Press "Enter" to skip to content

Ətraf mühitin mühafizəsi milli kitabxana

İnsanlar mühit amillərini öyrənməklə yeni elm sahələri yaratmışlar. Bu yeni elm – ekologiya ( ekologiya-yunanca məskən,vətən deməkdir) adlanır.

Ətraf mühitin mühafizəsi milli kitabxana

Nazirlər Kabineti “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə”də dəyişikliklər edib.

“Qafqazinfo”nun məlumatına görə, Fondun yaradılmasında əsas məqsəd ətraf mühitin mühafizəsində təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması və kompensasiya verilməsi, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təbiəti mühafizənin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin etməkdən, habelə yaşıllıqları mühafizə tədbirlərinin və ətraf mühitin mühafizəsi sahəsində digər tədbirlərin maliyyələşdirilməsindən ibarətdir.

Dəyişikliklərə əsasən bundan sonra Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri aşağıdakı tədbirlər üçün istifadə ediləcək:

– elmi tədqiqat (o cümlədən, layihə-axtarış və təcrübi-metodiki) işlərinin aparılmasına, resurs qənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə;

– təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;

– ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın və ekoloji tarazlığı pozulmuş təbii ekoloji sistemlərin bərpasına (o cümlədən, təbii obyektlərin və komplekslərin abadlaşdırılmasına, xüsusi mühafizə olunan təbiət ərazilərinin biotexniki planlarının layihələrinin hazırlanmasına və yerinə

– çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasiyanın verilməsinə;

– Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, təbii sərvətlərdən səmərəli istifadə edilməsi və onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, torpaqların münbitliyinin bərpası və artırılması ilə bağlı dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, normativ-metodiki sənədlərin, normativ və texniki normativ hüquqi aktların işlənməsinə;

– ekoloji maarifləndirmə və təhsilə (o cümlədən əhalinin ekoloji bilik və tərbiyənin təbliğinə, habelə xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edilməsinə, konfrans və tədbirlərin keçirilməsinə);

– xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;

– yaşıllıqların mühafizəsinə (o cümlədən, onların istifadəsinə, qorunmasına, bərpasına
və genişlənməsinə) yönəldilmiş tədbirlərin maliyyələşdirilməsinə;

– nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına;

– ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki
bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların
və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);

– ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə, dövlət kadastrının aparılmasına;

– ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına (o cümlədən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına, habelə müqavilə ilə işləyən mütəxəssis, ekspert və texniki işçilərə görə pul ödənişlərinə).

Qeyd edək ki, indiyə qədər qüvvədə olan Əsasnaməyə əsasən, Fondun vəsaiti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin milli sektorunda ətraf mühitin mühafizəsi tədbirlərinə, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və onların bərpasına, təbiəti mühafizə obyektlərinin tikintisinə, əsaslı təmirinə, istismarına, mühafizə olunan sahələrin yaradılması və inkişaf etdirilməsinə, təbiəti mühafizə sahəsinin sosial inkişafına, təbii obyekt və komplekslərin abadlaşdırılmasına, ətraf mühitin mühafizəsi sahəsində proqramların, layihələrin, hüquqi və normativ sənədlərin hazırlanmasına, konfrans və tədbirlərin keçirilməsinə, milli parkların, qoruqların, yasaqlıqların və digər qorunan xüsusi ərazilərin, təbiət abidələrinin mühafizəsinə, yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə, nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi və bərpasına, dövlət qoruqlarında biotexniki və digər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə, elmi-tədqiqat, layihə-axtarış və təcrübi-metodiki işlərin aparılmasına, əhalinin ekoloji təhsili və maarifləndirilməsinə, ətraf mühitin mühafizəsi sahəsində işləyən mütəxəssislərin həvəsləndirilməsi məqsədi ilə onların maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər ləvazimatların alınmasına, eləcə də xarici ölkələrlə elmi-texniki əməkdaşlıq, ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə habelə dövlət kadastrının aparılmasına sərf oluna bilərdi.

Ətraf mühitin mühafizəsi milli kitabxana

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Ekologiya və ətraf mühitin mühafizəsi

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Ətraf mühitin mühafizəsi milli kitabxana

Yardımlı rayon Mərkəzi kitabxanası

Yardımlı rayon MKS

  • Əsas səhifə
  • Sənədlər
  • Ümumi məlumat
    • Ətraf mühit
    • İşğal olunmuş rayonlar
    • Abidələr
    • Yardımlının uzunömürlüləri
    • Yardımlı yazarları
    • Tanınmış maarifçilər
    • Şəhidlərimiz
    • Dağlıq Qarabağ münaqişəsi
    • Azərbaycanlıların soyqırımı
    • Haqqımızda
    • Ən çox oxunanlar
    • Yeni kitablar

    Ətraf mühit
    9 Yanvar , 2018

    YARDIMLININ TARİXİ

    Azərbaycan Respublikasının Cənub bölgəsində yerləşən indiki Yardımlının ərazisi be.ə. I-ci minillikdə Midya və Əhmənilər imperiyasının, IV əsrdə Atropat Midyasının, yeni eranın əvvəllərində Albaniyanın Kaspiana vilayətinin tərkibində, III-cü əsrdə Sasanilər dövlətinin,VII-IX əsrlərdə Ərəb xilafətinin,IX əsrin 70-ci illərindən Sacilər, X-cu əsrdə Salarilər,X-XI-ci əsrlərə Rəvvadilər dövlətlərinin,1054-cü ildən Səlcuq imperiyasının,XI-XII-ci əsrlərdə Eldəgizlər,1225-1231-ci ildən Cəlaləddin dövlətinin, XIV-cü əsrdən Cəlayirlər dövlətinin, həmin əsrin sonlarında Monqol canişinliyinin,1256-cı ildən Hülakilər dövlətinin, XIV-cü əsrdən Cəlayirlər dövlətinin, həmin əsrin sonlarında Teymurilər dövlətinin, XV-ci əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətindən asılı olan Səfəvilərin Ərdəbil hakimiyyətinin, XVI-cı əsrdən XVIII əsrin 30-cu illərinədək Səfəvilər dövlətinin,həmin əsrin 30-40-cı illərindəNadir şah imperiyasının,XVIII-ci əsrin ortalarından əsas hissəsi Talış xanlığının, bəzi torpaqları Ərdəbil və Qarabağ xanlıqlarının,1812-ci ildən Çar Rusiyasının tərkibində olmuşdur.

    Yardımlı rayonu müstəqil bir inzibati ərazi vahidi kimi 1930-cu il avqustun 8-də təşkil olunmuşdur.1920-ci ildən 1924-cü ilədək mərkəzi Vərgədüz kəndi, 1924-1927-ci illərdə Sırıq kəndi, 1928-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının tərkibində Vərgədüz nahiyyəsi,1930-1938-ci ilədək müstəqil Vərgədüz rayonu, 1938-ci ildən indiyə kimi Yardımlı rayonu adı ilə tanınır.

    Rayonun mərkəzi hesab olunan Yardımlı xıx əsrin ortalarında Daşkənd Köryədisi,1890-cı ildən Yardımlı kəndi, 1963-cü ildən Yardımlı şəhər tipli qəsəbəsi, 2008-ci il iyun ayının 20-də Yardımlı şəhəri adlandırılmışdır.

    1939-cu ildən başlayaraq rayonun Təzəkənd, Sibroni, Alili,Abili, Birəhmətə kəndləri köçrülmüş; 1942-ci ildə Abasallı, Köhnə Qışlaq, Pirdovdan, Ovra, Ləceyir; 1953-cü ildə Arvana, Qarovuldaş, Deman, Avaş, Binələr, Perinbel, Əlvərəz, Oncəkələ, Peştəsər, Şatıker, Niyazoni, Nığlə, Fındıqlı Qışlaq, Vəlişli, Xanbulaq, Avaraq, Məceyir, Əliabad, Limar, Şələ, ləzran və Eçara kəndləri Muğan və Şirvana köçrülmuşdür. XX əsrin əvvəllərində indiki Yardımlı ərazisində 105 kənd, 70-ci illərdə 86, əsrin sonunda 90 kənd olub. Eçara, Musakənd, Qaravuldaş, Abasallı və Deman Azərbaycan müstəqillik qazanandan sonra bərpa olub.

    2008-ci ildə Yardımlı qəsəbəsi şəhər statusu alarkən Daşkənd, Əsədabad, Ünəç kəndləri ona birləşdirilib. Kürəkçi, Bozayran, Telavar, Şəfəqli, Ostayır,Arus, Alar, Bərcan, Köryədi, Vərgədüz, Daşkənd, Yolocaq, Qabaqdibi, Hamarkənd, Bürzünbül kəndləri rayonun ən iri kəndləri hesab olunur.

    ƏHALİSi

    Yardımlının əhalisi Oğuz türklərindən ibarətdir. Rayonun Alar, Şıxhüseyinli və Tilə kəndində irandilli etnik qruplardan ibarət talışlar yaşayırlar.

    İslamın Şiə qanadında xüsusi ehtiram göstərilən seyidlər əsasən Perinbel, Osnağaran və Sırıq kəndlərində yaşayırlar. Honuba, Telavar, Bürzünbül, Nisəqala Şıxlar və digər kəndlərdə də seyidlər vardır.

    Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olmuşlar.Bundan əlavə sənətkarlıq-duluzçuluq və dəmirçilik hələ də bəzi kəndlərdə özünü göstərir.

    RELYEFİ

    Yardımlı rayonu 667 kv/km-lik dağlıq və dağətəyi ərazini əhatə edir. Lerik, Masallı, Cəlilabad rayonları və96 km İran İslam Respublikası ilə həmsərhəddir.Şəhərin ərazisi 13,0 kv/km, kəndlərin ərazisi isə 53,7 kv/km-dir. Yardımlı Bakıdan 304 k/m, Bakı-Astara dəmiryol xəttini Masallı stansiyasında 54 k/m, Lənkəran aeroportundan 100 k/m aralıdır.

    Səthi əsasən dağlıq olan Yardımlı oroqrafik qurluşuna görə üç dağ silsiləsindən: Cənub və Cənub qərbdən bir-birinə paralel olan Peştəsər və Şimal və Şimaı Qərb tərəfdən Quludaş; Sərqdən isə Alaşar-Buravar sıra dağlarından ibarətdir.

    Ərazisi əsasən orta və alçaq dağları əhatə etsə də Yardımlı həmdə 900-1000m yüksəklikdə yerləşən Yardımlı çökəkliyindən, 1000-1200m yüksəklikdən Çayüzü düzəlmə səthindən və 1550-1850m dəniz səviyyəsində qərar tutan Deman yaylasından ibarətdir.

    Yardımlının dəniz səviyyəsində ən aşağı nöqtəsi 300m olan Ləzih ərazisi ən yuxarı səddi isə 2419m olan Şahnişin dağı hesab olunur.

    Yardımlı ərazisindən keçən sıra dağların ən yüksək zirvələri Şahnişin 2419m,Talakeç 2350m,Peştəsər silsiləsində Saxlabaran 2230m,Üzübaşı 2202m,Quludaş sıra dağlarında Quludaş 2200m, Guşədağ ( Cükeyir// Cükeyirə/)2203m,Sarp 2034m, Qaracadağ 1720m, Qızıldağ 1547m,Buravar silsiləsində Vellidağ 1105m,Karavuldaş 1095m, Humara 918m hesab olunur.

    Yardımlı ərazisi Kaynezoy erasının Paleogen və Neogen çöküntüləri ilə maqmatik suxurlardan, effizif suxurlardan örtülmüşdür.

    Yardımlı ərazisi iki Landşaft qurşağı ilə səciyyələnir. Peştəsər silsiləsinin şərq yamacları Alaşar- Buravar silsiləsinin qərb yamacları arasındakı dağlıq sahəni və çökəklikləri əhatə edən mülayim isti-enliyarpaqlı meşə lantşaftı; rayonun qərb və cənub qərb hissəsinin əsasən talış və Peştəsər silsiləsini dağüstü-bozqır lantşaftlı.

    Ərazidə yeraltı sərvətlərdən mis,vanadium, əhəngdaşı, xalımərmər, bitum, qızıl,platin,almaz,seolit,tərkibi əsasən hidrogen-sulfidli soyuq mineral sular daha üstünlük təşkil edir.

    Ətraf mühitin amilləri

    Harada yaşamasından asılı olmayaraq bütün canlılara mühit təsir edir.Canlıların yaşadığı yerdə onu əhatə edən hər şey-ərazi,hava,su,torpaq, bitki və s.hamısı mühit adlanır.Günəş,işığı,su,hava,torpaq, temperatur və s.cansız amillərdir. İnsan, bitki və heyvan mühitin canlı amilləridir.

    Torpaq. Torpağın xassələrini nəzərdən keçirtsək görərik ki, bitkilər üçün lazım olan mineral duzlar, su və hava var. Ona görə də torpaq bitkilər üçün mühitdir.Torpaqda müxtəlif canlılar-mikroorqanizmlər var ki onlarda canlıların qaliqlarını dəyişərək torpağı bitkilərin qidalanması üçün yararlı hala salır.

    Yardımlının torpaqları əsasən qəhvəyi dağ-meşə;Qonur dağ-meşə; Qismən dağ-çəmən torpaqlarından ibarətdir.Səthə çıxmış qayalıqlar dahaçox Peştəsər dağlarında özünü biruzə verir.

    Bizi əhatə edən hava əsasən iki qazın qarışığından 78,0% azot, 20,94% oksigendən ibarətdir. Qalan 1,06% arqon,karbon və.s qazlardan ibarətdir. Azot havaya müxtəlif orqanizmlər tərəfindən verilir və canlılar üçün mühüm qazlardan biri sayılır. Oksigen daha fəal qaz olduğu üçün calıların tənəffüsundə, yanmaqda və s iştirak edir. Oksigenin mənbəyi bitkilərdir. Ərazimiz başdan-başa bitki örtüyü ilə zəngin olduğu üçün.

    İşıq. Günəş işığı hava, su və torpaq olmasa canlılar yaşaya bilməz. Günəş işığı yerdə baş verən hadisələr üçün əsas enerji mənbəyidir. Bitkilərin yaşıl yarpaqları yalnız günəş işığında təbiətə oksigen buraxır.

    Temperatur. Günəş şüaları həm də istilik mənbəyidir. Bitki və heyvan orqanizmlərində bütün dəyişikliklərin (proseslərin) getməsi yəni onların böyüməsi, inkişafı, çoxalması və həyat fəaliyyəti temperaturdan asılıdır. Torpaqda kifayət qədər temperatur olmadıqda toxumlar cücərmir.

    Yardımlı ərazisi dörd iqlim tip ilə xarakterizə olunur. Yayı quraq keçən mülayim isti iqlim, Qışı mülayim və yayı isti quraq keçən yarımsəhra və quru steplər iqlimi, qisməndə olsa yağıntıları təxminən bərabər paylanan mülayim isti iqlim və qışı quraq keçən soyuq iqlim.Yardımlıda orta temperatur yanvarda 2-3ºs, iyulda 20-24ºs olur.

    Su. Su quruda yaşamağa uyğunlaşmış bütün canlıların həyat fəaliyyəti üçün lazımdır.Lənkəran-Astara bölgəsində ən uzun çaylar Yardımlı ərazisindəki Viləçayla Bolqarçaydır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 935kv/km olan Viləş çayı başlanğıcını Deman çökəkliyindən-Quludaş zirvəsi yaxınlığındakı 1880m hündürlükdən götürür.Əsasən sağ qolunu Ağçay ( Alar və ya Şələtürk ), sol qolunu Mətəli çay təşkil edir.

    Digər bir qolu isə Moran dağının cənub hissəsindən Abidinli,Xanbulaq, Vəlişli və Avaraqdakı gur bulaqlardan götürərək Demandan gələn qola Yardımlı şəhərinin mərkəzində birləşir.

    Qeyd edək ki, əvvəl göstərdiyimiz Ağ çay Təkdam ərazisində Viləş çayına qovuşur. Viləş çayı yeraltı və yağış suları ilə qidalanır. Xəzər dənizində Qızılağac körfəzinə tökülür. Masallı ərazisində çayın üzərində Viləş çay dəryaçası inşa edilmişdir. Suvarmada geniş istifadə olunur.

    Yardımlıda illik yağıntının miqdarı 300-700mm, Deman yaylasında 250-300mm olur.

    Rayonun içməli suyunun hamısını bulaq suları təşkil edir. Yay vaxtı kənardan gəlmiş qonaqlar sərin meşəsi və soyuq suyu olan bulaqların yanında istirahət edillər. Belə ki Ostyır kənd ərazisində Məceyir çayı və Pankü bulaqları, Daşkənd ərazisində Kəhriz bulağı, Xanbulaq kəndində olan Soyuqbulaq, Şəfəqli kəndinin Bərəncü bulağı, Abidinli kəndində Əli bulağı, Perinbel kəndindəki Göznarı bulağı, Deman kəndində Kənd bulağı,Arvana kəndində Soyuqbulaq, Dağ üzü kəndində Höccət bulağı, Peştəsər kəndindəki Mineral sulu bulaq, Hamarkənd ərazisində Gur bulaq, Alar kəndində olan çoxlu bulaqlar, Ökü kəndində Çinarbulaq və Avun kəndindəki Çinarbulaq təbii su mənbələri ilə seçilən bulaqlardandır.

    Ətraf mühitin canlı amilləri

    Təbiətdə bitki və heyvan ayrılıqda yaşamır.Onlar təbii qruplaşmalar əmələ gətirir. Yer üzərində təxminən 2 milyon heyvan və yarım milyon bitki yaşadığı müəyyən olunmuşdur. Yaşıl bitkilər təbiətdə daim oksigen yaradır, quruda yaşayan heyvanların həyatı yaşıl bitkiərdən, suda yaşayan heyvanların həyatı isə su bitkilərindən asılıdır. Canlı orqanizmlər mühitə təsir edir, yəni onlrın arasında qarşılıqlı əlaqə vardır. Əgər bu əlaqə qurtarsa həyat da mümkün olmaz.

    Flora. Bitkilər üçün harada lazım olan şərait ( su, istilik,hava və mineral duzlar) varsa onlar orada bitir. Onların bəziləri çox kiçik boylu qısa ömrə malikdirlər. Lakin nəhəng gövdəli və neçə yüz illərlə yaşayan palıd,fıstıq, çinar və.s kimi nəhəng ağaclar da vardır.

    Yardımlı meşələrinin ümumi sahəsi 20536 hektardır. Ən çox meşə sahəsi olan kəndlərdən aşağıdakıları göstərmək olar. Perimbel189 ha, Peştəsər168 ha, Ostayır154 ha,Dəryavar97 ha, Fındıqlıqışlaq96 ha, Şıxhüseyinli80 ha, Zenqaran72 ha, Əfçədulan51 ha, Astanlı50 ha, Xanbulaq50 havə.s

    Əsas ağacları palıd,fıstıq və vələs olsa da 3-cü geoloji dövrün relikt və endemik ağac növlərindən azat (nil ),şabalıdyarpaq palıd, dəmirağac, bigəvər (zərgin ),qaraçöhrə, məxmər yarpaqlı dağ ağaclarına da rast gəlinir. Bələdiyyə sahələrində kolluqlar, dərələr boyunca uzanan yaşıllıqlar sanki təbii parka bənzəyir.

    Rayonumuzda yol boyu parklarda salınmışdır ki, onların içində6,4 hasahəsi olan “ Savalan” istirahət parkı xüsusi yer tutur.Bundan başqa H.Əliyev parkı və yeni salınmış Gənclər parkı şəhərə xüsusi gözəllik verir.Həmçinin Perinbel kəndində “ Göznarı” ərazisində park salınmışdır.

    Hər bir kənddə həyatyanı bağlar salınmışdır. Bağlar alça,alma,armud,heyva, qoz-fındıq,ərik, gavalı,əzgil,əncir, üzüm,zoğal,gilas,badam və.s kimi ağaclarla zəngindir.Kolluqlarda və yaxud çöllərdə əsasən itburnu,qaragilə,çöl əzgili,böyürtkən və.s kimi meyvələrlə rastlaşırsan.

    Bostanlarda lobya, noxud, paxla, mərci, soğan, kartof, sarımsaq, pomidor, kələm, bibər, boranı, moruq, çiyələk, badımcan ,turp, vəzəri, kişniş və.s bitkilər əkilir.

    Çöllərdə istiot,meşə soğanı (vəcələ),cincilim,quşəppəyi,ciyirtkən və .s kimi bitkilər bitir, yerli əhali tərəfindən qida kimi istifadə olunur. Kəklik otu, bağayarpağı, yarpız, qırxbuğum, qarağat, ələfi, baldırğan, çobanyastığı dərman kimi istifadə olunur.

    Dağlarda Payqəmbər ardıcı, çilədağı, gəvən,üzərlik və.s kimi bitkilərə rast gəlinir.

    Fauna.Həyətlərdə camış,inək,qoyun,keçi,at,ulaq,qatır və.s kimi heyvanlar saxlanılır.Ev quşlarından qaz,ördək,hind quşu,toyuq və,s kimi ev quşları geniş yayılmışdır.Çöl heyvanlarından canavar, çaqqal, oxlu çaqqal, porsuq, kirpi, donuz, dovşan, dələ, tülkü ərazinin hər yerində olur.

    Quşlardan kəklik, qaratoyuq, sığırçın, kecələ, çöl göyərçini, qarğa, quzğun, qırğı, qartal ilə və yay-yaz aylarında istənilən qədər xırda quşlara da rast gəlinir.

    Sürünənlərdən ilanların müxtəlif növləri, su heyvanlarından isə qurbağa xırda çay balıqlarına rast gəlməy olur.

    Təbiətdə orqanizmlərə təsir edən və onu dəyişdirən ən güclü amil insandır.XXI əsr insanın təbiətə olan sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşəriyyətin tarixinə qara səhifə kimi həkk olunub. Kosmik fəzadakı raketlərin sayının gündən-günə çoxalması,tədqiqatlar və dünya müharibələri, zavod kombinatların tullantıları,radioaktiv çirklənmə, kənd təsərüffatında işlədilən preparatlar atmosferi ( havanı), hidrosferi (suyu),litosferi (torpağı) və biosferi (canlı aləmi) çirkləndirib, canlı aləmin tarazlığını pozub, onun sərvətlərinə çox güclü zərbə endirib,okean,dəniz,göl və çaylar zərərli maddələrlə çirklənib, insanlar arasında xəstəlik artıb, bitki və heyvanların bəziləri məhv olub.

    Ətraf mühitin mühafizəsi.

    İnsanlar mühit amillərini öyrənməklə yeni elm sahələri yaratmışlar. Bu yeni elm – ekologiya ( ekologiya-yunanca məskən,vətən deməkdir) adlanır.

    Ekologiya mühit amilləri arasında olan qarşılıqlı təsirləri öyrənir, təbiətin və ətraf mühitin qorunması işinə kömək etməkdən ibarətdir. Dünya dövlətlərinin təşəbbüsü ilə 1948-ci ildə Təbiəti Mühafizə İttifaqı yaradıldı. Bu ittifaqa daxil olan dövlətlər təbiəti qorumaq üçün konkret tədbirlər görürlər.

    1963-cü ildə Azərbaycanda Təbiəti Mühafizə Cəmiyyəti yaradılmışdır. Bucəmiyyət bütün rayonları əhatə edir. İndi meşələrdə ağacları qırdıqda onun əvəzində yeni və sayca çox ağaclar əkilir.

    Bildiyimiz kimi 2010-cu il Azərbaycan Pespublikası Dövlət Başçısı tərəfindən “ Ekologiya” ili elan olunmuşdur. Respublika Prezidenti İ. Əliyevin “ Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” barədə imzaladığı 2006-cı il 28 sentiyabr tarixli sərəncamlı ilə əlaqədar orqanlarla birlikdə hər bir Azərbaycan vətəndaşı üzərinə böyük öhdəliklər qoyur. Belə ki, bu istiqamətdə bizim rayonda da bir sıra işlər görülmüş və görülür.

    Qeyd edək ki, bizim rayonda 1 asvalt zavod və 1 sok zavod fəaliyyət göstərir. Kənd təsərrüfatında demək olar ki, heç bir kimyəvi istifadə olunmur.Rayonumuzda kəndlər qazla təchiz olunmadığı üçün yanacaq kimi odundan istifadə olunur.

    Kəsilmiş ağacların yerinə yeni meşəliklər salınır,hətta parkların genişlənməsinə,xüsusən suların təmizləiyinə fikir verilir. Hamısı bulaq suyu olduğu üçün sulara zərərli və tullantı maddələr qarışmır. Dərələrdən axan sular belə içməli olur.

    Ətrafda heç bir heyvan cəsədinə rast gəlmək olmaz. Əgər belə hallar olarsa dərhal torpağa bastırılır. Torpaq üzərində heç bir xoşagəlməz çirkabla rastlaşmaq qeyri mümkündür. Təbiətin bəxş etdiyi bütün gözəlliklər Yardımlı torpağına İlahi tərəfindən verilmişdir.

    Sadaladığımız və sadalaya bilmədiyimiz bu müsbət cəhətləri Yardımlı mənzərələrinin gözəlliyini seyr etmək üçün yaz-payız aylarında Yardımlıya qonaq gəlmək kifayət edər.

    Qeyd edək ki Yardımlı-Masallı magistral yolunun 28-ci k/m-də qərar tutan məşhur Təkdam şəlaləsinin hündürlüyü 28-30 m-ə çatır. 1981-ci ildə “ Şəlalə” istirahət zonası salınıb.Rayonda turistlərin istirahəti üçün “Deman”istirahət mərkəzi, “Şəlalə”istirahət zonası fəaliyyət göstərir.

Comments are closed, but trackbacks and pingbacks are open.