Press "Enter" to skip to content

Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub – FOTO

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

Türk mənşəli toponimləərin erməniləşdirilməsi

Ermənistan hökumətinin bugünkü iclasında ölkədəki türk mənşəli bütün toponimlərin, o cümlədən kənd adlarının erməniləşdirilməsi barədə qərar verib.
Adları dəyişdirilən yaşayış məntəqələri arasında Tavuş vilayətindəki Tovuz kəndi də var. Kənd bu gündən Tavuş adlanacaq. Zəngəzurda yerləşən Aldərə kəndi Alvank, Hələc kəndi Açanan, Soflu kəndi Njde, Yuxarı Gödəkli kəndi Vardavank və Pəyxan kəndi isə Nor Astxaberd adlanacaq.

Bununla yanaşı, farsca “yeni vadi” mənasını verən Nüvədi kəndinin adı Nrnadzor olacaq.

Yalnız Şurnux kəndinin adı əvvəlki qaydada saxlanılıb.

Modern.az saytı məsələ ilə bağlı deputat, tarixçi professor Fəzail İbrahimlidən açıqlama alıb. Onun sözlərinə görə, bu, yeni fakt deyil və sovet dövründə də bir neçə dəfə həyata keçirilib. O, ermənilərin bu addımının kökündə duran siyasəti belə izah edir:

“Bu bizim üçün təbii ki, yeni bir şey deyil. Ermənilərin hələ SSRİ zamanında apardıqları siyasətin qanunauyğunluqlarıdır. Ermənilərin bütün həyat və fəaliyyəti özgə torpaqlarına göz dikməkdir. Bu istəkləri genetik kodla nəsildən-nəslə keçir. Sovet dövründə də bir çox Azərbaycan adları dəyişdirilib və o vaxt bunu müəyyən ideoloji məqamlarla əlaqələndirə bildilər. İndi də onların davamçıları tərəfindən bu tendensiya yaşanır. Bu, əslində yüz il bundan sonra üçün, yəni öz övladları üçün atdıqları addımlardır. Yəni yüz il bundan sonra erməni uşaqlarının ağıllarına belə gəlməyəcək ki, buralar türk torpaqları olub. Onlar əslində bunu düşünərək adları dəyişdirirlər. Bunun qabağında dayanan yoxdur. Beynəlxalq hüquq normalarına söykənib kənardan təsir edən yoxdur. Azərbaycan torpaqlarının 20 faizi işğal edilib. Bəzi təşkilatları çıxmaq şərti ilə kimsə onları işğalçı adlandırmır. Odur ki, bunlar da izləri itirirlər. Bu, bir növ onların gələcək siyasi məqsədlərinə xidmət edən addımdır”.

“Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub – FOTO

“Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub – FOTO Bərdə. 27 fevral. REPORT.AZ/ Bərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub.

27 Fevral , 2019 10:46

https://static.report.az/photo/b578752c-228f-4140-9c26-bf2cb3cc3bae.jpg

Bərdə. 27 fevral. REPORT.AZ/ Bərdə Dövlət İdarəetmə və Texnolgiya Kollecində “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub. “Report”un Qarabağ mərkəzinin məlumatına görə, Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qaliblərindən olan “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” layihəsi çərçivəsində nəşr edilən kitabda qədim oğuz-türk yurdu olan və bu gün Ermənistan adlandırılan ərazidə zaman-zaman dəyişdirilmiş toponimlər haqqında məlumatlər əks olunub. İctimaiyyət nümayəndələrinin, ziyalıların, kollecin müəllim və tələbələrinin iştirak etdiyi mərasimdə layihənin rəhbəri Zibeydə Eyvazova çıxış edərək, layihə və kitab haqqında geniş məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi qədim oğuz-türk yurdu olan və bu gün Ermənistan adlandırılan ərazidə zaman-zaman dəyişdirilmiş toponimlər haqqında məlumat toplamaq və bu bilkləri ictimaiyyətə, xüsusi ilə gənc nəslə çatdırmadır. İndiki Ermənistan ermənilərin yox, türk mənşəli tayfaların yaşadığı ölkə olub. Buna görə də 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqlərinin hamısının adı türk mənşəlidir. 1828-1830-cu illərdə Cənubi Qafqaz a İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə indiki Ermənistana 900 min erməni köçüb. Yalnız bundan sonra İrəvan quberniyasında ermənilərin sayı azərbaycanlıların sayından çox olub. Ermənilərin növbəti addımı türk mənşəli toponimləri dəyişdirmək olub. Bəzi adları tərcümə ediblər, bəzilərinə yeni erməni adları qoyublar. Kitabın tərtibçisi AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı, İctimai Televiziyanın Qarabağ müxbiri Şöhrət Eyvazov çıxışında diqqətə çatdırıb ki, toponimlərin adların dəyişdirilmsi ilə bağlı müəyyən tədqiqatlar olsa da, azlıq təşkil edir. Odur ki, bu sahədə tədqiqatın davam etdirilmsi və gənclərə çatdırılmısı həm tariximizin öyrənilməsi, həm də Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası baxımından əhjəmiyyətlidir. Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində əsassız iddialarına tutarlı cavab vermək üçün müdafiə edilmək yox, əks-hücuma keçmək lazımdır. Belə ki, işğalçı Ermənistanın Yuxarı Qarabağa iddialarının əsassız olduğunu göstərməyin təsirli yollarından biri ermənilərin bu bölgəyə köçürüldüklərini və burda olan toponimləri sonradan dəyişdirmələri sübut etməkdir. Bu günkü Ermənistan ərazisində olan toponimlərin adların azərbaycan dilində olan formalarının göstərilməsi yaxın tariximizin unutdurulmaması baxımından da vacibdir. Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi Xosrov Musayev, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov və başqaları tədbirdə çıxış edərək, kitabının əhəməiyyətindən söz açıb, gənclərimizin tariximizin öyrənilməsində, vətənpərvərlik ruhunda böyüməsində kitabın qiymətli mənbə olduğunu bildiriblər. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, ermənilər tərəfindən dəyişdirilən toponimlərimizlə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılara “Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabı təqdim edilib.

Türk mənşəli toponimləərin erməniləşdirilməsi

Göyçə Mahalı Daşkənd kəndi

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

Zahid Oruc: “Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!”

Qəriblikdə ölmək qorxusu.
Əmimin əziz xatirəsinə ithaf edirəm

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

Dağıstanı xilas edən azərbaycanlı – Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

Göyçə mahalı, Qaraiman kəndi

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

Düşüncələrin kölgəsindən özünə – Yazıçı Rüstəm Dastanoğlunun “Düşüncələrimin kölgəsi” kitabı haqqında – Əsəd CAHANGİR

Ələddin Allahverdiyev “Düşüncələrimin kölgəsi” kitabı haqqında

İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.

Klassik şeirimizin xalq ruhunun Heyranı.

Qərbi Azərbaycan İcması müraciət yayıb

“Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək” – Misir Mərdanov

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik

Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik

Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır

Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı

Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu

Kəsəmən məktəbinin məzunlarının 50 illiyi

Ələddin Allahverdiyev – 75

Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir

BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN. GÖYÇƏ ADLI İLAHİ SEVGİ.

Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi

Müəllimlərim haqda xatirələrim – Musa Kərimov

Səksəninci döngə

İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR

Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi

İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”

AŞIQ ABBASƏLİ NƏZƏROV

Altmış ilin sözə dönən anları

Şəhid qardaşıma məktub – Günay Vəlizadə yazır

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Gülay Toldur.

UĞUR ƏNGƏL TANIMIR

Göyçə mahalının Basarkeçər rayonu İkinci dünya müharibəsində

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Üzeyir Güleçdir.

Nazilə Gültacın təqdimatında könül yolçuluğumuz davam edir. Bu dəfəki könül yolçumuz Turğay Değrimencidir.

Sən özün bir kitabsanAygün Xəlilqızı yazır

Aşıq Ələsgərin gürcü dilində nəşr edilən şeirlər kitabının təqdimatı keçirilib

“Dədə Ələsgər ocağı” İctimai Birliyinə professor Ələddin Allahverdiyevin təbrik məktubu.

Azərbaycan təbiəti və Aşıq Ələsgər

Aşıq Ələsgərin gürcü dilində şeirlər kitabı nəşr olunub.

Bağırovun NKVD “padvalında” döydüyü qatı bolşevikin dəhşətli aqibəti

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib

QƏRBİN QURUMUŞ GÜLLƏRİ, ŞƏRQİN DÖYÜNƏN QƏLBİ.

Comments are closed, but trackbacks and pingbacks are open.