Turizmin inkişafı: potensial və problemlər? ARAŞDIRMA
Qonşu ölkələr turizmin inkişafına böyük diqqət ayırırlar. Bu səbəbdən də böyük gəlirlər əldə edirlər. Biz belə bir güclü rəqabət şəraitində turizmi inkişaf etdirməliyik. Bunun üçün də bu sektora daha böyük diqət ayrılmalı, problemlər həll olunmalıdır.
Turizmin nqliyyat tminatı
Tarixi-mədəni turizm
Hər hansı bir ölkənin turizm potensialından danışdıqda ilk növbədə tarixi-mədəni irs ön plana çəkilir. Bu baxımdan Naxçıvan tarixinin min illərlə ölçülməsi və onun qədimiliyi, ərazidə dünya memarlığının incisi hesab oluna biləcək tarixi memarlıq abidələrinin və zəngin mədəni irsin mövcud olması xarici turistlərdə böyük maraq oyadır. Nuh peyğəmbərin məzarüstü türbəsi, Möminə Xatın və Yusif Küseyr oğlu türbələri, Naxçıvanqala abidəsi, Qarabağlar Memarlıq Kompleksi, “Xanəgah” Abidə Kompleksi, adı Nuh peyğəmbərin gəmisi ilə əlaqələndirilən Gəmiqaya ərazisindəki qayaüstü rəsmlər, əfsanəvi Haçadağ, abidələrlə zəngin olan “Ordubad” Tarix-Memarlıq Qoruğu, haqqında müqəddəs Qurani-Kərimdə bəhs edilən “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, 5000 ildən çox yaşı olan Naxçıvan şəhər mədəniyyəti, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, xalq sənətkarlarının günümüzə qədər qorunub saxlanılmış sənətkarlıq nümunələri və s. turistlər üçün cəlbedicidir. Buraya Naxçıvan diyarının zəngin folklorunu, musiqi və təsviri sənətini, ədəbiyyatını və s. əlavə etsək, tarixi-mədəni turizmin inkişaf etdirilməsi üçün necə böyük imkanlara malik olduğunu aydın görmək olar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən 700-ə yaxını dünya və ölkə əhəmiyyətli abidə olmaqla, ümumilikdə 1202 daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Daşınar tarix-mədəniyyət abidələrinin qorunub saxlanıldığı muzeylər turistlər üçün böyük maraq kəsb edir. Naxçıvan Muxtar Respublikasında 28 muzey və 1 Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir. Naxçıvan ərazisində bəşəriyyətin bütünlüklə qəbul etdiyi Nuh peyğəmbərin qəbrinin olması, “Əshabi-Kəhf” ziyarətgahının yerləşməsi turistləri cəlb edən əsas amillərdəndir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi də onun zəngin tarixə və mədəniyyətə malik olmasından qaynaqlanır.
Müalicə turizmi
Zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası öz təbii müalicə obyektləri ilə də məşhurdur. Bu müalicə obyektlərində dünyanın müxtəlif yerlərindən gələn insanlar şəfa tapırlar. Muxtar respublikamızda müalicə turizminin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycanın mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür. Mineral suların bir hissəsi müalicə əhəmiyyətlidir (Sirab, Darıdağ, Badamlı və s.). Təbii müalicə obyekti Duzdağ bir sıra xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Bundan başqa Culfa rayonu ərazisində yerləşən Darıdağ Arsenli su müalicəxanasında bir çox xəstəliklər müalicə olunur. Dünyanın bir çox yerlərindən buraya xəstələr müraciət edir. Bu təbii müalicə vasitələrinin bir hissəsindən artıq muxtar respublikada müvəffəqiyyətlə istifadə edilir (Duzdağ Fizioterapiya Xəstəxanası, Darıdağ Arsenli Su Müalicəxanası). Bu baxımdan müalicə turizminin inkişafı üçün potensial böyükdür.
Naxçıvanda böyrək daşlarının müalicəsi üçün istifadə olunan mineral su mənbələri sırasında Şahbuz rayonu ərazisindəki “Böyrək suyu” adlanan bulaq mühüm əhəmiyyətə malikdir. Burada bulaq suyunun qablaşdırılması və kütləvi istifadəsi üçün zavod fəaliyyət göstərir. Bu suyun dörd növ böyrək daşını salması faktı elmi cəhətdən təsdiqini tapıb. Qeyd edək ki, xarici ölkələrin heç birində belə tərkibdə mineral su yoxdur. Naxçıvandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür. Daxili orqanların müalicəsində möcüzəvi rola malik olan dəmirli sular haqqında da eyni fikirləri söyləmək mümkündür. Dəmirli sular qaraciyərin dərmanıdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində, iltihabyaradıcı amillərin aradan qaldırılmasında karbonlu sulardan istifadə etmək olar. Bu sulardan təkcə müalicə müddətində deyil, bərpa dövründə də istifadə etmək mümkündür. Naxçıvanda 250-dən çox mineral su mənbələri mövcuddur. Sirab, Badamlı kimi mineral sular həm də süfrə suyu kimi istifadə olunur.
Kənd yaşıl turizmi
Böyük sənaye şəhərindən və ya xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyük olur. Buna “kənd turizmi” də deyilir və adından da bəlli olduğu kimi, yerləşmə obyekti – kənd evidir. Dünya təcrübəsində ev sahibi öz evində turistləri qəbul etdiyi halda, bu ev kənd qonaq evi statusuna malik olur. Kənd qonaq evi adətən bir ailəyə məxsus olmaqla, qısa müddət ərzində buraya qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım gəldikdə ekskursiya və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsidir.
Həyata keçirilən tədbirlər çərçivəsində kənd turizminin yaradılması da diqqət mərkəzində saxlanılır. Artıq insanlar şəhərin sıxlığından, abu-havasından əziyyət çəkib ucqar yaşayış yerlərinə üz tuturlar. Muxtar respublikanın ərazisi bu baxımdan böyük potensiala malikdir. Ucqar dağ yaşayış məntəqələrindən biri olan Şahbuz rayonunda dağlar qoynunda yerləşən “Batabat” restoranı ərazisində hər cür şərait yaradılmış kateclər buraya üz tutanlar üçün münasib qiymətlərlə istirahət etmək və mənəvi rahatlıq tapmağa imkan verir.
Muxtar respublikanın kənd-yaşıl turizm potensialını artıran mühüm obyektlərdən biri də Şahbuz rayonunun eyniadlı kəndində fəaliyyət göstərən Ağbulaq İstirahət Mərkəzidir. Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Buna baxmayaraq kənddə meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilir. Bu da turistlərin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin olunmasına imkan verir. Burada qiymətlərin münasibliyi, təklif olunan xidmətlər qonaqları razı salır. Ağbulaq İstirahət Mərkəzi xidmət səviyyəsi, yaradılmış hərtərəfli şərait fonunda sözün əsl mənasında nümunəvi turizm obyekti təəssüratı yaradır.
Muxtar respublikanın ən ucqar kəndlərinə belə rahat yollar çəkilmiş, Naxçıvan şəhərindən bütün rayon və kəndlərə marşrut xətləri, taksi xidməti fəaliyyət göstərdiyindən gediş-gəliş xeyli asanlaşmışdır. Həmçinin muxtar respublikanın bir neçə kəndinə dəmiryolu nəqliyyatı ilə də getmək mümkündür. Turistlər Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən mehmanxanaların xidmətindən istifadə edə bilərlər. Mehmanxanalar ekoloji cəhətdən təmiz, gözəl təbiət məlnzərələri ilə əhatə olunmuş, tarix mədəniyyət abidələri ilə zəngin ərazilərdə yerləşdirilmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndləri belə fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchiz edilmişdir. Telefon rabitəsi vasitəsilə dünyanın istənilən yeri ilə əlaqə yaratmaq mümkündür. Bütün bunlar ən tələbkar turistin ehtiyaclarını ödəməyə imkan verir.
Ekoturizm
Ekoturizm və ya ekoloji turizm – təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Ekoturizm – məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha yaxından tanış olmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir. Muxtar respublikamız təbii bulaqları və gölləri ilə ekoturizmin inkişafı üçün əlverişli imkanlara malikdir. Naxçıvanın bənzərsiz mənzərələri və füsunkar yerləri haqqında çox yazılıb. Ekologiyaya göstərilən diqqətin nəticəsidir ki, yaz-yay aylarında muxtar respublikamızın bütün yaşıllıq və meşə zolaqları, çay kənarları ekoloji turizm həvəskarları ilə dolub daşır. Bu torpağın dillər əzbəri olan cənnət məkanlarından biri də Batabat yaylağıdır. Şahbuz rayonu ərazisində, Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m hündürlükdə yerləşən Batabat yaylağı da ekoloji turizm üçün əlverişli sayılan bölgələrdəndir. İsti yay günlərində bu əraziyə böyük insan axını olur. Ərazinin dərman bitkiləri ilə zənginliyi və havasının təmizliyi burada kurort-sanatoriya kompleksinin yaradılması üçün böyük perspektiv yaradır. Füsunkar təbiəti ilə seçilən Batabat yaylağı güllü-çiçəkli çəmənlikləri, təbii gölü, sadə və təmiz dağ havası, meşələri, Zorbulaq, Söyüdlübulaq kimi bulaqları ilə məşhurdur. Ərazidəki Batabat gölü dünyanın üzən adaya malik olan yeganə gölü kimi diqqətəlayiqdir.
Dini-ziyarət turizmi
İstənilən ölkəyə səyahət edən turist ilk növbədə həmin ölkənin tarixinə, yaşayış tərzinə, dini mənsubiyyətini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir. Deməli, turizm həm də hər hansı ölkənin mədəni irsinin, dini abidələrinin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Bu səbəbdən də dünya təcrübəsində tarixi mədəniyyət və dini abidələr həm də turizmin inkişafına təsir göstərən, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardan biri hesab olunur. Muxtar respublikamız dini ziyarətgahlarla da zəngindir. Burada 140-a yaxın ziyarətgah mövcuddur. Belə ki, burada müxtəlif dini obyektlər – pirlər, imamzadələr var və imanlı insanlar bu obyektləri ziyarət edirlər. Muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü isə müqəddəs Qurani Kərimin «Əl-Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahıdır. 2004-cü ildən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi adı altında fəaliyyət göstərən ziyarətgahda ziyarətçilər üçün hər cür şərait yaradılmışdır. Hər il buraya on minlərlə insan ziyarətə gəlir.
Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir. Bununla yanaşı, Naxçıvan şəhərində İmamzadə Abidə Kompleksi, Şərur rayonunun Xanlıqlar kəndində Parçı İmamzadəsi və Tənənəm kəndində Piri-Süleyman piri, Kəngərli rayonunun Qarabağlar kəndində Asnı piri, Ordubad rayonunun Nüsnüs kəndində Nüsnüs piri, Culfa rayonunun Camaldın kəndində Ərməmməd piri və Xanəgah kəndində eyniadlı abidə kompleksi, eləcə də digər dini abidələri istər yerli vətəndaşlar, istərsə də xarici turistlər istədikləri vaxt ziyarət edə bilərlər.
Etnik turizm
Naxçıvan Muxtar Respublikası Türkiyə və İran İslam Respublikası ilə həmsərhəddir. Bu ölkələrdə yaşayan azərbaycanlılar Naxçıvanda olan qohumlarını, dostlarını görməyə gəlirlər ki, bu da muxtar respublikada etnik turizmin inkişafını şərtləndirən başlıca amildir.
Xalqımızın tarixi müəyyən hadisələr, böyük şəxsiyyətlərin həyatı ilə əlamətdar olan günlərlə zəngindir. Belə günlər isə heç vaxt qonaqlarsız keçmir. Bir çoxları onlara əziz olan belə günlərdə min kilometrlərlə uzaqlarda da olsa, öz işlərini təxirə salıb Vətənə, doğmalarına baş çəkməyi əsl fürsət bilir, onları keçmişə qaytaracaq nostalji hisslərə qovuşmağa tələsirlər. Turizm və qonaqpərvərlik sənayesinin işini canlandıran belə səfərlərə peşəkarcasına hazırlaşmaq, regiona səfər edən etnik turistlərə və digər xalqların nümayəndələrinə nümunəvi xidmət göstərməklə turizm sektorundan yaxşı gəlir əldə etmək mümkündür. Unutmaq olmaz ki, Novruz bayramında, Ramazan və Qurban bayramı günlərində, habelə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günündə regionumuza səfər edən on minlərlə həmvətənimiz təkcə onları gözləyən doğmalarının deyil, həm də bütün Naxçıvanın qonağıdır.
Turizmin inkişafı: potensial və problemlər? – ARAŞDIRMA
Dünya üzrə ümumi məhsulun 10, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli əhalinin 8 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Bəzi ölkələrinin gəlirlərinin yarıdan çoxu bu sahənin payına düşür. Turizm sektoru iqtisadiyyatın daimi xarakter daşıyan ekoloji baxımdan zərərsiz və tükənməyən sahəsi kimi böyük perspektivlərə malikdir. Bəs əlverişli təbii-coğrafi vəziyyəti, böyük turizm potensialı olan Azərbaycanda bu sektor hansı perspektivlər vəd edir? Bu sahədə hansı irəliləyişlər, hansı problemlər var? Bunu aydınlaşdırmağa çalışacağıq.
Xaricə istirahətə gedən turistlərin sayı artır
“2010-2014-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda turizm sektoru qeyri-neft sektorunun prioritet sahəsi kimi təsbit edildi. Rəsmi elan olunan hədəf Azərbaycanda turizmin ÜDM-də payını 2008-ci ildəki 0,8%-dən 2025-ci ilədək 3%-ə çatdırmaq idi. Artıq 2020-ci ilədək bu hədəfə nail olunmuşdu. Lakin pandemiyanın başlaması bütün düenyada olduğu kimi, Azərbaycanda da bu sektoru tənəzzülə uğratdı. Pandemiyadan sonrakı dövrdə turzim sektorunun bərpası üçün imkanlar bərpa olunur. Əksər ölkələr quru sərhədlərini açıb və milyonlarla turist qəbul etməyə başlayıblar. Lakin turizm mövsümünün qızğın çağında Azərbaycanın quru sərhədlərinin hələ də bağlı qalması ölkəyə turist axınını dayandırır.
Hazırda ölkədə 150-yə yaxın turizm şirkəti, 500-ə yaxın mehmanxana fəaliyyət göstərir. Pandemiyadan qabaq ölkəyə ildə 2 milyon turistin gəlirdi, indi bu rəqəmin bərpa olunması və hətta bundan daha yüksək göstəriciyə çatdırılmnası üçün bütün imkanlar var.
Lakin bu sahədə bəzi problemlər var ki, onlar tutrzimin inkişafına mae olur. Bu da əsasən qiymətlərin yüksəkliyi və xidmətlərin zəifliyi ilə bağlıdır. Məlum olduğu kimi, ölkəmizdə istirahət ocaqlarının böyük əksəriyyəti ildə yalnız 4-5 ay fəaliyyət göstərir və onlarda yay mövsümündə qiymətlər xarici ölkələrdəki daha üstün istirahət mərkəzlərinin qiymətlərindən yüksək olur. Bu obyektlərdə servis sahələri lazımi tələblərə cavab vermir.
Aydındır ki, turizm mərkəzinə üz tutan xarici turistlər istirahəti yalnız dadlı yemək, yatmaq və təbiəti seyr etməkdə görmür. Turistlərin böyük əksəriyyətinin arzusu istirahət zamanı tarixi və mədəni abidələr ilə tanış olmaq, maraqlı marşrutlarla (at üstündə, velosipedlə, qayıqla, piyada və s.) səyahət etməkdən ibarətdir. Bu xidmətlər isə demək olar ki, yoxdur. Məhz bu səbəbdən, öz vətəndaşlarımız da ölkədəki istirahət mərkəzlərinə üz tutmurlar.
Azərbaycanlıların ən çox istirahət etdiyi ölkələr sırasında qonşu ölkələr- Türkiyə, Rusiya, Gürcüstan, İran əsas yer tutur. Hər il minlərlə turistimiz bu ölkələrə üz tutur. Göründüyü kimi, yerli turistlərin istirahət üçün qonşu ölkələrə marağı daha çoxdur. Bəs bunun səbəbləri nədir?
Turistlər yerli turizm mərkəzləri haqda nə düşünür?
Mövzu ilə bağlı sosial şəbəkədə kiçik bir sorğu keçirdik. “Azərbaycanda turizmin inkişafına əngəl olan hansı problemləri qeyd edərdiniz” sualına respondentlər maraqlı cavablar veriblər.
Anar Həsənov: Ən böyük problem xidmət səviyyəsindədir. Bizdə nəinki daha tələbkar xarici turisti, heç o qədər də tələbkar olmayan yerli turistləri belə qane edəcək normal xidmət səviyyəsi yoxdur. Əgər bir araşdırma aparsalar görərlər ki, ölkəyə gələn xarici turistlərin heç biri 2-ci dəfə bura gəlmir.
Leyla Əliyeva: Məncə ən çox zərər vuran qiymətlərin bütün dünyadan baha olmasıdır. Bir neçə il əvvəl Gürcüstanda, Batumidə istirahət etdim, günü 25 manata 3 ulduzlu oteldə, normal istirahət mərkəzində dincəldik. Hər gün 2-3 saatlıq ekskursiyalar təşkil olunurdu. Turist bu qiymətə belə imkanı buraxıb bizim bahalı turizm mərkəzlərinə niyə gəlsin ki?
Kəmalə Məmmədova: Bizdə turizm oteldə yatmaq yerini və yeməkləri çox baha qiymətə satmaq kimi başa düşülür. Ən yaxşı halda iri bir hovuz düzəldirlər. Belə mərkəzlərdə tünlük olur və istirahət etmək mümkün deyil. Səs-küydən qulaq tutulur. Bizim turizm mərkəzlərinin çoxunda gəziləsi, görüləsi yerlər yoxdur. Ağac, hovuz, gül-çiçək, heyvan heykəlləri elə hər yerdə var.
Hikmət Həsənov: Turizm sahəsi üzrə mütəxəssis kimi deyə bilərəm ki, bizdə hələ ki müvafiq infrastruktur və xidmət bərbad vəziyyətdədir. Turizm deyəndə turizm obyektləri sahiblərinin ağlına ancaq kabab satmaq və otağı baha qiymətə müştəriyə sırımaq gəlir. Əslində, turizm tam fərqli bir şeydir. Floristləri, faunaçıları, arxeoloqları, etnoqrafları ölkəyə cəlb etmək lazımdır. Eyni zamanda, coğrafi, tarixi, etnoqrafik, nəbatat və müalicəvi turizmi də inkişaf etdirib, ölkəyə kulli miqdarda pul qazandırmaq olar.
Turizmin inkişafı təkcə dövlətin işi deyil.
Ekspertin fikrincə, geniş imkanlar olmasına baxmayaraq, Azərbaycana nəinki əcnəbi turistlərin marağı artmır, hətta yerli vətəndaşlar da ölkəmizdə mövcud olan müalicəvi turizm xidmətlərindən yararlanmırlar. Yerli turistlərin böyük əksəriyyəti müalicəvi istirahət üçün Rusiyaya, istirahət və əyləncə üçün isə Türkiyəyə və Gürcüstana üz tuturlar.
Qonşu ölkələr turizmin inkişafına böyük diqqət ayırırlar. Bu səbəbdən də böyük gəlirlər əldə edirlər. Biz belə bir güclü rəqabət şəraitində turizmi inkişaf etdirməliyik. Bunun üçün də bu sektora daha böyük diqət ayrılmalı, problemlər həll olunmalıdır.
Turizmin Azərbaycanda bütün növlərinin inkişafı üçün potensial da var, iş də görülür. Bizdə ekoturizmin, kənd turizminin, nəqliyyat turizminin, arxoturizmin, ekstrim (idman) turizmi, qış turizminin inkişafı üçün ciddi işlər görülür. Bizim milli yeməklərimiz var ki, onlar həm ucuz başa gəlir, həm də dadlı və xeyirli yeməklər kimi turistləri cəlb edə bilər. Onları markalaşdırmaq, təbliğ etmək, dünyaya tanıtmaq lazımdır. Bunun üçün də qida mütəxəssisləri hazırlamağa ehtiyac var. Turizm sektorunun inkişafı həm də məşğullluq probleminə müsbət təsir edə bilər. Yüz minlərlə insan işlə təmin oluna bilər.
Nəqliyyat turizmi üçün də yaxşı imkanlarımız var. Dənizdə, çaylarda, xüsusilə Kür çayında gəmi turizmi, dəmiryolunda turist marşrutları, avtomobil, velosiped turları təşkil edilməsinə çalışmalıyıq. Regionlarda maraqlı muzeylər, təbii adibələr, tarixi abidələrimiz var. Onlara turist marşrutları təşkil etmək işini gücləndirmək lazımdır.
Turizmin inkişafı ilə bütövlükdə xidmət sektoru inkişaf edəcək. Bu sahə inkişaf etmiş ölkələrin ümumi daxili məhsulun yarısına qədər qalxır. Düzdür biz turizmdən çox da böyük gəlir götürə bilmərik, amma bunu heç olmasa 10 faizə qaldırmaq olar.
Hesablamalara görə, turizm sektoru 60-dan çox iqtisadiyyat sahəsinin inkişafına müsbət təsir edir. Ölkəyə gələn turistlərdən həm aqrar sektor, həm yüngül sənaye, həm xidmət sektoru, həm maliyyə-bank-sığorta sistemi, həm nəqliyyat, həm rabitə, həm səhiyyə sektoru qazanır. Ona görə də, turizm ümummili iş olmalıdır.
Beynəlxalq miqyasda Azərbaycanın turizm potensialı reklam və təbliğ olunur, böyük layihələr və konfranslar keçirlir. Dövlət əlindən gələni edir. Amma bunu təkcə dövlət etməli deyil, turizm şirkətləri də burda maraqlı olmalıdır. Görülən işlər qanedici olmalıdır. Potensial çoxdur, perspektivlər yüksəkdir, qalır bu işləri ardıcıl yerinə yetirmək.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanı
Məqsədinə görə turizmin növləri
• Turizm firmalarının məşğul olduğu, turizmin daha çox yayılmış formalarından biri olmaqla yanaşı müxtəlif region və ölkələrin tarixi, mədəni, təbii və b. diqqətəlayiq sərvətləri ilə insanların tanış olmaq arzusudur.
• Dərketmə kurortda istirahət zamanı da həyata keçirilə bilər, yəni, istirahət müddətində turistlər ekskursiyalarda iştirak edərək hətta, başqa şəhərlərə getmək imkanı da qazanırlar.
• Bir çox ölkələrdə dərketmə səyahətlərinin xarakterik xüsusiyyəti, onun uzaq məsafələrə təşkil edilməsi və bir səyahət müddətində daha çox ölkə və şəhərlərdə olmaq şansının verilməsidir.
Rekreasiya turizmi (latınca recreatio – bərpa etmək)
• İstirahət ilə həyata keçirilən səyahətdir.
• Turizmin bu növü bütün dünyada geniş yayılmışdır.
• Xarici turistlərin İspaniya, İtaliya, Rumıniya, Çexiya, Bolqarıstan, Türkiyə kimi ölkələrə səfərləri əsasən bu məqsədlə həyata keçirilir.
• Belə səfərlərin xarakterik xüsusiyyəti, onun müddətinin böyük olması, marşruta daxil olan şəhərlərin sayının az, bir şəhərdə qalma müddətinin isə çox olmasıdır.
Sağlamlıq turları
• Turizmin digər növlərindən xüsusilə fərqlənir.
• İlk növbədə bu olduqca fərdi səyahət növüdür.
• Amma nəqliyyat xərcində güzəşt əldə etmək məqsədilə ayrı-ayrı turistlər turizm firması vasitəsi ilə qrup şəklində birləşə bilərlər.
• Müalicə turlarının davamiyyət müddəti adətən 14-28 gündür.
Elmi və ya Konqres turizmi
• Müxtəlif konqreslərdə, simpoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi daşıyan səyahətləri özündə birləşdirən turizm növü
• Konqres (latınca görüş, yığıncaq mənalarını bildirir) – dövlət, region, təşkilat rəhbərlərinin, yaxud nümayəndələrinin görüşü, yığıncağı, həmçinin beynəlxalq konfransların bir növü.
• Simpozium (latınca ziyafət mənasını bildirir) – hər hansı elmi məsələyə dair (əsasən Beynəlxalq Problemlər) keçirilən yığıncaq.
• Beynəlxalq tədbirlərdə iştirak edənlər xarici turistlərin ümumi sayının 6-7%-ni təşkil edir.
• Konqres turizmində adambaşına (bir turistə) düşən gəlir göstəriciləri daha yüksəkdir. Ona görə də dünyanın bir çox ölkələri özlərində beynəlxalq görüşlərin keçirilməsi üçün müəyyən tədbirlər görürlər.
• Profesional proqramla yanaşı, iştirakçıları müşayiət edən ailə üzvləri üçün əyləncə tədbirləri də təklif olunan konqreslər daha populyardır.
İşgüzar turizm
• Bu cür səyahətlər ən perspektivli turizm növlərindən biri hesab edilir.
• Mövsüm amilindən asılı olmadığı üçün, işgüzar səfərlər iqtisadi baxımdan çox səmərəlidir.
• Ticarət və ya elmi-texniki əməkdaşlıq məsələləri üzrə beynəlxalq və ikitərəfli yığıncaqları da işgüzar turizmə aid etmək olar.
• Beynəlxalq və milli sərgilərdə, yarmarkalarda iştirak etmək, işgüzar səfərlərin bir növüdür.
Etnik və ya Nostalji turizm
• Qohumlarla görüşmək və ya valideynlərin anadan olduqları ata-baba yurduna səyahət etməklə bağlı olan turizm növüdür.
• Əvvəllər yaxın qohumları ilə görüşmək və doğulduğu yerlərə, tarixi vətənə səfər etmək turizmin bu növünün əsasını təşkil edirdi.
• Son illərdə isə, əsli başqa ölkələrdən olan birinci nəsil nümayəndələrinin sayı azalır.
• Artıq üçüncü və dördüncü nəslin nümayəndələrinin isə öz vətənlərində ən yaxın qohumları olmadığı üçün, onlar əsasən, öz ata-baba yurdunu görmək məqsədi ilə səyahət edirlər.
• Belə turistlər qohumlarının evində deyil, mehmanxanalarda yaşamağa üstünlük verir, səfər proqramına səfərin motivi ilə əlaqədar dəyişiklik etməyi təklif edirlər.
• Etnik turizmin yarımnövü olan qonşu ölkələr arasında sərhədyanı turist mübadiləsini qeyd etmək olar.
Macəra turizmi
• Fizki cəhətdən ağır, çox vaxt isə həyat üçün təhlükəli olan anlayışdır.
• Belə turların təşkili zamanı «macəralar komplekti» çox vaxt öncədən, xüsusi olaraq hazırlanmaqla yanaşı eyni zamanda turistlərin təhlükəsizliyi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunur.
• Son illərdə öncədən planlaşdırılmamış, macəralarla zəngin olan, az tədqiq olunmuş və məskunlaşmamış bölgələrə (cəngəlliklər, meşələr, səhralar və s.) səyahətlər daha çox populyarlıq qazanır.
Kənd turizmi
• Şəhər əhalisinin kənd yerlərinə müvəqqəti səfəridir.
• Turistlər kəndlərdə məskunlaşaraq yerli həyat tərzi ilə tanış olurlar.
• Yaşayış müddəti bir neçə gündən başlayaraq, bütöv mövsüm ərzində davam edə bilər.
• Uşaqlı ailələr, təbiət qoynuna can atan və öz bacarıqlarını kənd təsərrüfatında sınamaq istəyən gənclər, turizmin bu növündən daha çox istifadə edirlər.
Ekoturizm
• Təbiət turizminin xüsusi forması kimi, ətraf mühitə qayğı ilə bağlı turizmdir.
• Belə səyahətlər zamanı gid-bələdçilər təbiətə məhəbbətlə yanaşmağın, təbii sərvətlərin mühafizəsinin və ətraf mühitin qorunmasının vacibliyini turistlərə izah etməyə çalışırlar.
• Ekoturizm bir sıra ölkələrdə turizmin digər növlərinin ayrılmaz hissəsinə çevrilmişdir.
Dini turizm
• Hər hansı dini mərasimlərin, missiyaların, ibadətlərin yerinə yetirilməsi məqsədi ilə həyata keçirilən səyahətdir.
• Turizm firmaları bir qayda olaraq, bu kateqoriyadan olan turistlərə ənənəvi dini marşrutlar üzrə xidmət göstərir.
• Dindarların müqəddəs yerlərə daşınması və müqəddəs ziyarətgahlara yaxın ərazidə yerləşdirilməsi, dini obyektlərə ekskursiyaların təşkili və s.
• Bir sıra hallarda turizm firması ayrı-ayrı vətəndaşların arzusuna əsasən, dini yerlərə marşrut da hazırlaya bilər.
Ritual turizm
• Ritual (latın mənşəli sözdür, ayin, mərasim mənalarını daşıyır) – hər hansı bir ayin və mərasim keçirilməsinin nizama salınmış formasıdır
• Qohumların, həlak olan döyüşçülərin məzarlarının ziyarət edilməsi məqsədi ilə həyata keçirilən səyahətdir.
Digərləri……..
• Karvaninq turizm – təkərlər üzərində olan kiçik mobil evlərdə həyata keçirilən səyahətdir.Əsasən məzuniyyət dövründəki səyahətlər zamanı istifadə olunur.
• Safari – ovçuluq və ya fotoovçuluq, balıq ovu, heyvanları müşahidə etmək məqsədi ilə təbiət qoynuna edilən səyahətdir.
• İdman – idman tədbirlərində iştirak etmək üçün edilən səyahətdir. Turizm firmalarının xidmətlərindən istifadə etmək üçün idman komandalarının rəhbərləri, azarkeşlər, yarışların təşkilatçıları və tək-tək vətəndaşlar müraciət edirlər.
• Şop – bazarlıq etmək məqsədi ilə həyata keçirilən səyahətdir.
• Şəhərətrafı – məzuniyyət dövründə və ya istirahət günlərində şəhər sakinlərinin şəhərətrafına səyahəti
Comments are closed, but trackbacks and pingbacks are open.