Kateqoriya: Qafqaz xalqlarının tarixi
İrəvanın erməni siyasi mərkəzinə çevrilməsi siyasəti və onun iflası
Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı (Tarixi, nəticələri və Azərbaycanın müasir baxışı)
Ermənilər müasir informasiya texnologiyaları və vasitələrindən istifadə edərək bir sıra sahələrdə olduğu kimi erməni dövlətçiliyi barəsində də mif yaratmağa çalışırlar.
Belə ki, erməni dövlətçiliyinə dair tərtib edilmiş xronologiyada [burada və sonra istinadlar ixtisar edilmişdir]otuz iki dövlət və dövlət qurumunun (?!) siyahısı verilir. Əslində, bununla yanaşı, ermənilərin daha davamlı və sistemli olan əsarət xronologiyasının siyahısı da verilsə daha məntiqli olardı. Erməni dövlətçiliyinə gəldikdə isə onəinki bu qədər dövlət və ya dövlətqurumu ilə təmsil olunmur, eyni zamanda nə stabil tarixi coğrafiyaya, nə də ənənəyə malik deyildir. Ona görə də erməni tarixçiliyində məhz erməni xalqının tarixinin yazılması prioritet təşkil etməkdədir. Müasir erməni dövləti də tamamilə fərqli bir coğrafiyada, tarixi Azərbaycan ərazisində meydana gəlib. Bu yeni dövlətin əvvəlki erməni dövləti ilə nə ərazi, nə də hüquqi-siyasi və varislik əlaqəsi olmayıb.
Erməni tarix “texnoloqları”tərəfindən bu problem üzrədə özünəməxsusbir “konstruksiya” yaradılıb. Azərbaycanın tarixi ərazisinin bir hissəsi və burada meydana gələn dövlət qurumlarının onlara məxsus olduğu iddia olunur və Azərbaycan ərazisində erməni dövləti yaradılması “erməni dövlətçiliyinin bərpası” kimi qələmə verilir.Ermənilər bu və digər məsələlərə (erməni milli azadlıq hərəkatı və s.) əsaslanan sarsılmaz bir konsepsiya yaratdıqlarını güman edirlər. Bu məsələ təsvir edilən kimi sadə olmayıb, olduqca mürəkkəb və çətin bir problemdir. Bunun üçün erməni tarixşünaslığının Azərbaycana qarşı ilk ərazi iddiasından burada erməni dövlətinin yaranmasınadək keçən uzun dövrə (təxminən 387-1918 və ya 1531 il), bu dövlətə daxil edilən ərazilərin yalnız silah vasitəsi ilə işğalına, tarixi Azərbaycan dövlətlərinin mövqeyinə və s. məsələlərə nəzər yetirmək olar. Ona görə də Azərbaycan torpaqlarında müasir erməni dövlətinin meydana gəlməsinin bütün mərhələlərinə və məsələlərinə dair obyektiv tarixi faktlar üzrə ümumiləşdirmələrəəsaslanan Azərbaycan tarix konsepsiyasının irəli sürülməsi, dünya elmi və ictimai-siyasi fikrinə çatdırılması mühüm vəzifə kimi qarşıda durur.
I hissə
“Böyük Ermənistan” ideologiyası və Azərbaycan torpaqlarına dair iddianın yaranması: tarixi şəraiti və tənqidi
Elmə məlum versiyalardan birinə görə ermənilər Balkan mənşəlidirvə sonrakı bütün tarixi coğrafiyalarında gəlmədir. İlk dövlətləri də etnik baxımdan erməni dövləti olmayıb, müəyyən birlikləri ifadə edir. Tarixşünaslıq ənənəsinə görə, sonralar “Böyük Ermənistan” adlandırılan çarlıqBizans və Sasanilər arasındakı 387-ci il müqaviləsi ilə bölüşdürülmüşdür. Akademik Ziya Bünyadov haqlı olaraq yazırdı ki, erməni dövlətçiliyi çar şərəfinə iddia edən Arsuruni, Baqratuni, Mamikonyan, Amatuni, Bznuni və digər sparapetlər və b. arasındakı əzəli çəkişmələr və mübahisələr üzündən yoxa çıxdı. Ona görə də xəyanətkarlıq erməni tarixinin əsas süjetlərindən biri olub. Onun da əsas simvollarından biri Merujan Arsuruni idi.
Bu hadisədən bir müddət sonra erməni tarixşünaslığında yeni tarix konsepsiyası yaradılır. Kolumbiya universitetinin professoru N.Q.Qarsoyan Ermənistanın IV əsr tarixindən bəhs edərkən (çox maraqlıdır ki, bu məqalədə “Ermənistan” və “sədaqət” terminlərinin dəqiqləşdirilməsi nəzərdən keçirilir) yazırdı ki, bizim hadisələri təfsirimiz erməni mənbələrindən asılıdır. Pavstos Buzand və ya Movses Xorenatsinin təsvir etdiyi mənzərə, azad və ya qeyri-azad, onların zərdüşt İranına qarşı dayana bilən şəxsi ideallarını-vahid, birləşmiş Ermənistanı əks etdirirdi…Bizim üçün bu mənzərənin V yüzillik üçün də doğru olduğu indi əhəmiyyətli deyildir. Bizim üçün əhəmiyyətli olan odur ki,o IV əsrin gerçəkliyini təhrif edir, o zaman Ermənistan vahid deyildi, birləşmiş deyildi və pers dünyasına yad deyildi.
Ermənilər tarix anlayışı ilə birgə, tarixi-siyasi coğrafiyalarına da dəyişiklik etməyə başlayır, “Şərqi” və “Qərbi Ermənistan” anlayışları uydurulur. Azərbaycanın qərb torpaqlarının da Ermənistan dövlətinin tərkibinə daxil edilməsi (“Şərqi Ermənistan”) ənənəsinin əsası qoyulur, məqam yaranan kimi siyasi mərkəz axtarışı Azərbaycan torpaqlarına yönəldilir. Albaniya tarixinin tədqiqatçısı Fəridə Məmmədova 387-ci il müqaviləsinə dair bir qeydində yazır ki, mən alban torpaqlarına aid 387-ci il müqaviləsini əks etdirən mənbə aşkar edə bilmədim. Qafqaz xalqlarının tarixi coğrafiyası problemi üzrə müşavirədə (1983-cü il 4-8 may, Moskva ş.) aydın oldu ki, belə bir müqavilə yoxdur, o mənbəşünaslıq əsaslarından məhrumdur. B.A.Arutyunyan (erməni tarixçisi, Ermənistanın qədim və orta əsrlər tarixi, tarixi coğrafiyası və kartoqrafiyası üzrə mütəxəssis (1941-2003).-K.Ş.) rəsmən bəyan etdi ki, belə bir müqavilə mövcud deyil. Bu müqavilə mövcudluğuna görə, yalnız erməni tarixşünaslığına borcludur. O həmçinin bildirdi ki, erməni elmi bu köhnəlmiş konsepsiyadan imtina edir və yeni konsepsiya yaradılmasına başlayır.Diqqəti ona cəlb etmək istəyirəm ki, həmin konfransdan xeyli müddət keçməsinə baxmayaraq ermənilər hələ də belə bir konsepsiya yarada bilməyiblər və yenə də mövcudluğu ilə tarixşünaslıq ənənəsinə malik olan konsepsiyanı davam etdirirlər.
Erməni çarlığının ləğvindən sonra (IV-VII əsrlər) ermənilərin yer üzündən silinmək təhlükəsi yarandı. Roma və onun siyasətini davam etdirən Bizans bu sahədə konkret siyasi xəttə malik olub. Erməni tarixçisinin yazdığı kimi, Bizans erməni dövlətçiliyini məhv etməyə, erməni torpaqlarını işğal etməyə, tutulmuş torpaqlarda erməniləri assimiliyasiya etməyə cəhd edib. Sasani imperiyası da 428-ci ildə ermənilərin hakimiyyətinə son qoydu. Uzun müddətli Bizans-Sasani müharibələrindən (582-602; 604-629) sonra isə ermənilər Bizansın hakimiyyətinə keçdi. Belə bir şəraitdə ermənilərin yalnız əvvəlki tarixşünaslıq ənənəsilə yaşamaqdan başqa çarəsi yox idi.
Tarixşünaslıq iddiasından siyasi iddialara: əsas amilləri və nəticələri (VII-XVI əsrlər)
Tarixi həqiqət budur ki, əvvəlcə Ərəb xilafəti, sonra isə türk-müsəlman dövlətlərinin siyasəti ermənilərə nisbi inkişaf və sabitlik gətirdi.Məhz bunun nəticəsində ermənilər təhlükədən xilas oldu və bundan istifadə edərək həmin ərazilərdə möhkəmlənməyə başladı. Erməni-qriqorian kilsəsi də bu prosesdə mühüm rola malik olub. Ermənistanda xristianlığın qəbulu ilə dövlətin ləğvi arasında elə də çox vaxt keçməyib. Ümumiyyətlə xristian dövlətlərin tarixində bir vacib məqam olub. Xristian dini və dövlət sıx bağlı olub. Erməni xristianlığı isə dövlətdən məhrum olduqdan sonra onun naminə də fəaliyyətini genişləndirib. Azərbaycan torpaqlarının da “birləşmiş erməni dövlətinin” tərkibinə “daxil edilməsində” ruhanilərin böyük rolu olub və bu siyasət kilsə tərəfindən də davam etdirilib.
Ərəb xilafətinin yaxından iştirakı ilə erməni-qriqorian kilsəsinin Qarabağın dağlıq hissəsində alban əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi siyasətinə dəstək verilib.Erməni-qriqorian kilsəsi Alban kilsəsinə qarşı da amansız mübarizə aparıb. Bu sadəcə dini rəqabət deyil, siyasi məqsədlərdən irəli gəlirdi. Erməni qriqorian kilsəsi islamın əhatə dairəsindən kənarda qalan albanları qriqorianlaşdırmaqla, alban xristian irsi ilə yanaşı, onun torpaqlarına da iddia irəli sürürdü. Məhz bunun nəticəsi idi ki, ermənilər Xilafətin dağılmasından sonra siyasi təşkilatlanmağa, hətta Azərbaycan ərazisində meydana gələn bəzi dövlət qurumlarını (Xaçın knyazlığı, Sünik çarlığı və s.) mənimsəməyə çalışıb. Halbuki, burada yalnız kilsənin təsiri altında qriqorianlaşmış alban nəsillərindən bəhs oluna bilər.
Türk müsəlman dövlətləri də ermənilərə xeyirxah münasibətləri ilə fərqlənib. Səlcuqlar, necə deyərlər, erməniləri Bizansın əlindən xilas edib. Bir sıra erməni siyasi qurumları, o cümlədən Kilikiya çarlığı (1080-1375) da bu dövrdə meydana gəlib. Daha mühüm bir hadisə isə Qaraqoyunlular dövründə baş verib. Cahanşah tərəfindən erməni qriqorian kilsəsi mərkəzinin1441-ci ildə Eçmiədzinə (Üçkilsəyə) köçürülməsi ilə ermənilərin mövqeyinin möhkəmlənməsinə yeni stimul yaranıb. Ermənilər Ərəb xilafətinin dağılmasından sonrakı ənənəyə uyğun olaraq, bu dövrdə də Azərbaycan ərazisində meydana gələn məliklikləri özününkü hesab etməyə çalışır. Beləliklə, ermənilərin Azərbaycan torpaqlarına qarşı siyasi iddiaları formalaşmağa başlayır.Bütün bunlara baxmayaraq, istər Qaraqoyunlu, istərsə də Ağqoyunlular dövründə və 1501-ci ildə meydana gələn Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin ilk dövründə güclü hakimiyyət ermənilərin baş qaldırmasına imkan vermədi. Bununla eyni zamanda, ermənilərin Azərbaycan torpaqlarına siyasi iddiaları onun ələ keçirilməsi uğrunda xəyanətkar fəaliyyətiüçün də zəmin hazırladı.
Erməni azadlıq hərəkatı məsələsinə dair
Ermənilərin Osmanlı hakimiyyətinə keçməsi ilə yeni bir şərait meydana gəldi. Yeni yaranmış geostrateji vəziyyətdə Avropa üçün onun rəqibi kimi Osmanlı dövlətinin xristian əhalisi olan ermənilərin əhəmiyyəti artdı. Ermənilər də fürsətdən istifadə edərək Avropa dövlətlərindən Osmanlı və Səfəvi hakimiyyətinə qarşı mübarizədə vasitəyə çevrilməyə başladı. Erməni tarixşünaslığı bunu azadlıq hərəkatı kimi qələmə verməyə şalışır. Bu məsələ erməni tarix konsepsiyasının fundamentlərindən birinə çevrilmişdir. “Böyük Ermənistan” mifindən çox bəhs edildiyi halda bu məsələ diqqətdən kənarda qalmışdır.
Azadlıq hərəkatı prinsipcə əsarət altında olan xalqın müstəmləkəçilərə qarşı ümumxalq mübarizəsini, dövlət yaratması və ya bərpasını nəzərdə tutur. Ermənilər də bunu nəzərə alaraq belə bir mövzuya xüsusi önəm verməyə çalışır. Bu zaman da elmi baxımdan ciddi yanlışlığa yol verilir. Erməni tarix kitablarında XVI-XVIII əsrlər azadlıq hərəkatının mühüm dövrü kimi ayrılır. Cənubi Qafqazda Rusiya işğalından sonra azadlıq hərəkatı, yalnız Osmanlı dövlətinə aid edilir.
Erməni tarixşünaslığının azadlıq hərəkatı barədə konsepsiyasının formalaşmasının gedişi də bu məsələyə aydınlıq gətirir. A.R.İoannisiyanın kitabında XVIII əsrin 80-ci illərində azadlıq hərəkatından bəhs olunur,P.T.Arutyunyanın kitabında isə bu hərəkatın xronologiyası XVIII əsrin birinci rübünə aparılır,daha sonra isə xronologiya daha da dərinləşdirilir və XVI-XVII əsrlərə aparılır.
Erməni azadlıq hərəkatı kimi təqdim edilən mövzunun məzmunu da bu məsələnin mahiyyətinə uyğun gəlmir. Belə ki, bu barədə müddəaların ümumiləşdirildiyi erməni xalqının tarixinə dair kitabların müvafiq hissəsini nəzərdən keçirdikdə, əslində azadlıq hərəkatına aid bir elmi fakt da verilmir, yalnız bəzi gizli yığıncaqlardan bəhs olunur.Ən diqqətəlayiq məsələlərdən biri də odur ki, azadlıq hərəkatının ideologiyası kimi təqdim edilən heç bir fikir göstərilən coğrafiyada nə meydana gəlmir, nə də dəstəklənmir.
Erməni azadlıq hərəkatı kimi təqdim edilən məsələdə Azərbaycan torpaqlarına mühüm yer ayrılır. Bu məqsədlə əvvəllər olduğu kimi Azərbaycan torpaqları və burada meydana gələn dövlət qurumları Ermənistan kimi qələmə verilir. 1555 və onu təsdiq edən 1639-cu il müqaviləsi ilə Ermənistanın bölüşdürülməsi, onun qərb hissəsinin Osmanlı imperiyasına, şərq hissəsisinin, yəni Qərbi Azərbaycan torpaqlarının isəSəfəvilərə çatması iddia olunur. Bununla da 387-ci il Roma-Sasani müqaviləsi ənənəsi davam etdirilir, bu hadisələr arasında varislik yaradılmasına cəhd olunur. Tarixi faktlar 387-ci il müqaviləsi kimi, 1639-cu il müqaviləsi barədə erməni müddəasını təsdiq etmir. Türkiyə-İran (əslində Səfəvi) sərhədi üzrə komissiyanın komissar-vasitəçisi Y.İ.Çirikov bu barədə yazırdı ki, bu traktatın tam doğru mətni məlum olduğuna görə, saxlanmamışdır. Onun kitabına müqavilənin tərcümə edərək əlavə etdiyi mətnində isə erməni ilə bağlı heç bir ifadə yoxdur.
“Şərqi Ermənistan”da, yəni Azərbaycan torpaqlarında hələ XV əsrdən mövcud olduğu bildirilən yarı muxtar erməni dövlət qurumlarına Xəmsə məliklikləri (1603-XVIII əsr) də əlavə edilir.Xəmsə məlikliklərinin erməni dövlətçiliyinə aid edilməsi kimi, “yarı muxtar erməni dövlət qurumu” haqqında anlayışın özü də tamamilə səhv olub, dövrün heç bir hüquqi-siyasi sənədi ilə təsdiq olunmur və s.
Beləliklə, erməni azadlıq hərəkatı kimi təqdim edilən fəaliyyət mahiyyətcə xarici dəstək vasitəsi ilə işğal cəhdindən ibarət idi.
Ermənilərin xaricdən dəstək arayışının Qərbi Avropadan Rusiyaya keçməsi: səbəbləri və əsas istiqamətləri
Ermənilər XVI-XVII əsrlərdə Osmanlı və Səfəvi dövlətinə qarşı mübarizədə özlərini təqdim etmək üçün Qərbi Avropaya üz tutur, lakin burada uğur əldə edilmir. Qərbi Avropa dövlətləri güclü Osmanlı dövləti ilə münaqişəyə ehtiyatla yanaşdıqlarından, bu əməkdaşlığa ciddi əhəmiyyət vermir və onlar Rusiyaya yönəldilir.
Erməni-Rusiya münasibətlərinin tarixi haqqında ilk məlumatlar XVI əsrə aid edilsə də siyasi münasibətlər XVIII əsrin əvvəllərindən başlayır. O vaxtdan bu günə Rusiya oriyentasiyası erməni tarixində əsas yerlərdən birini tutur. Bu tarix özü də müəyyən mərhələlərdən keçib ki, XVIII əsr burada xüsusi dövr kimi ayrıla bilər. Bu dövrün Rusiya oriyentasiyasında iki istiqamətayırmaq olar. Onlardan biri erməni-qriqorian kilsəsini təmsil edən dini istiqamət, digəri isə avantürsit istiqamət idi. Bu ziddiyyətli tandemdə əsas ideoloq və həlledici qüvvə erməni-qriqorian kilsəsi idi.
Erməni-qriqorian kilsəsi Rusiyada möhkəmlənmək və ondan dayaq kimi istifadə edilməsinə də ilk təşəbbüs göstərib. Erməni azadlıq hərəkatının Rusiya orientasiyasının banisi hesab edilən İsrail Ori Rusiyaya Avropadan yönəldilmişdisə, erməni kilsəsi Rusiyanın öz daxilindən buna nail ola bilmişdi. Rusiya tərəfi də ayrı-ayrı şəxslərdənsəerməni kilsəsinin əhəmiyyətinə daha çox diqqət verdi. Ermənilərin I Pyotr tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarına köçürülməsinə dair manifestinin verilməsində də kilsə həlledici rol oynadı. Erməni qriqorian kilsəsi Rusiyada mövqeyini gücləndirmək üçün hər vasitə ilə burada da kilsə açmağa çalışırdı. Ermənilər 1740-cı illərdə Peterburq, Moskva və Həştərxanda kilsələr açmağa nail oldular. Bu fakt ona görə diqqəti cəlb edir ki, erməni kilsələrinin hər biri patriarxlığın ideologiyasını ardıcıl şəkildə həyata keçiriridi.
Ermənilər Şərq siyasətinə xüsusi önəm verən II Yekaterina dövründə yaranmış vəziyyətdən daha məharətlə istifadə etdilər. Çariçanın 1768-ci il 30 iyun fərmanı ilə Simeon Rusiyadakı erməni kilsəsinə mənsub olan dindarlar və ruhanilər üzərində idarəyə nail ola bildi. Məhz bu səlahiyyət əsasında İosif Arqutinski 1773-cü ildə Rusiya yeparxiyasına rəhbərlik üçün göndərildi. Təsadüfi deyil ki, İvan Lazarev məhz onunla birlikdə fəaliyyət göstərirdi.İosif Arqutinski 1780-сi il fevralın 18-də Peterburqda Qriqori Potyomkin başda olmaqla Rusiya əyanlarının iştirak etdiyi erməni kilsəsinin təqdis etmə mərasimindəki çıxışında “məhv olmuş Haykan çarlığının bərpası” haqqında çariçaya müraciət etmişdi.
Digər cərəyanın nümayəndələri bir sıra avantürist layihələr ilə diqqəti cəlb etməyə çalışırdılar.Bir müasir erməni müəllifi erməni hüquq abidələri, onların mənbələri və digər xalqların hüququ ilə qarşılıqlı əlaqələrinə həsr etdiyi məqaləsində yazır ki, XVII əsrin sonları-XVIII əsrin əvvəllərində erməni xalqı İran və Türkiyə zülmündən xilas olmaq üçün öz ümidlərini müstəqil Ermənistanın yaradılmasınabağlayırdı. Bu ideyanın ilhamvericiləri çoxlu görkəmli erməni xadimləri, o cümlədən İsrail Ori, İvan Lazarev, İosif Arqutinski, Şaamir Şaamiryan, onun oğlu Akop Şaamiryan, İosif Emin və bir çox başqaları idi. Bu sıraya digər erməni müəlliflərinin əsərlərində tes-tez xatırlanan Moisey Sarafov (Movses Sarafyan) və Movses Baqramyanı da daxil etsək, əslində burada bəyan edildiyi kimi hüquqdan deyil, Azərbaycan torpaqlarına qarşı iddia irəli sürən, bunun üçün Rusiya vasitəsi ilə praktik addımlar atmağa çalışan avantüristlərdən bəhs olunduğu aydın olar.
Erməni tarix, həm də göründüyü kimi hüquq və digər ədəbiyyatda onların hər birinin layihələri çap olunub, onların tarixinə və izahına geniş yer ayrılıb. Ona görə də bunların üzərində xüsusi dayanmadan, az diqqət yetirilən bəzi məqamları nəzərdən keçirək.
Sisianda anadan olan İsrael Ori (1658-1711) 1678-ci ildə buranı tərk edib. 20 ildən çox dövr ərzində Avropada vaxt keçirib, ermənilərin xeyrinə təbliğat aparıb. Avropa saraylarında görüş zamanı onun fikirlərinin çoxluğun mövqeyi olmasına şübhə yaranıb. O, 1699-cu ildə geri qayıdıb, Eçmiədzində olarkən orada biganəliklə qarşılanıb, sonra Sisiana yola düşüb. Bir neçə Sisian məliyinin boş kağıza imza atması və möhür vurmasına nail olub, yenidən Avropaya qayıdıb.Burada həmin kağızlara istədiklərini yazıb, özündən “proqram” düzəldib. Bu “Pfalts proqramı” kimi də tanınır. 36 maddədən ibarət olan bu “proqram” papanın iştirakı ilə anti-türk üçlər ittifaqı (Avstriya, Toskana, Pfalts) yaradılmasını və “Ermənistana” yürüş etməsini nəzərdə tuturdu. Avstriya imperatoru I Leopold (1658-1705) onunla görüşdən sonra Orini Rusiyaya yönləndirib. Ori bu dəfə “Pfalts proqramı”nı dəyişdirib “Moskva proqramı” halına salıb. Orinin siyasi simasızlığı, dini naxələfliyi ilə də müşahidə olunurdu. O papa ilə görüşdə ermənilərin katolikliyi qəbul etməsinə söz verirdi.
İsrail Orinin avantürası bitdikdən sonra, meydan ermənilərin Hindistan və Rusiya koloniyalarının nümayəndələrinə keçib.İosif Emin (1726-1829), ondan sonra Movses Baqramyan və Şaamir Şaamiryan (1723-1798) ermənilərin Hindistan koloniyasının yetişdirməsi idi. İosif Emin 1751-ci ildə Böyük Britaniyaya gedib, 1759-cu ildə isə oranı tərk edərək, Eçmiədzinə yola düşüb. Yerli insanları ayağa qaldırmağa çalışıb, buna nail olmadığından dəstək üçün 1761-ci ildə Peterburqa üz tutub. 1760-cı illərə aid “proqramında” Rusiyanın himayəsi altında erməni-gürcü dövləti yaratmağı təklif edib. 1763-cü ildə Həştərxan erməniləri içərisindən yığdığı dəstəsi ilə Gürcüstana qayıdıb. Movses Baqramyan ilə birlikdə Gürcüstandakı fəaliyyəti uğursuz olub. Qarabağda da bir nəticə əldə edə bilməyib. Bu da təsadüfi deyildi, çünki artıq bu dövrdə Qarabağda Pənah xanın hakimiyyəti altında güclü Azərbaycan xanlığı formalaşmışdı.
Erməni-qriqorian kilsəsi də onların fəaliyyətinə dəstək verməmişdi. Belə ki, İosif Eminin planı erməni katalikosu Simeon tərəfindən etirazla qarşılanmışdı. Ona görə də gürcü çarı II İrakli demişdi ki, Emin ağa, mən nə edə bilərəm. Sizin öz katolikosunuz bütün yepiskop və monarxlarla sizə qarşıdır; mənim təbəələrimin rəhmdil hissəsi onlara peyğmbər və həvari kimi baxır, əgər mən onun nə düşündüyünə fikir vermədən sizinlə birgə hərəkət etsəm məni sultandan fərqli olmayan xristian hesab edəcəklər. Avantürası baş tutmayan İosif Emin 1770-ci ildə Hindistana dönüb.
Ermənilərin Hindistan koloniyasının digər üzvləri Baqramyan və Şaamiryan da erməni iddialarına digər rakursdan yanaşsa da mahiyyət eyni idi. Baqramyanın 1773-cü ildə “Nəsihətlər adlanan yeni kitab”ı çap olunmuşdu. Bu kitab 1776-cı ildə ixtisarla rus dilində də çıxıb. Burada erməni tarixindən, onun dövlətindən bəhs edib, onun süqutunun günahını çarlar və knyazlarda görüb və s. Bu kitab katalikos Simeon (1763-1780) tərəfindən lənətləndirilmişdi. Şaamiryan da Hindistan təbiətinin təsiri altında yaradılması nəzərdə tutulan erməni dövlətinə nağılvari quruluş “düzəltməklə” məşğul idi. O, özünün və Mədrəs dərnəyinin fikirlərini “Şöhrətpərəstliyin duzağı” (1773) və onun ikinci hissəsi olan “Ermənistan konstitusiyası”nda ifadə etmişdi. Kitab hər iki hissədə 1788-ci ildə çap olunmuşdu. Yuxarıda iqtibas etdiyimiz erməni müəllifi yazır ki, o, Arsaxın (Qarabağın) beş məlikliyinin ərazisində bütün Ermənistanın azad edilməsi perspektivi ilə milli dövlət yaratmağı arzulayırdı.
Rusiya koloniyalarında meydana gələn ilk layihələrdən biri Həştərxandakı ipək fabrikinin sahibi Movses Sarafyana məxsus idi. Onun 1769-cu ildə Rusiya hökumətinə təqdim edilmiş layihəsində də Rusiyanın himayəsində erməni dövləti yaradılması irəli sürülürdü. Ermənilərin Moskva koloniyasından İvan Lazarev (1735-1801) və Rusiyadakı erməni yeparxiyasının rəhbəri İosif Arqutinski (1743-1801) də bu sırada yer tutur. 1780-ci ildə Rusiya hakim dairələrinin iştirakı ilə keçirilən Peterburq müşavirəsində onlar erməni dövlətinin İrəvan mərkəz olmaqla “bərpasını” təklif edirdi.
1780-ci illərin əvvəllərində Rusiya və Hindistan koloniyalarında erməni-rus müqaviləsinin mətnləri meydana gəldi. Hər iki koloniya da erməni dövlətinin Rusiya vasitəsi ilə “bərpasını” nəzərdə tutsa da onun dövlət quruluşunu fərqli görürdü. Rusiya ermənilərinin baxışları “Şimal proqramı” kimi də təqdim edilir ki, burada erməni dövləti monarxiya şəklində olmalı idi və s. Hindistan ermənilərinin “Cənub proqramı” adlanan baxışlarında isə dövlət quruluşu kimi respublika müəyyən edilirdi.
Avantürist cərəyana aid layihələrin məzmunundan mahiyyətinə keçsək aşağıdakılar aydın olar: birinci, bu adamların təqdim etdiyi layihələrin heç biri “Şərqi Ermənistan” adlandırılan Azərbaycan torpaqlarında meydana gəlməyib, dövrün erməni koloniyalarında formalaşıb; ikinci, bu layihələr yerlərdəki əhali içərisində dəstək tapmayıb. Buna görə də onun sosial-siyasi bazasını gücləndirmək üçün Baqrationilərin başçılığı ilə ermən-gürcü federasiyası təklif olunub. Gürcülər bu fikrə ilıq yanaşsalar da, yerlərdəki ermənilərin özləri tərəfindən müqavimətlə qarşlanıb; üçüncü, layihə müəllifləri bilərəkdən yerli qüvvələr haqqında fantastik rəqəmlər uydurublar, halbuki real halda onlar istənilən dövlətin yaradılması üçün kifayət edə bilərdi. Özləri isə buna inanmadığından lap əvvəldən xarici dəstəyə ümid edib. Avropa monarxlarına olan müraciətlər cavabsız qaldıqda, Rusiyaya üz tutulub. Sonrakı tarixi təcrübə göstərdi ki, Rusiya orientasiyası da yeganə istiqamət olmayıb və ermənilər, şəraitə uyğun olaraq digər dövlətlərdən də öz məqsədlərinə uyğun istifadə etməyə çalışıblar; dördüncü, xarici amil, xüsusilə Rusiya orientasiyasında ümumi mövqeyə malik olan bu layihələr, “Şimal” və “Cənub proqramı” olmaqla daxili ziddiyyətlərə malik idi; beşinci, bu layihələrdə yaradılması nəzərdə tutulan dövlətin mərkəzi haqqında da vahid fikir yox idi.
Ermənilərin Rusiya orientasiyası nəticəsiz qalmadı. Rusiyanın da ermənilər ilə siyasi yaxınlaşması genişləndi. Rusiyanın Qafqaz, ümumən Şərq siyasətində ermənilərdən bir vasitə kimi istifadə edilməsi xarici siyasətdə prioritetlərdən birinə çevrildi. Çar I Pyotr, sonra isə II Yekaterina dövründə Rusiyada ermənilərin təşkilatlandırılması dövlət siyasəti oldu. Azərbaycan torpaqlarının alternativ fikir olmadan erməni torpaqları kimi təqdim edilməsi də Rusiyanın siyasi dairələrində təsirini göstərdi.
Rusiya praktik addımlar atmaq üçün tədbirlər gördü. Yalnız siyasi dəyişikliklər üzündən 1783-cü ildə Kartli-Kaxet çarlığı ilə bağlanan Georgiyevsk müqaviləsindən sonra Rusiyanın Azərbaycan torpaqlarına təşkil edilməsi nəzərdə tutulan yürüşü baş tutmadı. V.Zubovun 1796-cı ildəki yürüşü isə uğurla başladı, lakin yeni hakimyyətə gələn rus çarı I Pavel tərəfindən dayandırıldı.
Rusiyanın XIX əsrin əvvəllərindən Azərbaycan torpaqlarını işğalı ilə burada erməni dövlətinin yaradılması ideyası yeni mərhələyə keçdi. Bu şəraitdə ermənilərin və Rusiyanın mövqelərindəki əvvəlki ümumiliklə eyni zamanda, yeni nüanslar da yarandı.
II hissə
Rusiyanın Şimali Azərbaycanı işğalının başlanması:
Qarabağ məlikliklərinin sonu, ermənilərin hədəfinin İrəvan xanlığına yönəlməsi
Ermənilərin arzuladığı zaman gəldi. Rusiya imperatoru I Aleksandr 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq bu manifest Rusiyanın iddiasının daha böyük olduğunu göstərirdi. Vaxtilə erməni-gürcü federativ dövlətindən bəhs edən ermənilər gürcü çarlığını ləğv edən imperator manifestini sevinclə qarşıladılar. Artıq bölgəyə daxil olan Rusiyanın ermənilərə də münasibəti birmənalı deyildi. Buna baxmayaraq ermənilər Rusiyanın Azərbaycan xanlıqları, Qacarlar (1804-1813) və Osmanlı dövləti ilə (1806-1812) müharibələrindən maksimum yararlanmağa çalışırdılar. Bu mərhələdə onlar istədiklərinə nail ola bilmədilər. 1804 və 1808-ci illərdə rus qoşunlarının İrəvana yürüşü uğursuz oldu. 1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə bağlanan müqavilə nəticəsində məlikliklərə dair planlar boşa çıxdı.
Belə bir vəziyyət erməniləri təmin etmədiyindən siyasi varlıqlarını ortaya qoymaq üçün Rusiyanın Qacarlar və Osmanlı dövləti ilə münasibətlərinin kəskinləşməsi və yeni müharibələrin (1826-1828, 1828-1829) başlanmasında müəyyən rol oynadılar. Qarabağ məlikliklərinə olan ümidlər puça çıxdığına görə, İrəvan xanlığının işğalının həyata keçirilməsi ətrafında oyunlar başlandı.
Erməni ənənəsinə uyğun olaraq erməni dövləti üçün IV əsrdə yaradılan konsepsiya bu dəfə də Qarabağ məliklikləri üçün uydurulmağa başladı. Raffi ləqəbli Akop Melik- Akopyan (1835-1888) 1880-ci illərin əvvəllərində sonralar ermənilər tərəfindən dəfələrlə çap olunan “Xəmsə məliklikləri” adlı kitab yazdı.Bu dəfə də məlikliklərin süqutunda xəyanətə xüsusi yer ayrıldı və xəyanətkarlığın əsas simvolu Vərəndə məliyi Məlik Şahnəzər oldu.
Ermənilərin Azərbaycan torpaqlarında konsolidasiyası: kütləvi köçlər və Erməni vilayətinin yaradılması
Bu dövrdə ermənilərin mövqeyini Lazarev nəslindən olan Xristofor Lazarev və Gürcüstan və İmeretiyada erməni yeparxiyasının rəhbəri, sonralar isə patriarx olan (1842-1857) Nerses Aştaraketski təmsil edirdi.1827-ci ildə Benkendorf vasitəsilə Lazarev tərəfindən tərtib edilən “Ermənilər haqqında” məruzə qeydləri çara təqdim edildi. Burada qədim erməni dövlətinin bərpasından, Rusiya tərkibində onun muxtar vəziyyətindən bəhs olunurdu. 1827-c il oktyabrın 1-də İrəvan işğal edildikdən sonra xanlığın yeni statusu məsələsi yarandı.
Rusiyanın yerli hakim dairələri İrəvan xanlığının işğalından sonra onu vilayətə çevirdi, burada müvəqqəti idarə yaradıldı. Beləliklə, ilkin vəziyyətə görə, Rusiyaya müqavimət göstərən və ləğv olunan digər Azərbaycan xanlıqları kimi İrəvan xanlığında da vilayət quruluşunun təmin edilməsi nəzərdə tutulurdu. Ermənilər isə vəziyyəti öz xeyrinə dəyişməyə çalışırdı. Lazarevin 1827-ci ilin sonlarında tərtib etdiyi “xüsusi layihə”də yenə də muxtar erməni dövlətinin bərpasından bəhs edilirdi.
1828-ci ilin fevralında imzalanan Türkmənçay müqaviləsi İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçməsini təsdiq etdi. Çar I Nikolay Türkmənçay müqaviləsindən qısa bir müddət sonra, martın 21-də İrəvan və Naxçıvan xanlıqları əsasında mərkəzi İrəvan olan Erməni vilayəti yaratdı və onu çar tituluna daxil etdi.
Belə bir fərmanın meydana gəlməsini təsadüfi hesab etmək olmaz. Ermənilərin burada ciddi təsiri ilə yanaşı, Rusiya imperiyası Osmanlı və Qacarlar ilə sərhəddə özünə etibarlı dayaq yaratmaq istəyirdi.
Beləliklə, ermənilər Erməni vilayəti kimi siyasi status aldılar. Vilayət idarəsində təmsil olunan Aştaraketsi bundan istifadə edərək müsəlmanların sıxışdırılması ilə ermənilərin mövqeyini daha da möhkəmləndirməyə çalışırdı.
Bununla eyni zamanda, vilayətin erməniləşdirilməsi istiqamətində də işlər genişləndirildi. Ermənilərin kütləvi şəkildə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi Türkmənçay və Ədirnə müqavilələrində rəsmiləşdirilsə də, ermənilərin ondan məharətlə istifadə etməsi xüsusi qeyd edilməlidir. Bu şərtlər daxilində İran və Osmanlı dövlətindən yüz otuz mindən çox ermənikeçmiş İrəvan, Qarabağ, Naxçıvan və digər xanlıqların ərazisində yerləşdirildi. Ermənilər siyasi statusla birlikdə, demoqrafik yüksəliş də əldə etdilər.
Bütün bunlar ilə bərabər,Erməni vilayətinin təcrübəsi göstərdi ki, ermənilər kilsə, ticarət və siyasi intriqalarda nə qədər çevik olsalar da dövlətçilik sahəsində o dərəcədə naşı olaraq qalırlar. Çar I Nikolayın 1837-ci il Qafqaz səfəri zamanı Erməni vilayətini seçməklə ona nə dərəcədə önəm verdiyini də göstərmək istəyirdi. Onun burada qarşılaşdığı mənzərə isə hökmdarı özündən çıxardı. Erməni vilayətinə dair həmin dövrdə yazılan və çap edilən nəşrlər də vilayətin real vəziyyətini gizləyə bilmirdi.Yarıtmaz fəaliyyətinə görə erməni Bebutov başda olmaqla vilayət administrasiyası işindən uzaqlaşdırıldı. 1840-cı ildə isə Erməni vilayəti ləğv edildi.
Ermənilər siyasi statusdan fərqli olaraq kilsənin mövqeyini möhkəmləndirməyə nail oldular. 1836-cı ildə erməni-qriqorian kilsəsi haqqında əsasnamə onun hüquqi vəziyyətini stabilləşdirdi. Alban kilsəsi ilə tarixi mübarizədə erməni kilsəsinin xeyrinə həll edildi. Erməni kilsəsinin mərkəzi olan Eçmiədzin Erməni vilayətində də təsirli rola malik oldu. Ermənilər siyasi məsələlərdəki problemlərə baxmayaraq, kilsənin mənafeyinə yönələn hər hansı bir addımı qəti müqavimətlə qarşıladı. Bu özünü 1903-cü ildə göstərdi.
İrəvanın erməni siyasi mərkəzinə çevrilməsi siyasəti və onun iflası
İlk vaxtlar İrəvan vilayətinin, sonra isə bütövlükdə Erməni vilayətinin siyasi mərkəzi kimi İrəvan şəhəri müəyyən edildi. Ehsan xanın siyasəti nəticəsində Naxçıvanda yerli hakimiyyətin möhkəmlənməsi ilə ermənilərin burada fəaliyyətinin aradan qaldırılması onların İrəvan ətrafında siyasi intriqasını daha da gücləndirdi. Çar hökuməti də İrəvanın Rusiya işğalına qarşı kəskin müqavimətini, onun strateji əhəmiyyətini və ermənilərin işğal prosesindəki rolunu nəzərə alaraq vəziyyətini möhkəmləndirməyə çalışdı. Bütün bunlara baxmayaraq, bütövlükdə Erməni vilayətində olduğu kimi İrəvan şəhərində də onlara ayrılan missiyanı yerinə yetirə bilmədi. Ermənilər daha çox gəlir əldə etmək məqsədi ilə işğaldan sonra iqtisadi həyatı canlanan Tiflis, Gəncə, Şamaxı, Bakıvə digər şəhərlərə meyl edirdilər. İrəvanın vilayətin ləğvindən sonra qəza şəhərinə (1840-1849), sonra isə quberniya şəhərinə çevrilməsi də vəziyyəti dəyişmədi. İrəvan əhalisinə, şəhər həyatının xüsusiyyətlərinə görə Azərbaycan şəhəri kimi varlığını davam etdirməkdə idi.
“Erməni məsələsi”: ermənilərin ondan yararlanmaq cəhdləri
Rusiya 1853-1856-cı illər Krım müharibəsində məğlub olduqdan sonra Osmanlıdan qisas almaq üçün məqam gözləyirdi. Belə bir məqam 1877-ci ildə yetişdi. Rusiya Osmanlı imperiyası ilə 1877-1878-ci illər müharibəsində qələbə qazandı. San-Stefano (1878, 19 fevral/3 mart) barışığı, sonra isə Berlində sülh müqaviləsi (1878, 1/13 iyun) bağlandı. Bu müqavilə ilə “erməni məsələsi” adlanan məsələ beynəlxalq gündəmə daxil oldu. Bu mahiyyət etibarı ilə böyük dövlətlərin Osmanlı imperiyasının daxili işlərinə qarışmağa əsaslanırdı. Rusiya bununla həm Osmanlı imperiyasını zəiflətmək, həm də Rusiya ermənilərinin diqqətini imperiyadan qonşu dövlətə keçirmək istəyirdi.
Ermənilər də “erməni məsələsi”ndən maksimum yararlanmağa çalışırdı.Onun əsas istiqamətini Rusiya və Osmanlı ermənilərinin siyasi fəaliyyətinin ilk dəfə olaraq vahid istiqamətdə birləşməsinin baş verməsi idi. Əsas hədəf isə Osmanlı imperiyası idi. Bunun üçün ermənilər siyasi təşkilatlanmağa başladılar. 1887-ci ildə erməni sosial-demokrat partiyası “Qnçak”, 1890-cı ildə isə erməni inqilabi federasiyası “Daşnaksütun” meydana gəldi.
Ermənilərin daşnaklaşması, Daşnaksütunun erməni cəmiyyətinin siyasi liderinə çevrilməsi
Daşnaksütun qısa bir zamanda ermənilər arasında möhkəmlənə bildi. Hər bir erməni qriqorian olmaqla bərabər, daşnak olmağa da məcbur oldu. Azərbaycan xalqına qarşı soyqırımların təşkilatçısı və onun torpaqlarını işğal edərək burada erməni dövləti yaradılmasını daşnaklar həyata keçirdi.
1890-cı illərdə ermənilər Osmanlı dövlətinə qarşı geniş miqyaslı üsyana qalxdılar. Bu üsyanlar məğlub edildikdən sonra fəaliyyətini Rusiyaya keçirdi. Daşnaklar tərəfindən yayılan xəritələrdə erməni dövlətinin tərkibinə Osmanlı torpaqları ilə bərabər Rusiyanın hakimiyyəti altında olan Azərbaycan torpaqları da daxil edilirdi.
Ermənilərin artan imkanlarından narahat olan çar hakimiyyət dairələri onların hüquqlarının məhdudlaşdırılması üçün fəaliyyətə keçdi. 1903-cü ildə erməni-qriqorian kilsəsinin əmlakının müsadirə edilməsi haqqında fərman verildi.
Erməni-qriqorian kilsəsinin rəhbərliyi ilə çar hökumətinə qarşı terror hərəkatı başlandı. Nəticədə hökumət geri çəkilməyə məcbur oldu. Bu hadisələr ermənilərin Rusiyanın tərkibindəki Azərbaycan torpaqlarında dövlət yaratmaq sahəsində imperiyaya keçən təşəbbüslərin yenidən öz əllərinə almasına da təkan verdi.
İrəvan və ətrafındamöhkəmlənmək üçün azərbaycanlılara qarşı qətliam (1905-1906-cı illər)
Ermənilər Azərbaycanın Qarabağ bölgəsində dövlət yaratmaqdaitirdikləri ümidlərini geri qaytarmaq və siyasi mərkəz kimi mökəmlənə bilmədikləri İrəvan və ətrafında mövqelərini gücləndirmək üçün yeni bir vasitəyə-azərbaycanlılara qarşı soyqırımlara əl atdılar. Təsadüfi deyil ki, 1905-1906-cı illərdə tarixə “erməni-müsəlman davası” kimi daxil olan hadisələrin gedişində ermənilər ən qanlı hadisələri Qarabağ və İrəvanda törətdilər. Erməni kapitalının ən çox mərkəzləşdiyi Bakıda da azərbaycanlılara xüsusi qəddarlıqla divan tutuldu.
Çar hökuməti 1903-cü il təcrübəsini nəzərə alaraq bu hadisələrdən erməni-qriqorian kilsəsinə deyil, daşnaklara qarşı istifadəyə üstünlük verdi. Burada daşnakların gənc türklər ilə yaxınlaşması da öz təsirini göstərdi.Daşnaklar üzərində 1907-1908 və 1911-ci illərdə məhkəmə quruldu.
Rusiya “erməni məsələsi”ndə təşəbbüsə yiyələnmək üçün Osmanlı dövlətinə təzyiqi artırırdı.Nəticədə 1914-cü ilin yanvarında erməni islahatına dair müqavilə imzalandı.
Yaxınlaşan I Dünya müharibəsi ilə bu müqavilə əhəmiyyətini itirdi. Rusiya siyasi rıçaqlardanermənilərdən öz siyasəti üçün vasitə kimi istifadəyə keçdi. Ermənilər də müqavilə ilə yaradılmış vəziyyətdən irəli gedərək Osmanlı ərazisində dövlət yaratmaq iddiası ilə ruslarla ittifaqı gücləndirməyə çalışdılar. Bununla da ermənilərin Osmanlı ərazisində dövlət yaratmaq iddiası real şəkildə ortaya çıxdı. Beləliklə, ermənilərin dövlət yaratmaq iddiasının “Azərbaycan layihəsi” yeni, “Osmanlılayihəsi” ilə əvəz olundu. Onun Rusiyanın bir-birini əvəz edən üç hakimiyyətinə -çar Rusiyası, Müvəqqəti hökumət və Sovet Rusiyasına uyğun üç variasiyası oldu.
I Dünya müharibəsinin Qafqaz cəbhəsi: Erməni hərbi güruhunun yaradılması, işğal ordusu və soyqırımı qatillərinə çevrilməsi (1914-1917, fevral)
1914-cü il 19 iyulda (1 avqustda) I Dünya müharibəsi başladı…
I Dünya müharibəsi erməniliyin əsrlərlə formalaşmış mahiyyətini açdı, erməni cəmiyyətinin bütün təbəqələrini və onları təmsil edən aktorları hərbi-siyasi meydana çıxardı. İlk dəfə bu sırada yeni bir dəstə-əlinə silah keçən və onu türk-müsəlman dinc əhaliyə qarşı yönəldən, sərkərdə kimi təqdim olunan hərbi güruh (Andronik, Dro və b.) peyda oldu. Rusiya ordusu tərkibinə daxil olan erməni könüllü korpusunun bu hərbi gürühu yerli erməni hərbi qüvvələri ilə müharibə qanunlarının ziddinə olaraq Şərqi Anadolunun türk müsəlman əhalisini məhv edir, həmin əraziləri etnik təmizləmə yolu ilə erməni dövləti üçün hazırlayırdı. Bu hərbi canilər sonra Azərbaycan ərazisində də fəaliyyətlərini davam etdirdilər.
Osmanlı hökuməti də hərbi vasitələr ilə birgə, müharibə dövrünün tələblərinə uyğun dövlət tədbirləri də həyata keçirirdi. 1915-ci ildə ermənilərin köçürülməsi haqqında qanun qəbul edildi. Hərbi əməliyyatlar və köçürmə zamanı 500 mindən çox erməni Rusiyanın hakimiyyəti altında olan ərazilərə, o cümələdən qərbi Azərbaycan torpaqlarına, İrəvan ətrafına köçdü.
Osmanlı dövləti ərazisində çar Rusiyası vasitəsi ilə erməni dövləti yaratmaq arzusu
Qafqaz cəbhəsindəki uğurlu hərbi əməliyyatlar nəticəsində Osmanlı ərazisinin böyük bir hissəsini ələ keçirən Rusiya burada idarəçiliyin təşkilinə başladı. Bu məqsədlə 1916-cı ilin iyulundaTürkiyədən müharibə hüququ üzrə tutulmuş vilayətlərin idarəsi haqqında müvəqqəti əsasnamə təsdiq olundu. Həmin ərazilərdə Qafqaz administrasiyasına tabe olan general-qubernatorluq yaradıldı, bununla da ermənilərin bu torpaqlarda Rusiya vasitəsi ilə dövlət yaratmaq arzuları gözündə qaldı. Ermənilərin əvvəlcə Azərbaycan torpaqlarında, sonra isə Osmanlı ərazisində I Pyotrdan bəri köməyi ilə dövlət yaradacaqlarına çalışdıqları çar hökuməti onların ümidlərini doğrultmadan 1917-ci ilin fevralında süqut etdi.
Çarlığın süqutu… Ermənilərin Rusiya orientasiyası, Rusiyanın isə ermənipərəst siyasətinin davamı….
Ermənilərin İsrail Ori vasitəsilə çar I Pyotr ilə münasibətlər yaratmasından 200 ildən çox dövr keçdi. Çarlıq Rusiyası ermənilərin ümidlərini doğrultmadan dağıldı. Buna baxmayaraq ermənilərin Rusiya orientasiyası aktuallığını itirmədi. Rusiyada qurulan sonrakı hökumətlər ermənilərin ümidlərini doğrultmaq üçün daha fəal siyasət yeritməyə başladılar. Müvəqqəti hökumət, ardınca isə sovet hökuməti ermənilərə dəstəyini aydın şəkildə ifadə etdi…
Müvəqqəti hökumətin “Türkiyə Ermənistanının idarəsi haqqında” qərarı (1917, fevral-oktyabr)
Müvəqqəti hökumət prinsip etibarı ilə ermənipərəst hökumət idi. Xarici İşlər naziri P.N.Milyukov daha fəal idi. Sonralar baş nazir olmuş A.F.Kerenski isə daşnakların məhkəməsi zamanı onların vəkili olmuşdu. Milyukovun yaxından dəstəyi ilə 1917-ci ilin aprelində “Türkiyə Ermənistanının idarəsi haqqında” qərar qəbul edildi. Müvəqqəti hökumət bu qərarı qəbul etməklə qalmadı, onun reallaşdırılması ilə əlaqədar addımlar da atdı. Ermənilər bu qərarı dəstəkləməklə, eyni zamanda əsas ümidlərini işğal edilmiş ərazilərdəki Rusiya ordusuna bağlamışdı. 1917-ci ilin oktyabrında bolşeviklərin Müvəqqəti hökuməti devirib hakimiyyətə gəlməsi ilə onun planı da aradan qalxdı.
Erməni Milli Şurası: ermənilərin milli-siyasi təşkilatlanmasının Azərbaycan torpaqlarına qaytarılması (1917, noyabr-1918, aprel)
1917-ci ilin fevral inqilabı erməni elitasını hərəkətləndirdi. Sentyabrın sonu-oktyabrın əvvəllərində Tiflisdə keçirilən qurultaydan sonra Erməni Milli Şurası yaradıldı. 15 üzvdən 6-sı daşnak idi. Bu onu göstərirdi ki, ermənilərin siyasi fəaliyyəti daşnakların əlinə keçib. Erməni Milli Şurasının üzvləri 1917-ci ilin oktyabr çevrilişindən sonra meydana gələn Zaqafqaziya komissarlığında, Ümumrusiya Müəssisələr Məclisi qovulduqdan sonra çağrılan Zaqafqaziya Seymində də həlledici rola malik idi. Erməni Milli Şurası I Dünya müharibəsinin başlanmasından bəri, hakimiyyətlərin-çar Rusiyası, Müvəqqəti hökumət və Sovet Rusiyası tərəfindən Osmanlı dövlətinin ərazisinə yönəlmiş siyasi xətdə yeni şəraitə uyğun dəyişiklik etdi. Zaqafqaziyanın milli kantonlara bölünməklə Rusiyanın tərkibində muxtar olmasını müdafiə etdi. Bununla eyni zamanda, “Türkiyə Ermənistanı”nın öz müqəddəratını təyin hüququnu da irəli sürdü.
Sovet Rusiyasının “Türkiyə Ermənistanı haqqında” dekreti
Sovet Rusiyası da ermənilərin rəğbətini qazanmaq üçün avantürist addım atdı. Rusiya Xalq Komissarlar Soveti 1917-ci ilin dekabrında “Türkiyə Ermənistanı” haqqında dekret verdi. Elə həmin vaxt Millətlər məsələsi üzrə xalq komissarı Stalinin “Pravda” qəzetində “Türkiyə Ermənistanı” haqqında kiçik məqaləsi çap edildi.Dekret az bir müddət sonra , 1918-ci il 15 (28) yanvarda III Ümumrusiya Sovetlər qurultayı tərəfindən təsdiq olundu.
Dekretdə erməni xalqının “Türkiyə Ermənistanı”nda tam müstəqilliyədək öz müqəddəratını təyin etmək hüququnun tanınması bildirilir və qeyd edilirdi ki, bu hüququn həyata keçirilməsi erməni xalqının azad referendumu üçün mütləq zəruri olan bir sıra ilkin təminatlar şəraitində mümkündür. Bu təminatlar kimi “Türkiyə Ermənistanı” hüdudlarından qoşunların çıxarılması, qaçqın və məcburi köçürülmüş ermənilərin maneəsiz geri qayıtması, erməni xalqının Deputatlar Soveti şəklində “Türkiyə Ermənistanı”nın Müvəqqəti Xalq İdarəsinin yaradılması və s. olması göstərilirdi. Dekretin həyata keçirilməsində əsas rolSovet Rusiyasının Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissarı təyin edilmiş S.Şaumyana ayrılırdı. Dekretin qeydində “Türkiyə Ermənistanı”nın coğrafi sərhədlərinin müəyyən edilməsindən bəhs olunur və göstərilirdi ki, bu coğrafi sərhədlər erməni xalqının, qarışıq və mübahisəli bölgələrin müsəlman və digər əhalisinin demokratik yol ilə seçilmiş nümayəndələri ilə razılaşma əsasında, Şaumyan ilə birlikdə müəyyən edilməli idi.Bu dekret sadəcə bir deklarasiya olduğundan heç bir praktik əhəmiyyətə malik olmadı.
Trabzon konfransı: ermənilərin “Türkiyə Ermənistanı” iddiasını reanimasiya cəhdləri və uğursuzluğu (1918-ci il 1/14 mart-14 aprel)
Bolşeviklər tərəfindən Müəssisələr Məclisi qovulduqdana sonra Zaqafqaziya hökumətinin yenidən siyasi strukturlaşması aparıldı. 1918-ci ilin fevralında Zaqafqaziya Seymi yaradıldı.
Seymin ilk addımlarından biri xarici siyasət sahəsində oldu. 10/23 fevralda Seym Osmanlı dövləti ilə danışıqlar üçün gürcü, azərbaycanlı və ermənilərdən ibarət nümayəndə heyəti seçdi. 1/14 martda Trabzonda danşıqlar başladı. [Trabzon və Batum konfransları, o cümlədən Batum konfransında erməni dövləti yaradılmasına dair müzakirələr haqqında türk tarixçisi Enis Şahinin bu konfranslara həsr olunmuş fundamental monoqrafiyasında ətraflı bəhs olunub. Bax: Enis Şahin. Trabzon ve Batum konferansları ve antlaşmaları (1917-1918). Ankara, 2002]
Zaqafqaziya nümayəndələri danışıqlar üçün Seym tərəfindən qəbul edilən dörd maddəlik bir sənədlə gəldi. Onun əsasını 1914-cü il sərhədləri daxilində sülh müqaviləsi imzalanması və ermənilərin təkidi ilə qəbul edilən Şərqi Anadolunun öz müqəddəratını təyin etməsi və Osmanlı dövlətində “Türkiyə Ermənistanı”na muxtariyyət verilməsi maddələri təşkil edirdi.
Konfransın gedişində Seymin nümayəndə heyəti tərəfindən Brest sülh müqaviləsinın şərtlərinin (Kars, Ərdəhan və Batum Osmanlıya keçirdi) qəbul edilməsi irəli sürüldü. Ermənilərin “Türkiyə Ermənistanı” planını reanimasiya cəhdi isə Osmanlı imperiyasının daxili işlərinə qarışmaq kimi qiymətləndirildi. Osmanlı nümayəndə heyətinin rəhbəri Hüseyn Rauf Orbay hələ kifayət qədər diplomatik təcrübəsi olmayan Seymin nümayəndə heyətinin parçalanmasına nail oldu və Trabzon konfransı Osmanlı dövlətinin kontroluna keçdi. Təsadüfi deyil ki, tədqiqatçılardan biri Trabzon konfransını Osmanlı imperiyasının diplomatik zəfəri adlandırıb. Seym diplomatik məğlubiyyətə uğrayaraq, danışıqlardan müharibəyə keçdi.
Osmanlı dövlətinin Cənubi Qafqazda əsas siyasi qüvvəyə çevrilməsi və ermənilərin taktikası (1918, mart-aprel)
Osmanlı dövlətinə müharibə elan edən Zaqafqaziya Seymi səkküzgünlük müharibədə (1918-ci il aprel) məğlub oldu. Beləliklə, Osmanlı dövlətinin 1918-ci ilin fevralında başlayan irəli hərəkatının miqyası genişləndi. Osmanlı dövləti qələbələri ilə 1877-1878-ci illər müharibəsinədək olan sərhəddi bərpa etdi. Aprelin 22-də Osmanlı dövlətinin təkidi ilə Zaqafqaziya Demokratik Federativ Respublika elan olundu.
Ermənilər Osmanlı imperiyasının Zaqafqaziyada əsas siyasi qüvvəyə çevrilməsi nəticəsində Azərbaycanın mövqeyinin möhkəmlənməsindən qorxuya düşməyə başladı. Bunun nəticəsində azərbaycanlılara qarşı yeni soyqırım başladı.
İrəvan və ətraf torpaqların ermənilər tərəfindən zəbt edilməsi, erməni işğal idarəsinin yaradılması və azərbaycanlılara qarşı soyqırımı (1918, mart-may)
İrəvan və ətrafında etnik təmizləmə nəticəsində ələ keçirilmiş Azərbaycan torpaqları qaçqınlar vasitəsi iləerməniləşdirilməyə və burada işğal üsul-idarəsi yaradılmağa başlandı. Bu məqsədlə hələ 1917-ci ilin dekabrında İrəvanda təşkil edilmiş şəhər hakimiyyətinin müvəqqəti idarəsinin rəhbərliyində dəyişiklik edildi. Erməni Milli Şurasının üzvü, Aram paşa ləqəbli Aram Manukyan (1879-1919) İrəvana göndərildi. Keçmiş Van qubernatoru, türk-müsəlman əhaliyə qarşı soyqırımın təşkilatçılarından olan Manukyan 1918-ci ilin əvvəllərində İrəvana gəldi. Mart ayında İrəvan erməniləri tərəfindən diktator seçildi və burada da həmin əməllərini törətməkdə davam etdi. Manukyan başda olmaqla İrəvanda ermənilərin işğal rejimi yaradıldı.Bu rejim azərbaycanlılaraqarşı soyqırımına başladı.
Burada soyqırımın ümumazərbaycan səbəbləri ilə birgə, Rusiya ordusunun Qafqaz cəbhəsini tərk etməsi, Trabzon konfransında “Türkiyə Ermənistanı” planının rədd edilməsi, Cənubi Qafqazda Osmanlı dövlətinin güclənməsindən irəli gələn səbəblər də var idi. İrəvan və ətrafında minlərlə insan qətlə yetirildi, doğma yurd-yuvasından qovuldu, yüzlərlə yaşayış məskənləri dağıdıldı.
Osmanlı ordusunun İrəvan istiqamətində yürüşü nəticəsində ələ keçirilmiş Kars, Aleksandropol və digər yaşayış məskənlərinin erməni əhalisi də qaçaraq İrəvana gəlməkdə davam edirdi. Ermənilər Osmanlı ordusunu dayandırmaq üçün tədbirlər gördülər. Onun təşkilində İrəvan erməniləri və onun maddi resursları həlledici rol oynadı. Sərdarabad, Başaparan və Qarakilsə döyüşlərində ermənilər buna nail ola bildilər. Sonrakı hərbi-siyasi vəziyyət Osmanlı planını Bakıya yönəltdi…
İrəvan və Bakıdakı erməni işğal rejimlərinin əlaqəsi (1918, aprel-may)
İrəvanın ələ keçirilməsi və burada işğal rejiminin yaradılması ilə birgə, Qafqazın əsas iqtisadi mərkəzi olan Bakıda da erməni daşnak-bolşevik hakimiyyətinin bərqərar edilməsi onlar üçün ciddi stimul idi. Rusiyada 1917-cilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ almasından sonra Bakıda da hakimiyyət sovetlərə keçdi. Bakı Soveti Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında burada azərbaycanlılara qarşı soyqırımı həyata keçirdi. Aprelin 25-də isə Bakı Xalq Komissarları Soveti təşkil olundu. Bu hakimiyyət də faktik olaraq şəhərdə hakimiyyəti silah gücünə qəsb etmiş işğalçı üsul-idarə idi. İrəvanda və Bakıda qurulmuş rejim anti-Azərbaycan mahiyyəti daşıyırdı. İrəvan işğal rejimi onu Azərbaycandan ayıraraq Ermənistanın mərkəzinə çevirmək istəyir, Bakı rejimi isə şəhəri və ətrafını Rusiyaya birləşdirmək istəyirdi. Bu iki işğal rejimi arasında sıx əlaqə var idi. Digər tərəfdən 1918-ci ilin sentyabrında Bakı azad edilərkən Azərbaycanın bu tarixi hüququ İrəvan rejimini ciddi narahat etdi.
Batum konfransının birinci raundu: Osmanlı dövləti və Zaqafqaziya Federasiyası (1918-ci il 11-26 may)
Osmanlı dövlətinin Seym hökuməti ilə müharibədə qalib gəlməsindən sonra diplomatik münasibətlər fəallaşdı. Yeni konfransın Batumda keçirilməsi qərara alındı. Konfrans öncəsi Osmanlı dövləti ilə Almaniya arasında yaranan intriqa da onun işinə və Zaqafqaziyanın sonrakı taleyinə mühüm təsir göstərdi.
Konfrans mayın 11-də açıldı. Bu konfrans diplomatiya tarixində bir sıra özəllikləri ilə tarixə keçib. Osmanlı dövləti ilə Zaqafqaziya Federasiyası nümayəndələri arasındabaşlayan konfransın gedişində ciddi format dəyişikliyi baş verdi. Osmanlı dövləti yeni yaranan üç dövlət ilə onu davam etdirdi. Buna görə də konfrans iki raundda davam etdi.
Birinci raund Trabzon konfransından fərqli olaraq ilk və yeganə iclasdan ibarət oldu. Bu iclasda Osmanlı hökuməti tələblərini Zaqafqaziya nümayəndə heyətinə təqdim etdi. Burada Brest müqaviləsi ilə birgə, yeni ərazi tələbləri üstünlük təşkil edirdi. Bundan sonra konfrans pərdəarxası diplomatiya və notalar mübadiləsilə davam etdirildi. Osmanlı dövlətinin tələb etdiyi ərazilər erməniləri daha mürəkkəb vəziyyətə salırdı, çünki onlar məhz bu ərazilərdə möhkəmlənməyə çalışırdı. Ermənilər vəziyyətdən çıxmaq üçün hər vasitə ilə federasiyanın qalmasını istəyirdi. Konfransın bu raundunda Gürcüstan ilə Almaniyanın yaxınlaşması əsas süjetlərdən biri oldu və gürcülərin müstəqilliyini elan etməsi ilə federasiyanın dağılacağı ortaya çıxdı. Bütün bu dəyişikliklərdən hələ xəbəri olmayan Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Gürcüstanın müstəqilliyini elan etməsindən üç saat sonra, saat 20-də 11 may notasının 72 saat ərzində qəbul edilməsini tələb etdi. Ultimatum qarşı tərəfdən saat 21-də alındı. Osmanlı nümayəndələri Tiflisdə cərəyan edən hadisələrdən bir gün sonra xəbər tutdu və qarşı tərəfin nümayəndələrini gözləməyə başladı.
III hissə
Ermənistan dövlətinin yaradılması: Erməni tarixşünaslığı nə yazır?
Ermənistan dövlətinin yaradılması haqqında erməni tarixşünaslığında vahid fikir yoxdur. İlk konsepsiyanı daşnak liderləri yaradıb. Ermənistan Respublikasının ilk baş naziri Kaçaznuni bunu 1923-cü ildə yazdığı və “məruzə” adlandırdığı “Daşnaksütuna bir iş qalmadı” kitabında ifadə edib. Onun fikrincə Ermənistan dövlətinin yaradılması daşnakların işi idi. Bu kitaba ön söz yazan kommunist S.Xanoyan isə Kaçaznuninin sözləri ilə bütövlükdə daşnaklara qarşı çıxıb, özlərini haqlı hesab edir.
İkinci konsepsiya kommunist ideologiyasına əsaslanan erməni sovet tarixşünaslığına məxsusdur. Erməni sovet tarixşünaslığı Ermənistan Respublikasının yaradılmasını Osmanlı imperiyası ilə bağlayırdı. Y.K.Sərkisyan Osmanlı imperiyasının I Dünya müharibəsi ərəfəsi və illərində Zaqafqaziyada təcavüzkar siyasəti adlandırıdığı monoqrafiyasında (1962) Ənvər paşaya istinadən belə bir iqtibas verir: “Türkiyə nazirləri iki həftə fikirləşdilər ki, Ermənistan yaratsınlar ya da yox və nəhayət, qərara aldılar ki, yaratsınlar, ona görə ki, bu həm ermənilər üçün, həm də türklər üçün əlverişli idi.”
Üçüncü konsepsiya isə müasir dövrdə yaradılıb. Bu konsepsiya o zaman dövlətin yaradılmasını erməni xalqı və onun mübarizəsi, xüsusilə 1918-ci il mayın 21-28 arasında olan üç döyüşün- Sərdarabad, Başaparan və Qarakilsə döyüşlərinə xüsusi yer ayırır. Bunu Ermənistanın baş naziri N.Paşinyanın Ermənistan Respublikasının 100 illiyi münasibətilə Sərdarabadda keçirilən paradda çıxışından da aydın görmək olur. O, deyib ki, erməni xalqı qalib gəldi, ona görə ki, öz tarixinin 400 ilində ilk dəfə olaraq özünə ümid etdi, ona görə ki, milli dövlətin təhlükəsizliyin yeganə qarantı olduğunu başa düşdü.Burada erməni baş nazir, eyni zamanda, azadlıq hərəkatı haqqında erməni mifini də rədd edir və haqlı olaraq təsdiq edir ki, ermənilər tarixinin 400 ilində yalnız başqalarına ümid edib. Bu fikirlər nə qədər müxtəlif və ziddiyyətli olsa da, həqiqəti müəyyən etmək çətin olmasın gərək…
Ermənistanın müstəqilliyinin qəbul edilməsi və daşnakların hakimiyyəti ələ alması (1918-ci il 26-28 may)
Batum konfransının birinci raundunun gedişində Gürcüstan və Almaniya arasında yaxınlaşma nəticədə gürcülərin müstəqilliyini elan etməsinə qərar verməsi ilə nəticələndi. Bu xüsusi prosedurla həyata keçirildi. Seymin 1918-ci il 26 may iclasında iki əleyhinə olmaqla bütün səslərin çoxluğu ilə Seym Zaqafqaziyanın parçalanmasını təsdiq etməklə səlahiyyətlərinə xitam verdi. Seymin sədri Çxenkelinin onun buraxılması haqqında digər dövlətlərə məlumatında Zaqafqaziya Seymi tərəfindən gündüz saat 3-də Zaqafqaziya Federativ Respublikasının hissələrə bölündüyü və daha mövcud olmadığının elan edildiyi bildirilirdi. Həmin gün, elə həmin zalda 2 saat sonra, saat 5-də gürcülər müstəqilliyini elan etdi.
Erməni Milli Şurası yenə həmin gün axşam iclasa toplandı. Gürcülər əleyhinə çıxışlar ilə birlikdə, yeni şəraitə uyğun hərəkət etmək qərara alındı. Daşnak partiyası daha çox canfəşanlıq etməyə başladı. Mayın 27-də Tiflis təşkilatının iclasında Erməni Milli Şurasının hökumət funksiyası və diktator hüququnu üzərinə götürməsi haqqında qətnamə qəbul etdi. Azərbaycan Milli Şurasının həmin gün müstəqilliyini elan etməsini qərara alması ermənilər üçün həlledici rol oynadı. Kaçaznuni bunu özünməxsus tərzdə belə izah edir: Növbə Ermənistanın idi. Biz müstəqillyimizi elan etməli idikmi, öz dövlətimizi yaratmaq və onu saxlamaq imkanımız var idimi? Bu suallar gülüş doğuracaq qədər gülünc idi. 1918-ci ilin mayında seçimin yeri və vaxtı deyildi. Tarix bizi müəyyən vəziyyətə gətirmişdi və s.Daha sonra qeyd edir ki, 28 mayda gecədən keçmiş mərkəzi milli şura Ermənistanı müstəqil respublika, özünü respublikanın ali hakimiyyəti elan etməyi qərara aldı. Kaçaznuninin bütün fikirlərinin üzərində ətraflı şəkildə dayanmadan iki məsələni xüsusi qeyd etmək lazımdır:
- Müstəqil Ermənistan elan edilməsinin ən mühüm səbəblərindən biri də Azərbaycanın öz torpaqlarına sahib olmasının qarşısının bu yol ilə alınması olub. Kaçaznuni yazırdı: Biz Ermənistanın sahibi olmalı idik, başqa cür onu geridönməz şəkildə itirə bilərdik;
- Ermənistanın müstəqilliyini elan edən mərkəzi milli şura milli məclisdən belə bir səlahiyyət almamışdı. Kaçaznuni yazırdı ki, sonralar heç kimin ağlına gəlmirdi ki, bunun üçün onu hakimiyyətini artırmaqda günahlandırsın.O, burada tamam yanlışlığa yol verib. Ola bilsin ki, nə onda, nə də indi bu qanunsuzluq ermənilərin ağlına gəlməsin, lakin tarix bunu unutmur. Azərbaycan Respublikasının prezidenti haqlı olaraq demişdir: “…Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır.Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub…”.
Elə həmin gün türklər tərəfindən verilən ultimatumun qəbul edilməsi və Batuma geniş səlahiyyətlər ilə yeni nümayəndə heyəti (A.Xatisyan, O.Kaçaznuni və M.Papacanyan) göndərilməsi də qərara alındı.
Müstəqil Ermənistan haqqında siyasi qərar onun “ərazi təminatını”da tələb edirdi. Əsil məsələ də bundan ibarət idi. Ermənilər Cənubi Qafqazda heç bir əraziyə malik deyildi. Ona görə də əsas obyekt Azərbaycan torpaqları oldu. Bu torpaqların ələ keçirilməsi üçün təcavüzkar mahiyyətə malik olan hərbi-siyasi vasitələrə əl atdı. İlk hədəf yeni yaradılmış Azərbaycan Cümhuriyyəti oldu. İrəvanın tədricən ermənilər tərəfindən işğalı və Cümhuriyyətdən fərqli olaraq böyük hərbi qüvvəyə malik olması ona təzyiqi gücləndirdi. Sonralar bu Ermənistan-Azərbaycan müharibəsinə çevrildi. Osmanlı dövlətinə yanaşma fərqli oldu. Batum danışıqlarının yeni formatda davam etdirilməsi qərara alındı. Ərazi iddiaları Gürcüstan ilə də müharibəyə səbəb oldu.
Azərbaycan Milli Şurası iclasının 3№li protokolu: əsas müddəaları və nəticəsi (1918, 29 may)
İclasın açılması ilə Şuranın üzvü Fətəli xan Xoyski Azərbaycan Milli Şurasıvə Erməni Milli Şurası nümayəndələrinin Azərbaycan və Ermənistan federasiyası ərazilərinin sərhəddi xüsusunda məruzə edir. O, məruzəsini belə bir məlumat ilə bitirir ki, Ermənistan federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır, Aleksandropol türklərə keçdiyi üçün belə mərkəz İrəvan ola bilər, bunun üçün İrəvanın ermənilərə güzəşt edilməsi, labüddür. Bu məsələ üzrə X.b.Xasməmmədov, M.Cəfərov, A. Şeyxülislamov, M.Məhərrəmov fikirlərini bildirərək, İrəvanın ermənilərə güzəşt edilməsini tarixi zərurət, labüd bəla adlandırır. Bu məsələ üzrə səsvermə aşağıdakı nəticəni verir: İrəvanın güzəşt edilməsinə 28 ümumi saydan 16 lehinə, əleyhinə bir, üç bitərəf olmaqla səs verilir.
Burada Aleksandropol məsələsinin üzərində xüsusi dayanmağa ehtiyac var. Aleksandropol və ya tarixi Gümrü də Azərbaycanın tarixi coğrafiyasına aiddir. 1837-ci ildə çar I Nikolayın Qafqaza səfəri zamanı onun arvadının şərəfinə belə adlandırılıb. Bu şəhər də çar Rusiyası zamanı erməniləşdirməyə məruz qalmış, imperiyanın süqutundan sonra ermənilər tərəfindən işğal edilmişdi. Ona görə də Batum konfransındakı Azərbaycan nümayəndələri İrəvan və digər Azərbaycan torpaqlarını qorumaq məqsədi ilə Aleksandropol ətrafında ermənilərin cəmlənməsini mümkün hesab edirdi. Bununla da Ermənistan onun əsas torpaqlarından uzaq olub Osmanlı dövlətinə daha yaxın olurdu. Aleksandropolda ermənilərin fəallaşması onu ciddi təhlükə mənbəyinə çevirirdi. Bunu nəzərə alan Osmanlı imperiyası 1918-ci il mayın 14-dən 15-nə keçən gecə ultimatum verir ki, ermənilər Aleksandropoldan geri çəkilsin. 15 may axşam saat 6-da ermənilər Aleksandropoldan geri çəkilir. Ermənilər bir də Aleksandropola 1918-ci ilin dekabrında qayıda bilir.
Xoyskiİrəvan məsələsinə elə həmin gün Xarici İşlər naziri M.H.Hacınskiyə direktivində bir daha qayıdaraq yazır ki, biz ermənilər ilə bütün mübahisələri bitirdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəşt etdik.Bu sənəd də məsələnin mahiyyətinə daha bir aydınlıq gətirir. Deməli, bu protokolda sadəcə güzəştdən bəhs olunmur, burada erməni işğalından, onun qarşısını almaq üçün seçilən “labüd bəla”dan bəhs olunur. Bu sənəd mahiyyət etibarı ilə həmin zaman mövcud olan tarixi reallığı sənədləşdirərək, Ermənistana ittiham aktı kimi çıxış edir. O Ermənistanın Azərbaycan torpaqlarında dövlət yaratmasına dair dosyenin ən vacib sənədlərindən də biridir. Bununla eyni zamanda, qeyd etmək lazımdır ki, İrəvanın ermənilərə güzəşt edilməsi hələ o zaman ondan əl çəkilməsi anlamına da gəlmirdi.
Batum konfransının yeni raundu: Osmanlı dövləti və ermənilər
1918-ci il mayın 26-da gürcülərin, mayın 28-də isə azərbaycanlı və ermənilərin müstəqilliyini qəbul etməsi ilə siyasi vəziyyət dəyişdi. Buna baxmayaraq, tərəflər Batum konfransından imtina etmədilər və ona sadiq qaldılar. Bu hər şeydən əvvəl Osmanlı imperiyasının Cənubi Qafqazdakı rolu ilə bağlı idi. Osmanlı imperiyası ilə münasibətlərə aydınlıq gətirmədən yeni respublikaların stabilləşməsi mümkün deyildi. Bu xüsusilə ermənilərə aid idi.
Mayın 28-də Tiflisdə müəyyən edilmiş erməni nümayəndə heyəti sabahısıgünBatuma gəldi və elə həmin gün Xəlil bəylə görüş istədi. Bu görüşdə Xatisyan 26 may ultimatumunun taleyi ilə maraqlandı. Xəlil bəy onun hazırda da qüvvədə olduğunu və müzakirələrin ayrı-ayrı heyətlər ilə aparılacağını bildirdi. Son siyasi hadisələr ilə əlaqədar olaraq ultimatumun müddəti 24 saat uzadıldı.
Nümayəndə heyətləri arasında danışıqlar mayın 30-da başladı.Əsas məsələ Ermənistanın ərazisi ilə bağlı idi. Dövlətin rəhbərləri Tələt paşa və Ənvər paşanın konfransdakı Osmanlı nümayəndə heyəti ilə Ermənistan dövlətinə dair müəyyən fikir müxtəlifliyi, “erməni məsələsi”,Ermənistan nümayəndə heyətinin tezliklə müqavilə imzalayaraq tanınmasına rəsmən nail olmaq istəyi və s. amillər danışıqların gedişinə təsir etdi. Tərəflər iyunun 2-də razılığa gələ bildi və iyunun 4-də sənədlər imzalandı. Bu sənədlərin məzmunu tərəflərin mövqe və vəziyyətini aydınlaşdırmağa imkan verir. Osmanlı imperiyası “zəif Ermənistan” modelini reallaşdırmağa nail ola bildi. Azərbaycanın 10 min kvadrat kilometrədək tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılması təsdiq olundu və burada yaşayan azərbaycanlıların taleyi onlara verildi.
Ermənistanın müstəqilliyi haqqında bəyannamə: Gürcü və Azərbaycan Milli Şurasının müstəqillik aktları ilə müqayisə (1918, 30 may)
Ermənistan Milli Şurası tərəfindən müstəqilliyin qəbul edilməsinə baxmayaraq, Gürcü və Azərbaycan Milli Şuralarından fərqli olaraq bu barədə bəyannamə elan olunmamışdı. Azərbaycan Milli Şurası tərəfindən İrəvanın güzəştə gedilməsi və Batum konfransında erməni nümayəndələrinin Osmanlı ilə bir masaya oturması Erməni Milli Şurasına yeni addımlar atmağa imkan verdi. Mayın 29-da Daşnak partiyasının rəhbərləri və Milli Şura üzvlərinin iclasında müstəqilliyin elan edilməsi qərara alındı.Kaçaznuni başda olmaqla hökumət formalaşdırıldı. Mayın 30-da bəyannamənin mətni qəbul edildi, 31-də isə mətbuatda çap olundu. Təbii ki, erməni liderləri bəyannamənin hazırlanması zamanı istər Gürcü, istərsə də Azərbaycan Milli Şurasının müstəqillik haqda aktları ilə tanış idi. Əgər gürcülərin sənədində ərazi Gürcüstan Demokratik Respublikasının öz sərhədləri daxilində kimi ifadə edilir, azərbaycanlıların sənədində isə cənub-şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycandan bəhs edilirdisə, ermənilər bu məsələyə tamamilə fərqli yanaşmışdılar. Ermənilərin bəyannaməsində Erməni Milli Şurası erməni vilayətlərinin ali və vahid idarəçisi elan edilirdi. Erməni vilayətləri ifadəsi altında nəzərdə tutulan torpaqların əksər hissəsi Azərbaycan, qalanı isə Osmanlı və Gürcüstana məxsus olan ərazilər idi.
Bəyannamənin elan edilməsinə baxmayaraq, Kaçaznuni hökuməti müstəqil Ermənistan dövlətinin yaradılmasını rəsmən, yalnız 1918-ci ilin 13 iyununda bəyan etdi. Hökumət isə iyunun 19-da İrəvana köçdü.
Osmanlın-Ermənistan Batum müqaviləsi: Azərbaycan və “Ermənistan azərbaycanlıları”na dair (1918-ci il 4 iyun)
1918-ci il iyunun 4-də Osmanlı imperiyası ilə Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında tarixə “Batum müqavilələri” adı ilə daxil olan müqavilələr imzalandı.Batum müqavilələri Osmanlı dövlətinin altı yüz ildən çox davam edən tarixindəki son diplomatik zəfər kimi xarakterizə edilir.Ermənistan ilə imzalanan əsas sənəd “Devleti-Aliyye-i Osmaniye ile Ermenistan Cümhuriyeti Beyninde Münakid Sulh ve Muhadenet Muahedenamesi” və ona əlavələr idi.
Sülh və dostluq müqaviləsi 14 maddədən ibarət idi.Müqavilənin 2-ci maddəsi ərazi məsələsini əhatə edirdi. Həmin maddə də göstərilən torpaqlar Azərbaycanın tarixi coğrafiyası idi. Beləliklə, Azərbaycanın göstərilən tarixi coğrafiyasında Ermənistan dövləti yaradılması rəsmən təsdiq edilirdi. 3-cü maddəyə görə, Ermənistan ilə Azərbaycan cümhuriyyətləri arasındakı müştərək hüdudlara dair protokol Osmanlı dövlətinə təbliğ olunmalı idi. 5-ci maddədə ümumən Ermənistan Cümhuriyyəti ərazisində hər hansı bir dəstənin yaradılması və silahlanmasına yol verilməyəcəyindən bəhs edilirdi ki, bu da dolayısı ilə azərbaycanlıların mənafeyini nəzərə alırdı.6-cı maddədə Ermənistan Cümhuriyyəti daxilində sakin olan müsəlmanların din və adətlərinə riayət edilməsi haqqında idi. Müftilərə aid hüquq, vəzifə və s. məsələlər 3-cü əlavədə əks olunurdu. Bu maddədəki “Ermənistan Cümhuriyyəti daxilində sakin olan müsəlmanlar” ifadəsi əsasən, “Ermənistan azərbaycanlıları” anlayışına uyğun gəlirdi. Bu həmin anlayışın tətbiq olunduğu ilk sənəd oldu. Beləliklə, azərbaycanlılar tarixi vətənində ermənilərdən asılı vəziyyətə düşdü. Əgər bu müqavilədən sonra başlayan perspektivə nəzər salsaq, bu da yetmiş ildən bir az çox (1918-1991) davam etdi və Ermənistandan bütün azərbaycanlılar deportasiya edildi.11-ci maddə Bakıya aid idi və burada deyilirdi: “Ermenistan hükumet-i cumhuriyesi işbu muahedenamenin imzasını müteakib, Baku şehrini, orada bulunan Ermeni kuvasından tahliye etmek ve emr-i tahliyenin bir guna müsademeye mahal vermemesini temin eylemek için, bütün mesaisini sarf etmeyi taahüd eyler.”Batum müqaviləsi Osmanlı dövlətinin I Dünya müharibəsində məğlub olması ilə əhəmiyyətini itirdi…
İstanbul konfransı: Ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları və ya İrəvanın ermənilərə güzəşt edilməsindən imtina etmək olardımı? (1918, iyun-oktyabr)
İstanbul konfransına hazırlıq dövründə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları yenidən genişlənməyə başlayır. Onlar bununla da ərazi iddialarını beynəlxalq müstəviyə çıxarmaq, nəinki Osmanlı və Almaniyanın, həm də digər dövlətlərin diqqətini də bu məsələyə cəlb etmək istəyirdi. Çox maraqlıdır ki, bu kontekstdə Azərbaycan rəhbərliyində İrəvan məsələsi yenidən gündəmə gəlir. Xoyski İstanbuldakı Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadəyə Gəncədən 1918-ci il 31 iyulda yazırdı ki, əgər ermənilər Qarabağa iddia irəli sürsə, onda İrəvanın və Qazax qəzasının bir hissəsinin onlara güzəşt edilməsindən imtina edin.
…İstanbul konfransı baş tutmadı. Osmanlı imperiyası da müharibədə məğlub oldu. Ermənilərin mövqeyi möhkəmləndi.
I Dünya müharibəsinin sonu: Osmanlınınməğlubiyyəti, Antanta dövlətlərinin Qafqaz siyasəti və Ermənistanın ərazisini genişləndirməsi (1918, oktyabr-1920, yanvar)
1918-ci il oktyabrın 30-da İngiltərə müttəfiqlərin adından Osmanlı imperiyası ilə Mudros müqaviləsi imzaladı. Bu müqavilə faktik olaraq Osmanlı imperiyasının varlığına son qoydu. Osmanlı imperiyasının torpaqları bölüşdürüldü. Avropanın yaratdığı Şərq məsələsi həllini tapdı.
Mudros müqaviləsi ilə Batum müqavilələri, o cümlədən Osmanlı-Ermənistan müqaviləsi də əhəmiyyətini itirdi. Beləliklə, I Dünya müharibəsində məğlub olan Osmanlı və Almaniyanın müttəfiqləri olan Azərbaycan və Gürcüstandan fərqli olaraq Ermənistan üçün əlverişli şərait yarandı.
Mudros müqaviləsindən sonra İngiltərə bölgədə əsas söz sahibinə və ermənilərin müdafiəçisinə çevrildi. Onlar bölgəni tərk etmək qərarına gəldikdə burada ABŞ və Fransanın möhkəmlənməsinin qarşısını almaq məqsədi ilə İtaliyanın güclənməsinə çalışdılar. İtaliyada belə bir imkan olmadığından əsas təşəbbüs ABŞ-a keçdi. 1919-cu il mayın 14-də Paris sülh konfransı Ermənistan mandatını ABŞ-a verdi. Bu dəyişikliklərə baxmayaraq, müttəfiqlər Ermənistana xüsusi diqqət yetirirdi. Ermənistan da bu fürsətdən istifadə edərək soyqırımı vasitəsi ilə əlində olan torpaqlarda azərbaycanlıların etnik təmizlənməsini həyata keçirməklə bərabər, yeni torpaqlar ələ keçirməklə ərazisinin genişləndirilməsini də dövlət siyasətinə çevirdi. 1918-ci ilin noyabr-dekabr aylarında Qarakilsə və Aleksandropol tutuldu. Borçalı uğrunda Gürcüstanla müharibə başladı. İngilislərin də yaxından iştirakı ilə Araz Türk respublikasına (1918, noyabr-1919, mart) və Cənub-Qərbi Qafqaz respublikasına (1919, yanvar-aprel) son qoyuldu. Kars, Oltu, Kağızman və s. yerlər işğal olundu. Hətta işo yerə çatdı ki, 1919-cu il mayın 28-də Ermənistan “birləşmiş və müstəqil respublika” elan edildi, Türkiyə erməniləri də parlamentə daxil edildi.
1919-cu ilin yanvarında Paris sülh konfransının açılması ilə ermənilər əlavə bir stimul da əldə etdilər. Ermənistan hökuməti bölgədə yeni ərazilər uğrunda mübarizə apardığı kimi, erməni nümayəndə heyətləri də Parisdə bu məqsədə nail olmaq üçün fəaliyyətə başladı.
Paris sülh konfransı və Azərbaycan torpaqlarının Ermənistan kimi tanınması (1919, yanvar-1920, yanvar)
I Dünya müharibəsində qalib dövlətlərin sülh şərtlərinin müzakirəsi və müqavilələrin hazırlanmasına dair Paris sülh konfransı 1919-cu il yanvarın 18-də açıldı və öz işinə yekun vurmazdan iki gün əvvəl, 1920-ci il yanvarın 19-da Ermənistanı de-fakto tanıdı.
Ermənilər konfransa çox böyük ümid bəsləyirdilər. Bu nümayəndə heyətlərində də özünü göstərirdi.Onlardan biri baş nazir A.Aqaronyanın rəhbərlik etdiyiErmənistan Respublikasının, digəri isə P.Nubar paşanın rəhbərlik etdiyi Erməni milli nümayəndəliyi idi. Bunlar ilə yanaşı, Kilikiya (Sis) katalikosu Paul Terziyanın rəhbərliyi ilə ruhani nümayəndə heyəti var idi.
Konfransdan əvvəl ermənilərin tələbləri hazırlanmış, sonra fransız dilinə tərcümə edilərək fevralın 12-də Aqaronyan və Nubarın birgə memorandumu ilə sülh konfransına təqdim edilmişdi. “Vahid Ermənistan” bölməsində onun tərkibinə aşağıdakı ərazilərin daxil edilməsi irəli sürülmüşdü: 1.Yeddi vilayət-Van, Sivas, Bitlis, Diyarbəkir, Harbert, Ərzurum, Dəclədən cənuba və Ordu-Sivas xəttindən qərbə olan dairələr istisna olmaqla Trabzon (1914-cü il islahat aktı üzrə).2.Kilikiyanın dörd sancağı, yəni Maraş, Sis, Cəbəl-Bərəkət və Aleksandretta ilə birlikdə Adana.3. Bütün İrəvan quberniyasını, keçmiş Tiflis quberniyasının cənub hissəsini, Gəncənin cənub-qərb hissəsini, Kars vilayətinin (Ərdəhandan şimala olan dairələrdən başqa) daxil olduğu Ermənistan respublikasının Qafqazdakı bütün ərazisi.
Ermənilər onları dəstəkləyən qüvvələr ilə birgə, onların arasında Ermənistanın müstəqilliyi uğrunda Amerika komitəsi xüsusi yer tuturdu, geniş fəaliyyətə başladı.Ermənilərin Parisdəki fəaliyyəti müttəfiqlərdən daha çox Osmanlı hökumətinə təsir etmişdi. Osmanlı hökuməti ittihadçılara qarşı cəza tədbirləri ilə birgə, konfransa müraciətində ermənilərə müəyyən ərazi güzəştlərə getməyə hazır olduğunu bildirirdi. Adəti üzrə ermənilərin daha böyük xəyallar qurması onların bu təklifləri qəbul etməməsi ilə nəticələndi. Konfransda əsas söz sahibi olan dördlük arasındakı ziddiyyətlər və Türkiyədə Musatafa Kamal Atatürkün rəhbərliyi ilə milli-azadlıq hərakatının genişlənməsi konfransın ermənilərə münasibətinə ciddi təsir göstərdi. Ermənistanın de-fakto tanınması vaxtilə Rusiya imperiyası tərkibində olan torpaqlar, o cümlədən Azərbaycan torpaqları əsasında həyata keçirildi.
Yeni ərazi iddialarının müzakirəsi Osmanlı dövləti ilə müqavilənin hazırlanmasına həsr edilmişLondon konfransına (1920, 12 fevral-10 aprel) keçirildi. Burada da Ermənistan dövlətinin ərazisi onun torpaqları üçün əsas hesab olundu. Osmanlı dövləti ilə müqavilənin hazırlanması İtaliyanın San-Remo (1920, 19-26 aprel) şəhərində keçirilən konfransda davam etdirildi. Konfransın qərarları və Sayks-Piko sazişi (1916) əsasında 1920-ci il avqustun 10-da Sevr müqaviləsi imzalandı. Ermənistan nümayəndəsi Aqaronyan da bu müqaviləni imzalamışdı. Sevr müqaviləsində Ermənistana ayrı bir bölmə (88-93-cü maddələr) ayrılmışdı. Sevr müqaviləsi Osmanlı dövləti tərəfindən qəbul edilmədiyi üçün hüquqi əsasa malik olmadı.
Azərbaycan torpaqlarında bir-birini əvəz edən üç erməni respublikası: azərbaycanlılara qarşı üç soyqırımı, ərazi iddiaları və işğal
Azərbaycan torpaqlarında yaradılan Ermənistan (Ararat) Respublikasını (1918-1920), sonralar Ermənistan Sovet Sosialist Respublikası (1920-1991) və Ermənistan Respublikası (1991-ci ildən) əvəz etdi. Hər respublika tarixi-etnik torpaqlarında yaşayan azərbaycanlılara qarşı yeni soyqırımı törətdi. Üç erməni respublikasından azərbaycanlılara qarşı üç soyqırımı qaldı.
Ermənistan azərbaycanlılardan azad edilmiş ərazilər ilə birgə, Azərbaycana qarşı ərazi iddialarını davam etdirdi. Bu erməni dövlətlərinin məqsədyönlü siyasəti nəticəsində hazırda Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20%-i işğal olunub, bu torpaqlarda qondarma “Dağlıq Qarabağ Respublikası” təşkil edilib. Ermənistan tarixi bir daha təkrar etməyə, Azərbaycanın işğal edilmiş torpaqlarında ikinci bir erməni dövləti yaratmağa çalışır.
Ermənistan dövlətinin yaradılması və nəticələrinə dair Azərbaycanın baxışı: tarixi təcrübədən milli konsepsiyaya
Azərbaycan Ermənistanın tarixirəqabəti və bəzi mərhələlərdə kəskinləşərək açıq düşmənçilik münasibətlərinə uzun müddət dözümlülüklə yanaşıb. 1980-ci illərin sonlarında SSRİ-nin dağılması və müstəqillik uğrunda mübarizənin genişləndiyi taleyüklü bir dövrdə Ermənistanın azərbaycanlılara qarşı yeni deportasiyası, soyqırımı və ərazi iddialarını yenidən gündəmə gətirməsi, ölkədaxili separatist qüvvələrə dəstək verməklə, əslində onun dövlətçiliyini məhv etmək istəyi Azərbaycanın siyasi rəhbərliyində tarixi təcrübədən irəli gələn ciddi addımlar atılmasına səbəb oldu. Bu, sadəcə Azərbaycanın keçmişi ilə deyil, onun bu günü və gələcəyi ilə bağlı olan bir məsələ idi.
1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da isə “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanları verildi. Bu fərmanların müddəalarıilə yanaşı, sonralar yeni məsələlərdə irəli sürülməkdə davam etmişdir. Heydər Əliyev 1998-ci il 11 dekabrda “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə bu məsələyə diqqəti cəlb edərək demişdir:“İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı-bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan yerlər olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır.”O, bu prinsipial problemi qeyd etməklə bərabər, onun tədqiqinin zəruriliyini də irəli sürüb. Heydər Əliyev 1999-cu il fevralın 9-da Naxçıvan MR-in 75 illik yubileyi üzrə Dövlət komissiyasının iclasında bunu xüsusi vəzifə kimi qarşıya qoyub: “Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistandayerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün bir yol açmalıyıq.”
Bu ideyalarPrezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib, ən əsası onun həyata keçirilməsinin praktik məsələlərinə dair yeni müddəlar irəli sürülüb. O, bu barədə həm elmi dairələr, həm ictimaiyyətin nümayəndələri ilə görüşündə, həm də iqtidar Yeni Azərbaycan partiyasının qurultayındakı çıxışınlarında arqumentlər ilə ardıcıl və sistemli şəkildə fikrini söyləyib. Prezident21 aprel 2011-ci il tarixdə müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatı nümayəndələrini qəbul edərkən bu məsələdən də bəhs edib və bildirib: “Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, türk dünyasını parçalasınlar və elə də oldu.Ancaq vaxt gələcək, bu ədalətsizlik aradan qaldırılacaqdır.”Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə 2015-ci il noyabrın 9-da keçirilən ümumi yığıncaqda daha geniş şəkildə səslənib: “…bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır.”Prezident 2016-cı il dekabrın 3-də Azərbaycanın bir hissəsi Ermənistan tərəfindən işğal edilən Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə də bu məsələyə siyasi qiymət verib: “…Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır.Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub…”Prezident Yeni Azərbaycan partiyasının VI qurultayında 2018-ci il fevralın 8-dəki proqram səciyyəli çıxışında məsələnin yalnız keçmiş və ya bugünlə deyil, gələcək üçün də əhəmiyyətli olduğunu xüsusi vurğulayıb:“…biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir….İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi vəstrateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.”
Azərbaycanın dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğalına və onun burada yeni erməni dövləti yaratmaq cəhdlərinə də qəti mövqeyini bildirib. O, 2016-cı il mayın 27-də Respublika günü münasibəti ilə nitqində Azərbaycan xalqı və dövlətinin fikrini belə ifadə edib: “Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur… Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik.”
Beləliklə, Ermənistan dövlətinin yaradılması ideyasından onun reallaşdırılması və uzun müddətli anti-Azərbaycan siyasəti tarixində ilk dəfə Azərbaycanda, məhz müasir mərhələdə, onun dövlət mənafeyini əks etdirən obyektiv milli konsepsiya formalaşmışdır. Ermənistan dövlətinin Azərbaycan torpaqlarında yaradılmasının təsdiqi ilə birgə, bu dövlətin siyasi təbiəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bu iki dövlətin və onların xalqlarının gələcək birgəyaşayışına dair Azərbaycanın baxışları onun əsas komponentlərini təşkil edir.
Kərim Şükürov
tarix üzrə elmlər doktoru, professor
Qafqaz Albaniyasının məbədləri
Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər. Tarixdə əslində heç vaxt mövcud olmamış, “Böyük Ermənistan imperiyası” barədə əfsanəni şişirdərək təkcə Azərbaycanın deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin ”tarixi torpaqları” kimi qələmə verirlər. Azərbaycandakı bütün alban xristian abidələri bizim xalqımızın mədəni irsinə aiddir.
Qafqaz Albaniyası dövlətinin ərazisi çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə etmişdir.
Bu yerlərdə qədim zamanlarda maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif dilli tayfalar yaşamışlar. Bunlar içərisində saklar, qarqarlar, quzlar, kanqarlar, hunlar, şamaklar, türklər, muğlar, icmaxilər, suranlar, şirvanlar və digər türkdilli tayfalar üstünlük təşkil etmişlər. Eramızdan əvvəl V əsrdə yaşamış antik müəllif Heredot yazır ki, skiflər – türkdilli tayfalar midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaratmışlar. Skif çarlığı kimi tanınmış bu dövlətin qədim Albaniya dövləti olduğu güman edilir.
Eramızın əvvəllərində Qara dənizin şərq sahillərindən Xəzər dənizinədək böyük bir ərazidə skiflər – türkdilli tayfalar yaşamışlar. Bu fikri bir çox antik müəlliflər də təsdiq etmişlər. “Tarixin atası” Herodot (e.ə. V əsr), Miletli Qekatey (e.ə. VI-V əsr), Dionisiy Perieqet (e.ə. II əsr), K.Ptolomey (II əsr) və digər müəlliflərin əsərləri Qafqazın türk etnosunun vətəni olduğunu təkzibedilməz şəkildə sübut edir. Qafqaz Albaniyasının tayfa ittifaqları başçılarının və çarlarının bir çoxunun adları türk mənşəli olmuşdur: Aran, Aray, Ərbaq, Baştaq, Əmbək, Ərnək, Həraq, Nuray, Dalak, Huray, Hiyran, Əncaq, Borc, Ərbun, Bəzək, Yusaq, Qaynaq, Sqayordu, Körnəg, Vaçıağan, Uray, Urnair, Satay, Asay və sair.
Cənubi Qafqazın ərəblər tərəfindən işğalı dövründə, VIII əsrin əvvəllərində bu dövlət dağılmışdır. Hal-hazırda Azərbaycan Respublikası ərazisində Qafqaz Albaniyasının zəngin memarlıq irsinə aid xeyli məbəd, kilsə və monastrlar vardır. Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar milli tədqiqatçı alimlərimiz tərəfindən müəyyən işlər görülmüşdür.
Eramızdan əvvəl I əsrin sonları, eramızın I əsrinin əvvəllərində yaşamış Strabon Albaniyada yaşayan tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Heli (günəş), Zevs (atəş) və Selen (ay) ilahələrinə sitayiş edirlər. Xüsusi etiqad etdikləri Ay ilahəsinin müqəddəs məbədi İberiya yaxınlığında yerləşir. Ölkədə günəş, ay və büdpərəstlik məbədləri ilə yanaşı çoxlu sayda atəşpərəstlik məbədləri də mövcud olmuşdur.
Bu məbədlərin bir hissəsi sonralar xristian məbədlərinə çevrilmiş, əksər hissəsi isə islam dininin yayıldığı dövrdə dağıdılmışdır. Qafqaz Albaniyasında atəşpərəstlik məbədlərinin tikilməsi eramızdan əvvəl VIII əsrdən Zərdüştlük dininin yayılması ilə əlaqədar idi.
Atropatenada Sasanilərin hakimiyyəti illərində baş atəşgah Qazakada Təxte-Süleymanda, Qafqaz Albaniyasında isə Bakı ərazisinin daxil olduğu Paytakaran vilayətində yerləşirdi. Qocaman tədqiqatçı alim D.A.Axundovun fikrincə, indi “Qız qalası” adlandırılan arxaik görkəmli abidə tarixi mənbələrdə adı çəkilən Paytakarandakı yeddi məşəlli Baqink baş məbədidir. O, bu məbədin əsasının eramızdan əvvəl qoyulduğunu ehtimal edir.
Arxeoloji tədqiqatların nəticələrindən aydın olur ki, bu məbəd vaxtilə yerdən çıxan güclü təbii qaz məşəllərinin alovlanıb yandığı iri qaya üzərində tikilmişdir. Məbədin plan quruluşu hələ qədim zamanlardan alovun simvolik işarəsi olan buta şəklindədir. Məbədin yerləşdiyi qayada arxeoloqlar diametrləri 70-80 sm. olan ona qədər dərin qaz məşəllərinin quyularını aşkar etmişlər. Quyuların divarlarında uzaq keçmişdə yanmış məşəl alovlarının izləri bu gün də aydın görünür.
Dəniz sahilində yerləşən bu abidə uzun müddət mayak kimi də istifadə olunmuşdur. Qafqaz Albaniyasında eramızın əvvəllərində xristianlığın, sonralar isə islam dininin yayıldığı dövrdə atəşgahların hamısı dağıdılmışdır. Suraxanı atəşgahının dağıdılmış məbəd kompleksi tarixi “İpək yolu” ilə ticarət səfərlərinə çıxan hindistanlı atəşpərəst tacirlərin sifarişi ilə 1713-1720-ci illərdə bərpa edilmişdir. Bu atəşgahda uzaq Hindistandan gələn atəşpərəst zəvvarların və kahinlərin iştirakı ilə təntənəli dini mərasimlər keçirilmişdir. Sonuncu mərasim 1883-cü ildə olmuşdur.
Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Cənubi Qafqaza da yayılmağa başlamışdır. Alban tarixçisi Moisey Kalankatuylunun “Aqvan tarixi” əsərində Qafqaz Albaniyasında xristianlıq dininin yayılması, müxtəlif kilsə və məbədlərin tikilməsi barədə qiymətli məlumatlar vardır. Tarixi mənbələrdə Alban kilsəsi apostol kilsəsi adlandırılır. Çünki xristianlığı Albaniyaya eramızın 54-57-ci illərində apostol müqəddəs Yelisey gətirib. Təqribən üç əsr sonra parfiyalı missioner müqəddəs Qriqorisin fəaliyyəti nəticəsində ermənilər büdpərəstlikdən əl çəkib 327-ci ildə xristianlığı qəbul etmişlər.
Bu barədə Alban salnaməçisi Moisey Kalankatuklunun əsərində kifayət qədər məlumat vardır. 1130-cu ildə Gəncə şəhərində anadan olmuş, 1184-cü ildən ömrünün sonunadək Xaçın knyazlarının yanında xidmət etmiş alban salnaməçisi Mxitar Qoş özünün məşhur “Alban salnaməsi” əsərində bu tarixi faktı bir daha təsdiq edərək yazır: ”…Müqəddəs Yeliseydən müqəddəs Qriqorisə qədər 300 il keçmişdir”. “Aqvan tarixi” salnaməsindən məlum olur ki, İsa peyğəmbərin şagirdi müqəddəs Faddeyin xristian dinini yaymaq məqsədilə Ermənistanda başlamaq istədiyi missionerlik fəaliyyəti faciə ilə nəticələnmiş, bütpərəst erməni çarı Sanatruk müqəddəs apostolu tutdurub qətlə yetirmişdir. Apostol Faddeyin şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdıb apostolun şəhid olduğunu bildirir. İsa peyğəmbərin din qardaşı müqəddəs Yakov xristianlığı təbliğ etmək üçün müqəddəs Yeliseyi Albaniyaya göndərir. Çola vilayətində missionerlik etdikdən sonra ölkənin Uti vilayətinin Kiş kəndinə gələn müqəddəs Yelisey orada kilsə tikdirir. Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə,Qafqazda tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Şəki rayonunun Kiş kəndində yerləşir. Məbədin üzərində hazırda heç bir epiqrafik yazı olmasa da memarlıq-planlaşdırma xüsusiyyətləri, inşaat üslubu və texnologiyası abidənin alban memarlarının yaratdıqları qiymətli sənət əsəri olmasını sübut edir. Dəfələrlə bərpa və təmir edilmiş məbəd zəmanəmizə kifayət qədər yaxşı vəziyyətdə gəlib çatmışdır. Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Zaqafqaziya Rusiyaya birləşdirildikdən sonra Sinodun qərarı ilə Alban kilsəsi rəsmən ləğv edildikdən və məbədləri erməni kilsəsinə tabe edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur.
Qax rayonunun Qum kəndindəki xristian məbədi memarlıq-konstruktiv həllinə görə mütəxəssislərin diqqətini cəlb edən sənət əsəridir. Ləkit kəndində yerləşən məbəddə arxaik inşaat üslubu ilə tikilmişdir. Bu məbədlərin hər ikisinin V-VI əsrlərə aid olması ehtimal edilir.
Təqribən 325-ci ildə Albaniya çarı Urnayr xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni xristian məbədləri və kilsələr tikilməyə başlandı.
Məşhur Avey məbədi Qazax rayonunun ərazisində yüksək Avey dağının zirvəsində yerləşir. Ondan bir qədər aşağıda yerləşən Şişqaya məbədi və digər süni mağara məbədlər kompleksi tədqiqatçı alimlər C.Rüstəmov və F.Muradovanın fikrincə, antik dövrə və xristianlığın yayılmağa başladığı ilk əsrlərə aid alban məbədləridir.
Qafqaz Albaniyasında xristianlığın ilk dövrləri üçün xarakterik olan məbəd kompleksinin qalıqları 1948-ci ildə Mingəçevirdə arxeoloqlar tərəfindən öyrənilərkən üzərində alban əlifbası ilə naməlum yazılar həkk olunmuş, daşdan hazırlanmış xaç altlığı aşkar edilmişdir.
Albaniya çarı III Vaçaqanın, ölkənin görkəmli din və dövlət xadimlərinin iştirakı ilə keçirilmiş Alban kilsəsinin 488-ci il Aluen məclisindən sonra xristian memarlığı üslubunda məbədlərin inşası geniş vüsət almışdı. III Vaçaqanın (487-510-cu illər) hakimiyyəti dövründə Albaniyada 300-dən çox kilsə və məbəd tikilmişdir. VII əsrin ortalarına yaxın ölkədə 30-dan artıq monastr olmuşdur.
Alban katalikosluğunun taxtı IV-V əsrlərdə Dərbənddə Çola monastrında, VI-VII əsrlərdə Bərdə monastrında, VIII-IX əsrlərdə Ağdərə rayonunda müqəddəs Yelisey monastrında, X-XV əsrlərdə Kəlbəcər rayonunda Xudavəng monastrında, XV-XIX əsrlərdə Gəncesər monastrında yerləşmişdir. 552-ci ildə alban kilsəsinin başçısı katalikos müqəddəs ata Abbas iqamətgahı Çoladan Bərdəyə köçürdükdən sonra Bərdə kilsəsi iri monastra çevrilmişdir. Məşhur şərqşünas alim, akademik Ziya Bünyadov VII əsr ərəb müəllifi Əl-Vakinin əsərini tədqiq edərkən maraqlı tarixi bir fakt aşkar etmişdir. Məlum olmuşdur ki, ərəb xilafətinin başçısı xəlifə Müaviya (661-680-ci illər) Qafqaz Albaniyasına qarşı işğalçılıq hücumuna başlamaq istəyərkən Abid İbn Şəriyyə Əl-Curhumi adlı şəxsdən Qafqaz Albaniyasında hansı tayfaların yaşadıqlarını soruşmuşdur. Hərbi kəşfiyyat xarakterli məlumatlar toplamaq məqsədilə Qafqaz Albaniyasında olmuş Abid Əl-Curhumi xəlifənin sualına cavab olaraq demişdir ki, bu ölkədə türklər üstünlük təşkil edir, tayfalararası ümumi ünsiyyət dili türk dilidir.
Eramızın V əsrindən etibarən xristianlığın diofizit təriqətinə mənsub Alban pravoslav kilsəsi ilə monofizit təriqətinə aid erməni qriqoryan kilsəsi arasında başlamış mübahisələr və çəkişmələr əsrlər boyu davam etmişdir. 701-ci ildə Xilafətin cəza dəstələri tərəfindən mühasirəyə alınmış Bərdə şəhərində Nerses Bakur və alban çarı Varaz Tiridatın arvadı çariça Sparama mühakimə edilib, işgəncə ilə öldürüldü. Təcili çağırılmış Kilsə qurultayında bütün alban yepiskoplarına erməni kilsəsi ilə ittifaq haqqında saziş imzalatdırıldı. Faktiki olaraq Alban kilsəsi Xilafətlə əməkdaşlıq edən erməni kilsəsinə tabe etdirildi. Yeni seçilmiş alban katalikosu Simoen Bərdə monastrından köçüb Ağdərə rayonunun Maqavuz kəndində yerləşən müqəddəs Yelisey monastrında məskunlaşdı. Qədim erməni dili rəsmi kilsə dili olduğundan alban tayfalarının dillərində olan, alban əlifbası ilə yazılmış dini kitablar, salnamələr, epiqrafik yazılar məhv edildi.
Kəlbəcər rayonunun ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni “tanrı məbədi” adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra – IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. Arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, monastrın əsası VI-VII əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir.
Şəki rayonunun Kiş kəndindəki müqəddəs Yelisey məbədinin, Orta Zəyzid kəndindəki bir nefli alban məbədinin və Oğuz rayonundakı müqəddəs Yelisey məbədinin plan quruluşları demək olar ki, eynidir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilmişdir. Bunlardan bizim günlərə gəlib çatmış ən maraqlısı Dağlıq Qarabağın Ağdərə rayonundakı müqəddəs Yelisey monastr kompleksidir.
Həsən Cəlalın hakimiyyəti illərində knyazlığın ərazisi xeyli genişlənmiş, tikinti abadlıq işləri böyük vüsət almışdır. Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə “yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.
Bir sıra müəlliflər Arsax sözünü qədim dövrlərdən bu yerlərdə də yaşamış türkdilli sak tayfaları ilə əlaqələndirirlər. Albaniyada Balasakan, Sisakan, Sakasen, Arsak və bu kimi digər yer adları bu fikrə zəmin yaradır. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Calal Dövləni oğlu knyaz Atabəy gətirib Gəncesər monastrında dəfn etmişdir. Bu monastr 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya Sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.
Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik elementlərinə, xüsusiyyətlərinə və memarlıq-planlaşdırılma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir. İşğalçılıq müharibəsi yolu ilə xalqımızın torpaqlarını ələ keçirən erməni şovinistləri təcavüzkarlıq əməllərinə haqq qazandırmaq məqsədilə beynəlxalq konvensiyaları pozaraq tarix və mədəniyyət abidələrimizin xeyli hissəsini erməni abidələri elan edirlər.
1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasına qarşı əsassız ərazi iddiaları irəli sürüb, beynəlxalq hüquq normalarını pozaraq hərbi təcavüz yolu ilə Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizindən çoxunu işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıtmışlar. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi hələ də davam edir. İşğal zonalarında dövlət siyahısında olan yüzlərlə abidə qalmışdır. İşğalçılar geniş miqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar.
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.
Azərbaycan Tarix və Mədəniyyət
Abidələrinin Mühafizə Cəmiyyəti sədrinin müavini
Xalq qəzeti.- 2009.- 25 iyun.- S. 7.
Bunu paylaş:
Bunu bəyən:
Bəyən Yüklənir.
Qafqaz xalqları III-XI əsrlərdə
Qafqazda feodal münasibətlərinə keçid. Feodal münasibətləri Qafqazda III-V əsrlərdə meydana çıxdı. IIIəsrdə quldarlar, yerli tayfa başçıları əkin yerlərini, otlaqları, suvarma kanallarını ələ keçirdikdən sonra feodal mülkiyyəti yarandı, feodal və asılı kəndli zümrələri meydana gəldi. Albaniyada iri feodallara patriklər, xırda feodallara azatlar, Gürcüstanda iri feodallara aznaurlar, xırda feodallara uazno deyilirdi. Albaniyada iri irsi torpaq sahibliyi dastakert,şərti torpaq sahibliyi xostaqadlanırdı. Qafqazda asılı olmayan kəndlilər azad kəndlilər idilər. Qafqazda feodal münasibətləri Avropa ölkələrindən tez meydana çıxmış, lakin gec inkişaf etmişdi.
Erkən orta əsrlərin əvvəlində Qafqazda Lazika (Kolxida), Kartli (İberiya), Albaniya kimi müstəqil dövlətlər var idi. 260- cı ildə Sasani şahı I Şapur Roma imperatoru Valerianıdöyüşdə əsir aldı. IIIəsrdə Cənubi Qafqaz Sasanilərin əlinə keçdi. 262- ci ildə Albaniya Sasanilərin tərkibinə qatıldı.298-ci il Nisbin sülhünə görə, Kolxida və İberiya Sasanilərin təsiri altına düşdü. 387- ci ildə Ermənistan və Gürcüstan sasanilər və romalılar tərəfindən bölüşdürüldü.Xosrovun dövründə Albaniya, Atropatena, İberiya imperiyanın şimal kustakına (canişinliyinə) daxil edildi. 481-484-cü illərdə Cənubi Qafqaz xalqları Sasanilərə qarşı üsyan qaldırdılar. Sasani şahı Balaş bəzi güzəştlər edərək 485-ci ildəNvarsak sülhünü bağladı. Sülhə görə, Cənubi Qafqaz ölkələri özünüidarə hüququ aldı. Albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi.
571-591-ci illərdə Qafqaz uğrunda Sasanilərlə Bizans arasında 20 illik müharibə getmişdi. 591-ci ildə bağlanmış müqaviləyə əsasən, Azərbaycan torpaqları və Karth Sasanilərə, Lazika Bizansa çatdı.
Qafqazda xristianlığın qəbul edilməsi. Xristian dini 313-cü ildə Ermənistanda, IV əsrin ikinci yarısında Kartlidə, VI əsrin əvvəllərində Lazikada rəsmi dövlət dini oldu.Albaniyada xristianlıq IVəsrin əvvəllərində dövlət dini olmuşdur. Sasanilər Qafqazda xristianlığın yayılmasına əvvəllər mane olmadılar, lakin onun vasitəsilə Bizansın burada nüfuzunun artmasından ehtiyat edərək xristianlığa münasibət dəyişdi. II Yezdəgerd (439-457) dövründə Sasanilərin xristian vilayətlərinin başçılarını, o cümlədən Albaniya hökmdarı II Vaçeni Mədainə dəvət etdi və onlar Sasani hökmdarının tələbi ilə atəşpərəstliyi qəbul etdilər.
Beləliklə, erkən orta əsrlərdə Azərbaycanda mani, məzdək, atəşpərəstlik, bütpərəstlik geniş yayılmışdı. Xristianlığı ancaq Qarabağın Dağlıq hissəsində albanlar qəbul etmişdilər.
Ərəblərin Qafqazı tutması. Tiflis əmirliyi. Ərəblərin hücumları nəticəsində Cənubi Qafqaz Ərəb xilafətinin tərkibinə qatıldı. Ərəb xilafətinin zəiflədiyi dövrdə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldi. VIII əsrin sonu IX əsrdə Gürcüstan ərazisində Abxaziya, Tao-KIarçeti, Kartli-Kaxetiya dövlətləri yarandı. Tao-Klarçeti knyazlığının əsası IX əsrin əvvəllərində Kartli knyazı Aşot Baqrationi tərəfindən qoyulmuşdu.Baqrationi ərəblərlə mübarizədə məğlub olmuş, Aranuçiniözünə iqamətgah seçmiş, ətraf əraziləri ələ keçirmişdi. IX əsrin sonlarında TaoKlarçeti knyazları «Kartvelinamene» («Gürcüstanın çarı») adını qazanmağa başladılar. X əsrin 80-ci illərində III Baqrat bütün Gürcüstanınbirləşdirilməsini başa çatdırdı.Bu dövlət III Davidin dövründə yüksək inkişaf dövrü keçirdi, tikinti işləri, kilsə, monastır şəbəkəsi genişləndi.
HələVIII əsrin 30-cu illərində ərəblər Şərqi Gürcüstana yiyələnəndən sonra Mərkəzi Tiflis olan Ərəb canişinliyi yaratdılar.Ərəb xilafətinin dağılması ilə Tiflis əmirliyi meydana gəldi.Onun əhalisinin əksəriyyəti Azərbaycan türkləri idi. IX əsrdə Kartli ondan ayrıldı, əmirliyin ərazisi Tiflis şəhəri və onun ətrafı ilə məhdudlaşdı. Erməni və gürcü feodalları Azərbaycanın qərb torpaqlarını tutmaqla Bizansa arxalanırdılar. Əmirlik uzun müddət gürcülərə, ermənilərə və Bizansa qarşı mübarizə aparmışdı. Bu mübarizədə Azərbaycan türkləri, xüsusilə Şəddadilər onlara yaxından kömək etmişdilər. İslam-türk birliyi Tiflis əmirliyinin və Azərbaycanın qorunub saxlanmasında böyük rol oynadı, lakin 1122-ci ildə Tiflis əmirliyi ləğv edildi.
Qafqaz xalqlarının mədəniyyəti. Sasanilər və Xilafət dövründə Cənubi Qafqaz xalqları başqa xalqlarla əlaqə saxlamışdılar. Bu dövrdə Azərbaycanda elm-mədəniyyət mərkəzinə çevrilmiş Şəhərlər yaranmışdı. Mollaxana və mədrəsələrdə «Quran», şəriət, şərq dilləri ilə yanaşı, riyaziyyat və təbabət də öyrənilirdi. Azərbaycanda Torpaqqala, Ləkit məbədi, Girdiman qalası, Dərbənd Səddi erkən orta əsrlərdə tikilmiş gözəl memarlıq abidələridir.
Cənubi Qafqaz ərəb xilafətinə daxil olandan sonra Xilafətə daxil olan xalqların mədəniyyəti bir-birini zənginləşdirdi. Məktəb və mədrəsələrdə ərəb dili öyrədilirdi. İslam dinində insan və heyvan şəkli çəkmək yasaq olduğu üçün rəssamlıq və heykəltəraşlıq zəiflədi və incəsənətin xəttatlıq sahəsi inkişaf etdi.
Gürcüstanda yazının V əsrdə meydana gəlməsi haqqında məlumat verilir. Təhsil əsasən kilsə məktəblərində verilirdi. Kilsə ədəbiyyatı «müqəddəslər»ə həsr olunsa da, orada gürcü xalqının həyatından da bəhs olunurdu. Xalqın səadəti uğrunda mübarizəyə həsr olunmuş «Amirani haqqında əfsanə» bunu sübut edir. Əsərin qəhrəmanı Amirani allahlara qarşı çıxır, xalqa od verir, ona metaldan istifadə etməyi öyrədir. Burada «Zəncirlənmiş Prometey» əfsanəsinin təsiri aydın görünür.
Erkən Orta əsrlərdə yaranmış dastanlar içərisində «Kitabı Dədə Qorqud» dastanı xüsusi yer tutur. Dastanda təsvir edilən hadisələr Azərbaycan ərazisində cərəyan edir.
Qafqaz xalqları, Qafqaz orta əsrlərdə
Bunu paylaş:
Bunu bəyən:
Bəyən Yüklənir.
Qafqaz Albaniyası Tarixi
Albaniya və ya Qafqaz Albaniyası — tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.
Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı:
“Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar.”
Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır. Bu və ya digər dərəcədə ünsiyyətdə olduğu xalqlar isə ölkəni müxtəlif şəkildə adlandırmışlar. Məsələn, yunanlar ölkənin adına Αλβανεια, latınlar isə Albānia demişlər. Qafqaz Albaniyasının adı qrabar dilli mənbələrdə Աղուանք – Aluank, aşxarabar dilli mənbələrdə Աղվանք – Agvank, fars dilli mənbələrdə Arran, ərəb dilli mənbələrdə isə Ər-Ran şəklində qeyd edilmişdir.
Erməni müəllifi M. Çamçyan Ağvan sözünü qədim erməni dilində (qrabar) “ağu” xoşxasiyyət, mehriban sözündən törədiyini və “Mehriban insanlar ölkəsi” anlamına gəldiyini qeyd etmişdir. Lakin Q. Qeybullayev qeyd edir ki, “ağu” sözü qədim erməni dilinə qədim türk dilindən keçmişdir və bu söz hazırda da bir çox türk xalqlarının dilində işlənməkdədir. Moisey Kalankatlı isə ölkənin Aranilər sülaləsindən olan ilk yarıəfsanəvi hökmdar Arranın adı ilə bu cür adlandırıldığını qeyd etmişdir.
Abbasqulu ağa Bakıxanov Gülüstani-İrəm əsərində isə qeyd edir:
“Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padişahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir”
Əlavə olaraq qeyd edək ki, mütəfəkkirin qeyd etdiyi rum dili latın dilidir və latınca albus; blancus; candida ağ mənasını verir.
Əhalisi
Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli[31] və irandilli əhalidən ibarət idi.
Özündə iyirmidən artıq tayfanı birləşdirən alban tayfa ittifaqının aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur. Çox zaman albanların özləri ilə eyniləşdirilən ən iri alban tayfalarından biri utilər idi. Qədim Albaniya etnik tərkibinə görə kifayət qədər rəngarəng ölkə idi. Lakin, albanlar bu massivdə daha iri tayfa idi[32]. Buna görə də bütün ölkə Albaniya adlanmağa başlanmışdı. Lakin bu da tamamilə mümkündür ki, bu tayfanın özü adını ölkənin adından almışdır. “Albaniya” adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq, hələlik bir nəticə hasil olunmamışdır.
Mütəxəssislər qeyd edirlər ki, “Alban” adını türkdilli tayfalarla bağlamaq daha uyğun variantdır[34][35][36][37]. Çünki hal-hazırda Orta Asiyada konkret olaraq Qazaxıstanda alban adlı türkdilli qəbilə yaşayır. Bundan başqa çuvaşların öz yaranışları haqqında dastanda çuvaşların yaranması haqqında danışılarkən bildirilir ki, onların ulu əcdadları Qafqaz dağlarının o tərəfindən gəlmiş alpanlar olmuşdur. Son dövrlərdə aparılan sanballı elmi tədqiqatlar[39][40][41][42][43][44][45] nəticəsində Qafqaz albanlarının türk mənşəli və türkdilli tayfa olması birmənalı şəkildə sübut edilmişdir.
Anatoli Petroviç Novoseltsev[46] və Z. İ. Yampolski[47] belə hesab edir ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının əhatə etdiyi əraziyə, əsasən indiki Azərbaycanın, eləcə də Ermənistanın, Dağıstanın və Şərqi Gürcüstanın ərazisi daxil idi.
Erməni iddialarına görə, qədim dövrlərdə və erkən orta əsrlərdə Azərbaycan ərazisi Kür çayının yalnız şimalında (Kürün sol sahilində) yerləşmişdi, yəni bu ənənəyə görə Kür və Araz çayları arasındakı ərazi guya əvvəllər ermənilərin olub. Yalnız 387-ci ildən sonra həmin torpaqlar Albaniyanın tərkibinə keçmiş, lakin etnik, siyasi və mədəni cəhətdən əvvəlki kimi Böyük Ermənistanın Şərq əyalətləri olmuşdur.[48][49][50][51].
Gürcü alimlərinin qənaətinə (köhnə) görə Kürün sol sahilindəki Albaniya ərazisinin Qərb hissəsi Gürcüstanın olmuşdur. Yeni gürcü elmi təsdiqinə görə isə (müəllifi D.L.Musxelişvili) erməni tədqiqatçılarının “səxavətlə pay verdikləri” sol sahil Albaniyasının ərazisi, eləcə də Kürün sol sahlindəki Azərbaycan ərazisinin qərb hissəsi, ayrı-ayrı dövrlərdə isə hamısı Gürcüstanın ərazisi olmuşdur[52][53][54][55]
İnzibati bölgü baxımından Albaniya vilayətlərə (havarlara) və əyalətlərə (nahanqlara) bölünmüşdü[56]. Bir neçə havar nahanq təşkil edirdi. VII əsr Ermənistan coğrafiyasında göstərildiyinə görə Albaniyanın solsahil ərazisi 11 vilayətdən ibarət idi[57]. Alban mənbələri bunlardan dördü haqqında məlumat verir: Qəbələ, Şəki, Kambisena və Əcəri.
Bunlardan ən böyük və siyasi cəhətdən ən əhəmiyyətliləri vilayətlər sayılırdı. Üç vilayət (Qəbələ, Şəki, Kambisena) həm də inzibati-kilsə vahidləri, yepiskopluq idilər ki, bunların da nümayəndələri (yepiskoplar) bütün alban kilsə məclislərində iştirak edirdilər. Solsahil Albaniyasına adları çəkilən havarlardan başqa, iki ölkə – Lpina və Çola da daxil idi[58]. Fəridə Məmmədova belə hesab edir ki, Çola (Çor, Çol) adı İran mənşəli sözdən yaranıb. Lakin Q. Qeybullayev qeyd edir ki, Çola sözü türk mənşəli “çul” sözündən törəmişdir.[59]
[redaktə]
Vilayətləri
Çola – Bu vilayət Çola (Dərbənd) keçidindən Cənuba doğru, təxminən Beşbarmaq dağınadək Xəzər sahili zolağı əhatə edirdi. Vilayətin iri şəhərləri Çola (məsqət (massaget, maskut) Arşakilərinin paytaxtı) və Dərbənd idi.[60] V əsrin birinci yarısında Sasani şahı II Yezdəgirdin hakimiyyəti dövründə Çolada güclü müdafiə qurğuları, məşhur Dərbənd səddi ucaldılmışdı. Moisey Kalankatlı Çolanın strateji əhəmiyyətindən başqa, bütün Qafqazda ilk xristianlıq ocaqlarından biri kimi ideoloji cəhətdən mühüm əhəmiyyəti barədə də məlumat verir.
“Apostol Müqəddəs Yelisey Ermənistandan yan keçərək maskutların arasına gedir və orada moizəyə başlayır.”
Bu sətirlər I əsrdə xəbər verir. Alban ənənələri bu hadisə ilə Çolanın VI əsrə qədər patriarxlıq mərkəzi olaraq qaldığını və orada IX əsrin axırlarına qədər Şərq katolikosuna məxsus sarayın yerləşdiyini təsdiq edirlər.
Qafqaz Albaniyası dövlətinin ilkin yarandığı və əhatə etdiyi ərazi
Lpina – Çolanın Şimal-Qərbində, Çola ilə Şəki arasında yerləşən vilayət. Bu ərazi demək olar ki, başdan-başa fındıq, qoz ağacları ilə zəngin meşələrlə örtülmüşdü. Çola və Lpina vilayətlərinin müəyyən mənada muxtariyyətə malik olması, separatçılıq meylləri Moisey Kalankatlınun “Albaniya, Lpina və Çola” adlı triadasında öz əksini tapmışdır. Hələ I-II əsrlərdə, Müqəddəs Yeliseyin apostolluq dövründə o üç ölkənin – Çola, Lpina və Albaniyanın müqəddəsi adlandırılmışdı.[61] Bu triada ilə 626-630-cu illərin siyasi hadisələrində, bütün Albaniyanın, o cümlədən Çolanın xəzərlər tərəfindən işğal edildiyi dövrdə də rastlaşırıq. Xaqan oğlu Şat deyirdi ki, onun atası üç ölkəni – Albaniya, Lpina və Çolanı əbədi hakimiyyət altına almışdır. Həmin mülahizəyə əsaslanan K.V.Trever belə bir qənaətə gəlir ki, VII əsrdə “Albaniyanın tərkibində olan Lpina və Çola vilayətləri müəyyən daxili müstəqilliyə malik idilər və görünür elə bu Albaniyadan sonra həmin yerlərin adının sadalanmasına səbəb olurdu”.[62] Tarixi gerçəkliklərin öyrənilməsi göstərir ki, bu triada dini-simvolik mahiyyət daşımaqla yanaşı, mühüm bir fakt kimi də qiymətlidir. Strateji periferiya vilayətləri olan Lpina və Çola ölkədə mərkəzləşmiş hakimiyyət olmadığı dövrlərdə müstəqil dövlətə çevrilirdilər (551-630-cu illər). Cavanşirin və Varaz Trdatın hakimiyyəti dövründə isə Lpina və Çola yenidən Albaniyanın ayrılmaz strateji vilayətləri olmuşdular.
Kambisena – Yunan müəlliflərində Kambisna, erməni müəlliflərində isə Kambeçan adlanan ərazi Albaniyanın Şimal – Qərbində, İberiya sərhəddində yerləşmişdi. Kambisena Şimal – Qərbdə Alazan və İori çaylarının orta axarlarından, Cənubda Kür çayınadək, Şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.
Əcəri – yaxud Həcəri adlanan vilayət Qəbələ vilayətinin Cənubunda Qarasu və Girdman çaylarının arasında yerləşmişdi və Cənubda Kür çayına söykənirdi. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır. Bu vilayət haqqında Moisey Kalankatlının qeydləri qanunsuz olaraq qarışıq nigahlara yol verilməsi ilə əlaqədardır. Bu cür nigahlar Arşakaşen və Əcəri vilayətlərində təsadüf olunurdu.
Şamaxı rayonunda arxeoloji qazıntılar zamanı tapılmış, Qafqaz Albaniyası dövrünə aid insan başı formalı saxsı qab (Azərbaycan Tarix Muzeyi)
Qəbələ – (yunanca: Kabalaka) bu vilayət Lpinadan Cənubda, tarixi Əcəri vilayətindən Şimalda, Şəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi. Bu vilayətdə Albaniyanın paytaxtı Qəbələ şəhəri yerləşirdi ki, bu barədə ilk dəfə eramızın I əsrində Böyük Plini xəbər verir. Qəbələ antik dövrdən erkən orta əsrlərə – V əsrə qədər Albaniyanın paytaxtı, Alban Arşakilərinin iqamətgahı və alban arxiyepiskopunun qərargahı olmuşdur. 510-cu ildə Alban Arşakiləri öz hakimiyyətini başa vurduqdan sonra Qəbələ Sasanilərin təyin etdikləri mərzbanların qərargahına çevrilir və bununla əlaqədar Qəbələ həm də Vostan-i-mərzban da adlandırılır. Qəbələ vilayəti siyasi – inzibati və kilsə – inzibati vahid – yepiskopluq idi. V əsr Aluen kilsə məclisi və VIII əsr Partav ( Bərdə) kilsə məclisi cədvəllərində Qəbələ yepiskoplarından Manase (V əsr) və İohannın (VIII əsr) adları da var. Bir çox başçılar kimi yepiskop İohann da xalkidonçu alban katolikosu Nerses-Bakurdan üz döndərmişdi. Qəbələ vilayətinin dini-ideoloji baxımdan əhəmiyyətini belə bir fakt da sübut edir ki, Aluen (488-ci il) və Partav (705-ci il) kilsə qurultayları iştirkçılarının siyahısında arxiyepiskopun imzasından sonra Qəbələ yepiskopunun imzası durur. VIII-IX əsrlərdə Qəbələ yepiskopları alban kilsəsinin patriarxları olurdular.[63]
Şəki – (erməni mənbələrində Şako, gürcü mənbələrində Şake, Nuxpato) vilayəti Qafqazın dağətəyi rayonlarında, Qəbələnin Şimal – Qərbindəki ərazini tutur. Qərbdə və Cənub – Qərbdə tarixi Kambisena vilayəti ilə Şimal – Qərbdə Lpina vilayəti ilə, Cənub – Şərqdə Qəbələ ilə həmsərəd idi.[64] III-VIII əsrlərin toxuculuq mərkzlərindən biri idi.[65]
Paytakaran – (erməni mənbələrində Kaspk, Kazbk, Moisey Kalankatlıda Balasikan, fars və ərəb mənbələrində Balasakan) bu vilayət Azərbaycan Respublikasınınnın Cənub-Şərq hissəsində yerləşərək, Xəzər dənizinin sahillərinə qədər uzanırdı. Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Ehtimal ki, Paytakaran ayrı-ayrı vaxtlarda vilayətin Cənubunda yerləşən Atropatenanın Şimal – Şərq torpaqlarını da özündə birləşdirmişdir. Paytakaran e.ə. II yüzillikdə erməni çarı I Artaşes (türkcəsi – Ərtəş) tərəfindən işğal olunmuş və e.ə. 55-ci ilə qədər Ermənistanın tərkibində qalmışdır. Paytakaran siyasi cəhətdən gah Albaniyaya, gah da Atropatenaya meyl edib və ayrı-ayrı dövrlərdə onun tərkibinə daxil olmuşdur. IV əsrin II yarısında Paytakaran birdəfəlik Albaniyanın tərkibinə qatılmışdır. Vilayətin mərkəzi eyniadlı şəhər – Paytakaran idi.
Uti – (ermənicə Utik, yunanca Otena) tarixi əyalət sayılan Uti Paytakaran kimi Kürün sağ sahilində yerləşirdi. Şərqə Paytakaranla, Cənubda Artsakla həmsərhəd idi. Şimalda Kür çayı ilə əhatə olunmuşdu, Qərbdə isə Albaniya və İberiya sərhəddinə kimi uzanırdı. Antik şəhərlərdən Ayniyana, Xani, Anariaka, Xalxal, Soqarn, eləcə də Moisey Kalankatlının yazdığına görə Albaniyann V əsrdə inşa edilmiş paytaxtı Bərdə (Partav) bu vilayətdə idi. Bərdə 551-ci ildən alban katolikosunun daimi yaşayış yerinə, 630-cu ildən isə Mehranilər sülaləsindən olan böyük alban knyazları Varaz Qriqorun, Cavanşirin və başqalarının iqamətgahına çevrilir. Uti vilayəti (nahanqı) öz növbəsində ayrı-ayrı inzibati vahidlərə (havarlara) bölünmüşdü ki, bunlardan da ən əsasları Sakaşena (yunan müəlliflərində Sakasen, erməni müəlliflərində Şakaşen) və Girdman idi.
Üstündə alban əlifbası ilə yazılar olan bu daş, qazıntılar zamanı Mingəçevir şəhərindən tapılmışdır.[66]
Girdman – IV əsrdən Albaniyanın birinci böyük knyazları olan Mehranilər sülaləsinin irsi mülkü idi. Mənbələrdə Girdman vilayətinin adı Qardman (qrabar (qədim erməni) dilində), Girdman (qədim pərs dilində) və Qardabani (qədim gürcü dilində) kimi tanınırdı. Bu vilayətin lokallaşdırılması ilə bağlı üç nəzəriyyə mövcuddur. Bəziləri onu Ağsu – Girdman çayları rayonunda (İ.Əliyev, F.Osmanov), digərləri müasir Qazax rayonu ərazisində (S.T.Yeremyan), üçüncü qrup isə Şəmkirçay hövzəsi ətrafında və müasir Gədəbəy rayonu ərazisində (Z.M.Bünyadov) yerləşdiyini iddia edirlər. Fəridə Məmmədova isə Girdman vilayətinin Albaniyanın Şimal – Qərbində, Kürün sağ sahilində, erməni və gürcü torpaqları ilə sərhəddə yerləşdiyini bildirir. Favstos Buzandın yazdığına görə Girdman, Arsaq və Uti birlikdə 387-ci ilə qədər Ermənistanın tərkibində olmuşdur. Ancaq Ermənistan və Albaniyanın tarixi gerçəkliklərinin öyrənilməsi göstərmişdir ki, Girdman heç vaxt Ermənistana daxil olmamışdır[67]. Mehranilər bu ərazilərdə Girdman qalasını, Mehrəvan şəhərini və çoxlu məbədlər inşa etdirmişlər.
Artsak və ya Ərsaq — (antik müəlliflərində Orxistena) bu tarixi vilayət sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş və hazırda Qarabağın dağlıq hissəsini və Mil düzünün bir hissəsini əhatə etmişdir. Əyalətin əhalisini qarqarlar, utilər, hunlar,xəzərlər və barsillər təşkil edirdi.
Sünik – (Sisakan) vilayəti Albaniyanın Cənub ucqarında yerləşərək Qərbdə Ermənistan və Şimalda Artsak arasındakı ərazini əhatə etmiş, Göyçə gölünün Cənubunda yerləşmişdir. Mənbələrdə işlnməsinə görə Sünik (Sünük) ifadəsi Sisakandan daha qədimdir[68]. Yevsevi və Prokopi Kesari Süniki albanların qonşusu kimi xatrladır. Adının pərs variantı olan Sisakan ifadəsinə ilk dəfə VI əsrdə Suriylı müəllif Zaxari Ritorun əsərində təsadüf olunur. Həmin müəllifin yazılarında Sasakan Arran (Albaniya) və Qurzan (Gürcüstan) kimi Ermənistandan ayrı ölkə olaraq təqdim edilir. Ümumilikdə isə Sünik ayrı-ayrı dövrlərdə gah Albaniyanın, gah da Atropatenanın tərkibində olmuşdur. X. Xubşman və İ.Markvart isə Süniki ümumiyyətlə alban vilayəti hesab edirlər.[69][70][71][72] bizim eranın I əsrində hakimiyyət başına gələn ilk Albaniya hökmdarını Sünik nəsli ilə bağlayırlar. Həmin mənbələrdə göstərilir ki, Parfiya şahı Valarşak Sisakan nəslindən olan Aranı Albaniyaya başçı təyin etdi. Elə həmin Valarşak eramızın I əsrindən “Sisan” adlanan Qafqaz keçidlərini qorumaq məqsədilə təşkil olunmuş şah ordusuna başçılıq etmək hüququnu Sisakan nəslinə vermişdi. Fəridə Məmmədova göstərir ki, antik dövrdə olduğu kimi, ilkin orta əsrlərdə də Albaniyanın ərazisinin eyni hüdudlarda olduğunu iddia etməyə hər cür əsas var.[73][göstər]
g • m • r
Qafqaz Albaniyasının vilayətləri
Qafqaz Albaniyası və Atropatenanın sərhədləri miladdan əvvəlki dövrlərdə
Qafqaz Albaniyası və Ermənistan Krallığının sərhəddləri
VII – VIII əsrlərin sinxron mənbələrinin[74][75] yazdıqlarına görə eramızın I əsrində Albaniyanın Cənub sərhəddi Araz çayı boyunca keçirdi. Moisey Kalankatlı qeyd edir ki, Albaniyanın hüdudları eramızın VII – VIII əsrinə kimi dəyişməmişdir.[76]
Məlum olduğu kimi elmdə belə bir mülahizə mövcuddur ki, guya 387-ci ilə qədər Albaniyanın Cənub sərhəddləri Kür çayı boyunca keçirdi, başqa sözlə desək Kürün sağ sahilindəki Artsak, Uti və Paytakaran əyalətləri Ermənistana məxsus olub və yalnız 387-ci ildən sonra Albaniyaya qatılıb.[77] Bu ideya mxitarist M.Çamçyana məxsusdur və o həmin mülahizəni hələ 1787-ci ildə irəli sürmüşdü[78]. Sonralar həmin mülahizəni əsaslandırmaq üçün daha bir neçə cəhd edilmişdir.[79] Bir mülahizəyə görə üç alban vilayətindən (Uti, Artsak, Paytakaran) yalnız Paytakaran e.ə.II əsrdə erməni (ərmən) çarı I Artaşes tərəfindən işğal edilmiş və 388-ci ilə qədər Ermənistanın tərkibində olmuş, yalnız bundan sonra Albaniyaya qaytarılmışdır. Kürün sağ sahilindəki Artsak və Uti vilayətləri isə yalnız 387-ci ildən sonra erməni işğalından azad olunaraq Albaniyaya qaytarılmışdır. Bu mülahizə 1963-cü ildə irəli sürülmüşdür və onun müəllifi S.T.Yeremyan 1951-1952-ci illərdə “Erməni xalqının tarixi” kitabının atlasında[80] bizim eradan əvvəl II əsrdə Kürün həm sağ, həm də sol sahilinin Albaniyaya məxsus olduğunu göstərir. Bu atlasa görə sağ sahildə Sakasena, Otena (Uti), Kaspiana (Paytakaran) və Orxistena (Artsak) Albaniya torpaqları olmuşdur. Atlasda göstərilir ki, e.ə. I əsrdə II Tiqran Kürün bütün sağ sahilini zəbt etmiş və II Tiqranla Pompey arasında e.ə. 66-cı ildə bağlanmış müqviləyə əsasən həmin ərazilər Ermənistanın tərkibində qalmışdır. Digər mülahizəyə görə Artsak və Uti vilayətləri hələ e.ə. I əsrdə II Tiqran tərəfindən işğal olunub Ermənistana qatılmış, 387-ci il müqaviləsinə görə isə Sasanilər və Bizans arasında bölüşdürülərək onların hakimiyyəti altına keçmişdir. Burada Paytakaran haqqında bir kəlmə də danışılmır. Üçüncü mülahizəyə görə (K.V.Trever tərəfindən irəli sürülüb) Artsak, Uti, Paytakaran və Sakaşena vilayətləri e.ə.II əsrdə erməni (Ərmən) çarı I Artaşes tərəfindən zəbt olunmuş və 387-ci ilə qədər Ermənistanın tərkibində qalmış və yalnız 387-ci ldən sonra Albaniyaya qaytarılmışdır. Deməli bu torpaqlar hətta erməni çarları tərəfindən işğal edilmiş olsa belə lap əvvəllər Albaniyaya məxsus olmuşdur.[81]
Hər üç konsepsiyanın müəllifləri başlıca olaraq Strabonun “Coğafiya”sına, erməni müəllifi Favstos Buzanda və “VII əsr erməni coğrafiyası”na əsaslanmışlar. Fəridə Məmmədova qeyd edir ki, Strabona görə I Artaşes tərəfindən alban torpaqlarından yalnız Paytakaran işğal olunmuşdur.[82]
Strabon yazır:
“…əvvəlcə Ermənistan kiçik idi,lakin o sonralar Artaksi (Artaşes) və Zariadrın müharibələri nəticəsində genişləndirildi. Onlar öz səltənətinin hüdudlarını qonşu xalqlardan qopardıqları torpaqlar – Midiyanın Kaspiana, Favnitida, Basoropeda vilayətləri, İberiyanın Pariadra dağ yamacları, Xorzena, Kürün o biri tərəfində yerləşən Qoqarena vilayətləri hesabına genişləndirdilər…”
— Strabon, 71, f.14, 5, c.528
Strabonun qeydlərinə əsaslanan K.V.Trever bir az da irəli gedərək yazır:
“E.ə. II əsrdə erməni çarı I Artaşes (189 – 170) bir sıra qonşu vilayətləri, o cümlədən Şəki, Uti və Qarqar adlı alban tayfalarının yaşadığı Kürün sağ sahilini Ermənistana birləşdirdi… Elə o vaxtdan antik müəlliflər Kürü Albaniya ilə Ermənistan arasında sərhədd kimi tanıdılar.”
— Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании. — М.—Л.. 1959.
Fəridə Məmmədova isə Strabonun “Coğrafiya” əsərində Albaniya haqqında verilən məlumatları tədqiq etdikdən sonra belə nəticəyə gəlmişdir:
“Strabonun məlumatlarında heç bir ardıcıllıq yoxdur. O Kaspiananı gah Midiya ilə bağlayır. Onu Midiyadan ayrılmış vilayət hesab edir, gah da Albaniya ilə əlaqələndirib yazır ki, “albanların ölkəsində Kaspiana vilayəti var və həmin vilayət vaxtilə orada yaşamış, indi isə yox olmuş kaspi xalqının adı ilə adlandırılmışdır.”
— Fəridə Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993, səh. 83
Bəzi tədqiqatçılar Uti və Artsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri isə sübut edir ki, II Tiqran alban torpaqlarını işğal etməmişdir[83]. II Tiqran Ermənistanın Şərq və Qərb hissələrini birləşdirib, vaxtilə Ermənistanın olan 70 vahəni parfiyalılardan almışdır. C.Markvarta görə isə həmin vahələr I Artaşesin işğal etdiyi Atropatenanın Şimal – Qərb torpaqları idi.[84] II Tiqran Lukull və Pompey tərəfindən məğlub ediləndən sonra onun dövləti dağıldı. E.ə. 66 – cı ildə bağlanmış müqaviləyə görə, II Tiqran vaxtilə ələ keçirdiyi torpaqlardan imtina elədi. Yalnız Şimali Mesopotomiya və Korduena Ermənistanın hakimiyyəti altında qaldı. Əgər Artsak və Utinin vaxtilə II Tiqran tərəfindən işğal olunduğunu fərz edilsə belə, məğlubiyyətdən sonra başqa torpaqlar kimi, həmin yerlər də Ermənistandan ayrılmışdır. Bununla da Arsaq və Utinin II Tiqran tərəfindən zəbt olunması mülahizəsinin əsassızlığ üzə çıxır.[85][86]
Albaniya və qonşu ölkələr VI əsr – VIII əsrin əvvəlləri, müəllif: prof. F. C. Məmmədova[87]
Albaniyanın Cənub sərhədlərinin Kür çayından keçməsi barədə ehtimallar başlıca olaraq yunan – Roma[88][89][90][91] və V-VII əsr erməni müəlliflərinin məlumatlarına, doğruluğu müəyyən edilməyən, yalnız kortəbii inama görə etibarlı sayılan mənbələrə, o cümlədən VII-VIII əsr alban tarixçisi Moisey Kalankatlının məlumatlarını təkzib edən erməni tarixçilərinin ənənəvi xronologiyasına əsaslanır. Qeyd etmək lazımdır ki, Strabonun Sakaşenanı Ermənistna aid etməsi[92] onun digər fikirləri ilə, məsələn, Kürün Albaniyanın ortasından axdığını bildirən[93] qeydi ilə ziddiyyət təşkil edir. Çünki, bu hər iki sahilin Albaniya torpağı olduğunu təsdiq etməkdir. Belə ziddiyyətlər isə Strabonda çoxdur.[94]
Bu isə onunla əlaqədardır ki, Strabon bir-birinə zidd olan müxtəlif mənbələrdən istifadə etmiş, Albaniyada çox az olduqlarına görə məlumatları kasad olan şəxslərin qeydlərinə qeyri-tənqidi yanaşmışdır.[95] Strabonun mənbələri isə əsasən Feofan Mitilenski, Delli və başqalarıdır. Plininin[96], Appianın[97], Dion Kassinin[98], Plutarxın[99] qeydlərinin müəyyən hissəsinə, yəni Albaniyanın Cənub sərhəddinin Kür çayındam keçməsi barədə məlumatlara gəlidikdə isə, nəzərə almaq lazımdır ki, bu antik müəlliflərin özləri də Qafqazı çox az tanıyan Patrokla və Erotosfenə, eləcə də Qafqaza bu yerləri öyrənmək üçün gəlməyən, sadəcə olaraq Roma imperiyasının yürüçlərinin iştirakçısı kimi Pontiya çarı Mitridatı təqib edə-edə Kür boyuna gəlib çıxmış şəxslərə istinad etmişlər. Özü də bu qeydlər e.ə. I əsrə və yeni eranın II əsrinə aiddir. Haqqında bəhs edilən dövr isə e.ə. II və yeni eranın IV əsrlərini əhatə edir.[100][101]
V.V.Bartold antik ədəbiyyat mənbələrinə qiymət verərək yazır:
“Bədbəxtlik ondadır ki, yunan orijinalları bizə çox gec, işləndikdən, əl gəzdirildikdən sonra gəlib çatıb; bunlar çox vaxt müqayisə edilən edilən məlumatları heç bir tənqidə məruz qalmayan sadəcə kompilyasiya şəklindədir və buna görə də bu mənbələrə son dərəcə ehtiyyatla yanaşmaq lazımdır.”
Bu da şübhə doğurmur ki, Moisey Kalankatlı öz ölkəsinin tarixini və coğrafiyasını, Pontiya çarı üzərinə qısa yürüşlərdə iştirak etmiş romalı müəlliflərdən daha yaxşı bilirdi.[103] Moisey Kalankatlı eramızın I əsrində Albaniyanın Cənub sərhəddi haqqında belə məlumat verir:
“…Sisakan nəslindən olan İafetin xələflərindən olan bir nəfərə (Arana) Erasx (Araz) çayından Xunan qalasınadək Alban dağları və çölləri miras qalmışdı.”
Alban müəllifi ilə sinxron olan erməni müəllifi Movses Xorenlı də eramızın I əsri haqqında qeydlərində “Erasx çayından Xnarakert (Xunan qalası) qalasınadək dağlı – dərəli alban torpağına sahib olan Sisakan nəsli…”[104] haqqında məlumat verir.
E. ə. III əsrdə Albaniyanın Şimal sərhəddləri Böyük Qafqaza, Samur sıra dağlarının Şimal ətəklərinə qədər, Şimal-Qərbdə İori və Alazan çaylarının yuxarı axarına, Şimal – Şərqdə isə müasir Dərbəndə qədər gedib çatırdı.[105][106][107] Ayrı-ayrı vaxtlarda isə bu sərhəddlər Sulak çayına və bir azda uzaqlara çatırdı.
Ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiya artıq Əhəməni imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.
Mənbələr Alban dövlətinin antik dövrdə yerli[108][109] sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Moisey Kalankatlı bu sülaləni Yafəsin şəcərəsinə bağlayıraq sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan (Sünik) nəslinə aid edir.[110] İlk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar yox səviyyəsindədir. Kalankatlı yalnız onların adını sadalamaqla kifayətlənir. Lakin o bəllidir ki, Aranilər müxtəlif dövrlərdə güclü Parfiya dövlətinin təsiri altına düşmüş və yarımasılı vəziyyətdə ölkəni idarə etmişlər. Parfiya Arşakiləri hakimiyyətləri altında olan Qafqaz ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Parfiyanın mərkəzi hökümətindən asılılığı ayrı – ayrı dövrlərdə müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.
Aranilər sülaləsinin hakimiyyəti dövründə Albaniyaya erməni krallarının yürüşləri baş vermiş və Albaniyanın üç vilayəti – Artsak, utik və Paytakaran işğal edilmişdir.[112] Lakin bu işğal uzun sürməmiş e.ə. 66 – cı ildə II Tiqran Romaa ordusu tərəfindən məğlub edildikdən sonra bütün işğal etdiyi əraziləri, o cümlədən Albaniya torpaqlarını tərk etməli olmuşdur.[113][114] Lakin bu hadisədən bir neçə ay sonra Albaniya ərazisinə Roma imperiyasının ordusu soxulmuşdur.[115] Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66 – cı ildə döyüş olmuşdur.[116][117] Daha sonra İberiyaya doğru irəliləyən alban ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Zober) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir.
Roma ordusunun Xəzər sahillərinə irəliləməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur.[119] Lakin qobustanda üstündə latın dilində yazı yazılmış XII legiona aid kitabənin tapılması Roma ordusunun xəzər sahillərinə də gəlib çıxdığını syləməyə əsas verir.[120] Bundan başqa Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qəbələ və Şəki ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan pul dəfinələrindən Roma imperatorlarına məxsus xeyli sikkə əldə edilmişdir.[121][122][123]
Albaniya (Antik dövr) e.ə.I əsr – e.I əsri[124]
E.ə. II-I yüzilliklərdə, Parfiyanın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarət etmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləri üçün mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələri hakimiyyət başında saxlamaq idi. Sonralar vassal çarlıqların separatizmi gücləndikcə Parfiyanın mərkəzi höküməti yeni siyasətə – vassal məmləkətlərdə yerli sülalələri taxtdan götürüb əvəzinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etmək siyasətinə əl atdı. Persida, Elimaida, Atropatena, Hirkan, Ermənistan, Hindistan, Gürcüstan və Maxeloniyada Arşakilərin şaxələri, kiçik Arşaki sülalələri belə yarandı.[125]
Arşaki sülaləsi nnümayəndələrinin bir qolu da həmin dövrdə (63-cü il) Albaniyada bərqərar oldu. Alban Arşakiləri haqqında əldə edilən məlumatların əsas mənbələri Moisey Kalankatlı, Favstos Buzand, Yegişe, Moisey Xorenli, Aqafangel, Kirakos Gəncəli və Mxitar Qoşun əsərləri, habelə “Müqəddəslərin həyatı” (aqioqrafik əsərdir) və “Carıntir”dir. Alban Arşakiləri haqqında elmdə belə bir mülahizə mövcuddur ki, bu sülalənin alban qanadı IV yüzillikdə bərqərar olmuş və onun əsasını Kalankatlının yazdığı kimi I Cəsur Vaçaqan yox, Sanatruk tərəfindən qoyulmuşdur.
M.Brosse belə hesab edir ki, Sanatruku Albaniyanın hökmdarı kimi qəbul etmək və onun adını Alban Arşakilərinin sırasında I Cəsur Vaçaqandan əvvəl yazmaq lazımdır.[126]
S.T.Yeremyana görə Albaniyada Məsqət (Məsküt, Massaget) Arşakiləri şahlıq etmişlər. O, belə hesab edir ki, həmin sülalə Albaniyada hakimiyyət başına 388-ci ildə gəlmişlər, yəni S.T.Yeremyan Parfiya Arşakilərinin Alban budağı olduğunu inkar edir.[127]
E.A.Krımski belə hesab edir ki, Alban Arşakiləri “eran şah”, yaxud “eran şahin” titulunu daşıyırdılar və “eran şah” ifadəsi “aran şah” sözünün təhrifidir. Bu isə “Aran hökmdarı”, “Alban hökmdarı” deməkdir, başqa sözlə, Aranşahilər (Aranilər) elə Arşakilərdir. N.Akinyan və B.A.Ulubabyan isə bu haqqda tamamilə başqa fikirdədirlər. Məsələn N.Akinyan Alban Arşaki hökmdarlarının siyahısını “redaktorun” uydurması sayır. O, göstərir ki, tarixə (müəllif erməni mənbələrini nəzərdə tutur) Alban Arşakilərindən yalnız iki nəfər məlumdur. Bunlar Urnayr (IV əsr) və Asuagendir (V əsr). II Vaçe və III Mömün Vaçaqana gəlincə, onların adı yalnız Alban ölkəsinin tarixində çəkilir və buna görə də N.Akinyanın fikrincə, onlar Moisey Kalankatlının uydurmasıdır. Digər Alban Arşakilərindən danışanda N.Akinyan göstərir ki, onların adları alban zadəganlarının VIII-X yüzilliklərə aid siyahısından götürülmüşdür. Yəni yenə də uydurma sayılmalıdır.[128]
K.V.Trever, onun ardınca isə K.Tumanov belə hesab edirlər ki, Alban Arşakiləri hakimiyyət başına eramızın I yüzilliyində gəlmiş və Parfiya Arşakilərinin köməyi ilə VI əsrə qədər – Alban hakimiyyəti ləğv edilib ölkə Sasani canişinlərinin ixtiyarına verilənədək hakimiyyət başında qalmışlar. Moisey Kalankatlı məlumat verir ki, Parfiyalı Valarşak Albaniya əhalisi üzərinə knyaz və hakimlər təyin etdi:
“Valarşakın əmri ilə İafet nəslinin Sisakan sülaləsindən çıxmış bir nəfər (Aran) onların hamısının başçısı təyin olundu ki, Erasxdan tutmuş, Xnarakertə (Xunan qalası) qədər Albaniyanın bütün dağları və düzləri ona miras qaldı…”
M Kalankatlı öz əsərində təqdim etdiyi Arşaki alban hökmdarlarının sırasına Aranı daxil etməmişdir. F. Məmmədova qeyd edir ki, görünür yerli sülaləni Arşakilər sülaləsi əvəz etmişdi.[129] Siyahıdakı on hökmdarın Arşaki olması müəllifin sonrakı məlumatlarında təsdiqlənir:
“Cəsur Vaçaqandan Mömin Vaçaqana qədər 10 hökmdar olmuşdur. Mömin Vaçaqanın ölümündən sonra isə bu nəsil (azqn) zəifləməyə başladı və Sasani tayfasının Mehrani nəslindən olan knyazlar İrandan gəlib Albaniyada möhkəmləndilər.”
Kalankatlının təqdim etdiyi siyahıda[130] həmçinin Sanatrukun da adı yoxdur, halbuki, bir çox tədqiqatçılara görə Alban Arşakilərinin əsasını məhz o qoymuşdur. F. C. Məmmədova və Z. M. Bünyadova görə Sanatruk Şimal xalqlarının Ermənistana basqını ilə bağlı olan tarixi şəxsiyyətdir. Mənbələrdə onu Sanesan və Sanatruk adlandırırlar. Sanatrukun adı ilk dəfə Maarifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisin adı ilə, onun Albaniyada, İberiyada və Maskutlar ölkəsində missioner fəaliyyəti ilə əlaqədar olaraq çəkilir.
Təxminən e.ə. I əsrin 50-ci illərində Böyük Ermənistan dövlətinin yaradıcısı – ilk və son kralı II Tiqran Albaniya ərazisinə yürüş edərək Albaniyanın Artsak, Uti və Paytakaran vilayətlərini tutumuş, e.ə. 66 – cı ildə II Tiqran Pompey tərəfindən məğlub edilənə kimi həmin üç vilayət Böyük Ermənistanın tərkibində olmuşdur.[131]
İlk Alban Arşaki hökmdarı I Cəsur Vaçaqan Atropatenada, Ermənistanda və Maskutlar ölkəsində taxta çıxmış ilk kiçik Arşakilərlə eyni vaxtda hakimiyyət başına gəlmişlər.[132] Kiçik Arşakilər Parfiya şahı Vanonun oğlu I Valarş (Vologez) tərəfindən taxta çıxarılmışdır. Eramızın I əsrində Alban Arşaki nümayəndəsi I Cəsur Vaçaqana Albaniyanın bütün vilayətlərini birləşdirmək müyəssər olmuşdur.[133] Ehtmal ki, I Vaçaqandan əvvəlki yerli sülalə hökmdarlarının bütün vilayətlərə hökmü çatmamışdır.
Mənbələrdə haqqında ən çox bəhs olunan Arşaki Alban hökmdarlarından biri də Urnayrdır. Urnayrın hakimiyyət illəri naməlum qalmışdır. Moisey Kalankatlının yazdığına görə Urnayr Sasani şahı II Şapurun (309 – 379), Bizans hökmdarı Böyük Konstantinin (337 – 361), erməni çarları III Trdat (287-330), Tiqran (338-345), Arşak (345-367) və Papın (370-374) müasiri olmuşdur. Onun adı ilk dəfə 313-cü ildə digər alban əyanlar ilə birgə xristianlığı qəbul etməsi ilə bağlı çəkilir.[134] Onun adı ilə bağlı son hadisə 371-ci ildə baş vermiş Dzirav döyüşüdür. Bütün bunları nəzərə alan Fəridə Məmmədova belə hesab edir ki, Urnayr 313 – 371-ci illərdə hakimiyyətdə olmuşdur. Moisey Kalankatlı onu “Fədakar hökmdar, Ermənistanın mərkəzinə qələbə bayrağı sancmış və böyük müharibələrdə şərəfli ad çıxarmış xadim” kimi xatırlayır. Ancaq burada hansı müharibələrdən bəhs olunması naməlum qalır. Urnayrın daxili siyasəti bütpərəstliklə mübarizə, xristianlığın dövlət dini elan olunması (313 – 314-cü illər), kilsəyə torpaq verilməsi və s. ilə xarakterizə olunur. Urnayrın dövründə ölkənin paytaxtı və alban katolikosluğunun mərkəzi Qəbələ (Kabalaka) olmuşdur. Urnayrın xarici siyasətinə gəlincə, məlumdur ki, Albaniya Sasani şahı II Şapurun vassalı və müttəfiqi olduğundan Sasani-Bizans müharibələrinə cəlb edilmişdi. 359-cu ildə Amida yaxınlğında və 371-ci ildə Dzirav çölündə Sasani-Bizans/erməni döyüşlərində Urnayr II Şapuru müşayiət etmişdir.[135][136]
Alban Arşakiləri arasında Urnayrdan sonra haqqında məlumat olan ökmdar Asuagendir. Onun hakimiyyəti dövründə köhnə alban əlifbasının islah edilməsi yolu ilə yeni alban yazısı yaradılmışdır. Bu haqqda məlumatlar Moisey Kalankatlıda, eləcə də V – VIII əsr erməni müəllifləri Koryun, Movses Xorenli və başqalarındadır. Asuagen tərəfindən alban uşaqlarının təhsilə cəlb edilməi xüsusi maraq doğurur. O, “vilayət və rayonlarda uşaqlara yazı sənətini öyrətməyi, onları dətələrlə məktəblərə göndərməyi, onların yeməklə təmin olunması üçün vəsait ayırmağı əmr etdi”. Asuagenin dövründə yeni əlifbanın qəbulundan sonradini kitbları, apostolların təlmini və başqa kitabları Suriya dilindən və yunancadan alban dilinə tərcümə etməyə başladılar.
Şamaxı rayonunun Xınıslı yaşayış yerindən arxeoloji qazıntılar zamanı aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid içi mifik təsvirlərlə bəzədilmiş gümüş sini (Azərbaycan Tarix Muzeyi)
444-cü ildə isə Asuagenin oğlu (Asuagenin arvadı Sasani şahı II Yezdəgerdin bacısı idi) II Vaçe Albaniyada hakimiyyət başına gəldi. Kalankatlı yazır ki, Sasani şahı Perozun əmri ilə II Vaçe Perozabad (Bərdə) şəhərini tikdirdi və həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi. Paytaxtın Qəbələdən Bərdəyə keçməsi daxili siyasətdəki dəyişikliklərlə əlaqədar idi. Köçərilərin tez – tez baş verən yürüşləri ilə əlaqədar olaraq, ölkənin mədəni -siyasi mərkəzi Kür çayının sol sahilindən sağ sahilinə keçirilir. II Vaçenin hakimiyyəti İran əlehinə xalq hərəkatı ilə – 450 – 451-ci illərdə Cənubi Qafqaz xalqlarının türk mənşəli[137] erməni sərkərdəsi Vardan Mamikonyanın başçılıq etdiyi üsyanı ilə və eləcə də 457 – 463-cü illərdə II Vaçenin özünün başçılığı ilə Albaniyada baş vermiş üsyanla əlaqədardır. Cənubi Qafqaz xalqlarını Sasanilər əlehinə üsyana sövq edən isə siyasi, iqtisadi və ideoloji zülm idi. II Yezdəgerd xristianlığın kökünü kəmək üçün Cənubi Qafqaza 700 məzdəki kahin göndərmişdi və onların 300 nəfəri Albaniyaya gəlmişdi.[138] Yelişe yazır ki, Sasani dövlətində müvəqqəti olaraq yaranmış sülh 459-cu ildə Albaniya hökmdarının tabeçilikdən qəti imtina etməsi ilə pozuldu.[139]
Alban üsyançıları Çola keçidini tutdular, maskut ordusunu şəhərə buraxdılar və Böyük Qafqazın 11 hökmdarı ilə ittifaqa girərək onlarla birgə Sasanilərə qarşı hərbi əməliyyatı iki il uğurla davam etdirdilər. Sasanilərin Vaçe ilə danışıqlara başlamaq cəhdlərinin hamısı boşa çıxdı. Onda Peroz böyük miqdarda pul verməklə Onoqur (F. Cəlilova görə “On Oğuz”[140]) hunlarını köməyə çağırdı və onlar Alan (Dəryal) keçidi ilə Albaniyaya soxuldular. 462-ci ildə isə albanlara qarşı uzun sürən müharibəyə başladılar.[141] Onoqurlar düz bir il ərzində alban hökmdarı ilə döyüşdülər. Vaçenin ordusu azalıb dağılsa da onu məğlub etmək olmadı.[142][143] Albaniyada 457-ci ildə başlayan üsyanı yalnız 463-cü ildə yatırmaq mümkün oldu. Sasanilər Albaniyada yenidən o qədər möhkəmləndilər ki, II Vaçe hakimiyyətdən əl çəkdi və Perozdan xahiş elədi ki, atasından qalma mülklərə dəyməsinlər. Beləliklə 463-cü ildə Albaniyada dövlət quruluşu ləğv olundu və ölkəni Sasani canişini – mərzban idarə etməyə başladı. Albaniyada bu rejim 483-cü ilə qədər davam etdi.
487-ci ildə II Vaçenin əmisi oğlu, Alban Arşakilərinin son nümayəndəsi – III Mömin Vaçaqan hakimiyyətə gəldi və albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi. Moisey Kalankatlı belə məlumat verir: “Vaçedən III Mömin Vaçaqana qədər 30 il ərzində Albaniya hökmdarsız qaldı.”[144] Alban tarixçisinin yazdığına görə “Albaniya əhalisi yenidən vahid səltənətdə birləşib şah övladlarından ən cəsur, müdrik, ucaboy Vaçaqanı seçdilər.”[145] Mömin Vaçaqanın hakimiyyət illəri Albaniyaanın siyasi, dini – mədəni intibah dövrü idi. O hər şeydən öncə ölkə əhalisinin vahid dinə ibadət etməsinə nail olmağa, xristianlığı ümumi dövlət dininə çevirməyə çalışdı. Vaçaqan məktəblər açdırdı, dağılmış kilsələri bərpa etdirdi, yeni kilsə və monastrlar tikdirdi, kilsə rütbələrini bərpa etdirdi. Onun hakimiyyəti dövründə Aquen kilsə məclisi çağırıldı. Albaniyanın müstəqillyini möhkəmləndirməyə çalışan və yad qüvvələrin dini – siyasi təsirlərinə və assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil kilsənin böyük siyasi rolu olduğunu nəzərə alan III Vaçaqan bu kilsənin sarsılmış dayaqlarını möhkəmləndirməyi və onu iqtisadi baxımdan gücləndirməyi vacib sayırdı.[146] Alban Arşakiləri müstəqil alban siyasəti yürüdür, Albaniya dövlətinə, alban xalqına və onun dininə sədaqətlə xidmət edir, yerli mədəniyyətə qarışaraq albanlaşırdılar. Fəridə Məmmədovaya görə Albaniyanın IV – VI əsr siyasi quruluşunu mərkəzləşdirilmiş feodal dövləti kimi təqdim etmək olar.[147]
[redaktə]
Mehranilər sülaləsi
Mehranilər sülaləsindən olan ən tanınmış alban hökmdarı Cavanşirin Naxçıvan ərazisindən tapılmış heykəli, tunc şamdan, hazırda Ermitajda saxlanılır
510-cu ildə Alban Arşakilərinin hakimiyyəti sona yetdi və ölkə 510 – 629-cu illər ərzində Sasani mərzbanları tərəfindən idarə olundu. VI əsrin sonu, VII əsrin əvvəllərində Girdman vilayətinin feodal hakimi olan Mehranilər nəsli gücləndi. Moisey Kalankatlının geneoloji arayışına əsasən başda Mehr olmaqla Sasani Mehranilərinin əsli VI əsrdə saray çevrilişində iştirak etdiyinə görə, Sasani şahı II Xosrov Pərvizin (591-628) qisasından qurtulmaqdan ötrü 30 min ailə ilə birlikdə Xosrovun düşmənləri – xəzərlərə qoşulmaq üçün İrandan qaçmışdılar. Bundan narahat olan Xosrov onu qabaqlayaraq, Mehrə məktub göndərir və bildirir ki, yaşayış yerini seçməkdə Mehranilərə azadlıq verir. Şahın məktubu Mehrə Uti vilayətinin Girdman havarında çatır və Mehr elə burada qalmağı qərara alır. Mehr və törəmələri onlar üçün nəsil ocağına çevrilmiş Girdmanda möhkəmənərək yerli feodalları cismən məhv etmək, habelə qohumluq əlaqələri sayəsində yerli knyazları sıxışdırıb bütün Albaniyaya yiyələndilər. Mehranilər iki əsr ərzində Albaniyanın birinci böyük knyazı – işxanı adını daşımaq hüququnu saxladılar[148].Moisey Kalankatlının yazdığına görə Mehr Girdman əyalətinin Şimalına yeridi və onun 12 hakimini hüzuruna çağırıb qılıncdan keçirdi və ölkəyə sahib oldu.[149] Mehrin nəvəsi Cəsur Vardan Albaniya hakimlərinin sonuncu 60 nümayəndəsini məhv etmiş və beləliklə, Albaniya tamamilə yeni sülalənin əlinə keçmişdir.
Mehranilər iki nəsildən sonra farslıqlarını itirib xristianlığı qəbul etdilər, yerli alban kübarları ilə qohum oldular, alban mdəniyyəti və dinini mənimsədilər, bir sözlə tamamilə albanlaşdılar. V.V.Bartold belə hesab edirdi ki, Mehranilərin simasında Albaniyada “fars mənşəli olsa da, milli alban sülaləsi yenidən bərpa olundu.”[150] Mehranilərin qətiyyətlə albanpərəst siyasət – Albaniyanın müstəqilliyi siyasəti yeritməsi Sasaniləri dərindən peşman etmişdi. Fəridə Məmmədova qeyd edir ki, Mehranilər Albaniyada 603-cü ildə möhkəmlənsələr də aydınlaşdırılmışdır ki, onlar yalnız 630-cu ildə bütün ölkənin tamhüquqlu hakimləri – Albaniyanın birinci böyük knyazları ola bilmişlər.[151]
Albaniya 552 – 553-cü illərdə öz Şimal qonşuları olan xəzərlər tərəfindən basqına məruz qaldı. M. İ. Artamanova görə hücum edən xəzərlər yox, sabirlər olmuşlar.[152] Moisey Kalankatlının yazdığına görə Albaniyanı tutan xəzərlər kilsələri, müqəddəs kitabları yandrır, şəhər və kəndləri dağıdır, camaatı qovub aparırdılar. “…Erməni təqviminin başladığı təsdiq ediləndə (552-ci il) İsanın xaçı üzərinə döşmənləri soyğunçu basqınlarının nəticəsi olaraq alban patriarxlığının iqamətgahı Çola şəhərindən ölkənin paytaxtı Bərdəyə köçürüldü. 603 – 629-cu illər Sasani – Bizans müharibəsindən istifadə edən Albaniya əhalisi Sasani istibdadına qarşı üsyana qalxdı. II Xosrov bu üsyanı amansızlıqla yatırdı. Alban zadəganlarının çoxu həlak oldu, yalnız alban katolikosu Viro sağ qaldı və ona da II Xosrovun xristian xanımı şahbanu Şirin (bir çox tədqiqatçılar Vironu himayə edən Şirini Nizami Gəncəvinin Xosrov və Şirin poemasının qəhrəmanı Bərdə hökmdarı Nüşabənin varisi Şirinlə eyniləşdirirlər[153]kömək etdi. Şahbanu Şirin “böyük səylərdən sonra Vironun həyatını şahdan hədiyyə aldı”[154] 624-cü ildə Bizans ordusu Dvini zəbt etdi, Atropatenaya soxuldu, Naxçıvanı tutaraq Arazı keçdi.[155] Sonra Atropatenanın paytaxtı Qanzak (Qazaka) işğal olundu. İrakli Albaniya, İberiya və Ermənistan hakimlərindən tələb etdi ki, “könüllü olaraq onun pişvazına çıxsınlar, qışda qoşunları ilə ona xidmət etsinlər. Əks təqdirdə isə onlarla kafirlərlə olduğu kimi rəftar edəcək, qalaları tutacaq, ölkələri tar-mar edəcək.”[156][157]
Xosrovun təklifi ilə alban knyazları Bərdəni tərk edib qalalarda möhkəmləndilər. Bizans qoşunları Albaniyaya girib Uti vilayətində möhkəmləndilər. Lakin bu yürüş İrakli üçün uğursuz qurtardı. Burada Sasanilər Bizanslılara hücum edərək İraklini Sünikə sıxışdırdılar. 625-ci ildə İrakli xəzərləri köməyə çağırdı. 626-cı ildə xəzərlər Albaniyaya soxuldular. Bu xəzərlərin Albaniyaya ilk böyük müdaxiləsi idi. Onlar birinci zərbəni Dərbəndə vurdular, sonra isə Bərdəyə hücum etdilər. Knyazlar ətraf rayonlardakı əhalini paytaxt Bərdəyə toplayaraq müdafiə olunmaq istədilər. Lakin onlar Dərbənd qalasında edilənləri eşitdikdən sonra tələm – tələsik Artsak vilayətinin əlçatmaz dağlarında gizləndilər. Sasani mərzbaı İrana qaçdı. Albaniya ərazisini işğal edən xəzərlər
Albaniya V-VIII əsrlərdə müəllif prof. F. C. Məmmədova
Tiflisə yürüş edərək Bizans imperatoru İraklinin ordusu ilə birgə şəhəri mühasirəyə aldılar. Vəziyyətin ağırlığını nəzərə alan Girdman knyazı Varaz Qriqor özünü İraklinin vassalı elan etdi. Yeni hökmdarını tanımaq və onun dinini (diofizitliyi) qəbul etməklə (II Xosrov İran kilsə məclisində ona monofizitlii qəbul etdirmişdi.) Varaz Qriqor Albaniyanın tamhüquqlu hakiminə çevrildi. Bu dövrdə Sasani hökmdaı II Xosrov öldürüldü və taxta çıxan II Qubad 628 – 629-cu illərdə İrakli ilə sülh bağladı. Bu vaxt xəzərlər Albaniyanın tam sahibinə çevrildilər. 629-cu ildə Albaniyaya daxil olan xəzərlərin xaqanı Şat katolikos Vironun və Sasani mərzbanının yanına elçi göndrərək ölkəni təslim etməyi tələb etdi. Bu dəfə söhbət ölkənin xəzərlərə siyasi tabeliyindən gedirdi. Albaniya müqavimət göstərmək iqtidarında deyildi. Məzban isə itaəti rədd edərək İrana qaçmışdı.
Alban zadəganları başda katolikos Viro olmaqla xəzərlərin ali hakimiyyətini etirf etməyə məcbur oldular. VII əsrin 30-cu illərində Xəzəristanda gedən daxili çəkişmələr (Cebu xaqanın öldürlməsi) xəzərlərin Albaniyadakı hakimiyyətinə son qoydu.
Mehrani Varaz Qriqorun (630 – 642) dövründə Yaxın Şərqdə ərəblər sürətlə güclənirdilər. Onlar 632-ci ildə Sasanilərə qarşı hərəkət etdilər. Sasani şahı III Yezdəgird ərəblərə qarşı durmaq üçün tabeliyində olan ölkələrdən və vilayətlərdən qoşun tələb etdi. Albaniyanın böyük knyazı Varaz Qriqor dörd oğlundan birini – Cavanşiri onun hüzuruna göndərmək qərarına gəlir. Cavanşir Albaniya dövlətinin bütün qoşunlarının sərkərdəsi oldu. 636 – 642-ci illərdə alban qoşunlarının sparapet – baş komandanı olan Cavanşir öz ordusu ilə Sasani ordusuna qoşuldu. Ölü dəniz yaxınlığındakı Kadissiyada baş verən döyüşdə (637-ci il) o öz şücaəti ilə fərqləndi.[158] Cavanşrin bu şücaəti III Yezdəgird tərəfindən yüksək qiymətləndirildi və ona “bayraq və şeypurlar, iki qızıl mizraq və qızıla tutulmuş iki qalxan verdi ki, bunları həmişə onun önündə aparırdılar. Belinə mirvari ilə işlənmiş kəmər,qızıl dəstəkli qılınc bağladı, qolbağlar verdi, başına tac qoydu. Həmçinin ona mirvari ilə işlənmiş düzüm verdi və boynuna mirvari boyunbağı asdı.”[159] 640-cı ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu mühasirəyə aldılar və Cavanşrin ordusu 6 ay şəhərin müdafiəsində iştirak etdi. 642-ci ildə Nəhavənd yaxınlığında döyüş baş verdi və Cavanşir də ordusu ilə bu döyüşdə iştirak edirdi. Lakin Sasani ordusu bu döyüşdə məhv edildi. III Yezdəgird isə qaçıb Dəclə çayı sahilində qalada gizləndi. Bu məğlubiyyətdən sonra Cavanşir Atropatenaya gəlir, oradan isə öz ölkəsinə qayıdır. “Beləliklə Cəsur Cavanşir 7 il ərzində bu çətin müharibədə iştirak etdi. Bir neçə ağır yara aldıqdan sonra onlarla vidalaşdı…”[160] Vətənə dönən Cavanşir hələ atası Varaz Qriqorun sağlığında taxta çıxdı.
Ərəblər 642 – 645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641-668) göndərdiyi məktubunda yazırdı:
Türk və qafqaz xalqları tarixinin tarixşünaslığı
XVIII-əsrin sonu – XIX əsrin əvvəllərində Avropada baş verən hadisələr və böyük dövlətlərin Yaxın və Orta Şərq siyasəti, həyata keçirilən hərbi-siyasi addımlar və diplomatik manevrlər Osmanlı – Rus qarşıdurmasını bir növ qaçılmaz edirdi. Ümumilikdə Qara dəniz hövzəsi və Qafqaz bölgəsində hər iki dövlətin siyasi və strateji maraqları, həmçinin Qacarlar dövlətinin regiona yönəlik siyasəti, bölgəni gərginlikdə saxlamaqla yanaşı, həmçinin tərəflər arasında ciddi hərbi toqquşmaları gündəmə gətirirdi. Nəzərdən keçirdiyimiz dövrdə Avropada və Qafqaz bölgəsində mövcud olan geosiyasi vəziyyət 1806-1812-ci illərdə bölgə uğrunda Osmanlı-rus savaşına səbəb oldu.
Bu savaş böyük bir ərazini əhatə etmiş və fasilələrlə uzun müddət davam etmişdir. Hərçənd ki, bu müharibə Napoleon Bonapart Fransasının Avropada həyata keçirdiyi savaşların fonunda arxa planda görünsə də, lakin hərbi-siyasi və doğurduğu siyasi nəticələrə görə çox ciddi hərbi siyasi qarşıdurma olmuşdur.
Məlumdur ki, Osmanlı dövləti Misiri işğal edən Fransya qarşı Rusiya və İngiltərə ilə ittifaq bağlamışdır. Bu ittifaq nəticəsində Fransanın nəzarətində olan Egey dənizindəki adalarda Osmanlı hakimiyyəti öz siyasi nəzarətini bərpa edə bilmişdir. Əslində Rusiya ənənəvi siyasətinə uyğun olaraq Misirin işğalı ərəfəsində Şərqi Aralıq dənizində Fransa kimi güclü bir dövlət görmək istəmədiyindən, habelə Aralıq dənizi kimi geniş arenaya rahat çıxış əldə etmək imkanı baxımından Osmanlı hakimiyyəti ilə taktiki siyasi əməkdaşlığı Pavel rəhbərliyi caiz bilmişdir. Napoleonun 1798-ci ildə Misri işğal etməsi nəticəsində çətin vəziyyətdə qalan Osmanlı hakimiyyətini 1798-ci ildə səkkizillik ittifaq sazişi imzalamışdır. 1805-ci ilin 24 sentyabrında Osmanlı hakimiyyəti bu müqaviləni yeniləmək məcburiyyətində qalmışdır. Rusiya bu müqavilə nəticəsində boğazlardan sərbəst hərəkət imkanı əldə etmişdir. Lakin Napleonun Austerlis döyüşündə rus və Avstriya ordularını məğlub etməsi hərbi-siyasi şəraiti dəyişmiş, həmçinin fransız elçisi general Sebastianın diplomatık fəallığı, habelə Pavelin qətlindən sonra Rusiyada hakimiyyət dəyişikliyi nəticəsində İstanbulda ruslara qarşı münasibət də əks məcraya yönəlmişdi(8, s. 50).
Qeyd edək ki, Osmanlı dövləti Rusiya gəmilərinin boğazlardan keçməsini öz təhlükəsizliyi baxımından təhdid hesab edir, buna mane olmağa çalışırdı. Osmanlı dövlətinin bu niyyətini duyan rus hökuməti İstanbuldakı elçisi İtalinskiyə göndərdiyi təlimatda“Osmanlı imperiyasının Rusiya ilə bağladığı ittifaq sazişinə hörmətlə yanaşmasını, bu tələb yerinə yetirilmədiyi təqdirdə elçilik heyətinin İstanbuldan ayrılmasını” tələb edirdi. (14, s. 109-111).
Rus hökumətinin kəskin mövqeyinə baxmayaraq Osmanlı dövləti 1806-cı ilin yazında rus gəmilərinin boğazlardan keçməsini qadağan etdi. (13, s. 47).
Buna cavab olaraq Rusiya Boğdan (Moldova) və Eflakda Osmanlıların həyata keçirtdikləri tədbirlərə İngiltərə ilə birlikdə qəti etiraz etdi və İstanbul höküməti bu ölkələrin ciddi təzyiqinə məruz qaldı. 1806-cı ilin sentyabr ayında Rusiya ültimatum verərək voyevodaların vəzifələrinə geri qaytarılması tələb edildi. Üç böyük gücün arasında çətin vəziyyətdə qalan Osmanlı hakimiyyəti rusların Qara dənizdən, ingilislərin Çanaqqaladan hücuma keçəcəklərindən narahat olaraq vəzifəsindən uzaqlaşdırdığı hər iki ruspərəst bəyi 1806-cı ilin 15 sentyabrında vəzifələrinə geri qaytardı. Buna baxmayaraq 16 oktyabr 1806-cı ildə rus hökuməti general İvan Mikelsona Boğdana girməsini əmr etdi. Bu əmrə uyğun olaraq 40 min nəfərlik rus qoşunu noyabr ayının 11-də Dnestr çayını keçərək Boğdan və Eflaka daxil oldu. Rus hakimiyyəti öz işğalçılıq siyasətini pərdələmək üçün “Osmanlı dövləti ilə Rusiya arasında imzalanan sazişin türklər tərəfindən pozulmasının qarşısını almaq üçün bu addımın atıldığını elan etdi” (13, s. 47).
Fahir Armaoğlu qeyd edir ki, “Fransa bu ərəfədə Osmanlı dövlətini Rusiyaya qarşı dirənməyə təşviq etmişdi. Fransanın istəyi Osmanlı dövləti ilə Rusiya arasında müharibənin başlaması və Osmanlı dövlətinin rus hərbi qüvvətlərinin bir hissəsini öz üzərinə çəkərək Fransanın Rusiya ilə savaşdakı yükünü yüngülləşdirmək olmuşdur. Lakin III Səlim dövlətin hərbi və maliyyə vəziyyətinə görə müharibəyə tərəfdar deyildi. Bu səbəbdən Eflak və Boğdan bəyləri öz vəzifələrinə geri qaytarıldı. Bu, Fransa üçün böyük bir fəlakət, Ruslar və İngilislər üçün isə bir diplomatiya zəfəri idi” (4, s. 91).
Rusiyanın bu hərəkətinə qarşı Osmanlı hakimiyyəti əks tədbirlərdə tərəddüd etsə də, fransız Sebastian təkidlə Osmanlı hakimiyyətini Rusiyaya qarşı müharibəyə başlamağa çağırırdı. 1806-cı ilin oktyabr ayının 23-də Rusiyanın Osmanlı dövlətinə müharibə elan etməsi, iki ay sonra 27 dekabr 1806-cı ildə Osmanlı hakimiyyətinin Rusiyaya müharibə elan etməsi ilə nəticələndi. Beləliklə, bir il əvvəl ittifaq bağlayan hər iki dövlət yeni bir müharibəyə başladı (3, s. 119).
Rusiya donanmasına boğazları bağlayan Osmanlı dövləti 1807-ci il yanvarın 3-də Avropa dövlətlərinə verdiyi notalarda Rusiyaya müharibə elan etdiyini bildirir, həmçinin Osmanlı dövlətinə tabe olan Yeddi Ada Cümhuriyyətinin (1800-ci ilin 21 martında İoniya adalarında qurulmuş dövlət) Rusiya tərəfindən himayəsini qəbul etmədiyini bildirirdi (4, s. 91; 13, s. 47).
Osmanlı dövlətinin Rusiyaya qarşı müharibəyə başlaması İngiltərənin ciddi narahatlığına səbəb oldu. Çünki Fransaya qarşı müharibə aparan Rusiyanın iki cəbhədə döyüşməsi Rusiyaya ciddi problemlər yarada bilərdi .Bu da Rusiya ilə müttəfiq olan ingilis hakimiyyətinin siyasətinə zidd idi. Bu səbəblə Rusiya ilə müharibəni dayandırmaq üçün osmanlı hakimiyyətinə təzyiq göstərməyə başladı. İngilis hakimiyyəti Osmanlı dövlətindən Rusiya ilə ittifaq müqaviləsini yenilənməsini, Osmanlı donanmasının və boğazların İngiltərəyə təslim edilməsini, razılaşma əldə olunana qədər Eflak və Boğdanın Rusiyada qalmasını tələb etdi. İngiltərə hökuməti bunun əvəzində Bəndər və Xotin qalalarının Rusiyadan geri alınmasına zəmanət verirdi. Osmanlı dövləti bu şərtləri qəbul etməyəcəyi təqdirdə Bozca Ada yaxınlarında gözləyən İngilis donanmasının Çanaqqala boğazına daxil olacağını bildirilirdi (4, s. 92).
1807-ci il yanvarın 25-də Osmanlı dövləti Sebastianın da təşviqi ilə İngiltərənin tələblərini rədd etdi. İngilis elçisi İstanbulu tərk edərək Bocza Ada yaxınlığında mövqe tutan ingilis donanmasına getdi. 1807-ci il fevralın 18-də 11 gəmidən ibarət ingilis donanması Çanaqqala boğazına daxil oldu və Nara burnunda mövqe tutan 6 gəmidən ibarət osmanlı donanmasının 4 gəmisini məhv edib 2gəmisini ələ keçirdi. İngilis donanması 19 fevralda Yedikule yaxınlarında lövbər saldı. İngilis donanmasının İstanbul yaxınlarında görünməsi osmanlı hakimiyyətini və əhalini təşvişə saldı. Bu vəziyyət Sebastianı da ciddi narahat etməyə başladı. Çünki İngiltərə ilə Osmanlı dövləti arasında müharibə başlayacağı təqdirdə osmanlılar iki cəbhədə vuruşmaq məcburiyyətində qalacaqdılar (4, s. 92).
Belə vəziyyətdə Osmanlı hakimiyyəti həm dənizdə, həm də sahilboyu ciddi tədbirlər görməyə başladı. Osmanlı dövlətinin bu tədbirləri qarşısında ingilis elçisi tələblərinin bir az yumşaldaraq İstanbul hökumətinə çatdırdı. Lakin bu tələblər də birmənalı şəkildə rədd edildi. Belə vəziyyətdə İstanbul yaxınlığında qalmağın təhlükəli olduğunu başa düşən ingilis donanması mart ayının 2-də Çanaqqala boğazını tərk etdi. Boğazı keçərkən Osmanlı dəniz qüvvələri iki ingilis freqatını batırdı və digərlərini isə zədələdi. Beləliklə, ingilis hökumətinin Osmanlı hakimiyyətinə hərbi və siyasi təzyiqi uğursuzluğa düçar oldu (4, s. 93).
Rusiya ilə savaş əsasən iki cəbhədə – Eflak-Boğdan (Dunay) və Qafqaz cəbhələrində aparılırdı. Həmçinin tərəflər arasında dəniz döyüşləri də gedirdi. Rus hərbi birləşmələri əvvəlcə qərb cəbhəsində hərəkətə keçdi. Rus generalı Mikelson Dunay istiqamətində sürətlə irəliləyərək Buxarestə qədər çatmış, Xotin (26 noyabr/1806), Bəndər, Akkerman və Kili (6 dekabr 1806) qalalarını işğal etmişdir. Lakin ruslar İsmayıl, İbrail və Yergögü qalalarında ciddi müqavimətə rast gəldilər. İsmayıl qalasında Qasım paşa və Pəhləvan İbrahim ağa ruslara ciddi tələfat verdilər (10, s. 146; 3, s. 120). Osmanlı ordusunun cəbhənin bu sahəsində ciddi müqaviməti nəicəsində bir müddət rusların irəliləməsinə imkan verilmədi.
1807-ci ilin mart ayında admiral Sepyagin Limni dəniz döyüşündə Osmanlı donanmasını ağır məğlubiyyətə uğratmış, nəticədə rus donanması Egey dənizində hərəkət sərbəstliyi əldə etmişdir. Lakin Tilzit sazişindən sonra rus donanması bu əraziləri tərk etmişdir (16, s. 70).
Qeyd edək ki, rus-fransız danışıqları zamanı Napoleon rus çarından Osmanlı dövləti ilə davam edən müharibənin dayandırılmasını istəmişdir. Bu səbəbdən rus donanması ələ keçirdiyi əraziləri tərk etmişdir (15, s. 468).
Bu dövrdə Osmanlı dövləti ilə Rusiya arasında Qafqaz cəbhəsində və Şərqi Anadoluda da ciddi hərbi-siyasi qarşıdurmalar davam etmişdir.
Rus-Osmanlı savaşının başlaması ilə Qafqaz cəbhəsində hücuma keçən rus ordusu 1807-ci ildə Poti və Anakara arasındakı Şamxal boğazını işğal etdilər və Ahalkələk tərəfdən Osmanlı torpaqlarına soxuldular. Az sonra Anakara da ruslar tərəfindən işğal olundu. Rus ordusunun bu yürüşlərinin qarşısını almaq üçün Osmanlı hökuməti Sinop, Trabzon, və Potini qorumaq üçün bu ərazilərdə hərbi mövqelərini gücləndirməyə başladı (13, s. 49).
Tiflisdəki rus ordusunun Ahıska-Çıldır-Qars istiqamətində hücum xəbəri alındıqdan sonra keçmiş sədrəzəm Yusif Ziya paşa Osmanlı ordusunun Şərq bölgələri üzrə komandanı təyin olundu. Bu bölgədə Osmanlı dövlətinin ciddi nizami ordusu yox idi. Həmçinin bölgədəki osmanlı komandanları arasında baş verən ixtilaflar ruslara qarşı müqaviməti ciddi şəkildə zəiflədirdi. Trabzon valisi və Qara dənizin Anadolu sahillərinin komandanı Şərif Mustafa paşa ilə Çıldır valisi Səlim paşa arasında baş verən qarşıdurmalar, bir-birlərinə kömək etməmələri nəticədə Poti qalasının ruslar tərəfindən işğalına səbəb oldu (1, s. 146-147.).
Poti qalasının işğalı Trabzon, Batum və Suxumi sahillərinin donanma tərəfindən müdafiə olunması zərurətini yaratdı. Osmanlı hərbi birlikləri ruslar tərəfindən işğal olunmuş Redut qalasını geri qaytarmaq üçün 1807-ci il fevralın 20-də hücum təçkil etsələr də bu cəhd nəticəsiz qaldı (2, s . 538 ).
Osmanlı ordusunun 1807-ci ilin may ayında Ahalkələk qalasına rus-gürcü birliklərinin hücumunun qarşısını alması bu ərazilərdə hərbi əməliyyatları nisbətən səngitdi.
Qacar dövləti ilə müharibənin (1804-1813-cü illər) davam etməsinə baxmayaraq, bəzi rus generalları Balkanlarda başlamış rus-türk döyüşlərini ermənilərin təhriki ilə Anadoluya da keçirməyə, bununla da Qafqazda ikinci cəbhə xəttinin açılmasına cəhd etmiş və buna nail olmuşdular. Böyük bir hərbi birləşməyə başçılıq edən general P.Nesvetayev Gürcüstan və Dağıstanda baş komandan təyin edilmiş qraf İ.Qudoviçə 1807-ci ilin başlarında yazdığı raportunda Qars ermənilərinin rus qoşunlarının yolunu səbirsizliklə gözlədiklərini vurğulayıb, onu Osmanlı torpaqlarına daxil olmağın zəruriliyinə inandırmağa çalışırdı. Qudoviçin razılığını aldıqdan sonra isə öncə öz nümayəndələrini Qars paşası Məhəmməd Paşanın hüzuruna göndərib, ona könüllü surətdə Rusiyanın himayəsi altına keçməyi təklif edir. İstədiyi cavabı ala bilməyən Nesvetayev 23 fevral 1807-ci ildə Məmməd Paşaya və onun qardaşı, Qars qarapapaqlarının başçısı Qara Mahmud bəyin hərəsinə ayrı-ayrılıqda məktub göndərib onları rus qoşunlarının sərhədi keçəcəyi təqdirdə müqavimət göstərməməyə razı salmağa səy göstərdi (2, s. 598-599).
Bu təklifləri rədd edən Məhəmməd Paşa rusların gözlənilən hücumundan müdafiə olunmaq üçün İrəvan hökmdarı Hüseynqulu xandan kömək istədi. Qara bəy isə qardaşı Təkəl ağa ilə birlikdə 400 piyada və 300 süvarinin müşayiətində Şörəyelin sərhədə yaxın kəndlərinə gəldi və bu kəndlərin əhalisini təhlükəsizlik məqsədilə Qarsın iç bölgələrinə köçürdü (18, s. 38).
Nesvetayev 5 mart 1807-ci ildə Məhəmməd paşa və Qara Mahmud bəyə daha bir məktub göndərib, bəlli təklifini onlara bu dəfə artıq hədə-qorxu gələrək qəbul etdirmək istədi. Cavab məktubunda Qara bəy savaşa hazır olduğunu bildirdi. Rus qoşunları sərhədə düzüldü. Şərqi Anadolu istiqamətində hərəkət edəcək Saratov muşketyor alayı, Qafqaz qrenadyor alayının batalyonları (qraf Simoniçin rəhbərliyində), Troitsk muşketyor alayı, Qafqaz artilleriya briqadası və 2 kazak alayına ümumi komandanlıq general Nesvetayevə həvalə olundu (18, s. 38).
Rus qoşunları 1807-ci il martın 16-da Şərqi Anadolu istiqamətində Osmanlı sərhədini keçirlər. Qarapapaq Qara bəy həmin gün 1000 nəfər piyada ilə Baş Şörəyel kəndinin qalasında və kənd ətrafındakı istehkamlarda mövqe tutdu. Rus qoşunları Baş Şörəyeli mühasirəyə aldı. Kəndi döyüşsüz təhvil vermək təklifinə qəti rədd cavabı aldıqdan sonra ruslar dörd bir tərəfdən hücum edərək onu zəbt etdilər. Qara bəy öz dəstəsiylə sahibi olduğu Mağazberd kəndinə çəkildi.
Həmin il martın 25-26-da rus ordu birlikləri birbaşa Qarsa doğru istiqamət götürərkən, Qara bəyin min nəfərlik dəstəsi ilə döyüşə girdi. Bu döyüşlərdə rus əsgərlərindən 32-si öldürülür, 27-si isə yaralanır (2, s. 604).
Bu dövrdə umumilikdə Şərqi Anadoluda Osmanlı ordusunun 20000 nəfərlik süvari və piyada hərbi qüvvəsii movcud idi. Nesvetayev Qarsın 10000 silahlı şəhər sakini tərəfindən 60 topla qorunduğunu və qala divarları ikiqat olduğu üçün rusların şəhərə girmək istəyəcəyi təqdirdə çox itki ilə üzləşəcəyini öncədən bilirdi. Buna baxmayaraq, o, Ərzurumdan şəhər sakinlərinə hərbi yardım yetişənə kimi Qarsı tutmaqda israrlı idi. Ruslar Qarsa etdikləri hücumda, əvvəlcədən gözlənildiyi kimi, böyük itkilər verərək elə şəhərin kənar məhəllələrindəncə geri atıldılar (9, s. 145).
1807-ci ilin iyun ayında Qacar şahzadəsi Abbas Mirzə ilə Yusif Ziya paşa arasında əldə olunan razılaşmaya görə, 20 minlik ordu ilə Arpaçay istiqamətində hərəkətə keçdilər. Həmçinin bu yürüşdə İrəvan xanı Hüseyinqulu xanın 10 minlik ordusu da Ərzurum paşasının ordusu ilə birləşməli idi. Qafqazdakı rus qoşunlarının baş komandanı Qudoviç bu plandan xəbərdar olaraq Arpaçay yaxınlığına hərbi birliklər yerləşdirdi və osmanlı, qacar və İrəvan hərbi birliklərinin birləşməsinə imkan vermədi (17, s. 90).
Abbas Mirzənin qoşunu vaxtında köməyə gələ bilmədiyi üçün osmanlı qoşunu rus həmlələri qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Rus birlikləri ilə təkbaşına qalan Osmanlı ordusu say üstünlüyünə baxmayaraq (rus birlikləri 6 min, osmanlı ordusu 20 min nəfər idi) 1807-ci il iyunun 18-də Arpaçay sahilində, Gümrü qalası yaxınlığındakı baş verən döyüşdə məğlub oldu (11, s. 94-95).
Rusiya ilə müharibənin davam etdiyi bir vaxtda Osmanlı sarayında taxt davasının başlanması dövləti olduqca çətin vəziyyətə saldı. 1807-ci ilin may ayında yeniçərilərin üsyan qaldırması nəticəsində sultan III Səlim taxtdan endirildi. Hakimiyyətə gələn II Mustafa III Səlimin Avropa üsulunda modern ordu quruculuğunun qarşısını alaraq Nizami – cədid ordu təşkilatını ləğv etdi. Lakin 1808-ci ilin iyul ayında II Mustafa da taxtdan uzaqlaşdırıldı və taxta II Mahmud çıxdı (1808-1839) (8, s. 61).
Qafqaz cəbhəsində hərbi əməliyyatlar 1809-cu ilin yazında yenidən qızışmışdır. Qafqaz döyüşlərində ruslar xüsusilə Poti qalasının (Faş) ələ keçirilməsi üçün ciddi cəhdlər etmişdilər. Strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bu qalanın ələ keçirilməsi rusların Qafqazdakı hakimiyyəti üçün böyük əhəmiyyət kəsb edirdi. Tərəflər arasında uzunmüddətli şiddətli döyüşlərdən sonra rus ordusu 1809-cu ilin noyabrın 27-də qalanı aldılar (5, s. 96).
Poti qalasının geri qaytarılması ilə bağlı Osmanlı hakimiyyəti müəyyən tədbirlər görsə də bu, bir nəticə verməmişdir. Bu dövrdə Poti qalası ilə yanaşı Ahalkələk və Ahısqa qalalarında da şiddətli döyüşlər baş vermişdir.
Əməliyyatlar zamanı ruslar Akçaqala və Polatxana (Akçaabad) ərazilərinə də hərbi qüvvələr yeritmişlər.
Bu dövrdə Osmanlı və İranda fəallaşan İngiltərə onların Qafqaz bölgəsində Rusiyaya qarşı birgə mübarizə aparmalarına çalışırdı. 1810-cu ildə İngiltərənin təhriki ilə bağlanan Osmanlı-Qacar ittifaq müqaviləsinə görə, Qacar və Osmanlı orduları Qafqazda İngilislərin hazırladığı plan əsasnda birgə hərəkət etməli idilər (6, s. 185).
Qacar və Osmanlı ordularının Rusiyaya qarşı birgə döyüşləri 1810-cu ilin 5-8 noyabrında Ahalkələk qalasında baş verdi. Lakin bu döyüşdə Şərif paşanın rəhbərliyində olan türk birliklərinin köməyinə baxmayaraq Qacarlar tərəfindən döyüşən Hüseynqulu xan məğlub oldu (6, s. 185).
1810-cu il noyabrın 16-19-da Ahalsıx qalası ətrafındakı yüksəklikləri tutan rus qüvvələri Qacar-Osmanlı ordularının təzyiqi nəticəsində geri çəkilmək məcburiyyətində qaldılar (11, 129).
Qacar və Osmanlıların Cənubi Qafqazda ittifaq qurması və əməliyyatlara hazırlaşması xəbəri alan general Tormasovun müraciəti əsasında rus hakimiyyəti 1811-ci ilin əvvəllərində Cənubi Qafqaza 4 alay əsgər göndərdi (7, s. 416).
Birgə fəaliyyətlə bağlı bəzi məsələləri müzakirə etmək üçün 1811-ci ilin avqust ayında Abbas Mirzə Osmanlı dövlətinin Şərq komandanı Emin paşa ilə görüşmək üçün Arpaçay sahillərinə doğru hərəkət etdi. Emin paşa İrəvan xanı Hüseynqulu xanla görüşdə sui-qəsd nəticəsində öldürüldü (13, s. 56).
Emin paşanın öldürülməsi nəticəsində Cənubi Qafqazda Rusiyaya qarşı hazırlanan Qacar-Osmanlı və Azərbaycan, Dağıstan hakimlərinin ortaq hərbi əməliyyat planı baş tutmadı. Belə bir vəziyyətdə Osmanlı və Qacar sərhəd hakimləri arasında müəyyən anlaşılmazlıqlar yaşandı. Həmçinin 1811-ci ilin yazında rus hərbi birliklərinin Balkan cəbhəsində Osmanlı ordularına qarşı uğurlu hərbi əməliyyatlar keçirməsi Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyətə mənfi təsirini göstərdi. Bu səbəblərdən 1811-ci ilin yazında Cənubi Qafqazda Rusiyaya qarşı nəzərdə tutulmuş hərbi əməliyyat planı uğursuzluğa düçar oldu (11, s. 132 ).
Belə bir hərbi-siyasi şəraitdə istər Balkanlarda, istərsə də Cənubi Qafqazda bütün cəbhə boyu üstünlük Rusiyanın tərəfinə keçdi. Çətin vəziyyətdə qalan və böyük dövlətlərin siyasi mövqesizliyi səbəbindən Osmanlı hakimiyyəti sülh danışıqlarına başlamaq məcburiyyətində qaldı.
Bu vəziyyətdə 1811-ci il oktyabrın 28-də Osmanlının qərb cəbhəsində ruslarla atəşkəs elan edilmiş, 28 noyabrda isə rus generalı Kutuzov ilə Qalib bəy arasında ilk razılaşma əldə olunmuşdur. Fransa ilə gərgin münasibətlər vəziyyətində olan Rusiya hakimiyyəti çar Aleksandrın direktivi ilə Osmanlı dövlətinə “müdafiə və hücum” (“tedafüi ve tecavüzi”) ittifaqı təklif etmiş və razılaşma əldə etmək üçün bütün mümkün təzyiqlərdən istifadə etmişdir. Bu vəziyyətdə Fransa hakimiyyəti də Osmanlı dövləti ilə ittifaq təşəbbüsünə cəhd etmiş,osmanlı hakimiyyətinin 100 min nəfərlik ordu göndərəcəyi təqdirdə Krımın Osmanlı dövlətinə geri qaytarılması vədini vermişdir. Beynəlxalq şəraiti və dövlətin daxili siyasi və hərbi vəziyyətini dəyərləndirən Osmanlı dövləti 1812-ci ilin may ayının 16-da Buxarestdə Rusiya ilə sülh sazişi imzalamışdır (5, s.101).
Buxarest müqaviləsi 16 maddədən ibarət idi. Birinci maddədə tərəflər arasında sülhün bərqərar olunması, traktatda təsbit olunan şərtlərin pozulmayacağına çalışacaqları göstərilirdi. İkinci maddədə öz hökmdarları və dövlətlərinin əleyhinə müharibədə iştirak edənlərə əfv verilir, onların təqib edilməyəcəyi bildirilirdi. Üçüncü maddə müəyyən vaxtlarda dəyişiklik edilmiş maddələr istina olmaqla, hər iki dövlət arasında indiyədək bağlanılmış bütün traktat, konvensiya və qərarları bir daha təsdiq edirdi. Dördüncü maddə ilə sərhədlər təsbit olunurdu. Prut çayının sol sahilindəki torpaqlar Rusiyaya keçir, Prutun ortası hər iki dövlət arasında sərhəd olurdu. Beşinci maddə ilə Rusiya Prut çayının sağ sahilində yerləşən Moldava torpaqlarını, həmçinin böyük və kiçik Valaxiyanı, bu müqavilənin IV maddəsində göstərilən Dunay çayı adaları ilə birlikdə Osmanlı dövlətinə qaytarırdı. Moldaviya və Valaxiyanın bu müharibəyədək mövcud olan imtiyazları təsdiq olunurdu. Yassı müqaviləsinin dördüncü maddəsi dəqiq şəkildə həyata keçirilməli idi. Altıncı maddəyə görə Prut çayı sərhədlərindən başqa, Asiya və digər yerlər tərəfdən sərhədlər müharibəyədək olan vəziyyətdə bərpa edilir və tutulmuş torpaqlar Rusiya tərəfdən Osmanlı dövlətinə qaytarılırdı. Yeddinci maddə əhalinin bir dövlətdən digərinə keçməsi haqqında idi. Səkkizinci maddə Rusiya tərəfdən müharibədə iştirak etmiş serblərdən bəhs edirdi. Doqquzuncu maddə əsirlərin dəyişdirilməsi barədə idi. Onuncu maddə hər iki dövlətin təbəələrinin müharibə üzündən təxirə salınmış iş və tələblərinin sülh bağlanmasından sonra baxılmasını tənzimləməli idi. On birinci maddə ratifikasiyaların mübadiləsindən sonra Rusiya qoşunlarının işğal olunmuş Osmanlı torpaqlarından çıxarılması haqqında idi. On ikinci maddə ilə tərəflərin təbəələri və tacirlərinə vurulan zərərlərin ödənilməsi tənzimlənməli idi. On üçüncü maddədə göstərilirdi ki, Rusiya bu sülh müqaviləsinin bağlanması ilə İranla eyni etiqaddan olan Osmanlı dövlətinin Rusiya ilə İran arasında müharibənin başa çatmasına xeyirxah xidmət etməsinə və onlar arasında qarşılıqlı razılıq əsasında sülhün bərqərar olunmasına razılaşır. On dördüncü maddə bu müqavilə üzrə ratifikasiyalar mübadiləsindən sonra tərəflər arasındakı düşmənçilik hərəkətlərinin dayandırılması və münasibətlərin qaydaya salınması haqqında idi. On beş və on altıncı maddələr müqavilənin təsdiqi və ratifikasiyası barədə idi (12, s. 413-428).
Qeyd edək ki, Rusiya Buxarest müqaviləsi ilə Balkanların xristian əhalisi kimi, Osmanlı imperiyasındakı ermənilərin də mənafeyinin müdafiəçisi kimi çıxış etmişdir.
Ümumiyyətlə, Buxarest müqaviləsi Osmanlı dövlətinin hərbi-siyasi mövqelərinin nəzərəçarpacaq dərəcədə zəiflədiyinin ifadəsi idi. Bu müqavilə ilə Osmanlı dövlətinin Cənubi Qafqazda siyasi nüfuzu daha da zəifləmiş, Rusiyanın bölgə üçün strateji planlarına geniş imkanlar yaranmışdır.
Ədəbiyyat Siyahısı
1. Ahmet Cevdet Paşa. Tarih-i Cevdet. İstanbul, C. IX. 1976.
2. Акты, собранные Кавказской археографической комиссией, под ред. А.А.Берже (AKAK), т. III, Тифлис, 1869.
3. Akçura Y. Osmanlı Devletinin Dağılma Devri, Ankara, 2010.
4. Armaoğlu F. 19. Yüzyıl Siyasi Tarihi (1789-1914), Ankara, 1999.
5. Aydın M. Üç Büyük Gücün Çatışma Alanı Kafkaslar. İstanbul, 2008.
6. Davudov G. XIX esrin əvvəllərində İran-Osmanlı münasibətləri və Avropa dövlətləri // “Şərgşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının Materialları, Bakı, 2009.
7. Dubrovin N.F. İstoriya Voynı i Vladıçestva Russkix na Kavkaze . T. 5. SPb., 1887.
8. Karal E. Osmanlı Tarihi, Nizam-ı Cedid ve Tanzimat Devirleri (1789-1856), C. V, Ankara, 1988.
9. Fadeev A.F. Rossiya i Kafkaz. Moskva, 1960.
10. Jorga N. Osmanlı İmparatorluğu Tarihi, C: V, Çev. Nilüfer Epçeli, İstanbul, 2005.
11. İbraqimbeyli H.M. Rossiya i Azerbaydjan v Pervoy Treti XIX veka . Moskva, 1969.
12. Mahmudov Y. Şükürov K. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları 1639-1828. Dörd cilddə Birinci cild, Bakı, 2009.
13. Teymurova G. 1806-1812 osmanlı-rusya savaşı ve Azerbaycan. Osmanlı Medeniyeti Araştırmaları Dergisi – Journal of Ottoman Civilization Studies Cilt 2, Sayı 2, Ocak 2016. S.45-59.
14. Tukin C. Osmanlı İmperatorluğu Devrinde Boğazlar Meselesi. İstanbul, 1947.
15. Yılmaz Ö. 1806-1812 Osmanlı-rus savaşı’nda rusların Trabzon ve Akçaabat saldırılarına dair bazı yeni bilgiler. Karadeniz İncelemeleri Dergisi, Bahar 2019 (26), 461-490.
16. Yeşil F. Trajik Zafer. Büyük Güçlerin Doğu Akdeniz’de Siyasi ve Askeri Mücadelesi (1806-1807), İstanbul, 2017.
17. Sadıqov H. Rusiya-Türkiyə münasibələrində Cənubi Qafqas problemi (1787-1829 –cu illər). Bakı, Elm, 1991.
18. Valehoğlu F. 1806-1812-cı illər Türk-Rus müharibəsi və Qarapapaqlar. /Tarix və onun problemləri, № 3, Bakı, 2013, s.38 – 43.
Açar sözlər: Rusiya, Osmanlı imperiyası, Şərqi Anadolu, Cənubi Qafqaz, Buxarest
Гумбатов Е. Н.
Докторант Гянджинского Государственного Университета
Резюме́
Из Истории Османо-Русского Военного Противостояния из-за Южного Кавказа и Восточной Анатолии в начале XIX в.
(на основе материалов Турецкой историографии)
В данной статье автором предпринята серьезная попытка осветить причины, ход и последствия Османо-Российского военного противостояния в начале XIX в. за госпродство в вышеназванных регионах. Автор, опираясь на сведения как Турецкой историографии так и различных достоверных русскоязычных источников а также данных Азербайджанской историографии убедительно и последовательно рассматривает причины, ход и последствия Русско-Османской войны 1806-1812 годов. Здесь также в кратце излагается основная суть Бухарестского мирного договора, кратко, но достаточно чётко основные итоги этой войны как для России так и для Османской Империи.
Ключевые слова: Россия, Османская Империя, Восточная Анатолия, Южный Кавказ, Бухарест.
Humbatov E.N.
PhD Student, Ganja State University
Summary
Regarding the History of Ottoman-Russian Confrontation for South Caucasus and Eastern Anatolia in the beginning of XIX century
(Based on references of Turkish historiography)
In present article, the author has made a serious attempt to enlighten the reasons, the process and the consequences of Ottoman-Russian military confrontation in the beginning of XIX century, for the sake of obtaining power in the regions enlisted above. The author deducts on the reasons, the process and the consequences of Russian-Ottoman war of 1806-1812 in a very precise and sequential manner, whilst referring to Turkish historiography, Russian language published sources, as well as Azerbaijani historiography. Article also includes a brief explanation of the main aspects of Bucharest peace agreement and a brief, however very concise enlightenment regarding the major outcomes of this was for Ottoman Empire as well as for Russia.
Keywords: Russia, Ottoman Empire, Eastern Anatolia, South Caucasus, Bucharest.
Comments are closed, but trackbacks and pingbacks are open.