Press "Enter" to skip to content

Turizmin növləri

Əlamətdar haldır ki, ölkəmizin, paytaxt Bakı da daxil olmaqla, əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var.

“Qarabağda turizmin növləri üçün geniş imkanlar var”

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək.

G.Qəhrəmanov hesab edir ki, dəniz səviyyəsindən 1400 metrə hündürlükdə yerləşən Azərbaycan mədəniyyətinin incisi Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verir: “Şuşa mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox yararlı istiqamətlərdir. Burada tanınmış bəstəkarlar, muğam ustadları, incəsənət xadimləri yetişib. Bütün bunlar imkan verir ki, burada turistlərimizə maraqlı olan marşrutlar yaradaraq onları təqdim edək”.

O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərə vətəndaşlarımızın geri qayıtması, yaşayışın və infrastrukturun bərpası, orada təhlükəsizliyin təmin olunması gərəkdir. Yalnız bundan sonra Qarabağa istirahət məqsədli səfərlər təşkil oluna bilər:

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Turizmin növləri

Maddə 2. Turizmin formaları və növləri

  1. Turistlərin səyahət istiqamətindən asılı olaraq turizmin aşağıdakı formaları vardır:
    1. daxili turizm – Azərbaycan Respublikasında yaşayan fiziki şəxslərin Azərbaycan Respublikasının sərhədləri daxilində turizm məqsədli səyahəti;
    2. gəlmə turizm – yaşayış yeri Azərbaycan Respublikasından kənarda olan fiziki şəxslərin Azərbaycan Respublikasının sərhədləri daxilində turizm məqsədli səyahəti;
    3. getmə turizm – Azərbaycan Respublikasında yaşayan fiziki şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara turizm məqsədli səyahəti.
    1. mədəni turizm – səyahət edilən ölkənin (yerin) maddi və qeyri-maddi mədəni irsi ilə tanışlıq məqsədli turizm;
    2. ekoloji turizm (ekoturizm) – təbiətə minimum təsir, ekoloji sistemin bütövlüyünün qorunması prinisipləri əsasında səyahət edilən ölkənin (yerin) təbiəti, təbii ekoloji sistemi, bioloji və mədəni müxtəlifliyi ilə tanışlığı özündə ehtiva edən turizm;
    3. kənd (icma) turizmi – turistlərin kənd təsərrüfatı obyektlərində (ferma, əkin sahələri, bağ, bostan, üzümlük və s.) təsərrüfat fəaliyyətində iştirakı (aqroturizm), kənd həyat tərzi, yerli ərazinin təbii, tarixi və mədəni dəyərlərinin öyrənilməsi ilə bağlı xidmətlərin göstərilməsi ilə müşayiət olunan turizm;
    4. macəra turizmi – turistlərin xüsusi coğrafi xüsusiyyətlərə malik ərazilərdə fiziki aktivlik, mədəni mübadilə, təbiətlə qarşılıqlı əlaqə ilə müşayiət olunan turizm;
    5. sağlamlıq turizmi – turistlərə səyahət etdikləri ölkədə (yerdə) müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlərin (tibbi turizm), təbii müalicə ehtiyatları və müalicə-sağlamlaşdırma yerlərindən istifadə etməklə rekreasiya xidmətlərinin (rifah turizmi) göstərilməsini nəzərdə tutan turizm;
    6. işgüzar turizm – işgüzar tədbirlərdə (görüşlər, seminarlar, konfranslar, konqreslər, sərgilər və s.) iştirak məqsədilə həyata keçirilən turizm;
    7. qastronomiya turizmi – turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərzaq məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm;
    8. sahil və su turizmi – turistlərin su obyektlərinin sahillərində və su nəqliyyat vasitələrində göstərilən xidmətlərdən istifadə və istirahətlərinin təşkili, su idman növləri ilə məşğul olmasını özündə ehtiva edən turizm;
    9. dağ turizmi – özünəməxsus landşaft, topoqrafiya, iqlim, bioloji müxtəliflik (flora və fauna) xüsusiyyətləri olan dağlıq ərazilərdə həyata keçirilən turizm;
    10. idman turizmi – idman yarışlarında iştirak etmək və ya idman yarışlarını izləmək məqsədli turizm.

    Maddə 3. Turizm haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

    Turizm haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

    Maddə 4. Bu Qanunun tətbiq dairəsi

    4.1. Ələt azad iqtisadi zonasında turizm sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

    4.2. Bu Qanunun müddəaları birgünlük ziyarətçilərə də şamil olunur.

    2-ci fəsil

    TURİZM SAHƏSİNDƏ DÖVLƏT İDARƏETMƏSİNİN ƏSASLARI

    Maddə 5. Turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri

    5.1. Turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

    5.1.1. effektiv idarəetmə sisteminin qurulması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi;

    5.1.2. rəsmi statistikanın aparılması, təhlil və tədqiqatların həyata keçirilməsi;

    5.1.3. qabaqcıl texnologiyaların və innovasiyaların tətbiqinin təşviq edilməsi;

    5.1.4. normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;

    5.1.5. turizm infrastrukturunun inkişaf etdirilməsi;

    5.1.6. ölkədə keyfiyyətli turizm xidmətlərinin göstərilməsinin təmini;

    5.1.7. turizm sahəsinə investisiya qoyuluşunun təşviqi, dövlət-özəl sektor əməkdaşlığının dəstəklənməsi;

    5.1.8. beynəlxalq turizm bazarının tələblərinə uyğun turizm məhsullarının hazırlanması və təqdim olunması sahəsində turizm sənayesi subyektlərinin dəstəklənməsi;

    5.1.9. turizm sahəsində marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;

    5.1.10. turizm sahəsində təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması.

    Maddə 6. Turizm sahəsində dövlətin vəzifələri

    6.1. Turizm sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

    6.1.1. turizm sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

    6.1.2. turizmin davamlı və dayanıqlı inkişafı məqsədilə dövlət strategiyaları hazırlamaq və həyata keçirmək;

    6.1.3. turizmin prioritet inkişaf sahələrini və istiqamətlərini müəyyən etmək, həmin sahələr və istiqamətlər üzrə layihələr hazırlamaq və həyata keçirmək;

    6.1.4. regional turizmin inkişafı məqsədilə regionlarda turizm infrastrukturunun yaradılması və müxtəlif turizm məhsullarının formalaşdırılması üçün lazımi şərait yaratmaq;

    6.1.5. turizm növlərinin inkişafı üçün zəruri tədbirlər görmək və turizm marşrutlarının yaradılmasını təmin etmək;

    6.1.6. turizm fəaliyyətinin həyata keçirilməsi zamanı ölkənin təbii, mədəni və tarixi irsindən səmərəli, təyinatına uyğun istifadəni, onların qorunmasını və ətraf mühitin mühafizəsini təmin etmək;

    6.1.7. turizm sahəsində standartlaşdırma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsini təmin etmək;

    6.1.8. turizm sahəsində əlverişli investisiya mühiti yaratmaq, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarını genişləndirmək və rəqabətin məhdudlaşdırılmasının qarşısını almaq;

    6.1.9. turizm sənayesi subyektlərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, habelə onların fəaliyyətinə nəzarət etmək;

    6.1.10. turizm xidmətlərinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək, bu məqsədlə sahibkarlar və turizm sənaye assosiasiyaları ilə əməkdaşlıq etmək;

    6.1.11. turistlərin hüquqlarını və qanuni maraqlarını müdafiə, onların təhlükəsizliyini təmin etmək;

    6.1.12. Turizm Reyestrinin aparılmasını təmin etmək;

    6.1.13. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, turizm sahəsi üzrə təhsil proqramlarını (kurikulumları) və peşə standartlarını hazırlamaq və tətbiqini təmin etmək;

    6.1.14. turizm sənayesinin kadr tələbatı nəzərə alınmaqla bu sahədə ixtisaslı kadrların hazırlanmasını təmin etmək;

    6.1.15. turizm sahəsində elmi tədqiqat və araşdırmaların aparılmasını, innovasiyayönümlü layihələrin həyata keçirilməsini və turizm xidmətlərinin yeni texnologiyalar əsasında göstərilməsini dəstəkləmək, bu məqsədlə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri və turizm sənayesinin subyektləri ilə əməkdaşlıq etmək;

    6.1.16. gəlmə turizmin inkişaf etdirilməsi, bu məqsədlə Azərbaycan Respublikasının cəlbedici turizm ölkəsi kimi tanınmasını, turizm imicinin formalaşmasını və qorunmasını təmin etmək;

    6.1.17. ölkənin turizm potensialının uğurlu təbliğini təmin edən effektiv marketinq strategiyası, marketinq və kommunikasiya planları hazırlamaq və icra etmək, məqsədyönlü və koordinasiyalı təbliğat-təşviqat tədbirləri həyata keçirmək;

    6.1.18. turizm sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və təcrübə mübadiləsinə şərait yaratmaq;

    6.1.19. ölkənin beynəlxalq turizm bazarında mövqeyini mütəmadi təhlil etmək və rəqabətliliyini artırmaq məqsədilə zəruri tədbirlər görmək.

    3-cü fəsil

    TURİZM SƏNAYESİNİN TƏNZİMLƏNMƏ MEXANİZMLƏRİ

    Maddə 7. Turizm sənayesində xidmət keyfiyyətinin yüksəldilməsi

    7.1. Turizm xidmətlərinə və turizm məhsullarına dair dövlət standartlarının hazırlanması “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

    7.2. Turizm xidmətlərinin müvafiq dövlət standartının tələblərinə uyğunluğunun qiymətləndirilnəsi həmin xidmətləri göstərən şəxsin təşəbbüsü ilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir.

    7.3. Dövlət turizm orqanı turizm sənayesində rəqabət mühitinin inkişaf etdirilməsi məqsədilə turizm sənayesi subyektləri üçün müsabiqələr keçirə və fərqləndirici nişanlar təsis edə bilər. Həmin müsabiqələrin keçirilmə qaydasını və fərqləndirici nişanların verilməsi meyarlarını dövlət turizm orqanı müəyyən edir.

    Maddə 8. Turoperator və turagentlər

    8.1. Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir.

    8.2. Turoperator və turagentlər bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalıdırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.

    8.3. Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin dəyərini ödəyən istehlakçılara turizm yollayışı təqdim etməlidirlər. Turizm yollayışı turizm zərfinin və ya turizm xidmətinin satışına dair müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.

    8.4. Turist göndərən turoperatorla və ya turagentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.

    Maddə 9. Yerləşmə vasitələri

    9.1. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməlidir. Mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçirilir.

    9.2. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatı aparılmalıdır. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılma qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

    9.3. Yerləşmə vasitələrində ictimai iaşə (qidalanma) xidmətləri göstərən subyektlər “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qida təhlükəsizliyi qeydiyyatına alınmalıdırlar.

    Maddə 10. Turizm bələdçiləri

    10.1. Turizm bələdçilərinin sertifikatlaşdırılması könüllüdür və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən onların bilik və bacarıqlarının qiymətləndirilməsi nəticəsində həyata keçirilir.

    10.2. Bu Qanunun 10.1-ci maddəsinə uyğun olaraq sertifikatlaşdırılmış turizm bələdçilərinin dövlət və bələdiyyə mülkiyyətində olan muzey və qalereyalara, həmçinin dövlət qoruqlarına ödənişsiz giriş hüququ vardır.

    10.3. Sertifikatlaşdırılmış turizm bələdçilərinin təbliği üçün dövlət turizm orqanı Turizm Reyestrində formalaşdırılan reytinq cədvəllərindən istifadə edir.

    Maddə 11. Turizm sənayesi assosiasiyaları

    Turizm sənayesi subyektləri ümumi maraqlarının təmsil və müdafiəsi, fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai birlik formasında turizm sənaye assosiasiyaları yarada bilərlər.

    Maddə 12. Etik davranış kodeksləri

    Turizm sənayesi subyektlərinin davranışının etik normalarını, mədəni rəftar və sağlam rəqabət qaydalarını müəyyən edən etik davranış kodeksləri dövlət turizm orqanı tərəfindən təsdiq olunur və kütləvi informasiya vasitələrində və dövlət turizm orqanının rəsmi internet saytında dərc edilir.

    Maddə 13. Turizm Reyestri

    13.1. Turizm sənayesi subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesi subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq açıq hesab edilən məlumatların əldə olunmasını, turizm sahəsində elektron xidmətlər göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə dövlət turizm orqanı Turizm Reyestrini (bundan sonra – Reyestr) yaradır və həmin reyestrin elektron formada aparılmasını təmin edir.

    13.2. Turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 (on beş) gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər.

    13.3. Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları bu Qanunun 9.1-ci maddəsinə uyğun olaraq müəyyən edildiyi tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər.

    13.4. Turizm sənayesi subyektləri Reyestrdə onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 (on beş) gün müddətində bu məlumatların Reyestrdə yenilənməsini təmin etməlidirlər.

    13.5. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əldə olunması məhdudlaşdırılan informasiya istisna olmaqla, Reyestrə daxil edilən məlumatlar ictimaiyyət üçün açıqdır və həmin məlumatlardan “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla istifadə olunur.

    Maddə 14. Turistlərin hüquq və vəzifələri

    14.1. Turistlərin aşağıdakı hüquqları vardır:

    14.1.1. getdiyi ölkənin (yerin) ərazisinə daxil olma, orada olma qaydaları, yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizə olunan təbiət, tarix, mədəniyyət abidələri və digər turizm obyektləri, ətraf mühitin vəziyyəti barədə tam, dəqiq və düzgün məlumat almaq;

    14.1.2. müvəqqəti olduğu ölkədə (yerdə) mövcud olan məhdudiyyətlər nəzərə alınmaqla, hərəkət-yerdəyişmə hüququndan, turizm ehtiyatlarından istifadə etmək;

    14.1.3. təxirəsalınmaz tibbi yardım almaq;

    14.1.4. şəxsi və əmlak təhlükəsizliyinin təmin edilməsini, fərdi məlumatlarının qorunmasını tələb etmək;

    14.1.5. təklif edilən turizm zərfinin (turizm xidmətinin) xüsusiyyətləri, turizm xidmətlərinin göstərilməsi üzrə müqavilənin şərtləri haqqında tam, dəqiq və düzgün məlumat almaq;

    14.1.6. turizm zərfinin (xidmətinin) satışına dair müqavilə şərtlərinin yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək.

    14.2. Turistlərin vəzifələri aşağıdakılardır:

    14.2.1. müvəqqəti olduğu ölkənin (yerin) qanunvericiliyinə riayət, adət-ənənələrinə və dini etiqadlarına hörmət etmək;

    14.2.2. müvəqqəti olduğu ölkənin (yerin) təbii, tarixi və mədəni irsinə qayğı ilə yanaşmaq, onların mühafizəsi ilə bağlı qaydalara əməl etmək və ətraf mühitə ziyan vurmamaq;

    14.2.3. müvəqqəti olduğu ölkənin (yerin) konstitusiya quruluşunun, suverenliyinin, ərazi bütövlüyünün, dövlət təhlükəsizliyinin və ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərə, həmin ölkədə (yerdə) əhalinin sağlamlığına zərər vura bilən, habelə həmin ölkənin (yerin) qanunvericiliyi ilə qadağan edilən digər hərəkətlərə yol verməmək;

    14.2.4. yerləşmə vasitələrində, istirahət və gəzinti yerlərində daxili intizam, yanğın təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl etmək.

    14.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) turistlərin bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində qeyd olunan hüquq və vəzifələri barədə məlumatlandırılmasını təmin etmək üçün zəruri tədbirlər görür.

    Maddə 15. Turizm vizası və turistlərə verilən elektron vizalar

    15.1. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada turizm vizası almalıdırlar.

    15.2. Turizm vizasında ölkədə qalma müddəti 30 (otuz) günədək müəyyən edilir.

    15.3. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və yerləşmə vasitəsində yer sifariş edilməsini təsdiqləyən sənəd) və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

    15.4. Azərbaycan Respublikasına gələn turistlər siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər.

    15.5. Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

    15.6. Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 (üç) iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 (üç) saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada viza verilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

    Maddə 16. Turistlərin təhlükəsizliyi

    16.1. Turizm xidmətləri göstərən şəxslər turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidirlər.

    16.2. Azərbaycan Respublikasının ərazisində fövqəladə hallar (qəzalar, təbii və texnogen hadisələr, təbii və ya digər fəlakətlər) baş verdikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) turistlərə axtarış-xilasetmə xidməti göstərir və onların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görür.

    16.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda fövqəladə hallar baş verdikdə dövlət Azərbaycan Respublikasının vətəndaşı olan turistlərin həyat və sağlamlığının, qanuni maraqlarının müdafiəsi, o cümlədən onların müvəqqəti olduqları ölkədən (yerdən) köçürülməsi üzrə təxirəsalınmaz tədbirlər görür.

    16.4. Yoluxucu xəstəliklər təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu cür ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud bu barədə müvafiq sənəd təqdim etməlidirlər.

    16.5. Turistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində turoperatorların və turagentlərin aşağıdakı öhdəlikləri vardır:

    16.5.1. turizm zərfini formalaşdırarkən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və turistləri səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmaq;

    16.5.2. turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsini təşkil etmək;

    16.5.3. bu Qanunun 16.2-ci maddəsində göstərilən fövqəladə hallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu), dövlət turizm orqanını və turistin vətəndaşı olduğu ölkənin (vətəndaşlığı olmayan şəxsə münasibətdə onun daimi yaşadığı ölkənin) Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliyini (konsulluğunu) dərhal məlumatlandırmaq.

    Maddə 17. Turistlərin sığortalanması

    Turoperator və turagentlər turistlərin getdiyi ölkənin (yerin) qanunvericiliyi ilə tələb edildiyi halda, habelə gəlmə turizm sahəsində formalaşdırdıqları turizm zərfləri çərçivəsində turistlərin səfər sığortası ilə təmin edilmələri üçün zəruri tədbirlər görməlidirlər.

    4-cü fəsil

    TURİZM EHTİYATLARINDAN İSTİFADƏ

    Maddə 18. Turizm ehtiyatlarından istifadənin ümumi şərtləri

    18.1. Turizm fəaliyyəti həyata keçirilərkən təbii, mədəni və tarixi irsin, ətraf mühitin qorunub saxlanmasına diqqət yetirilməli, həmin turizm ehtiyatları geniş ictimaiyyət üçün açıq olmalı, həmçinin bu obyektlərə giriş dini etiqad azadlığına, adət və ənənələrə mane olmamaq şərtilə təmin olunmalıdır.

    18.2. Turizm ehtiyatları barədə ictimaiyyətin məlumatlandırılması və turistlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə dövlət turizm orqanı məlumatverici-göstərici lövhələrin quraşdırılmasını təmin edir. Turizm ehtiyatları barədə məlumatverici-göstərici lövhələrin yol kənarında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla həyata keçirilir.

    18.3. Azərbaycan Respublikasının turizm ehtiyatlarının planlı və məqsədyönlü şəkildə təbliğini təmin etmək məqsədilə dövlət orqanları (qurumları) tərəfindən turizm sahəsində təbliğat-təşviqat fəaliyyəti dövlət turizm orqanı ilə əlaqəli şəkildə həyata keçirilməlidir.

    18.4. Turizm sənayesinin subyektləri turizm fəaliyyətini həyata keçirərkən fəaliyyətlərinin turizm ehtiyatlarına potensial zərərli təsirinin qarşısını almalıdırlar.

    18.5. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən, təbii müalicə ehtiyatları və müalicə-sağlamlaşdırma yerlərindən, mədəni irs obyektlərindən turizm məqsədləri üçün istifadə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.

    18.6. Turizm sahəsi üzrə strateji sənədlərin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

    Maddə 19. Turizm və rekreasiya zonaları

    19.1. Turizm və rekreasiya zonaları bu zonaların yaradılması üçün əlverişli olan ərazilərdə dövlət turizm orqanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elan olunur. Turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

    19.2. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

    19.3. Bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan mövcud turizm və rekreasiya obyektlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi zamanı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.20–4.21-ci maddələrinin tələblərinə riayət olunmalıdır.

    19.4. Bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.

    5-ci fəsil

    YEKUN MÜDDƏALAR

    Maddə 20. Turizm sahəsinin maliyyə mənbələri

    20.1. Azərbaycan Respublikasında turizm sahəsi dövlət büdcəsindən ayırmalar, turizm sahəsində fəaliyyətdən əldə olunan gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

    20.2. Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə məqsədilə dövlət büdcəsində ayrılan vəsait dairəsində “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

    20.3. Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

    Maddə 21. Bu Qanunun pozulmasına görə məsuliyyət

    Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

    Maddə 22. Bu Qanunun qüvvəyə minməsi qaydası

    22.1. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

    22.2. Bu Qanunun qüvvəyə mindiyi gündən “Turizm haqqında” Azərbaycan Respublikasının 1999-cu il 4 iyun tarixli 674-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 394; 2004, № 4, maddə 203, № 6, maddə 396; 2007, № 8, maddə 751; 2014, № 11, maddə 1341; 2016, № 12, maddə 2035; 2017, № 6, maddə 1030, № 7, maddə 1276; 2018, № 1, maddə 31; 2019, № 6, maddə 991; 2020, № 6, maddə 677; 2021, № 6 (I kitab), maddə 543) ləğv edilir.

    Azərbaycan Respublikasının Prezidenti

    Yaxın gələcəkdə yeni turizm növləri görəcəyik

    Dünya Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından iki trilyon dollara qədər artacaq.

    Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırov bildirib.

    O qeyd edib ki, son illərdə Azərbaycanda gəlirli sahə olan turizmin inkişafı diqqət mərkəzində saxlanılır:

    “Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinin inkişafı üçün Qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi hazırlayıb.

    Hazırda qanun lahiyəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir. Bundan başqa, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb.

    Əlamətdar haldır ki, ölkəmizin, paytaxt Bakı da daxil olmaqla, əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan var.

    Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Yaxın gələcəkdə yeni turizm növləri görəcəyik”.

Comments are closed, but trackbacks and pingbacks are open.