Turist dövlətinin tutulması jurnalını necə təqdim edə bilərəm
O bildirib ki, sentyabrın 13-də qismən Günəş tutulması Yerin cənub qütbünə və yaxın ərazilərdə baş verəcək: “Bu zaman Ayın kölgəsinin mərkəzi digər geniş ərazilərə düşməyəcək. Bu tutulma Bakı vaxtı ilə 09:40-da başlayacaq və 14:05-də başa çatacaq. Saros Tsiklinin 125-cisi olan 13 sentyabr Günəş tutulmasının maqnitudu 0.788 (maximum 1-ə bərabər olur) olacaq və maksimum tutulma Bakı vaxtı ilə 11:55:19-da baş verəcək”.
Tutulmanın Azərbaycandan müşahidə edilməyəcəyini deyən direktor müavini əlavə edib ki, bunu Antarktikada (maksimum), həmçinin Afrikanın cənub hissələrində və Hind Okeanı ərazilərində müşahidə etmək mümkün olacaq (əlverişli hava şəraiti və müvafiq ekspedisiya olduqda): “Bu, adi Günəş tutulmalarından biri olacaq. Çünki bu həm elmi baxımdan bir az maraqsızdır (qismən tutulma olduğu üçün), həm də müşahidə etmək üçün əsas etibarilə əlverişsiz yerlərə (okean, buzlu qitə və s.) düşür. Heç də hamı onu müşahidə edə bilməyəcək”.
Şikayət necə yazılmalıdır? – QAYDALAR
Hazırda bu və ya digər məsələnin həll olunması ilə bağlı şikayətlə müraciət etmək praktikada geniş yayılmış vasitələrdən biridir. Bu praktikanın müsbət tərəfləri ondan ibarətdir ki, vətəndaşlar öz hüquqlarının qorunmasına daha ciddi yanaşırlar. Digər tərəfdən isə, şikayətlərin çox olması həm də həllini gözləyən səbəblərin kifayət qədər olduğunu göstərir. Hər bir halda, onun şikayətinin əsaslı araşdırılması və adekvat tədbirlərin görülməsi hər bir vətəndaşın arzuladığı məqamlardan biridir.
Bir sıra şəxslər çox tez-tez şikayətlə müraciət etdiklərindən müraciətlərin hazırlanması onlar üçün heç bir çətinlik yaratmır və hesab edirlər ki, ərizə və şikayələrə baxılması prosesini yaxşı dərk edirlər.
Digər bir qism insanlar isə şikayət etmək lazım olduqda çox çətin bir vəziyyətdə düşürlər. Nəticədə onların qarşısında çoxlu suallar yaranır: görəsən, şikayət nəcə olur? Digər sənədlərdən nə ilə fərqlənir? Şikayətdə nələr qeyd edilməlidir? İstədiyimi əldə etmək üçün necə yazsam daha yaxşı olar?
Lakin hər iki kateqoriyaya aid olan şəxslər müraciətlərin tərtib edilməsi zamanı bir çox xətalara yol verirlər.
Şikayət digər sənədlərdən nə ilə fərqlənir?
Şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.
Ona görə də digər müraciətlədən (ərizə, təklif) və sənədlərdən (protokol, pretenziya və s.) aşağıakı xüsusiyyətlərinə görə fərlənir. Belə ki,
1) Siz qanunla müəyyən olunmuş müvafiq hüquqlara maliksiniz.
2) Sizin həmin hüquqlarınız pozulmuşdur.
3) Pozulmuş hüquqlarınızın bərpası və müdafiəsi üçün şikayəti ünvanladığınız orqan və ya vəzifəli şəxs tərəfindən müəyyən hərəkətlərin həyata keçirilməsini gözləyirsiniz.
Şikayəti düzgün tətib etmək üçün nələrə diqqət yetirməliyəm?
Azərbaycan Respublikasının qanunvericiliyi (müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi, eləcə də müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), habelə imzası və tarix istisna olmaqla) yazılı müraciətin hər hansı standart fomada olmasını tələb etmir.
Lakin buna baxmayaraq, şikayətin düzgün tərtib olunması gələcək perspektiv baxımından çox əhəmiyyətlidir.
1. Şikayətin strukturu.
Şikayətiniz bütöv bir mətn kimi görünməməlidir. Onu hissələrə bölərək tərtib etsəniz həm vizual olaraq görünüşü xoş təsir bağışlayar, həm də oxucunun, daha doğrusu, müraciət etdiyiniz orqanın əməkdaşının şikayətinizlə tanış olması prosesini asanlaşdırmış olarsınız.
Şikayət aşağıdakı elementlərdən ibarətdir:
• başlıq – şikayətinizi kimə ünvanlamısınız və siz kimsiniz;
• sənədin adı – mərkəzdə “Şikayət” sözü;
• hadisənin təsviri – hüquqlarınzın pozulmasının mahiyyəti;
• tələb və xahişin özü – bu hissə “Xahiş edirəm” ifadəsi ilə başlamalı, yaxud da həmin ifadə ilə bitməlidir. Yaxşı olar ki, xüsusi olaraq nəzərə çarpması üçün digər hissələrdən ayrı verilsin;
• şikayətə əlavə edilmiş sənədlərin (mövqeyinizi müdafiə edən sübutların) siyahısı;
• tarix və imza.
2. Şikayətdə həyatın bütün çətinliklərindən söz açmağa ehtiyac yoxdur.
Üç vərəqli şikayət yazmayın. İstənilən hadisə və şəraiti bir və ya iki vərəqdən ibarət mətndə təsvir etmək mümkündür. Danışacaq daha çox hekayəniz olsa belə, unutmayın ki, oxumaq üçün nə qədər az vaxt tələb olunarsa müraciətinizin effekti də bir o qədər çox olar.
Şikayət yalnız işin “quru” faktlarını ehtiva etməlidir. Öz vəziyyətinizi kənar, qərəzsiz müşahidəçi kimi nəzərdən keçirin. Elə təsəvvür etməyə çalışın ki, sizə həll edilməsi üçün hansısa riyazi məsələ (yaxud kazus) yazmaq tapşırılıb.
3. Qanunlara istinadlar.
Müəyyən problemi təqdim edərkən hüquqlarınızı qoruyan və tələblərinizi əsaslandıran qanun və qaydaları nəzərə çatdırmağınız çox yaxşı olar. Məhz burada qənaət etmək lazım deyil.
Konstitusiyanın müddəalarından başlaya bilərsiniz (maddə 57 – müraciət etmək hüququ, III fəsil – bütün əsas insan və vətəndaş hüquqları və azadlıqları). Ən əsası odur ki, qeyd edəcəyiniz normalar şikayəinizin mahiyyətinə uyğun olmalı və onlara yerində istinad edilməlidir.
Bununla da, həm mövqeyinizi etibarlı şəkildə əsaslandırmış olursunuz, həm də savadlı və kifayət qədər maariflənmiş bir insan təəssüratı yaradırsınız. Bu, şikayətlərə dair qərar verilərkən heç də az rol oynamır.
Tibb müəssisəsi ilə bağlı şikayətdə əsaslandırılmış mövqe nümunəsi:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə uyğun olaraq, hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur.
Həmin Qanunun 51-ci maddəsinin 3-cü hissəsinə əsasən, müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir.
4. Tələbinizə xüsusi diqqət yetirin.
Çox vaxt vətəndaşlar bu bənddə qənaət edərək tələblərini bir cümlə ilə və ya ən yaxşı halda “Sizdən müvafiq tədbirlər görməyinizi xahiş edirəm” şəklində göstəməklə kifayətlənirlər.
Birincisi, bu halda, səlahiyyətli orqanlar və məmurlar müraciətinizə sadəcə bir şəkildə reaksiya verilməsini istədiyinizi düşünəcəklər. Bəlkə də, hesab edəcəklər ki, hansı konkret nəticəni gözlədiyinizi heç özünüzün də bilmirsiniz.
İkincisi, bu şəkildə qısa və ümumi tələb qoymaqla ünvan sahibinə necə cavab verəcəyini seçmək üçün ən geniş imkanlar təqdim edirsiniz. Bu halda səlahiyyətli orqan tabeçilik üzrə daha aşağı vəzifəli şəxsə müraciətinizi “tədbir görüməsi üçün” göndərə bilər. Axı bu da “müvafiq tədbir” hesab oluna bilər. Gördüyünüz kimi, bununla da probleminiz heç vaxt həll olunmaya bilər.
Bəs nə etmək lazımdır?
Şikayəti ünvanlamaq üçün seçəcəyiniz, yaxud seçdiyiniz orqanının və ya vəzifəli şəxsin hüquq və vəzifələrinin nədən ibarət olduğunu, səlahiyyətlərinin dairəsini müəyyən edən normativ aktlara, qanun və qaydalara nəzər yetirin. Bu elə də çətin məsələ deyil. İnternetdə axtarış sitemlərinin köməkliyi ilə bunları asan şəkildə tapa biləsiniz.
Hüquq və vəzifələr siyahısından probleminizin həll olunması üçün sizə lazım olanları seçin. Başqa sözlə, probleminizlə əlaqədar vəzifəli şəxs nə edə bilərsə və hansı hərəkətləri etməyə borcludursa, onlar arasından həyata keçirilməsini gözlədiyiniz tədbirləri bir bir sadalayın.
5. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları.
Müraciətinə baxılan vətəndaşın bir sıra hüquqları vardır. Onlar Qanunla müəyyən olunmuşdur. Lakin onların bir neçəsinin üzərində durmaq istərdim.
Belə ki,
• müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;
Yəni, şikayətizə baxılması zamanı siz müvafiq sənəd və mateiallarla tanış ola bilərsiniz, eyni zamanda şikayətinizin yerində araşdırılmasına ehtiyac varsa həmin araşdımada iştirak edə bilərsiniz (əlbəttə ki, yuxarıda qeyd edilən istisnanı gözləmək şərti ilə).
• müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;
Bu hüquq heç də yuxarıda qeyd edilən imkandan geri qalmır. Müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə məlumat almaq ona istinad edilməsinə, eləcə də vaxtında baxılmasını tələb etməyə imkan verir.
• müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək;
Bəli, sizin hər zaman müraciət barəsində qəbul edilmiş qərardan şikayət vermək hüququnuz var.
İnzabati qaydada, yəni müraciətinizə baxmış dövlət orqanı və ya vəzifəli şəxsin yuxarı orqanı və ya vəzifəli şəxsinə şikayət verə bilərsiz. Həmçinin, müraciətinizə baxılmasından narazı qaldığınız təqdirdə birbaşa məhkəməyə də şikayət edə bilərsiniz.
İkisini birdən də edə bilərsiniz.
Əslində, siz müraciət etdiyiniz orqanı və ya vəzifəli şəxsi probleminizin öz həllini tapmayacağı təqdirdə yuxarı orqanlara şikayət etmək niyyətinizdə olduğunuz barədə məlumatlandıra biləsiniz.
Məsələn: “Şikayətimə qanunla müəyyənləşdirilmiş müddətdə yazılı cavab almasam və göstərilən . tədbirlər görülməsə, işin bütün materialları və ona əlavə edilmiş sübutlarla birlikdə . müraciət edəcəyəm”
Unutmayın ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.5-ci maddəsinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.
Ona görə də hər zaman müraciətə verilmiş cavabın əsaslandırımış olmasına diqqət yetirin.
6. Şikayət etmək imkanlarından səmərəli istifadə edin.
Çalışın dəfələrlə eyni məzmunlu müraciətlər ünvanlamaqla özünüzə qarşı etinasızlıq yaratmayasız. Bu hal müraciətlərinizin effektliyini azalda bilər.
Vətəndaşlarımızın hər bir məsələ ilə bağlı eyni anda aidiyyəti qurumdan tutmuş, bütün mərkəzi orqanlara – nazirliklərə və dövlət komitələrinə, Milli Məclisə və hətta ölkə Prezidentinə müraciətlər ünvanlaması adət halını almışdır. Məsələyə bu cür yanaşmanın sizə heç bir faydası yoxdur və dövlət orqanlarının işini lüzumsuz olaraq artırmaqdan başqa bir işə yaramır. Çünki, bu zaman həmin orqanlar müraciətlərin əksəriyyətini onların səlahiyətlərinə aid olmasa da, qanuna və kargüzarlıq qaydalarına uyğun olaraq formal prosedurlardan keçirmək məcburiyyətində qalırlar. Son nəticədə isə bu cür müraciətlər qaldırılan məsələ ilə bağlı səlahiyyətli orqana yalnız aidiyyəti üzrə göndərilir.
Nəzərə alın ki, çoxlu sayda eyni məzmunlu təkrar müraciətlərin mövcud olması müraciətə baxan subyektə imkan verir ki, müraciətiniz baxılmamış saxlanılsın.
Çünki, yuxarıda qeyd edilmiş Qanuna əsasən, vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Ona görə də, yaxşı olar ki, şikayətə ilk olaraq aidiyyəti üzrə ən aşağı orqandan başlayasınız. Müraciətinizə baxılmasından narazı qaldığınız təqdirdə isə şikayət vermək imkanlarınız (instansiyaların) daha geniş olur. Eyni zamanda, yuxarı orqanlar da həmin məsələ ilə bağlı sizin aşağı orqanların imkanlarından tam istifadə etdiyinizi görüb, bu sahədə fəaliyyətin yaxşılaşdırılmasına eytiyac olduğu və növbənin artıq onlarda olduğunu dərk etmək məcburiyyətində qalırlar.
Başqa sözlə, qanununun sizə verdiyi imkanlardan maksimum səmərəli istifadə edin!
Unutmayın ki, Qanuna əsasən, standart olaraq vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Müraciətiniz korrupsiya halları ilə əlaqədardırsa, bu barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin etməli və həmin xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.
Yadda saxlayın ki, müraciətlərinizi aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət etdiyiniz müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Həmçinin, barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
Nəticə.
Probleminizi həll etməkdə həqiqətən maraqlanırsınızsa, şikayətinizi ciddi şəkildə hazırlayın. Bu zaman qarşınızda duran məqsəd bundan ibarət olmalıdır:
Özünüzü kömək istəyən çarəsiz bir şəxs kimi deyil, öz hüquqları barədə məlumatlı olan bir vətəndaş kimi təsəvvür edin. Əmin olun ki, hüquqlarızı, onların haradan qaynaqlandğını, pozuntunun nədən ibarət olduğunu və bunun hansı faktlar əsasında təsdiq edildiyini, səlahiyyətli şəxslərin və orqanların bu hüquqların həyata keçirilməsini təmin etmək üçün nə etməli olduqlarını, bu hüquqların pozulması halında hansı tədbirləri görməyə borclu olduqlarını, səlahiyyətlərinə əsasən onlardan nə tələb olunmalı olduğunu bilirsiniz. Baxmayaraq ki, müraciətiniz özündə “şikayət” sözünü və “xahiş edirəm” ifadəsini ehtiva edir, tələbin bu şəkildə qoyulmuş olması heç də kimdənsə bir şey istəmək və ya ona yalvarmaq anlamına gəlmir. Əksinə siz qanunla onlara həvalə olunan vəzifələrin icrasını tələb edirsiniz.
Ümid edirəm bu məqalə müraciət edərkən bilməli olduğunuz əsas məqamları anlamağınıza kömək etdi. Müraciətlərinizin sonrakı taleyinin bir hissəsi bu məqamlardan asılıdır.
Absələddin Əliyev
Vəkillər Kollegiyasının üzvü, vəkil
Ukrayna
AzVision.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.
E.Babayevin sözlərinə görə, bu il 4 tutulma ilə yadda qalacaq:
“İlin sonunadək daha iki tutulma hadisəsi baş verəcək. Bunlardan biri 13 sentyabrda gözlənilən qismən Günəş tutulması, digəri isə 28 sentyabrda baş verəcək tam Ay tutulmasıdır. Sadə dildə desək, Günəş tutulması zamanı Ay Yerlə Günəş arasından keçir və nəticədə Yerdəki müşahidəçi üçün Günəş tam və ya qismən olaraq görünmür. Yer səthində Ayın “qaçan” kölgəsinin eni 250 km-dən çox ola bilər”.
O bildirib ki, sentyabrın 13-də qismən Günəş tutulması Yerin cənub qütbünə və yaxın ərazilərdə baş verəcək: “Bu zaman Ayın kölgəsinin mərkəzi digər geniş ərazilərə düşməyəcək. Bu tutulma Bakı vaxtı ilə 09:40-da başlayacaq və 14:05-də başa çatacaq. Saros Tsiklinin 125-cisi olan 13 sentyabr Günəş tutulmasının maqnitudu 0.788 (maximum 1-ə bərabər olur) olacaq və maksimum tutulma Bakı vaxtı ilə 11:55:19-da baş verəcək”.
Tutulmanın Azərbaycandan müşahidə edilməyəcəyini deyən direktor müavini əlavə edib ki, bunu Antarktikada (maksimum), həmçinin Afrikanın cənub hissələrində və Hind Okeanı ərazilərində müşahidə etmək mümkün olacaq (əlverişli hava şəraiti və müvafiq ekspedisiya olduqda): “Bu, adi Günəş tutulmalarından biri olacaq. Çünki bu həm elmi baxımdan bir az maraqsızdır (qismən tutulma olduğu üçün), həm də müşahidə etmək üçün əsas etibarilə əlverişsiz yerlərə (okean, buzlu qitə və s.) düşür. Heç də hamı onu müşahidə edə bilməyəcək”.
Rəsədxana rəsmisi qeyd edib ki, sentyabrın 28-də baş verəcək tam Ay tutulması isə maraqlı olacaq: “Bu, cari ildəki 2 tam Ay tutulmasından sonuncusudur. Maraqlıdır ki, bu Ay tutulması keçən ilin aprelin 15-də, oktyabrın 8-də və aprelin 4-də baş verən və 2014/2015-ci illərin tetrad deyilən tsiklinin (dörd ardıcıl tam Ay tutulma seriyası) sonuncusudur. Digər maraqlı fakt isə odur ki, “Məhsul Ayı” (“Harvest Moon”; payız gecə-gündüz bərabərliyi günündən əvvəl baş verdiyinə görə belə adlanır) adlanan bu Ay 2015-cü ilin “Super-Ay” vəziyyətində, yəni Yerə ən yaxın olan və çox iri görünən vəziyyətində baş verəcək”.
O, həmçinin vurğulayıb ki, Ay tutulması 05:11-də başlayacaq və 10:22-də bitəcək (cəmi 5 saat 11 dəqiqə olmaqla): “Tam Ay tutulması fazası isə 1 saat 11 dəqiqə 55 saniyə davam edəcək. Bu faza Bakıda Ay batan anında baş tutacaq. Maksimal tutulma fazası 07:31-də başlayacaq və 07:34-də isə Ay batmağa başlayacaq. Bu gözəl təbiət hadisəsini insanlar əsasən Şimali və Cənubi Amerikada, eləcə də Afrika qitəsinin qərbində və qismən də Avropanın ən qərbində tam şəkildə müşahidə edə biləcəklər.
Bəzən bu maraqlı təbiət hadisəsini “qanlı Ay” da adlandırırlar. Buna səbəb Günəş tutulmasından fərqli olaraq, Ay tutulmasında Ayın səthinin tünd kül rəngdən qırmızımtıl rəngə boyanmasıdır. Bu, işıq şüalarının əlavə olaraq səpilməsi nəticəsində meydana çıxır. Ona görə də Ayın səthi müşahidə olunarkən qırmızı rəngə boyanır. Bu səbəbdən də qədimdən Ay tutulması müşahidə olunarkən hansısa qorxunc hadisənin ilkin əlaməti kimi qiymətləndirirdilər. Lakin müasir dövrdə bunun səbəbi elmə və əksər insanlara məlumdur. Ay tutulmasının insan orqanizminə bilavasitə mənfi təsiri yoxdur. Bu, yalnız bəzi insanlara psixoloji təsir göstərə bilər ki, müəyyən müddət ərzində Ayın səthi qırmızımtıl rəngə boyanır. Bu isə sırf astronomik hadisə olduğundan hər hansı bir mənfi təsirdən söhbət gedə bilməz. Hətta Günəş tutulması elmi cəhətdən Ay tutulmasından daha çox informasiya verir”.
Comments are closed, but trackbacks and pingbacks are open.