Türk mənşəli erməni soyadları
Bu uyğunlaşmanın bir cəhəti, məskun olduğu ölkənin hakim etnosunun hakimiyyəti altında yaşadığına görə, özünü onların adlarını götürmələrində göstərir. İndinin özündə Avropanın müxtəlif ölkələrində yaşayan ermənilərin həmin xalqlara məxsus adları daşımaları və oğlanlarını yerlilərin qızları ilə evləndirməyə səy etmələri onların şəraitə uyğunlaşmaq məcburiyyəti ilə əlaqədardır. Ermənilərin etnogenezində Yaxın Şərqin müxtəlif qədim xalqları nümayəndələrinin, xüsusilə eradan əvvəl I əsrdə II Tiqran dövründə Ermənistana köçürülüb gətirilmiş yəhudilərin böyük rolu olmuşdur. Lakin çox qəribədir ki, erməni ilə yəhudinin nigahından törənənlər həmişə bacarıqlı, həm də çox hiyləgər, necə deyərlər, “şeytana papuş tikən”lər olmuşlar.
Türk mənşəli erməni soyadları
� Türk mənşəli erməni soyadları� kitabı haqqında düşüncələr
Mövzusuna görə çox aktual olan bu tədqiqat əsərinin nəşri, əslində, xeyli gecikmişdir . Nədənsə, biz həmişə gecikirik , yaxşıca zərbə aldıqdan sonra ayılırıq. Amma müharibə, döyüş , mübarizə bunu sevmir , əksınə, döyüşdə zərbəni birinci gərək sən vurasan . Birinci zərbənin gücü , ağrısı, onun mənəvi sarsıntıları da çox olur .
Əlbəttə ki , mənim bu giley-güzarlı iradlarımın müəlliflərə bir o qədər də aidiyyatı yoxdur , əslində, onlar çox sağ olsunlar ki , belə vacib mövzuya müraciət etmiş və uzun illər erməni daşnaklarının yelbeyin siyasətinin fəsadlarına məruz qalan azərbaycanlılara, türkl ərə (elə ermənilərinin � özlərinə də) ermənilərin bir millət olaraq kimliyini tanıtmaqda daha mühüm bir addım atmışlar. Mənim iradlarım isə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunadır. Dünyanın müasir siyasi ab-havası şəraitində bu qəbildən, yəni dil ilə ( dil vasitəsilə) bağlı olan mövzuları işləyib dünya ictimaiyyətinə göstərmək çoxdan bu institutun vəzifə borcuna çevrilməli idi .
Məsələ bundadır ki , biz dost və düşmənlərimizi hələ də yaxşı tanımırıq, buna görə də gözlənilməz çətinliklərlə üzləşırik. Ancaq erməni bizi bizdən daha yaxşı tanıyır. Yaxşı xatırlayıram, SSRİ dövründə – xüsüsən də ötən əsrin 60-cı illərindən başlayaraq ermənilər gizli , lakin mütəşəkkil şəkildə antitürk , antiazərbaycan fəaliyyətlərini get-gedə gücləndirirdilər. Ermənistanın ermənilər yaşayan hansı yerinə yolumuz düşərdisə, bizi � Ara , hayes , turkes ?� sualı ilə qarşılayardılar. Biz isə bu sual qarşısında özümüzü təhqir olunmuş sayır və sadəlövhlüklə tez də cavab verirdik ki , � biz türk deyilik , azərbaycanlıyıq�.
Oxucular qınamasınlar, mən özümün məktəbli olduğum illərdən danışıram və bizim verdiyimiz cavablar da məktəbli cavabları idi : sovet antitürk təbliğatı öz işini çoxdan görmüşdü , bu , bizim iliyimizə hopdurulmuşdu .
Biz millət kimi , tarix boyu çox təvazökar, bir az da utancaq , qarşısındakı günahkarı tez bağışlayan, onun məkirli hiylələrinə əhəmiyyət verməyən, pisliklərini tez unudan , insanlıq xatirinə çox məsələlərlə barışan olmuşuq və çox təəssüflər olsun ki , indi də beləyik, hələ tam ayılmamışıq. Bu , heç də yaxşı xasiyyət deyil . Bu xasiyyətlə məkirli düşmənə qarşı mübarizə aparmaq olduqca çətindir. Əslində, belə olmamalıdır; dostu da , düşməni də yaxşı tanımalısan, hər biri haqqında yaxşı-pis nəyi varsa , vaxtında üzünə deməyi bacarmalısan, qoy o özü də bilsin ki , sən onu onun özündən də yaxşı tanıyırsan.
Həmçinin nəzərə alınmalıdır ki , müasir dövrün mübarizə vasitələrindən biri , bəlkə də ən mühümü , birincisi təbliğat mübarızəsidir. Erməni məhz bu vasitədən � daha çox bəhrələnir. Bu yolla o həmişə öz yalanlarını dünyaya həqiqət kimi təqdim etməyə can atmış və çox vaxt buna nail olmuşdur ; yalan o qədər ayaq tutub yerimişdir ki , onun qarşısında bizim tam tarixi faktlara və dəlillərə söykənən real gerçəklik haqqındakı təqdimatlarımıza belə, dünya ictimaiyyəti şübhə ilə yanaşır, çünki ilkin təbliğat – erməni təbliğatı yalan olsa belə, artıq öz işini görmüş , təsirini göstərmişdir.
Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunmuş � Türk mənşəli erməni soyadları� kitabı (müəlliflər: Hüseyn İsmayılov, Əziz Ələkbərli və Elbrus Qaraqoyunlu , Bakı, � Nurlan nəşriyyatı�, 2011) olduqca vacib və aktual bir mövzuya həsr edilmişdir . Bu təşəbbüsə görə müəlliflər heyəti alqışlara layiqdir .
Kitabı � böyük maraqla oxudum , bütövlükdə bəyəndim, � lakin kitabın gələcəkdə daha geniş və mükəmməl nəşrə hazırlanacağı barədə annotasiyadan oxuduqlarım bu qeydləri yazmağa məni vadar etdi . Fikirləşdim ki , gələcək nəşrin daha mükəmməlliyi üçün bəzi məqamları nəzərə çatdırmaq işin xeyrinə olar .
Lakin əvvəlcə, bir neçə kəlmə ilə kitabın məziyyətləri barədə söhbət açmaq istəyirəm.
Kitabda 434 türk mənşəli erməni soyadının (familiyasının) geniş və sanballı izahı verilmiş , onların hər birinin türk-azəri mənşəli olması tarixi mənbələrə və tanınmış türkoloq alimlərə, o cümlədən erməni tədqiqatçılarına istinad olunmaqla , elmi dəlill ərlə təsdiqlənmiş və tam sübuta yetirilmişdir . Sadalanan soyadların bir çoxunu daşıyan tanınmış ermənilərin – peşə və əmək adamlarının, elm və incəsənət xadimlərinin adları elə yerindəcə göstərilmişdir. Məsələn, Allahverdyan soyadına verilmiş izahın sonunda göstərilir: �Azərbaycan SSR xalq artisti , mügənni N.Allahverdyan bu soyadı daşıyırdı� (səh 24). Eləcə də Cavadyan soyadına aid izahın sonunda bildirilir : �Dağlıq Qarabağdan olan Sosialist Əməyi Qəhrəmanı Z.B.Cavadyan bu soyadı daşımışdır� (səh 81).
Azərbaycan və türk dilində müxtəlif mənalı sözlərdən, ən çox da peşə bildirən sözlərdən əmələ gəlmiş erməni soyadlarının izahı da dolğun verilmişdir . Belə ki , müəlliflər bu cür soyadlarının əsasını təşkil edən Azərbaycan-türk mənşəli sözlərin ermənicə tərcüməsini də verərək, erməni dilindəki həmin qarşılıq sözündən erməni soyadı yaradılmadığını xüsusi vurğulamışlar . Məsələn, Çörəkçyan soyadının izahı belə bir sonluqla yekunlaşır: �Çörək ermənicə hats , çörəkçi isə hatsaqordz deməkdir, lakin ermənilər arasında Hatsyan və Hatsaqordzyan soyadları yoxdur � (səh 89).
Həmçinin Quşçyan soyadının şərhində bildirilir ki , quşçu sözü ermənicə trçnabah deməkdir, lakin ermənilərdə Trçnabahyan soyadı yoxdur (səh 151).
Əlbəttə, deyə bilərik ki , soyadlarının müəyyən bir qismi özünün azəri-türk mənşəliliyini heç bir elmi şərh olmadan da büruzə verir və bu , böyük çoxluq tərəfindən asanlıqla anlaşılır; erməni bunu nə qədər gizlətməyə, ört-basdır etməyə çalışsa da , bacarmaz , çünki �cidanı çuvalda gizlətmək olmaz �.
Müqayisə üçün görkəmli sovet tədqiqatçı-türkoloq alimi Nikolay Aleksandroviç Baskakovun tədqiqatlarına müraciət edək. Alimin � Russkie familii turkskoqo proisxojdeniye � kitabında cəmi 300 ( üç yüz ) familiyadan bəhs edilir . Nəzərə alsaq ki , o boyda Rusiyada çoxmilyonlu ( iki yüz milyona yaxın) ruslar arasında cəmi üç yüz türk mənşəli rus familiyasından söhbət gedir , lakin Ermənistan kimi kiçik bir ölkədə vur-tut bir neçə milyonluq ermənilərin isə dörd yüz otuzdan çox (müəlliflərin fikrincə, bu , son rəqəm deyildir ) azəri-türk mənşəli erməni soyadından danışılır.
Daha bir müqayisəni diqqətə çatdırmaq olduqca vaçibdir . � N.A Baskakovun araşdırmalarına görə, türk-tatar mənşəli rus familiyalarının yaranması – müxtəlif dövrlərdə (yüzilliklərdə) mənşəcə türk ( tatar ) olan şəxslərin Rusiyada dövlət qulluğuna və ya rus ordusunda məsul vəzifələrə qəbul edilməsi ilə əlaqədard ır. Vəzifəyə irəli çəkilmiş bu şəxslər sonralar rus ailələri ilə qohumlaşmış, getdikcə tamamılə ruslaşmış və demək olar ki , həmin şəxslərin törəmələrində türklük tədrıcən əriyərək yox olmuş , onlardan yalnız quru ad (soyad-famılıya) qalmışdır.
Lakin bu quru soyadın özünün qalması, yaşaması da təsadüfi deyildir , təbii ki , həmin ad sahibinin yaşadığı cəmiyyətdə böyük nüfüz , şan-şöhrət qazanması, dərin hörmətə layiq olması, törəmələri üçün qürur və fəxr mənbəyinə çevrilm əsidir ki , bu familiyalar bu gün də rus xalqı arasında fəxrlə, qürurla yaşayır, öz şan-şöhrəti ilə, məşhurluğu ilə seçilir ; bu , bizim üçün də fəxrdir!
Amma ermənilərdəki Azərbaycan � türk mənşəli soyadların yaranması yolu isə tamamilə başqadır. Burada söhbət sırf azəri-türk mənşəli adam adlarının ( Azad , Əziz, Cavad ), peşə adlarının (dəllək, zurnaçı, dəvəçi), bəzi halarda da müxtəlif mənalı sözlərin ( daş , topal , şəkər) heç bir əsas olmadan mənimsənilməsindən gedir . Bunun da kökü ona bağlıdır ki , erməni dilində ad ( soyad ) yaratma imkanları olduqca məhduddur, zəifdir; bu da dilin yoxsulluğuna dəlalət edir .
Kitabda yalnız bir soyadın – Mamikonyan familiyasının yaranması türk mənşəli Mamuk adlı şəxsin üçüncü yüzillikdə erməni tərəfə keçməsi ilə əsaslandırılır (səh 156). Qalan bütün hallarda azəri-türk mənşəli sözlərin (adların) birmənalı şəkildə mənimsənilərək erməni dilindəki familiya bildirən – yan şəkilçısinin artırılması ilə əmələ gəldiyi canlı fakt kimi göz qabağındadır.
Biz çox zaman tanınmış erməni şəxsiyyətlərinin daşıdıqları azəri-türk mənşəli Allahverdyan , Tarverdyan , Babacanyan kimi çoxlarımıza məlum olan populyar bir neçə soyadı tez-tez eşitdiyimizdən bunların tək-tük hal olmasını zənn etmişik ; haradan biləsən ki , erməni Camal , Cəlal, Xanlar , Sərdar, Nəriman, Nəsib, İslam , Mirzə, Mədət, Mərdan, Murad , Osman , Qasım, Şahbaz , Şahin kimi saysız-hesabsız adlarımızı mənimsəyərək özününküləşdirəcəkdir?! Buna deyərlər: �nə yoğurdu , nə yapdı, hazırca kökə tapdı�.
Kitabda ön söz kimi təqdim olunan �Erməni soyadları ermənilərin tarixi kimliyinin güzgüsüdür � başlıqlı yazı ( bizim şərhimizdə bu başlıq � ön söz � kimi gedəcəkdir) həcmcə kiçik olsa da , məzmun dolğunluğu ilə seçilir . Bu qısa mətndə ermənilərin milli mənşəyi, tarixi keçmişi – hibridliyi , coğrafiyası barədə məlumat verilmiş , eləcə də beynəlxalq aləmdə tanınmış görkəmli tarixi şəxsiyyətlərin ermənilər haqqında tutarlı deyimləri ( sitatlar halında) öz əksini tapmışdır. Lakin elə bu yazının özündə bizi qane etməyən bəzi məqamlar vardır ki , iradlarım da elə buradan başlayır.
� Ön söz�də M.Abeqyan , M.Aqanbekyan , M.Nalbandyan , K.Patkanyan , Leo , R.Açaryan kimi erməni alim tərəfindən F.Engels , K.Marks , A.Mets , Tasit , V.Z.Veliçko kimi dünya şöhrətli alim və şəxsiyyətlərdən tutarlı sitatları verilir , lakin təəssüf ki , mənbələr göst ərilmir.
Doğrudur , bunlardan bəzilərinin ( İ.Şopen , V.Veliçko ) elmi əsərlərinin adı istifadə olunmuş ədəbiyyat siyahısında verilmişdir , ancaq bilavasitə sitatın altında göstərilməmişdir. Hər bir sitat o zaman təsirli və inandırıcı olur ki , onun mənbəyi yerindəcə və konkret göstərilsin.
Alınma sözlər, həmçinin bunların bir qismi olan alınma adlar ( soyadlar ) dillər arasında, adətən, qarşılıqlı olur . Bir neçə kəlmə ilə də olsa , göstərilməli idi ki , ermənilərdə bu qədər türk-azəri mənşəli soyad olmasına baxmayaraq , bunun müqabilində azərilərdə, türklərdə erməni mənşəli soyada rast gəlinmir, yaxud rast gəlinirsə, ədalət naminə dəlillərlə, sübutlarla göstərilməlidir.
Mütləq qaydada qeyd olunmalıdır ki , azəri-türk mənşəli sözləri ( adam adlarını, peşə adlarını, müxtəlif mənalı sözləri) özlərinə soyad seçməkdə ermənilər məqsədsiz olmamışlar. Bu onların qonşu azərilər, türklər arasında maskalanmaları üçün çox vacib və əhəmiyyətli məsələlərdəndir. Onlar bununla , həm də bizə �yaxın� olduqlarını, hüsn-rəğbət �bəslədiklərini� bildirməyə çalışmış, çox zaman buna nail olmuş və nəticədə bizim axarlı-baxarlı torpaqlarımızda, elə bizim aramızda özlərinə rahat yer tapa bilmişlər. Məhz bu yollarla onlar bizi bizdən yaxşı tanıyırlar.
Bu fikrin davamı kimi onu da qeyd edək ki , Gürcüstanda da yaşayan ermənilərin müəyyən qismi öz soyadlarını gürcüləşdirmişlər. ( Mkrtçşvili , Manvelaşvili və s .). � Ön söz�də bu barədə şərhi bir qədər geniş vermək lazım idi . Açıqlamaq gərək idi ki , ermənilər tər-təmiz türk-azəri adlarının sonuna familiya bildirən bir – yan şəkilçisi artırmaqla Adilyan , Ağacanyan , Aydınyan, Azadyan , Azizyan , Cavadyan , Camalyan , Calalyan , Cümşüdyan , Sərdaryan, Xanlaryan , İslamyan , Madatyan , Mardanyan , Narimanyan , Nasibyan , Osmanyan , Şahbazyan , Şahinyan . kimi yüzlərlə soyadı özün ünküləşdirmələri bəs deyilmiş kimi , türk-azəri məişətində o peşə, sənət adı yoxdur ki , ona bir – yan artırıb özlərinə soyad etməsinlər: Bağbanyan , Basdurmaçyan , Çaxmakçyan , Çilinqaryan , Çobanyan , Çörəkçyan, Dallakyan , Damirçyan , Darziyan , Deveçyan , Dolmaçyan , Dudukçyan , Dulqaryan , Xarratyan , Xırmandaryan, Kotançyan , Qaleyçyan , Qırçyan, Quşçyan , Mxçyan , Nalbandyan , Ozanyan , Papaxçyan , Saatsazyan , Sazandaryan , Toxmaçyan , Zurnaçyan və s .
Burada məntiqi təhlil üçün geniş söhbətə ehtiyac duyulur . Əvvələn onu qeyd edək ki , bu soyadların kökü birmənalı şəkildə türk-azəri mənşəlidir; bir qismində heç bir dəyişiklik edilmədən yalnız – yan artırılmaqla ( bağban+yan , xarrat+yan , çoban+yan ozan+yan , saatsaz+yan ), bir qismində isə erməni dılində müvafiq hərflər (məs.,-ə,ü) olmadığından bir hərf dəyişməsi ilə (dəllək – dallak+yan , dəmirçi – damir ç i+yan , dərzi – darzi+yan , dülgər – dulqar+yan , burada həm də g �� q əvəzlənməsi vardır, nalbənd – nalband+yan ) düzəlmişdir.
Söhbət təkcə bununla bitmir , ortaya məsələ çıxır: niyə ermənilər bizim peşə adlarını belə əzizləmiş, özlərinə soyad seçmişlər. Bunun məntiqi yozumu budur ki , adları çəkilən peşələr erməninin özündə heç vaxt olmamışdır, bu onların məişətinə yaddır. Onlar bir millət kimi heç vaxt bir yeri özlərinə daimi yurd bilib yığcam ərazidə yaşamamış, ev-eşik sahibi olmamış, öz ağalarının buyruğu ilə vaxtaşırı olaraq bu ölkədən o ölkəyə, o ölkədən bu ölkəyə (Türkiyə, İran , Suriya , Azərbaycan və bu kimi digər ölk ə lərə) köçürülmüşlər. Əlbəttə ki , bu , onların özlərindən daha çox onları idarə edən ölkələrin marağından irəli gəlir. Tarixən belə həyat tərzi keçirən adamların maldarlıq, əkin-biçin kimi təsərrüfat işləri ilə məşğul olmağa nə marağı, nə də imkanı olmuşdur . Ermənilərin bəxti onda gətiribdir ki , türklər, azərilər kimi əliaçıq, ürəyiyumşaq qonşuları olmuş , onlar da kəndbəkənd, evbəev gəzərək, hansısa bir qapıda bir işə yaramış və ailəsinə gündəlik çörək qazana bilmişlər. Bu növ məşğuliyyətin nəticəsi olaraq yuxarıda adlarını çəkdiyimiz peşələrdən birinə yiyələnmiş, sonralar həmin peşə ilə tanınmış və nəticə etibarilə bu peşəni özlərinə soyad seçmişlər ( müasir tələblər baxımından bu soyadı götürməklə, h əm də özlərini reklam etmişlər).
Bu da birmənalı başa düşülməlidir ki , həmin peşələr bir millət kimi ermənilərin öz aralarında olsaydı, öz içlərində işlədilsəydi, yəqin ki , öz dillərində də adı olardı, biz də bu mənzərənin şahidi olmazdıq.
Çox aktual bir mövzudan bəhs edən müəlliflərə bir daha təşəkkürlərimi bildirməklə qeydlərimi yekunlaşdırır və bildirirəm ki , bu iradlar kitabın yeni və daha sanballı nəşrinə kömək məqsədi daşıyır.
Sabir QARAQOYUNLU (ƏFƏNDİYEV)
Xalq qəzeti.- 2013.- 25 iyun.- S. 7.
Türk mənşəli erməni soyadları
86% erməni soyadları Türk adladrıdır! Bunu necə anlıyaq? Sən Oğrusan yoxsa Qul? 😉
***********************************
https://youtu.be/9BbPaGnYDtA
86% армянские фамилии это Туркиские имена! Как понять? Ты Вор или Раб?
Факты которые нельзя Отрицать! – YouTube
www.youtube.com
У армян не только 86%фамилия турецские и блюда и музыка тоже 90% украйденное у турков-азери или османских турков
15 июл 2017
У армян получается свое ничего нету.они алфавит и даже флаг государственной украли у других
15 июл 2017
Да Брат на следующих роликах об этом будим рассказывать.. ин ша АЛЛАХ..
15 июл 2017
У них одно фамилия должна быть “ТВАРЬЯН”
15 июл 2017
А кто такие армяны.
15 июл 2017
15 июл 2017
Ооо. Ас Саламун Алейукум Брат..как ты..
15 июл 2017
15 июл 2017
Чох сагол Гардаш.. бах буну ахтарырдым. икинжи ролики еле бунун есасында дюзелдежем..
16 июл 2017
Sende sag ol ! Mende bele senedler coxdu lazim olsa muraciet ede bilersen .
16 июл 2017
АЛЛАХ Разы олсун сенден Гардаш.. елбетде лазымды..
16 июл 2017
хеч кимдилар .озларинин торпагыны торпагыны гормага хунерлари йохду . Ама озге торпагын огурмагы бачарырлар.Бунлара сабун лазым дейил , озлери лазым оланда сабун олулар.
Qlobalinfo
ERMƏNİLƏRDƏ TÜRK MƏNŞƏLİ ŞƏXS ADLARI HAQQINDA
Qiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında “Buzovnaneft” və “Kirovneft” mədənlərində təmir ustasının köməkçisi işləyib.
1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb,Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), baş elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildə ABŞ-da çap olunan “Türk dünyası” jurnalının redaksiya heyətini seçilmişdir. Q
.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuşdur.Alim 10 monoqrafiya və 200-dən çox elmi məqalənin müəllifidir. Qiyasəddin Qeybullayev 13 dekabr 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir. Qiyasəddin Qeybullayevin “Qədim Türklər və Ermənistan” adlı kitabından növbəti məqaləni təqdim edirik
Qədim erməni mənbələrində ermənilərin daşıdıqları çoxlu şəxs adları qeyd olunur.Lakin onlar əsas etibarilə çarların, feodalların, sərkərdələrin və din (kilsə) xadimlərinin adlarıdır. Dil mənsubiyyətlərinə görə həmin adlar qədim yəhudi, yunan, fars, latın, Suriya və türk mənşəlidir.Yuxarıda qeyd etmişdik ki, indiki ermənilərin ulu əcdadları eradan əvvəl IX – VII əsrlərdə Urartu çarlığının tərkibində yaşamışlar. Urartu və erməni dilləri tamamilə fərqli dillərdir.Urartu dilində erməni mənşəli söz yoxdur, lakin erməni dilində çoxlu Urartu sözləri vardır və bunlar erməni dilinin 10 – 12 %-ni təşkil edir. Ermənilər keçən əsrdən etibarən, Urartu yazıları tapılıb oxunduqdan sonra Urartu çarlarının adlarını uşaqlarına qoymağa başlayıblar.
Onlarda Aramyan (Aram, Armais şəxs adları), Sarduryan, Rusayan və başqa familiyalar belə yaranmışdır. Ermənilərdə İşxan şəxs adı Hett dilindəki işha “sahibkar” sözündən, Qaqik şəxs adı isə qədim hettlərdə Kakki şəxs adındandır. Bdo (Bdoyan, əslində Puti) və Xoren (əslində Huri) Hurrit mənşəli adlardır. IV əsrin əvvəllində xristian dini qəbul edildikdən sonra Bibliyadan yəhudi mənşəli şəxs adları ermənilərdə geniş yayılmışdır:Adəm “adam” (ermənilərdə Adamyan), Aşot “şir” (ərəb dilindəki Əsəd adı ilə eyni mənşəlidir),Yelise (“Allah qurtuluşudur”) ermənilərdə Yeğişe, İvan (“Allah əzizləyəndir”) adından ermənilərdə İoanesyan, Avanesyan,Ovanesyan, Ohanesyan familiyası törənmişdir.
Bibliyadakı yəhudi mənşəli Yakov (“daban”, “ayaq dabanı”) adı ermənilərdə Hakop, Ebraem (“çoxlu xalqların atası”) adı Abramyan, Simeon (“Eşidən Allah”) adı Simonyan, Lazar (“Allah kömək edib”) adı Qazaryan, Qavril (“qüvvətli kişi – Allah”) adı Qabrielyan, Tovma (“Ümid”) adı Tovmasyan, Zaxar (“Allahı yada saldı”) adı Zaxaryan, Ananiy (“Allah xeyirxahlıq göstərər”) adı Ananyan, Danial (“Mənim hakimim – Allah”) adı Danielyan, David (“sevimli”) adı Davtyan, İsakiy (“güldü”) adı İsaakyan erməni ad və familiyaları üçün əsas olmuşdur. Şaumyan və Smbatyan familiyaları da qədim yəhudi mənşəli Şaum və Şambat sözlərindəndir.Qədim yunan mənşəli adlardan Andronik (andros “adam” sözündən) Artyom (artemis “sağlam” sözündən), Arakel (“apostalis” dini kitab),Qay (qayos”yaşıl”), Aleksandr (“cəsarətli”), Andrey (“qoçaq”, “igid”, ermənilərdə Andresyan),Arkadiy (“çoban”), Arseniy (“cəsur”), Stepan (“tac”),Anastras (“yenidən dirilmiş”), Qaspar (“usta”), Qriqoryan (qriqoris “qıvraqlaşan” sözündən)Petrosyan (petros “daş”),Platon (“enlikürək”),Martirosyan (martiros “şəhid”), Atanasyan (atanasiy “izsiz”), Gevorqyan (georgiy “əkinçi” sözündən), Xristofor(“özündə xristian dini daşıyan”) və b. göstərmək olar.Latın dilindəki Pavel (“əziz”, ermənilərdə Poqosyan), Anton (“döyüşə girişən”), Klara (“təmiz”), Silva (“meşə, fızıllıq”) və b. adlar götürülmüşdür.
Ermənilərdə Arşak, Baqrat (əslində Bağdad), Varaz, Vardan, Zorab(əslində Zöhrab), Ervand (“sürətli”), Nerses (əslində Narse), Trdat (Trdatyan), Meğran (əslində Mehran), Tiqran (“iti”, “sürətli”) və b. adlar qədim farslardan götürülmədir. Bundan başqa, ruslardan götürülmüş Lsitsyan (lisa – “tülkü”),Mravyan (muravey – “qarışqa”, ruslarda Muravyov), Sergey, İqor, Valeri, Vasili və b., almanlardan götürülmüş Albert (“nəcib”), Amaliya, Rudolf,Telman və Emma, fransızlardan mənimsənilmiş Tereza (terao “ov etmək” sözündən) adları da vardır.Sırf erməni dilində düzəldilmiş şəxs adları çox cüzidir: Avetis (“qoyun oğurlayan”), Xaçaturyan (“xaç gəzdirən”), Arutyun (“bazar günü”), Mkrtç (“xaç suyuna çəkən”) və b.Ermənilərdə türk mənşəli adlar əsas yer tutur. Onları şərti olaraq üç yerə ayırmaq olar:
1. Ermənistan ərazisində yaşamış türkdilli əhalidən mənimsənilmiş adlar və “Alban tarixi”ndə göstərilən alban adları.Yuxarıda biz türk mənşəli cinli tayfası ilə bağlı Mamikonianlardan danışdıqda Mamiqun, Vahan və Vasak adlarının türkcə olduğunu demişdik.
Eramızın əvvəllərində Ermənistana köçüb gəlmiş bulqarlarınbaşçısının adını Moisey Xorenski Vxundur kimi yazır ki, bu da əslində Vahandur adından təhrifdir. Lakin erməni tədqiqatçıları utanmadan yazırlar ki, “Vağanyan” familiyasındakı Vahan erməni adıdır. Türk mənşəli Vasak adının ermənicə təhrifi olan Vazgen şəxs adını da onlar erməni sözü sayırlar.
Ermənilərdəki Avak şəxs adının (Avakyan familiyasının) türkcə Abak adından olduğunu yuxarıda demişik. Ermənilərdə (o cümlədən ruslarda) geniş yayılmış Boris şəxs adının qədim türkdilli bulqarlarda (X əsr) çar adı olduğu məlumdur; başqa sözlə, bu ad türkdilli bulqarlardan alınmadır. Monqol mənşəli oçir “ildırım”, “şimşək şaxəsi” sözündən ermənilər Açaryan familiyasını əmələ gətirmişlər.Erməni çarlarının adları əksəriyyətcə Şərqi İran mənşəlidir. Bunlar eranın I əsrindən 428-ci ilə qədər Ermənistanda çarlıq etmiş Arşakilər sülaləsinə mənsub adlardır. Ermənilərdə Suren şəxs adı parfiyalılardan götürülüb, lakin bu ad monqol dilindəki tseren “uzun ömür sürən” sözündəndir və mənşə etibarilə tibet dilindəki eyni mənalı tserink sözünün fonetik formasıdır. Bu ad əvvəlcə parfiyalılara, onlardan da ermənilərə keçmişdir.
Erməni tədqiqatçılarının erməni xalqına illər boyu təlqin etdiyi adlar da vardır: bunlar antik mənbələrdə və Musa Kalankatlının “Alban tarixi”ndə qeyd olunan türk mənşəli Alban çarlarının və feodallarının adlarıdır. Albaniyanın “Şərqi Ermənistan” hesab edilməsi, Kür-Araz ovalığının, xüsusilə Dağlıq Qarabağ əhalisinin binadan ermənilərdən ibarət olması konsepsiyasına uyğun olaraq erməni tarixçiləri Alban adlarının ermənilər içərisində geniş yayılmasına nail olmuşlar.
Nəticədə türk mənşəli alban adları – Oruz, Kozis, Zober, Aran (əslində Ərən), Asay, Aratan (əslində Ərətən), Asparak, Xosgen (əslində Qoçgen), Davtak, Xoçkor (əslində Qoç-Kür), Asan (əslində Əsən), Sanatürk və s. adlar müasir ermənilərdə geniş yayılmışdır. Girişdə biz bu alban adlarının etimologoyalarını verdiyimiz üçün burada təkrar etmirik. Bunların qədim türk mənşəli olmaları indiyədək məlum olmadığına görə (ilk dəfə bu adların türk mənşəli olamsı bizim tərəfimizdən müəyyənləşdirilmişdir – Q. Q) ermənilər kor-koranə onları işlətməkdə davam edirlər.
Lakin bu adlar indi də qədim erməni mənbələrində erməni dilinin fonetikasına uyğun surətdə verildiyi kimi işlədilir. Onlar uşaqlarına qoyduqları alban adlarının qədim türk mənşəli olduğunu bilmirlər. Alban çar və feodal adlarının bir hissəsi Şərqi İran mənşəlidir: Vaçe, Vaçaqan, Sanasan və b. Bu adlar da “Alban tarixi”ndə çəkilir. Ermənilər onları da mənimsəmişlər. Minilliklər boyu başqa xalqların və onlara məxsus sülalələrin, əsasən, türklərin hökmranlığı altında yaşamaları nəticəsində ermənilərdə bu qələmun kimi müxtəlif şəraitə və etnik mühitə empirik uyğunlaşma bacarığı formalaşmışdır.
Bu uyğunlaşmanın bir cəhəti, məskun olduğu ölkənin hakim etnosunun hakimiyyəti altında yaşadığına görə, özünü onların adlarını götürmələrində göstərir. İndinin özündə Avropanın müxtəlif ölkələrində yaşayan ermənilərin həmin xalqlara məxsus adları daşımaları və oğlanlarını yerlilərin qızları ilə evləndirməyə səy etmələri onların şəraitə uyğunlaşmaq məcburiyyəti ilə əlaqədardır. Ermənilərin etnogenezində Yaxın Şərqin müxtəlif qədim xalqları nümayəndələrinin, xüsusilə eradan əvvəl I əsrdə II Tiqran dövründə Ermənistana köçürülüb gətirilmiş yəhudilərin böyük rolu olmuşdur. Lakin çox qəribədir ki, erməni ilə yəhudinin nigahından törənənlər həmişə bacarıqlı, həm də çox hiyləgər, necə deyərlər, “şeytana papuş tikən”lər olmuşlar.
2. İkinci qrupa məxsus olan şəxs adları Azərbaycan dilinə aid təmiz türk mənşəli ata, ağa, bala, dədə, qara, igid, sarı, çoban və s. sözlərdən ibarətdir. Onlara fars mənşəli yan şəkilçisi əlavə olunmaqla Atayan, Aqayan, Balayan, Dadyan, Karayan, İgidyan, Saryan, Çobanyan familiyaları yaranmışdır. Bu o deməkdir ki, ermənilərdə Ata, Ağa, Bala, Dədə, Qara, İgid, Sarı, Çoban adlarını daşıyan adamlar olmuşdur.
Bu qrupa, habelə, Azərbaycan dilindən götürülmüş bərbər, qəssab, daşçı, dəmirçi, dəllək, dərzi, zərgər, kasa, nalbənd, nəccar, lüləçi, taxtaçı, sandıq, ciyər və basqa.sözlərdən yaranmış Bərbəryan, Kasabyan, Taşçyan, Damirçyan, Dəlləkyan, Terzyan, Zərgəryan, Kasayan, Nalbandyan, Naçaryan, Luleçyan, Sundukyan, Taxtaçyan, Ciqarxanyan familiyaları aiddir. 3.Ermənilərdə şəxs adlarının böyük bir qismi azərbaycanlılardan hazır şəkildə götürdükləri adlardır. Azərbaycanlıların daşıdıqları ərəb-fars mənşəli (bu adların bəziləribizə İslam dini ilə gəlmişdir) Allahverdi, Aslan, Qaragöz, Qərib, Qoçər, Eyvaz, Əmirxan, Əlixan, Əhməd, Mənucöhr, Məlik, Mirab, Murad, Mirzə, Mehrab, Zöhrab, Kərəm, İsfəndiyar, Sarıxan, Səddər, Tuman, Səfər, Seyran, Xanbaba, Xanlar, Təvəkkül, Xanəli, Cəlal, Firuz, Şahverdi, Şahgəldi, Şahnəzər, Şəkər və b. adlardan ermənilərdə Alaverdyan, Aslanyan, Qaragözyan, Barxudaryan, Baqdasaryan, Koçaryan, Avazyan, Əmirxanyan, Əlixanyan, Əhmədyan, Karamyan, Spandaryan, Manuçaryan, Meqrabyan, Zorabyan, Melikyan, Mrovyan, Mirzoyan,Muradyan, Saruxanyan,Sitaryan, Safaryan, Seyranyan, Xanbabyan, Xanalyan, Tavakelyan, Piruzyan, Tumanyan, Calalyan, Şahnazaryan, Şahverdyan, Şakaryan familiyaları yaranmışdır.
Ermənilərdə hətta “Kitabi-Dədə Qorqud” eposundakı Qorqud adından Korkotyan familiyası da vardır. Göründüyü kimi, Ermənistan ərazisində erməni mənşəli qədim toponimlər– mahal və əyalət adları olmadığı kimi, erməni dilində yaranmış şəxs adları da cüzidir: Xristian dini vasitəsilə keçən adlar, yunanlardan və farslardan götürdükləri adlar nəzərə alınmazsa, onlar tarix boyu alban və ərəb mənşəli Azərbaycan-türk adları daşımışlar.
Başa düşmək olmur, əgər azərbaycanlılar Ermənistana sonradan gəlmə, ermənilər avtoxtondursa, onda nə üçün Azərbaycan mənşəli adları qəbul etmiş və uşaqlarını bu adlarla adlandırmışlar? Ermənilər Azərbaycan dilindən alınma çoxlu sözlər, o cümlədən xörək və çörək adlarını işlədirlər (Lakin Zori Balayan həyasızcasına yazır ki, lavaş, dolma və s. yemək adları erməsi sözləridir!), Azərbaycan adlarını daşıyırlar, amma azərbaycanlıları türk olduqlarına görə düşmən sayırlar. Azərbaycan xalqı məğrur xalqdır.
Bu xalqın damarlarında eradan əvvəl I minilliyin başlanğıcından məlum olan türk mənşəli alban, qamər, maday, manta, iskutay, saka və b. etnoslara mənsub ərənlərin qanı axır, o ərənlər ki, ermənilər özləri min illər boyu onların hakimiyyəti və himayəsi altında yaşamışlar. Bunları gizlətmək mümkün deyildir, çünki mənbələr, tarixi faktlar olduğu kimi qalır. Tarixi həqiqəti əks etdirən bu faktlar əsasında gec-tez Ermənistan ərazisində ermənilərin və azərbaycanlıların kimlər olması tamamilə üzə çıxarılacaqdır. Bu kitabça isə həmin problemin araşdırılması istiqamətində atılmış ilk addımdır. analoq.az
Comments are closed, but trackbacks and pingbacks are open.