Press "Enter" to skip to content

Tərbiyədə ictimayyətin yeri və rolu

2023-03-23 17:26:30

Tərbiyədə ictimayyətin yeri və rolu

Yüklənir. Zəhmət olmasa gözləyin.

Valideynlərin tərbiyədə rolu

Ən sadə və əlçatan nümunələrdən biri ailədə valideynlərin şəxsi nümunəsidir
Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz.
Məhəmməd Peyğəmbər

Türk elm adamları uşağın doğuluşunun dörd mərhələdən keçdiyini söyləyərək, bunu aşağıdakı kimi sıralayıblar: birinci, embrionun ilk görüntüləndiyi, yəni hüceyrənin gerçəkləşdiyi, ikinci, 9 aydan sonra olan fizioloji doğum, üçüncü, psixoloji doğum – bu, fizioloji doğumdan sonra uşağın ana ilə ilk təmasıdır və dördüncü, sosial doğum – bu, uşağın məktəbə getdiyi ilk gündür. Diqqət yetirsək, bu dörd mərhələnin ilk üç mərhələsində uşağın sağlamlığının qorunması və tərbiyəsində ilk həlqə anadır, ailədir. Məktəb və cəmiyyət isə ana bətnindən başlayan tərbiyə prosesinə sonradan qoşularaq vaildeynlə birlikdə “sacayaq” formasında uşağın yetişdirilməsində iç-içə hərəkət edir. Deməli, valideynlər uşağın ilk tərbiyəçiləridir. Embrional pedaqogika da tərbiyənin ana bətnində hüceyrənin ilk görüntüləndiyi gündən başlamasını irəli sürərək, ananın rolunu və məsuliyyətini göstərir. Pedaqogika elmində tərbiyə məsələlərinin bir sistem halına gətirilməsində böyük əmək sərf etmiş J.J.Russo, İ.H.Pestalotsi, A.Disterveq, R.Ouen, Y.A.Komenski kimi bir çox fikir adamları, maarifçılər bu sistemdə ailənin, xüsusən də ananın rolunu yüksək qiymətləndiriblər. Məsələn, fransız maarifçisi J.J.Russo tərbiyə haqqında yazdığı əsərində “Ana yoxdursa, uşaq da yoxdur” qənaətinə gəlmişdir. Bundan çox sonralar məşhur türk yazarı Namiq Kamal “Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir” deyərək, uşağın həyatında ananın roluna yüksək əhəmiyyət verib. XX əsrin xeyriyyəçisi və maarifçisi H.Z.Tağıyev isə deyirdi ki, “Anaları savadsız olan millət kordur”. Böyük maarifçinin fikirlərində böyük həqiqət var. Çünki XXI yüzillik ölkəmizin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, cəmiyyətin bir quruluşdan digər quruluşa keçməsi yeni düşüncə tərzinə malik insanın yetişdirilməsində mühüm rol oynayan ananın timsalında ailənin savadlı olmasına, davamlı olaraq öz üzərlərində işləməsinə, maarifləndirmə xarakteri daşıyan proqramlarda iştirak etməsinə ehtiyacı yaradır. Dünyada bu istiqamətdə müəyyən təcrübələr var. Məsələn, tanınmış pedaqoqların, alimlərin fəal iştirak etdiyi daimi fəaliyyət göstərən valideyn universitetləri, birliklər, təşəbbüs qrupları, klublar, “dəyirmi masa”lar var ki, valideynlərdə gələcəyin əvəzedilməz potensialı olan bugünkü uşağın tərbiyəsində yeni yanaşmanı, düşünçəni formalaşdırır. Qərb, Avropa və Rusiya məktəblərində geniş yayılmış formalardan biri də ictimai fəal məktəblərin olmasıdır.
Bu forma valideynlərin təlim-tərbiyə prosesində könüllü tərəfdaşa çevrilməsi üçün geniş imkanlar yaradır. Bir sözlə, valideyn tərbiyədə məktəbin və cəmiyyətin əsas tərəfdaşı olduğunun məsuliyyətini dərk edərək, necə deyərlər, “yaxa”sını kənara çəkmir, illər boyu səsləri “gəlməyən” və yaxud da uşağının bütün qüsurlarını məktəbdə, müəllimdə axtaranlar öz potensial imkanlarını dərk edir, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində, müasir tələblər baxımından qurulmasında təmannasız, könüllü olaraq tərəfdaşa çevrilir. Bu sadalananlar kampaniya xarakterli deyil, davamlı olaraq yerinə yetirilə biləcək fəaliyyətlərdir. Və bu fəaliyyətlərdən ümumi işə fayda verəcək aşağıdakı nəticələr əldə olunacaq:
– Valideyn öz potensial imkanlarını və ehtiyaclarını aşkarlamaq üçün özünü və övladını xaraktercə, keyfiyyətcə öyrənəcək;
– Ailədə ata-övlad-ana arasında anlaşma, yardımlaşma, fikir mübadiləsi aparmaq, razılığa gəlmək dinamik xarakter alacaq;
– Valideynlərin qonşular, məhəllə sakinləri, iş yoldaşları ilə münasibətlərdə tərbiyə məsələləri əsas mövzuya çevriləcək;
– Ehtiyac olduqda valideynlərin iaşə, səhiyyə təşkilatları və biznes qurumları olaraq müxtəlif tipli təsisatlarla əlaqələri yaranacaq;
– Valideynlərdə və dünyaya bir fərd kimi gəlmiş uşağın şəxsiyyət kimi yetişdirilməsinin alt yapısı olan sosiallaşma təmin edilir.
Yekunda isə valideyn, məktəb və cəmiyyət qazanır.
Əlbəttə, təlim-tərbiyədə effektiv və səmərəli olan bu “resept”dən bütün ölkələrdə tam olaraq istifadə edildiyini söyləmək mümkün deyil. Çünki bu qəbildən olan fəaliyyətlərin əsasında demokratik prinsiplərin mövcud olduğu cəmiyyətlər durur. Bu elə bir cəmiyyətdir ki, burada bütün üzvlər, tərəflər öz qabiliyyətlərini, müxtəlifliklərini dəyərləndirmək imkanına malik olurlar və hər bir fərdin fikir və təkliflərinə, tənqidlərinə hörmətlə yanaşılır. Və tərbiyəni bir-birinə bağlayan həlqələrdən hər birinin qanunda yazılıb-yazılmamasından asılı olmayaraq, hüquq və vəzifələri, yerinə yetirəcəyi missiya bir-birinə “yaşıl” işıq yandıraraq vəhdətdə hərəkət edir. İngilislər: “Yaxsı nümunə ən yaxşı tərbiyədir” – deyirlər. Fikrimizcə, hər hansı bir sistemin mövcudluğundan asılı olmayaraq, bu üç həlqənin hər biri uşağın tərbiyəsində müsbət mənada böyük rol oynaya bilər. Məsələn, ən sadə və əlçatan nümunələrdən biri ailədə valideynlərin şəxsi nümunəsidir. Valideyn öz müsbət keyfiyyətləri ilə uşaqda əxlaqi-mənəvi dəyərləri, davranışları, qabiliyyətləri formalaşdırır.
C.Lokk deyirdi ki, bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır. Fikrimizcə, bu, yalnız millətin yox, eyni zamanda ailənin də rifah halının yaxşı olması deməkdir.

Məlahət MÜRŞÜDLÜ,
pedaqogika üzrə fəlsəfə doktoru

  • Baxış: 5022
    Xəbərin tarixi: 02.04.2019 / 20:09

Tərbiyədə ictimayyətin yeri və rolu

2019-03-30 17:03:00

Valideynlərin tərbiyədə rolu

Ən sadə və əlçatan nümunələrdən biri ailədə valideynlərin şəxsi nümunəsidir Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz. Məhəmməd Peyğəmbər Türk elm adamları uşağın doğuluşunun dörd mərhələdən keçdiyini söyləyərək, bunu aşağıdakı kimi sıralayıblar: birinci, embrionun ilk görüntüləndiyi, yəni hüceyrənin gerçəkləşdiyi, ikinci, 9 aydan sonra olan fizioloji doğum, üçüncü, psixoloji doğum – bu, fizioloji doğumdan sonra uşağın ana ilə ilk təmasıdır və dördüncü, sosial doğum – bu, uşağın məktəbə getdiyi ilk gündür. Diqqət yetirsək, bu dörd mərhələnin ilk üç mərhələsində uşağın sağlamlığının qorunması və tərbiyəsində ilk həlqə anadır, ailədir. Məktəb və cəmiyyət isə ana bətnindən başlayan tərbiyə prosesinə sonradan qoşularaq vaildeynlə birlikdə “sacayaq” formasında uşağın yetişdirilməsində iç-içə hərəkət edir. Deməli, valideynlər uşağın ilk tərbiyəçiləridir. Embrional pedaqogika da tərbiyənin ana bətnində hüceyrənin ilk görüntüləndiyi gündən başlamasını irəli sürərək, ananın rolunu və məsuliyyətini göstərir. Pedaqogika elmində tərbiyə məsələlərinin bir sistem halına gətirilməsində böyük əmək sərf etmiş J.J.Russo, İ.H.Pestalotsi, A.Disterveq, R.Ouen, Y.A.Komenski kimi bir çox fikir adamları, maarifçılər bu sistemdə ailənin, xüsusən də ananın rolunu yüksək qiymətləndiriblər. Məsələn, fransız maarifçisi J.J.Russo tərbiyə haqqında yazdığı əsərində “Ana yoxdursa, uşaq da yoxdur” qənaətinə gəlmişdir. Bundan çox sonralar məşhur türk yazarı Namiq Kamal “Tərbiyə ana qucağında başlayır, hər deyilən kəlmə isə uşağın şəxsiyyətini formalaşdıran bir kərpicdir” deyərək, uşağın həyatında ananın roluna yüksək əhəmiyyət verib. XX əsrin xeyriyyəçisi və maarifçisi H.Z.Tağıyev isə deyirdi ki, “Anaları savadsız olan millət kordur”. Böyük maarifçinin fikirlərində böyük həqiqət var. Çünki XXI yüzillik ölkəmizin ictimai-siyasi həyatında baş verən dəyişikliklər, cəmiyyətin bir quruluşdan digər quruluşa keçməsi yeni düşüncə tərzinə malik insanın yetişdirilməsində mühüm rol oynayan ananın timsalında ailənin savadlı olmasına, davamlı olaraq öz üzərlərində işləməsinə, maarifləndirmə xarakteri daşıyan proqramlarda iştirak etməsinə ehtiyacı yaradır. Dünyada bu istiqamətdə müəyyən təcrübələr var. Məsələn, tanınmış pedaqoqların, alimlərin fəal iştirak etdiyi daimi fəaliyyət göstərən valideyn universitetləri, birliklər, təşəbbüs qrupları, klublar, “dəyirmi masa”lar var ki, valideynlərdə gələcəyin əvəzedilməz potensialı olan bugünkü uşağın tərbiyəsində yeni yanaşmanı, düşünçəni formalaşdırır. Qərb, Avropa və Rusiya məktəblərində geniş yayılmış formalardan biri də ictimai fəal məktəblərin olmasıdır. Bu forma valideynlərin təlim-tərbiyə prosesində könüllü tərəfdaşa çevrilməsi üçün geniş imkanlar yaradır. Bir sözlə, valideyn tərbiyədə məktəbin və cəmiyyətin əsas tərəfdaşı olduğunun məsuliyyətini dərk edərək, necə deyərlər, “yaxa”sını kənara çəkmir, illər boyu səsləri “gəlməyən” və yaxud da uşağının bütün qüsurlarını məktəbdə, müəllimdə axtaranlar öz potensial imkanlarını dərk edir, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində, müasir tələblər baxımından qurulmasında təmannasız, könüllü olaraq tərəfdaşa çevrilir. Bu sadalananlar kampaniya xarakterli deyil, davamlı olaraq yerinə yetirilə biləcək fəaliyyətlərdir. Və bu fəaliyyətlərdən ümumi işə fayda verəcək aşağıdakı nəticələr əldə olunacaq: – Valideyn öz potensial imkanlarını və ehtiyaclarını aşkarlamaq üçün özünü və övladını xaraktercə, keyfiyyətcə öyrənəcək; – Ailədə ata-övlad-ana arasında anlaşma, yardımlaşma, fikir mübadiləsi aparmaq, razılığa gəlmək dinamik xarakter alacaq; – Valideynlərin qonşular, məhəllə sakinləri, iş yoldaşları ilə münasibətlərdə tərbiyə məsələləri əsas mövzuya çevriləcək; – Ehtiyac olduqda valideynlərin iaşə, səhiyyə təşkilatları və biznes qurumları olaraq müxtəlif tipli təsisatlarla əlaqələri yaranacaq; – Valideynlərdə və dünyaya bir fərd kimi gəlmiş uşağın şəxsiyyət kimi yetişdirilməsinin alt yapısı olan sosiallaşma təmin edilir. Yekunda isə valideyn, məktəb və cəmiyyət qazanır. Əlbəttə, təlim-tərbiyədə effektiv və səmərəli olan bu “resept”dən bütün ölkələrdə tam olaraq istifadə edildiyini söyləmək mümkün deyil. Çünki bu qəbildən olan fəaliyyətlərin əsasında demokratik prinsiplərin mövcud olduğu cəmiyyətlər durur. Bu elə bir cəmiyyətdir ki, burada bütün üzvlər, tərəflər öz qabiliyyətlərini, müxtəlifliklərini dəyərləndirmək imkanına malik olurlar və hər bir fərdin fikir və təkliflərinə, tənqidlərinə hörmətlə yanaşılır. Və tərbiyəni bir-birinə bağlayan həlqələrdən hər birinin qanunda yazılıb-yazılmamasından asılı olmayaraq, hüquq və vəzifələri, yerinə yetirəcəyi missiya bir-birinə “yaşıl” işıq yandıraraq vəhdətdə hərəkət edir. İngilislər: “Yaxsı nümunə ən yaxşı tərbiyədir” – deyirlər. Fikrimizcə, hər hansı bir sistemin mövcudluğundan asılı olmayaraq, bu üç həlqənin hər biri uşağın tərbiyəsində müsbət mənada böyük rol oynaya bilər. Məsələn, ən sadə və əlçatan nümunələrdən biri ailədə valideynlərin şəxsi nümunəsidir. Valideyn öz müsbət keyfiyyətləri ilə uşaqda əxlaqi-mənəvi dəyərləri, davranışları, qabiliyyətləri formalaşdırır. C.Lokk deyirdi ki, bütün millətin rifah halı uşaqların tərbiyəsindən asılıdır. Fikrimizcə, bu, yalnız millətin yox, eyni zamanda ailənin də rifah halının yaxşı olması deməkdir.(Azərbaycan müəllimi qəzeti)

Bu bölməyə aid digər xəbərlər

QDİƏT PM-in təhsil komissiyasının növbəti iclası Rusiyada keçiriləcək

2023-03-23 17:26:30

20 yaşlı oğlan xəstəxanada ölüb

2023-03-23 14:13:00

Sabirabadda yeniyetmə oğlan intihar edib

2023-03-23 13:28:00

Sabah 23 dərəcə isti olacaq

2023-03-23 13:03:00

Kahramanmaraşda zəlzələ olub

2023-03-23 12:29:00

İstirahət günlərində gözlənilən hava şəraiti AÇIQLANDI

2023-03-23 12:00:00

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

2023-03-23 11:01:00

Koronavirusa yoluxan və ölənlərin sayı AZALIR

2023-03-23 10:21:00

Laçın yolundakı aksiyanın 102-ci günü.

Comments are closed, but trackbacks and pingbacks are open.