Türk dilləri ədəbiyyatı
S.cəlilovun Axısqa türklərinin dilinin morfologiyasına aid bir neçə məqalə çap etdirmişdir [109, №1, 1982, s. 122-128].
Türk ədəbiyyatı
Türklərin ana vətəni Orta Asiyadakı mədəni yaradıcılığının hamısı bu günə qədər gəlib çıxmayıb. Türk dilində ilk yazılı əsərləri 6-cı əsrdən qaldığını nəzərə alsaq bu dövrün ədəbiyyatı ilə bağlı əsas sənədlərin əldə olmadığını deyə bilərik.
Şifahi ədəbiyyat
Mahmud Kaşğari nin 11-ci əsrdə yazdığı “Divanü Lüğat-it-Türk” (Türk dilləri Sözlüyü) adlı kitabında dövrün şifahi əsərləri yazılı şəkildə özünə yer tapıb. Şifahi ədəbiyyat ənənəsində şeir ilk yerdə durur. Kam, baksı, ozan, şaman adlandırılan ilk şairlər qopuz deyilən simli bir alətin müşayiəti ilə şeirlərini səsləndirirdi. Aprınçur Tigin, Çuçu, Kül Tarkan, Çisuya Tutunq, Asıq Tutunq Sunqku Seli və Kalim Keyşi əsərlərindən nümunələr olan ilk şairlər arasındadır.
Yazılı ədəbiyyat
İlk türkcə yazılı əsərlər 6-cı əsrdən qalan Yenisey yazıları və 8-ci əsrdən qalan Orxun yazılarıdır. Xüsusi ilə Şer dilində yazılmış olan Orxun yazıları türk dünyasının ümumi yaşamı, mədəniyyət və sənət sahəsində müxtəlif istiqamətlərdən əngin bilgilərlə boldur.
İslamın təsirindən meydana gələn türk ədəbiyyatı
Qaraxanlı hökmdarı Satuk Uğra xanın 10-cu əsrdə İslam dinini qəbul etməsindən sonra türk dünyası yeni bir mədəniyyət mühitinə daxil olmağa başladı. Qərbə köç edən türk tayfaları bu mədəniyətin təsirlərini ədəbiyyat dünyasına da gətirdilər. Mahmud Qaşqarlı Divani Lüğətit Türkü ərəblərə türkcə öyrətmək məqsədi ilə hazırladı. Yusif Has Hacib İslam ölkələrini ehtiva edən bir dövlət fəlsəfəsini Kutadqu Bilik (11-ci əsr) adlı əsərində işləyib hazırladı. Əlişir Nəvai cığatayca zəngin bir mədəni və sənət dili yaratdı. Anadoluya gələn türk tayfaları burada yeni bir ədəbiyyat ənənəsinin formalaşmasında böyük rol oynadılar. Anadoluda ilk nümunələrini 13-cü əsrdən başlayaraq yarcndığı qəbul edilən bu ədəbiyyat ənənəsi iki sahədə inkişaf etmişdir:divan ədəbiyyatı və xalq ədəbiyyatı.
Divan ədəbiyyatı: Osmanlı dövründə xüsusilə mədrəsədə təhsil alanların ərəb və daha çox fars ədəbiyyatı nümunəsində inkişaf etdirdikləri ədəbiyyat ənənəsi ümumi olaraq “Divan ədəbiyyatı” adı ilə öyrənilir. Buna “zümrə ədəbiyyatı”, “ümməti çağı türk ədəbiyyatı” adını verənlər də var. Divan ədəbiyyatının yarandığı dövrdə (13-15-ci əsrlər) fars təsirləri üstünlük təşkil edirdi. İlk şairlər (Əhmədi Dai, Kadi Bürhanəddin, Şeyxi) əsasən dini şeirlər yazırdı. Keçid dövründə (15-16-cı əsrlər) saray və onun ətrafında olanlar bu növ ədəbiyyatı xüsusi ilə dəstəkləmirdi. Divan ədəbiyyatının inkişaf dövründə (16-18-ci əsrlər) təsir dövründən müstəqil yaradıcılıq dövrünə qədəm qoyulduğu müşahidə olunur. Klassik formalara yerli əsasların uyğunlaşdırılmasına cəhd göstərilir,yeni tərzlər, xüsusilə də “Şebki Hindi” adlanan bir şeir tərzi yaradılmışdı (Məhəmməd Füzuli, Baqqi, Bağdadlı Ruhi, Yusif Nabi, Nəfi,Nədim, Şeyx Qalib, Övliya Çələbi, Naima, Veysi, Nərgisi)
Xalq ədəbiyyatı: Müəllifləri məlum olmayan və ya bilinməyən xalq hekayələri, nəğmələri, maniləri, atalar sözləri, tapmacalar, oyunlərı xalq ədəbiyyatının bir hissəsini yaradır. Təkkə ədəbiyyatı xalq ədəbiyyatının dini formalı növüdür. Təkkə şeirləri ilahi, nəfəskim xüsusi bəstələrlə oxunurdu. Bu ədəbiyyatın dili ərəb və farsca olsa da asan başa düşülürdü. Dördlük nəzm forması və heca ölçüsü sonuna qədər istifadə olunmuşdur. Bu ədəbiyyatın ən önəmli nümayəndələri Yunus Əmrə, İmadəddin Nəsimi, Qayğusuz Abdal, Hacı Bayram Vəli, Şah İsmayıl Xətai, Pir Sultan Abdal dır.
Xalq ədəbiyyatının bir başqa sahəsi olan aşıq ədəbiyyatı 16-cı əsrdən günümüzə qədər olan bir dövrü əhatə edir. Aşıq deyilən xalq ozanları adətən sazları ilə Anadolunu gəzərək həm bir ənənə yaratmış, həm də var olmağa çalışmışdılar. Qaracaoğlan, Aşıq Ömər, Gövhəri, Dərdli, Ərzurumlu Əmrah, Bayburdlu Zehni, Rühsəti, Sümmani, Aşıq Veysəl, Əli İzzət Ozkan ı onlara nümunə göstərmək olar.
Qərb təsiri nəticəsində formalaşan türk ədəbiyyatı
Türk (Osmanlı) toplumunda 18-ci əsrdən sonra qərb mədəniyyətini mənimsəmək istiqamətində bir sıra işlər görülmüşdür. Hərbi və siyasi sahədəki inkişaf bir müddət sonra ədəbiyyata də təsir göstərməyə başladı. Xüsusən də qərbi görən və bura ilə yaxından tanış olan ədəbiyyatçılar yeni bir ədəbiyyatın ilk müjdəçiləri oldular. Qərb təsiri nəticəsində formalaşan türk ədəbiyyatının başlanğıcı kimi Tərcümani Əhval (1860) qəzetinin nəşri qəbul edilməkdəir. Çünki bu qəzet rəsmi, ya da yarı rəsmi bir orqan deyil, özəl şəkildə dərc edilən ilk türk qəzeti idi. Belə bir şəkildə başladığı qəbul edilən yeni dövr ədəbiyyatı aşağıdakı dövrlər üzrə öyrənilir: Tanzimat dövrü, Sərvət-i Fünun dövrü, Fecr-i Ati dövrü, Milli ədəbiyyat dövrü, Cümhuriyyət dövrü və sonrakı dövr.
- 1. Tanzimat ədəbiyyatının aparıcı nümayəndələri
Namiq Kamal, Şinasi, Əhməd Midhad, Ziya Paşa, Mahmud Əkrəm, Əbdülhalq Həid Sami Paşazadə Sezai və başqaları
- 2. Sərvət-i Fünun ədəbiyyatının aparıcı nümayəndələri
Recaizade Mahmud Ekrəm, Tofiq Fikrət, Cənab Şəhabəddin, Xalid Ziya Uşaqlıgil, Mehmet Rauf və başqaları
- 3. Fecr-i Ati ədəbiyyatının aparıcı nümayəndələri
Əhməd Həşim, Emin Bülend Serdaroğlu, Hamdullah Sübhi Tanrıöyər, Fuad Köprülü, Yaqub Qədri Qaraosmanoğlu və başqaları
- 4. Milli ədəbiyyatın aparıcı nümayəndələri
Ömər Seyfədin, Mehmed Akif Ersoy, Xalide Edip Adıvar, Rəşad Nuri Güntəkin və başqaları
- 5. Cümhuriyyət və sonrakı dövr ədəbiyyatının aparıcı nümayəndələri
Ziya Osman Səba, Yaşar Nəbi Nayir, Nazim Hikmət, Orxan Vəli Kanık, Oktay Rifat, Cahid Qüləbi, Hüseyn Rəhmi Günpinar, Peyamr Safa, Kamal Tahir, Əziz Nesin, Necati Cümali, Selim İleri, Fakir Baykurt və başqaları.
İstinadlar
- ↑ Vəli Osmanlı. “Qədim türk ədəbiyyatı” (VI-X əsrlər). Bakı, “Sabah”, 2008. [ölü keçid]
Xarici keçidlər
- Ramil Əliyev (23 noyabr 2013). “Türkiyə ədəbiyyatı”. Azərbaycan Milli Kitabxanası (azərb.). anl.az . İstifadə tarixi: 2014-11-15 .
Avqust 12, 2021
Ən son məqalələr
Daşnaksutyun
Daşnaksütun
Daşnaksütyun
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur
Daşnaktsutyun
Daşnov
Daşagil gölü
Daşaltı
Daşaltı əməliyyatı
Daşaltı (Qoşaçay)
Ən çox oxunan
Jensia
Jenşen (cins)
Jeopardy!
Jerar Daniel Vestendorp
Jerar Dezarq
türk, ədəbiyyatı, qədim, dövrdən, günümüzədək, türk, xalqının, ədəbiyyatı, mövzuya, dair, məqalələrin, siyahısıtürkiyə, mədəniyyətitürk, mədəniyyəti, tarix, ədəbiyyat, dillər, təsviri, incəsənət, memarlıq, kinematoqrafiya, televiziya, mətbəx, təhsil, musiqi, b. Turk edebiyyati Qedim dovrden gunumuzedek turk xalqinin edebiyyati 1 Movzuya dair meqalelerin siyahisiTurkiye medeniyyetiTurk medeniyyeti Tarix Edebiyyat Diller Tesviri incesenet Memarliq Kinematoqrafiya Televiziya Metbex Tehsil Din Musiqi Bayramlar Elm Turkiye portalibmr Mundericat 1 Islamdan evvelki turk edebiyyati 1 1 Sifahi edebiyyat 1 2 Yazili edebiyyat 2 Islamin tesirinden meydana gelen turk edebiyyati 3 Qerb tesiri neticesinde formalasan turk edebiyyati 4 Istinadlar 5 Xarici kecidlerIslamdan evvelki turk edebiyyati RedakteTurklerin ana veteni Orta Asiyadaki medeni yaradiciliginin hamisi bu gune qeder gelib cixmayib Turk dilinde ilk yazili eserleri 6 ci esrden qaldigini nezere alsaq bu dovrun edebiyyati ile bagli esas senedlerin elde olmadigini deye bilerik Sifahi edebiyyat Redakte Mahmud Kasgari nin 11 ci esrde yazdigi Divanu Lugat it Turk Turk dilleri Sozluyu adli kitabinda dovrun sifahi eserleri yazili sekilde ozune yer tapib Sifahi edebiyyat enenesinde seir ilk yerde durur Kam baksi ozan saman adlandirilan ilk sairler qopuz deyilen simli bir aletin musayieti ile seirlerini seslendirirdi Aprincur Tigin Cucu Kul Tarkan Cisuya Tutunq Asiq Tutunq Sunqku Seli ve Kalim Keysi eserlerinden numuneler olan ilk sairler arasindadir Yazili edebiyyat Redakte Ilk turkce yazili eserler 6 ci esrden qalan Yenisey yazilari ve 8 ci esrden qalan Orxun yazilaridir Xususi ile Ser dilinde yazilmis olan Orxun yazilari turk dunyasinin umumi yasami medeniyyet ve senet sahesinde muxtelif istiqametlerden engin bilgilerle boldur Islamin tesirinden meydana gelen turk edebiyyati RedakteQaraxanli hokmdari Satuk Ugra xanin 10 cu esrde Islam dinini qebul etmesinden sonra turk dunyasi yeni bir medeniyyet muhitine daxil olmaga basladi Qerbe koc eden turk tayfalari bu medeniyetin tesirlerini edebiyyat dunyasina da getirdiler Mahmud Qasqarli Divani Lugetit Turku ereblere turkce oyretmek meqsedi ile hazirladi Yusif Has Hacib Islam olkelerini ehtiva eden bir dovlet felsefesini Kutadqu Bilik 11 ci esr adli eserinde isleyib hazirladi Elisir Nevai cigatayca zengin bir medeni ve senet dili yaratdi Anadoluya gelen turk tayfalari burada yeni bir edebiyyat enenesinin formalasmasinda boyuk rol oynadilar Anadoluda ilk numunelerini 13 cu esrden baslayaraq yarcndigi qebul edilen bu edebiyyat enenesi iki sahede inkisaf etmisdir divan edebiyyati ve xalq edebiyyati Divan edebiyyati Osmanli dovrunde xususile medresede tehsil alanlarin ereb ve daha cox fars edebiyyati numunesinde inkisaf etdirdikleri edebiyyat enenesi umumi olaraq Divan edebiyyati adi ile oyrenilir Buna zumre edebiyyati ummeti cagi turk edebiyyati adini verenler de var Divan edebiyyatinin yarandigi dovrde 13 15 ci esrler fars tesirleri ustunluk teskil edirdi Ilk sairler Ehmedi Dai Kadi Burhaneddin Seyxi esasen dini seirler yazirdi Kecid dovrunde 15 16 ci esrler saray ve onun etrafinda olanlar bu nov edebiyyati xususi ile desteklemirdi Divan edebiyyatinin inkisaf dovrunde 16 18 ci esrler tesir dovrunden musteqil yaradiciliq dovrune qedem qoyuldugu musahide olunur Klassik formalara yerli esaslarin uygunlasdirilmasina cehd gosterilir yeni terzler xususile de Sebki Hindi adlanan bir seir terzi yaradilmisdi Mehemmed Fuzuli Baqqi Bagdadli Ruhi Yusif Nabi Nefi Nedim Seyx Qalib Ovliya Celebi Naima Veysi Nergisi Xalq edebiyyati Muellifleri melum olmayan ve ya bilinmeyen xalq hekayeleri negmeleri manileri atalar sozleri tapmacalar oyunleri xalq edebiyyatinin bir hissesini yaradir Tekke edebiyyati xalq edebiyyatinin dini formali novudur Tekke seirleri ilahi nefeskim xususi bestelerle oxunurdu Bu edebiyyatin dili ereb ve farsca olsa da asan basa dusulurdu Dordluk nezm formasi ve heca olcusu sonuna qeder istifade olunmusdur Bu edebiyyatin en onemli numayendeleri Yunus Emre Imadeddin Nesimi Qaygusuz Abdal Haci Bayram Veli Sah Ismayil Xetai Pir Sultan Abdal dir Xalq edebiyyatinin bir basqa sahesi olan asiq edebiyyati 16 ci esrden gunumuze qeder olan bir dovru ehate edir Asiq deyilen xalq ozanlari adeten sazlari ile Anadolunu gezerek hem bir enene yaratmis hem de var olmaga calismisdilar Qaracaoglan Asiq Omer Govheri Derdli Erzurumlu Emrah Bayburdlu Zehni Ruhseti Summani Asiq Veysel Eli Izzet Ozkan i onlara numune gostermek olar Qerb tesiri neticesinde formalasan turk edebiyyati RedakteTurk Osmanli toplumunda 18 ci esrden sonra qerb medeniyyetini menimsemek istiqametinde bir sira isler gorulmusdur Herbi ve siyasi sahedeki inkisaf bir muddet sonra edebiyyata de tesir gostermeye basladi Xususen de qerbi goren ve bura ile yaxindan tanis olan edebiyyatcilar yeni bir edebiyyatin ilk mujdecileri oldular Qerb tesiri neticesinde formalasan turk edebiyyatinin baslangici kimi Tercumani Ehval 1860 qezetinin nesri qebul edilmekdeir Cunki bu qezet resmi ya da yari resmi bir orqan deyil ozel sekilde derc edilen ilk turk qezeti idi Bele bir sekilde basladigi qebul edilen yeni dovr edebiyyati asagidaki dovrler uzre oyrenilir Tanzimat dovru Servet i Funun dovru Fecr i Ati dovru Milli edebiyyat dovru Cumhuriyyet dovru ve sonraki dovr 1 Tanzimat edebiyyatinin aparici numayendeleriNamiq Kamal Sinasi Ehmed Midhad Ziya Pasa Mahmud Ekrem Ebdulhalq Heid Sami Pasazade Sezai ve basqalari 2 Servet i Funun edebiyyatinin aparici numayendeleriRecaizade Mahmud Ekrem Tofiq Fikret Cenab Sehabeddin Xalid Ziya Usaqligil Mehmet Rauf ve basqalari 3 Fecr i Ati edebiyyatinin aparici numayendeleriEhmed Hesim Emin Bulend Serdaroglu Hamdullah Subhi Tanrioyer Fuad Koprulu Yaqub Qedri Qaraosmanoglu ve basqalari 4 Milli edebiyyatin aparici numayendeleriOmer Seyfedin Mehmed Akif Ersoy Xalide Edip Adivar Resad Nuri Guntekin ve basqalari 5 Cumhuriyyet ve sonraki dovr edebiyyatinin aparici numayendeleriZiya Osman Seba Yasar Nebi Nayir Nazim Hikmet Orxan Veli Kanik Oktay Rifat Cahid Qulebi Huseyn Rehmi Gunpinar Peyamr Safa Kamal Tahir Eziz Nesin Necati Cumali Selim Ileri Fakir Baykurt ve basqalari Istinadlar Redakte Veli Osmanli Qedim turk edebiyyati VI X esrler Baki Sabah 2008 olu kecid Xarici kecidler RedakteRamil Eliyev 23 noyabr 2013 Turkiye edebiyyati Azerbaycan Milli Kitabxanasi azerb anl az Istifade tarixi 2014 11 15 Menbe https az wikipedia org w index php title Turk edebiyyati amp oldid 5828739, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Türk dilləri ədəbiyyatı
Axısqa türkləri dilini sevən, onun qədir-qiymətini bilən bir xalqdır. Dil də Vətən kimi bu xalqın yüzilliklər boyu mənəvi dünyası olmuş, savadlı da, savadsız da bu dilin keşiyində dayanmış, onu sevmiş, yad təsirlərdən qorumağa çalışmışdır. Təbiidir ki, öz dillərini inkişaf etmiş ədəbi dillərdən saymış, həmişə bu dilin varlığı uğrunda əzmlə mübarizə aparmışlar. Hələ yazı ənənələri olmadığı dövrdə xalqın içərisindən ləyaqətli, istedadlı yazıçı, şair və alimlər çıxmışdır. Onların əsərlərində Vətən eşqi döyünür, dil bulaq kimi qaynayır.
Axısqa qəzasının Azqur kəndində anadan olmuş Ömər Faiq Nemanzadə “Dilimiz və imlamız” adlı məqaləsində yazırdı: “Ədəbiyyatı olmayan bir millətin, dilsiz insana oxşuyacağını söyləmək üçün dəlilə; təfsilə hacət yox sanıram. Çünki ən böyük şahid keçmiş hallar, indiki vüquatlardır. Bundan ötrü örnək, misal artırmaq üçün də uzaqlara getməyək: iştə çərkəz, ləzgi. dilləri, sonra da bizim türkcəmiz (Axısqa türklərinin dili nəzərdə tutulur – İ.K.). Mədənilik ləzgilər, çərkəslər arasında yayıldıqca öz dilləri də yoxluğa doğru yayılacaq. Bir vaxt olacaq ki, o kimi dillərin tarixdə ancaq adları qalacaq. Neyçün? Çünki yazısı, imlası, ədəbiyyatı yox. Bir həqiqətdir: . dadlı dillərin yavaş-yavaş aşağıya doğru düşdüyünü görürüz. Sevgili dilimizin aramızdan artıq qiyməti gedir. Halbuki bu zamanda hər millət öz dilini saxlamaq üçün varını yox, canını belə fəda edər. Bu gün çoxumuzun türk dili ilə danışmaq, yazmaq istəməməyimizə səbəb qayda, imla, məhəbbətimizin yoxluğudur. Bu qədər gərəkli dilimizin gerçəkdən bünövrəsi olan bu qayda və imla xüsusi, indiyə qədər bizdə nə üçün meydanə gəlməmiş? Bəli, hər bir dil özgə dilin yardımına möhtac ola-ola gəlmişdir. Bu bir təbii qaydadır. türkcəmizin bu zamanə, bu çağa qədər yüngül bir əlifbası, məzbut bir qayda və imlası olmamağı ancaq öz dilimizi bəyənməmək cəhalətindəndir [59, s. 41-44].
Bu haray sonrakı nəslin də diqqətindən yayınmadı, dil – ana dili düşüncə mənbəyinə çevrildi.
Dil bu xalqın öyüdlərində, nəsihətlərində xatırlanır: “Bən qocaldım, gedər oldum, sen dilini qori oğul! Vətəndədür hər insanın həyat adli nuri, oğul” (G.Şahin).
“Vətən” cəmiyyətinin təsis etdiyi “Vətən eşqi” qəzeti birinci sayında (baş məqalədə) 3 mart 1992-ci ildə yazırdı: “Hər xalqın varluğunun birinci göstəricisi onun doğma dili – ana dilidur. Dünya işığına göz açan gündən eşitduğumuz, anamızın tatli-tatli nənniləriynən canımıza, qanımıza keçmiş, bizdən ötri dünya dillərinin həpsindən əziz, doğma, gözəl olan ana dilidur. Ona görə biz çalışacayux ki, qazeti ilk dövrlərdə xalqın əksəriyyətinin oxiya bilməsi üçün, əsasən, ana dilimizdə kirill və latın qrafikasıynan, bazi rasmi yazılari isə rusca, iki haftada bir dəfə çap edax.” [70, №1 (6), 1992].
Qəzetin həmin sayında çap edilmiş “Ziyalılar, hay verin” adlı müraciət-çağırışda deyilir: “Gürcüstanın bazi şovinist alimləri və bizim yüzdən irak düşüncəsiz, uzaği görmiyan “ziyalilarimiz” dilimizə qarşi qara yaxmaya çalışiyerlər. Bu mənfi hallara cavab vermax üçün biz ziyalılar, bütün xalqlara isbat etməliyux ki, bizim kökümüz türkdür. Biz türk kimi də kendi tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızi, dilimizi və milli bənluğumizi müəyyən etmaliyux. Bunun üçün: – dilimizin ögrənilməsi və təbliği: türk dili dərsluxlarının tərtibatına nail olmax; xalqımızın ayrı-ayrı regionlarında türk dilinin tədrisini həyata keçirmax; regionlarda radio və televiziya verilişlərini türk dilində təşkil etmax; türk dilində kütləvi, bədii və digər ədəbiyyatların çapına nail olmax [70, № 1 (6), 1992].
Qəzetin 27 mart 1992-ci il (№ 2) sayında İlim Şahzadə oğlu “Həmdərlərimə” adlı məqaləsində yazırdı: “Bizim bir-birimiznan öz ana dilimizdə qonuşmamızi dünya malına – sərvətinə degişmam. Bunun qiyməti, bahasi, narxi yoxdur. Ana dili! Gözümizi açıb dünyaya baxan gündən sayca az olan xalqımızın vətənə deyib aği söyləduğini, acı göz yaşlari tökən analarımızın beşigimiz üstündə sızıltılı mənilərini bu dildə eşitdux: Of dedim dilim yandi,\\ Od dutdi kilim yandi.\\ Bən vətəndən ayrıldım,\\ Torpağım, elim yandi.
Ana dili, bu xalqın başbilənlərinin nöqteyi-nəzərincə, indiki vaxtda xalqı birləşdirən bağdır. Ona görə də dilin safluği, təmizluği, onun hərkeş tərəfindən ağnaşılmasi, ham gündəlux həyatımızda, ham da elmi-ədəbi aləmdə onun aktiv işlənməsi xalqi daha da möhkəm tellərinən bir-birinə bağliyer” [70, №1 (7), 1992].
Çox maraqlı və əhəmiyyətlidir ki, “Vətən eşqi” qəzetinin səhifələrində ana dili, onun saflığı uğrunda mübarizə hər an işıqlanır. 1992-ci il aprel-may saylarının birində “Dilimizi ögrənax” adlı yazını oxuyanda bu xalqın bir daha cəfakeşliyinə, dilə həssas münasibətinə, məhəbbətinə heyran qalırsan. “Əgər xalqımız 47 yillux repressiyaya məruz qalmişsa, dilimiz yüzyilluxların repressiyasına məruz qalmışdur. Öncə, gürci dilinin əhatəsində olduğundan dilimizə çoxli gürci səsi və sözləri keçmiş, sohunki 47 yildəysə ayrı-ayrı xalqlar arasına səpələnduğundan bir qaç qola haçalanmağinan safluğini daha da yitürmişdur [70, №3 (8), 1992].
Qəzetin 3 mart 1992-ci il sayında “Söndürülən ocax” adlı yazıda Xalid Taştanov ürək ağrısı ilə yazırdı: “Dini rəvayətlərdə söyləniyer ki, allah insana zulum edanda əvvəl onun malıni, sora haxlıni, axırda da canın aliyer. Dövlətlər də ayri-ayri adamlari, ya da kiçik xalqlari represiya edanda əvvəl onun mədəniyyətini, sora dilini və axırda da doğma torpağıni əlindən alıb didərgin saliyer” [70, №1 (6), 1992].
Ümumiyyətlə, 30-cu illərdə Axısqada “Ədigön kolxozçusi”, “Qızıl rəncbər” kimi yerli mətbuatda da, sonralar “Əski Vatan” və “Vatan eşqi” qəzetlərində də ana dilinin repressiyaya məruz qalması tez-tez yada salınırdı.
80-ci illərin gürcü mətbuatında bu xalqın dili haqqında cahilanə mülahizələr, fikirlər çap edilirdi. Məsələn, “Literaturnaya Qruziya” jurnalının 1988, 8-ci sayında göstərilir ki, mesxet türkləri dinini və dilini dəyişmiş gürcülərdir. Bu fikrə qarşı professor Şamil Qurbanov “Məhsəti türkləri” adlı tarixi-xranoloji oçerkində tutarlı cavab vermişdir: “Xalq özü durub bir tərəfdə, kənardan onun milli mənsubiyyəti haqqında uydurmalar, fərziyyələr irəli sürülür, hətta dilini, dinini dəyişməyə qədər ağılsız və cahil təkliflər edilir” [70, №1 (6), 1992]. Heç kəsin haqqı yoxdur ki, mübahisələrdə tərəfkeşlik edib sifarişlə iş görsün. Hər bir kəs öz kökünü, öz milliyyətini, dilini özü müəyyənləşdirdiyi kimi, mesxet türkləri də özü bu işləri müəyyən etməlidir. Öz dillərinin keşiyində dayanan mesxet türkləri 30-cu illərdən rayon mərkəzlərində milli dildə teatrlar açmış və öz ləhcələrində qəzetlər yaratmışdılar: “Qızıl rəncbər” (1933), “Adıgün kolxozçusu” (1936), “Kommunist” (1930), “Qızıl bayraq” (1938), “Bağban”(1933), “Sosializm kəndi” (1940) və s. [43, №3 (8), 1992].
Ş.Qurbanov 1944-cü ilə Orta Asiya torpaqlarına sürgün edilən mesxet türklərinin faciəli həyatını təsvir edərkən onların bu yad ölkələrdə dillərinin unudulduğunu da qeyd edir: Onlar dillərini, ənənələrini unutmağa başladılar. Bu xalqın öz dilində bircə dənə də məktəbi yoxdur. Başqa mədəni müəssisələrdən, təşkilatlardan isə heç danışmağa dəyməz. Xalq öz dilini unutmaq təhlükəsi qarşısındadır. Onu da nəzərə almaq lazımdır ki, ölməz “Dədə Qorqud”un dili onların dilinə daha çox yaxındır. Heç olmasa, “Dədə Qorqud”un xatirinə bu dili məhv olmaqdan qorumaq lazımdır. Bu isə indiki şəraitdə mümkün deyil, çünki Rusiya daxilindəkilər rusca, Özbəkistandakılar özbəkcə, Qırğızıstandakılar qırğızca, Qazaxıstandakılar qazaxca oxuyurlar. Məktəblərdən büsbütün yayınanlar da vardır [44, №3 (9), 1992].
“Vətən eşqi” qəzetinin səhifələrində bu dilin vəziyyəti və inkişafı, həmçinin təbliği üçün çox işlər görülür. Qəzet aprel-may (1992) sayında yazırdı: Özbəgistanda yaşiyanlar özbəkcənin, Qazaxıstandakilər qazaxcanın, Azərbaycandakilər azərbaycancanın təsiri altına düşmişlər. Hətta o vəziyyətə gəlmişux ki, ayri-ayri zonalarda yaşiyan ziyalilarımız görüşduxda kendi fikirlərini, hisslərini bir-birinə ağnatmax üçün rus dilini, rus sözlərini qullaniyerlər. Bu dəhşətdür. Bu dilin ölümi demaxdur. Bu halın ögi alınmasa, respublikaların bağımsız dövlətlər olduği şindiki zamanda umumun başa düşəcaği bir qonuşux dili yaranmasa xalqın birluğundan, birlaşmasından söz açmax olmaz. Bu işin öhtəsindən ancax mətbuat orqanlari yaratmağinən, xalqi kendi dilində savadlandurmağinən gəlmax olur.
İlkin dövrlərdə aşındi söyləduğumuz dili bacarduğumuz qətər türk ədəbi dilinə uyğunlaşdurmax, oni yad dillərin qaluxlarından təmüzləməğinən ham kirill qrafikali Azərbaycan əlifbasından, ham da yavaş-yavaş türk əlifbasından istifadə etmaliyux [44, 3 (9), 1992].
“Vətən eşqi” qəzeti bu dili məktəblilərə öyrətmək məqsədilə proqramlar və dərsliklər haqqında vaxtaşırı məlumatlar verir, dərslərin keçirilməsi qaydalarını göstərir. Məsələn, qəzet 1992-ci ilin aprel-may sayından etibarən “Türk əlifbası” dərsliyindən müəyyən nümunələr verir ki, bu da dilin təbliği üçün mühüm əhəmiyyət kəsb edir. Qəzet yazır ki, latın qrafikali türk əlifbası hər yolinən təbliğ edilməli, bizim xalqın yaşaduği hər bir respublikada türk dilinin ögrənilməsinə məktəblərdə vaxt ayrılmasına çalışmaliyux. Bu baxımdan Azərbaycanda vəziyyət nisbətən eydür. Əvvələn, 1992-ci yildən eski əlifbaya keçiliyer ki, bu da latın qrafikasıni ögrənmağımıza böyük yardımdur. İkincisi, Azərbaycan Xalq Təhsili Nazirliğunun qərəriynən türk dili ögrənilməsiyçün I-IV siniflərdə haftada iki saat vaxt verilmişdür. Bu iki saata uyğun olarax da proqram və “Türk dili” dərsluği işlaniyer.
Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqoji İnstitunun işçisi Məhlüd cəlilov yeni əlifba kitabı hazırlamış və bu dil I-IV siniflərdə tədris olunmağa başlanmışdır.
“Vətən eşqi” qəzeti “Ana dilimiz” adlı rubrika da açmış və burada dil problemləri digər dillərlə müqayisəli şəkildə işıqlandırılmışdır. 1991-ci ilin may ayında çap edilmiş (№3) “Yıl ayları” adlı materialda Axısqa türklərinin özünəməxsus ay adları müasir türk dili və rus dilindəki ay adları ilə qarşılıqlı şəkildə verilmişdir. cədvəldən bəlli olur ki, Axısqa türklərinin dilində spesifik ay adları (zəməri, qüçük, kirəz, oraq, xarman, böqrüm, qoç, karakış və s.) mövcuddur.
Qəzetin 1991-ci il aprel sayında isə “Hafta günleri” adlı yazıda bu dildə işlənən həftə adları rus dilində qarşılığı ilə göstərilmişdir: Bazarertəsi – Ponedelğnik, Salı -Vtornik, Çərşənbə – Sreda, Pərşənbə – Çetverq, cuma – Pətniüa, cumaertəsi – Subbota, Bazar – Voskresenğe.
Qəzetin həmin sayında bu xalqın zəngin toponimlərini, yaşayış məskənlərinin adlarını öyrənmək üçün siyahı və “Mesxeti – cavaxeti xəritəsi” verilmişdir.
Beləliklə, Axısqa türklərinin qarşısında duran çox mühüm problemlərdən biri Ana dili problemidir.
“Vətən eşqi” qəzetinin 3 iyul 1992-ci il sayında “Mesxet türklərinin dili tədqiq edilir” adlı yazıda deyilir: Mesxet türkləri qədimlərdən yaddilli xalqların əhatəsinə düşmüş, buna görə də qədim leksik layını və qrammatik qaydalarını saxlamışdır. Həmin xüsusiyyətlərin aşkara çıxarılıb elmi izahının verilməsi və bu dilin ilk qrammatikasının yazılması mesxet türklərinin həyatında tarixi hadisə hesab oluna bilər” [48, 03.VII.1992].
1991-ci ilin 23 aprelində Azərinform mətbuatda “Mesxeti türklərinin qrammatikası yaradılır” xəbərini verdi. İnformasiyada deyilirdi ki, Azərbaycan Respublikası EA Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsinin əməkdaşları üzərinə çətin, lakin xeyirxah vəzifə – Mesxeti türklərinə öz qrammatikasını yaratmaqda kömək etmək vəzifəsini götürmüşdür. Bu gün Mesxeti türklərinin taleyi çoxlarına məlumdur. Bəlkə də məhz buna görə indi çox ərazilərə səpələnmiş bu xalqın tarixi, dili, mədəniyyəti alimlərin diqqətindən kənarda qalır.
İş prosesində başlıca tədqiqat obyekti şifahi xalq yaradıcılığı – folklor və danışıq dili nümunələridir. Gələcək əsərə dilin aşağıdakı bölmələri daxil olacaqdır: fonetika, leksika və morfologiya [47, 23.IV.1991].
Qeyd: 1998-ci ilə Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı (prof. Q.Məşədiyev, f.e.d. H.Quliyev, f.e.n. F.Xalıqov və Ə.Əsədov) axısqalıların dil xüsusiyyətlərini öyrənmək məqsədilə Saatlı rayonunda ezamiyyətdə olmuşlar. Tədqiqatda onların yazıb gətirdiyi kassetlərdən də istifadə edilmişdir. Bunun üçün müəllif alimlərimizə öz təşəkkürünü bildirir. Kassetlər «Türk dilləri» şöbəsində saxlanılır.
Beləliklə, bu əsər indiyə kimi görülən işlərin bir hissəsidir. Axısqa türklərinin dili ilk dəfə kompleks şəklində araşdırıldığından bu dissertasiyada xalqın tarixi, etnik mədəniyyəti, folkloru və dilinin tədqiqi vəziyyəti, inkişaf tarixi barədə geniş məlumatlar verilmiş, axısqalıların dilinin fonetik, leksik-semasioloji və morfoloji- sintaktik xüsusiyyətləri sistem şəkilində öyrənilmişdir.
Dil xüsusiyyətlərinin öyrənilməsinə dair. Yad mühitdə, müxtəlif dillərin əhatəsində uzun bir inkişaf yolu keçmiş Axısqa türklərinin dili bu gün ancaq təsərrüfatla bağlı mövqeyini qoruyub saxlamışdır. Müxtəlif mənbələr, sənədlər göstərir ki, əvvəllər bu dilin intişar və işlək dairəsi yüksək olmuşdur. Bu dilə 30-cu illərdə “tatar dili” və “Azərbaycan dili” də deyilib. Gürcüstanda gürcülər, firənglər və digər millətlər bu dildə danışır, mahnı oxuyur və qoşqular qoşurdular. Bu dildə folklor nümunələri yazıya alınırdı. Həmin fikirlərə akademik N.Y.Marrın qeyd və gündəliklərində rast gəlirik [137, s. 27-31].
Lakin xalqıqn və onun dilinin repressiyası vəziyyəti kökündən dəyişdi. Dil də yad mühitə düşdü, tədricən ictimai funksiyasını itirməyə başladı, yalnız ailə və məişətdə “qonuşuq dili” kimi istifadə olundu.
Axısqalıların dili əsrlər boyu qonşu olduğu dillərin təsiri altına düşsə də, onların bir sıraqayda- qanunlarını mənimsəsə də, öz milli ruhunu da qoruyub saxlaya bildi.
Azərbaycana köçüb gələrkən ayrı-ayrı yaş qruplarının dil leksikonu xeyli dəyişmiş, orta nəslin və cavanların dillərində türk, gürcü, özbək dillərindən, ən cavan nəslin dilinə isə üstəlik Azərbaycan dilindən çoxlu söz və ifadə daxil olmuşdur [9, 02.III.1990; 69, s. 14-15].
Axısqa türklərinin dil xüsusiyyətləri ilk dəfə akademik Y.N.Marr, akademik S.S.cigiya tərəfindən öyrənilmişdir. Y.N.Marr 1904-1905-ci illərdə cənub-qərbi Gürcüstanda olarkən bu ərazidə yaşayan türklərin dili ilə ətraflı tanış olmuş, həmin dilin fonetik qanun və hadisələri, danışıq dilinin qrammatik quruluşu, eyni zamanda, dialekt xüsusiyyətləri haqqında ilk dəfə məlumat vermişdir [137, s. 27-31]. Y.N.Marr 1928-ci ilin yazında türklərin yaşadığı Abastuman rayonuna gəlmiş, Abastuman ətrafında yaşayan türklərin bəzi dil xüsusiyyətlərini (fonetik və leksik xüsusiyyətlər) öyrənməyə çalışmışdır. Leksik materialın toplanmasında müəllifə Adıgün rayonunun Varxan-Saxan kəndinin sakinləri Muşir Həbiboğlu və Dəvriş Əhmədoğlu kömək etmişlər. Y.N.Marr Azğur türklərindən topladığı leksik material əsasında 1937-ci ildə həcmcə çox da böyük olmayan, amma qiymətli, maraqlı faktlarla zəngin olan “Zametki o tureükom əzıke okrestnostey Abastumani” məqaləsini yazmışdır. Bu məqalədə 53 söz, o cümlədən, bəzi ay və coğrafi adlar da təhlil edilmişdir. Həmin sözlər gürcü, Azərbaycan və erməni dillərilə müqayisə edilmişdir. Y.N.Marr Axısqa türklərinin dili üçün aşağıdakı xarakterik xüsusiyyətləri göstərmişdir. a) x səsi çox işlənir (baxça, kırx, doxxuz); b) s-ş keçidi (işter\\ ister); v) intervokal mövqedə h səsi düşür (şaad-şahat) və s. [137, s. 27].
R.İ.Şor bu dili “əcəri türk şivəsi” [184, s. 43, 44] adlandırmış ki, bu səhv S.S.cikiya tərəfindən tənqid edilmişdir. S.S.cikiya ilk dəfə “Mesxeti dialekti” terminindən istifadə etmişdir. S.cikiya şərti olaraq əhalinin 1944-cü ilə qədər yaşadığı Mesxeti-cavaxetini Mesxetiya adlandırmış və o ərazidə yaşamış etnosların dilini həmin coğrafi ərazinin adı ilə bağlamışdır [114, t. V, №2, s. 831-839].
S.cikiya 1936-cı il dekabrın 1-də Leninqrad Dil və Ədəbiyyat İnstitutunun türk-monqol kafedrasının ümumi iclasında «Anadolu türk dilinin Axalsıx şivəsi» mövzusunda məruzə etmişdir. O, həmin məruzə əsasında yazdığı məqaləsində göstərir ki, Axalsıx şivəsinin tam xüsusiyyətini verə biləcək ayrıca monoqrafiya hazırlayır. Lakin bu əsər naməlum səbəblərə görə çap olunmamışdır.
S.S.cikiya həmin məqalədə bir morfoloji hadisə – yönlük halın xüsusi bir forması haqqında məlumat vermişdir. O göstərir ki, ikinci şəxs təkin mənsubiyyət şəkilçisi qəbul etmiş sözlər yönlük halda işlənərkən başqa türk dialektlərindən fərqlənir. Başqa türk dillərində özünü göstərilən “hallanan sözcmənsubiyyət şəkilçisi c hal şəkilçisi” formulu (məs, ata-n-a) bu dildə özünü doğrultmur və yerini “hallanan söz c hal şəkilçisi c mənsubiyyət şəkilçisi” formuluna verir. (müq. et: baba-an, baş-a-n). Burada “n” səsi mənsubiyyət, -a isə hal şəkilçisi kimi çıxış edir.
1926-27 və 1931-37-ci illərdə S.S.cikiya Axısqa türklərinin XVI yüzilliyə – osmanlı imperiyasına qədərki dil xüsusiyyətlərini öyrənir. O, bu dili müqayisəli planda – gürcü, Azərbaycan, laz, erməni dillərilə, həmçinin Anadolu türklərinin dili ilə qarşılaşdırır, ümumi və müştərək xüsusiyyətləri aşkar edir. Bu baxımdan onun tədqiqatlarının böyük elmi-nəzəri əhəmiyyəti vardır.
S.S.cikiyanın tədqiqatlarında dil əlaqələri də ətraflı öyrənilib. Onun gürcü – türk və gürcü – Azərbaycan dil əlaqələrindən bəhs edən aşağıdakı əsərləri vardır: “Ob odnom qruzinskom tureüke svəzannom s kollektivnım trudom, v törkskix əzıkax”, “O Qruzino-Azerbaydjanskix əzıkovıx vzaimootnoşeniəx”, “Poəsnenie nekotorıx slov vostoçnoqo proisxojdeniə”, “Nekotorıe osobennosti tureükoy reçi qruzinskoqo naseleniə Mesxeti” və s.
70-ci illərdə Axısqa türklərinin dil xüsusiyyətləri Orta Asiya alimlərinin də marağına səbəb olmuş, bu haqda F.Əliyev [78], B.Xasanov [176, s. 192-194] tədqiqatlar aparmışlar. B.Xasanov Axısqa türkləri dilinin lüğət tərkibinə qazax dilinin təsirini müəyyən faktlar əsasında öyrənmişdir. F.Əliyev namizədlik dissertasiyasını Qazaxıstanda yaşayan türklərinin dilinin leksikasına həsr etmişdir.
S.cəlilovun Axısqa türklərinin dilinin morfologiyasına aid bir neçə məqalə çap etdirmişdir [109, №1, 1982, s. 122-128].
Türkiyəli alimlərdən F.Kırzıoğlu, A.Ercilasın, M.Kalkan və başqaları da axısqalıların dil xüsusiyyətləri haqqında maraqlı fikirlər söyləmişlər.
Azərbaycan dilçiləri Axısqa türklərinin dili haqqında, demək olar ki, tədqiqat aparmamışlar. Halbuki 50- ci illərdə Azərbaycanın Saatlı, Sabirabad, Quba, Beyləqan, Xaçmaz, Abşeron və digər rayonlarına xeyli türk ailələri köçürülmüşdür. Fərqanə hadisələrindən sonra da köçürülənlərin sayı xeyli artmışdır. Odur ki, azərbaycanlıların da bu xalqın dil xüsusiyyətləri ilə tanış olmaları müəyyən zərurətdən və xeyirxahlıqdan yaranır. Axısqa türklərinin dili ilə Azərbaycan türklərinin dilləri arasında oxşar və fərqli cəhətlər mövcuddur və bu xüsusiyyətləri tədqiq edib öyrənmək bizim dilçiliyimizə, o cümlədən, türkologiya elminə çox fayda verə bilər.
“Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili”
Ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifba və imlaya sahib olmaqlarının müstəsna əhəmiyyəti var. Ortaq türk ədəbi dilinə aparan yolda vahid imla qaydaları və əlifbanın mövcudluğu ilkin şərtlərdəndir.
Elmi-təcrübi əsası M.F.Axundov tərəfindən hələ XIX əsrdə qoyulan yeni ortaq əlifba problemi 20-ci əsrin əvvəllərində bir daha aktuallaşdı və türk xalqları arasında birinci olaraq 1922-ci ildə Azərbaycanda ümumtürk səciyyəli latın əlifbasına keçid reallaşdı. Az sonra türkdilli xalqların böyük əksəriyyəti bu əlifbanı qəbul etdi. Lakin siyasi səbəblərdən, daha dəqiq desək, türk xalqlarının bir-birinə daha da yaxınlaşmasına qısqanclıq səbəbindən bu layihəni tam həyata keçirmək mümkün olmadı. Sovet liderlərinin repressiya siyasəti latın qrafikalı ortaq türk əlifbasına münasibətdə də özünü göstərdi. Heç 20 il keçməmiş sovetlər birliyinin daxilində yaşayan türk xalqlarının əlifbası məcburi surətdə rusların istifadə etdiyi kiril əlifbası ilə əvəz edildi. Sovet hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində ümumtürk əlifbası və imlası problemi öz aktuallığını saxlamaqda davam etdiyindən imperiya dağılan kimi bu ideya yenidən aktuallaşdı və bir çox türkdilli dövlətlərdə ortaq türk əlifbasına qayıdış baş tutdu. İftixarla deyə bilərik ki, bu ideyanı ilk dəfə gerçəkləşdirən yenə Azərbaycan dövləti və xalqı oldu.
Keçmiş Sovetlər Birliyi tərkibində olan türkdilli respublikalar müstəqillik qazandıqdan sonra türk dillərinin orfoqrafik və orfoepik problemlərinin, fonetik, leksik-semantik və qrammatik qatlarının diaxron və sinxron planda, müqayisəli-tipoloji müstəvidə araşdırılmasına maraq artmış və bu sahədə bir sıra araşdırmalar aparılmışdır. Türk xalqları arasında ortaq əlifba və imla problemləri bu gün türkologiya elmi üçün olduqca siyasi-ictimai əhəmiyyət daşıyır. Qeyd edək ki, son dövrdə istər Azərbaycanda, istərsə də türk dünyasında türklər üçün ortaq ünsiyyət dili ilə bağlı bir sıra araşdırmalar aparılsa da, ortaq ünsiyyət dilinə gedən yolda əlifba və imla problemləri hələ də sistemli və hərtərəfli araşdırma obyekti olmamış və bu sahədə fikir ayrılıqları bu gün də mövcuddur. Əlbəttə ki, türk dünyasında latın əlifbasına keçməklə bağlı ciddi addımlar atılmışdır: Azərbaycan, Türkmənistan və Özbəkistanda yeni latın əlifbaları qəbul edilmişdir. Son dövrlərdə Qazaxıstan da latın əlifbasına keçmək haqqında qərar verilmişdi. Ancaq yeni əlifbalarda ciddi fərqliliklər var. Türkoloq alimlərin bu fərqliliklər üzərində çox ciddi dayanması və elmi cəhətdən izahların verilməsi olduqca zəruridi.
Ortaq imla və əlifba problemləri türk xalqları arasında həllini tapmamış müzakirə obyekti kimi hər zaman xüsusi aktuallıq kəsb edən məsələlərdən biridir. XX əsrin əvvəllərindən başlayaraq indiyə qədər bu problem bir zərurət kimi türkdilli xalqların hər birinin maraq dairəsində olmuşdur. Aydındır ki, türk xalqları üçün ortaq əlifba məsələsi həll olunmadan onlar arasında ortaq ünsiyyəti və ortaq imlanı yaratmaq mümkün deyildir. Ona görə də türkologiyada bu istiqamətdə çeşidli mövzuların araşdırılması böyük elmi əhəmiyyət kəsb edir.
Bu baxımdan gənc tədqiqatçı Elçin İbrahimovun əsərinin əsas müddəaları türkologiya elmi üçün uğurlu bir addım, gərəkli bir araşdırma sayıla bilər. Müəllif kitabın “Türk xalqlarının əlifba problemi tarixi aspektdə” adlanan birinci fəslində qeyd edir ki, dil və əlifba hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən başlıca amillərdəndir. Tarix boyunca müxtəlif xalqlarla qarşılıqlı əlaqələr quran, fərqli dini inanclara inanan türk xalqları bir-birindən fərqli türk dil sisteminə uyğun olan və ya olmayan çoxsaylı yazı sistemindən istifadə etmişlər. Zərurət və zamanın tələblərinə uyğun şəkildə, məcburiyyətdən qəbul edilən bu yazı sistemlərinə göytürk (runik), mani, soqd, brahmi, uyğur, ərəb, kiril, latın əlifbaları aiddir.
Elmi ədəbiyyatda çox vaxt yanlış olaraq run və ya runik yazı adlandırılan göytürk, yaxud Orxon-Yenisey yazısının nə vaxt və harada yaranması haqqında indiyədək yalnız fərziyyələr irəli sürülmüşdür. Türkcənin türklər tərəfindən yazıldığı ilk əlifba göytürk yazısıdır. Göytürklərdən sonra dövlət idarəçiliyini ələ keçirən uyğurların hakimiyyəti dövründə istifadə olunan türk yazıları türk tarixinin fərq baxımından ən rəngli əlifbalarıdır. Bu dövrdə uyğur, soğd, mani, brahmi, tibet, süryani kimi yazı sistemləri ilə bir çox uyğur türkcəsi mətnləri qeyd edilmişdir.
E.İbrahimov kitabın birinci fəslinin “Azərbaycanda latın əlifbasına keçid mücadiləsi”, “Türkiyədə latın əlifbasına keçid mücadiləsi”, “Qazaxıstanda latın əlifbasına keçid mücadiləsi”, “Türkmənistanda latın əlifbasına keçid mücadiləsi”, “Qırğızıstanda latın əlifbasına keçid mücadiləsi”, “Özbəkistanda latın əlifbasına keçid mücadiləsi” adlanan hissələrində adıçəkilən ölkələrdə əlifba mücadilələrindən və bugünkü əlifba vəziyyəti haqqında ətraflı məlumat vermişdir.
Əsərin türk dillərində imla problemləri adlanan ikinci fəslində imla və orfoqrafiya məsələlərindən bəhs olunur. İmla termini həm geniş, həm də dar mənada işlədilir. Geniş mənada bu termin yazını nizama salan və tənzim edən bütün qaydaların məcmusunu əhatə edir. İmla qaydaları terminini bəzən orfoqrafik qaydalar da adlandırırlar. Bu mənada imla termini ilə orfoqrafiya termini arasında əsaslı fərq yoxdur. Dilin sistemli və vahid qaydalar əsasında qrafemlər və digər işarələrlə ifadəsi olan imla dilçilik termini kimi geniş mənada orfoqrafiya termini ilə sinonimlik təşkil edir.
Ədəbi dilləri inkişaf etmiş bütün xalqların orfoqrafiya qaydaları və orfoqrafiya lüğətləri vardır. Müəyyən, sabit, normalaşmış qrammatik-leksik forma və vahidlərə malik ədəbi dil özünün fəaliyyəti və inkişafı prosesində danışıq dili və dialektlərlə, başqa dillərlə daim qarşılıqlı əlaqədə olur. Bu prosesdə həmin normaların sabitliyini təmin etmək üçün müəyyən qanunların tərtibi vacibdir. Bu qanunların məcmusu olan orfoqrafiya yazıda sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir və təsbit edir.
Türk ədəbidilləri bir-birindən elə də ciddi şəkildə fərqlənmir. Həm genetik, tipoloji, həm də qrammatik quruluşları, əsas lüğət tərkiblərinin ümumilikləri onların bir dil ailəsində – türk dilləri ailəsində birləşməsinə səbəb olmuşdur. Məhz bu dil qrupunun, demək olar ki, hamısı bir-birini elə bu ümumiliyə görə rahat şəkildə başa düşə bilirlər.
Başqa sözlə desək, türk ədəbi dillərinin fonetik, leksik və qrammatik quruluşu haqqında danışılarkən VI əsrdən sonrakı yazılı abidələrə əsaslanılır, onların qədim quruluşu haqqında fərziyyə yolu ilə fikir söylənilir. Bundan əlavə, türk dillərinin quruluşunun sabitliyindən çıxış edərək müasir türk ədəbi dillərinin materiallarını ümumiləşdirmə yolu ilə də fikir söyləmək elmi cəhətdən özünü doğruldur.
Türk ədəbi dillərinin qrammatik quruluşu çox uzun və zəngin bir inkişaf yolu keçmiş, zaman keçdikcə təkmilləşmiş, cilalanmış, həm qohum və həm də qeyri-qohum dillərin qarşılıqlı əlaqə və təsiri altında formalaşmışdır. Müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, çoxlu fərdi xüsusiyyətlərin varlığı məhz bu tarixi inkişafın qanunauyğunluqlarının məhsuludur. Azərbaycan, Türkiyə türkcəsi, türkmən, qazax, qırğız və özbək ədəbi dillərində bu proses nəticəsində yaranmış spesifik imla qaydaları “Türk dillərinin oğuz, qıpçaq, qarluq qrupu dillərinin ümumi imla qanunauyğunluqları” adlı yarımfəsillərində geniş şəkildə təhlil edilmişdir.
Kitabın türk xalqları arasında ortaq ünsiyyət dili problemi adlanan üçüncü fəslində türk xalqları üçün ortaq ünsiyyət dilinin zəruriliyi və ortaq ünsiyyət dilinin yaradılmasında mövcud problemlər və onların aradan qaldırılması yollarından geniş şəkildə danışılır. XX əsrin əvvəllərində istər Azərbaycanda, istərsə də digər türkdilli bölgələrdə milli dirçəliş, milli oyanış dövrü olduğuna görə türk xalqlarının birliyi ideyası da həmin dövrdə aktuallaşdı. Türk xalqlarının birliyi ideyasında əhəmiyyətli məsələlərdən biri də ortaq ünsiyyət dili məsələsi idi.
XX əsrin əvvəllərində ortaq türk dili və ortaq türk əlifbası ideyalarının təbliğ olunması ilk növbədə bu dövrdə türkçülük hərəkatının böyük vüsət alması ilə bağlı idi. Həm Türkiyədə, həm də digər türk xalqları arasında milliyyətçi qüvvələr türkçülüyü böyük bir hərəkata çevirdilər. XX əsrin 90-cı illərində türkdilli xalqların ictimai-siyasi həyatında baş verən çox böyük tarixi dəyişikliklər, bütövlükdə türk dünyasının daha da yaxınlaşması və milli təməllər uğrunda birləşməsi yeni-yeni problemlərin meydana çıxmasına səbəb olmuşdur. 70 illik fasilədən sonra müstəqillik dövründə ortaq türkçülük ideyalarının davamçıları bu hərəkatı daha da genişləndirərək əməli fəaliyyətə başladılar.
Hazırda türkoloji dilçiliyi ayrı-ayrı türk dillərinə dair məsələlərlə yanaşı, bütün türkdilli xalqların vahid ünsiyyəti üçün ümumi olan problemlər daha çox maraqlandırır. Bunlardan biri də türklər arasında ortaq ünsiyyət dilinin yaradılmasıdır.
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Qafqaz bölgəsində əslən Krım tatarı olan İsmayıl bəy Qaspıralı və onun nəşr etdirdiyi “Tərcüman” qəzeti ortaq türk ədəbi dili ideyasının yayılmasında müstəsna tarixi rol oynamışdır. Ümumiyyətlə, ortaq ədəbi dil hər zaman bir mübahisə mövzusu olmuşdur. Bu ideyaya qarşı çıxanlarla yanaşı, onu dəstəkləyənlər də olmuşdur. Sözügedən məsələ keçən əsrdə repressiyanın başladığı 30-cu illərə qədər davam etdirilmişdir.
Qohum xalqlar üçün ortaq ünsiyyət dili yaratmaq onların siyasi-ictimai həyatında xüsusi əhəmiyyət kəsb edir. Ortaq ədəbi dil elmi, mədəni, iqtisadi və siyasi əlaqələrin yaranıb genişlənməsində əvəzsiz vasitədir. Başqa xalqlar kimi, türk dünyasını təmsil edən hər bir xalqın da tarixən öz doğma, zəngin ədəbi dili yaranıb formalaşmışdır. Bu çoxsaylı türk ədəbi dilləri, təbii olaraq, bir-birindən az-çox dərəcədə fərqlənir. Həmin fərqlər dillərin bütün komponentlərində xüsusilə də lüğət tərkibini təşkil edən dil vahidlərində özünü daha qabarıq şəkildə göstərir. Yaşadığımız dövrdə türk xalqları üçün ortaq türk ədəbi dilinin yaradılmasına böyük ehtiyac duyulur. Ortaq dil yaratmaq artıq zamanın tələbidir, və bu sahədə ciddi addımların atılmasının vaxtı artıq yetişmişdir.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” adlı tədqiqat əsəri türkologiya elminin aktual problemlərinin araşdırlması və öyrənilməsi baxımından çox əhəmiyyətli və faydalı bir qaynaqdır. Biz inanırıq ki bu qaynaq bundan sonrakı araşdırmalara da təkan verəcəkdir. Bütövlükdə “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabını türkologiya elmi üçün dəyərli töhfə hesab edirik.
Ahmet Bican ERCİLASUN
Türkiyə Qazi Universiteti, professor
Buludxan XƏLİLOV
Azərbaycan Dövlət Pedoqoji Universiteti, professor
Comments are closed, but trackbacks and pingbacks are open.