Dəniz ətraf mühitinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər
Anar Hüseynov
Ətraf mühitin mühafizəsi
SOCAR neft-qaz əməliyyatları həyata keçirdiyi bütün quru və dəniz akvatoriyası boyu daimi olaraq, SOCAR-ın Ekologiya idarəsi tərəfindən kompleks ekoloji monitorinqlər aparılaraq, ətraf mühitə antropogen təsirlər araşdırılır, aşkar olunan kənar təsirlərin minumuma endirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 5 iyun tarixində Stokholm şəhərində keçirilən iclasında ətraf mühit məsələləri diqqət mərkəzində olmuşdur. Problemin kəskinliyini, əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqət yönəldilməsi vacibliyini nəzərə alan iştirakçılar tərəfindən 5 iyunun «Ümumdünya Ətraf Mühit Günü» kimi qeyd olunmasına qərar verildi və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlandı. Ölkəmizdə ətraf mühitin mühafizəsi məsələsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda istər birinci istərsə də ikinci hakimiyyəti dövründə ön sıralarda olmuşdur. Belə ki, 1969-1982 – ci illərdə ekologiya, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə sahəsində 8 qanun, 32 qərar qəbul olunmuş, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi genişləndirilmiş, yeni – yeni parklar, yaşıllıqlar, meşəliklər salınmış bu sahədə fənlərin tədrisinə diqqət artırılmışdır. Sonralar Ümummilli Liderimiz bu barədə belə deyirdi: “1970 – ci ildə mən ilk dəfə Bakıda yaşıllıq işlərinin aparılması təklifini irəli sürdüm, böyük bir proqram hazırladıq və Bakını sürətlə, ilbəil yaşıllaşdırmağa başladıq. Mən bunlar üçün fəxr edirəm. Ancaq bunlar arasında ən çox fəxr etdiyim odur ki, mən Bakının geniş mənada yaşıllaşdırılmasının bünövrəsini qoymuşam”.
Ümummilli Liderin 1993 – cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, təbii sərvətlərdən xalqın rifahı naminə səmərəli istifadə edilməsinə dair bir sıra qanun və qərarlar qəbul olunmuş, qanunvericilik bazası təkmilləşdirilmiş, ölkəmiz bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. 1999-cu il 8 iyun tarixində “Ətraf mühitin mühafizəsi haqqında”, 1997 – ci il 30 dekabr tarixində “Azərbaycan Respublikasının Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında”, 1999 – cu il 4 iyun tarixində “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası qanunları, 2003-cü ildə “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı Sosial—iqtisadi inkişafa dair Milli Proqram” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”lar qəbul olunmuşdur. O dövrdə ətraf mühitin mühafizəsi məsələlərinə bütün insanların cəlb edilməsi üçün onların ekoloji biliklərinin artırılmasına ciddi ehtiyac var idi. Əhaliyə yaşıllıqların digər mühüm əhəmiyyətinin aşılanması günün ən vacib məsələlərindən idi. Bunu nəzərə alan üzaqgörən rəhbər Heydər Əliyev 2002 – ci il 10 dekabr tarixində “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdi. İnkişafın müasir mərhələsində elmi texniki tərəqqinin son nailiyyətləri olan tullantısız texnologiyanın tətbiqi, ətraf mühitə təsirin minimuma yendirilməsi SOCAR-ın əsas prioritetlərindəndir. Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının sözləri ilə desək: “Ekologiyanın qorunması xalqımızın sağlamlığının, milli genefondumuzun qorunması deməkdir”.
Heydər Əliyev strategiyasının uğurla davamı nəticəsində Respublikamız digər sahələrlə yanaşı ətraf mühitin mühafizəsi vəziyyətinə görə də hər zaman öndə gedir. Hesab edirik ki, birgə tədbirlər nəticəsində bu sahədə nailiyyətlər daha da artıq olacaq. ARDNŞ-nin tərkibinə daxil olan idarə və müəssiələrdə mütəmadi olaraq, ətraf mühitin mühafizəsi məqsədilə kompleks tədbirlər planı həyata keçirilir. Bu baxımdan SOCAR neft-qaz əməliyyatları həyata keçirdiyi bütün quru və dəniz akvatoriyası boyu daimi olaraq, SOCAR-ın Ekologiya idarəsi tərəfindən kompleks ekoloji monitorinqlər aparılaraq, ətraf mühitə antropogen təsirlər araşdırılır, aşkar olunan kənar təsirlərin minumuma endirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bundan əlavə Ekologiya İdarəsinin Biomüxtəliflik Departamenti tərəfindən idarə və müəssisələrinin ərazilərində yaşıllıq sahələrinin salınması, mövcud yaşıllıqlara müvafiq qaydada aqrotexniki qulluq işlərinin aparılması məqsədilə mütəmadi olaraq, məsləhət xidmətləri həyata keçirilir. Ətraf mühitin mühafizəsi məqsədilə, “SOCAR-ın 2025-ci ilə kimi strateji inkişafına dair Kompleks Planı”na müvafiq olaraq və Ekologiya İdarəsinin “İllik İş Planı”na əsasən SOCAR-ın bir neçə ərazisində yaşıllıqların salınması, Neftçilər parklarının yaradılması məqsədilə sifarişə uyğun olaraq Biomüxtəliflik Departamentin mütəxəssisləri tərəfindən yaşıllıq zolağının salınması layihələri hazırlanmış və həyata keçirilmişdir. SOCAR-ın idarə və müəssisələrində 2019-cu il 20 sentyabr Neftçilər Günü peşə bayramı və “Əsrin müqaviləsi”nin 25-ci ildönümü ilə bağlı həyata keçirilən iməciliklərdə 19141 ədəd ağac-kol və 9650 ədəd gül bitkiləri əkilmişdir. 2019-cu ilin “Nəsimi ili” elan olunmağı ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 650 min ağacın əkilməsi planlaşdırılmışdır. Bu təşəbbüsə qoşularaq SOCAR «Nəsimi ili» çərçivəsində ümumilikdə 100 min ədəd ağacın əkilməsini öhdəlik götürmüşdür. Bu məqsədlə SOCAR-ın ərazilərində meşə massivlərinin salınması layihəsi hazırlanmışdır. Hazırlanmış layihəyə əsasən 100 mindən artıq ağac, kol, gül bitkiləri əkilmişdir.
Ekologiya İdarəsi tərəfindən isə Qaradağ Tullantıların İdarə olunması Mərkəzinin 1,5 ha ərazisində 3000 ədəd zeytun və şam ağaclarının əkini həyata keçirmişdir. Beləliklə, yerinə yetirilən işlərin əsas məqsədi SOCAR-ın fəaliyyət sahələrində ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi, həmçinin biomüxtəlifliyin qorunması və bərpası rolunu oynayan yeni meşə massivlərinin salınması ilə iqlim dəyişmələrinə, eləcə də Abşeron yarımadasında mövcud təbii komplekslərə antropogen təsirlərin yumşaldılmasına nail olmaqla, ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Hal-hazırda COVİD-19 pandemiyası ilə bağlı bütün sahələrdə olduğu kimi SOCAR-ın Ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata kecirilməsində müəyyən məhdudiyyətlər yaranmışdır.
Anar Hüseynov
SOCAR-ın Ekologiya İdarəsinin şöbə rəisi
Dəniz ətraf mühitinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili normativ aktlar qəbul olunmuşdur. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2001-ci ildə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi yaradılmışdır. İdarə Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını, Nazirliyin Əsasnaməsini, əmr və sərəncamlarını, ratifikasiya edilmiş Beynəlxalq müqavilə, saziş və konvensiyaları rəhbər tutaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun şimaldan cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. monitorinqlərin keçirilməsini təşkil edir və onu həyata keçirir. Monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək, məlumat toplamaq, təsirin minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
AR Prezidentinin 28 sentyabr 2006-cı il Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”ndan irəli gələn ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş Bakı Buxtasının, Bibiheybət zonasının, Bakı Beynəlxalq Hava limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün AR Prezidentinin göstərişinə əsasən maliyyə vəsaitlərinin ayrılması bu problemlərin vaxtında həll edilməsini reallaşdırmağa xidmət etmişdir.
Bakı şəhəri ərazisində Buzovna qəsəbəsində layihə gücü 10 min m 3 , Şüvəlan qəsəbəsində layihə gücü 18 min m 3 olan bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir. Hövsan Aerasiya Stansiyası rekonstruksiya edilərək gün ərzində 200 min m 3 gücə malik yeni bioloji təmizləmə qurğuları tikilərək layihə gücü 600 min m 3 /gün-dən 800 min m 3 /gün-ə çatdırılmışdır. Sumqayıt şəhərində layihə gücü 200 min m 3 /gün olan yeni bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir.
Bundan başqa dənizdə fəaliyyət göstərən neft-qazçıxarma müəssisələrində “28 May” NQÇİ-də Çilov adasında layihə gücü 300 m 3 /gün, “Neft Daşları”nda isə layihə gücü 500 m 3 /gün olan bioloji təmizləmə qurğuları tikilib istismara verilmişdir. “Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn tullantı sularının təmizlənməsi məqsədilə ümumi sahəsi 2 ha ərazini əhatə edən yeni Təmizləyici Qurğu tikilib istismara verilmişdir. “Azərikimya” İB-nin struktur bölmələrində əmələ gələn sənaye və məişət tullantı sularının (məişət tullantı suları ~300 m 3 /gün, kimyəvi tullantı suları ~1700 m 3 /gün) təmizlənməsi həyata keçirilir.
Xəzər dənizinə antropogen təsir göstərən axarların (mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə) qarşısının alınması və təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilmişdir. İstismara verilmiş qurğulara idarənin əməkdaşları tərəfindən vaxtaşırı monitorinq nəzarəti həyata keçirilir. Belə ki, qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində mütəmadi olaraq təhlillər aparılır.
Hər il avqust ayının 12-si “Xəzər günü” və sentyabr ayının son həftəsi “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahil zolağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq tədbirlər keçirilir, o cümlədən yerlərdə dəyirmi masalarda müzakirələr aparılır, sahil boyu ərazilərdə iməciliklər təşkil olunur.
Təqdirəlayiq hal kimi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə dövlət hesab oluna bilər. Bu tədbirlərin məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir.
Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemləri
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci və 2008-ci illərdə imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamlarından irəli gələn məsələlərin həll edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Bu Sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində gün ərzində təqribən 10 000 m 3 həcmində tullantı sularını təmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan və Pirşağı qəsəbələrində qurulmuşdur. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.
Ətraf mühitin mühafizəsi
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.
Dəyişikliyə görə, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində aşağıdakı dəyişikliklər edilib:
1. 10-cu hissənin ikinci cümləsindən “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özü həmin sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində göstərilən qaydada əldə edə bilmədikdə)” sözləri çıxarılıb.
2. Aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilir:
“10-1. Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.”.
Son xəbərlər
- 13:11 | XİN Yunanıstanı təbrik etdi
- 13:07 | Evinə evlilik təklifi üçün girən pərəstişkarı saxlanıldı
- 12:46 | Valensiyada güclü meşə yanğını – Video
- 12:45 | Tətilin son günü hava necə olacaq?
- 12:33 | Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyibmiş.
- 12:21 | İstanbulu tərk edib kənddə yaşayacaq – Fotolar
- 12:05 | Sabahkı oyuna metro ilə gedib-gələcəklərin nəzərinə!
- 11:49 | Köçəryan müalicə üçün Almaniyaya getdi
- 11:44 | “Avropa ölkələrini Türkiyəyə dəstək göstərməyə çağırıram” – Təmraz Tağıyev
- 11:30 | Tətildən qayıdan sürücülərə – Müraciət
- 11:30 | “Fransadakı aksiyalarda zorakılıq olub, həbslərdən narahatıq”
- 11:19 | İlham Əliyevdən yunanıstanlı həmkarına təbrik
- 11:08 | Bakıda “Mercedes” ticarət mərkəzinə girdi – Fotolar
- 10:50 | Baydendən İranın hücumlarına – Cavab
- 10:30 | Azərbaycan sərhədini pozub Avropaya miqrasiya etmək istədilər – Video
- 10:07 | Şabranda qatarla traktor toqquşdu – Ölən var
- 09:55 | “ChatGPT” işlədəndə ehtiyatlı olun
- 09:41 | “Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı
- 09:26 | Profilində narkotiki təbliğ etdi, həbs olundu
- 09:22 | “İlk qoladək bərabər oyun gedirdi” – De Byazi
- 09:19 | “Ukrayna hələ əks-hücuma başlaya bilməz” – Zelenski
- 01:38 | Millimiz 4 qol buraxaraq məğlub oldu – Yenilənib
- 24.03.2023 23:54 | Naxçıvan DYP İdarəsinin rəisi işdən çıxarıldı – Yenilənib
- 24.03.2023 23:40 | Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi – Fotolar
- 24.03.2023 23:20 | Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər
- 24.03.2023 23:12 | Müğənniyə “oxumasan, bokal gələcək” dedi, həbs edildi
- 24.03.2023 22:51 | Son sutkada vaksin vurduran olmayıb
- 24.03.2023 22:49 | Yoluxanların sayı açıqlandı
- 24.03.2023 22:30 | 83 yaşlı kor şəxsin gözləri açıldı – Dünyada ilk
- 24.03.2023 22:04 | “Bavariya”nın yeni baş məşqçisi bəlli oldu
- 24.03.2023 21:55 | “Azərbaycanda Zəfər deyil, səfərbərlik zamanıdır” – “Qalatasaray”
- 24.03.2023 21:43 | Ərbakanın oğlu namizədliyini geri götürdü – Ərdoğanın xeyrinə
- 24.03.2023 21:27 | Ramazanın 3-cü günü – İmsak və iftar vaxtı
- 24.03.2023 21:10 | İrandakı zəlzələdə yaralananların sayı açıqlandı
- 24.03.2023 21:04 | Ermənistan tərəfi mövqelərimizi atəşə tutdu
- 24.03.2023 21:01 | Özcana şillə vuran eks-arvadının cəzası açıqlandı
- 24.03.2023 20:48 | Cüdoçumuz qızıl medal qazandı
- 24.03.2023 20:26 | Makron etirazlara görə Kralın səfərini ertələdi
- 24.03.2023 20:07 | Mark üç qız atası oldu – Foto
- 24.03.2023 19:37 | “Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı
- 24.03.2023 19:15 | Bakıda dəm qazının miqdarı normadan çoxdur
- 24.03.2023 18:55 | İsveç – Azərbaycan matçı qadın referiyə tapşırıldı
- 24.03.2023 18:47 | “Togg” üçün sifarişlər 100 mini ötdü
- 24.03.2023 18:22 | “İran bir neçə aya nüvə silahı istehsal edə bilər”
- 24.03.2023 17:58 | “Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” – Mirzoyan
- 24.03.2023 17:25 | Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır
- 24.03.2023 17:15 | Ermənilər Qarabağda yeni yol çəkir – Video
- 24.03.2023 16:59 | De Byazi 3 futbolçuya ehtiyac duymadı
- 24.03.2023 16:56 | Qaxda gənclər arasında dava – Bıçaqlanan var
- 24.03.2023 16:15 | Güclü geomaqnit qasırğası var – Səhhətinizdə narahatlıq ola bilər
Comments are closed, but trackbacks and pingbacks are open.