Press "Enter" to skip to content

Turizm iqtisadiyyati

Turizmdə baş verən bütün neqativ halların qarşısını almaq üçün təkcə bir və ya bir neçə dövlət deyil,bütövlükdə dünya dövlətləri bu problemin həlli üçün birgə fəaliyyət göstərməlidirlər.bu fəaliyət qarşılıqlı müqavilələrin imzalanmasında,normativ aktların qəbul olunmasında daha qabarıq özünü göstərməlidir.dövlətlər arasında təhlükəsizlik sazişləri imzalanmalı,sərhədlərə birgə nəzarət güclənməli,müasir texnologiyanın tətbiqindən geniş istifadə olunmalıdır

Turizm və onun iqtisadi artıma təsiri

Müasir dünyada gedən qloballaşma prosesi sülh və beynəlxalq təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi turizm sahəsində əməkdaşlığı daha da aktual edir.

İnsanlar tarix boyu öz yaşından,cinsindən,milliyətindən və mənsubiyyətindən asılı olmayaraq bütün dövrlərdə istirahət etmişlər.İnsanlar səyahət etdiyi zaman onların ətraf mühit haqqında bilikləri zənginləşir,təsəvvürləri genişlənir və nəhayət onların özləri də dəyişirdilər.Səyahət və turizm qədim zamanlardan baaşlayaraq budünümüzə qədər çox maraqlı və ziddiyətli bir yol keçmişdir.

XX əsrin İİ yarısından başlayaraq turizm fenomenal hadisəyə çevrilmişdir.Beynəlxalq turizm ölkələri bir-birinə yaxınlaşdırır,beynəlxalq əlaqələri möhkəmlədir,iqtisadi və mədi əlaqələrin inkişafına təkan verir,ölkələr arası iqtisadi inteqrasiya yaradır,valyutanın,işçi qüvvəsinin və kapitalın ölkələrarası sərbəst hərəkətinə zəmin yaradır.Turizm ölkəyə,regiona böyük miqdarda valyuta axınına səbəb olur.Turizm xidmətləri beynəlxalq əmtəə dövriyyəsində görünməz ixrac adlanır.Onların bir əmtəə kimi səciyyəvi özəlliyi ondan ibarətdir ki,bu xidmətlərin xeyli hissəsi minimum xərclərlə və bir qayda olaraq xarici valyutadan istifasə etmədən istehsal olunur.

Beynəlxalq turizm beyəlxalq iqtisadi münasibətlərdə mühüm rol oynayır.ETİ,BƏB,elmi,mədəni,idman və digər sahələrdə xalqlar öz maddi və mənəvi dəyərlərinin yaradılmasında başqa ölkələrin təcrübəsindən istifadə edirlər.İEÖ-lər zəif ölkələrə kömək edirlər,turizmin gediş-gəlişi nəticəsində xalqlar bir-birini yaxşı tanıyır,insanıar arasında etibar yaranır.Bu isə xalqlar arası konfliktlərin yaranma ehtimalını azaldır.

Turist məhsulunun alıcılıq qabiliyyəti olmaqdan ötrü kifayət qədər iqtisadi inkişafın olması zəruridir.Digər tərəfdən imkanlı adam səyahətə çıxa bilər.Gəliri olmayan iqtisadiyyatda kütləvi turizm də ola bilməz.İşsizlərin sayı çox olan,əmək haqqısı az olan ölkədə turizmdən söhbət gedə bilməz.

Bundan başqa daxili turizm ölkə daxilində siyasi və iqtisadi sabitlik yaradır.Siyasi sabitlik ölkədə ona görə möhkəmlənir ki,turizmdən əldə olan gəlir əhalinin müxtəlif təbəqələri arasında ədalətlə və görülən əmək müqabilində paylanılır.Turizm çoxlu iş yerləri yaradır.Turizm məhsulunu hasil etmək üçün çox adam iştirak edir.Eyni zamanda bir nəfər xarici turistdən gələn gəlir 1 ton xam neftin satışından əldə olunan gəlirdən çoxdur.

İEÖ-lərin təcrübəsi göstərir ki,turizm iqtisadiyyata təsir göstərən güclü qüvvədir.O,dövlət büdcəsinin formalaşmasında,ticarət balansının sabitləşməsində mühüm rol oynayır.Lakin turizmin rolu bununla bitmir.Turizmin inkişafı ölkədə işsizlik kimi ağır bir problemin öhdəsindən gəlir,ölkə təsərrüfatının bütün sahlərinə

Təsir göstərir və onların inkişafının katalizatorudur.

Ümumiyyətlə,xalqların bir-birinə yaxınlaşmasında,iqtisadi və mədəni əlaqələrin yaradılmasında və qarşılıqlı anlaşmada turizmin əvəzsiz rolu var.Ona görə də turizmin inkişafı zəmanimizin vacib məsələlərindən biridir.

Beynəlxalq turizmə nəzarət ÜTT tərəfindən həyata keçirilir.Bu təşkilatən əsas məqsədi iqtisadi artıma səbəb olan turizmin inkişafııdır.1980-ci ilə qədər turizmə gəlir mənbəyi kimi yanaşırdılar.Lakin ÜTT-nin Manil konfransı turizmin yeni müasir konsepsiyasını bəyan və izah etdi ki,turizmin mənəvi və tərbiyəvi dəyərləri iqtisadi dəyərindən yüksəkdir.Konfransda qeyd edildi ki,azad turist səfərləri o zaman mümkündür ki,dünyada sülh.əmin-amanlıq və sabit iqtisadi inkişaf olsun.

Budan başqa beynəlxalq turizmin inkişafina siyasi,sosial,terror və təbii faktorlar da təsir edir.

Ölkələrarası siyasi gərginlik,müharibələr turist axınına,başqa sözlə turizmə böyük zərbə vurur.Təkcə İraq meharibəsi nəticəsində Yaxın Şərq regionuna,bu baxımdan xeyli ziyan dəymişdir.İqtisadi ziyandan başqa mənəvi və psixoloji zərbə bu regionu sarsıtdı.Hətta mövcud turizm infrastrukturu dağıdıldı.Psixoloji zərbənin təsiri özünü nəinki bu regionda,hətta bir çox yerlərdə belə turist davranışına mənfi təsir göstərdi.İraqda yerləşən dini-turistik mərkəzlərin bəziləri məhv edildi,bəziləri isə yarasız hala düşdü.

Bundan başqa Qafqaz regionunda baş verən Gürcüstan-Rusiya müharibəsi də bu regionun turizm baxımından təhlükəsizliyinə inamı azaltdı.Bu özünü bura səfər edən turistlərin sayında göstərdi.Bu,iqtisadi baxımdan böyük itki deməkdir.

Turizmin inkişafına güclü təsir göstərən faktorlardan biri də sosial amildir.Sosial nöqteyi nəzərindən turizm,regionların inkişafına böyük təsir göstərir.regionlarda minlərlə iş yerləri açılır,kommunikasiya inkişaf edir,mədəniyyət yüksəlir,yerli əhalinin savadı artır.Regionlarda turizmin ikişafı işsizlərin paytaxta axınınnın qarşısını alır.

Beynəlxalq turizm inkişaf etsə də regionlar üzrə onların axını heç də bəraabər deyildir.bu onunla izh olunur ki,regionların özlərinin iqtisadi-siyasi və sosial inkiıafı qeyri-bərabərdir.məsələn,asiya-sakit okean regionu ölkələrinin çoxu müstımlıkı və ya yarımmüstəmləkə quruluşuna malik idilər.ona görə də bu ölkələrin iqtisadiyyatı zəif inkiıaf etmişdirlər.lakin hal-hazırda bu ölkələrdə turizm böyük sürətlə inkişaf etməkdədir.bunun səbəbi nədir?

Birinci səbəb,ölkələrin azad oması,azad iqtisadin zonaların yaradılması və iqtisadiyyatın dinmik inkiıafıdır.iqtisadiyyatın artması milli və adambaşına düşən gəlirin artmasına və asudə vaxtın çoxlmasına səbəb olmuşdur.

İkincisi,turizmin çevik modelinin yaranması və turizm sferasına ardıkəsilməyən investisiya qoyuluşudur.

Üçüncüsü,beynəlxlaq münasibətlərdə gərginliyin səngiməsi və regiondaxili proseslərin səhman salınmasıdır.

Ümumiyyətlə,regionlar üzrə turist axınlarının ildən-ilə artması regionların çoxunda siyasi sabitliyin və iqtisadi inkiıafın olmasını göstərir.

Müasir turizmin inkiıaf təmayüllərinin təhlili göstərir ki,siyasi-iqtisadi və sosial faktorların təsiri,yeni reklam-informasiya texnologiyasının tətbiqi turizm inkiıafına müsbət təsir göstərən amillərdəndir.

Ümumdünya turizm şurası bu qənaətə gəlib ki,qlobal istiləşmənin yaratdığı fəsadlardan turizm şirkətləri istifadə etməyə başlayıblar.Problem burasındadır ki,çox böyek sayda turist yer üzündıən siliməkdə olan təbiət ərazilərini,nadir heyvan və bitki növlərini görmək istəyir.İlk vaxtlar ekoloji turizmlə məşğul olan şirkətlərin əsas məqsədi bu gözəllikləri turistlərə göstərib,sonradan onları bu gözəlliklərin bərpasına pul ayırmağa sövq etmək idi.Sonradan turizmin bu növünün külli miqdarda gəlir gətirdiyini gördülər və alicənab məqsədlər arxa plana keçdi.Gəlirlərin artmasına baxmayaraq,bu sahənin bərpasına ayrılan pul vəsaiti xeyli dərəcədə geri qalır.Son nəticədə isə onların tükənməsi prosesi daha sürətlə gedir.

Hətta dünya turizm mərkəzlərinin mütəxəssisləri hesab edirlər ki,qlobal ərzaq problemi və bahalaşma turizmin ümumi inkiıaf tempinə ciddi zərbə vurmasa da,onun xəritəsinin dəyişməsinə səbəb olacaq.Məsələ burasındadır ki,ABŞ və Avropada istehlak qiymətlərinin artımı fərdi istehlakçı fəallığının azalmasına gətirib çıxarır.Məsələn,ötən ilin son rübündə avrozonada 2001-ci ildən bəri ilk dəfə olaraq qiymət artımına rəğmən istehlak xərcləri 0,1 % aşağı düşüb.

Turizmə təsir göstərən faktorlardan ən təhlükəlisi terrordur.bunun ən bariz nümunəsi kimi 2001-ci il 11 sentyabr hadisəsini göstərmək olar.bu hadisə təkcə ABŞ turizmini deyil,bütövlükdə beynəlxalq turizmə öz təsirini göstərdi.ABŞ-ın turizm sənayesi ciddi böhranıa üzləşdi.turist səərləri 11 % aşağı endi və eyni zamanda bir çox turistlər təyyarə uçuşlarından imtina etdilər.əvvəlcədən alınan aviabiletlər qaytarıldı,30 min işçi aviasiyada öz işini itirdi.turistlər daha yaxın məsafədə yerləşən turistik məkanlara səfər etməyə başladılar.bu isə qatar və avtomobillərlə səfərə gedənlərin sayını artırdı.məsələn,fransada həmin ərəfədə təyyarə ilə səfərə çıxanların sayı 15% azaldı,qatarla gedənlərin sayı isə 9% artdı.turist maraqlarının bu qaydada dəyişməsi kənd yerlərində,xizək idman kurortlarında,kempinq və ailə mehmanxanalarında yerləşmə yerlərinin daha da dolğun istifadəsinə səbəb oldu.Eləcə də türkiyədə tez-tez baş verən terror partlayışları bu qəbildəndir.

Turizmdə baş verən bütün neqativ halların qarşısını almaq üçün təkcə bir və ya bir neçə dövlət deyil,bütövlükdə dünya dövlətləri bu problemin həlli üçün birgə fəaliyyət göstərməlidirlər.bu fəaliyət qarşılıqlı müqavilələrin imzalanmasında,normativ aktların qəbul olunmasında daha qabarıq özünü göstərməlidir.dövlətlər arasında təhlükəsizlik sazişləri imzalanmalı,sərhədlərə birgə nəzarət güclənməli,müasir texnologiyanın tətbiqindən geniş istifadə olunmalıdır

Turizm iqtisadiyyati

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Turizmin iqtisadiyyatı və idarə edilməsi

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Turizmin dünya iqtisadiyyatında yeri

Son illər turizm dünyada sürətlə inkişaf edən iqtisadi sektor kimi qeyd olunur. Bu sahə gəlirlərin miqdarına görə neft ixracı və avtomobil sənayesindən heç də geri qalmır. Bir sıra ölkələrin büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində turizm mühüm rol oynayır.

Lakin turizmin rolu bununla da bitmir. Turizmin inkişafı ölkələrdə işsizlik kimi ağır problemin öhdəsindən gəlməyə stimul verərək, iqtisadiyyatın təkanverici qüvvəsi rolunu oynayır. Bu da ümumi daxili məhsulun (ÜDM) formalaşmasına və sosial-iqtisadi problemlərin həllinə zəmin yaradır.
Turizmin inkişafı yalnız ölkə vətəndaşlarının səyahətə çıxmalarının sayı ilə deyil, bütövlükdə turizm infrastrukturunun modernləşdirilməsi prosesi kimi başa düşülür.
Dünyada turizm imkanlarına görə inkişaf etmiş ölkələr Avropa, Asiya və Sakit okean hövzəsi, eləcə də Amerika regionunu əhatə edir. Son illər Asiya və Sakit okean regionunda turizmin sürətli inkişafı mütəxəssislərin bu ərazini “Turizmin gələcəyi” adlandırmasına səbəb olub.
Dünyada daha çox turist göndərən ölkələr kimi ABŞ, Almaniya, Britaniya göstərilir. Daha çox turist qəbul edən ölkələrdən isə Fransa, İspaniya, ABŞ və İtaliya fərqlənir. BMT-nin Dünya Turizm Təşkilatının (DTT) məlumatına görə, bir ildə 82 milyon turist qəbul edən Fransa bu sahədə dünyada liderlik edir. Fransa bu göstəriciyə görə ABŞ-ı (62,7 milyon), Çini (57,6 milyon), İspaniyanı (56,2 milyon) xeyli geridə qoyub. Bu müvəffəqiyyət ölkənin təbiətinin rəngarəngliyi və gözəlliyi, mədəni irsinin, o cümlədən muzeylərinin, tarixi abidələrinin zənginliyi ilə izah olunur. Turist axınının əsas hissəsi Parisə yönəlsə də, Lacivərd sahil (Kann), Luara vadisi, Atlantik okeanın sahilləri və cənub-qərb regionları da turistlərin sevimli yerlərinə çevrilib.
ABŞ-da qar şəlaləsi kimi nadir təbiət abidələri, Nepalda Comolunqma (Everest) zirvəsi, Misirdə qədim fironların ehramları, Hindistanda Tac-Mahal, Yunanıstanda Akropol, İtaliyada məşhur Kolizey abidəsi bütün insanların görmək istədiyi yerlərdir. İspaniya, Portuqaliya, Türkiyə və digər ölkələrdə gözəl dəniz çimərlikləri və Aralıq dənizinin mülayim iqlim şəraitinin olması həmin ölkələrə turistlərin böyük maraq göstərməsini şərtləndirir.
DTT-nin məlumatına görə, 2012-ci ildə dünyada turistlərin sayı 1 milyardı keçib. Bu rəqəm 3,3%-lik artımla 2030-cu ildə 1,8 milyard nəfərə çatacaq.
Son illər qardaş Türkiyədə turizm sənayesinin inkişafına və bu sahə üçün ixtisaslı kadrların hazırlanmasına böyük diqqət yetirilir. Gözəl təbiəti və tarixi abidələri ilə yanaşı, müasir turizm infrastrukturu, hava limanları, hotellər, müxtəlif nəqliyyat növlərindən səmərəli istifadə imkanı uzunmüddətli maraqlı turlar təşkil etməyə imkan yaradır.
Türkiyə Səyahət Agentləri Birliyinin məlumatına görə, 2013-cü ildə Türkiyəyə 34 milyon insan səfər edib. 2014-cü ildə Türkiyəyə gələnlərin sayı 37-38 milyon nəfər, turizm gəlirlərinin həcmi 35 milyard dollar proqnozlaşdırılır.
Son illər ölkəmizdə də turizmin inkişafına xüsusi diqqət yetirilir. Hotel və mehmanxana şəbəkəsi genişlənir, müasir yol infrastrukturunun qurulması işləri gerçəkləşir. Qusarda inşa olunan “Şahdağ” Qış-Yay Turizm, Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət komplekslərinin yaradılması ölkəmizdə turizmi mövsümilik məhdudiyyətindən azad edir. Bununla da Azərbaycan turizminin inkişafında yeni mərhələnin əsası qoyulur. 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi və 2011-ci ilin “Turizm ili” elan olunması ölkəmizdə turizmin inkişafına böyük təkan verib.
Azərbaycanın tarixi abidələri, milli mətbəxi və ecazkar təbiəti xarici turistlərdə xüsusi maraq oyadır. Bu da öz növbəsində ölkəmizin iqtisadi imkanlarının artması ilə yanaşı, Azərbaycanın dünyaya tanıdılması üçün mühüm vasitədir.

Comments are closed, but trackbacks and pingbacks are open.