Təhsil və Zaman qəzeti
Pedaqogikada tərbiyə anlayışının məzmununu qısaca aydınlaşdırsaq, xüsusi vurğulamalıyıq ki, tərbiyə şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesidir.Tərbiyə dialektik prosesdir. Bu, onun fasiləsiz inkişafında, dinamikliyində, dəyişkənliyində özünü
Azərbaycanda təhsillə bağlı qərar verildi – RƏSMİ
Azərbaycan Respublikasının Təhsil Nazirliyi baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında, 2021-ci il fevralın 1-dən etibarən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada, təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edəcək.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə eyni qərarlar qəbul edirlər.
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir.
Təhsil və Zaman qəzeti
Məktəbli oxusu Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlard.
Azərbaycan respublikası öz tarixi müstəqilliyinə qovuşandan bəri böyük inkişaf yolunu keçmişdir. Arxada qoyduğumuz bu 24 ildə çox uğurlara.
Məlumdur ki, hər hansı bir dil üç aspekdə öyrənilir. Bu, fonetika, qrammatika və leksikadan ibarətdir. Bu əlaqələr üzvü surətdə bir-biri i.
Məktəbin idarə olunmasinda təhsil menecmentinin rolu Hazırkı dövrdə təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipi üstünlük .
Bakının Şüvəlan qəsəbəsində yerləşən Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəblə tanışlığım yeni olsa da, bu təhsil ocağı haqqın.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respu.
Böyük potensiala, dərin məzmuna malik olan hikmətli sözlər, ilahi kəlamlar insanda yüksək mənəvi- əxlaqi keyfiyyətlər yaradır. Müxtəlif ta.
Yazı Bakı şəhəri Nəsimi rayonu 164 saylı tam orta məktəbin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Qafilə Əliyevaya həsr olunur.
Tərbiyə prosesi ziddiyyətli və uzun sürən prosesdir. O, məktəbəqədər dövrdən başlanır və əmək fəaliyyəti prosesində davam edir. Yeniyetm.
Hər bir təhsil ocağının siması, mənəvi mühiti orada çalışan müəllimlərin hansı peşəkarlıq, intellektual, pedaqoji-psixoloji hazırlı.
Daimi oxucu
Tərcümə
Haqqımda
Sevinc. Powered by Blogger.
11.28.2014
Müasir tərbiyə sistemində yeniliklərin tətbiqi
Pedaqogikada tərbiyə anlayışının məzmununu qısaca aydınlaşdırsaq, xüsusi vurğulamalıyıq ki, tərbiyə şəxsiyyətin məqsədyönlü və mütəşəkkil formalaşması prosesidir.Tərbiyə dialektik prosesdir. Bu, onun fasiləsiz inkişafında, dinamikliyində, dəyişkənliyində özünü
göstərir.Tərbiyə prosesi müəyyən səbəblərə uyğun olaraq inkişaf edir. O, şagirdlərin yaş xüsusiyyətlərindən asılı olaraq dəyişir, müxtəlif şəraitlərdə və konkret situasiyalarda başqa cür olur. Elə olur ki, eyni tərbiyəvi vasitə bir şəraitdə şagirdlərə güclü, digər şəraitdə isə zəif təsir göstərir. Tərbiyə prosesinin dialektikası onun daxili və xarici ziddiyyətləri ilə bağlıdır. Məhz bu ziddiyyətlər tərbiyə prosesinin fasiləsiz baş verməsi üçün zəruri olan qüvvəni yaradır. Daxili ziddiyyətlər şəxsiyyətin təşəkkülünün bütün mərhələlərində özünü göstərir. Bunlar şəxsiyyətdə yeni yaranan tələbatlarla onları ödəmək imkanları arasında ziddiyyətlərdir. Bu zaman yaranan uyğunsuzluq insanı öz təcrübəsini genişləndirməyə, yeni biliklərə və davranış formalarına yiyələnməyə, yeni norma və qaydaları mənimsəməyə sövq edir. Burada hər şey şəxsiyyətin fəaliyyətindən, fəallığından və həyat mövqeyindən asılıdır. Xarici ziddiyyətlər də tərbiyə prosesinin istiqamətinə və nəticələrinə güclü təsir edir. Məsələn: ailə ilə məktəb arasında ziddiyyətlər tərbiyə prosesinə olduqca mənfi təsir göstərir. Tərbiyə prosesinin düzgün təşkili demək olar ki, qlobal problemə çevrilib. Müasir dövrdə ümumilikdə bütün dünyada ekoloji tarazlığın pozulması, urbanizasiya prosesləri ilə bağlı uşaqların ünsiyyət sferasının daralması tərbiyədə ciddi problemlərin üzə çıxmasına səbəb olur. Müasir sivilizasiya gənclər arasında bədbinlik, antihumanizm yaratmaqla yanaşı, onların etik və mənəvi səviyyələrini aşağı salır.Yeniyetmələr arasında narkomaniya, alkoqolizm, əxlaqsızlıq, cinayətkarlıq günü-gündən artır. Böyüyən nəslin, gənclərin mənəvi inkişafındakı bu nöqsanlar bir çox amillərin təsiri ilə yaranır ki, onların da arasında tərbiyə prosesindəki çatışmazlıqları xüsusi qeyd etmək lazımdır. Bəs bu problemin həlli yolları varmı? Varsa nədir? Sözsüz ki, tərbiyənin əsas stimullaşdırıcı tərəfi, tərbiyə-təlim-təhsil prosesinin birgə vəhdət təşkil etməsi prosesini təmin etməkdir. Sözsüz ki, illərdən bəri pedaqogika elminə məlum olan müxtəlif tərbiyəetmə üsul və vasitələri mövcuddur. İstər dərs prosesində, istərsə də dərsdənkənar tərbiyənin müxtəlif forma və metodları pedaqoqlar, müəllimlər tərəfindən tətbiq olunur. Lakin müasir dövrdə dövrün tələblərini və zəmanə gənclərinin, böyüyən nəslin istək və maraqlarına uyğun tərbiyə üsullarının seçilməsi ən aktual məsələdir.
Bu gün artıq bəzi tərbiyə problemlərinin həllinə İKT-nin tətbiqi ideyası praktiki texnologiya səviyyəsinə çatmışdır. Hal-hazırda tədris prosesində İKT-nin tətbiqi ilə əldə olunan müsbət nəticələr, təlimin keyfiyyətinin yüksəldilməsi ilə eyni zamanda şagirdlərin maraq dairələrini daha çox cəlb etməkdə və onları komputerdən səmərəli istifadəyə yönəltməkdədir. Bu baxımdan artıq mütəxəssislərin fikrincə proqramlaşdırmanın və komputerləşdirmənin nəzəri və praktik cəhətdən tərbiyə prosesinə tətbiqi vaxtı da çoxdan yetişmişdir. Bu gün artıq bəzi tərbiyə problemlərinin həllinə İKT-nin tətbiqi ideyası praktiki texnologiya səviyyəsinə çatmışdır. Komputerin köməyi ilə tərbiyə texnologiyasının əsasında tərbiyəvi təsirlərin dəqiqliyi, özünütərbiyənin xarici təsirlə uyğunlaşdırılması, tərbiyə prosesinin gedişinə vaxtında kömək və onun korreksiya edilməsi durur. İnsan tərbiyəliliyin real faydasını görəndə tərbiyəli olmağa çalışır. Sırf buna görə də tərbiyə prosesini təşkil edəndə bu vasitədən bacarıqla istifadə etmək, prosesi şagirdlərin şəxsi tələbatlarının ödənilməsinə yönəltmək lazımdır. Bu zaman iki mühüm prinsip meydana çıxır: 1)Tərbiyənin şəxsiyyət yetişdirmək istiqamətində qurulması; 2)Şagirdin müstəqil fəaliyyəti Birinci prinsipin mahiyyəti belədir: insan bu və ya digər bir şeyin özü üçün vacibliyini, əhəmiyyətini hiss etməsə, ona laqeyd münasibət bəsləyəcəkdir. Əgər biz müvəffəqiyyət qazanmaq istəyiriksə, həmin keyfiyyətin şagird üçün əhəmiyyətini göstərməliyik. Onu inandırmaq lazımdır ki, əgər o, təhsilli, ziyalı insan olsa, mütləq uğur qazanacaqdır. İkinci prinsipin mahiyyəti belədir: məktəb tərbiyəsi şagirdi fəaliyyətlə, terminlərlə lazimi həcmdə təmin etməlidir. Buna tərbiyəvi işləri, situasion oyunları təşkil etməklə nail olunur. Məhz komputer texnologiyaları bu prinsipləri həyata keçirmək üçün əlverişli şərait yaradır. Uşaq hiss edir ki, elektron tərbiyənin yeganə və başlıca qəyyumu yalnız özüdür. “Elektron müəllim” şagirdi situasiyalardan çıxış yolunu axtarmağa, baxışları, fikirləri, hissləri saf-çürük etməyə, davranışın müxtəlif variantlarını seçməyə və yoxlamağa, həmin anda bu və ya digər hərəkətlərin nəticələrini görməyə məcbur edir. Göründüyü kimi, bu gün tərbiyə işinin düzgün qurulması üçün müəllimlərin və valideynlərin əlində güclü bir vasitə var. Komputer və müxtəlif proqramlaşırmaların tərbiyə prosesinə tətbiqi tərbiyənin şəxsiyyət yetişdirmək istiqamətini həyata keçirməyə imkan verir. Gülnaz ƏLİYEVA, AMİ Zaqatala filialının Humanitar fənlər kafedrasının baş müəllimi
Comments are closed, but trackbacks and pingbacks are open.