Press "Enter" to skip to content

Turk dilinin tarixi

Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından formalaşmışdır. Bu dövrdə çağdaş dilimizin əsas fondu (leksikası) və qrammatik quruluşu müəyyənləşir

Türk Dilinin Dönemleri

Türkçe’nin Tarih İçindeki Dönemleri

Türk dili üzerinde yapılan çalışmalar sonucunda belirlenmiş ve dilin evrimi ve gelişimi hakkında bilgi sahibi olmamızı sağlamıştır. Türk dili, tarihi süreç içinde birçok değişim ve dönüşüm geçirmiştir ve bu dönemler çeşitli özellikleriyle kendini göstermektedir.

1. Altay Dil Birliği Dönemi: ( Ana Altayca Dönemi: MÖ. 5. Yüzyıl)

Altay dil ailesi içinde yer alan Türk dilinin ve diğer akraba dillerin (Moğolca, Tunguzca, Korece, Japonca) bağımsız birer dil olarak henüz teşekkül etmediği dönemdir. Bu dönemle ilgili bilinenler oldukça sınırlıdır. O yüzden bu döneme “Türkçenin Karanlık Dönemi” de denilmektedir.

2. Ana Türkçe Dönemi: (En Eski Türkçe Dönemi: MÖ. 4500-4000 yy.)

Türk dilinin Altaycadan ayrılarak bağımsız bir dil olarak geliştiği dönemdir. Bazı bilginler, bugün Türkçenin eski bir lehçesi olarak değerlendirilen Çuvaşça ve Yakutça’nım ana Türkçeden bu dönemde ayrıldığını iddia ederler.

3. İlk Türkçe Dönemi ( MS. 1-5yy.)

Türkçeden daha sonra ayrılarak bağımsız bir dil haline gelen Hunlar, Bulgarlar, Avarlar ve Hazarların dillerinin henüz Türkçeden ayrılmadığı dönemdir. Türkçenin karanlık çağlarına ait olan dönemler ana hatlarıyla bu şekildedir. Bu dönemlerin sonrasında gelen dönemlere ilişkin bilgilerimiz yazılı kaynaklara dayanmaktadır. Dolayısıyla Türkçenin yazılı tarihinin başladığı dönem Eski Türkçe dönemi olarak adlandırılmaktadır.

4. Eski Türkçe Dönemi (6-13. yy.)

Türkçenin metinlerle ve Türk adıyla takip edilebildiği ilk dönemdir. Türklerin İslamiyeti kabul etmeden önce kullandıkları Türkçeye “Eski Türkçe” denilmektedir. Bu dönem Göktürk Türkçesi ve Uygur Türkçesi olarak ikiye ayrılmıştır. Fakat bilim adamlarından bir kısmı Karahanlı Türkçesini de dahil etmektedir. Türk dilinin yazılı tarihi, 8. yüzyılda Göktürk Devleti‘nin kurulmasıyla başlamaktadır. Bu dönemdeki yazıtlar, Türk dilinin en eski örnekleri arasındadır ve Orhun Abideleri (Göktürk Kitabeleri) olarak adlandırılır. Eski Türkçe Dönemi, Türk dilinin ilk yazılı dönemidir ve sözcüklerin köklerine dayalı bir yapıya sahiptir. Bu dönemdeki eserlerde Türklerin düşünce, mitoloji ve kültürlerine dair önemli ipuçları verilmektedir.

Eski Türkçe dönemi Orhun yazıtları ile Uygur metinlerinin yazı dili olan Göktürkçe ve Uygurcayı içine alan MS 8. yüzyıldan başlayıp 11. yüzyıla kadar devam eden dönemdir. Ancak, bazı Türkologlar Türklerin ilk İslamlık dönemini de bu Eski Türkçe içinde değerlendirmiş, bu dönemi 13. yüzyıla kadar uzatarak Karahanlı Türkçesi dönemini de bu döneme dâhil etmişlerdir.

5. Orta Türkçe Dönemi:

Orta Türkçe Dönemi, Karahanlı Devleti döneminde yaşanmıştır. Bu dönemde Türk dili, İslami kültürle yoğrulmuştur ve Arapça ve Farsça etkisi altında kalmıştır. Bu dönemde yazılan eserlerde Arapça ve Farsça kelimeler sıkça kullanılmış ve dilde karmaşık bir yapı oluşmuştur. Bu dönemdeki eserlerde din, edebiyat, tarih ve hikmet konuları ele alınmıştır.

Uygurca’dan Kıpçakça ve Çağatayca’ya geçiş süreci bu dönemde olmuştur. Bu dönemde Harezm Türkçesi ve Kıpçak Türkçesi ön plana çıkmıştır. Orta Türkçe, Türklerin İslamiyet’i kabul etmesinden sonra Karahanlılar devrinde (840-1212) Kâşgar’da ortaya çıkıp Doğu ve Batı Türkistan’da gelişen, ilk Islami Türk ürünlerinin diline verilen isimdir. Bu dönemde karşımıza çıkan dilde Eski Türkçenin bazı özelliklerine rastlamak mümkündür. Karahanlılar devrinde ortaya çıktığı için bu tarihi lehçeye Karahanlı Türkçesi veya Hakaniye Türkçesi adı verilmiştir. Bu Türkçe eksi Türk yazı dilinden gelişmiştir ve Islami Orta Asya Türk yazı dilinin ilk evresidir.

6. Yeni Türkçe Dönemi

Yeni Türkçe dönemi, 13. yüzyıldan 20. yüzyılın başlarına kadar uzanır. Bu dönemde Osmanlı İmparatorluğu, Türk dilinin gelişiminde önemli bir rol oynadı. Osmanlı İmparatorluğu döneminde Türkçe, Arapça ve Farsça kelimelerle zenginleşti ve Türk dilinin yazı dili haline geldi. Bu dönemde Türkçe, edebiyat dili olarak kullanılmaya başlandı.

Yeni Türkçe Döneminin Özellikleri

13. yüzyılda, özellikle Moğol istilasının sebep olduğu göçler sebebiyle, Türk Dili, biri Harezm bölgesinde diğeri de Anadolu’da olmak üzere ilk defa olarak aynı anda iki yazı diline ayrılmıştır. Bunlardan Harezm Türkçesi, göçler sebebiyle Kıpçak ve Oğuz lehçelerinin özelliklerinden etkilense de esasen Hakaniye Türkçesinin halefi olarak Orta Asya’daki bütün Türklerin ortak yazı dili olma özelliğini muhafaza etmiştir.

11. yüzyıldan itibaren Anadolu’ya gelmeye başlayan, 13. yüzyılda ise bu bölgeleri tamamen Türkleştiren Oğuzların konuştukları lehçe daha önce bir yazı dili olarak kullanılmamıştır. 11. yüzyıldan itibaren Türklerin Orta Asya’da geliştirdikleri ortak yazı dilinden uzak kalan Oğuzlar, bu yeni coğrafyada yeni bir yazı dili yaratmak zorunda kalmışlardır. Oğuzların konuştukları lehçeyi Kuran’ın harekeli yazısını esas alarak yazmağa başlamalarıyla ortaya çıkan bu yeni yazı diline genellikle Eski Anadolu Türkçesi bazı Türkologlara göre de Oğuzca adı verilmektedir. Esasen Türk dili tarihinde iki orijinal yazı dili bulunmaktadır. Bunlardan biri Köktürkçe, diğeri de Eski Anadolu Türkçesidir.

a) Harezm Türkçesi
b) Kıpçak Türkçesi
c) Çağatay Türkçesi
ç) Eski Anadolu Türkçesi
d) Türkiye Türkçesi
e) Azerbaycan Türkçesi

Eski Anadolu Türkçesinin bir diğer kolu Azerbaycan Türkçesidir. Azerbaycan Türkçesi 16. yüzyıldan sonra yazı dili olmuştur. Kendi içinde üç devrede gelişme gösterdiği görülür: Safevi Devresi (16.-18. yüzyıllarda) Avşar, Zend ve Kaçar Devresi (18.-19. yüzyıllarda), Yenileşme Devresi (19.-20. yüzyıllarda). Safevi devresinde Farsçanın büyük baskısı söz konusudur. Şiirlerinde Hatayi mahlasını kullanan Şah İsmail bu devrenin en önemli şahsiyeti kabul edilir. Avşar, Zend ve Kaçar devresinde Farsçanın büyük etkisi dil ve edebiyatta devama etmiştir. Azerbaycan Türkçesi ile yazılan eser sayısı Safevi devresine göre daha azdır.

Günümüz Türkçesi, 20. yüzyılın başlarından itibaren gelişmeye başladı. Mustafa Kemal Atatürk liderliğinde yapılan dil devrimi ile Türkçe, Latin harfleriyle yazılmaya başlandı. Ayrıca Türkçede yabancı kelimelerin kullanımı azaltılarak Türkçenin özgün yapısının korunması hedeflendi. Günümüz Türkçesi, modern dünyanın gereksinimlerine uygun olarak sürekli gelişen ve değişen bir dil olarak kullanılmaktadır.

Türk dili, tarihi boyunca pek çok etkenden etkilendiği için birçok farklı lehçe ve ağız oluştu. Bu nedenle Türkiye Türkçesi, Azerbaycan Türkçesi, Türkmen Türkçesi, Özbek Türkçesi, Kırgız Türkçesi, Kazak Türkçesi gibi çeşitli Türk dilleri bulunmaktadır. Ancak bu farklılıklara rağmen, Türk dili aynı köken üzerinde gelişmeye devam etti ve farklı dönemler boyunca birçok etkene maruz kaldı. Türk dili, İslamiyet’in kabulünden sonra Arapça ve Farsça gibi dillerden de etkilendi. Bu dönemde Türkçe, İslami kültürün etkisiyle zenginleşti ve Arapça ve Farsça kelimeler Türkçeye yerleşti.

Sonraki dönemlerde Türk dili, Moğol istilası ve Timur istilası gibi olaylarla yeniden şekillendi. Moğol İmparatorluğu’nun egemenliği altında Türkçe, Moğolca ve diğer dillerle karıştı ve bu durum Türkçenin gramer ve kelime dağarcığına etki etti. Timur İmparatorluğu döneminde ise Türkçe, Farsça etkisine yeniden maruz kaldı ve Türkçenin yazı dili olarak kullanımı bu dönemde daha da yaygınlaştı.

Osmanlı İmparatorluğu döneminde Türkçe, Arapça ve Farsça ile birlikte yazı dili olarak kullanıldı. Bu dönemde Türkçenin kelime dağarcığına, gramerine ve yazım kurallarına pek çok katkı yapıldı. 1928 yılında Türkiye’de yapılan dil reformu ile Türkçe’nin Arapça ve Farsça kelimelerden arındırılması hedeflenmiş ve Latin alfabesi kullanılmaya başlanmıştır.

Bugün Türkçe, dünya üzerinde en çok konuşulan diller arasında yer almaktadır. Türk dili, dil bilimcilerin çalışma alanı olarak da oldukça önemlidir ve Türk dilinin tarihi, yapısı ve evrimi konusunda birçok araştırma yapılmaktadır.

  • Harezm Türkçesi
  • Kıpçak Türkçesi
  • Çağatay Türkçesi
  • Eski Anadolu Türkçesi ve Eserleri
  • Karahanlı Türkçesi
  • Göktürkçe
  • Uygurca
  • Ön Türkçe
  • Dil
  • Dilin Toplum Hayatındaki Yeri
  • Yapısına Göre Diller
  • Dil Aileleri
  • Dil Öğreniminde Göz Önünde Bulunması Gereken İlkeler
  • Dil ve Düşünce Arasındaki İlişki
  • Dil ve Kültür Arasındaki İlişki
  • Dillerin Doğuşu ile İlgili Kuramlar
  • Dilin Türleri ve Alt Birimleri
  • Dil Bilgisinin Alt Bilim Dalları ve Bölümleri
  • → Türk Dilinin Dönemleri

Türk dilləri ailəsi

İlk dövrlərdə dünya dilləri çox az sayda olub. Zaman keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni dil formalaşmış və formalaşanlarında hər birindən sonralar yenə başqa dillər əmələ gəlmişdir.Bu gün dünyada 3500-dən çox dil var. Bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür. Bir kökdən törəyən dillər qohum dillər adlanır. Qohum dillərin hamısına dil ailəsi deyilir. Qədim ulu türk dili aşağıdakı şaxələrə ayrılır. Oğuz dili, Qıpçaq dili, Qarluq dili, Sibir dili, Çuvaş dili, Saxa (yakut dili) dili.

  • Oğuz dilindən — Azərbaycan, Qaqauz, Türkmən və Türkiyə türkcəsi
  • Qıpcaq dilindən — Qazax, Qırğız, Tatar, Başqırd, Qumuq, Qaraqalpaq və s.
  • Qarluq dilindən — Özbək, Uyğur, salur və s. dillər meydana gəlmişdir.

Bu bölünmə — şaxələnmə milli dillər yaranana qədər davam edir. Dil şaxələrinə dil qrupları da deyilir.

Avropadan Sibirə və Çinə qədər uzanan ərazidə ana dili olaraq 180 milyon insan tərəfindən, ikinci dil olaraq danışanlar da sayılarsa təxminən 250 milyon insan tərəfindən danışılan, 40 ayrı yazı dilinə bölünən, qədim tarixə malik olan bir dil — Türk dilləri vardır. Türk dilləri Altay dilləri ailəsinə aiddir. Ən çox danışılan Türk dili-Türkiyə Türkcəsidir. Daha sonra Azəricə, Özbəkcə, Uyğurca, Kazakca və Tatarca gəlir. Türk dilləri ailəsi kinetik əlamətlər əsasında təsnif edilən ən böyük dil ailələrindən biridir. Bu dil ailəsində 23-dən çox dil vardir. Bu dillər çox ətraflı tədqiq edilmişdir. Türk dilləri ailəsinə daxil olan dillərin xüsusiyyətləri bir çox dilçi alimləri maraqlandırmışdır. Türk dillərinin tədqiqi ilə həm rus və sovet dilçiləri, həm də xarici ölkə alimləri məşğul olmuşlar.

Başqa dil ailələrində olduğu kimi, türk dilləri ailəsinə daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Qohum dillərdəki belə yaxın və oxşar cəhətlər bunların bir ana dildən ayrılıb inkişaf etdiklərini göstərir. Türk dilləri ailəsinə daxil olan dillər bir-birinə yaxınlıq etibarilə başqa dil ailələrindən seçilir. Belə ki, bu ailəyə daxil olan dillər bir-birindən çox az fərqlənir. Məsələn, Hind-Aropa dillərini götürək. Buraya həm rus, həm də erməni dili daxildir. Məlum olduğu üzrə bunlar arasındakı fərq çox böyükdür. Lakin türk dilləri ailəsinin ayrı-ayrı qruplarına daxil olan dillər müqayisə edildikdə çox fərq müşahidə olunmur. Məsələn: Dil sözünü götürək. Azərbaycan dilində bu söz —dil”, Özbək dilində —til”, Qazax dilində —til”, Tatar dilində —dil” kimi işlənir. Türk dilləri ailəsi iki budağa və yarımbudağa bölünür:

A.Türk dillərinin qədim hun budağı

  • Bulqar dilləri qupu,
  • Oğuz dilləri qrupu:
    Oğuz-Bulqar yarımqrupu,
    b.Oğuz-Türk-mən yarımqrupu,
    c.Oğuz-Səlcuq yarımqrupu,
  • Qıpcaq dilləri qrupu:
    Qıpçaq-Poloves yarımqrupu,
    b.Qıpçaq-Bulqar yarımqrupu,
    c.Qıpçaq-Noqay yarımqrupu,
  • Qarluq dilləri qrupu:
    Qarluq-Uyğur yarımqrupu,
    b.Qarluq-Xarəzm yarimqrupu,

B. Türk dillərinin şərqi hun budağı

  • Uyğur-Oğuz dilləri qrupu
    Uyğur-Tukay yarımqrupu
    b.Yaqut yarımqrupu
    c.Xakos yarımqrupu,
  • Qırğız-Qıpçaq dilləri qrupu

Müasir dövrdə işlədilən türk dilləri, əsasən, aşağıdakılardır:

1.Azərbaycan dili. Yer üzündə Azərbaycan dilində 30 milyona yaxın adam danışır.Bu dildən Azərbaycanda, Orta Asiya respublikalarında, Cənubi Azərbaycanda, İraqda və Gürcüstanda ünsiyyət vasitəsi kimi istifadə olunur.

Azərbaycan dili türk dilləri ailəsinin cənub-qərb qrupuna mənsub olmaqla bu qrup daxilində mərkəzi mövqe tutan möhkəm zəmin və geniş nüfuz dairəsinə malik olan bir dildir.Azərbaycan dili Türk dilləri ailəsinə daxil olan müasir dillərdən, xüsusən türk, türkmən və qazax, qismən də qumuq dillərinə normaca daha çox yaxındır.Azərbaycan dilini səciyyələndirən bir sıra xarakterik cəhətləri mövcuddur.Bu xüsusiyyətlər əsasən özünü fonetik, qrammatik və leksik sistemdə göstərir.Məsələn, —ə” saitinin geniş yayılması, söz əvvəlində —h” saitinin işlənməsi, səs düşümü, səs artımı, samit səsləri bəzən qoşalaşması kimi fonetik hadisələr dilimizin fonetik sistemi üçün daha səciyyəvidir.Azərbaycan dilinin morfoloji quruluşunda nitq hisslərinin yeri, hal, kəmiyyət, mənsubiyyət kateqoriyaları, sifətin dərəcələri, say və zərflərin yaranma yolları, felin zəngin kateqoriyaya malik olması və s. başqa türk dillərində müəyyən dərəcədə fərqli xüsusiyyətlərə malikdir.Bu dilin sintaktik quruluşunda özünü gostərən söz birləşmələri, ifadə və ibarələr, çoxkomponentli cümlələr onun xarakterik xüsusiyyətlərindən hesab olunur.

Azərbaycan dili leksikasının əsasını türk mənşəli sözlər təşkil edir.Lakin bununla bərabər burada alınma sözlər təbəqəsi də mövcuddur.Buraya əsasən, ərəb və fars, həmçinin monqol mənşəli sözlər, eyni zamanda rus və avropa dillərinə də aid sözlər daxildir.Azərbaycan dili dünyanın zəngin dillərindən biri kimi vaxtilə Zaqafqaziyanın müxtəlif millətləri arasında başlıca ünsiyyət vasitəsi olaraq geniş yayılmışdi.Məşhur rus şairi M.Y.Lermontov yazırdı: —. mən bir çox dağlar aşdım,… Azərbaycanca öyrənməyə başladım.Həmin dil burada və ümumiyyətlə, Asiyada Fransız dilinin Avropada olduğu qədər zəruri bir dildir.”Alman sairi F.Bodenştet qeyd edir ki, —Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edərdi”.

2.Altay dili. Türk dillərinin Şərqi-Hun qolunun qırğız-qıpçaq qrupuna daxil olan Altay dili Altay diyarının dağlıq Altay Muxtar vilayətində yaşayan əhalinin müasir ədəbi və danışıq dilidir.1948-ci ilədək Oyrot dili adlandırılmışdır.1959-cu il məlumatına görə bu dildə 45300, 1969-cu il məlumatına görə, 49 minə yaxın, 1981-ci məlumatına görə 60 minə qədər adam danışır.Altay dili fundamental şəkildə əsasən Böyük Oktyabr sosialist inqilablarından sonra öyrənilməyə başlanmışdır.Bu dil ən çox Qırğız dilinə yaxındır.Hazırda Altay dilinin əlifbası rus qrafikası əsasındadır.

Başqırd dili. Bu dildə Tatarıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan respublikalarında, habelə ölkəmizin bir sıra diyar və vilayətlərində danışan başqırdlar mövcuddur.1969-cu il məlumatına görə, 1 milyon 300 minə yaxın adam bu dildə danışır.Bu dil Tatar dilinə daha çox yaxındır.Başqırd əlifbası əvvəlcə ərəb, sonra latın, 1940-cı ildən isə kiril qrafikası əsasında meydana çıxmışdır.

Qaqauz dili. Ukrayna, Moldoviya, Orta Asiya və Qazaxıstanda, habelə Bolqarıstan və Ruminiyada yaşayan qaqauzların dilidir.Bu dil, əsasən,XIX əsrin ikinci yarısından etibarən öyrənilməyə başlanmışdır. XIX əsrdən Rusiyada yaşayan qaqauzların yazılı dili rus qrafikasında aparılır.

Qazax dili. Qazaxıstan, Orta Asiyada, habelə Çində, Monqolustanda və Əfqanıstanda yaşayan qazaxların milli dilidir.Bu dildə 6 milyondan çox əhali danışır.Qazax dilinin öyrənilmə tarixi M.Qaşqarlının —Divani-lüğətit-türk” əsərindən başlan-mışdır.Qazax dilinin əlifbası əvvəlcə ərəb, 1929-cu ildən latın, 1940-cı ildən isə rus qrafikası əsasında aparılmışdır.

Qaraqalpaq dili. Özbəkistanda, Xarəzmdə, Fərqanə vilayətlərində, Astraxan vilayətində, habelə Əfqanıstanda yaşayan qaraqalpaqların dilidir.Qaraqalpaq dilinin tədqiqi əsasən sovet hakimiyyəti illərindən aparılmağa başlanmışdır.1969-cu ildəki si-yahyalmanın məlumatına görə onların miqdarı 390 min nəfər-dir.Qaraqalpaq dilinin əlifbası 1928-ci ilədək ərəb, 1940-cı ilədək latın, 1940-cı ildən sonra isə rus qrafikası əsasında yaradılmışdır.

Qaraçay-Balkar dili. Bu dil iki etnik qrupu birləşdirir: qaracay və balkarlar.Qaraçaylar, əsasən, Qaraçay-Çərkəz Muxtar vilayətində, Balkarlar isə Kabardada yaşayırlar.Qaraçay və balkarların bir hissəsi isə Qırğızıstan, Qazaxıstan və Özbəkistanda yaşayır.Onların miqdarı 200 min nəfərdən çoxdur.Qaraçay-balkar dili əsrimizin 20-ci illərindən sonra tədqiq olunmağa başlamışdır.Bu dilin əlifbası rus qrafikası əsasında yaradılmışdır.

Qırğız dili. Əsasən, Qırğızıstanda, daha sonra Özbəkistanda, Tacikistanda, Qazaxıstanda, habelə Çində, Monqolustanda, Əfqanıstan və Pakistanda yaşayan 2 milyondan çox əhalinin dilidir.Qırğız dili fonetik və leksik xüsusiyyətlərinə görə Altay dilinə daha yaxındır.Müasir qırğız ədəbi dilinin formalaşması Sovet hakimiyyəti illərinə təsadüf edir.1926-cı ilədək ərəb, sonra latın, 1940-cı ildən etibarən isə rus qrafikası əsasında yeni əlifbadan istifadə olunur.

Qumuq dili. Dağıstanda yaşayan qumuqların dilidir.Bu dildə Çeçen-İnquş və Şimali Osetiyada yaşayan qumuqlar da da-nışır.Hal-hazırda bu dildən 250 minə qədər adam istifadə edir.Qumuq dilinin sistemli və elmi şəkildə tədqiqi H.K.Dmitriyevlə başlanmışdır.Başqa türk dilləri kimi qumuq dili də ərəb qrafikası bazası əsasında Böyük Oktyabr sosialist inqilabından sonra yaranmış, sonra latın qrafikasına, 1939-cu ildən rus qrafikasına keçilmişdir.

Yakut dili. Yakutda yaşayan yakutların dövlət dilidir.Yakutlar eyni zamanda Krasnoyarsk diyarının Taymır və Evenki milli dairələrində, habelə Maqadan, Saxalin və Amur vilayətlərində də yaşayırlar.Bu dildə danışanların ümumi sayı hal-hazırda 300 mindən artıqdır.Yakut dilinin öyrənilməsinə XIX əsrin ikinci yarısından başlanılmışdır.1922-24-cü illərdə yakut dilinin əlifbası beynəlxalq transkripsiyaya əsaslanmış, 1924-39-cu illərdə yazıda latın əlifbasına keçilmiş, 1939-cu ildən rus qrafikası əsasında yaranmış əlifbadan istifadə olunur.Müasir yakut ədəbi dili özünün ən yüksək inkişaf mərhələsində fəaliyyət göstərir.Hal-hazırda bu dildə elmi, ictimai-siyasi və bədii ədəbiyyat, qəzet və jurnal nəşr olunur.

Karaim dili. Litvada, Ukraynada, Moskva, Rostov və s. şəhərlərdə dağınıq halda yaşayan karaimlərə məxsusdur.Karaim-lərin bir hissəsi də Polşada yaşayır.Karaimlərin hal-hazırda xüsusi əlifbası yoxdur.Ona görə də onlar hazırda Litva və rus ədəbi dillərindən istifadə edir, bu dillərin əlifbasında yazıb yaradırlar.Karaim dili isə danışıq dili kimi yaşamaqdadır.

Noqay dili. Stavropol diyarında və Qaraçay-Çərkəz vilayətində, Həştərxan vilayətində, Krasnodar vilayətində və Dağıstanda yaşayan noqayların danışıq və yazılı ədəbi dilidir.Bu dildə təxminən, 60 mindən çox adam danışır.Noqay dilinin tədqiqinə sovet dövründə başlanmışdır.Bu dilin öyrənilməsində N.A.Baskakovun rolu böyükdür.
Noqay ədəbi dili və yazısı Böyük Oktyabr inqilabından sonra inkişaf etmişdir.İnqilaba qədər noqayların bir hissəsi yazıda ərəb əlifbasından istifadə etmişdir.1938-ci ildən rus qrafikası əsasında yaradılmış əlifba qəbul edilmişdir.Hazırda noqay dilində orta məktəblər üçün dərsliklər, rayon qəzetləri, bədii və ictimai-siyasi ədəbiyyat nəşr olunur.

Özbək dili. Özbəkistanda yaşayan özbəklərin dilidir.Öz-bək dilində danışanlara Özbəkistandan başqa Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistanda, habelə Çində və Əfqanıstanda rast gəlinir.Hazırda bu dildə 14 milyondan çox adam danışır.

1927-ci ilə qədər özbək dilinin əlifbası ərəb qrafikası əsasında aparılırdı.1927-1938-ci illərdə onlar latın əlifbasından istifadə etmişlər.1939-cu ildən isə özbək dilinin yazısında rus qrafikası əsasında yaradılmış əlifbadan istifadə olunur.Hazırda müasir özbək ədəbi dilində külli miqdarda bədii-elmi və ictimai-siyasi ədəbiyyat nəşr olunur.

14.Salar dili. Çində yaşayan salarların dilidir.Mövcud ədəbiyyatda salar dili həm müasir uyğur dilinin bir dialekti kimi, həm də müstəqil dil kimi verilir.Salar dili müstəqil dil kimi son zamanlarda tədqiqə cəlb olunmuşdur.Bu dilin elmi tədqiqi E.R.Tenişevin adı ilə bağlıdır.Salar dili əsas etibarilə canlı danışıq dilindən ibarətdir.Bu dilin özünün əlifbası yoxdur.

Tatar dili. Tatar xalqının milli dilidir.Bu dildə danışan tatar xalqı, əsasən Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Moldovada, Qorki, Tambov, Penza, Ryazan, Ulyanovsk, Samara, Sara-tov, Omsk, Tomsk, Tumen vilaytlərində yaşayırlar.Bunlardan başqa Ruminiya, Bolqarıstan, Polşa, Türkiyə və Çin dövlətlərində də tatar dilli əhali yaşayır.Hazırda tatarların ümumi miqdarı 6 milyon nəfərdən çoxdur.Bəzi ədəbiyyatda bu dil Kazan-tatar dili adı ilə də verilir.Tatar dili fundamental şəkildə Böyuk Oktyabr inqilabından sonra tədqiq olunmağa başlamışdır.Bu dilin əlifbası 1927-ci ilə qədər ərəb, 1927-ci ildən 1939-cu ilə qədər latın, 1939-cu ildən isə rus qrafikası əsasında aparılmışdır.

Tofalar dili. Krasnoyarsk diyarında yaşayan kiçik bir etnik qrupun dilidir.Bu dilə Karaqas dili də deyirlər.Fonetik və qrammatik xüsusiyyətlərinə görə tuva dilinə daha çox yaxındır.Bəzən mövcud ədəbiyyatda bu yaxınlığa görə tofalar dilini yuva dilinin bir dialekti də qeyd etmək meyli vardır.Tofalar dilinin yazısı yoxdur.Onlar əsasən rus ədəbi dilindən istifadə edirlər.

Tuva dili. Tuvada yaşayan tuvaların dilidir.Tuva xalqının bir hissəsi isə Krasnoyarsk vilayətində və Monqolustanda ya-şayır.Ümumiyyətlə bu dildə yer üzündə 170 minə qədər adam danışır.Tuva dili əsasən sovet dövründə yazıya malik olmuş və bir ədəbi dil kimi çox sürətlə inkişaf etmişdir.Hazırda bu dilin əlifbası rus qrafikasına əsaslanır.Müasir Tuva ədəbi dilində külli miqdarda bədii, elmi, ictimai-siyasi ədəbiyyat, qəzet və jurnallar nəşr olunur, radio və televiziya verilişləri aparılır.

Türk dili. Türkiyə dövlətinin dilidir.Bundan əlavə hər iki Almaniyada, Bolqarıstanda, Yuqoslaviyada, Kiprdə, Yunanıstanda, İranda, Afrikada və Avstraliyada yaşayan türklər də bu dildə danışır.1924-cü ilə qədər bu dil Osmanlı dili adlanırdı.Türk dilinin tədqiqi tarixi 16-cı əsrə təsadüf edir.Avropa alimləri bu dövrdə Türk dilinin qrammatikasını hazırlamağa səy göstərmişdir.
1928-ci ilə qədər türk dilinin əlifbası ərəb qrafikasına uyğun idi.1929-cu ildən etibarən latın əlifbasına keçilmişdir.

Türkmən dili. Türkmənistanda yaşayan türkmənlərin milli dilidir.Türkmənlər dünyanın bir çox ölkələrində, o cümlədən İranda, Əfqanıstanda, Türkiyədə, Suriya və İordaniyada da yaşayırlar.Bu dilin tədqiqinə əsasən XX əsrin əvvəllərindən başlanılmışdır.nLakin türkmən dilinin əsl elmi tədqiqi ancaq Sovet hakimiyyəti dövründə sürətli vüsət almışdır.Türkmən dilinin əlifbası da 3 dəfə dəyişikliyə məruz qalmışdır.Ərəb, latın və rus qrafikası əsasında yaradılmış türkmən dili əlifbası bu dilin inkişafı üçün əlverişli şərait yaratmışdır.

Uyğur dili. Yeni uyğur dili Orta Asiya və Qazaxıstanda, habelə Çin Xalq Respublikasında yaşayan uyğurların milli dilidir.Bu dilin öyrənilmə tarixi XIX əsrdən başlanmışdır.Uyğurların rus qrafikası əsasında əlifbası mövcuddur.Çindəki uyğurlar isə ərəb əlifbasından istifadə edirlər.

Xakas dili. Xakasda habelə Yenisey çayı sahillərində yaşayan Xakaz xalqının dilidir.Xakas dilinin əsaslı şəkildə öyrənilməsi son dövrlərə təsadüf edir.Bu dilin ilk əlifbası rus qrafikası əsasında olmuşdur.1929-cu ildə həmin əlifba latın qrafikası ilə əvəz olundu.1939-cu ildə xakaslar yenidən rus qrafikasına keçdilər.Müəyyən olunmuşdur ki, xakas dilinin xüsusiyyətlərini rus qrafikası daha düzgün əks etdirir.

Çuvaş dili. Çuvaşda yaşayan çuvaş xalqının milli dilidir.Çuvaşların müəyyən faizi Tatarıstan və Başqırdıstanda habelə Samara və Ulyanovskda məskən salmışdırlar. XVIII əsrin ikinci yarısından etibarən yazılı ədəbi dil kimi formalaşmağa və tədqiq olunmağa başlamışdır.Məşhur çuvaş maarifçisi və yazıçısı İ.Y.Yakovlev 1873-cü ildə rus qrafikası əsasında çuvaş dilinin əlifbasını yaratmışdır.Müasir çuvaş ədəbi dilində ali və orta məktəblər fəaliyyət göstərir, geniş miqyasda bədii və elmi ədəbiyyat nəşr olunur.

23.Şor dili. Şimali Altay və Kuznetsk Altay, Xakas və Dağlıq Altay vilayətləri ilə həmsərhəd olan Ton çayı sahillərində yaşayan Şorların dilidir.Şor dili türk dilləri ailəsinə daxil olan bir dil kimi Sovet hakimiyyəti illərində tədqiq olunmuşdur.Bu dilin əsas tədqiqatçısı N.P.Drenkovadır.

Dillərin geneoloji təsnifi sahəsində tədqiqatlar hələ də davam edir.Demək olar ki, dünya dilçiliyində indiyədək aparılmış ge-neoloji təsnifə Yer üzündə mövcud olan bütün dilləri tam əhatə edə bilməmişdir.Elə dillər vardır ki, onları indiyədək heç bir mövcud dil ailəsinə və qrupuna daxil etmək mümkün deyildir.Bu cəhətdən yapon, koreya, alban, yunan və başqa dillərin digər dillərlə tarixi qohumluq əlamətlərini öyrənib aşkara çıxarmaq müasir dilçiliyin qarşısında bir problem olaraq qalmaqdadır.

M.Qaşqarlı: —Dərdini dinlədə bilmək və türklərin könlünü almaq üçün onların dilləri ilə danışmaqdan başqa yol yoxdur”.

Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olub. Zaman keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla dil formalaşmış, formalaşanda da hər birindən yenə başqa dillər əmələ gəlmişdir. Bu gün dünyada 3500-dən çox dil var. Bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür.

Bir kökdən törəyən dillərə qohum dillər deyilir.Qohum dillərin hamısı birlikdə dil ailəsi adlanır.

Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk dilləri ailəsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu.

Dilimiz oğuz qrupuna daxildir. Türk (Türkiyə türkcəsi), türkmən, qaqauz dilləri də oğuz qrupuna daxildir. Qazax, qırğız, tatar, başqırd, qumuq dilləri qıpçaq qrupuna aiddir. Qarluq qrupuna isə özbək, uyğur, salur və s. dillər daxildir.

Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və qrammatik quruluşu həmin dövrdə formalaşmışdır.

Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından formalaşmışdır. Bu dövrdə çağdaş dilimizin əsas fondu (leksikası) və qrammatik quruluşu müəyyənləşir

Dünyada nə qədər azərbaycanlı yaşayır? — Almaniyada yaşayan soydaşımız Əli xan İqbal bu suala cavab vermək məqsədilə araşdırma aparmışdır. Bütün dünyada azərbaycanlıların ümumi sayı 48.703. 575 nəfər təşkil edir Azərbaycan dilində dünyanın 85 ölkəsində danışılır. 45 milyondan artıq adam bu dildə danışır, talışlar, tatlar, ləzgilər və başqa xalqlar da ikinci dil kimi istifadə edirlər.

Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə

  • Teqlər:
  • türk dili
  • , türk dil ailəsi
  • , dil ailəsi

Turk dilinin tarixi

TURK DILININ TARIXI

Türk dilinin tarixi

Azərbaycan dilinin tarixi ümumilikdə türk dili tarixinin bir hissəsi olduğundan onun keçmişi haqqında tam məlumat almaq üçün türk dilinin tarixinə diqqət yetirmək lazımdır.
Son dövrün araşdırmalarına görə, türklər və türk boyları haqqında məlumatlara e.ə. III-II minilliyin qaynaqlarında rast gəlinir. Ancaq bəzi arxeoloji və paleontoloji bilgilərə görə, türklər e.ə. IX-VIII əsrlərdə artıq tarix səhnəsinə çıxmışdılar. Tarixə dəyişik boy, qəbilə, soy adları ilə çıxan, eyni kökə bağlı, dil, din, irq və mədəni birliyini qoruyan bu etnos təbii ki, türk adını da çox qədimdən bəri yaşatmaqdadır. Tam dəqiq olan budur ki, türk adını daşıyan bu etnos V-VIII əsrlərdə müasir Monqolustan ərazisində Göytürk xaqanlığını qurmuşlar. Mərkəzi Monqolustanda olan Göytürk xaqanlığı qərb tərəfdən Orta Asiyanı birləşdirən, sərhədləri Qara dənizə qədər uzanan böyük xaqanlıq olmuşdur.
Türklərə aid tarixi faktlardan biri də budur ki, onlar daha çox birləşdirici və hakim funksiyasını yerinə yetirən xalqın adı ilə tanınmışlar. Məsəslən, Kimmer, Kemer (Qəmər) boyunun hakimiyyəti ələ almasıyla Kimmer dövləti, iskitlərin Kimmerləri sıxışdırıb Qara dəniz bölgəsinə çıxartması ilə dövlət İskit-Sarmat dövləti olaraq tanınmağa başlamışdır. Hun dövlətini quran sülalə də həm dövlətə, həm də millətə öz adını vermişdir. Göytürkləri süquta yetirən uyğurlar da bu yolla gedərək Türk adının yerinə öz soy adlarına üstünlük vermişdirlər. Məhz bunun nəticəsində Türk dövlətçiliyi açıq şəkildə Avropa, Çin, İran dövlətçiliyindən fərqlənmişdir. Fərqli sülalələrin Hun dövründə, Çin qaynaqlarında So, Se, Assur qaynaqlarında Aşğuzay, yunan xronikalarında İskit, farslarda Saka şəklində fərqli adlar almaları sanki hər birinin yeni bir xalq kimi tarix səhnəsinə çıxmasına səbəb olmuşdur.
Türk tarixi ilə bağlı son dövr tədqiqatlarda türk adının çox qədim olduğu bildirilir. E.ə. 2000-ci ildə Akkad qaynaqlarında Urmiya gölü ətrafında yaşayan Turukilərdən bəhs edilir. Onlar Akkadlarla vuruşmuşlar və Aratta ərazisində yaşamışlar. E.ə. I əsrdə Qafqazda yaşayan və yunan qaynaqlarında “turukete” şəklində qeyd olunan türklərdən söhbət açılır. Göstərilir ki, onlar həm görünüşləri ilə, həm də yaşam təzinə görə farslardan və İber-Qafqaz xalqlarından seçilirlər.
Tövratda o zamankı xalqların adlarını göstərən etnik göstəricidə (e.ə. VIII əsrdən İsanın doğumuna qədər olan dövrü əhatə edir) orta əsrlərdə Dəşti-Qıpcaq adlandırılan indiki Rusiya çöllərində yaşayan xalqlar Tokamar və ya Tokaram adlanır. İudaizmi (Musəviliyi) qəbul edən Xəzər türklərinin yuxarı təbəqəsi də Tövrata sadiq qalaraq türk adını Tokaram şəklində işlətmiş, özlərini də Tokaramoğulları adlandırmışlar. X əsrdə Xəzər xaqanı İosif yəhudi Hasday İbn Safrutun suallarına cavab verərkən xalqının Yafəsin oğlu Tokaramdan gəldiyini söyləmişdir.
E.ə. III əsr və eramızın I-IV əsrlərinə aid gürcü və erməni qaynaqlarında Qafqazda yaşayan digər kiçik İber-Qafqaz və hind-Avropa xalqları ilə bərabər türk qövmlərindən haylantürklər, buntürklər, ayrıca olaraq varsaqlar, bulqarlar, bayındlrlar, arsakılar və b. haqda məlumatlara geniş yer verilmişdir.
4000 illik yaşı olan türk dilinin tarixi müxtəlif yönümlərdən təsnif edilsə də, son tədqiqatlarda aşağıdakı kimi bölünür:

1. Altay və ya prototürk dövrü
2. Ana və ya əski türkcə dövrü
3. Orta türkcə dövrü
4. Yeni türk ləhcələri və dilləri dövrü

1. Altay və ya prototürk dövrü

E.ə 9000-ci ildən eramızın V əsrinə qədər davam etmişdir. Bu dövr əsasən iki dövrə ayrılır: hunlara qədərki dövr və hun dövrü. Prototürkcəyə aid yazılı abidə olmasa da, yeganə örnək İskit (Hun) hökmdarlarının (Tumen, Qyunçen, İçjise, Uvey, Xuluqu və s.) adlarıdır. Bundan başqa, prototürkcəyə aid edilmə ehtimalı olan dillər bunlardır: Etruskca, İskitcə (və ya Hunca), Şumercə, Bulqarca və s.

2. Ana və ya əski türk dili dövrü

Eramızın VI-X əsrlərinin əhatə edir. Əski tükcə dövrü iki qola ayrılır:
a) Orxon-Yenisey abidələrinin dilini və V-VIII əsrləri əhatə edən Göytürk dövrü.
b) VIII-X əsrləri əhatə edəb uyğur dövrü.

Türk dili tarixinin ən çox öyrənilən və ən zəngin dil örnəkləri olan dövrü bu dövrdür. Dildə, demək olar ki, yad ünsürlərə rast gəlinmədiyindən bu dönəmi “Saf türkcə” dönəmi adlandırnaq olar.

3. Orta türkcə dövrü

XI-XVI əsrləri əhatə edir. Orta türkcə dövrününü ən önəmli hadisəsi türklərin İslam dinini qəbul etməsi və bu səbəbdən türk dilinə ərəb, fars və s. dillərdən kəlmələr keçməsidir. Orta türkcəyə daxil olan dönəmlər bunlardır:

a) Qaraxanlı dönəmi
b) Xarəzmşahlar dönəmi
c) Cağatay dönəmi
ç) Əski Anadolu türkcəsi dönəmi
d) İran ərazisində istifadə olunan oğuzca
e) Qızıl Orda, Misir və Suriyada yazı dili olan qıpcaqca

Orta türkcə dövrünün (Qaraxanlı dönəminin) ən böyük hadisəsi M. Kaşğari və onun “Divani lüğət-it türk” əsəridir. Türkologiyaya ilk fundamental töhfə olan “Divani lüğət-it türk” hələ də öz əzəmətli nüfuzunu qoruyub-saxlamaqdadır. Son məlumatlara görə, müəllif əsərini dörd dəfə düzəltdikdən sonra 1073-1074-cü illərdə tam bitirmiş və bəzi məlumatlara görə 1077-ci ildə ərəb xəlifələrindən Möhtədilə təqdim etmişdir. Ehtimal olunur ki, M.Kaşğarinin türk dilinin qrammatikasına aid başqa əsəri də olmuş (“Cəvahirun-nəhv fi lüğət-it türk”), lakin təəssüf ki, dövrümüzə qədər gəlib çatmamışdır. “Divani lüğət-it türk” əsəri ərəblərə türk dilini öyrətmək məqsədilə qələmə alınmışdır. M.Kaşğari türkcə kəlmələri daha yaxşı anlatmaq üçün atalar sözlərinə, dördlüklərə və s. geniş yer vermişdir. Ayrıca əsərdə toponimlərin, o zaman bəlli olan türk qövmlərinin adlarının və saylarının yer alması və bunların türkcə olması əsərin ən qiymətli keyfiyyətlərindən biridir. “Divani lüğət-it türk”də XI əsr türk dilləri haqqında, demək olar ki, müfəssəl məlumat verilmişdir. Qeyd edək ki, M.Kaşğari ilk dəfə olaraq türk dillərini təsnif etmişdir. O, coğrafi və qismən də fono-morfoloji baxımdan türk dillərini şərq və qərb ləhcələrinə ayırmışdır. Şərqi türk ləhcəsinə çiğil, yağma, toxsı və uyğurlar, qərb ləhcəsinə oğuz, qıpcaq, bulqar və suvarlar daxildir. Müəllifə görə, türk ləhcələrini saf və qarışıq olmaq üzrə də təsnif etmək olar. Məsələn yağma, qırğız, qıpcaq, oğuz və s. saf türkcədir. Qarışıq olanlar fars dilinin təsirində olanlardır. Soğdi (soğdak), kancak, argu belə qarışıq ləhcələrdəndir.
4. Yeni türk ləhcələri və dilləri dövrü
XVI əsrdən günümüzə qədər olan dövrü əhatə edir. Bu dövr daha çox türk dillərinin tam diferensiallaşması, müstəqil dillər kimi özünəməxsus ədəbi dil xüsusiyyətləri qazandığı dövrdür. Eyni zamanda bu dövrün ən mühüm dil hadisələrindən biri də bəzi tayfa birliklərinin digər dil birlikləri içərisində əriməsi, qaynayıb-qarışmasıdır. Belə ki, ərəb ölkələrindəki qıpçaq tayfaları (əsasən məmlük türkləri) oğuzlarla, oğuzların bir qismi karluq-uyğur və qıpçaq tayfaları ilə eləcə də karluq oğuzlarla, qıpçaqlar da öz növbəsində karluqlarla qaynayıb qarışdılar.
Oğuz tayfaları qədim səlcuq, qədim türkmən və qədim bulqar tayfaları əsasında bir neçə qədim və müasir dilin yaranmasında iştirak etmişdir: qədim Azərbaycan, qədim osmanlı, qədim türkmən, Azərbaycan, türk, türkmən və qaqauz dilləri bu yaranışın nəticəsidir.

Baş metodist Şəbnəm Babaşova

Comments are closed, but trackbacks and pingbacks are open.