Lirzayev Ə. Q. Turizmin iqtisadiyyatı və idarə edilməsi (2010)
Bütün dünyada olduğu kimi Azərbaycanda da turizmin inkişafı üçün turizm sənayesinin inkişafı ön plana çəkilmişdir.
34mekteb
Turizmin inkişafı turizm sektorunu ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevirir
Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək, dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında öz mövqeyi, eləcə də, mövcud potensialı ilə seçilir və özünəməxsus yer qazanmışdır. Qısa bir dövr ərzində əldə olunan nailiyyətlər ölkənin milli maraqlarının zəminində formalaşmış, eləcə də, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi və mədəni mövqe məhz belə imicin Azərbaycan ətrafında yaranmasına gətirib çıxarmışdır. Sözsüz ki, bu uğurlar, nailiyyətlər, Azərbaycanın iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə gətirib çıxarmışdır. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə səbəb olmuşdur. Dövlət başçısı İlham Əliyevin Azərbaycan iqtisadiyyatına neft sektoru tərəfindən gələn gəlirin bərabərində, eləcə də, ondan daha artıq bir şəkildə gəlir gətirə biləcəyi turizmin inkişafını zəruri hesab etməsi, əlbəttə ki, müəyyən faktorlara əsaslanır. Ölkənin yeraltı və yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycan turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.
Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Dövlət Proqramında göstərilir ki, 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədi ilə ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyəti həyata keçirilir. Turizm sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmlərinin yaradılması əsas şərtlərdəndir. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması məqsədi ilə görülən işlər davamlı olaraq həyata keçirilir. Turizm sahəsində normativ hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, turizm və rekreasiya zonalarında müvafiq infrastrukturun yaradılması, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, yeni turizm marşrutlarının yaradılması, turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiq edilməsi və bu kimi yeniliklərin Azərbaycan turizm bazarında tətbiqi yaxın beş il ərizində tam şəkildə həllini tapacaq. Sözsüz ki, artıq bu və ya digər nailiyyətlər Azərbaycan turizm sektorunda özünü göstərir. Mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi, turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsil üzrə layihələrin həyata keçirilməsi, Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adət-ənənələrin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi də vacib şərtlərdəndir.
Kifayət qədər potensialın olması Azərbaycana qeyri-dövlətlərin axınını gücləndirir və ölkənin turizmin inkişafına stimul verir. İlham Əliyev cənablarının “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin inkişafına dair Dövlət Proqramı”nı təsdiqləməsi Azərbaycanın turizm potensialının daha da sürətlənməsinə öz töhfələrini vermiş olur. Təbii ki, turizmin inkişaf mərhələsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilərək, öz inkişaf yoluna başlamışdır. Qeyd edək ki, hər il olduğu kimi, bu il də Azərbaycana səfər edən turistlərin sayı artmaqdadır. Statistik rəqəmlər və gələn gəlir göstərir ki, Azərbaycan turizmi ilbəil inkişaf edir və əhalinin sosial rifahının yüksəlməsi yönümündə dövlətin büdcəsindən gələn gəlirin əsas hissəsini təsdiq edir. Onu da qeyd edim ki, əvvəlki illərlə müqayisədə bu il xarici turistlər üçün qiymətlər aşağı salınmış və xidmət yüksəlmişdir. Bu da, onu göstərir ki, artıq Azərbaycanda turizm sektorunda çalışa biləcək ixtisaslı mütəxəssislər yetişməkdədir, eləcə də, bu sahənin mütəxəssisləri Azərbaycandan kənarda təcrübə keçərək, turizm yeniliklərini və xidmətlərini Azərbaycanda tətbiqinə nail olmuşlar. Müxtəlif görkəmdə və xidmətdə olan otellərin inşası buraya gələn axının yüksək səviyyədə təminatına əsas verir. Yayın ilk ayında artıq Azərbaycanın Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Masallı kimi istirahət zonalarında istirahət edənlərin sayının artması Azərbaycan turizminə olan diqqətin göstəricisidir. Ölkəmizə gələn turistlərin sayı ötən illərlə müqayisədə artmışdır. İlham Əliyev cənablarının imzaladığı Dövlət Proqramına əsasən, dövlət büdcəsində turizmin inkişafına ayrılan vəsait məhz belə bir Azərbaycanda turizm məkanının yaradılmasına yönəlmişdir ki, bu, qısa bir zaman ərzində öz nəticələrini vermişdir.
Azərbaycan turizm mövsümünə hazırdır. Bu il daha çox turist axını gözlənilir. Tamamlanmış olan infrastruktur layihələri, o cümlədən, Bakı-Şamaxı və Bakı-Xaçmaz yolu turist axınına müsbət təsir göstərib. Ötən ilə nisbətən artıq yerli turizm müəssisələri daha çox rəqabətə hazır vəziyyətdədir. Bu yaxınlarda Azərbaycanda turizm mövsümünün açılışı ilə bağlı müvafiq tədbirlər keçiriləcək. Onu da qeyd edək ki, Avropa Birliyinin TACİS Proqramının həyata keçirdiyi “Peşəkar təhsil və elm sahəsində inkişaf strategiyası və bunun Azərbaycanın seçilmiş regionunda pilot tətbiqi” adlı layihə çərçivəsində Azərbaycanda turizm biznesi üçün 120 mütəxəssisin hazırlanması üçün hazırlıq işlərinə başlanılıb. Layihənin İdarə Komitəsi gələcəkdə Azərbaycan Turizm İnstitutunun və Mingəçevir Turizm Kollecinin tələbələrinin də belə tipli layihələrə cəlb olunması məsələləri üzərində iş aparırlar.
Artıq turizm sektorundan dövlət büdcəsinə gəlirlər daxil olur ki, bu da Azərbaycanın inkişafına, əhalinin maddi rifahının yüksəlməsinə və müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına sərf edilir. 5 il üçün nəzərdə tutulan proqram gələcəkdə də Azərbaycan turizminin ölkə iqtisadiyyatının sürətlənməsinə, xüsusilə də, dövlət büdcəsinə yatırılan gəlirin artmasına təsir göstərəcəyi danılmazdır. Azərbaycan ətrafında formalaşmış fauna, flora zənginliyi xarici turistlərin marağına səbəb olmuş və bu da onların istirahəti üçün gözəl bir məkan olaraq, Azərbaycanın seçilməsinə gətirib çıxarmışdır. Sevindirici bir haldır ki, müstəqillik dövrünün qısa bir zamanında Azərbaycan bu nailiyyətlərin qazanmasına müvəffəq olmuşdur.
Mənbə:Səs qazeti
Əlirzayev Ə. Q. Turizmin iqtisadiyyatı və idarə edilməsi (2010)
Əlirzayev Ə. Q. Turizmin iqtisadiyyatı və idarə edilməsi. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2010, 529 s .
Faylın formatı : PDF
Faylın ölçüsü : 2.15 Mb
▶▶▶▶▶Pulsuz yüklə◀◀◀◀◀ ? Yandex ?
Related posts:
- Болат Ильясов. История империи, созданной Чингис-Каганом
- Osmanlı hâkimiyetinde Revan (Çukur Sa’ad)(XVI-XVIII. Yüzyıllar Arasında sosyo-ekonomik tarih)
- Halil İnalcık. Makaleler. 2. Cild (2008)
- Şərifli K. K. Azərbaycan əlyazma kitabı və kitabxanaları (2009)
- Gülgün Mədinə. Seçilmiş əsərləri (2004)
- Baskın Oran, Fadıl Kocagöz. Kenan Evren’ın Yazılmamış Anıları (1989)
- Peter Trawny. Teknik, Sermaye, Medya (2017)
- Qacar Ç. O. Azərbaycan, ingilis və rus dillərində şəkilli sözlük (1991)
- Marcus Aurelius. Düşünceler (2013)
- Hüseyin Nihâl Atsız. Türk Ülküsü (2016)
Pirimov’s Blog
Do not write post if you don’t know what to write! It’s as simple as that.
Beynəlxalq iqtisadi münasibətlər sistemində turizmin yeri
Mövzu: Beynəlxalq iqtisadi münasibətlər sistemində turizmin yeri
1. Beynəlxalq turizmin iqtisadi mahiyyəti
2. Beynəlxalq turizmin coğrafiyası və iqtisadi əhəmiyyəti
3. Turizm sənayesinin inkişafı
4. Ümumdünya Turizm Təşkilatının fəaliyyəti
5. Azərbaycanda turizmin inkişaf imkanları
Hazırda müstəqil bir fəaliyyət dairəsi olan turizmə xas bəzi subyektlərin və anlayışlarm ictimai məzmununun açıqlanması çox prinsipial bir əhəmiyyət kəsb edir.Turizmin aşağıdakı subyektləri qarşılıqlı halda fəaliyyət göstərirlər:
Beləliklə, turizm – turistlərin, turist göndərənlərin, yeri orqanların və yerli əhalinin turist fəaliyyəti prosesində yaranan hadisə və qarşılıqlı münasibətlərin məcmusunu əks etdirir.
Turizm hər bir dövlətdə mehmanxana təsərrüfatının, restoranların, tamaşa tədbirlərinin, nəqliyyat sisteminin və s. işini canlandırmaqla məşğulluğun artmasına və xarici valyuta daxil olmasma zəmin yaradır. Bütün bunlarla yanaşı ölkə daxilində olan turizm ilə, dövlətlərarası, ayrı-ayrı ərazilər üzrə olan turizm də fərqləndirilir. Bu artıq beynəlxalq turizm adlanır.
2. Beynəlxalq turizmin coğrafiyası və iqtisadi əhəmiyyəti
Beynəlxalq turizm xidmətin xüsusi bir sahəsi olmaqla, insanların beynəlxalq hərəkəti və yaxud səyahəti ilə bağlıdır. İnsaların bu fəaliyyət növü beynəlxalq ticarətə xas olan spesifık bir iqtisadi kateqoriyadır. Bu beynəlxalq səyahət bölməsi bir çox dövlətlərin iqlisadiyyatmda özünəməxsus rola malikdir.
Qeyd etməliyik ki, XX əsrin ikinci yarısından beynəlxalq turizm hərtərəfli genişlənir. Aydındır ki, burada yalnız müxtəlif formalarda səyahətə çıxanların sayı deyil, bütövlükdə turizm infrastrukturunun inkişafı nəzərdə tutulur. Beləliklə, 1960-1970-ci illərdən beynəlxalq turizm ümumdünya xarakteri almışdır. Nəticə etibarı ilə – Ümumdünya turizm bazarı yaranmışdır.
Dünya turizm bazarmda hər şeydən əvvəl daha çox turist göndərən və turist qəbul edən ölkələr fərqbndirilir. Burada daha çox turist göndərən ölkələrdən ABŞ, Almaniya, İngiltərə və Belçika, daha çox turist qəbul edən ölkələrdən isə Fransa, İspaniya, ABŞ və İtaliya fərqlənirlər.
Cədvəldən görünür ki, turistlərin sayına görə Fransa, İspaniya və İtaliya (ABŞ-la əhalinin sayı ilə müqayisədə) liderlik edirlər.
Daha çox turist qəbul edən ölkələr (2002)
| Turistlərin | Beynəlxalq | |||||
| Tutduğu | sayı, mln. nəfər | turizmdən . olan | ||||
| yer | gəlir, mlrd. avro | |||||
| Fransa | 1 | 76,7 | 33,5 | |||
| Ispaniya | 2 | 51,7 | 36,7 | |||
| ABŞ | 3 | 45,4 | 80,7 | |||
| Italiya | 4 | 38,4 | 29,0 | |||
| Çin | 5 | 36,8 | 19,9 | |||
| Rusiya | 15 | 21,2 | 12,2 | |||
Umumiyyətlə, son illərin məlumatlarma görə cəmi qəbul edilən turistlərin 60%-ə qədəri, turizmdən daxil olan gəlirin isə 50%-ə qədəri Avropa ərazisinin payına düşür. Avropa ölkələrinin bu cür irəlidə olması heç də yalnız onlarda ümumdünya mıqyasında məlum olan mədəni-tarixi və təbii abidələrin, ınkişaf etmiş turizm sənayesi şəbəkəsinin, ticarətin, nəqliyyat infrastrukturunun mövcudluğu ilə izah edilmir. Etiraf etməli-yik ki, avropalılar ənənəvi olaraq səyahətə, öz məzuniyyətlərini yaxm qonşu ölkələrdə keçirməyə üstünlük verirlər.
Bu və ya digər Avropa ölkəsinə gələn qonaqların 90%-ə qədəri yenə avropalılardan ibarət olur. Avropa ərazisində isə İspaniya, İtaliya, Yunanıstan, Al-maniya, Avstriya və Benilüks ölkələri daha qabaqcıl mövqedədirlər. Turizmdən olan mənfəətin 20%-i həmin ölkələrin, 11 %-i isə Mərkəzi və Şərqi Avropa (Bolqarıstan, Xorvatiya, Çexiya və Macarıstan) ölkələrinin payma düşür.
İkinci yerdə Asiya Sakit Okean regionu dayanır. Bu regionu çox vaxt «turist istiqamətinin gələcəyi» adlandırırlar. Bu region dünya turizm bazarının 18%-ni təşkil edir. Son dövrlərdə bu region Amerika regionunu 2-ci mövqedən sıxışdırmışdır. Buradakı yarımregionlarda isə Şimal-şərqi Asiya (başda Yaponiya olmaqla), sonra Cənubi-şərqi Asiya (Malayziya, İndoneziya, Tailand) və Cənubi Asiya (Vyetnam, Hindistan, Şri-Lanka) fərqlənirlər.
Dünya turizm xidməti bazarında’ Amerika regionu 3-cü yeri tutur – 17%. Aydındır ki, beynəlxalq iqtisadi münasi-bətlər sistemində bu regionda əsas mərkəz ABŞ, Kanada və Meksika birliyidir. Həmin regionda turizmdən olan gəlirin 75%-i bu üçlüyün payma düşür. Qeyd etməliyik ki, bu üçlükdə də ABŞ daha həlledici mövqeyə malikdir. ABŞ dünyada daha geniş mehmanxana şəbəkəsinə və yüksək inkişaf etmiş müasir nəqliyyat sənayesinə malikdir.
Dünya turizm bazarında sonrakı yerləri Afrika (CAR, Tunis, Mərakeş, Seyşel adaları) – 4% və Yaxm Şərq (BƏƏ, Səudiyyə Ərəbistanı) – 2% ölkələri tutur.
Ayrı-ayrı regionlarda beynəlxalq turistlərin sayı, mln, nəfər
| 1990 | 1995 | 2002 | |
| Dünya üzrə | 456,8 | 551,8 | 714,6 |
| Avropa | 282,2 | 324,2 | 411,0 |
| Asiya və Sakit Okean regionu | 57,7 | 85,6 | 130,6 |
| Amerika regionu | 92,9 | 108,9 | 120,2 |
| 0 cüm: Şimali Amerika | 71,7 | 80,5 | 85,3 |
| Afrika | 15,0 | 20,0 | 28,7 |
| Yaxın Şərq | 9,0 | 13,1 | 24,1 |
Yuxarıda qeyd etdiyimiz dünya turizm bazarında ayrı-ayrı regionlarının mövqeyi cədvəldəki məlumatlarda bir daha öz əksini tapmış olur. Belə ki, cəmi turistlərin 58%-i Avropanın, 18,3%-i Asiya və Sakit Okean regionunun, 17%-i Amerika regionunun payına düşür.
Hazırda dünya turizm bazarında bəzi ölkələr daha yüksək rəqabət üstünlüyünə malik olmaqla öz ölkələrini bu bazar üzrə ixtisaslaşdırırlar. Hətta bu biznes üzrə inhisar vəziyyəti də yarada bilirlər. Bu mənada ABŞ-da qar şəlaləsi kimi nadir təbiət abidələrini, Nepalda Comolunqma dağmı, Misirdə qədim fironlarm piramidalarını (ehramlarmı), Hindistanda – Tac-Mahalı, Yunanıstanda – Akropal qalasım, İtaliyada 50 min adam yerləşən Kolizey abidəsini (qladiator döyüşləri üçün 75-80-ci illərdə tikilmiş qədim anfiteatra bənzər abidə) göstərmək olar.
ispaniya, Portuqaliya, Türkiyə, Kipr və bu kimi digər ölkələrdə gözəl dəniz çimərliklərini və Aralıq dənizinin mülayim iqlim şəraitinin olması həmin ölkələrə turistlərin cəlb edilməsinə maraq yaradır.
Ümumdünya turizm təşkilatınm məlumatma görə hazır-da 15 ölkə turizm xidməti üzrə ixtisaslaşmışdır. Bu ölkələrdə turizmdən olan gəlir əmtəə ixracından olan gəlirdən daha çoxdur. Burada kiçik ada dövlətləri (Barbados, Seyşel ada-ları və s.) daha çox fərqlənirlər. 45 dövlətdə turizmdən olan gəlirlər cəmi ixracın 25%-dən artıqdır (bunlar əsasən inkişaf etməkdə olan ölkələrə aiddir).
Beynəlxalq Turizm Təşkilatınm məlumatma görə 2005-ci ildə cəmi turistlərin sayı 815 mln nəfər, turizmdən olan gəlirlər isə 745,0 mlrd dollara bərabər olmuşdur. Hazırda beynəlxalq turizm sistemində 275 mln. nəfərdən çox adam işləyir. Beləliklə, hazırda bir çox ölkələrdə turizm iqtisadiyyatın ən qabaqcıl sahələrindən birinə çevrilir. Bununla da ÜDM-un formalaşdırılmasma və bir çox sosial-iqtisadi problemlərin həllinə zəmin yaradır.
Beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir. Belə ki, ÜDM-in 12-13%-i, cəmi kapital qoyuluşunun 8%-i, dünya üzrə cəmi istehlak xərclərinin 12%-i, cəmi vergi daxilolmalarmm 5-7%-i beynəlxalq turizmin payma düşür.
3. Turizm sənayesinin inkişafı
Turizmin inkişafına elə belə səyahətə çıxanlarm sayının artması kimi baxmaq olmaz. Turizm xidmət sahəsində ən böyük bölmələrdən birini təşkil edir.
Deməli, insanların həyat səviyyəsi yüksəldikcə, beynəlxalq iqtisadi münasibətlər hərtərəfli xarakter aldıqca, mübadilə münasibətləri genişləndikcə, turizm insanlar üçün tarixi zərurətə çevrilmişdir. Bu proses artdıqca qanunauyğun olaraq həmin sahəyə xidmət edən xüsusi qurumlar yaranır, turizm məhsulları meydana gəlir. Yeni sənaye və xidmət sahələrinə ehtiyac artır. Odur ki, qanunauyğun olaraq turizmin inkişafı dedikdə, ilk növbədə turizm sənayesinin inkişafı nəzərdə tutulur. Burada hər cürə nəqliyyat növlərinin, mehmanxana təsərrüfatının, ictimai iaşə obyektlərinin, müəyyən gəzinti, əyləncə təyinatlı obyektlərin, idman komplekslərinin, ekskursiya xidmətləri göstərən təşkilatlar və sairənin məcmusu nəzərdə tutulur.
Turizm sənayesində və yaxud beynəlxalq turizm sistemində mehmanxana təsərrüfatı əsas yerlərdən birini tutur. Mübaliğəsiz qeyd etmək olar ki, bir çox hallarda turist axınının qədəri məhz turizm sənaysinin bu bölməsinin həcmindən asılıdır. Məsələn, birdən-birə Мəkkəyə milyonlarla adamın ziyarətə getməsi üçün yüzlərlə, minlərlə mehmanxana mövcud olmasmı tələb edir. Beləliklə, mehmanxana təsərrüfatı bütövlükdə turizmin iqtisadi təhlilində də mərkəzi yer tutur.
Aydındır ki, turistlərin yerləşdirilməsi üçün nəzərdə tu-tulmuş mehmanxanalar hər halda bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Məsələn, turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş mehmanxanalar, turist bazaları, pansionatlar, motellər öz rahatlığma görə, neçə nəfər yerləşdirilməsinə görə, mənfəət şəraitinə, dizayn quruluşu və bu kimi keyfıyyətlərinə görə fərqlənirlər.
Bütün bu kimi cəhətlərinə görə bu mehmanxanalar 5 kateqoriyaya bölünür və yaxud 5 ulduzlu olur. Motel adlanan tikililər 4 ulduzlu, turist bazaları, müəyyən ümumi yaşayış yerləri 3 dərəcəyə bölünürlər.
Məsələn, dünyanın əsas turizm mərkəzlərindən biri olan Fransada çox geniş mehmanxana şəbəkəsi mövcuddur. Bunlardan:
– birdən dörd ulduzadək dərəcəyə malik olan mehmanxanalar;
– birdən dörd ulduzadək dərəcəyə malik olan lagerlər və istirahət evləri;
– kiçik qəsəbədə yaradılmış balaca kotteclər, taxtadan dü-zəldilmiş kənd evləri, istirahət guşələri və s.
Uzun müddət mehmanxana biznesi sahəsində ənənəvi təcrübəsi olan Isveçrədə 2600 mehmanxana birliyi fəaliyyət göstərir.
Böyük Britaniyada mehmanxana təsərrüfatmm təsnifatı birdən beşədək ulduz (tac) sisteminə əsaslanır. Burada mehmanxana, motellər, qonaq evləri və yaxud kənd evləri, isti-rahət evləri, kotteclər və digər mənzillər fərqləndirilir. Aydındır ki, hər cürə xidmətlər də həmin sistemə uyğun həyata keçirilir.
Benilüks (Belçika, Niderland, Lüksemburq) ölkələrində mehmanxana sisteminin təsnifatı onlarda kafe, restoran xidmətinin olması, avtomobil yollarına yaxınlığı, yaşayış və ye-məklə təmin olunma dərəcəsi və digər cəhətlər əsasında müəyyənləşdirilir və Benilüks otel təsnifatı adlanır. Burada da birdən beş ulduzadək dərəcə fəaliyyət göstərir. Bütün bunlarla yanaşı turizmə xidmət edən ictimai iaşə sistemi, nəqliyyat sistemi və nəqliyyat vasitələrinin artırılması da
turizm sənayesində mühüm rola malikdir.
4.Ümumdünya Turizm Təşkilatının fəaliyyəti
Aydmdm ki, beynəlxalq turizm hər bir ölkə üçün sosial-iqtisadi münasibətləri əks etdirir. Bununla da beynəlxalq mü-nasibətlərin tərkib hissəsi kimi fəaliyyət göstərir. Bu prosesin tənzimlənməsi üçün də müəyyən norma və standart nizamlar işləyib hazırlayan beynəlxalq institutlar fəaliyyət göstərir. Bu təşkilatlarm təsnifatı aşağıdakı cəhətlərə görə aparılır:
– milli ərazi baxımmdan beynəlxalq, regional və milli səviyyədə – yəni ümumdünya, regional və milli səviyyədə fəaliyyət göstərən təşkilatlar;
– ictimai dövlət mənsubluğna görə: dövlət qurumu, ictimai qurum, xüsusi qurum olması;
– fəaliyyət növləri baxımından: tənzimləyici, turist göndər-məklə məşğul olmaq, bazar agentləri, məsləhətçilər, layihə təş-kilatları, öyrətmə ilə məşğul olan təşkilatlar, nəşriyyat, peşəkar birliklər, ticarət və istehlak təşkilatları və s. nəzərdə tutulur.
– fəaliyyət dairəsinə görə – nəqliyyat üzrə (aviasiya, avtobus, dəmiryolu, avtomaşm və kruizlə), turist agentləri, luroperatorlar, sahəvi həmkarlar və s. təşkilatlar mövcuddur.
Beynəlxalq turizmin ardıcıl olaraq genişlənməsi bu kimi loşkilatlarm yaradılmasma olan zərurəti daha da artırmışdır.
Bunlardan: Ümumdünya Turizm Təşkilatı (ÜTT). Bu təş-kilat ən üzdə olan təşkilatlardan biridir. tlk dəfə 1925-ci ildə
«Turizmin təbliği üzrə rəsmi təşkilat» adı ilə yaradılmış dövlətlərarası qurumdur.
1947-ci ildə «Rəsmi Turist Təşkilatlarının Beynəlxalq İtti-faqı» (UCOTO) adlandırılmışdır.
1975-ci ildə bu qeyri-hökumət beynəlxalq ittifaqı əsa-smda hökumətlərarası beynəlxalq təşkilat yaradılmışdır. ÜTT-nin nizamnaməsi 27 sentyabr 1975-ci ildə qəbul olunmuşdur. İqamətgahı Madriddədir (tspaniya).
1980-ci ildən bu tarix ümumdünya turizm günü kimi qeyd edilir.
BMT ilə ÜTT arasında əməkdaşlıq və qarşılıqlı münasi-bətlər barədə razılığa əsasən muxtar hüquqa malikdir.
ÜTT – öz fəaliyyətində dünya üzrə turizmin bütün tərəf-lərini əhatə edir.
ÜTT-nin üzvləri üç kateqoriyaya bölünür:
– birinci üzv olan dövlətlər – bu təqribən 130-a qədərdir.
– ikinci birlik şəklində olan üzvlər – bunlar 4-dür. Aruba, Makao, Niderlandm Antil adaları, Puerto-Riko.
– üçiincü 330-dək birlik şəklində olan qurumlardır. Bura turizm ilə məşğul olan hökumət və hökumətlərarası təşki-latlar və eləcə də kommersiya təşkilat və birlikləri daxildir. Məsələn – mehmanxanalar, turizm agentliyi, restoranlar, ma-liyyə institutları, aviakompaniyalar, məsləhətxanalar birliyi, istehlakçılar, sənayeçilər, turizm sahəsi üçün kadrlar hazırlığı mərkəzləri, tədqiqat institutları, nəşriyyat qrupları və s.
ÜTT-nin əsas məqsədi aşağıdakılardan ibarətdir:
– Turizmin (istər daxili, istərsə də xarici turizmin) sülhə, qarşılıqlı anlaşmalara, bütün dünyada insanlarm sağlam-lığına və çiçəklənməsinə olan təsirini sürətləndirmək və genişləndirmək;
– səyahət zamanı insanların təhsil almasma və mədəni səviyyəsinin artırılmasma zəmin yaratmaq;
– az inkişaf etmiş rayonlarda turistlərin yaşayış normala-rınm standartlara yaxınlaşdırılmasma köməklik göstərmək;
– turist qəbul edən ölkələrin imkan dairələrinin genişlən-dirilməsi;
– ölkələrarası əməkdaşlığm əlaqələndiriliməsi üzrə beynəl-xalq agentlik rolunda çıxış etmək;
– turizm sahəsində milli təşkilatlar üzrə yaranan turlara xidmətlər göstərmək;
– turist operatorları birlikləri arasmda daimi əlaqə saxla-ııılmasma yardım etmək.
ÜTT turizm hərəkəti üzrə daimi informasiya hazırlayır və ayrı-ayrı millətlərin bu prosesə qoşulmasına çalışır.
Aydındır ki, ÜTT öz fəaliyyətini həyata keçirmək məq-sədilə ardıcıl olaraq beynəlxalq yığıncaqlar təşkil edir, döv-lətlərarası, birliklərarası əlaqələndirmə işləri aparır. Bu mə-nada 1980-ci ildə (27 sentyabrdan – 10 oktyabradək) Filip-pinin paytaxtı Manilada keçirilən turizm üzrə ümumdünya konfransının böyük əhəmiyyəti olmuşdur.
Konfransda turizmin inkişafında dövlət məsuliyyəti mə-sələləri geniş müzakirə edilmişdir. Sosial-iqtisadi şərait, insanın öz şəxsi istirahətinin təşkilatçısı olması, tələb və tək-lifin. tənzimlənməsi, turizm sahəsində elmi-texniki əmək-daşlıq, turizm sənayesi üçün kadrlar hazırlığı və bu kimi aktual problemlər müzakirə olunmuşdur. Konfransda 100-dən artıq dövlətin nümayəndələrinin iştirakı ilə Manila bəyannaməsi qəbul edilmişdir.
Beynəlxalq Hava Nəqliyyatı Birliyi (BHNB) (International Air Transport Assosiation – IATA)
BHNB bütün beynəlxalq təyyarə daşımalarmın ümum-dünya təşkilatı hesab edilir. İlk dəfə 1919-cu ildə yaradılmış, 1945-ci ildə yenidən təşkil edilmişdir. BHNB beynəlxalq marşrutları həyata keçirən peşəkar aviasiya kompaniyası birliyidir. Bu birlik insanlarm, poçt bağlamalarmm və yük-lərin dünyanın bir nöqtəsindən digər nöqtəyə daşınmasını həyata keçirir.
259 aviakompaniya bu birliyin üzvüdür. Bu birliyin tər-kibində turist agentliklərinin qeydə alınması üzrə sərnişin xidməti korporasiyası fəaliyyət göstərir. Bu turist agentliyi BHNB-in xüsusi şöbəsi olan aviakompaniyaların beynəlxalq təşkilatı vasitəsilə fəaliyyət göstərir.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) (International Civil Aviation Orqanization – İCAO)
BMAT – 1944-cü ildə ABŞ-m Çikaqo şəhərində keçiril-miş konfransda yaradılmışdır. BMT-nin himayəsi altmda fəaliyyət göstərir. 200-ə qədər dövlət bu təşkilatm üzvüdür. İnsanlarm ölkələrarası hərəkətinin genişlənməsinə zəmin yaratmaqla turizmin inkişafmda böyük rol oynayır.
Asiya Sakit Okean Turist Birliyi (ASOTB)
ASOTB 1951-ci ildə yaradılmışdır. 34 dövləti özündə birləşdirir. Asiya Sakit Okean istiqamətində olan hərəkətin genişlənməsinə köməklik edir. Bütün bunlarla yanaşı ayrı-ayn milli dövlətlərdə də turizmin inkişafı və tənzimlənməsi ilə məşğul olan qurumlar fəaliyyət göstərirlər.
5. Azərbaycada turizmin inkişaf imkanları
1991-ci jllərdən sonra Azərbaycanın yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyması, açıq bazar iqtisadiyyatı sis-teminin tələbləri əsasmda irəliləməsi onun beynəlxalq aləmə olan baxışlarmı da dəyişdirmişdir, beynəlxalq iqtisadi əla-qələr genişlənmiş, respublikanın beynəlxalq turizmdə işti-rakı məsələsi ön plana çəkilmişdir.
1999-cu ildə Azərbaycan respublikasmın prezidenti H.Əliyevin fərmanı əsasmda «Turizm haqqmda qanun» qəbul edilmişdir. Prezidentin fərmanma uyğun olaraq 2002-ci ildə «2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı» qəbul edilmişdir.
Burada aşağıdakı məqsəd nəzərdə tutulmuşdur:
– turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi və bu sahənin inkişafı üçün zəruri olan bazanm yaradılması;
– mövcud turizm sistemində köhnə təcrübələri saxla-maqla, ölkənin strateji mənafeyinə cavab verə biləcək müa-sir turizm sisteminin yaradılması;
– turist ehtiyatları və turist sənayesinin idarə edilməsi üzrə əsas istiqamətlərin müəyyən edilməsi;
– turizmin sisteminin inkişafmda optimal nisbətlərin təmin edilməsi.
Onu da qeyd etməliyik ki, turizmin inkişafında dönüş yaratmaq məqsədilə 2005-ci ildə «Gənclər, İdman və Turizm Nazirliyi» bazasmda «Mədəniyyət və Turizm Nazirliyi» yaradılmışdır.
2004-2008-ci illərdə Azərbaycan Respublikasmm sosial-iqtisadi inkişafına dair Dövlət Proqrammda turizm sahə-sinin imkanlarma dair 30 bənddən ibarət tədbirlər sistemi
nəzərdə tutulmuşdur. Eləcə də Respublikada turizmin inki-şafına dair Dövlət Proqramına əsasən və ÜTT-nin marke-tinq planına əsasən 2005-2010-cu illərdə respublikada mas-ter-turizm inkişaf planı işlənib hazırlanmışdır.
Azərbaycanda bir sıra beynəlxalq və regional təşkilatlarla – Ümumdünya Turizm Təşkilatı (ÜTT), Iqtisadi Əməkdaş-hq Təşkilatı (İƏT), Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), GUAM, Islam Konfransı Təşkilatı (İKT) və MDB üzv dövlətlərinin turizm şuraları ilə turizm sahəsində əməkdaşlıq edir. Onu da qeyd etməliyik ki, 2006-cı ilin dekabr aymda İslam Konfransı Təşkilatma üzv olan dövlətlərin turizm nazirlərinin birinci Konfransı Bakıda keçirilmişdir. 57 ölkənin turizm nazirlərinin Azərbaycanda toplanması turizmin beynəlxalq standartlara uyğun inkişa-fma real zəmin yaradacaqdır.
Azərbaycan ilə 14 ölkənin – Türkiyə, Pakistan, Özbəkis-tan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Bolqarıstan, Belorus, Yunanıstan, Qətər, Rumıniya, Moldova və Qazaxıstan hökumətləri arasmda turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıbdır. Bundan əlavə Böyük Britaniya, Misir, Rusiya, Avstriya, Küveyt, Bəhreyn, Maca-rıstan, tsveçrə, Yaponiya, Koreya, İran, tsrail ilə turizm sahəsində əməkdaşlıq haqqmda saziş layihələri dövbt qu-rumlarma təqdim olunubdur.
Bütün dünyada olduğu kimi Azərbaycanda da turizmin inkişafı üçün turizm sənayesinin inkişafı ön plana çəkilmişdir.
Qeyd etməliyik ki, respublikada – xüsusilə Bakı şəhərində mehmanxana təsərrüfatı demək olar ki, tamamilə yenidən qurulur. Yaxın vaxtlaradək bizim üçün çox möhtəşəm görü-nən köhnə və təzə İnturist, Moskva, Bakı, Qarabağ, Gənclik və digər mehmanxanalar tamamilə sökülüb yenidən inşa edilir. Beb bir şeyi heç təsəvvyr etməsək də real gerçəklik, günün tələbi bundan ibarətdir.
Hazırda Bakı şəhərində və regionlarda beynəlxalq stan-dartlara uyğun mehmanxana və turist istirahət mərkəzbri likilərək istifadəyə verilir. Ümumilikdə respublika üzrə mehmanxana və ona bənzər turist yerləşdirmə obyektlərinin sayı 2001-ci ildə 149, 2002-ci ildə 173, 2003-cü ildə 203, 2004-cü ildə 238, 2005-ci ildə isə 262 olmuşdur. 2001-ci illərdə 112 mehmanxana və mehmanxana tipli turizm obyekti tikilib istifadəyə verilmişdir (yaxm keçmişdə isə 4-5 ilə ancaq bir mehmanxana inşa edilirdi). Bunlardan 60-ı Bakı şəhərin-dədir. Bu obyektlərdə çarpayıların ümumi sayı 20000-ə yaxmdır. Bunun da 6000-dən çoxu paytaxtın payma düşür.
Mehmanxanalarm xidmət səviyyəsinin öyrənilməsi və bey-nəlxalq standartlara uyğun qiymətləndirilməsi barədə Azər-baycan Respublikası Nazirlər Kabinetinin qərarı olmuşdur. Bu qərara əsasən «Turist-ekskursiya xidmətbrinin sertifikat-laşması»nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Həmin qaydalara əsasən Mədəniyyət və Turizm Nazirliyi respublikada fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan Uıristbrin yerləşdirilməsi obyektbrinin təsnifatı aparılır.
Bu günə qədər Bakı şəhərində 22, digər şəhər və ra-yonlarda isə 11 mehmanxana təsnifatdan keçmiş və xidmət dərəcələrinə görə fərqləndirilmişbr.
Respublikada turizm sahəsində sahibkarlığın inkişaf etdi-rilməsi məqsədib bir sıra zəruri hüquqi-normativ sənədlər qəbul edilmişdir. Bu da həmin sahəyə olan marağı artır-mışdır. Respublikada fəaliyyət göstərən turizm şirkətlərinin sayı 18 ədəd olduğu halda, bu gün onların sayı 200-ə çatmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin BMT İP ilə birgə hazırladığı layihəyə əsasən respublikada turizm informasiya mərkəzlərinin yaradılması barədə geniş iş aparılır.
Artıq Bakı şəhərində, Xaçmaz, Şamaxı rayonlarmda və Şəki şəhərində belə mərkəzlər fəaliyyət göstərirlər.
Bunlardan əlavə ABŞ Ticarət və İnkişaf Agentliyinin qrantı hesabma respublikada «turizmin strateji inkişaf pla-nı» hazırlanmışdır. Respublikada dağ-xizək turizm növünün inkişaf etdirilməsi sahəsində geniş iş aparılır.
Bütün bunlarla yanaşı turistlərə göstərilən nəqliyyat xid-mətlərinin, ictimai iaşə sisteminin yaxşılaşdırılması, cəlbedici suvenir məhsullar istehsalı (məsələn tutaq ki, Şəki ipəyi, nar şərabı, zeytun və s.) savadlı və mədəni bələdçilər hazırlan-ması, yollarda müəyyən dayanacaqlarda məişət xidməti obyektbrinin yaradılması həyata keçirilməlidir.
Onu da göstərməliyik ki, son illərin məlumatlarma görə respublikaya gəbn turistbrin sayı da ardıcıl olaraq artmış-dır. Beb ki, respublikada olan turistbrin sayı 2002-ci ildə 428,4 min, 2003-cü ildə 629,8 min, 2004-cü ildə 785,9 min, 2005-ci ildə 865,3 min, 2006-cı ildə isə 1300 min nəfər ol-muşdur. Turizm fəaliyyətindən dövbt büdcəsinə daxil olan vəsait 2002-ci ildə 51,0 mln., 2003-cü ildə 57,7 mln., 2004-cü ildə 57,9 mln., 2005-ci ildə isə 77,7 mln. dollar təşkil etmişdir.
2006-cı ildə ölkəmizin mövcud turizm potensialının səmərəli istifadə olunması məqsədilə turizm sahəsində ardıcıl işlər görülmüşdür.
Yeni mədəni-turizm marşrutlarının yaradılması çərçivəsində layihələrin hazırlanması üzrə işlər aparılmışdır.
Turizm sahəsində çalışan kadrların maarifləndirilməsinə və turizmin müxtəlif növlərinin inkişafına təkan verəcək «Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün Turizmin inkişafına dair Dövlət Proqramı»nın layihəsi hazırlanmış və müvafiq dövlət orqanlarına təqdim edilmişdir.
Dövlət Proqramının əsas məqsədi “Turizm haqqında” Qanunda, habelə digər müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını, turizmin ölkə iqtisadiyyatının öncül istiqaməti kimi tanınması və bu sahənin səmərəliliyinin artırılmasını təmin etməkdir.
Turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər
Turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli adət-ənənələri, Azərbaycan xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının genişləndirilməsi qarşıya qoyulan əsas məqsədlər sırasındadır.
Eyni zamanda Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədilə yeni Azərbaycan Turizm əmtəə nişanının (loqosunun) və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi və turizm inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.
Turizm sahəsinin inkişaf istiqamətləri:
– Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ilk növbədə sadalanan tədbirlərin həyata keçirilməsi planlaşdırılır: fəaliyyət göstərən turizm obyektlərinin müasir tələblərə uyğun qurulması;
– mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində yataq yerlərinin(çarpayıların) sayının 150 min ədədə çatdırılması;
– beynəlxalq və daxili bazarda ölkənin rəqabət qabiliyyətini artıra bilən turizm infrastrukturu təkmilləşdirmək və turizm sənayesini yaratmaq;
– ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunu müəyyən etmək, ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunmasını təmin etmək;
– turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq;
– turizm sahəsində çalışan insanların peşə hazırlığı səviyyəsini daima artırmaq və turizm sahəsində zəngin təcrübəsi ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və turizm ehtiyatlarının qorunmasını təmin etmək və bu ehtiyatlardan istifadənin səmərəliliyini artırmaq.
Comments are closed, but trackbacks and pingbacks are open.