Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->
Xalq şairi Sabir Rüstəmxanlı isə kitabı “Divanü lüğət-it Türk” ilə müqayisə edib:
“Türk mənşəli sözlər lüğəti” təqdim edildi – FOTOLAR
Publika.az xəbər verir ki, kitabın hazırlanmasında əsas məqsəd Azərbaycan dilinin türkmənşəli sözlərlə nə dərəcədə zəngin olduğunu bütün oxucu kütləsinə çatdırmaq və Azərbaycan dilinə dair məktəb kursunun səmərəli tədris olunmasına dəstək verməkdir.
Tədbiri universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açıb. O, yeni lüğətin tədris sistemindəki yerindən və əhəmiyyətindən danışıb.
Filologiya elmlər doktoru, professor Buludxan Xəlilov kitabın 21-ci əsr lüğətşünaslığı üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb:
“Bu gün sizə təqdim edəcəyimiz “Türk mənşəli sözlər lüğəti” bütün normalara cavab verir. Hər bir dilin lüğət tərkibinin zəngin olması onun müasir dilçiliklə ayaqlaşdığından xəbər verir. Yaşadığımız əsrdə müxtəlif növ lüğətlərə tələbatlar artır. Dilimizin lüğət tərkibinə hər sahədən çoxsaylı alınma sözlər daxil olur. Hələ bu alınma sözlərin 44 minə yaxını türkmənşəlidir. Bütün bu sözlər dilimizin tərkibinə daxil edilərkən Azərbaycan dilinin orfoqrafiya normalarına, habelə bir sıra digər linqivistik və ensiklopedik lüğətlərə istinad edilib. Lüğət eyni zamanda orta məktəbin tədris prosesi üçün də nəzərdə tutulub”.
Millət vəkili Aydın Mirzəzadə də lüğət haqqında fikirlərini bölüşüb:
“Bu kitab içərisində olan söz ehtiyatına görə olduqca faydalıdır. Burada 50-dən çox lüğət növünə daxil olan və olmayan bir sıra yeni sözlər var. Kitabın quruluşu, adı, izahı olduqca uğurlu seçilib. İlk baxışda insana güvən aşılayır. Fikrimcə, bu Azərbaycan dilçiliyində əsrlərlə qalacaq və istinad ediləcək bir kitabdır. Təəssüf ki, hazırda çox az sayda tirajlanıb. Amma əminəm ki, gələcəkdə bu kitab daha yüksək tirajda nəşr ediləcək”.
Müəlliflərdən Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqoqika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Ənvər Abbasov lüğətə əlavə edilən yeni sözlərdən danışıb:
“Bu gün orta məktəb şagirdlərinin ən böyük problemi söz bazalarının zəifliyi, ifadələri yerində istifadə edə bilməmələridir. Bu kitab şagirdlərdə dilə böyük məhəbbət, maraq yaradacaq. Bu lüğətdə 44 mindən çox türkmənşəli söz var. Gələcəkdə bu lüğətin daha da təkmilləşdirilməsini planlaşdırırıq. Dilimizin dərindən öyrənilməsi üçün bu kimi mənbələrin sayının artırılması önəmlidir”.
Xalq şairi Sabir Rüstəmxanlı isə kitabı “Divanü lüğət-it Türk” ilə müqayisə edib:
“Bu günə qədər sonsuz sayda lüğətlər hazırlanıb. Bu elə də asan məsələ deyil. Bu lüğətin hazırlanması son dərəcə önəmlidir. Türklər tərkibində 613 min söz olan lüğət hazırlayıb. Ümumi türk xalqlarının dillərini əhatə edəcək 1 milyona yaxın kəlmə var. Bura Altayların, Başqırların və digərlərinin sözləri daxildir. Bu gün dilimizdə bir çox istifadə edilən sozlərin çoxu rus, Avropa mənşəlidir. Bir vaxtlar ərəb dilindən gələn axın indi də Avropadan gəlir.”
O bildirib ki, dilimizdə, xüsusilə təhsil sahəsində istifadə edilən “üzrə”, “kurikulum” kimi sözləriə ehtiyac yoxdur:
“Təhsil sistemində rusların əsrlərlə hazırlanan böyük lüğətləri olub. Bizdə də Füzuli, Dədə Qorqud lüğəti var. Biz bu kiçik lüğətləri araşdırıb, bir yerə yığıb böyük Azərbaycan dilinin lüğətini hazırlamalıyıq. Bəzən deyirlər ki, türk dilindən gələn sözlər bizim dilimizi korlayır. Bununla qətiyyən razı deyiləm. Necə oldu illərlə rus dilindən gələn sözlər dilimizi korlamadı, amma türk dilindən gələn doğma sözlər dilimizi pozur? Xeyr, bizim dilimizi insanlarımızın özləri pozurlar. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, ailə öz evində uşaqları ilə rus, ingilis dillərində danışsın. 100 faiz azərbaycanlı olan uşağın öz dilinin normalarından bixəbər şəkildə xarici dillər öyrənməsi milli xəyanətdir. Mən dil öyrənməyin əleyhinə deyiləm, amma gərək ən birinci vətəndaş öz dilini yaxşı bilə. “Türk mənşəli sözlər lüğəti” bu mənada olduqca faydalı mənbə olacaq. Doğma dilimizdə vaxtilə istifadə edilən sözlərin yavaş-yavaş geri qaytarılması rus və Avropa mənşəli lüzumsuz sözləri dilimizdən çıxardacaq və daha gözəl, aktiv lüğət tərkibi formalaşdıracaq”.
Digər müəllif, professor İsmayıl Məmmədli isə bildirib ki, dilimizin zənginliyini ortaya çıxarmaq üçün dilçilərimiz bu kimi təşəbbüslərə tez-tez yer verməlidirlər:
“Dilçilər arasında kimsə bu təşəbbüsü etməli idi və düşündüm ki, bunu biz edək. Mən bu kitabı əməkdaşlarımızla birlikdə hazırlamışam. Çox geniş araşdırmalar aparmışıq. Məsələn, uzun illər bizim bildiyimiz “tüfəng”, “pələng” kimi sözlər fars sözləri kimi bilinir. Əslində isə bunun dərinliyində çox məqamlar var. Təəssüf ki, bu gün Azərbaycanın etimoloji lüğəti çap olunmayıb. Türklər çoxsaylı lüğətlər çap etdirir və hər birində bir qrup yeni sözlər tapmaq olar. Bu kitabın ardınca da Cəfər Cabbarlının lüğətini hazırlamışıq. Sadəcə, müəyyən maliyyə məsələləri bizə mane olur. Ümumilikdə Azərbaycan dili çox zəngin tərkibə malikdir. Sadəcə, əsrlər keçir və bəzi sözlər unudulur. Bu sözlərin unudulmaması üçün də gərək biz özümüz çalışaq. Həmin sözlərin mənalarını yeni nəsil bilməyə bilər. Buna görə, gələcək nəsillərin də hazırki sözləri unutmamaları üçün biz müəllimlər, pedaqoqlar öz dilimizi mükəmməl bilməliyik”.
Könül Cəfərli
“Türk mənşəli sözlər lüğəti” təqdim edildi – Foto
Kult.az xəbər verir ki, kitabın hazırlanmasında əsas məqsəd Azərbaycan dilinin türkmənşəli sözlərlə nə dərəcədə zəngin olduğunu bütün oxucu kütləsinə çatdırmaq və Azərbaycan dilinə dair məktəb kursunun səmərəli tədris olunmasına dəstək verməkdir.
Tədbiri universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açıb. O, yeni lüğətin tədris sistemindəki yerindən və əhəmiyyətindən danışıb.
Filologiya elmlər doktoru, professor Buludxan Xəlilov kitabın 21-ci əsr lüğətşünaslığı üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb:
“Bu gün sizə təqdim edəcəyimiz “Türkmənşəli sözlər lüğəti” bütün normalara cavab verir. Hər bir dilin lüğət tərkibinin zəngin olması onun müasir dilçiliklə ayaqlaşdığından xəbər verir. Yaşadığımız əsrdə müxtəlif növ lüğətlərə tələbatlar artır. Dilimizin lüğət tərkibinə hər sahədən çoxsaylı alınma sözlər daxil olur. Hələ bu alınma sözlərin 44 minə yaxını türkmənşəlidir. Bütün bu sözlər dilimizin tərkibinə daxil edilərkən Azərbaycan dilinin orfoqrafiya normalarına, habelə bir sıra digər linqivistik və ensiklopedik lüğətlərə istinad edilib. Lüğət eyni zamanda orta məktəbin tədris prosesi üçün də nəzərdə tutulub”.
Millət vəkili Aydın Mirzəzadə də lüğət haqqında fikirlərini bölüşüb:
“Bu kitab içərisində olan söz ehtiyatına görə olduqca faydalıdır. Burada 50-dən çox lüğət növünə daxil olan və olmayan bir sıra yeni sözlər var. Kitabın quruluşu, adı, izahı olduqca uğurlu seçilib. İlk baxışda insana güvən aşılayır. Fikrimcə, bu lüğət Azərbaycan dilçiliyində əsrlərlə qalacaq və istinad ediləcək bir kitabdır. Təəssüf ki, hazırda çox az sayda tirajlanıb. Amma əminəm ki, gələcəkdə bu kitab daha yüksək tirajda nəşr ediləcək”.
Müəlliflərdən Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqoqika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Ənvər Abbasov lüğətə əlavə edilən yeni sözlərdən danışıb:
“Bu gün orta məktəb şagirdlərinin ən böyük problemi söz bazalarının azlığı, ifadələri yerində istifadə edə bilməmələridir. Eyni zamanda, bu kitab şagirdlərdə dilə böyük məhəbbət, maraq yaradacaq. Bu lüğətdə 44 mindən çox türkmənşəli söz var. Gələcəkdə bu lüğətin daha da təkmilləşdirilməsini planlaşdırırıq. Dilimizin dərindən öyrənilməsi üçün bu kimi mənbələrin sayının artırılması önəmlidir”.
Xalq şairi Sabir Rüstəmxanlı isə kitabı “Divani-lüğəti-Türk” ilə müqayisə edib:
“Bu günə qədər sonsuz sayda lüğətlər hazırlanıb. Bu elə də asan məsələ deyil. Bu lüğətin hazırlanması son dərəcə önəmlidir. Türklər tərkibində 613 min söz olan lüğət hazırlayıb. Ümumi türk xalqlarının dillərini əhatə edəcək 1 milyona yaxın kəlmə var. Bura Altayların, Başqırların və digərlərinin sözləri daxildir. Bu gün dilimizdə bir çox istifadə edilən sozlərin çoxu rus, Avropa mənşəlidir. Bir vaxtlar ərəb dilindən gələn axın indi də Avropadan gəlir.”
O bildirib ki, dilimizdə, xüsusilə təhsil sahəsində istifadə edilən “üzrə”, “kurikulum” kimi sözləriə ehtiyac yoxdur:
“Təhsil sistemində rusların əsrlərlə hazırlanan böyük lüğətləri olub. Bizdə də Füzuli, Dədə Qorqud lüğəti olub. Biz bu kiçik lüğətləri araşdırıb, bir yerə yığıb böyük Azərbaycan dilinin lüğətini hazırlamalıyıq. Bəzən deyirlər ki, türk dilindən gələn sözlər bizim dilimizi korlayır. Mən bununla qətiyyən razı deyiləm. Necə oldu illərlə rus dilindən gələn sözlər dilimizi korlamadı, amma türk dilindən gələn doğma sözlər dilimizi pozur? Xeyr, bizim dilimizi insanlarımızın özləri pozurlar. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, ailə öz evində uşaqları ilə rus, ingilis dillərində danışsın. 100 faiz azərbaycanlı olan uşağın öz dilinin normalarından bixəbər şəkildə xarici dillər öyrənməsi milli xəyanətdir. Mən dil öyrənməyin əleyhinə deyiləm, amma gərək ən birinci vətəndaş öz dilini yaxşı bilə. “Türkmənşəli sözlər lüğəti” bu mənada olduqca faydalı mənbə olacaq. Doğma dilimizdə vaxtilə istifadə edilən sözlərin yavaş-yavaş geri qaytarılması rus və Avropa mənşəli lüzumsuz sözləri dilimizdən çıxardacaq və daha gözəl, aktiv lüğət tərkibi formalaşdıracaq”.
Digər müəllif, professor İsmayıl Məmmədli isə bildirib ki, dilimizin zənginliyini ortaya çıxarmaq üçün dilçilərimiz bu kimi təşəbbüslərə tez-tez yer verməlidirlər:
“Dilçilər arasında kimsə bu təşəbbüsü etməli idi və düşündüm ki, bunu biz edək. Mən bu kitabı əməkdaşlarımızla birlikdə hazırlamışam. Çox geniş araşdırmalar aparmışıq. Məsələn, uzun illər bizim bildiyimiz “tüfəng”, “pələng” kimi sözlər fars sözləri kimi bilinir. Əslində isə bunun dərinliyində çox məqamlar var. Təəssüf ki, bu gün Azərbaycanın etimoloji lüğəti çap olunmayıb. Türklər çoxsaylı lüğətlər çap etdirir və hər birində bir qrup yeni sözlər tapmaq olar. Bu kitabın ardınca da Cəfər Cabbarlının lüğətini hazırlamışıq. Sadəcə, müəyyən maliyyə məsələləri bizə mane olur. Ümumilikdə Azərbaycan dili çox zəngin tərkibə malikdir. Sadəcə, əsrlər keçir və bəzi sözlər unudulur. Bu sözlərin unudulmaması üçün də gərək biz özümüz çalışaq. Həmin sözlərin mənalarını yeni nəsil bilməyə bilər. Buna görə, gələcək nəsillərin də hazırki sözləri unutmamaları üçün biz müəllimlər, pedaqoqlar öz dilimizi mükəmməl bilməliyik”.
Türk mənşəli sözlər lüğəti
TÜRK SÖZLƏRİ RUS DİLİNİN LEKSİK QATINDA
(Minaxanım Təkləli. Rus dilində türk sözləri. Bakı, Elm, 2001).
Müxtəlifsistemli dillərin bir-birilə əlaqəsi tarixi bir proses olub, tarixi-mədəni əlaqələr və dövlətlərarası münasibətlərlə, elmi-texniki tərəqqi, elmi bilik sahələrinin inkişafı və sairə ilə bağlıdır. Dillərin bir-birinə təsiri tarixi-mədəni, siyasi -sosioloji prosesin tərkib hissəsidir. Tarixi faktlar göstərir ki, türk xalqları təşəkkül dövründən ta bu günə kimi şərqi Slavyan xalqları ilə birgə yaşamış, isti əlaqə və münasibətlər qurmuş və bir-birinin söz ehtiyatından faydalanaraq istifadə etmişlər. X1X əsrdə çar rusiyası Qara dənizə çıxmış və bu dəniz boyunca türk torpaqları ilə canlı təmas qurmuş, Qafqazın, Azərbaycanın türkcəsi ilə ünsiyyət qurmuşlar. Ona görə də slavyan xalqları ilə zaman-zaman əlaqə qurmuş türklər ictimai-mədəni inkişaf səviyyəsinə görə yetkin xalqlardan olmuşdur. Türk dili hələ qədim zamanlardan slavyan dillərilə yaxın coğrafi münasibətlərdə olmuşdur. Mədəni-kültür, inzibati, hərbi və dövlətçilik əlaqələri ilə bağlı leksika türkizmlərin slavyan dillərinə keçməsi üçün mənbə rolunu oynamışdır. Həmin leksika ictimai-iqtisadi və siyasi həyatın bir çox sahələrini əhatə edir, rus dilindəki ümumtürk leksik vahidlərinin qədim və zəngin bir tarixə malik olduğunu sübüt edir. Türk sözlərinin rus dilində varlığının bir neçə yüz illik tarixi var. Bu məsələnin türkologiyada öyrənilməsinin tarixi 17-ci əsrdən üzü bəridir. Bir sıra məsələlərin öyrənilməsinə baxmayaraq, hələ də türk dilləri ilə rus dilinin əlaqəsi tarixi az tədqiq edilmişdir; əksər türk sözlərinin rus dilinə keçmə vaxtı dəqiqləşdirilməmiş, bir çox hallarda rus dilindəki türkizmlərin tematik və leksik-semantik qruplardakı yeri aydınlaşdırılmamışdır.
Filologiya elmləri namizədi, APU-nun dosenti M. Təkləlinin kitabı 3 fəsildən ibarətdir. I fəsildə türk mənşəli sözlərin rus dilində əmələ gəlmə tarixi və mövqeyi məsələləri təhlil olunur. Müəllif türklərin ruslarla əlaqə, münasibət tarixindən, Qafqaz mövzusunda olan əsərlərdə türk sözlərinin, ekzotizmlərin işlənmə məqamlarını, türk mənşəli sözlərin rus dilində mövqeyini açıqlayır, türkizmlərin rus dilində semantik dəyişikliyə məruz qalma səbəblərini göstərir.
M. Təkləli türk sözlərini bədii əsərlərdən- böyük rus yazıçılarındanA. Puşkinin, L. Tolstoyun, A. Tolstoyun, A. Qriboyedovun, M. Lermontovun, N. Qoqolun, İ. Turgenevin, A. Çexovun, M. Qorkinin və başqalarının əsərlərindən böyük zəhmət hesabına seçib toplamış və tədqiqata cəlb etmişdir. Məsələn, A. Pukinin əsərlərində “başmak”, “kabluk”, “kaftan”; M. Lermontovun əsərlərində “paşa” “talan”; A. Tolstoyun əsərlərində “patlican”, “şalvar”, “xabar”, “karqa”, “Nabatov”; L.Tolsyoy ” üzüm”, “durman” (dərman); Çexovun əsərlərində “nabat” (növbə mənasında); Ostrovskinin əsərlərində “biryuk” (türk sözü börüdən) özlər müəyyən üslubi mətləblərin meydana çıxarılması üçün istifadə olunmuşdur.
Müəllif yeni-yeni materiallar əsasında türk sözlərinin rus dilində dəqiqləşdirmiş, həmin sözlərin rus dilindəki hərtərəfli mövqe və rolunu aşkarlamış, əvvəlki araşdırmalardan fərqli olaraq, ruslarla çoxəsrlik əlaqələrə malik olan türklərin uzun tarix boyunca bu xalqlara mədəni-siyasi təsirinin və üstünlüklərinin tarixi gerçəkliklə səsləşən faktlarını dil görüntüləri üzrə təsdiqləmişdir.
M. Təkləli kitabda türk mənşəli sözlərin rus dilində tarixini və onun lüğət tərkibində mövqeyini müəyyənləşdirmiş, rus bədii dilində bu leksik vahidlərin funksional imkanlarını aşkarlamışdır. Beləliklə, rus dilinə türk mənşəli sözlərin keçməsi prosesini bu iki xalqın tarixən birikmiş mədəni, iqtisadi, sosial və siyasi əlaqələri kontekstində izləmiş; türk mənşəli sözlərin rus dilində fonetik və qrammatik cəhətdən mənimsənilməsini və sözyaratma imkanlarını aşkar etmiş, rus dilində işlənən türk mənşəli sözlərin leksik-semantik mənzərəsini müəyyənləşdirmiş; rus dilinin lüğət tərkibində əhəmiyyətli mövqe qazanmış ümumişlək türk mənşəli sözlərlə yanaşı, rus bədii ədəbiyyatında işlənən türk onomastik vahidlərin üslubi məqamlarını da tədqiq etmişdir.
Monoqrafiyanın 2-ci fəsli rus dilində işlənən türk mənşəli sözlərin leksik-semantik xüsusiyyətlərinə həsr edilmişdir. Türk mənşəli sözlər geniş rus mühitinin ictimai, siyasi, iqtisadi, mədəni, elmi həyatının bir çox sahələrini əhatə edir. Ona görə də monoqrafiya müəllifi əhatə dairəsinə görə rus dilindəki türk mənşəli sözlərin təbii hadisələr və coğrafi anlayışları (yayla, buran, tifan, sırt, basalık, sel və s.), yaşayış və məskunlaşma ərazilərini (yurt, çerdak, yama, saray, karvansayray, kirpiç, kişlak və s.); maddi- mədəni əşyaların adlarını (divan, torba, utyuk, sunduk, bardak, çemodan, kisa, çubuk, kendır, burunduk və s.); inzibati, hüquqi, sosial-iqtisadi həyatın mənzərəsini (yarlık, bazar, kazna, batman, karavan, ambar, tamqa, katorqa, çaban, bek, şax, mirza və s.); geyim və geyimlə bağlı əşyaların adlarını (arxaluk, kofta, xalat, terlik, çapan, cilet, şuba, papax, liçak, ata, başmak, postol, çulki və s.) ; hərbi sahələri (karaul, tabor, baraban, mişen, nabat, bunçuk, kurqan, esir,, kinjal, ataman, saçak, sultan və s.); müxtəlif bitki adlarını (aqaç, arbuz, tut, kamış, kizil. Çinar, funduk, kişmiş, ayva, limon, çovdar, şax və s.) ; heyvan və quş adlarını (karqa, şakal, kaban, sazan, samur, djeyran, mış); təbii mineral adları, faydalı qazıntı və qiymətli daş-qaş adlarını (almaz, izumurd,, mramor, jemçuk, mazut və s.) ; yemək və içki adlarını (balık, şaşlık,, kebab, xalva, bekmes və s.) ifadə etdiyini zəngin və maraqlı nümunələr əsasında izah etmişdir.. Müəllif mədəni terminlər adı altında denqa, yarlık, tarif, tamqa, prğokol, kabala, basma, monet, çuqun, bronza, karandaş, utyuk, bazar, kirpiç, altın, arişin və s. tipli türk sözlərinin rus dilinin lüğət tərkibində möhkəm yer tutduğunu və bədii əsərlərin dilində zəngin üslubi məqamlarda işləndiyini də fakt və dəlillər əsasında aydınlaşdırmışdır. Üslubi məqamlarla bağlı müəllif belə bir nəticəyə gəlir ki, türk mənşəli sözlərin böyük əksəriyyətinin məcazlaşması, çoxmənalılıq yaratması, nəhayət metoforik keyfiyyətlərinin üstünlüyü onların bu dildə geniş məna zənginliyi yarada bilmə səviyyəsinin yüksəkliyini və onların bu dil üçün zəruri dil vahidlərindən olması faktını təsdiqləyir.
Monoqrafiyanın 3-cü fəslində türk mənşəli onomastik vahidlərin rus bədii dilində işlənmə xüsusiyyətlərindən danışılır. Rus bədii ədəbiyyatında türk tarixi şəxsiyyətləri (Atilla, Mamay xan, Cingiz xan, Batı, Axmat, Tamerlan-Teymurləng, Məhəmməd və s.), türk mənşəli familiyalar, ləqəblər, təxəllüslər, titullar (Berkutov, Çeprakov, Tolmaçev, Karaulov, Bazarov, Başmakov, Boqatırov, Kabanov, Karamazov, Jemçujnikov, Almazov, Kumaçev, Kolpakov, Maydanov, Tuqan, Kurqanov, Koçevoy, Yarsev, Epança, Xalatov, Xanov, Çekmar, Arbuzov), türk etnos adları (mirza, skif, peçeneqlər, qırğız-qaysaq, çuvaş, başkir, kalmık, monqol, kizilbaş, və s.), türk mənşəli toponimik vahidlər (Karatuban, Qala, Karasu Bazar, Ak Meçet, Akkerman, Xuc, Tərtər, Kov, Karabörk, Kaymak, Enderi, Kurqan, Aktıyar (Sevastobol, hamamlı, Bozabdal, Gərgər, Niyazabad, Alagöz, Sundır, Qarabağ, Stanbul və s.) təhlil süzgəcindən keçirilir, hər birinin struktur-semantik əlamətləri üzərində dayanılır. Bu məsələnin araşdırılması göstərir ki, onomastik vahidlər rus ictimai mühitində türk sivilizasiyasının güclü təsirini, qüvvətli mövqeyini və eləcə də bədii mühitdə üslubi vasitə rolunun nə qədər əhəmiyyətli və bu cəhətlərin öyrənilməsinin faydalı olduğunu təsdiqləyir. Çox böyük zəhmət hesabına ərsəyə gəlmiş bu tədqiqat işi türk- slavyan ədəbi-mədəni əlaqələrinin, dil, tarix və kültür mühitinin geniş planda öyrənilməsi üçün də xeyli material verir.
İsmayıl Kazımov.
© WebMaster: CAhid KAazimov – cahidbdu@yahoo.com – – Muellif huquqlari qorunur.
Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.