Proqram təminatı(Software) Sistem proqramlar, tətbiqi proqramlar, əməliyyat sistemləri, ortuk proqramları, arxiv proqramlar, antiviruslar, drayverlər, utilitlər
Verilənlər bazasının idarəetmə sistemləri. Bu proqramlar verilənlər bazasının yaradılması, idarə olunması, emalı üçün nəzərdə tutulub. Məs : MS Access
Tətbiqi proqram təminatı
Fərdi komputerlərdə məsələnin həll edilməsində istifadə olunan proqramlar toplusu komputerin proqram təminatı adlanır. Fərdi komputerlərin tərkibi proqram konfiqurasiyası adlanır. Proqram təminatını 3 kateqoriyaya ayırmaq olar.
Sistem proqram təminatı -müxtəlif növ köməkçi funksiyaları yerinə yetirir. Məs: istifadə olunan informasiyanın nüsxəsini yaradır, komputerin qurğularının işləmə qabiliyyətini yoxlayır və s. prosedurları yerinə yetirir.
Tətbiqi proqram təminatı:- Fərdi komputerlərdə lazımi işlərin yerinə yetirilməsini təmin edir. Beləki, mətn sənədlərinin redaktə edilməsini, şəkillərin və təsvirlərin hazırlanmasını, informasiya massivinin emal olunmasını və başqa prosedurları yerinə yetirir.
İnstrumental proqram təminatı (sistem proqramlaşdırması) :- proqramlaşdırma dilində komputer üçün yazılmış yeni proqramın emalını təmin edir.
Komputerin proqram təminatının struktur sxemi aşağıdakı kimidir:
Sistem proqram təminatı
Bu proqramlar ümumi istifadəçilidir. Fərdi komputerlərin konkret istifadəsi ilə əlaqəli deyil və ənənəvi funksiyaları yerinə yetirir. Məs: məsələnin planlaşdırırlması və idarə olunması, giriş-çıxış funksiyalarının idarə olunması və s.
Sistem proqram təminatı sisteminə aşağıdakı proqramlar daxildir.
1) Əməliyyat sistemləri (bu proqram komputer işə düşən zaman sərt diskdən operativ yaddaş qurğusuna yüklənilir.)
2) Proqram-örtükləri (komputerlə işləmək üçün istifadəçiyə lazım olan asan proqramlar toplusudur)
3) Əməliyyat örtükəri interfeys sistemləri olub qrafik interfeyslərin yaradılması üçün istifadə olunur. Məs: multiproqramlaşdırma
4) Drayverlər (periferik qurğuların portların idarə olunması üçün istifadə olunanproqramlardır. Və bu proqramlar komputer işə düşən zaman operativ yaddaş qurğusuna yüklənilir.)
5) Utilitlər (disk və fayl sisteminin xidmətinə əsaslanan proqramlardır)
Utilitlərə aşağıdakılar daxildir.
- Fayl dispetçeri və ya fayl meneceri
- Verilənlərin dianmik sıxılma üsulu
- Diaqnostika üsulu-komputerin konfiqurasiyasını idarə etməyə imkan verir.
- Kommunikasiya proqramları-komputerlər arasında informasiyanı mübadilə etmək üçün istifadə olunur.
- Komputerin təhlükəsizlik üsulu (rezerv nüsxələmə, antivirus proqramları)
Tətbiqi proqram təminatı
Tətbiqi proqramlar avtonom rejimdə və ya proqram komplekslərinin tərkibində istifadə olunur. Tətbiqi proqramlar fərdi komputerdə müəyyən işlərin yerinə yetirilməsi üçün istifadə edilir. Bunlara mətn sənədlərinin redaktə edilməsi, şəkillərin hazırlanması, elektron cədvəllərin işlənilməsi və s. misal göstərmək olar.
Tətbiqi proqramlara aşağıdakı proqramlar daxildir.
- MS Office proqram paketinə axil olan bütün proqramlar
- Mühasib sistemləri
- Analitik maliyyə sistemləri
- CAD sistemləri (avtomatlaşdırılmış sistemlərin layihələndirilməsi)
- HTML redaktoru ( web səhifələrin hazırlanmasında istifadə olunan teqlər ardıcıllığı)
- Brauzerlər (web səhifəyə baxmaq üçün proqramlar)
- Qrafik redaktorlar
- Ekspert sistemləri
İnstrumental proqram təminatı
İnstrumental proqram təminatı və ya proqramlaşdırma sistemləri proqramlaşdırma dillərində yazılmış yeni proqramların işlənilməsi üçün avtomatlaşdırılmış sistemdir. Hər hansısa proqramlaşdırma dilində proqram yazmaq üçün aşağıdakı komponentlərin olması vacibdir.
- Proqram kodunu yazmaq üçün mətn redaktoru
- Kompilyator vəya interpretator-çıxışa göndərilən proqram kompilyator vasitəsilə maşın koduna çevrilir. Böyük proqramlarda çıxış proqramı bir neçə modullardan təşkil olunur. Hər bir modul ayrıca fayl kimi maşın koduna kompilyasiya olunur. Sonra isə nəticə etibarilə bütün modullar çıxışda birləşir.
- Əlaqə redaktoru və ya toplayıcı modullar arasındakı əlaqəni yerinə yetirir və çixışda sadə kod şəklində proqramı formalaşdırır. Belə ki, hazır fayl .exe və ya .com fayl genişlənməsində olur.
Son vaxtlar proqlaşdırma sahəsində obyektyönümlü proqramlaşdırmadan geniş istifadə olunur. Bu proqramlaşdırmada hazır vizual komponentlərdən istifadə olunur.
Proqram təminatı(Software) Sistem proqramlar, tətbiqi proqramlar, əməliyyat sistemləri, ortuk proqramları, arxiv proqramlar, antiviruslar, drayverlər, utilitlər
1. Sistem proqramları(sistem proqram təminatı). Bu proqramlar kompüterin işini idarə edən, onun ayrı –ayrı qurğuları arasında əlaqə yaradan, qurğuları tənzimləyən, kompüterləri qoruyan, diaqnostikanı aparan proqramlardan ibarətdir.
Bu proqramlara aşağıdakılar aiddir.
1) Əməliyyat sistemləri
Əməliyyat sistemləri kompüterin idarə olunması, işlənməsi üçün zəruri olan sistem proqramlarının kompleksindən və onlara inteqrasiya olunmuş tətbiqi proqramlar paketindən ibarətdir.
Birməsələli və çoxməsələli, biristifadəçili və çox istifadəçili, şəbəkə əməliyyat sistemləri mövcuddur.
2)Xidməti (servis) proqramları aşağıdakı 6 hissədən ibarətdir.
a) örtük proqramları
Örtük proqramları əməliyyat sistemində işi sadələşdirən proqramlardır. Məs : MSDOS əməliyyat sistemi üçün Norton Commander (NC) adlı örtük proqramlar var.
b) utilitlər
Utilitlər kompüterin qurğularının imkanlarını artıran köməkçi zəruri proqramlardır.
c) arxivləşdirmə proqramları
Arxivləşdirmə proqramları informasiyanı sıxaraq yaddaşa qənaət etməyə imkan verir.
Arj, Zip, Rar arxivləşdirici proqramlar var. Arxivasiya proqramları arxivator adlanır.
d) formatlaşdırma proqramları
Formatlaşdırma proqramları kompüterin yaddaşındakı disklərdə informasiyanı optimal yerləşdirməyə imkan verir
e) antivirus proqramları
Antivirus proqramları kompüteri ziyanverici viruslardan qorumağa imkan verir.
Kasperski, Nod32, Norton, Avira, Avast, Doctor Web və s antivirus proqramları var.
f) diaqnostika (test) proqramları
Diaqnostika proqramları kompüterin ayrı-ayrı qurğularının sazlığını yoxlayır və nasazlıq görəndə xəbərdar edir.
3)Proqramlaşdırma dilinin transliyatorları : bu dillərdə yazılmış proqramların kompüterdə realizə olunmağını təmin edir.
1. interpritator –proqramları hissə-hissə realizə edir
2. kompilyator –tam realizə edir
4)Texniki xidmət proqramları : kompüterin qurğularına qulluq üçün nəzərdə tutulur. Yəni kompüterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək.
5)Drayverlər : kompüterə qoşulan qurğuların kompüter tərəfindən tanınmasını təmin edir.
- Kontrol, test və diaqnostika proqramları.
- Drayver proqramları
- Arxivator proqramları
- Antivirus proqramları
- CD və ya DVD yazıcı proqramları
2. Tətbiqi proqramlar . Tətbiqi proqram təminatı.
İstifadəçinin konkret məsələsinin həlli üçün nəzərdə tutulan proqramlara tətbiqi proqramlar deyilir. Bu proqramlar sistem proqramlarına nəzərən daha çox istifadə olunur. Onlardan ən çox istifadə edilənləri qeyd edək.
Mətn redaktorları –bu proqramlar müxtəlif mətn və sənədlərin hazırlanması üçün nəzərdə tutulur. Məs: Ms Word
Cədvəl prosessorları(elektron cədvəllər) Bu proqramlar cədvəl şəklində verilmiş informasiyanın emalı üçün nəzərdə tutulub. Məs:Excell
Qrafik redaktorlar. Bu proqramlar müxtəlif təsvirlərin, şəkillərin hazırlanması və emalı üçün nəzərdə tutulub. Məs : Ms Paint, Adobe PhotoShop, Corol Draw, AutoCAD
Təqdimetmə proqramları. Bu proqramlar müxtəlif təqdimatların, reklamların yaradılması üçün nəzərdə tutulub. Məs : Ms Power Point
Verilənlər bazasının idarəetmə sistemləri. Bu proqramlar verilənlər bazasının yaradılması, idarə olunması, emalı üçün nəzərdə tutulub. Məs : MS Access
Kompüter şəbəkələrində iş proqramları : Məs İnternet Explorer, Mozilla, Opera, Chorome, Outlook Express(ms office paketində yerləşir)
Tərcüməçi proqramlar Məs Promt, Dilmanc.
Lüğət proqramlar Məs Lingvo, Polyglot
- Kontrol, test və diaqnostika proqramları.
- Drayver proqramları
- Arxivator proqramları
- Antivirus proqramları
- CD və ya DVD yazıcı proqramları
Tətbiqi proqramlar və onların təsnifatı
- Mətn redaktorları: MsWord? WordPad, Notepad və s.
- Elektron cədvəlləri: Sheet, Super Calk, Ms Excel, Lotus və s.
- Qrafik proqramlar: Paint, Power Point, Corel Draw, Photo Shop 3Dstidio MAX və s.
- Nəşriyyat işləri
- Verilənlər bazasını idarə edən sistemlər: Fox Pro, Ms Access və s.
- Prezentasiyaların təqdimatlar) yaradılması üçün Power Point
- Mühasibat işləri
- SAPR (layihələşdirilmənin avtomatlaşdırılması) Auto Cad
- Statistik analiz üçün istifadə olunan proqramlar
- PC oyunları, öyrədici proqramlar, şəkil və animasiya
- Şəbəkələri idarə etmək üçün istifadə olunan proqramlar
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.