Press "Enter" to skip to content

Tərcümeyi-hal necə yazılır və nə üçündür? ✅

Tərcümeyi hal blankı – əl yazısı ilə, qaralama və düzəliş edilmədən yazılmalıdır. Tərcümeyi hal blankında bilgiləriniz ardıcıldəqiq şəkildə yazılmalıdır. Aşağıdakı məlumatlar tercumeyi halda qeyd olunur:

Tərcümeyi hal nümunəsi. Tərcümeyi hal blankı

Tərcümeyi hal – hər hansı bir şəxs haqqında olan bioqrafik məlumatlardır. Tərcümeyi hal dövlət idarələri, böyük şirkətlər və s. tərəfindən işə qəbul olunarkən istifadə olunur. Kiçik və orta şirkətlərdə işləyərkən çox vaxt tələb olunmur. Bəzi şirkətlər CV formasi ilə birlikdə sizin Tərcümeyi hal nümunəsini də tələb edirlər. Bəs tərcümeyi hal nümunə forması necə hazırlanır?

Bu yazıda siz bir neçə tərcümeyi halın yazılması və tərcümeyi hal nümunəsi ilə tanış olacaqsınız.

Tərcümeyi hal blankı – əl yazısı ilə, qaralama və düzəliş edilmədən yazılmalıdır. Tərcümeyi hal blankında bilgiləriniz ardıcıldəqiq şəkildə yazılmalıdır. Aşağıdakı məlumatlar tercumeyi halda qeyd olunur:

  • ad, familiya, atasının adı, doğum ili, doğulduğu yer, milliyyəti;
  • nə vaxt, harada, və hansı tədris müəssisəsində təhsil alması, ixtisası;
  • işləməyə haçandan, harada və hansı vəzifədə başlaması; işlədiyi bütün şirkətlərin adı, idarə və təşkilatların yerləşdiyi ünvanlar, iş yerini dəyişməsinin səbəbləri yazılır;
  • hərbi xidmət haqqında məlumatları;
  • ailə vəziyyəti və nikah haqqında məlumatlar;
  • ən yaxın qohumlar haqqında ümumi məlumatılar;

TƏRCÜMEYİ-HAL FORMASI

Mən Səidə Yusif qızı Əzimova 1980-ci ildə Bakı şəhərində anadan olmuşam. 1997-ci ildə 160 nömrəli orta məktəbi bitirmişəm. Elə həmin il Bakı Dövlət Unversitesinə daxil olmuşam. 2001-cü ildə oranı bitirmişəm.

Universiteti bitirdikdən sonra 2002-ci ildən 2019-cu ilədək “Nosoil” şirkətində mühasib vəzifəsində işləmişəm.

Atam, Akif Alim oğlu Abuyev 1960-ci ildə anadan olmuşdur, “CBL” şirkətində baş mühasibdir.

Anam, Arzu Heydər qızı Abuyeva 1966-ci ildə anadan olmuşdur, “Sağlam ailə ” tibb mərkəzində ginekoloq vəzifəsində işləyir.

Qardaşım, Orxan Faqil oğlu Mehdiyev 1985-ci ildə anadan olmuşdur. Neftçidir, evlidir, iki uşağı var.

Ərim, Zülfüqar Rüstəm oğlu Əzimov 1978-ci ildə anadan olmuşdur, sahibkardır.

Oğlum, Ceyhun Əzimov 2005-ci ildə anadan olmuşdur, məktəbə gedir.

Tercumeyi hal yazanda ən əsas tələblər aşağıdakılardır :

  • Tercumeyi halda doğulduğunuz il,ay,gün (ölkə, şəhər, rayon, kənd) yazılmalıdır.
  • Mövzular dəqiq və ardıcıl olmalıdır. Xronologiyaya göstərdiyimiz tərcümeyi hal nümunəsində diqqət olunmalı haldır.
  • Tərcümeyi hal yazanın əl yazısı ilə eyni olmalı və yazılmalıdır.
  • Tərcümeyi hal quruluşuna görə sadə və mürəkkəb növlərdə olur. Sadə tercumeyi hal ibtidai siniflərdə olur, qısa həcmli olur. Sadə tərcümeyi hal blankında şagirdlər ancaq özləri haqqında məlumat yazırlar.
  • Mürəkkəb tərcümeyi hal-da isə insan özü və valideynləri haqqında, onların məşğuliyyətləri haqda qısa məlumatlar yazılır.

Aşağıda sizə bir neçə tərcümeyi hal nümunə forması göstərəcəm. Tərcümeyi-hal nümunələri:

Tərcümeyi-hal necə yazılır və nə üçündür? ✅

Tərcümeyi hal Nədir?

Tərcümeyi-hal təqdim etdiyi şəxs barədə tam məlumatdır. Tərcümeyi-hal adətən işə girərkən dövlət orqanları, böyük şirkətlər və yaxud da qurumlar tərəfindən işə götürülərkən tələb olunur. Hər bir şəxs özü haqqında bu sənədi öz əl yazısı ilə yazmağı bacarmalıdır.

Tərcümeyi-hali yazmağa başlayarkən ilk öncə özünüz barədə dəqiq və ardıcıl məlumatları yazmalısınız. Aşağıdakılar bu siyahıya aid olanlardır.

  1. Ad və soyad
  2. Doğulduğunuz il və yer
  3. Məktəbə daxil olduğunuz və bitirdiyiniz il
  4. Ali məktəbə qəbul olmusunuzsa daxil olduğunuz və bitirdiyiniz il.

Və işlədiyiniz yerlər və vəzifələr:

  • Tərcümeyi-hal hazırlayarkən ailə üzvlərininiz, evlisinizsə yoldaşınız və uşaqlarınız haqqında ətraflı məlumat yazmalısınız. (Yəni ad və soyadları, doğulduqları il və yer. Hal-hazırda işlədikləri yer və vəzifələri)
  • Siz forumu doldurarkən heçbir şeyin üstündən keçməməyə və nəyinsə əksik olmamasına diqqət etməlisiniz.
  • Tərcümeyi halı yazarkən doğulduğunuz gündən olan bütün hadisələri, yəni məktəbə neçənci ildə getmisiniz, neçənci ildə bitirmisiniz, işlədiyiniz yerlər, vəzifələriniz ardicil olaraq qeyd olunmalidir.
  • Sənədi hazirlayarkan çalışın çox uzun və yorucu yazmayın. Və yazarkən dizaynına, qrammatik, stilistik və durğu səhvlərinin olmamasina fikir verin.
  • Tərcümeyi hal A4 formatlı vərəqdə adətən əl ilə yazılır, və “Mən, adım, soyadım…” şəklində başlayır.
  • Və sonda formanın altında adınız, soyadınızı, bugünki tarixi və imza atmağı unutmayın.

Aşağıdakı Tərcümeyi hal nümunəsi sizə köməklik göstərəcəkdir.

Tərcümeyi-hal
Mən Aynur Kamal qizi Əliyeva 1992 ci ildə Bakida anadan olmuşam. 1999cu ildə 196 nömrəli orta məktəbə daxil olmuşam və 2010cu ildə orta məktəbi bitirmişəm.

2010cu ildə Baki Dövlət Universitetimə daxil olmuşam. 2014 cü ildə universiteti qurtarmışam.

Universiteti və magistraturani bitirdikdən sonra labarant vəzifəsində işə girmişəm.2019cu ildən baş müəllim vəzifəsində işləmişəm. Hal hazirda bu vəzifədə işləyirəm.

Atam Kamal Aydin oğlu Mehdiyev 1967ci ildə Qubada anadan olmuşdur. CaspianDTL şirkətində baş mühasib vəzifəsində işləyir.

Anam Sevda Məhəmməd qizi Mehdiyeva 1969 cu ildə Bakida anadan olmuşdur. Evdar qadindir.

Qardaşim Tural Kamal oğlu Mehdiyev 1993cü ildə Bakida anadan olmuşdur. “Neft Emali Zavodunda” mühasib işləyir. Evlidir bir övladi var.
Ərim Əliyev Kənan Akif oğlu 1991ci ildə Qobustanda anadan olmuşdur. Hal hazırda “AdaTikinti” şirkətində Memar-Konstruktor kimi işləyir.

Oğlum Fariz Əliyev 2017ci ildə Bakıda anadan olmuşdur. Hal-hazırda uşaq bağçasına gedir.

Tərcümeyi hal nümunə 1.

Tərcümeyi-hal yazarkən əsas tələblər bunlardır:

  • Tərcümeyi-hal da şəxsin doğulduğu gün, il, ay (respublika, şəhər, rayon, kənd) dəqiq göstərilməlidir.
  • Qeyd olunan faktlar dəqiq və ardıcıl olmalıdır. Xronologiyaya tərcümeyi-halda diqqət olunası xüsusi haldır.
  • Tərcümeyi-hal yazanın öz əl yazısı ilə olmalıdır.
  • Tərcümeyi hal formasına görə sadə və mürəkkəb olur. Sadə tərcümeyi-hal ibtidai siniflərdə olur, qısa həcmli olur. Bu zaman şagird yalnız özü haqda məlumat yazır.
  • Mürəkkəb tərcümeyi halda isə insanin özü və valideynləri haqda, onlarən məşğuliyyətləri haqda məlumat verilir.

Tələbə tərcümeyi-hali isə aşağıdaki ardıcıllıqda olur.

  • Başlıq – Tərcümeyi hal (2020)
  • Ad, soyad və atasinin adi.
  • Doğulduğu il, gün, ay və yer.
  • Məktəbə qədər dövr.
  • Məktəb dövrü.
  • Tələbəlik dövrü.
  • Universitetdə apardiği ictimai vəzifə
  • Mükafatlari, təltifləri
  • Ailə üzvləri haqda qısaa məlumat
  • Tərcümeyi-hal in yazildiği tarix
  • Tərcümeyi-hali yazanin şəxsi imzasi.

Comments are closed, but trackbacks and pingbacks are open.