Press "Enter" to skip to content

Tran liyeva qanun mktbi

Təbiətdə “təsir” deyilən şey yoxdur, “qarşılıqlı təsir” var. Bu təsirlər qiymətcə bərabər, istiqamətcə əksdir.
Nyutonun qanunlar sistemi riyazi və digər təbii-elmi sahələrdə mürəkkəb mexaniki məsələləri həll etməyə imkan verir.

Nyuton qanunları

İngilis alimi İ.Nyuton 3 qanunu vahid bir sistem təşkil edir. I qanunun mahiyyəti: hər bir maddi nöqtə (cism) ona kənardan başqa bir maddi nöqtə təsir edənədək sükunətdədirsə, sükunət halını, düzxəttli və bərabərsürətli hərəkətdədirsə, bu hərəkət halını saxlayır. Cismin öz halını saxlamağa can atması meylliliyi onun ətalət xassəsi adlanır. Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.

Nyutonun II qanununu kəmiyyətcə formula etmək üçün A–təcil, m–kütlə və F–güc anlayışlarından istifadə edilir. Təcil – cismin hərəkət sürətinin dəyişməsi tezliyini xarakterizə edir. Kütlə – maddi obyektlərin əsas özəlliklərindən biri olub, ətalət halını göstərir. Güc – vektorial kəmiyyətdir, cismə kənardan başqa cismlərin, yaxud sahələrin mexaniki təsir ölçüsüdür. Cismdə hərəkət effekti yaradan amildir. Bu təsir sayəsində cism hərəkətə gəlir, yaxud öz forması və ölçülərini dəyişir. Bu qanuna əsasən ətalətli sistemdə maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir.
Ətalət qanununun mahiyyəti, yəni maddi nöqtənin aldığı təcil ona təsir edən güclə düz, onun kütləsi ilə tərs mütənasibdir.

Bu qanun yalnız inersial sistemlər üçün doğrudur.
I qanunu II-dən hasil etmək olar. Doğurdan da, əgər cismə kənardan heç bir təsir yoxdursa, onda onun təcili 0-ra bərabərdir. Deməli o, ətalətdə olacaq.

III qanunun mahiyyəti: Maddi nöqtələrin (cismlərin) qarşılıqlı təsiri Nyutonun III qanunu ilə müəyyən olunur. Bu qanuna görə maddi nöqtələrin bir-biri ilə hər cür təsiri qarşılıqlı təsirdir. Yəni,

Qüvvələr cür-cüt təsir edirlər. Əgər A cismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismi tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır.

Təbiətdə “təsir” deyilən şey yoxdur, “qarşılıqlı təsir” var. Bu təsirlər qiymətcə bərabər, istiqamətcə əksdir.
Nyutonun qanunlar sistemi riyazi və digər təbii-elmi sahələrdə mürəkkəb mexaniki məsələləri həll etməyə imkan verir.

Nyutonun I qanununun ifadəsi belədir: elə hesablama sistemləri var ki, bu sistemlərə nəzərən hərəkətdə olan cismə başqa cisimlər təsir etmirsə, (və ya başqa cisimlərin təsiri bir-birini kompensasiya edirsə) onda o cisim öz sürətini sabit saxlayır.
Nyutonun I qanununun ödəndiyi hesablama sisteminə inersial hesablama sistemi deyilir. Bir inersial hesablama sisteminə nəzərən düzxətli bərabərsürətli (təcilsiz) hərəkət edən istənilən başqa hesablama sistemi də inersial hesablama sistemidir.

Nyutonun II qanununun ifadəsi belədir: Cismə təsir edən qüvvələrin əvəzləyicisi cismin kütləsinin bu qüvvələrin cismə verdiyi təcillə hasilinə bərabərdir:
Fəv = m×a

Nyutonun III qanununun ifadəsi belədir: Cisimlər modulca bərabər, istiqamətcə əks olan qüvvələrlə bir-birinə təsir edir:
F1,2 = -F2,1

Ümumdünya cazibə qanununun ifadəsi belədir: cisimlər bir-birinə, modulu onların kütlələri hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb olunur:
Fcaz=G×m1m2/r2

Müəllif: Arif Tağıyev
Mənbə: Müasir təbiətşünaslığın konsepsiyaları

  • Teqlər:
  • təbiət qanunları

Xankəndi

Bunu AzVision.az-a açıqlamasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, bu qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində artıq müzakirədən keçib:

“Cinayət Məcəlləsinə yeni bir maddə 318-2 (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi) maddəsi əlavə edilməsi təklif edilib. Yəni maddənin dispazisiya hissəsində göstərilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına 1 ay müddətində yazılı məlumat verilməlidir. Bu məlumat verilmədikdə həmin şəxsi 3 min manatdan 5 min manata qədər cərimə, yaxud da 360 saatdan 480 saata qədər ictimai işlərlə cəza gözləyir. Bildiyiniz kimi ölkəmizdə ikili vətəndaşlıq yoxdur.

Buna görə də bizim soydaşlarımızın bir çoxları bəzi ölkələrin vətəndaşlığını əldə etsələr də, Azərbaycan vətəndaşlığını da saxlayırlar. Qanuna görə onlar başqa dövlətin vətəndaşlığını aldıqdan sonra bizim ölkənin vətəndaşlığından çıxarılmalıdırlar. Ölkəmiz ikili vətəndaşlıq anlayışını qəbul etməyibsə, onda vətəndaşımız digər ölkənin vətəndaşlığını qəbul etdikdə, Azərbaycanın müvafiq orqanlarına yazılı məlumat verməlidir”.

Bu qanunun bundan əvvəl digər ölkənin vətəndaşlığını qəbul edən şəxslərə şamil olunması məsələsinə gəlincə, millət vəkili bildirib ki, qanun qəbul edildikdən sonraya tətbiq olunur.

“Bu ağırlaşdırıcı hal olduğu üçün bundan əvvəlki dövrlərə tətbiqi hələ dəqiq deyil. Hesab edirəm ki, qanunun aliliyinə hörmət naminə vaxtından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı hansısa ölkənin vətəndaşlığını qəbul edibsə, bu haqda məlumat verməsi məqsədə uyğun olardı”.

Anar Kəlbiyev
AzVision.az

“Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minib

“Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minib “Qida təhlükəsizliyi haqqında” qanun (38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.

1 Yanvar , 2023 09:10

https://static.report.az/photo/5e453f1c-0eca-384b-aa2c-b392d6f341e0.jpg

“Qida təhlükəsizliyi haqqında” qanun (38.6-cı, 38.7-ci və 38.8-ci maddələri nəzərə alınmaqla) 2023-cü il yanvarın 1-dən qüvvəyə minib. “Report” xəbər verir ki, qanun qida təhlükəsizliyi sistemi üzrə bir çox yeniliklərin hüquqi bazasını formalaşdırmaqla yanaşı, sahibkarlara dövlət dəstəyi siyasəti çərçivəsində bəzi inzibati prosedurların sadələşdirilməsini də nəzərdə tutur. Qanuna əsasən, bu gündən etibarən sahibkarlıq subyektlərini bir sıra yeniliklər gözləyir. Belə ki, təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək. Bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək. Qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək. Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minəcək. Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən və idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq. Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara Agentlik tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək. Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq. Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, AQTİ-nin səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək. Qanunun 38.6-cı maddəsinə əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdır (Qanunun 16.2-ci maddəsi). Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar (Qanunun 19.3-cü maddə) bağlı müddəalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, iri sahibkarlıq subyekti hesab edilən qida subyektləri üçün bu Qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün dörd il, mikro sahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün altı il sonra qüvvəyə minir. Qanunun 38.7-ci maddəsinə əsasən, həmin Qanunun 25.1-ci maddəsi, yəni yeni növ qida məhsullarının, təbii mineral suların və genetik modifikasiya olunmuş orqanizmlərin və yem məhsullarının qeydiyyata alınması ilə bağlı tələblər bu Qanun dərc olunduğu gündən bir il sonra qüvvəyə minir. Qanunun 38.8-ci maddəsinə əsasən, həmin Qanunun 27-ci maddəsi, yəni qida və yem məhsullarının izlənilməsi bu Qanun dərc olunduğu gündən iki il sonra qüvvəyə minir. Qeyd edək ki, 9 fəsil, 38 maddədən ibarət olan qanun Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, ölkəmizin ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.