Press "Enter" to skip to content

Rizə və Tərcümeyi-Hal Necə Yazılır? & Nümunələr – 2023 DİM

Ərizə Necə Yazılmalıdır və Nələrə Diqqət Edilməlidir?

Tərcumeyi hal formasi

Tərcümeyi-hal necə yazılmalıdır? İşə qəbul üçün CV forması necə hazırlanmalıdır? CV haqqında ətraflı məqalə hazırladıq.

Tərcümeyi-hal hazırlayarkən bəzi kriteriyalara əməl etməlisiniz. Bu, iş tapmaq prosesini daha da asanlaşdıracaq. Daha çox müəyyən sektorlar üçün hazırlanan qısa ümumi məlumatlar təhsil və bacarıqlara əsaslanmalıdır.

Kadrlar şöbəsi mütəxəssislərinin minlərlə CV arasından sizin CV-nizi seçməsi çətindir. Buna görə qısa tərcümeyi-hal yazmalısınız. Hər CV təxminən 45 saniyə incələnir. Etməli olduğunuz əsas məsələ seçdiyiniz iş üçün bacarıqlarınızı vurğulamaqdır.

Qısa tərcümeyi-hal hazırlayarkən nələrə diqqət etmək lazımdır?

  • Yazı işarələri oxunulan böyüklükdə olmalıdır. Əsasən 12 ölçü seçilməli, Arial və ya Times New Roman şrift növünə üstünlük verilməlidir.
  • Məlumatlar əks xronoloji ardıcıllıqla yazılmalıdır.
  • Şəxsi məlumatlar başda olmaqla iş və təhsil məlumatları da ardıcıllıq təşkil etməlidir.
  • Vəsiqəlik bir foto əlavə etmək lazımdır. Foto sağ üst hissəyə yerləşdirilməlidir. Fotonun arxasına ad və soyadınızı yazmağınızda fayda var. Əgər foto CV-nin arasından çıxarsa, ad və soyadınızı oxuyub sizin CV-yə aid olduğunu müəyyən edə bilərlər.
  • Tərcümeyi-hal bir səhifədən artıq olmamalıdır.
  • Qısa cümlələrlə məlumat verilməlidir.
  • Sürətlə oxunula biləcək şəkildə hazırlanmalıdır.
  • Müraciət etdiyiniz şirkətdə kadrlar mütəxəssisi yoxdursa, qısa tərcümeyi-hala üstünlük verməyiniz əlverişlidir.
  • Mövqeyə əsaslanan məlumatlar yer almalıdır.

CV nümunələri üçün aşağıdakı linkə tıklayaraq CV yükləyə bilərsiniz:

Ərizə və Tərcümeyi-Hal Necə Yazılır? & Nümunələr – 2023 DİM

Ərizə – şəxsin müəyyən bir mövzuda düşüncə, şikayət və ya istəklərini nəzərdə tutan müəyyən formaya malik və rəsmi şəkildə yazılan müraciət formasıdır. Ərizə forma olaraq məzmununa görə iki şəkildə – şikayət xarakterlixahiş etmək məqsədi ilə yazılır. Əslində ərizələr müxtəlif formalara malik olsa da, məzmunca eyni cürdür.

Ərizə Necə Yazılmalıdır və Nələrə Diqqət Edilməlidir?

İlk növbədə ərizənin başlıq forması yəni, kimə və kimdən yazılması dəqiq bir şəkildə qeyd edilməlidir. Ərizənin məzmunu qısa və son dərəcə peşekar şəkildə yazılmalı, faktlar isə konkret olmalıdır. Ərizəni ərizəçi öz xətti ilə yazmalı və ərizənin sonunda gün, ay, il və yazan şəxsin imzası qeyd olunmalıdır. Ərizənin yazılış formasını isə ümüumi şəkildə belə qeyd edə bilərik:

  1. Vərəqin əvvəlində, abzasdan böyük hərflərlə təşkilatın adı və kimə müraciət edilirsə, həmin şəxsin adı, atasının adı və soyadı qeyd olunmalıdır.
  2. Sətrin 1/2 hissəsi həcmində, vərəqin sağ tərəfində kimdən sualını verməklə ərizəçinin adı, soyadı və atasının adı göstərilməlidir.
  3. Vərəqin ortasında böyük hərflə “Ərizə” sözü qeyd olunur.
  4. Yeni sətrin əvvəlindən isə qısa, aydın və konkret şəkildə ərizəçinin müraciəti şərh olunur.
  5. Yekun olaraq ərizənin sonunda imza çəkilir və onun yazılma tarixi göstərilir.

Ərizənin Formasına Aid Nümunə

Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsinin dekanı cənab A.A.Quliyevə həmin universitetin İqtisadiyyat fakültəsində təhsil alan Ayan Məmmədova Kamil qızı tərəfindən

Ərizə

Yazıb sizdən xahiş edirəm ki, mənim 16.02.2022 tarixindən etibarən bir semestr müddəti ərzində “Mevlana” Mübadilə Proqramında iştirak etməyimə icazə verəsiniz.

İmza: Məmmədova Ayan Kamil qızı

Tərcümeyi-Hal Nədir?

Tərcümeyi-Hal forması fərd haqqında tam və dolğun məlumatları özündə əks etdirən bir rəsmi sənəddir. Bu sənəd formasını adətən rəsmi dövlət orqanları, iri şirkətlər və ya qurumlar tərəfindən işə daxil olarkən müraciət edən şəxs tərəfindən təqdim edilməsi tələb olunur. Tərcümeyi hal formasınıda ərizə sənədində də olduğu kimi, hər bir şəxs tərəfindən öz xətti ilə yazılmalıdır. Sənəd formasında özünüz haqqında olan bütün məlumatlar qısa, aydın və ardıcıl şəkildə şərh olunmalıdır.

Tərcümeyi Hal Necə Yazılmalıdır və Nələrə Diqqət Edilməlidir?

Tərcümeyi Hal formasını yazarkən aşağıdakılar nəzərə alınmalıdır:

  1. Ad və soyad
  2. Doğulduğunuz il və yer
  3. Məktəbə daxil olduğunuz və bitirdiyiniz il
  4. Ali məktəbə qəbul olunmusunuzsa, daxil olduğunuz il və bitirdiyiniz il
  5. İşlədiyiniz yer və vəzifələr

Tərcümeyi Halı yazarkən ailə üzvləriniz, evlisinizsə yoldaşınız və uşaqlarınız haqqında da ətraflı məlumatları qeyd etməlisiniz. Sənəddə xüsusi bir şəkildə bütün məlumatları ardıcıl olaraq şərh etməyə diqqət etməlisiniz. Yazıda bütün məlumatları konkret bir şəkildə, heç bir artıq sözdən istifadə etməyərək qeyd etməli və yazarkən qrammatik səhvlərə yol verməməlisiniz. Tərcümeyi hal A4 formatlı vərəqdə adətən əl ilə yazılır və “Mən, adım, soyadım..” şəklində başlanılır. Və yekun olaraq sənədin sonunda adınız, soyadınız, imzanız və tarix qeyd olunur.

Tərcümeyi-Hal Formasına Aid Nümunə

Mən Ayan Kamil qızı Məmmədova 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. 2006-ci ildə Sabunçu rayonu 170№-li orta məktəbin 1-ci sinfinə daxil olmuşam və həmin məktəbi 2017-ci ildə bitirmişəm.

2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtsadiyyat fakültəsinə daxil olmuşam və 2021-ci ildə həmin universitetdən məzun olmuşam.

Universiteti bitirdikdən sonra müxtəlif yerlərdə təcrübə proqramlarında iştirak etmişəm və 01.10.2021-ci ildən etibarən isə Accessbankda menecer vəzifəsində çalışıram.

Atam- Kamil Əhməd oğlu Məmmədov sahibkar vəzifəsində çalışır.

Anam- Nazilə Əli qızı Məmmədova evdar xanımdır.

İmza: Ayan Kamil qızı Məmmədova

Comments are closed, but trackbacks and pingbacks are open.