Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri
Tərbiyənin bir sıra nisbi mənada tərkib hissələri müəyyənləşdirilmişdir ki, tərbiyə olunanda həmin keyfiyyətlərin aşılanması məqsədəmüvafiqdir. Onları aşağıdakı kimi ayırmaq olar: əxlaq tərbiyəsi, mənəvi tərbiyə, intellekt tərbiyəsi (zehin tərbiyəsi), əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə. Bütün bunlarla bərabər tərbiyə prosesində uşaqların hüquq, ekoloji, iqtisadi, ruhi tərbiyəsi ilə də məşğul olunur. Bütün bunlar tərbiyənin məzmununu təşkil edir. Amma, nəzərə almaq lazımdır ki, tərbiyənin bütün tərkib hissələri bir birilə sıx bağlıdır. Hər hansı bir tərbiyənin tərkib hissəsində digər keyfiyyətlər də tərbiyə olunur və ya olunmalıdır. Bu cəhətdən tərbiyənin tərkib hissələri bir növ şərti xarakter daşıyır, insanın tərbiyə prosesində bütün bu tərbiyəvi keyfiyyətlər kompleks şəkildə həyata keçirilir.
Təxəyyül haqqında anlayış
İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim və hadisələri qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada salaraq onların surətlərini beyində yaradır, həm də heç zaman bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün olmayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bilir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud fantaziya adlanır.
Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə deyilir.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir.
Təxəyyül bir sıra özünəməxsus xüsusiyyətləri ilə digər psixi proseslərdən fərqlənir. Bildiyimiz kimi duyğu, qavrayış, hafizə, hətta təfəkkür kimi psixi proseslərin elementləri heyvanlarda da bu və ya başqa şəkildə özünü göstərir. Təxəyyül isə bir psixi proses kimi ancaq insana məxsusdur.
Təxəyyülün köməyi ilə insan nəyi isə yaradır, özünün fəaliyyətini planlaşdırır və onu idarə edir. Demək olar ki, bəşəriyyətin yaratdığı maddi və mənəvi dəyərlər insan təxəyyülünün məhsuludur. Təxəyyül insanı hal-hazırdakı vəziyyətdən kənara çıxarır, ona keçmişi daha əyani şəkildə görməyə kömək edir, onu gələcəyə aparır. İnsan öz təxəyyül fəaliyyətinin vasitəsilə ayrı — ayrı orqanlarının fəaliyyətinə təsir edə bilir. Bunu autotreninq təcrübələrində aydın şəkildə görmək mümkündür. Təxəyyül fəaliyyətindən istifadə edərək xəstəliyin müalicəsinə təsir göstərmək, başqa sözlə, psixoterapiyada təxəyyül obrazlarının yaradılmasından geniş istifadə edilir.
Təxəyyül bir psixi proses kimi qavrayış, hafizə və təfəkkür prosesləri arasında aralıq mövqe tutur.
Təxəyyül fəaliyyəti zamanı bizim yaratdığımız surətlər, hətta onlar fantastik mahiyyətə malik olduqda belə, onun ayrı-ayrı elementləri həyatdan, keçmiş qavrayışlarımızdan, yaddaşımızdan götürülmüş olur.
Təxəyyülün təfəkkürlə əlaqəsi onda ifadə edilir ki, təxəyyül də varlığın özünəməxsus şəkildə inikasıdır. Lakin təfəkkür bir psixi proses kimi varlığı, aləmi anlayışlarla əməliyyat aparmaq vasitəsi ilə əks etdirirsə, təxəyyül varlığı konkret obrazlı formada əks etdirir. Biz bu cəhəti alimin və yazıçının fəaliyyətində aydın şəkildə görə bilərik. Alim də, yazıçı da varlığı əks etdirir, lakin biri məntiqi dəlillərlə, sübutlarla, digəri isə təxəyyülün köməyi ilə, yaratdığı obrazlarla.
Təxəyyül bir psixi proses kimi, təbii ki, müəyyən fizioloji proseslərlə, beyinin fəaliyyəti ilə bağlıdır. Burada ilk növbədə insanbeyninin analitik-sintetik fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Belə ki, insan öz praktik, əməli fəaliyyətində varlığın cisim və hadisələrini tərkib elementlərinə ayırır.
Məhz bu elementlər sonradan başqa bir, yeni qaydada birləşdirilir, yeni surətlər yaradılır. Varlıq, aləm bu surətlərdə əks etdirilir.
Təxəyyül surətlərinin yaranmasının fizioloji mexanizmində əvvəllər beyində yaranmış müvəqqəti sinir rabitələrinin yenidən, yeni qaydada birləşməsi və canlanması dayanır.
Əlbəttə yeni birləşmələrin, assosiasiyaların yaranması üçün mövcud, əvvəlki rabitələrin dissosiasiyası zəruridir.
Nəzərə alsaq ki, təxəyyül ali psixi funksiyadır, demək, təxəyyülün fizioloji mexanizmində baş beyin yarımkürələri qabağında gedən proseslər dayanmalıdır. Lakin psixoloqlardan R.S.Nemovun dediyi kimi, baş-beyin qabığının təxəyyüllə bağlı olan fəaliyyəti lazımi dərəcədə öyrənilməmişdir. Son zamanlarda təxəyyül fəaliyyətinin beynin aşağı şöbəsinin fəaliyyəti ilə bağlılığı barədə fərziyələr irəli sürülmüşdür. Bu sahədə aparılan tədqiqatlar da bu fərziyyənin doğruluğunu sübut edir. Belə ki, beynin aşağı şöbəsində yerləşən hipotalimik- limbik sistemdə zədələnmə əmələ gəldikdə psixikada xarakterik pozğunluqlar özünü göstərir. Bu pozğunluqlar onda ifadə edilir ki, xəstə özünün davranışını planlaşdıra bilmir. Nəzərə alsaq ki, insanın öz davranışını planlaşdırması və onu idarə etməsi təxəyyül fəaliyyəti ilə bağlıdır, onda hipotalamik-limbik sistemin təxəyyül fəaliyyətində oynadığı rol aydın olur.
Təxəyyül fenomen xüsusiyyətlərə malik psixi prosesdir. Burada qeyri-adi olan odur ki, təxəyyül obrazları beyində gedən fizioloji proseslərin nəticəsində yaranırsa da, bu obrazlar yarandıqdan sonra orqanizmdə gedən digər fizioloji proseslərə təsir edə bilir.
Bu fikri təsdiq etmək üçün psixoloji ədəbiyyatda belə misallardan istifadə edilir. Məşhur yazıçı Floberin özünün yazdığı kimi o, «Xanım Bavari» romanının qəhrəmanı Bavarinin zəhəri içməsi səhnəsini təsvir edərkən ağzında zəhər tamı duyğusu əmələ gəlib. Yaxud, deyilənə görə, Volter hər ili Varfolomey gecəsinin il dönümündə xəstələnirmiş. Dini fanatizmin qurbanı olmuş minlərlə günahsız adamın öldürüldüyü həmin gün haqqında düşüncələr, bununla bağlı onda yaranan təxəyyül obrazları onun bədənində titrəmənin əmələ gəlməsinə, daha sonra, temperaturun qalxmasına, nəbzinin döyüntülərinin çoxalmasına səbəb olarmış.
Bəzən, həkimin ehtiyatsızlıqla xəstəyə dediyi sözün nəticəsində xəstə təxəyyülündə özünü ağır xəstəliyə tutulmuş insanın obrazı kimi canlandırır ki, bu da bu xəstəliklə bağlı simptomların həqiqətən həmin xəstədə təzahür etməsinə səbəb ola bilir.
Nəhayət, təxəyyül obrazlarının fizioloji proseslərə təsiri ilə bağlı ideomotor aktlar haqqında da danışmaq olar.
Volf Messinqin, Tofiq Dadaşovun məlum təcrübələrini yadımıza salaq. Onlar gizlədilmiş cismi tapa bilirlər. Ona görə tapa bilmirlər ki, həmin cismi gizlədən adam təxəyyülündə öz işinin obrazını yaradır. Təxəyyül obrazları da öz növbəsində həmin şəxsin ayrı-ayrı üzvlərinə, onların fəaliyyətinə təsir edir və hərəkət aktları törədir. Bunlara idiomotor aktlar deyilir. Fövqəladə dərəcədə həssaslığa malik olan ekstrasens idiomotor aktların çox incə siqnallarını tutur və nəticədə gizlədilmiş cismi tapa bilir.
Təxəyyüldən psixoterapiyada da geniş istifadə olunur və müəyyən psixoloji gərginliyin aradan qaldırılmasına imkan verir.
Təxəyyül çox mürəkkəb psixi prosesdir. Heç şübhəsiz ki, onun fizioloji əsası ilə bağlı hələ öyrənilməmiş xeyli məsələlər mövcuddur.
Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri
Tərbiyə məqsədyönlü prosesdir. Tərbiyənin məqsədi tərbiyə olunana yaxın və aydın olanda prosesin təşkili ən yüksək səmərəni təmin edir.
Tərbiyə çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektiv və subyektiv amillər özünü göstərir. Şəxsiyyətin daxili tələbatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı obyektiv şəraitə uyğun gəlməsi tərbiyə vəzifələrini uğurla həll etməyə kömək edir.
Tərbiyə dialektik prosesdir. Bu onun fasiləsiz inkişafında dinamikliyində, dəyişkənlyində özünü göstərir.
Tərbiyə kompleks prosesidir. Bu o deməkdir ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideyasına tabedir. Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaşması kompleks halda, vəhdətdə baş verir.
Tərbiyə mürəkkəb dinamik prosesdir. Bu sistemin hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır.
Tərbiyə dəyişkən, qeyri-müəyyən prosesdir. Bu proses subyektiv amillərin təsirindən asılıdır: tərbiyə olunanların fərdi fərqlərindən, onların sosial təcrübəsindən, tərbiyəyə münasibətindən asılıdır.
Tərbiyə ikitərəfli prosesdir. Bu proses iki istiqamətdə gedir: tərbiyəçidən tərbiyə olunana (birbaşa əlaqə) və tərbiyə olunandan tərbiyəçiyə (əks əlaqə). Prosesin idarə olunması başlıca olaraq əks əlaqələr üzərində qurulur.
Tərbiyə mürəkkəb və ziddiyyətli prosesdir. Bu o deməkdir ki, onun hadisələri tez nəzərə çarpmır. Tərbiyə prosesinin mürəkkəbliyi onun dinamik və dəyişkən olmasındadır.
Tərbiyə şəxsiyyətin inkişafı və formalaşması prosesidir. Bu prosesə həm şəxsiyyətə edilən xarici təsir, həm də özünütərbiyə və özünütəkmilləşdirmə daxildir.
Tərbiyə fasiləsiz, uzun sürən prosesdir. Tərbiyə proseesi tərbiyəçilərin tərbiyə olunanlara fasiləsiz, sistematik ardıcıl təsiri prosesidir. Burada məqsədli iş sistemi qurulur. Tərbiyə işi insanın bütün həyatı boyu davam edir, nəticəsi gec görünən və insanın əməllərində özünü göstərən bir prosesdir.
Göründüyü kimi, tərbiyə prosesində iki fəal tərəf iştirak edir. Onlardan biri tərbiyəçi, digəri isə tərbiyə olunandır. Hər ikisi fəaldır. Ancaq daha fəal olanı tərbiyəçidir. Məhz o, uşağı bəsləyib yetişdirir, ona təsir göstərir, onda yeni keyfiyyətlər, nəcib əxlaqi sifətlər yaradır, zehni və fiziki qabiliyyətləri təşəkkül etdirib möhkəmləndirir, uşağın fəal şəxsi mövqeyini təmin edir. Bu prosesdə tərbiyəçinin özünün də şəxsiyyəti inkişaf edir, formalaşır.
Beləliklə, tərbiyə prosesi tərbiyəçi ilə tərbiyə olunan arasında yaradıcılıq əməkdaşlığı şəraitində həyata keçirilən ikitərəfli qarşılıqlı fəaliyyət prosesidir. Bu elə bir prosesdir ki, həmin prosesdə bir tərəfdən uşaq tarix boyu qazanılmış təcrübə və bilik sərvətləri ilə silahlanır, inkişaf edir, tərbiyəçinin bilavasitə göstərdiyi pedaqoji rəhbərliklə özünün fəallığı zəminində həyata düzgün münasibət bəsləyir, öz həyat yolunu təyin etmək mədəniyyətinə, zehni, əxlaqı, iqtisadi, siyasi, hüquqi, ekoloji, bədii və fiziki mədəniyyətə, faydalı adətlərə və davranış qaydalarına yiyələnir, digər tərəfdən tərbiyəçi özü kamilləşir, inkişaf edir.
Deməli, tərbiyə şəxsiyyətin məqsədyönlü formalaşması və inkişafı prosesidir. Məqsədyönlü formalaşma və inkişaf tərbiyənin əsas mahiyyətini təşkil edir. Tərbiyənin mahiyyəti – şəxsiyyəti yüksək insani keyfiyyətlərlə tərbiyələndirmək, onda nəcib əxlaqi, mənəvi keyfiyyətlər aşılamaq, əməyə, həyata hazırlamaq, estetik və fiziki mədəniyyət, ailə münasibətləri mədəniyyəti formalaşdırmaq, cəmiyyətdə düzgün davranış normalarına istiqamətləndirmək, milli və bəşəri dəyərləri mənimsətmək və bütün bunların tərbiyə olunanın intellektual, emosional, daxili aləmindən keçirib onun xarakter əlamətlərinə çevirməkdir.
Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən prosesdir. Bu prosesdə bir tərəfdən sosial-psixoloji, digər tərəfdən pedaqoji əlaqə və asılılıqlar özünü göstərir. Bu əlaqə və asılılıqlar bir-biri ilə sıx surətdə bağlıdır. Onları nəzərə almadan tərbiyə prosesini düzgün təşkil etmək olmaz. Sosial əlaqə və asılılıqlar dedikdə, tərbiyə prosesinin gedişində şagirdlərin ictimai sərvətləri mənimsəməsi zamanı özünü göstərən əlaqələr və asılılıqlar nəzərdə tutulur.
Pedaqoji əlaqə və asılılıqlar uşağı əhatə edən mühit və tərbiyə qüvvələri tərəfindən göstərilən təsirlərlə bağlı olan əlaqə və asılılıqlardır. Uşaq həmişə müəyyən mikro və ya makro mühitdə yaşayır, həmyaşıdları, valideynləri, bacı-qardaşları ilə ünsiyyətdə olur, məktəbin, müəllimlərin təsirinə məruz qalır, səhnə və ekran əsərlərinə, televizor verilişlərinə baxır, kitab və qəzet oxuyur, radionu dinləyir və s.
Tərbiyənin bir sıra nisbi mənada tərkib hissələri müəyyənləşdirilmişdir ki, tərbiyə olunanda həmin keyfiyyətlərin aşılanması məqsədəmüvafiqdir. Onları aşağıdakı kimi ayırmaq olar: əxlaq tərbiyəsi, mənəvi tərbiyə, intellekt tərbiyəsi (zehin tərbiyəsi), əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə. Bütün bunlarla bərabər tərbiyə prosesində uşaqların hüquq, ekoloji, iqtisadi, ruhi tərbiyəsi ilə də məşğul olunur. Bütün bunlar tərbiyənin məzmununu təşkil edir. Amma, nəzərə almaq lazımdır ki, tərbiyənin bütün tərkib hissələri bir birilə sıx bağlıdır. Hər hansı bir tərbiyənin tərkib hissəsində digər keyfiyyətlər də tərbiyə olunur və ya olunmalıdır. Bu cəhətdən tərbiyənin tərkib hissələri bir növ şərti xarakter daşıyır, insanın tərbiyə prosesində bütün bu tərbiyəvi keyfiyyətlər kompleks şəkildə həyata keçirilir.
Tərbiyə fəaliyyətində xüsusi, təşkilati cəhətindən söhbət getdikdə, adətən, burada müəyyən şəxsiyyətin formalaşmasına olan təsir assosiasiyası nəzərdə tutulur. Tərbiyə ənənəvi olaraq xüsusi inkişaf edən şəxsiyyətə, onun formalaşması məqsədi ilə cəmiyyət tərəfindən müəyyənləşdirilmiş sosial xassə və keyfiyyətinə pedaqoji təsiridir.
Tərbiyə dedikdə, biz pedaqoji prosesdə həyata keçirilən müxtəlif növlü fəaliyyətin stimullaşdırılmasını və təşkilini nəzərdə tuturuq ki, onlar ictimai təcrübə əldə etmək üçün şəxsiyyətə imkanlar verir. O, bilik, bacarıq, sosial və mənəvi münasibətləri ilə formalaşır.
Tərbiyə cəmiyyətimizin demək olar ki, bütün sahələrində həyata keçirilir. Ailənin, uşaq bağçasının, ümumtəhsil məktəblərinin, texniki peşə məktəblərinin, orta, ali ixtisas məktəblərinin, kolleclərin, idarə, müəssisə və təşkilatların tərbiyə imkanları genişdir. Başqa sözlə, sadalanan ictimai qurumlar tərbiyənin həyata keçirildiyi yerlərdir.
Ümumiləşdirilmiş formada desək, tərbiyəçilər və tərbiyə olunanlar tərbiyənin iştirakçılarıdır. Valideynlər, müəllimlər, ustalar, idarə, müəssisə və təşkilatların rəhbərləri və s. şəxslər tərbiyəçilər kimi fəaliyyət göstərirlər.
SON DƏQİQƏ
Uşaqların sağlamlığı və fiziki cəhətdən inkişafı qloballaşan dünyada ən vacib məsələlərdən biridir. Azərbaycanlı uşaqların həyatı idmana sıx bağlıdır. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir.
İdmanın insana təsiri çox böyükdür. Belə ki, 2000-ninci illərin əvvəllərində baş vermiş bir hadisə bunu çox bariz şəkildə göstərmişdir. Hindistanın ucqar bir kəndində cinayətkarlıq səviyyəsi çox yüksək olsa da son dövrlərdə bu səviyyə kəskin düşmüşdü. Dövlət rəsmiləri bu irəliləmənin səbəbini bilmək üçün kəndə heyət göndərmişdir. Nəticədə məlum olmuşdur ki, həmin kənddən olan bir tələbə kənd camaatına şahmat oyununu öyrətmiş, məhz bundan sonra oyuna maraq o dərəcə artmışdır ki, kənddə olan hər bir fərd şahmat oynamağa və aralarında yarış keçirməyə başlamışlardır. Nəticə etibari ilə idmanın insan psixologiyasına müsbət təsiri özünü göstərmiş və kənddə zorakılıq, quldurluq halları maksimal səviyyədə aşağı düşmüşdür. Bu fakt idmanın möcüzələr yaratmağa qadir olduğunun ən yaxşı nümunələrindən biridir.
İdman həm də insanları psixoloji sarsıntılardan qoruyan vasitədir. Mütəxəssislərin fikrincə, mənfi elementlərin orqanizmə təsiri bəzən o qədər böyük olur ki, orqanizmin özünü bu təsirlərdən qorumağa gücü çatmır. Bu cür hallarla rastlaşan on minlərlə insanın təcrübəsi sübut edir ki, mənfi təsirlərə qarşı ən yaxşı mübarizə üsulu məhz idman, fiziki tərbiyədir. İdman hərəkətləri orqanizmin bərpasına, möhkəmlənməsinə yardım edir. İdman həm də tərbiyəvi əhəmiyyət daşıyır. Təhlillər göstərir ki, idmanla müntəzəm məşğul olan insanlar öz davranışları ilə də fərqlənirlər. Bu, yaşından, sosial vəziyyətindən peşəsindən asılı olmayaraq, idmana maraq göstərən bütün insanlarda rast gəlinən müsbət xüsusiyyətdir.
Tibb sahəsində yazılmış sinirlərin məşqi kitabında Nevrozların müalicəsində idmanın istifadəsi haqda geniş məlumat verilmişdir.
Təsadüfi deyil ki, idman mənəvi tərbiyənin, etikanın əsasını təşkil edən vasitələrdən biri hesab olunur. O, fiziki və mənəvi tərbiyənin formalaşmasında, sağlamlığın qorunması və bərpası yolunda cəmiyyət üçün “yaşıl işıq” rolunu oynayır. Uşağın sağlamlığına göstərilən diqqət çox erkən – uşaq bağçasından başlanır. Uşaqların tərbiyəsi, onların sağlamlığının qorunması, ümumilikdə onların gələcək həyata hazırlanmalarında uşaq bağçalarının rolunu yüksək qiymətləndirən Azərbaycan dövləti bu müəssisələrə xüsusi qayğı ilə yanaşır, uşaqların fiziki və mənəvi tərbiyəsi üçün orada hər cür şərait yaradır. Bu sahədə işlər üç istiqamətdə aparılır: əvvəlcə balacaların idmana cəlb olunmasına başlanılır. Bu iş müntəzəm davam etdirilir və nəhayət, uşaqlara fərdi yanaşılır. Metodist və tərbiyəçi pedaqoqların iştirakı ilə uşaq bağçasında, hər şeydən əvvəl, uşaqların düzgün fiziki inkişafına, gündəlik rejim və gigiyenik tələblərə cavab verən şərait yaradılıb. Bağçalarda fiziki tərbiyə məşğələləri üçün müvafiq avadanlıqlarla təchiz edilmiş idman salonu, meydança var. Hər dərs ilinin əvvəlində uşaqların sağlamlıq səviyyəsini öyrənmək məqsədi ilə müayinə aparılır. Onların sağlamlığının və fiziki inkişaf səviyyələrinin hərtərəfli qiymətləndirilməsi fiziki tərbiyə işinin əsasını təşkil edir. Uşaqların sağlamlığı öyrənilərkən onların boylarına, çəkilərinə, fiziki inkişafına, sağlamlığına, keçirdikləri xəstəliklərə, valideynlərin uşaqlara hansı formada nəzarət etdiklərinə, uşaqların əsəb sisteminin hansı formada olmasına və s. fikir verilir. Bu cür müayinələrin aparılmasında məqsəd bağçaya qəbul edilən uşaqların problemlərini öyrənməkdir.
Bu gün Azərbaycan ailəsində fiziki tərbiyə münasibətləri sırf məişət problemi çərçivəsindən çıxıb daha geniş məna və məzmun kəsb edir, ictimai xarakter alır. Bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı uşaq, yeniyetmə və gənclərin təkcə idman ocaqlarında deyil, ailələrdə də bu qayğını hiss etməsinə zəmin yaradıb. Ailə şəraitində uşaqların fiziki tərbiyəsinin təşkili məsələləri müxtəlif sosial, psixoloji, fizioloji və digər amillərlə şərtlənir. Ailədə uşaqların fiziki tərbiyə məsələlərinin müvəffəqiyyətli həlli tərbiyə prosesinin təşkilindən və imkanlarından, şərait və vasitələrdən səmərəli şəkildə istifadə olunmasından asılıdır.Ailədə fiziki tərbiyə ilə bağlı iş planlı surətdə, müntəzəm və məqsədyönlü aparılarsa, onun keyfiyyət və səmərəsi xeyli yüksələr. Ən başlıcası isə, valideynlər fiziki tərbiyənin sağlamlıq və sosial əhəmiyyətini öz övladlarına inandırıcı şəkildə başa salar, uşaqların idmana olan münasibəti xeyli yaxşılaşar. Bu yolla valideyn uşaqda idmana fəal münasibət yarada bilər. Bundan əlavə, ailədəki ümumi əhval-ruhiyyə və fiziki tərbiyə üzrə aparılan əməli işlər qarşıya çıxan bütün çətinlikləri aradan qaldırmağa imkan verər.
Ailədə tərbiyə funksiyasını yerinə yetirən zaman valideynlər bədən tərbiyəsi və idmanın təbliğatçılarına çevrilirlər. Bu funksiya valideynlərin fiziki tərbiyə və idmana böyük maraq bəsləyən uşaqların mənəvi və hətta, maddi baxımdan həvəsləndirmələrini nəzərdə tutur. Hər bir uşaq idmanın bu və ya digər növünə yararlı olub-olmaması baxımından, özünəməxsus xüsusiyyətlərə malikdir. Ona görə də valideyn bədən tərbiyəsi müəllimi və məşqçinin köməyi ilə oğlunun (qızının) bu və ya digər idman növündə qabiliyyətini müəyyən etməlidir. Təcrübə göstərir ki, uşağın qabiliyyətinin hansı səviyyədə olması ilə bağlı dəqiq məlumat toplamaq üçün üç metoddan (anket sorğusu, müsahibə və müşahidə) ən münasibi müşahidə və müsahibədir. Burada əldə edilən subyektiv qiymətlər anket sorğusuna nisbətən daha güclüdür.
Müasir dövr bədən tərbiyəsi və idmanın yeniyetmələrin gündəlik məişətinə geniş daxil edilməsini, bu işdə ailənin oynadığı rolu nəzərə almağı tələb edir. Bunların uğurlu həlli bir sıra şərtlərin və vasitələrin həyata keçirilməsini tələb edir, həm də ailənin pedaqoji imkanları ilə sıx bağlıdır. Bura ailənin güzəranı, ailə üzvlərinin idmana münasibəti, ailənin idman təşkilatları ilə əlaqəsi, bu əlaqənin xarakteri və sistemi; valideynlərin peşə təcrübəsi xüsusiyyətləri və s. daxildir. Ata-anaların pedaqoji mədəniyyətinin səviyyəsi pedaqoji maariflənmənin istiqamətindən, onun düzgün aparılmasından da çox asılıdır. Pedaqoji maariflənmə sahəsində aparılan məqsədyönlü iş nəticəsində ölkədə valideynlərə fiziki tərbiyə məsələlərinə dair elmi-pedaqoji biliklər, bədən tərbiyəsi və idmana dair müəyyən bacarıq və vərdişlərin aşılanması yolları öyrənilir və tətbiq edilir. Pedaqoji mədəniyyətin səviyyəsini bu və ya digər dərəcədə ata-ananın fərdi xüsusiyyətləri, həyat təcrübəsinin zənginliyi müəyyən edir. Ailə şəraitində fiziki tərbiyənin təşkili sahəsində müvafiq səriştəyə malik olmaq, övladlarının fiziki tərbiyəsinə dair zəruri biliklərə yiyələnmək ailədə idmana marağı artırır. Ailə şəraitində fiziki tərbiyənin təşkili üzrə iş pedaqoji hazırlıq məsələsi ilə qırılmaz surətdə bağlıdır. Ata-anaların pedaqoji hazırlığı isə onların nəzərdən keçirdiyimiz məsələyə münasibətləri və bu istiqamətdə praktik fəaliyyətləri ilə sıx əlaqədardır. Öz övladının sağlamlığını düşünən hər bir valideyn övladında fiziki hərəkətlərin yerinə yetirilməsinə maraq yaratmalıdır. Mütəxəssislər hesab edirlər ki, ata-analar övladlarına elə təsir göstərməlidirlər, onların idmana olan ilkin maraqları sönməsin. Bəzən uşaq bu və ya digər fiziki hərəkətləri düzgün yerinə yetirməyən zaman lağa qoyulur, nəticədə, həvəsdən düşür. Bu, ailə şəraitində fiziki tərbiyənin inkişafını əngəlləyən amillərdən biridir. Ailədə valideynlər oğul və qızlarının fiziki tərbiyəsi ilə məşğul olarkən, eləcə də bu sahədə hər hansı bir tapşırığı yerinə yetirərkən onun pedaqoji ustalığı, səriştəsi daha da təkmilləşir, nəticədə yeni bacarıq və vərdişlər qazanırlar. Əlbəttə, bunun başlıca səbəbi odur ki, ata-anaların əksəriyyəti bədən tərbiyəsi və idmandan sağlamlıq vasitəsi kimi istifadə etməyi bacarmır. Validenylərə kömək göstərmək, bədən tərbiyəsi və idmana dair bilik və məlumat vermək vacibdir. Bu məsələnin müsbət həlli ata-anaların bədən tərbiyəsi və idman haqqında düzgün maarifləndirilməsidir.
Əlbətdəki idman sadəcə uşaqların və gənc nəslin məşğul ola biləcəyi bir məşğuliyyət deyil.Müasir dövrümüzdə idman yaşlı əhali arasındada güclü mövqe tutub. İdman klubları, fitness klubları və s. açılır.Bəziləri üçün idman yalnız hobbi deyil, həm də həyatın bir hissəsinə çevrilir. İdman üçün müxtəlif cihazların bolluğuda bu sahəyə marağı günü-gündən artırır. Çox sevindirici haldır ki, bu gün istəyimizə və imkanlarımıza uyğun idman seçə bilərik. Hərəkət həyatdır!Əslində, bütün həyatımız bir hərəkətdir və idman haqqında danışırıqsa, bu hərəkət aktivdir və buna görə sağlam bir həyatdır. Ancaq ən başlıcası, idman bir yük deyil, bir zövq olmalıdır, ən yaxşı sevdiyiniz idman növünü seçməlisiniz. Məsələn, kimsə roller və ya konkisürmə, bəziləri tennis və ya üzgüçülüyə üstünlük verir, kimsə həqiqətən təqaüdə çıxmaq və evdə velosiped sürmək istəyir. Və həqiqətən bir çox variant var, bir insan hərəkətli oturaq həyat tərzindən daha yaxşı olduğunu özü başa düşməlidir.
İdman bizi nəinki sağlamlaşdırır, həm də özünə inam hissi verir. Ümumiyyətlə, sağlamlıq üçün əsas komponent fiziki fəaliyyətdir. Məşq nəinki qan təzyiqini azaldır, həm də ümumi yorğunluğun yaranmasının qarşısını alır və insan dəyişməyə qarşı daha stresə davamlı olur. Həmdə, aktiv bir həyat tərzi ilə, daha enerjili oluruq ki, bu da hüceyrələrin cavanlaşmasına və metabolizmasına təsir göstərir. Vücudumuz fəal deyilsə, deməli, xəstəliklər pisləşir, toxunulmazlıq azalır və qan durğunlaşır. Əlbətdə bu o qədər də sürətli baş vermir, ancaq zaman keçdikcə bir insan yaşına görə tamamilə xarakterik olmayan xəstəlikləri dəf etməyə başlayır. Məsələn, oturaq bir həyat tərzi və daim həddindən artıq işlə kifayət qədər gənc yaşda təzyiq problemi qazana bilərsiniz və bu daim baş ağrısı, gün ərzində zəifliklə müşahidə olunacaq.
Bəzi insanlar idmanı sağlamlıqlarını qorumaq üçün vəzifə, bir borc hesab edirsə, idmanın bir əyləncə növü olduğuna inanan insanlar da var, çünki çox böyük fiziki səy tələb etməyən çox sayda idman növü var. Həqiqətən sağlamlığından narahat olan bir insan üçün idman oynamaq üçün heç bir maneə yoxdur, çünki idmanla nəinki stadionda, idman zalında həmçinin evdə də məşğul ola bilərlər.Əlbətdə ki, komanda şəklində idmanda daha çox motivasiya olduğu aydındır. Müasir həyatda idman stresli vəziyyətləri və mənəvi stressləri aradan qaldırmaq üçün çox faydalı köməkçidir. Fiziki fəaliyyət və mənəvi təmizlik qarışığı olan yoga kimi istiqamətlər müasir dövrümüzdə geniş yayılır.
Hərəkət insanın əsas bioloji ehtiyaclarından biridir. Qədim dövrlərdən bəri orqanizm homo sapiens, canlı fəaliyyətə görə yaşamağa uyğunlaşdırılmışdır. Yemək axtarışı, yırtıcılardan xilas olmaq, bütün bunlar daim hərəkət tələb edir. İndiki dövrdə bəşəriyyətin belə aktiv gündəlik həyat tərzinə ehtiyacı yoxdur, ancaq hərəkətə ehtiyac yoxa çıxmadı. Həkimlərin fikrincə, orta hesabla bir adam üçün gündəlik gəzinti norması ən azı on kilometrdir. Hazırkı ofis həyatında hər kəsin belə məsafələri qət etmək imkanı yoxdur, amma alternativi var – bu fitnessdir.
İdman insan üçün niyə bu qədər zəruridir və laqeyd yanaşsanız nə olacaq? Hər kəsi isti bir divandan qalxmağa və idman salonuna getməyə təşviq edən on səbəb var:
İdman özünə inam yaratmağa kömək edir.
İdman salonuna müntəzəm səfərlərin ən xoş nəticələrindən biri arıqlamaqdır. Fiziki fəaliyyət əzələ kütləsinin böyüməsini və yağ miqdarının azalmasını stimullaşdırır.
İdman canlılıq təmin edir. Bu sürət əsri olan müasir dünyamızda bizim üçün zəruridir.
Məşq, endorfinlərin ifrazını artırır və bu da öz növbəsində iştaha nəzarət etməyə kömək edir. Nəticədə artıq çəki itirilir. Bu isə insan orqanizmini artıq yükdən azad edir.
Daimi idman dərsləri sağlam və dərin bir yuxuya kömək edir. Hərəkətsizlik və yuxusuzluq yan-yana gəzən iki bacıdır.
Bir insan ciddi bir xəstəlik və ya əməliyyat keçirmişsə, o zaman fitness mərkəzinə davamlı səfərlər onun tez sağalmasına və tam həyata qayıtmasına kömək edəcək, həm də ona əlavə güc verəcəkdir.Lakin bu məşqlər zamanı mütləq peşəkar idman mütəxəssisinin köməyi mütləqdir. Çünki həddən artıq və düzgün qurulmamış məşq xeyirdən çox zərər gətirər.Həkimlər uzun müddətli müalicədən sonra idman fəaliyyətini zəruri hesab edirlər.
Siqaretdən imtina etmək istəyən, lakin özlərində güc tapmayan insanlar, həftədə ən azı bir dəfə idman zalına baş çəkmək məcburiyyətindədirlər. İdman maddələr mübadiləsini sürətləndirməyə kömək edir, yəni asılılıqdan çıxma daha sürətli olur.
İdman sağlam bir nüvənin qorunmasına kömək edir. Yüklər ürək əzələsinin tonunu qaldırır və qan təzyiqini normallaşdırır.
Daimi idman məşqləri qanın incəlməsinə kömək edir və bu, qan laxtalarının rezorbsiyasına səbəb olur. Bu fakt infakt riskini əhəmiyyətli dərəcədə azaldır, həmçinin bədənin yaşlanmasını yavaşlatmağa kömək edir. İnsanın idman salonuna getməsinə hansı səbəblərin səbəb olduğunu dəqiq bilmək olmur, ancaq nəticə yalnız bir olacaq: sağlam bədən və sağlam düşüncə .
Mütəmadi olaraq idmanla məşğul olan insanların daha uğurlu olduğu doğrudurmu? İdman, güclü bir şəxsiyyəti meydana gətirən, rəqabət platformasına girən bir mühitdir: çətinliyi qəbul edirsən, gücünü sınayırsan. Daha çox rəqabət ilə birləşən bu komponentlər bizi daha yaxşı edir.
Tarix boyu Azərbaycan xalqının həyatında idmanın özünə məxsus, böyük yeri olmuşdur. Dahi yazıçımız Yusif Vəzir Çəmənzəminli “Qızlar Bulağı” romanında idmanın xalq məişətinə daxil olub geniş kütlə arasında yayılması haqqında çox geniş məlumat vermişdir. Həmin tarixi dövrdə nəinki kişilər həmdə qadınlar idmanla kütləvi şəkildə məşğul olmuşlardır.
“Oh idman, sən barışıqsan” dedi baron Pierre De Coubertin. Unutmaq olmaz ki, tarix boyu keçirilən idman yarışları bəşəriyyətə müvəqqəti də olsa sülh gətirmişdir. İdman sülhün ,əmin-amanlığın, dostluğun rəmzidir.
Hal-hazırda, idman dünyanın çox sayda sakini üçün həyat tərzinin ayrılmaz hissəsidir. Ölkəmizdə idmana dövlət qayğısı günü-gündən artır. Bizdə dövlətimizin idmana göstərdiyi bu qayğıdan yararlanıb böyük nailiyyətlər, idman uğurları əldə etməyə çalışmalıyıq.
Sonda Pavlovun “Təbiətin ən ali məhsulu olan insan ən mürəkkəb və ən zərif sistemdir. Lakin təbiətin sərvətindən istifadə etmək üçün insan sağlam qüvvətli və ağıllı olmalıdır. Bunun üçün də mütəmadi olaraq idmanla məşğul olmalıdır” fikirlərini oxucuların unutmamasını tövsiyyə edərdik.
Ağayeva Xatın
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi
Comments are closed, but trackbacks and pingbacks are open.