istifadə sahəsində iqtisadi və ekoloji biliklərin geniş təhlilinə ehtiyac yaradır. “Ətraf mühitin iqtisadiyyatı” fənnində bir çox məsələlər təhlil edilir: tarazlı inkişaf konsepsiyasının ətraf mühit və təbiətdən istifadənin tədqiqində yeri; ekolojiiqtisadi tələblər və bu sahədə qanunauyğunluqlar; bazar münasibətlərinin təbiətdən istifadədə yeri və əhəmiyyəti; təbii ehtiyatların qiymətləndirilməsi; proqnozlaşdırılması və planlaşdırılması; ekoloji və iqtisadi dəyərlərin qiymətləndirilməsi; çirkləndirməyə görə ödəmələr; maliyyələşdirmə və ekoloji sahibkarlıq; təbiətdən istifadənin idarə edilməsi və s.

Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatının əsas anlayışları aşağıdakılardır: Təbiət –qapalı, özünü təmin edən, özü inkişaf edən bir sistemdir və insanın təsiri olmazsa, tarazlıq vəziyyətini saxlaya bilər. Təbii mühit və təbii ehtiyatlar anlayışları fərqləndirilir. Təbii mühit – insanın yaşadığı və istehsal fəaliyyəti ilə məşğul olduğu mühitdir. Təbii mühit insanın yaşamaq imkanını və fəaliyyət göstərməsini təmin edir.

Təbii ehtiyatlar – təbiət prosesləri nəticəsində təbii mühitdə yaranan ehtiyatlardır. Təbii ehtiyatlar təcrübi olaraq tükənməyən və tükənən hissələrə bölünürlər. Tükənən ehtiyatlar öz növbəsində bərpa oluna bilən və bərpa oluna bilməyən növlərə bölünürlər. Təbii ehtiyatlardan optimal istifadə edilməsini idarə etmək üçün təbii ehtiyatların keyfiyyəti anlayışı vacib hesab edilir. Təbii ehtiyatların keyfiyyəti – ehtiyatların əsas xarakteristikalarının ictimai və texniki – iqtisadi tələblərə və bir sıra texnoloji tələblərə uyğunluğu səviyyəsi ilə ölçülür. Hazırda istifadə edilən və yaxud gələcəkdə istifadə ediləcək bütün təbii ehtiyat növləri və insan həyatının təbii şəraitinin cəmi təbii rifah adlanır. Təbii rifah əməyin məhsulu deyildir və iqtisadi qiymətə də malik deyildir. Lakin insanlar üçün istehlak dəyərinə malikdir, ya istehsal vasitəsi kimi və yaxud şəxsi tələbat üçün istifadə edilə bilər.

Ətraf təbii mühitin (ƏTM) çirkləndirilməsi – fiziki, kimyəvi, bioloji agentlərin təbiətdə əvvəllər müşahidə olunan miqdarının çoxalması ilə müəyyənləşdirilir. Ekoloji itki – təbii mühitin şərti ideal optimal vəziyyətində qaçılması mümkün olan, cəmiyyətin iqtisadi və pul ifadəsində hesablana bilən qeyri-iqtisadi itkilərdir. Ekoloji-iqtisadi itki – ətraf mühitin çirkləndirilməsi nəticəsində neqativ itkilərin pul ifadəsində qiymətidir. Ekoloji-iqtisadi itkinin kəmiyyətini müxtəlif sahələrdə müxtəlif xərclərin (məsrəf və itkilərin) cəmi kimi ifadə etmək olar. İnsanın fəaliyyəti onu əhatə edən mühitlə əlaqədardır. Təbiət həm insanın istehsal fəaliyyəti üçün zəruri xammal mənbəyidir, həm də onun ətraf mühiti çirkləndirən istehsal fəaliyyəti tullantılarını qəbul edəndir.

N.F.Reymersə (1992) görə təbiətdən istifadə özündə aşağıdakıları birləşdirir: a) mü­hafizəsi, bərpaolunma və təbii resurslardan təkrar istifadə, onların çıxarılması və təkrar emalı; b) insanın həyatı üçün təbii şəraitin qorunması və istifadə olunması; c) təbii sistemlərin qorunması, bərpa olunması, ekoloji tarazlığın səmərəli dəyişdirilməsi; ç) insanların sayının idarə olunması.

Təbiətdən istifadə səmərəsiz və səmərəli ola bilər. Səmərəsiz istifadədə təbii – resurs potensialının saxlanılması təmin olunmur, təbii mühitdə yoxsullaşma yaranır, keyfiyyət dəyişir, ekoloji tarazlığın və ekosistemin pozulması təbii mühitin çirklənməsi və tükənməsi ilə müşayət olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.