Tullantısız və aztullantılı
Ukranyada tikilmiş kimya kombinatında tullantılar başqa sexlərdə kompleks emal edilərək azot gübrələrinə,
Tullantısız və aztullantılı istehsal
laşdırılması tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsilə bağlıdır .
Resursların qorunması xalq təsərrüfatının artmaqda olan tələbatını təmin etmək sahəsində həlledici mənbə-
Tullantısız istehsal texnologiyasında istehsalın təşkili prinsipi belə anlaşılır:
İlk xammal resursları – «istehsal» – «istifadə» – «təkrar xammal resursları» tsikli ekoloji tarazlığı pozmadan
xammalın bütün komponentlərindən, bütün enerji növlərindən səmərəli istifadə olunması üzrə qurulmuşdur. Tul-
lantısız istehsal bir kombinat, sahə, region, nəticədə nəhayət bütün xalq təsərrüfatı üçün yaradıla bilər.
Tullantısız istehsal uzunmüddətli və tədrici proses olub bir – birilə bağlı olan bir sıra texnoloji , iqtisadi , təş-
kilatı , psixoloji və digər məsələlərin həllini tələb edir. Praktikada tullantısız sənaye istehsalını yaratmaq üçün
ilk növbədə prinsipcə yeni texnoloji proseslərə , cihazlara , avadanlıqlara əsaslanmalıdır.
Tullantısız texnologiya bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. Tul-
lantısız texnologiyanın əsas istiqamətləri aşağıdakılardır:
tullantıların utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi, qapalı tsiklli istehsalın
təşkili, çirkab sularının atılmaması, zərərli maddələrin atmosferə buraxılmaması.
İstehsal tullantılarından xammal, yarım fabrikat , yanacaq və s . kimi faydalı istifadə edilməsi utilizasiya ad-
lanır. Utilizasiyanın xalq təsərrüfatında əhəmiyyəti vardır. Bir sıra sahələrdə utulizasiya məqsədilə xüsusi sexlər
və hətta utulizasiya zavodları yaradılır. Utulizasiya tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul
«Tullantısız» texnologiya üzvü tullantıların təkrar emal edilməsində də tətbiq edilir. Bakıda üzvi tullantıların
illik miqdarı 2,5 milyon tondan çoxdur. Bu, əsasən ağac emalı, şərab və pivə istehsalı, dəri emalı müəssisələrinin
və ət kombinatının tullantılarından ibarətdir. Bunların yalnız 5-6 % – i təkrar emal edilir, qalanı isə yandırılır. Bu
üzvi tullantıları emal etməklə həm ətraf mühitin çirklənməsinin qarşısı alınar, həm də xeyli gübrə istehsal etmək
olar. BDU – nun alimləri ( Q.Qasımov və A.Əhmədov) üzvi tullantılardan asan və ucuz yolla gübrə istehsal etmə-
yin üsulunu işləyib hazırlamışlar. Bu usulu hər bir rayonda , hər bir təsərrüfatda asanlıqla tətbiq etmək mümkün-
dür. Üzvi tullantıları 3 gün ərzində kimyəvi məhlulda islatmaq yolu ilə gübrə əldə etmək, bununla da ətraf mühiti
təmizləməklə yanaşı ondan xeyli mənfəət götürmək olar.
Sankt – Peterburq yaxınlığında məişət tullantılarının mexaniki emalı ilə məşğul olan kiçik bir zavod fəaliy-
yət göstərir. 150- ə qədər işçisi olan bu zavodda məişət tullantılarından ildə 2 min tondan çox qara metal ayrılır.
Burada üzvi tullantılar mikroorqanizimlərin 3 günlük təsirindən sonra insanın səhhəti üçün təhlükəli, müxtə-
lif xəstəliklər törədən mikroblar məhv edilir; əldə edilən məhsul xammal şəklində lazimi yerlərə göndərilir. Bir
sıra təssərrüfatlarda ondan gübrə kimi istifadə olunur . Əvvəllər üzvi tullantıların təqribən 1/3- ni təşkil edən və
mikroorqanizimlər tərəfindən təsir göstərilə bilməyən şüşə, ağac və əlvan metal qırıntılarını, rezin və dəri parça-
larını, plastik kütləni ayıraraq tullamaq lazım gəlirdi. Sonralar alimlər bu bərk qarışıqları havasız yerdə yüksək
temperaturda qızdıraraq pirokarbon, yanacaq qaz və duru qətran kimi qiymətli məhsullar almağa nail oldular.
İri sənaye şəhərlərində İES və başqa müəssisələr atmosferə xeyli sulfat anhidridi buraxır. Onun təsirindən
metallar karroziyaya uğrayır, tikinti qurğuları aşınır, bitkilər məhv olur, xəstəliklər artır. Halbuki, həmin stansi-
yaların tüstülərindən SO2- ni ayıraraq sulfat turşusu hazırlamaq olar. Dünyada ilk dəfə 1952- ci ildə Moskvada
12№ – li İES – də bu üsuldan istifadə edilmişdir.
Ukranyada tikilmiş kimya kombinatında tullantılar başqa sexlərdə kompleks emal edilərək azot gübrələrinə,
mal – qara üçün zülal vitamin konsentratına, karbon qazına və onu da quru buza çevirir.
Estoniyada iri azot gübrəsi zavodunda əvvəl havanı çirkləndirən tullantı indi xammal kimi istifadəyə verilir.
Kanalizasiya suları çirkli halda, tullantılarla qarışıq şəkildə çay və dənizlərə tökülür, onları və atmosferi
çirkləndirir. Çirkli suların kimyəvi tərkibi onların hansı istehsal sahəsində tətbiq olunmasından asılıdır. Məs.,
neft emalı zavodlarından buraxılan sular müxtəlif üzvi maddələrlə (fenollar, amin turşuları, qatran və s.) zəngin
Kanalizasiya sularının təkibində müxtəlif üzvi maddələr, fosfor, kalium və digər mikroelementlər vardır. Bir
çox ölkələrdə kanalizasiya sularından gübrə kimi istifadə edilir. Bu sahədə Çin xalqı bir neçə əsrlik təcrübəyə
Berlin şəhərində kanalizasiya sularından istifadəyə hələ XIX əsrdən başlanılmışdır.Burada kanalizasiya şə-
bəkəsinə xüsusi meliorasiya qurğuları qoşulur və «maye gübrə» böyük təzyiq altında əkin sahələrinə verilirdi.
Polşa alimi A.Lenkova qeyd edir ki, çirklənmiş sulardan yenidən istifadə edilsə, 4 qat səmərə əldə edilər: tə-
mizləmə qurğularının tikintisinə xərc azalar: əkin sahələri əlavə su alar ; süni gübrəsiz məhsuldarlıq artar: çay və
dənizlərin sanitar vəziyyəti yaxşılaşar.Bunun üçün çirkli suların müxtəlif xəstəliktörədən bakteriyalardan təmiz-
lənməsi tələb olunur. Bu isə o qədər də böyük problem deyil.
Neft və qaz yataqlarının işlənməsi ( istismarı ) prosesi zamanı yataqda neft və qazla bərabər çoxlu miqdarda
çıxarılan lay suları tullantı şəklində çay və dənizlərə axıdılır. Halbuki, həmin sularda sənaye əhəmiyyətli yod,
brom , xlor, natrium və s . elementlər var.
Neftçala şəhərində yerləşən yod – brom zavodunun istismar obyekti həmin yataqdakı neftli layların suları-
dır. Həmin sularda yodun miqdarı litrdə 60 – 70 mq – a çatır.
Zaparojye şəhərinin bir qrup mühəndisi şəhərin zavodlarının tullantılarından 66 növünü (bərk , qaz , maye
şəkildə ) böyük bir qabda qarışdıraraq müəyyən vaxt saxlamışlar . Nəticədə tullantılar tam zərərsizləşdirilmiş,
bərk , qaz və maye şəkilli müxtəlif xammal növləri alınmışdır.
Atmosfer havası ətraf mühitin həyat üçün vacib olan ən əhəmiyyətli ünsürlərindən biri olmaqla onun çirk-
lənmədən mühafizəsi günün aktual tələbidir .
Luis – Con Batanın «Çirkli səma» kitabında qeyd edilir: İkisindən biri olmalıdır : ya adamlar elə etməlidir
ki, havada tüstü azalsın və yaxud əksinə, tüstü elə edər ki, yerdə adamlar azalar.
8.14. Azərbaycanda atmosfer havasının vəziyyəti
Havanın yüksək səviyyədə çirklənməsi Respublikamızın böyük şəhərlərində müşahidə olunur. 1990-cı ildən
bəzi məlum səbəblərdən sənaye istehsalının aşağı düşməsilə əlaqədar olaraq havanın çirklənməsinin azalması
müşahidə olunur. Lakin son 10 ildə nəqliyyat vasitələrinin axınının (əsasən avtomobillər) artması havaya öz ne-
qativ təsirini göstərməyə başlamışdır. Azərbaycan Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi-
nin (1998) məlumatına əsasən Azərbaycanda atmosferə atılan bütün zəhərli maddələrin 96%-i beş şəhərin (Bakı,
Sumqayıt, Gəncə, Əli-Bayramlı, Mingəçevir) payına düşür. 1991-1995-ci illərin məlumatlarına əsasən göstəri-
lən beş şəhərin atmosferində olan zəhərli maddələrin miqdarı Azərbaycan Respublikasında havanın keyfiyyəti-
nin müəyyən olunmuş standartlarından (KSH) 5 dəfə çoxdur.
Respublikada havanın əsas çirklənmə mənbələri elektrik stansiyaları, sənaye və nəqliyyat vasitələridir. Rəs-
mi statistikaya görə (göstərilən komitənin məlumatı, 1998) 1995-ci ildə havanın çirklənməsi 1,325 mln. ton təş-
kil etmişdir. Bundan 879000 ton stansionar mənbələrin, qalanları isə səyyar mənbələrin payına düşür. Rəsmi
məlumatlara əsasən stansionar mənbələr atmosferə (1995-ci ildə) 730000 ton SO, 23000 ton spesifik maddələr,
və 19000 ton UOH (uçucu orqanik hidrokarbonlar) buraxmışdır. Məlumatda
qeyd edilir ki, bu rəqəmlər ola bilsin ki, həqiqətə tam uyğun deyil. Belə ki, təkcə neft və qazçıxarma sənayesi
1995-ci ildə atmosferə 500000 tondan artıq UOH, neftçıxarma zavodları isə müvafiq olaraq 33000 və 14000 t.
UON buraxmışlar. Respublika Dövlət Statistika Komitəsinin məlumatına görə respublikamızda adambaşına dü-
şən çirkləndiricilərin miqdarı 2.2 saylı cədvəldə verilir.
Sumqayıt şəhəri son 50 il ərzində sənayenin, kimya və neftkimya sahələrinin mərkəzi kimi formalaşmış keç-
miş Sovet İttifaqının sənaye cəhətdən ən inkişaf etmiş şəhərlərindən birinə çevrilmişdir. Ümumi şəhər ərazisinin
(9445 ha) təxminən 34%-ni sənaye kompleksləri tutur. Ətraf mühitin problemlərinə müvafiq diqqət yetirmədən
şəhərdə sənayenin ekoloji baxımdan təhlükəli yüksək konsentrasiyası, çoxlu miqdarda zəhərli sənaye tullantala-
rının toplanması və onların aşağı səviyyədə emalı, istehsalatda xlor və kükürd turşularının geniş istifadəsi, külli
miqdarda zəhərləyici maddələrin atmosferə və suya buraxılması şəhərdə fəlakətli ekoloji vəziyyət yaratmışdır.
Respublikada adam başına düşən
əsas çirkləndiricilərin miqdarı (kq-la)
1990 1995 1996 1997 1998 1999 200
Tullantısız və aztullantılı
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda tələbələrin iki elmi məruzəsi dinlənilib.
Fakültənin III kurs tələbəsi Banu Hüseynova “Kimya sənayesinin ətraf mühitə təsiri” mövzusunda çıxışında müasir kimya sənayesinin istiqamətləri – neft emalı və neft-kimya sənayesi, sement istehsalı, kağız-sellüloza sənayesi haqqında ətraflı məlumat verib. O bildirib ki, zərərli maddələrin suya və havaya atılması, metallurgiya, istilik-energetika, dağ-mədən, kağız-sellüloza və digər sənaye sahələrinin tullantılarının həcminin artması nəticəsində təbiətdə harmoniya pozulur. Problemdən çıxış yollarından biri də daxiliyanma mühərriklərinin atmosferi çirkləndirməyən elektromobillərlə əvəz olunmasıdır. Sement istehsalında lazım olan bir sıra materialların, o cümlədən asbest, qum, çınqıl və qırmanın hasilatı zamanı çoxlu miqdarda tozun əmələ gəlməsi də çox təhlükəlidir. Kimya sənayesi kükürd və azot oksidləri, hidrogen-flüorit kimi çirkləndirici maddələrin mənbəyi hesab edilir. Həmçinin külli miqdarda neftin suya qarışması canlılar üçün ciddi təhlükə törədir. Ətraf mühitin və insanların sağlamlığının qorunması elektromobillərdən istifadə, məişət tullantılarının düzgün çeşidlənməsi, tullantısız və aztullantılı texnologiyalardan istifadə və s. nəticəsində mümkündür.
Fakültənin IV kurs tələbəsi Leyla Quliyeva “Radioaktiv elementlərin insan orqanizmində yaratdığı fəsadlar” adlı məruzəsində atomun quruluşu, nüvə çevrilmələri, bu zaman ayrılan enerji haqqında məlumat verib. O bildirib ki, atomun nüvəsindən enerji əldə edilməsi bir çox ölkələrdə yaşayan insanları ionlaşdırıcı şüalanmaya məruz qoyub. Müasir elmi-texniki tərəqqinin əsas tərkib hissəsi olan nüvə energetikasının inkişafı, ionlaşdırıcı şüaların və radioaktiv maddələrin biologiya, tibb, kənd təsərrüfatında və digər sahələrdə tətbiqi insanların radiasiya ilə təmas riskini artırıb. Ətraf mühitin əsas tərkib hissəsi olan ionlaşdırıcı radiasiya ilə insanların qarşılıqlı təsirlərinin genişlənməsi onların bioloji təsirlərinin öyrənilməsi və profilaktik tədbirlərin görülməsini aktual edir. Müxtəlif dövrlərdə baş vermiş nüvə qəzaları, nüvə silahlarının istifadəsi və sınaqdan keçirilməsi canlıları radiasiya təhlükəsi ilə üz-üzə qoyub. Radioaktiv maddələrin təsirindən sinir sisteminin, qalxanabənzər vəzin, ağciyərlərin, mədə-bağırsaq sisteminin funksiyaları pozulur ki, bu da infeksion xəstəliklərə qarşı orqanizmin immunitetinin zəifləməsinə və ölümə gətirib çıxarır.
Elmi məruzənin sonunda bildirilib ki, bir sıra qida məhsulları, tikinti materialları da radiasiya mənbəyi rolunu oynayır və bu, canlılar üçün təhlükəlidir.
“Yaşıl İqtisadiyyat” ekoloji düşərgə keçiriləcək
“İrəli” İctimai Birliyinin Yaşıllar Klubu 2-3 avqustda “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda “Yaşıl İqtisadiyyat” ekoloji düşərgə keçirəcək.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir M.Əliyev/
“İrəli” İctimai Birliyinin Yaşıllar Klubu 2-3 avqustda “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda “Yaşıl İqtisadiyyat” ekoloji düşərgə keçirəcək.
İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, İDEA və “Təbiət Elmləri” İctimai Birliyinin dəstəyi ilə baş tutacaq “Yaşıl İqtisadiyyat” ekoloji düşərgəsinin keçirilməsində əsas məqsəd ətraf mühitin yaxşılaşdırılması və qorunması ilə əlaqədar cəmiyyəti maarifləndirmək, tullantısız və aztullantılı texnologiyalardan istifadə etməyin ekoloji faydaları barədə məlumatlılığın artırılması və iqtisadi inkişafın ətraf mühitə zərərli təsirlərinin azadılması istiqamətində gənclərin rolunun araşdırılmasıdır.
Azərbaycanın müxtəlif bölgələrindən dayanıqlı inkişaf və yaşıl iqtisadiyyata marağı olan 30 nəfər gənci bir araya gətirəcək düşərgədə iştirakçılar təlimlərə qatılacaq və qrup tapşırıqları həyata keçirəcəklər. 3 gün davam edəcək düşərgə müddətində gənclər tərəfindən ətraf-mühitin mühafizəsi və yaşıl iqtisadiyyat mövzularında layihə təklifləri hazırlayacaqlar. Eyni zamanda, gənclərin SOCAR Ekologiya Parkına ekskursiyası təşkil ediləcək və iştirakçılar Azərbaycanda alternativ enerji mənbələrindən istifadə barədə məlumatlandırılacaqlar.
Comments are closed, but trackbacks and pingbacks are open.