Press "Enter" to skip to content

Li bəy Hüseynzadə

Fatihlərinə keçdi bütün kişvəri-qeysər.

Turan əli əli bəy hüseynzadə

Əli bəy Hüseynzadə və Türk dünyası

XIX əsrin sonu-XX əsrin əvvəli Azərbaycanın milli oyanış hərəkatının mühüm mərhələsini təşkil edir . Bu , o dövr idi ki , Azərbaycanda milli sahibkarlığın yeni-yeni təşəkkül tapmasının fonunda həm də mütərəqqi-demokratik fikirli və milli ruhlu ziyalılar pleadası yetişirdi . Bu ziyalıların, öz sözləri ilə ifadə etsək, əsas �dərdləri� cəhalət içərisində boğulan Vətən əhlinin gözünü açıb onları maarifə, mədəniyyətə, elmə qovuşdurmaqdan ibarət idi . Milli oyanış hərəkatının ilk �qaranquşları� olan ziyalıları, təbii ki , həm də çarizmin milli və müstəmləkə zülmü düşündürürdü . Avropada baş verən inqilablardan və Rusiyada çarizmə qarşı başlanan mübarizədən ruhlanan Azərbaycan ziyalıları da liberal formada da olsa , monarxizmə qarşı çıx ı r, millət, din azadlığı ideyaları səsləndirir və beləliklə də, azad , milli cümhuriyyətin ideoloji fəlsəfəsini yaradırdılar. Çox keçmədi ki , həmin dövr ziyalılarının şüurlarda əkdikləri toxumlar cücərti verdi , istiqlal hərəkatı cəmiyyətin daha çox təbəqəl ərini əhatə etdi və Şərqdə ilk demokratik cümhuriyyət 1918-ci ilin mayında məhz Azərbaycanda quruldu . Düzdür , bu cümhuriyyətin ömrü az oldu-birinci respublika cəmi 23 ay yaşadı. Lakin Azərbaycan Demokratik Cümhuriyyətinin böyük mənası ilk növbədə ondan ibarət idi ki , insanlar artıq istiqlal şirinliyini dadmışdılar, onlarda milli özünüdərk, özünütəsdiq şüuru yaranmışdı. T əsadüfi deyil ki , 70 il hökm sürən totalitar bir rejim belə xalqımızın gen yaddaşından azadlıq düşüncələrini silib apara bilmədi və XX əsrin sonlarında Azərbaycan yenidən müstəqilliyə qovuşmağa nail oldu .

Azərbaycanda XX əsrin əvvəllərində təqiblərə və şəxsi məhrumiyyətlərə baxmayaraq , cəhalət içində boğulan Vətən övladlarının gözünü açmağa çalışan, qabaqcıl ideyaları, mütərəqqi fəlsəfi görüşləri ilə milli istiqlal hərəkatının əsasını qoyan , sonradan demokratik cümhuriyyətin qurulmasında fəal iştirak edən işıqlı Azərbaycan ziyalılarından biri də Əli bəy Hüseynzadədir (1864-1940).

Əli bəy Hüseynzadə millət və din təəssübkeşi idi

Əli bəy Hüseynzadənin yaradıcılığından milli-dini dəyərlərə çağırış qırmızı xətlə keçir , desək, əsl həqiqəti ifadə etmiş olarıq. Əli bəy Hüseynzadə Vətən övladlarının tərəqqi etməsini, avropalaşmasını (müasirləşməsini) arzulayırdı, bununla belə, o ideyanı təbliğ edirdi ki , insan bir fərd kimi tərəqqi edəndə, elmə, müasir dəyərlərə qovuşanda milli və dini mənsubiyyətinə daha möhkəm tellərlə bağlanmalıdır.

Əli bəy Hüseynzadə yaradıcılığında müsəlmanlar üçün qoyulmuş hüquq məhdudiyyətlərinə dönə-dönə qayıdıb. Soydaşlarının ağır problemlərini düşünən görkəmli mütəfəkkir belə vəziyyətindən çıxmağın yollarını və vasitələrini də izah edirdi . Onun yazılarının birində qeyd olunur : �Köhnə dəyərləri nəzərdən keçirib dəyişdirməyə başlamağın tarixi anı Rusiya müsəlmanları üçün də gəlib çatmışdır. Biz gərək işləyək, öz qayğımıza özümüz qalaq , öz ehtiyaclarımız barədə danışaq. ləngimədən yeni həyatda sayımıza və biliyimizə uyğun yer tutaq �.

Xalqına yeni həyatda layiqli yer tutmağı arzulayan Əli bəy Hüseynzadə bunun üçün ləngimədən laqeydliyi , süstlüyü , çəkişmələri, şəxsi ədavəti bir kənara atmağı, hər yerdə və hər şeydə ağıla, işgüzarlığa, biliyə, şərəfə üstünlük verməyi, qohumbazlıqdan, şəxsi ədav ətdən uzaq durmağı tövsiyə edirdi .

Məmləkətin müasirləşməsini arzulayan Əli bəy Hüseynzadə, eyni zamanda , xalqının təmsilçilərini milli və dini dəyərləri qorumağa çağırırdı: � Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil ! Biz istəyirik ki , islam ölkəsinə onların beyinləri girsin , boğazları, mədələri girməsin. Biz istəyirik ki , ölkəmiz onların beyinlərini həzm etsin , yoxsa mədələrində həzm olunmasın. �

Lakin Əli bəy Hüseynzadənin qəlbində Vətən, millət, din sevgisi nə qədər böyük idisə, onun milliliyi əsla bəşəriliyin və insanlığın fövqündə dayanmırdı. O, bəşəri humanizmdən xali olan millətçiliyi şovinizm kimi dəyərləndirirdi. Əli bəy Hüseynzadənin qənaətinə görə, bəşəri dəyərlərdən, humanizmdən məhrum olan millətçilik �ermənisayaq millilik � dir . Görkəmli filosof müşahidələrindən çıxış edərək �erməniliyi� hər cür humanizm və insanpərvərlik çərçivəsindən kənarda mütləqləşən ifrat bir anomaliya kimi səciyyələndirir.

Bütün varlığı ilə xalqının milli-mənəvi dəyərlərinə bağlı olan Əli bəy Hüseynzadəni düşündürən milli problemlərdən biri də dil məsələsi idi . Onun yaradıcılığında ana dilimizin saflığının keşiyində dayanan milli ruhlu ziyalı mövqeyi aydın görünür .

Ortaq türk coğrafiyası, ortaq türk birliyi

Əli bəy Hüseynzadənin və onun yaradıcılarından biri olduğu �Füyuzatçılar� hərəkatının üzvlərinin uğrunda mübarizə apardıqları məsələlərdən biri də ortaq türk dili , ortaq türk mədəniyyəti məsələsi idi . Əli bəy Hüseynzad ə böyük Turan coğrafiyasında ortaq din , dil , mədəniyyət ideyasını irəli sürürdü . O, türk etnoslarının məskunlaşdıqları arealda onların ortaq dəyərlərinin qorunub saxlanmasının, türklərin inkişafının məhz ortaq dəyərlər əsasında t əmin olunmasının zəruriliyini əsaslandırmağa çalışırdı. Onun təbliğ etdiyi formul belə idi : İttihadi lisan , İttihadi din , İttihadi kültür .

Əli bəy Hüseynzadə redaktoru olduğu �Həyat� qəzetində, çalışdığı � Füyuzat � jurnalında, oçerklər şəklində dərc etdirdiyi �Siyasəti-Fürusət� ədəbi-fəlsəfi traktatında və digər əsərlərində türkçülüyü və turançılığı geniş təbliğ edib . Onun qəlbində bir türk sevgisi yaşadırdı. Əli bəy Hüseynzadə qardaş Türkiyəyə olan rəğbətini Abdulla Cövdət bəyə belə izhar edib : �Mən türkəm, müsəlmanam. Türkiyə bir türk və müsəlman hökumətidir. Bu hissiyyatla hər digər vətəndən daha ziyadə vətənimdir. Bu vətəndaşları, bu vətəni tanımalıyam�.

Görkəmli mütəfəkkirin aşağıdakı kəlamında onun varlığındakı böyük türk sevgisi daha aydın ifadə olunub : �Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar �.

Məlumdur ki , hazırda türkdilli ölkələr arasında qarşılıqlı inteqrasiya prosesi mövcuddur . Eyni kökün , oxşar mədəniyyətlərin daşıyıcısı olan türk dövlətlərinin ortaq parlamenti , digər siyasi , iqtisadi , mədəni təşkilatları yaradılır, telekörpülər təşkil olunur . Bütün bunlar Əli bəy Hüseynzadənin hələ bir əsr bundan əvvəl irəli sürdüyü ortaq türk coğrafiyası-ortaq türk birliyi ideyasının bu gün də aktual məna daşıdığını göstərir.

Elm , maarif fədaisi

Əli bəy Hüseynzadənin xalqın maariflənməsinə, təhsillə tərəqqiyə çatmasına böyük önəm verməsi onun uzaqgörənliyindən xəbər verir . XX əsri � elm və bilik əsri� hesab edən böyük mütəfəkkir millətimizin elmlə, maariflə, təhsillə inkişaf edəcəyinə (parlayacağına) böyük ümid bəsləyirdi. Sözün əsl mənasında elm , maarif fədaisi olan Əli bəy Hüseynzadə inanırdı ki , xalqın nicatı biliklərə yiyələnməkdədir, milli istiqlala gedən yol xalqın maariflənməsindən, elmdən, təhsildən keçir .

Böyük elm və maarif fədaisi Əli bəy Hüseynzadə maarifi , ittihadı ( milli birlik ), hürriyyəti (azadlıq) �nə qədər gözəl nemətlər� adlandıraraq bunları unutmamağı tövsiyə edirdi : � Çünki əsl nicat bu üç qüvvətdədir. �

Əli bəy Hüseynzadə diqqəti ümumbəşəri dəyərlərin milli təkamüldə istifadə olunmasının zəruriliyinə yönəldirdi. Böyük mütəfəkkir yeni dövrdə türk xalqlarının qarşısında duran əsas vəzifələrdən bəhs edərək yazırdı: � Türk xalqları birinci dövrdə qılıncla, ikinci dövrdə dinlə parlamışdırsa, indi isə, yəni üçüncü dövrdə (XX əsrdə) elm və biliklə parlamalıdırlar. Bizə qılınc deyil , əhli-maarif lazımdır. Bizim özümüzə məxsus daha layiq , daha şanlı bir vəzifeyi-mücahidəmiz vardır ki , o vəzifə də zülməti-qəflətdə bulunan külliyyəti-avam arasında nuri-maarifi əkməkdir. �.

Əli bəy Hüseynzadə yeni dövrdə milli ziyalılar ordusunun qarşısında duran ümdə vəzifələrdən yazırdı. O, ziyalıları Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət və sənayesinə bələd olub bunları millətimizin beynində yaymağa çalışmağa çağırırdı. Həyatı, fəaliyyəti və yaradıcılığı ilə işıqlı bir milli ziyalı obrazı yaradan Əli bəy Hüseynzadə xalq arasında ziyalının yüksək yerini belə səciyyələndirirdi: �Hər yerdə və hər şeydə müsəlmanlar öz ziyalılarına etibar eləsinlər, onları özlərinə rəhbər seçsinlər, ziyalıların məsləhətlərinə və göstərişlərinə qulaq assınlar, çünki qarşıdakı həyatın ehtiyacları, bu ehtiyacların yerinə yetirilməsi üsulları hamıdan yaxşı ziyalılara məlumdur�.

Əli bəy Hüseynzadənin istiqlal arzuları

Əli bəy Hüseynzadənin zamanında irəli sürdüyü bir sıra fikirlər Azərbaycanda milli dövlətçiliyin nəzəri əsaslarının yaranmasına sanballı töhfədir. �Türkləşmək, islamlaşmaq , avropalaşmaq � triadası ilə Əli bəy Hüseynzadə, müasirlərinin dediyi kimi , istiqlal mücadiləsinin � Ana Yasası�nı yazıb. Çox keçmədi ki , Əli bəy Hüseynzadənin irəli sürdüyü bu üç məram Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideologiyas ına çevrildi və milli bayrağımızda əbədiləşdi.

Çar Rusiyasının monarxist siyasətindən qurtulmaq , milli dövlət qurmaq ideyası �Füyuzat�çıların məqalələrində, hətta xəbər siyasətində geniş təbliğ olunurdu . Əli bəy Hüseynzadə müstəqil dövlət, azad , informasiyalı vətəndaş cəmiyyəti quruculuğuna böyük önəm verirdi . O, milli dövlətin Konstitusiya əsaslı, həm də Rusiyadakı, Türkiyədəki konstitusiyalı monarxiyadan fərqli olaraq , müstəqil Konstitusiyalı olmasını arzulayırdı.

Zaman hər şeyin və hər kəsin layiqli qiymətini verir

Vətən, xalq təəssübkeşi olan Əli bəy Hüseynzadə yaşadığı ömür kəsiyində inandığı və təbliğ etdiyi ideyaların tam həyata keçməsinin şahidi olmasa da , bu gün Azərbaycan xalqı işıqlı ziyalının arzuladığı istiqlala qovuşub , müstəqil milli dövlətini qurub . Tarix təkcə onun arzularını çin etməyib. Bu gün Vətəni Azərbaycanda, yaradıcılığında sonsuz məhəbbətlə vəsf etdiyi böyük türk coğrafiyasında bu işıqlı ziyalının xatirəsi dərin ehtiramla anılır və ideyalarına istinad olunur . Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında ayrıca Sərəncam imzalaması onun irsinə və xatirəsinə göstərilən diqqət və ehtiramın ifadəsidir. Neçə ki , müstəqil Azərbaycan var , neçə ki , başımız üstündə üçrəngli bayrağımız dalğalanacaq , neçə ki böyük türk dünyası var , istiqlal , millət, din , dil , tərəqqi fədaisi olan Əli bəy Hüseynzadənin də xatirəsi yaşayacaq !

Mübariz ABDULLAYEV

Yazı Azərbaycan Mətbuat

Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin �Əli bəy Hüseynzadə

və Türk dünyası� mövzusunda

keçirdiyi müsabiqəyə təqdim olunur

Yeni � Azərbaycan .-2014.-19 aprel .- S.6.

Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral 1864, Salyan, Bakı quberniyası, Rusiya imperiyası – 17 mart 1940, İstanbul) — Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri.

Wikipedia logo Əli bəy Hüseynzadə haqqında Vikipediyada məqalə var.

A [ redaktə ]

  • Allahını tanıyan millət, milli birliyini də dərk edəcəkdir.
  • Ayltmadı qələmim
    Şu türk ilə əcəmi.
    Nə qoydular yazalım,
    Nə qırdılar qələmi.
  • Azərbaycan türkləri türklərin ən hürriyyətpərvərləridir.

B [ redaktə ]

  • Bilirmisən cahillər
    Nə yapdılar Vatana?
    Nə qoydular uyusun,
    Nə qoydular oyana.
  • Bir millətin qüvvət qazanması ortaq dəyərlər arasında mənəvi bağın artmasına bağlıdır. Özəlliklə qarşılıqlı sevginin artmasına çalışilmalıdır. Məsələ bir-birimizi tanımaq, sevmək, mədəniyyət yolunda bir-birimizə yardım etmək məsələsidir.
  • Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın…

E [ redaktə ]

  • Ermənilər, qonşular, siz özünüzü hər nə qədər öyürsünüz öyün, hər nə qədər lovğalanırsınız lovğalanın, iki min illik tarixinizi nə qədər istərsiniz qarışdırın, yenə də içinizdən nə bir Əbu Əli İbn Sina, nə bir Mövlana Cəlaləddin Rumi, nə bir Uluqbəy göstərə bilməzsiniz. Ərəstünlər, Homerlər yerən yunanlarla, Musalar, İsalar, Spinozalar, Heynelər, Lassallar yetişdirən yəhudilərlə heç bir vəchlə bənzəriniz yoxdur. Yüksəlin! Qonşular, yüksəlin! Yüksəlmədikcə, əxlaqınızı təmizləmədikcə, milli xəyallarınızı beyninizdən çıxarıb atmadıqca bəşəriyyətə, insaniyyətə İsalar, Məhəmmədlər, Buddalar kimi bir nəzərlə baxmadıqca böyük millətlərə bənzəməzsiniz, məhv olub gedərsiniz.

Ə [ redaktə ]

  • Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur.

H [ redaktə ]

  • Həqiqətin də dadı və ləzzəti var.
  • Hər bir millət o zaman səadət və nicatda olur ki, əvvəl əmrdə özünü tanıya. Yəni hər bir millət öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını, keçmişini, bu gününü və gələcəyini öyrənməlidir.
  • Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur.
  • Hürriyyət. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq ediyor.

Q [ redaktə ]

  • Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər.

M [ redaktə ]

  • Mən türkəm, qafqazlı bir türkəm, türk bir müsəlmanam, müsəlman bir insanam, demək ki, mən bu dörd sifətlə dünyaya gəldim, bu dörd sifətlə yaşamaq məcburiyyətindəyəm. [1]

O [ redaktə ]

  • O millət, o qövm səadət və nicat tapa bilər ki, öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını öyrənir.

T [ redaktə ]

  • Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar.

U [ redaktə ]

  • Ucundadır dilimin
    Həqiqətin əzəmi.
    Nə qoydular deyəlim,
    Nə kəsdilər dilimi.

V [ redaktə ]

  • Vəhdət bir millətin birliyi, bütövlüyü, sarsılmazlığı və tərəqqi yoludur.

Y [ redaktə ]

  • Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur.

Z [ redaktə ]

  • Zaman bir nəhrdir, hər an axar, durmaz. Güzər eylər bütün asari-insanın.

Haqqında sitatlar [ redaktə ]

  • Əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm və fənlərin hər növünü, ədəbiyyat və incəsənətin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi.
    • tarixçi Yusif Akçuraoğlu
    • Tədqiqatçı alim Tadeuş Svyataxovski
    • Y.Qarayev.

    Mənbə [ redaktə ]

    • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014
    • Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. Bakı, 2007.

    İstinadlar [ redaktə ]

    1. ↑[1] “Türk dünyasının böyük ideoloqu” (metodiki vəsait) Bakı,2014
    • Əlifba sırasına görə şəxslər
    • Azərbaycan şairləri
    • Azərbaycanlı şairlər
    • Azərbaycan jurnalistləri
    • Azərbaycanlı jurnalistlər
    • Azərbaycan publisistləri
    • Azərbaycanlı publisistlər
    • Türkiyə siyasətçiləri
    • Azərbaycan siyasətçiləri
    • Azərbaycanlı siyasətçilər
    • Azərbaycan rəssamları
    • Azərbaycanlı rəssamlar
    • Azərbaycan filosofları
    • Azərbaycanlı filosoflar

    XXI əsrin Turan idealı: “Əli bəy Hüseynzadənin şairanə turançılığından yaranmış Ziya Gökalp” – Atatürkün fikir babası – Azər TURAN

    Tarixə Vətən müharibəsi kimi keçən Qarabağ savaşından sonra Rusiyanın siyasi çevrələrində Turan problemi gündəmə gəldi. Hətta buna Rusiyanın Xarici İşlər naziri Lavrov da münasibət bildirdi. Lavrov ehtiyatla danışdı. Təxminlərini dedi. Amma indi 1918-ci il deyil, 2021-ci ildir. Yüz il öncə türklərin uzaq ülküsü – Turan mədəni bir xəyal ola bilərdi. Qarabağdakı Vətən müharibəmiz isə Turanın mədəni bir xəyaldan siyasi gerçəkliyə çevrilə biləcəyinin mümkünlüyünü isbatladı. Bu gün səlib məfkurəsi Avropa Birliyi modelində yenidən ehya edilirsə və Avropa keçmişdə xaçlı yürüşlərindən başqa, heç bir örnəyi olmadan fərqli toplumları birləşdirməyə cəhd edirsə, dünyanın politik ahənginə bu müstəvidə gərək olduğundan da artıq müdaxilə edə bilirsə, bəs nə üçün Turan yalnız mədəni bir xəyal olaraq qalmalıydı? Bir halda ki, “miladdan 210 il əvvəl Hun hökmdarı Mete “hunlar” adı altında bütün türkləri birləşdirdiyi zaman Turan məfkurəsi bir gerçəklik halına gəlmişdi, hunlardan sonra avarlar, avarlardan sonra göktürklər, göktürklərdən sonra oğuzlar, bunlardan sonra qırğız qazaxlar, daha sonra Kür xan, Çingiz xan və sonuncu olaraq, Teymurləng Turan məfkurəsini gerçəkləşdirmədilərmi?” (Z.Gökalp).

    Türk dünyasında Turanın ilk ideoloqu Əli bəy Hüseynzadədir. Və yalnız Azərbaycanda deyil, Türkiyədə də, Rusiyada da XX yüzil Turan idealına girişlə səciyyələndi. Tatar kommunistlərindən Mirseyid Sultanqaliyev Turan dövləti qurmağa cəhd etdi və Stalin tərəfindən qətlə yetirildi. Renad Muhammedi yazır ki, Sultanqaliyevin istintaqı zamanı müstəntiq ondan Ziya Gökalpın “Turan” şeirinin rusca izahını istəmişdi. Sultanqaliyevin araşdırıcıları onun fikri gəlişməsində iki nəfərin – Yusif Akçuranın və Əli bəy Hüseynzadənin rolunu xüsusi vurğulayırlar. Yeri gəlmişkən, Sultanqaliyevçilik – “Sultanqaliyevşina” (termin Stalinə məxsusdur) Hüseyn Cavidin də istintaq materiallarından keçir. Səma şairimizin “günahlarından” biri Ermənistanın Azərbaycan ərazisinə qatılması şərtilə – Böyük Azərbaycan yaratmaq ideyalarını təbliğ etməsi idi. Kaşqarlı “Divan”ının tərcüməçisi Xalid Səid Xocayev Turan dövləti yaratmaq ideyalarına dəstək verdiyi üçün güllələnir. 1937-ci il repressiyalarının əsas və ümumi mənzərəsi bundan ibarətdir. Cavid isə bir az da irəli getmişdi. Sultanqaliyev Moskvada Turan dövləti ideyasını ortaya atanda Cavid də burada – Bakıda dünyaya gələn qızına Turan Cavid, yəni Əbədi Turan adını vermişdi. Ad birbaşa Ziya Gökalpın “Turan” şeirinə istinad edirdi: Vətən Əbədi Turandır, yəni “Vətən böyük və müəbbəd ölkədir – Turan”.

    Təkcə ədəbiyyata deyil, eyni zamanda ictimai təfəkkürə, dünyanın ideoloji lüğətinə çağdaş anlamda sirayət etmiş Turan, Əli bəy Hüseynzadənin çox gənc yaşlarındaykən – İstanbulda qələmə aldığı poetik parça ilə – Gökalpın təbirincə, “türk ittihadına dair yazılmış ilk şeirlə” daxil oldu və yenə də Gökalpın sözləri ilə ifadə etsək, Hüseynzadənin “Turan” mənzuməsi “panturanizm məfkurəsinin ilk təcəllasi” kimi təzahür etdi, 1918-ci ildə Turan yolunun türk bayraqlı ilk şeirinin – “Çırpınırdın, Qara dəniz”in yaranmasına vəsilə oldu və bunu şerin epiqrafına “Sevgili Turan məfkurəsinə birinci yol göstərdin. Ustad Əli bəy Hüseynzadə həzrətlərinə təqdim” – qeydi ilə Əhməd Cavadın özü də təsdiqlədi və tarixləşdirdi.

    “Turan” 1917-ci ildə Budapeştdə çıxan “Turan” dərgisində Dyula Mesaroşun çevirisi ilə Macar oxucularına da təqdim olundu.

    Sizlərsiniz, ey qövmi-macar, bizlərə ihvan,

    Əcdadımızın müştərəkən mənşəi Turan.

    Bir duyğudayız biz, həpimiz haqpərəstan,

    Mümkünmü ayırsın bizi İncil ilə Quran?

    Çingizləri titrətdi şu afaqı sərasər,

    Timurları hökm etdi şəhinşahlara yeksər.

    Fatihlərinə keçdi bütün kişvəri-qeysər.

    Macarlarla türklərin əqrəba millətlər olduğunu ilk dəfə irəli sürən və Turan aləmini Avropaya tanıtdıran Vamberi olmuşdu. Amma Vamberinin və Əli bəy Hüseynzadənin Turan amilinə yanaşmaları fərqliydi. Əli bəy türklərin birliyini və yüksəlişini təmənna edirdisə, Vamberi Rusiyanın çöküşündə maraqlıydı. Bu məqama diqqət yetirən Zəki Vəlidi Toğan yazırdı ki, “Panturanizm” fikri bidayətdə macar Vamberi tərəfindən 1868-1874-cü illər arasında irəli sürülmüş olub, İngiltərə hökuməti tərəfindən də Osmanlı İmperatorluğunu Orta Asiyada ruslara qarşı özünə müttəfiq bulundurmaq məqsədilə bir aralıq dəstəklənmişdir”.

    . Əli bəyin şeirinə və müəllifin “Turani” imzasına istinadən Yusuf Akçura təsdiq edirdi ki, “Hüseynzadə, müsəlman türklər arasında ilk Turanidir”. (Hüseynzadə təxəllüs olaraq götürdüyü Turani imzası ilə kifayətlənmədi. 1934-cü ildə Türkiyədə soyadı barədə qanun qəbul ediləndə o, Turanı özünə soyadı olaraq götürdü: “Əli Turan”. Beləliklə, türk dünyasının Turan soyadlı ilk vətəndaşı da Əli bəy Hüseynzadə oldu).

    1915-ci ildə İstanbulda Hüseynzadənin rəhbərliyi və Ənvər Paşanın himayəsi ilə yaradılmış “Rusiya Türklərinin Hüquqlarını Müdafiə Komitəsi” də elə bu adla adlandırılmışdır: “Turan heyəti”. “Turan heyəti”nin Şərqi Avropa ölkələrinə səfərləri, istisnasiz olaraq, Şərqi Avropa dövlətlərinin bütün prezidentləri, məclis sədrləri və Baş nazirləri ilə görüşləri təkcə Rusiya məhkumu olan türklərin hüquqlarının müdafiəsini deyil, eyni zamanda, Azərbaycanda son Qarabağ savaşından sonra yenidən aktuallanmış Turan birliyinin təməllərini qoyurdu.

    Hüseynzadənin doğum günündə yazdığım bu yazı isə Ziya Gökalp barədədir. Çünki Ziya Gökalp da aşağıda görəcəyiniz kimi, Hüseynzadənin təlqinləri ilə “Turan” ismli şeir yazmış və özünün də bildirdiyinə görə, “Turan”dan sonra davamlı olaraq bu şeirdəki əsasları şərh və təfsir etmişdi. Qərb tarixçiləri də bu məqama biganə qalmayıb. Tadeuş Svyataxovski yəhudi şərqşünası Uruel Heydə istinadən yazırdı ki, “Hüseynzadə Əli bəyin bir şeirinin başlığı olan Turan imzası ilə yazdığı yazılar aydınları etkiləməkdə daha başarılı olmuşdu. Bunlar arasında gələcəyin türkçülüyünün peyğəmbəri Ziya Gökalp ona çox şey borcludur”.

    Ziya Gökalp “İnsanların yalançı gerçəklərindən uzaq, gerçəkdən daha doğru olan xəyallar, nağıllar, röyalar içində” yaşadı.

    Fəlakətə din gözüylə baxdı; fəlakət səadət oldu. Buluda şair gözüylə baxdı; bulud qanadlı mələk oldu. Zəifə əxlaq gözüylə baxdı; zəif güclü oldu. Məğluba fəlsəfə gözüylə baxdı; məğlub qalib oldu.

    Fuad Köprülüyə görə, “Ziyanın sosiolojisini, tamamilə əməli və tətbiqi mahiyyətdə, milli və ictimai fəlsəfə adlandırmaq, məncə, ən doğru görüşdür. İştə onun ən böyük qiyməti də burada, ictimai həyatımız üzərində yalnız fikrən deyil, felən də müəssir bir milli rəhbər oluşundadır. Türkiyə Cümhuriyyəti Qurtuluş zəfərini təqib edən üç-dörd il içində onun başlıca fikirlərini sürətlə tətbiq etməklə bunun ən böyük dəlilini vermişdir. Qüvvətli bir hafizəyə, Şərq və Qərbə aid geniş və sağlam bilgilərə, çox ətraflı sosioloji məlumatlara sahib olan Ziya Gökalp, hər şeyin üstündə böyük bir sistemçilik qabiliyyətinə malikdi”.

    Köprülü Ziya Gökalpın sistemçilik qabiliyyətini vurğulamaqda haqlıydı. Əslində, Gökalp, dediyim kimi, “Turan” şeirindən başlayaraq, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”, “Türkçülüyün əsasları” əsərlərinə qədər bütün yaradıcılığı boyu Əli bəy Hüseynzadənin irəli sürdüyü ideyaları sistemləşdirməklə məşğul olub. Şərh dediyi bəlkə də, əslində, elə bu idi. Ziya Gökalp “Turan” şeirini Əli bəy Hüseynzadənin 1911-ci ildə Selanikdə etdiyi çıxışlarından təsirlənərək yazıb və şeir də ilk dəfə elə 1911-ci ildə Selanikdə nəşr olunan “Genc Kalemler” dərgisində çap edilib. Və Mehmet Ziya adlanan gənc ittihatçı o zamandan etibarən Gökalp imzasını işlətməyə başlayıb. Məsələ burasındadır ki, Ziya Gökalpın “Turan” şeiri ədəbiyyat və fikir tariximizdə Əli bəy Hüseynzadənin eyniadlı məşhur şeirindən sonra ikinci “Turan”dır. “Turan” şeirini 1911-ci ildə Selanikdə “Gənc Kalemler” dərgisində dərc edən Ali Canip Yöntəm də “Gökalpa türkçülüyü aşılayan adam – Hüseynzadə” məqaləsində “Bu şeirdəki ruhu Ziya Gökalp Əli bəydən almışdır” – yazırdı.

    Bay Mehmet Ali Tevfikin 1914-cü ildə İstanbulda nəşr olunmuş “Turanlının dəftəri” kitabında belə bir fraza var: “1911-ci ildə ustadım Hüseynzadə Əli bəy sayqılı bir heyət hüzurunda (o heyətdə Atatürkün də varlığı istisna deyil, çünki Mustafa Kamal da həmin günlərdə Selanikdəydi və “İttihad və Tərəqqi”nin tədbirlərinə, konfranslarına qatılırdı – A.T.) altı əsrdən bəri gözlədiyimiz sözləri söyləyir. Türklərə tək bir üfüq göstərir, onlardan məyusluğu alıb əvəzində işıqlı ümidlər təlqin edirdi. Məzhəb vəz edərək böyük kütlələri ziyandan qurtaran, barmağı onlara yamyaşıl feyzli bir iqlim göstərən mürşidlərin təlqinlərdə bulunduğu yerlər müridləri üçün nə qədər qiymətli isə Hüseynzadənin unudulmaz nitqləri ilə vəcdə gələn Selanik türkləri nəzərində bu fikirlər o qədər uca və əzizdir. Milli məfkurənin əgər təbir-caizsə doğum şəhadətnaməsi olan və: “Vətən nə Türkiyədir türklərə, nə Türküstan, // Vətən böyük, müəbbəd bir ölkədir – Turan” misralarıyla bitən məşhur şeir Selanikdə yazıldı. “.

    Hüseynzadəyə görə, Ziya Gökalp “böyük məfkurəsinə doğru təkamül mərhələlərini müstəqim bir hal üzərində qət etmişdi”. Hüseynzadə isə Gökalpın təbirincə İstanbula gəlişiylə Türkiyədə bir fikir intibahı yaratmış, osmanlıya “türk ittihadı məfkurəsini gətirmişdi”. Türkiyənin “elm və ədibanla tərbiyə görmüş zəki gəncləri fəlsəfəyə, milli və ictimai məfkurəyə biganə idilər. Əli bəyin təlqinləriylə, irşadları ilə az zamanda gənclik sarsılmaz bir istiqamət aldı. Artıq əllərdə fəlsəfə və ictimaiyyət kitabları, feminizmə dair əsərlər. görülməyə başlamışdı. Artıq türklərin yalnız Türkiyəyə münhəsir olmadığını, Rusiyada, İranda, Çində yaşayan türklərin əlli-altmış milyondan fazla olduğunu bilənlər, öyrənənlər az deyildi. Bu fikri intibah tələbələrə ümid vermişdi”.

    Bu fikri intibahın qaynağının, yəni Əli bəy Hüseynzadənin erməni terrorundan yayına bilməsi ümumdünya erməni terror təşkilatının – Nemesisin qurucusu Şaan Natali – Akop Ter Akopyanın da diqqətindən yayınmadı. Şaan Natali 1928-ci ildə Afinada nəşr etdirdiyi “Ankaradan Bakıya türk istiqamətləndirilməsi” kitabında yazırdı ki, “siyasi turançılığın yaradıcısı Salyan doğumlu Əli bəy Hüseynzadənin universitet tələbələri arasında varlığını düşünməli olsaq, qəti şəkildə onun səylərinin heç də boşa çıxmaması qənaətinə gəlməliyik. Hüseynzadə sonralar özünün türkçülük görüşlərini həyata keçirəcək intellektual nəsli yoğurub şəkilləndirdi”.

    Ermənilər Əli bəyi doğma Azərbaycanda zərərsizləşdirsələr də, Türkiyədə bunu bacarmadılar. Amma erməni soyqırımına rəvac verdiyi üçün Ziya Gökalpın Malta adasına sürgünə göndərilməsinə nail oldular.

    Ziya Gökalpın damarlarında şan və ehtişamıyla bir Oğuz Xan yaşayırdı. Amma könlünə Oğuz xan, Çingiz ilham etsə də, onun milli kimliyini şübhə altına alanlar da yox deyildi. Ali Kamal türk milli düşüncəsinin bütün həyəcanlarını üçüncü minilliyə yönəldə bilən belə bir insanın türk millətindən olmadığını iddia edir, Gökalp isə ermənipərəst Ali Kamalın iftiralarına rəğmən, “Hətta mən olsaydım: kürd, ərəb, çərkəz, // İlk qayəm olurdu türk milliyyəti! // Çünki türk qüvvətli olursa, mütləq // Qurtarır hər islam olan milləti” – deyib məsələni qapayır.

    2007-ci ildə Moskvada “Əli bəy Hüseynzadə” kitabımın təqdimat mərasimində Rusiyada təhsil alan azərbaycanlı tələbələrdən biri mənə “Necə oldu ki, Əli bəy Azəbaycandan İstanbulda gedib osmanlılaşdı?”, – deyə bir sual vermişdi. Halbuki, sualı “necə oldu ki, Əli bəy Azərbaycandan gedib osmanlını türkləşdirə bildi?” şəklində də qoymaq olardı. İndi Ziya Gökalp barədə yazdıqca sövq-təbii, həmin epizodu da xatırladım. “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” əsərində Osmanlının son mərhələsini nəzərdə tutan Gökalp bildirirdi ki, XX yüzilin ilk illərinə kimi “İstanbullular kəndilərinə Şəhri namını veriyor, taşralılara isə (paytaxtdan kənarda yaşayanlara) coğrafi yaxınlıqlarına görə arnavut, ərəb, kürd, laz diyorlardı. Rumeli əhalisi, ümumiyyətlə, arnavut idi. Qaradəniz sahili yalnız lazlarla, Şərqi Anadolu yalnız kürdlərlə məskundu. Belə bir coğrafi qövmiyyət ünvanı bulamayanlar da öyünməli hallarını daha parlaq gördüyü qövmlərdən birinə könüllü yazılıyordu. Bu surətlə əslən türk olan bir çox gənclər arnavutluqla, ərəbliklə, yaxud kürdlüklə iftixar ediyorlardı. Türklüyü gözəl görən tək bir fərd yoxdu. Türk kəlməsini ayıblı ünvanlar kimi kimsə üzərinə almıyordu. Türk Şərqi Anadoluda Qızılbaş, İstanbulda qaba və köylü mənalarında idi”.

    Əli bəy Hüseynzadə belə bir osmanlının yenidən türkləşməsində mürşid missiyasını öhdəsinə götürmüşdü və “onun şairanə turançılığı 1908-dən sonra. digər turançıları, o cümlədən Ziya Gökalpı yaratmışdı” (Yusif Akçura).

    Ziya Gökalp isə Atatürkü yaratdı, onun fikir atası oldu. “Fikrimin babası Ziya Gökalpdır” (Atatürk).

    “Türk mədəniyyət tarixi”nin, “Türk törəsi”nin müəllifi, islamiyyətdən qabaqkı türk dininin – şamanizmin ilk araşdırıcısı Gökalp çağdaş türk gəncliyinə səslənir: “Gəncliyin ən böyük vəzifəsi dinə doğru getməkdir”. Və əlavə edir: “İslam ümmətindənəm”, – dediyimiz üçün, nəzərimizdə ən müqəddəs kitab Qurani-Kərim, ən müqəddəs insan Hz. Məhəmməd, ən müqəddəs məbəd Kəbə, ən müqəddəs din islam olacaqdır” və bu kontekstdə də Avropada iki mədəniyyətin – cəmiyyət və camaat mədəniyyətinin mövcudluğunu xatırladır: Quruluşunda müsəlman-türklərə məxsus Əndəlus mədrəsələrinin də iştirak etdiyi cəmiyyət mədəniyyətinə tərəf yönəlmənin vacibliyini israrla təlqin edirdi.

    Ziya Gökalp türkolojinin ən dərin qatlarına endi. 48 illik ömründə, türk dövlətinin, türk ailəsinin tarixini yazdı. Dildə, estetikada, əxlaqda, hüquqda, dində, iqtisadiyyatda, siyasətdə, fəlsəfədə türkçülüyün nəzəri əsaslarını hazırladı. Milliyyətçilik qovğasına türk dilini ərəb-fars sözlərindən deyil, ərəb-fars tərkiblərindən təmizləmək iddiası ilə başladı. Türk dilinin ərəbcə, farsca tərkiblərdən, ədatlardan təmizlənməsini təfəkkürdə milli düşüncənin qurtuluş yolu kimi göstərdi.

    . Erməni məsələsi XX yüzilin əvvəllərində Osmanlının məhkəmə salonlarında da dartışılıb. Və o da qəribədir ki, yuxarıda da qeyd etdiyim kimi, türkləri erməni soyqırımına “sövq etdiyi üçün” Gökalpı bir başqası deyil, fransız nəzarətində olan bir türk hakimi erməni “qətliamının” suçlularından biri kimi yarğılayıb.

    Haqqı Süha Gezgin “Divani-hərb qarşısında Ziya” məqaləsində 1919-cu ildə İstanbuldakı hərbi məhkəmədə Ziya Gökalpın sorğulandığı günü belə xatırladırdı:

    “Bu sırada qapılar müqəssirlərə açıldı. Əski İttihad və Tərəqqi iqtidarının kabinet və büro üzvləri göründü, Ziya da aralarındaydı. Divani-Hərb Heyəti də sağdakı qapıdan girdi. Gökalpa da, məlum şeyləri sordular, tərəddüdsüz cavablar verdi. Nəhayət:

    – Erməni soyqırımına siz fitva vermişsiniz. Buna nə deyəcəksiniz? – deyə soruşdular.

    Bu sual ona yanardağın qapağını fırladan bir hız verdi:

    – Millətimizə iftira etməyin. Türkiyədə, bir erməni qətliamı deyil, bir türk-erməni davası vardır. Bizi arxadan vurdular, biz də vurduq, – dedi.

    Belə bir cavab alacaqlarını zənn etmirdilər. Nazim Paşanın ağzı açıq qaldı. Qaşları alnına dırmanmış, gözləri fal daşına dönmüşdü.

    . Bundan sonra divanca ən ağır, ən qorxunc suç sayılan şeylər bir-bir sadalandı.

    O, hamısını “təbii” kəlməsi ilə cavablandırdı.

    . Divan hərbinin qanlı dekorundakı əzəmətli göstərişi yıxan bu cavablarda, bütün bir tarix vardır. Rəis Nazim Paşanın istefa qərarında, bu tarixi anın təsiri böyükdür. Ziya vəlilərə məxsus vüqarı, namus və fəzilətə aydın üzü, inandırıcı elmi, vəcdli həyəcanı ilə, bir çocuq kimi girdiyi divandan, bir qəhrəman olaraq çıxmışdı”.

    . Hər dəfə İstanbula gedəndə Çəmbərlitaşda, İstanbulun ən səsli-küylü və tarixi səmtlərindən birində qapısı axar-baxarlı Divanyolu caddəsinə açılan bir məzarlığı mütləq ziyarət edirəm. Hüznlə kölgələnməliykən, “Sultan II Muradın türbəsi” adlandırdıqları bu məzarlıq, sanki fərəhlə işıqlanıb. Sultan II Murad da, Sultan II Əbdülhəmid də, hətta Şeyx Bədrəddin də burdadır.

    Burada həm də Atatürkün fikir babası, “şişman, dəyirmi üzlü, çocuq kimi məsum, hər kəlməsi bir fikir silsiləsini oyandıran” (Y.K.Bayatlı), “sıxılqan, mütəvazi, çox tərbiyəli, çox az danışan” (A.E.Yalman) və “paranı tanımadan yaşayıb və tanımadan da ölən” (Y.Z.Ortac) türk mürşidi Ziya Gökalp yatır.

    Gəncliyində özünü öldürmək üçün tapançadan açdığı atəşin qəlpəsi alın sümüyünü zədələsə də, ölməmişdi. Yaşayıb Əli bəy Hüseynzadəyə rast gəlmək, onun şairanə turançılığının işığına qərq olub yenidən yaranmaq və nəhayət, Ziya Gökalpa çevrilməkçün Məhməd Ziya ölməməliydi.

    Ziya Gökalpa görə, Turanın İstiqlal beşiyi Bakıdır.

    Ziya Gökalpa görə, Turanın üç fışqıran qaynağından birincisi Azərbaycandır.

    Ziya Gökalpa görə, Qızıl Alma Bakıdadır.

    © Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.