Press "Enter" to skip to content

Rus Dili Oyrenmek üçün 5 Effektiv yol

Xarici dil öyrənərkən sözləri yadda saxlamağın effektiv yollarını sizə təqdim edirik : klik edin

Rus dilini öyrənək (1-ci dərs)

Rus dilini öyrənmək istəyənlər üçün 1-ci dərsimizdə Rus dilinin qrammatikası haqqında məlumat verəcəyik.

Qrammatika nə deməkdir?

Azərbaycanlıların rus dili fənnini öyrənmələrində başlıca vəzifə bu dilə əməli yiyələnməkdən ibarətdir. Buna görə də hər bir mövzunun öyrənilməsi rus dilində nitq vərdişlərinin inkişafına yenəldilmişdir. Bəs belə halda qrammatikanın rolu nədən ibarətdir? Ümumiyyətlə, qrammatika anlayışı nədir və onun öyrənilməsi nə üçün lazımdır? Qrammatika bir elm kimi nə vaxt yaranıb?

Qədim rus atalar sözünü xatırlayaq: “Грамота—к мудрости ступенка”—”Savad-müdrikliyə pilləkəndir”. “Грамматика” sözü isə yunanca “грамма”, yəni “hərf” sözündən götürülmüş, əvvəllər “yazı” mənasında işlədilmiş, sonra isə dilin quruluşu haqqında elm bu sözlə—”qrammatika” sözü ilə adlandırılmışdır.

Bir elm kimi qrammatika qədim yunanlarda meydana gəlmişdir. Qrammatikanın banisi filosof Aristotel olmuşdur. O,nitq hissələri və hallar haqqında təlimi yaratmışdır. Qrammatikanın nəzəri əsaslarının təkmilləşdirilməsi və zənginləşdirilməsində qədim alimlər—Aristrax və frakiyalı Dionisi bvyük rol oynamışlar.

Romalılar qrammatikanı yunanlardan götürmüşlər. Latın (Roma) qrammatikası nümunəsi əsasında sonralar digər Avropa xalqlarının da qrammatikası yaradılmışdır.

Rus dilinin birinci əsil elmi qrammatikasını M. V. Lomonosov tərtib etmişdir. Bu, 1755-ci ildə yazılmış “Rusiya qrammatikası” (“Rossiyskaya qrammatika”) idi. həmin qrammatikanın əsasını canlı rus dilinin öyrənilmiş fakt və hadisələri təşkil edirdi. “Rusiya qrammatikası”nda yazılış qaydaları da verilmişdi.

Lomonosovun bu qrammatikası təkcə elmi əsər deyil, həm də dərs vəsaiti idi. Rus məktəblərinin 50 mindən çox nəsli Lomonosovun qrammatikasından istifadə etmişdir. hazırda məktəblərimizdə istifadə edilən qrammatika dərsliyi məhz bu əsər əsasında tərtib olunmuşdur.

Qrammatika—sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Qrammatika bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir. Məsələn, deyək ki, bizə 8 söz verilmişdir: на, Родина, отряд, наша, сбор, мы, о, говорить. Qrammatikanın köməyi olmadan bu sözlərin ardıcıllıqla düzülüşü heç bir fikir—cümlə ifadə etmir. Qrammatik qayda-qanunlarıiın köməyi ilə biz bu sözləri elə dəyişdirir və onları bir-biri ilə elə əlaqələndirir və yazırıq ki, düzgün, bitmiş bir fikir, ifadə və ya cümlə alınır: “На сборе отряда мы говорили о нашей Родине”. Bu söz birləşmələrindəki əlaqəyə diqqət yetirin: “на сборе” tələb edir ki, “отряд” sözü yiyəlik halda (родительний падеж) işlədilsin. “Мы говорили” birləşməsində mübtəda (мы) ilə xəbər (говорили) cəmə görə uzlaşıblar. “О нашей Родине” söz birləşməsində о isə çıxışlıq halında işlədilmiş “о Родине” sözü ilə “нашей” mənsubiyyət bildirən əvəzlik cinsə, tək–cəmə və hala görə uzlaşmışlar.

Rus dili gözəl dil olmaqla bərabər, lüğət tərkibi etibarı ilə olduqca zəngin və rəngarəngdir. Lakin qrammatika olmasaydı, lüğətlərdəki sözlər bir yığın olaraq qalardı. Misal üçün: наш, путешествие, дружина, отправится, утро, рано—sözləri rus dilinin lüğət tərkibinə daxildir və onların hər birinin mənası vardır. Lakin həmin sözlərin belə düzülüşündə heç bir fikir ifadə olunmamışdır. Qrammatikanın qayda-qanunları bizə bu sözlərdən “Наша дружина рано утром отправилась в путешествие” cümləsini düzəltməyə və nitqdə işlətməyə imkan verir və s.

Qrammatika vasitəsi ilə ayrı-ayrı kərpiclərdən—sözlərdən nəhəng bir bina tikilmiş—bütün xalqın dili yaranmışdır.

M. V. Lomonosovun dili ilə desək: “Bütün elmlərin qrammatikaya ehtiyacı vardır, qrammatikasız natiqlik kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix anlaşılmazdır.

Rus dilində öz fikrinizi düzgün ifadə etmək üçün qrammatikaya dair keçdiyiniz və keçəcəyiniz mövzuları ətraflı öyrənin. hər bir qrammatik anlayışı dərk edin, bu sahədə müvafiq qayda-qanunlara dair misallar göstərin, cümlələr qurun. Çalışın ki, qrammatik qayda-qanunlar nəzəriyyə kimi əzbər öyrənilməsin—ətraflı düşünülsün, dərk edilsin, hər bir anlayışa aid misallar və cümlələr göstərilsin.

Qrammatika dilin quruluşu haqqında elmdir. Bu elm isə lap qədimdir, onun əsası təqribən 2.500 il bundan əvvəl Yunanıstanda və Hindistanda qoyulub. Elə “qrammatkia” sözünün adı da yunan sözündən (qramma—”hərf”) götürülmüşdür. Savad öyrənmək üçün rusca ilk vəsait 1574-cü ildə Ivan Fyodorovun Lvovda nəşr etdirdiyi əlifba kitabı olub. Əlbəttə, lap qədim zamanlarda (bizim hazırda istifadə etdiyimiz qrammatika kitablarında(n fərqli olaraq) inkişaf etmiş qrammatik terminlər yox idi. Buna görə də Ivan Fyodorovun əlifbasında qrammatik anlayışlar təsviri surətdə verilirdi. Misal üçün, birinci, ikinci və üçüncü şəxsin cəmi aşağıdakı kimi izah edilirdi:

“Будимо-со мною мнози” (т. е. со мною многие-мы). “Будите-без мене мнози” (т. е. вы).

“Будите-якобы нецыя на нас глаголют или мы на других” (якобы некоторые из нас говорят или мы на них-они).

Sonra oxu üçün birinci tapşırıqlara dair material verilirdi. Burada müxtəlif dua, ibadət və gəlamlar (hikmətli sözlər) çap edilirdi. Kitab bir qayda olaraq Ivan Fyodorovun “sevimli, şöhrətli və namuslu rus xalqına” müraciəti ilə qurtarır və ümid edilirdi ki, onun əsərlərini həvəslə qəbul etsinlər. Öz doğma Moskvasından uzaqda Ivan Fyodorov yazırdı: “Mən isə bu yazdıqlarımın daha çox fayda verməsi üçün daha da həvəslə işləmək istəyirəm”.

Bir qədər sonra, 1596-cı ildə Vilnoda Lavrenti Zizaniyanın “Qrammatika”sı çap olundu. 1619-cu ildə Vilnonun yaxın-lığında, Evyuda, Meleti Smotritskinin “Qrammatika”sı nəşr edildi ki, həmin kitab 1648-ci ildə heç bir dəyişiklik aparılmadan Moskvada yenidən çapdan buraxıldı. Bu qrammatikadan M. V. Lomonosov da öyrənmişdi. Meleti Smotritskinin “Qrammatikası”nı və Maqnitskinin “hesab” kitabını Mixail Vasilyeviç Lomonosov “oz alimliyinin darvazası” adlandırmışdı. Rus dilinin birinci elmi qrammatikasını M. V. Lomonosov yaratmışdır. Bunun adı “Россијскаја грамматика” idi və 1755-ci ildə buraxılmışdı. həmin qrammatikada düzgün yazı qaydaları da var idi. M. V. Lomonosov bütün gücü ilə qrammatikanın eyrənilməsini təbliğ edirdi. O yazırdı: “Российская грамматика есть знание, как говорить, писать чисто российским языком по лучшему рассудительному (düşüncəli, dərrakəli) его употреблению”.

Danışıq dilinin ədəbiyyata və elmə yol tapmasına ilk dəfə istiqamət verən, staroslavyan sözləri və ifadələrinin rus dilində işlənməsini məhdudlaşdıran M. V. Lomonosov olmuşdur. XIX əsrin sonu və XX əsrin əvvəllərində rus dili qrammatikasının işlənib hazırlanmasında A. X. Vostokov, N. I. Qreç, F. I. Buslayev, A. A. Potebnya, F. F. Fortunatov, A. A. Şaxmatov, A. M. Peşkovski kimi dilçi alimlərin rolu böyükdür. Sovet dövründə D. N. Uşakov, L. V. Şerba, V. V. Vinoqradov və başqaları dilçilik elmini, rus dili qrammatikasını daha da zənginləşdirmişlər.

Rus Dili Oyrenmek üçün 5 Effektiv yol

Rus dili günümüzdə böyük təlabat olan dillərdən biridir. Rus dilini öyrənmək və yeni dostluqlar qazanmaq demək olarki, hər kəsin arzusudur. Məqsədlər fərqli ola bilərlər, ancaq yolumuz birdir!

1. Rus dili Öyrənmək üçün Video

Rus dilini öyrənməyin üstünlükləri videoda və əvvəlki yazılarımızda qeyd olunduğu kimi individual yanaşma tərzindən asılıdır. Rus Dilini öyrənməyin məqsədindən fərqli olaraq həyatınızda gözlənilməyən uğurlar əldə edə bilərsiniz. Bunun üçün sizə “Xarici dil öyrənmənin 5 asan yolu” adlı videonu təqdim edirik:

2. Rus dilini öyrənmək üçün Saytlar :

  1. https://learnrussian.rt.com/
  2. https://mezhdunami.org/
  3. http://www.russianforeveryone.com/
  4. https://reallanguage.club/russkij-yazyk/
  5. https://uchiyaziki.ru/russkiy-jazyk
  6. http://learningrussian.net/
  7. https://m.vk.com/russianforeign

3. Rus dili öyrənmək üçün Proqramlar:

4. Rus dili-də Danışıq üçün Youtube Kanalları:

  1. Natel Aliyeva: “Klik edin”
  2. Real Russian Club: “Klik edin”
  3. Bonus 3 əlavə kanal: “Klik edin”

5. Rus dili öyrənmək üçün Danışıq və Qrammatika Kitabları

  1. Azərbaycan dilindən 0-dan rus dili öyrənmək üçün kitab: “Klik edin”
  2. Azərbaycan dilindən rus dili öyrənmək üçün kitab pdf: “Klik edin”
  3. İngilis dilindən Rus dili öyrənmək üçün kitab pdf: “Klik edin”

İstənilən xarici dili planlı və davamlı şəkildə öyrənmək mümkündür. Bunun üçün sizə ilk öncə motivasiya və inam gərəklidir. Hər zaman sevgi və maraq ilə yanaşın. Unutmayın ki, dili sevsəniz, o da şübhəsiz sizi sevəcəkdir!

Əgər siz də peşəkar muəllim müşayiətində, sistemli və effektli şəkildə öyrənmək istəyirsinizsə Rus dili dərslərimizə yazıla bilərsiniz.

Xarici dil öyrənərkən sözləri yadda saxlamağın effektiv yollarını sizə təqdim edirik : klik edin

Blog yazılarımızdan dərhal xəbərdar olmaq üçün:

  • İngilis dilinini öyrənmək üçün 7 Pulsuz Mobil Proqram
  • IELTS-ə hazırlaşanlar üçün dəyərli məsləhətlər
  • Rus dili öyrənməyin 6 qısa yolu
  • Sözləri şəkillər vasitəsilə öyrənin
  • Düzgün Tələffüz qaydalarını öyrənmək üçün ən effektiv 3 say
  • İngilis dilində mətnlər
  • Rus dili öyrənənlər üçün 3 Youtube kanalı
  • Britaniya ilə Amerikan ingiliscəsi arasındakı fərqlər
  • İngiliscə lüğəti genişləndirmək
  • İngiliscə danışığı öyrənməyin 10 yolu
  • İngiliscə qrammatik səhvləri düzəltməyin 5 yolu
  • İngiliscə tələffüz və səlisliyi artırmağın 5 yolu
  • IELTS 7+ almaq üçün nələr etmək lazımdır?
  • İngilis dilində sözləri yadda saxlamağın 9 üsulu
  • Rus dilini öyrənmək üçün sözlər və ifadələr
  • İngilis dilini niyə öyrənə bilmirik?
  • Rus dilində frazeoloji birləşmələr
  • İngilis dilini öyrənərkən qarşımıza çıxa biləcək çətinliklər
  • 5 ADDIMDA İNGİLİSCƏ DANIŞ
  • TOEFL nədir?
  • GMAT və GRE nədir?
  • Liderlik haqqında sitatlar (RUS-AZE)
  • SAT nədir?
  • İngilis dilində dinləmə inkişaf etdirmək üçün yollar
  • İngilis dilini evdə öyrən
  • 3 ƏN EFFEKTİV LÜĞƏT ÖYRƏNMƏ METODU
  • İngilis dilində ən çox işlənən 10 feil! Öyrən və daha sürətli danış!
  • İNGİLİS DİLİNDƏ NECƏ ESSE YAZMALI?
  • CV hazırlamaq
  • İş tapmaq üçün Xarici dil nə qədər vacibdir?
  • HR Nədir?
  • İmtahana hazırlaşmağın 4 effektiv yolu
  • HR olmaq istəyən gənclərin izləməsi vacib olan 4 film
  • Tələbə Krediti
  • IELTS nədir və nə üçün lazımdır?
  • İngilis dilində necə Esse yazmaq lazımdır?
  • Ən Yaxşı Təqaüd Veb saytları
  • ACCA nədir?
  • Yerli Təqaüd Proqramları
  • Yös nədir?
  • İngilis Dili Səviyyələri
  • Rus Dilində Mətnlər
  • İngilis dilinin tarixi

Türk dili

Azərbaycan dilində olduğu kimi türk dilində də zərfin mənaca dörd növü var.
1) Tərzi-hərəkət zərfləri: yavaş, çabuk, hızlı, ansızın, hemen, birden, sessizce, acele və s.
2) Zaman zərfləri: dün, bugün, demin, akşamleyin, şimdi, yarın, er geç, erken, öbür gün və s.
3) Yer zərfləri: aşağı, yukarı, ileri, geri, orta, ön, yan və s.
4) Miqdar zərfləri: az, çok, kısmen, kıt, dar, eksik, fazla və s.
Dilimizdə olduğu kimi, türk dilində ayrı-ayrı nitq hissələri adverbiallaşaraq zərf funksiyasında çıxış edir:
yüksekten, alçaktan, çoktan, zaman zaman və s.
Davamı →

Türk dilində saylar

  • Türk dili
  • 15 may 2013, 23:38

Türk dilində saylar müəyyən qruplara ayrılır: miqdar sayları, sıra sayları, qeyri-müəyyən saylar, bölüşdürmə sayları. Bunlardan ilk üçü Azərbaycan dilində də var. Bölüş­dürmə sayları türk dilinin spesifik say qrupudur.

İntonasiya

  • Türk dili
  • 30 aprel 2013, 23:48

İntonasiya — melodika, vurğu, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir. Hər dilin özünəməxsus intonasiyası var və onun düzgün mənimsənilməsi xarici dilin öyrənilməsinin ən mühüm şərtlərindən biridir.
Türk və Azərbaycan dillərinin intonasiyalarında ümu­mi cəhətlər çoxdur. Bu, hər şeydən əvvəl, iki dil arasındakı yaxın qohumluqdan, türk və Azərbaycan dillərinin qrammatik quruluşlarının eyniliyindən irəli gəlir. Nitq axınında əsas tonun hərəkəti — nəqli cümlələrdə intonasiyanın alçalan, sual və əmr cümlələrində isə yüksələn olması, intonasiyanın nizamlama, məna fərqləndirmə, münasibət yaratma imkanları və s. bu iki dilin ortaq, ümumi cəhətlərini təşkil edir. Lakin intonasiyanı yaradan akustik vahidlərin türk və Azərbaycan dillərində fərqli şəkildə reallaşması, cümlə daxilində onların müxtəlif tezliyə malik olması bütövlükdə bu dillərin intonasiyasına da təsir göstərir.
Ardı →

Felin məna növləri

  • Türk dili
  • 12 fevral 2013, 20:27

Azərbaycan dilində olduğu kimi, türk dilində də felin mənaca beş növü var: Məlum növ; Məchul növ; Qayıdış növ; Qarşılıq növ; İcbar növ.
1) Dilimizdə olduğu kimi, türk dilində də felinməlum növünün xüsusi şəkilçisi yoxdur:
Türk dilində də məlum növ fellər iki yerə bölünür:
a) təsirli fellər: okumak, yazmak, bilmek, sevmek
b) təsirsiz fellər: gitmek, bakmak, gülmek, koşmak.
Davamı →

Qoşma

  • Türk dili
  • 30 noyabr 2012, 20:28

Müasir türk dilində aşağıdakı qoşmalar var:
için, ile evvel; önce; sonra; kadar; gibi; dolayı; dek (değin); üzere (üzre); göre; başka; doğru; karşı; beri; ait; rağmen və s.

Azərbaycan dilində olduğu kimi, türk dilində də qoş­malar adlara qoşulub həmin sözlərlə başqa sözlər arasında sintaktik əlaqə yaradır. Məsələn:
Davamı →

Feli sifət

  • Türk dili
  • 23 noyabr 2012, 22:13

Azərbaycan dilində olduğu kimi, türk dilində də feli si­fətin həm felə, həm də sifətə aid xüsusiyyətləri var. Felə məxsus inkarlıq, növ, təsirlilik, zaman kateqoriyaları, sifətə məxsus əlamət bildirmə, cümlədə təyin rolunda çıxış etmə, substantivləşmə, kəmiyyət şəkilçisi qəbul etmə, hallanma, mən­subiyyət şəkilçisi qəbul etmə və s. xüsusiyyətlər türk dilində də feli sifətin səciyyəvi cəhətlərini təşkil edir.
Feli sifət özlüyündə zaman bildirməsinə baxmayaraq, onun konkret olaraq hansı zamana aidliyi cümlənin xəbərində ifadə edilən zamana görə, ümumiyyətlə, kontekst daxi­lində müəyyənləşir. Məsələn, indiki zaman feli sifəti qəbul edilən -an, -en mətnə görə indiki, keçmiş və geniş zamana aid ola bilər.
Davamı →

Felin geniş zamanı

  • Türk dili
  • 17 noyabr 2012, 12:24

Geniş zaman müasir türk dilində felin ən çox işlənən, müxtəlif məna və üslub çalarlarına malik spesifik zamanıdır. Geniş zamanın ifadə etdiyi mənalardan yalnız biri — gələcək zaman bildirmə xüsusiyyəti Azərbaycan dilində də var. Bu zamanın xüsusiyyətləri aşağıdakılardır:
a) Geniş zaman istilahı, terminin özündən də göründüyü kimi, felin hər üç zamanını ehtiva edir; keçmişdə, indi və gələcəkdə baş verən iş, hal, hərəkəti bildirir; felin ifadə
etdiyi hərəkətin icrasında bir sürəklik, daimilik olduğu nəzərə çatdırılır.

Roman yazmaktan zevk duyarım.
Gülü seven dikenine katlanır.
Şen adam güneşe benzer; girdiği yer aydınlanır.
Sana başarılar dilerim.
Güneş Doğudan doğar.

Vurğu

  • Türk dili
  • 23 okyabr 2012, 00:13

Nitq prosesində hecalardan və sözlərdən birinin daha güclü tələffüzü, akustik cəhətdən digər heca və sözlərdən fərqlənməsi vurğu adlanır.
Türk ədəbi dilində vurğunun iki əsas növü var: heca vurğusu və məntiqi vurğu.

Sifətin dərəcələri

  • Türk dili
  • 13 okyabr 2012, 16:18

Azərbaycan dilində olduğu kimi, türk dilində də sifətin üç dərəcəsi var: adi dərəcə; azaltma dərəcəsi; çoxaltma dərəcəsi.
Adi dərəcənin xüsusi şəkilçisi yoxdur. Bu, sifətlərin əsas formasıdır; başqa formalar bundan yaranır:
beyaz, sarı, yeşil, siyah, mavi, lacivert, iyi, kötü.

Azaltma dərəcəsi adi dərəcədəki sifətin əlamət və keyfiyyətinin azlığını göstərir və aşağıdakı şəkilçilər vasitəsilə düzəlir:

a) -(ı) mtrak: mavimtırak, yeşilimtırak, siyahımtırak;
b) -ımsı, -ismi, -umsu, -ümsü; yeşilimisi, morumsu, mavimsi;
c) -rak, -rek: acırak, ekşirek; küçürek, ufarak;

Comments are closed, but trackbacks and pingbacks are open.