Lavə Sillabus forması
ümumiləşmiş “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyini hazırlayaraq nəşr
Tarix və onun problemləri, №4 2014 17 ƏSMƏd muxtarova
“Türk və Qafqaz xalqları tarixi” (2012-ci ildən “Türk xalqları tarixi”) kafedrası yaradıldı.
Hazırda həmin kafedranın müdiri türk xalqlarının qədim dövr – orta əsrlər tarixi və dövlətçilik
tarixi problemləri üzrə araşdırmaçı, tarix elmləri doktoru, professor Əsməd Muxtarovadır.
Kafedranın 8 nəfərlik professor-müəllim heyəti tərəfindən türk xalqları tarixi dövrlər və
müxtəlif problemlər üzrə tədris edilir (4).
“Türk xalqları tarixi” fənni Tarix fakültəsində – “tarix”, “tarix müəllimi”,
“Qafqazşünaslıq”, “Amerikaşünaslıq” ixtisaslarında; Beynəlxalq Münasibətlər və İqtisadiyyat
fakültəsində “Beynəlxalq münasibətlər” ixtisasında; Kitabxanaçılıq və İnformatika
fakültəsində “Kitabxanaşünaslıq” ixtisasında tədris olunur.
Fənn çərçivəsində hazırda müstəqil olan türk dövlətləri (müstəqil fənn kimi tədris
olunan “Azərbaycan tarixi” istisna olmaqla) ilə bərabər, digər dövlətlərin türk subyektləri,
həmçinin dövlət qurumu olmayan türk xalqlarının tarixi, başqa sözlə desək, bütünlükdə türk
dünyasının tarixi tədris edilir. Aşağıdakı məsələlərə xüsusi önəm verilir:
Müasir türk dünyası anlayışı – müstəqil türk dövlətləri (6+1: Türkiyə, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti);
Rusiya Federasiyası (Volqaboyu, Şimali Qafqaz və Sibirdə) və Çin Xalq Respublikasının
(Sintzyan Uyğur Muxtar Vilayəti) türk subyektləri; digər dövlətlərin tərkibində yaşayan
türk xalqları; türk diasporası. Türk dünyasının problemləri (krım tatarları, ahısxa
türkləri, uyğurların problemləri; mövcud münaqişələr, təhlükəsizlik problemləri və s.)
Türk xalqlarının dünya tarixində yeri və rolu – türk xalqlarının dünya tarixinə, elminə,
mədəniyyətinə verdiyi töhfələr; tarixi abidələri; tarixdə və günümüzdə tanınmış, gör-
kəmli insanların, elm xadimlərinin türklər haqda fikirləri, onlara verdikləri dəyər və s.
Tarix və onun problemləri, № 4 2014
Tarix elmində türk xalqlarının anayurdu ilə bağlı nəzəriyyələr; türk xalqlarının tarixini
saxtalaşdırmaq cəhdləri və onların ifşası; türk xalqlarının tarixi üzrə mənbələr;
Türk xalqlarının dövlətçilik tarixi; tarixdə mövcud olmuş türk dövlətləri; onlar arasında
əlaqələr, problemlər; türk dövlətlərinin qonşu dövlətlərlə münasibətləri;
Türk xalqlarının islamaqədərki dini inancları; İslamın türk xalqlarının ictimai-siyasi
həyatında yeri və rolu məsələləri;
Türk xalqlarının çar Rusiyasının və SSRİ-nin tərkibində olduğu dönəm tarixi;
Türk xalqlarının hərb tarixi; dünya müharibələrində iştirakları məsələləri;
Türk xalqlarında ictimai-siyasi fikrin inkişafı, milli mətbuat, milli ideologiyanın
formalaşması; milli hərəkat tarixi;
Türk xalqlarının mədəniyyət tarixi;
Türk xalqlarının postsovet dönəm durumu. Türk dünyasının müasir beynəlxalq
münasibətlər sistemində yeri, ümumdünya proseslərdə iştirakı və s.
Mövcud olduğu 22 il ərzində kafedra əməkdaşları tərəfindən Azərbaycanda türk
xalqları tarixinin tədqiqi, təbliği və tədrisi istiqamətində bir sıra mühüm işlər görülmüş, bu
işlər nəticəsində kafedra sözün həqiqi mənasında Respublikada türk tarixinin tədqiqi və
tədrisinin mühüm mərkəzinə çevrilmişdir. Bunlardan əhəmiyyətinə görə xüsusi seçilən bir
neçəsini qeyd etməyi məqsədəuyğun hesab edirik.
Kafedranın professoru Əsməd Muxtarova 1999-cu ildə postsovet məkanda ilk olaraq
ümumiləşmiş “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyini hazırlayaraq nəşr
etdirmişdir (5). Sonrakı illərdə dərslik düzəliş, əlavə və dəyişikliklərlə təkrar nəşr edilmişdir.
Müəllif dərsliyin nəşrinə görə “Sara Xatun” mükafatına layiq görlmüşdür.
Tarix və onun problemləri, № 4 2014
2003-cü ildə kafedranın digər professoru Nisbət Mehdiyeva “Türk xalqlarının
tarixi.Yeni dövr (XIX – XX əsrin əvvəlləri)” dərsliyini hazırlayaraq nəşr etdirmişdir (6).
Professor N.Mehdiyevanın həmçinin Türkmənistan və Özbəkistanda türkmən, özbək,
rus və ingilis dillərində məqalələri nəşr olunmuşdur:
1.Достлук гатнашыклары. Совет эдебияты. Туркменистан Языжылар Союзынын
органы, 1988, №4, с.173-175 (türkmən dilində)
2.ХХ асрнинг 60-80-йилларида Озарбайджан-узбек маданий алокалари.
MOZİDAN SADO (Эхо истории). Daşkənd, 2010, №2-3, s.74-75 (özbək, rus, ingilis
Prof.N.Mehdiyeva 2011-ci ildə Bakıda “Türk dünyası: dünəni və bu günü”
mövzusunda keçirilən beynəlxalq konfransda “XIX əsrin birinci yarısında qazax xalqının
milli-azadlıq hərəkatı” adlı məruzə ilə iştirak edib:
XIX əsrin birinci yarısında qazax xalqının milli-azadlıq hərəkatı. “Türk dünyası:
dünəni və bu günü”. 23-24 may 2011-ci il. Beynəlxalq elmi konfransın materialları. I c. B.,
VİKTORİ, 2012, s.105-110.
Ümumilikdə, 1992-ci ildən bu günə qədər kafedra əməkdaşları tərəfindən türk xalqları
tarixinin müxtəlif istiqamətləri üzrə 13 proqram (7), 7 metodik vəsait (8), 3 dərs vəsaiti (9), 2
dərslik, 2 monoqrafiya (10) hazırlanaraq nəşr etdirilmişdir. (Diqqətə çatdıraq ki, qeyd
edilənlər kafedra əməkdaşlarının birbaşa türk xalqları tarixinə aid olan işləridir. Bunlardan
əlavə, kafedra əməkdaşları tərəfindən Azərbaycan tarixi ilə bağlı çoxsaylı məqalələr, dərslikvə
monoqrafiyalar hazırlanır – müəl. (11)).
Tədris, elmi-tədqiqat işləri ilə bərabər Türk xalqları tarixi kafedrasında gənc
mütəxəssislərin hazırlanması istiqamətində də mühüm işlər görülür. Magistratura təhsil
pilləsində “Türk dünyası tarixi” və “Regionşünas: Türkiyəşünaslıq” istiqamətləri üzrə magistr
hazırlığı həyata keçirilir; fəlsəfə üzrə elmlər doktoru hazırlanması məqsədilə doktorantura və
dissertantura mərhələlərində iş davam etdirilir. Həmçinin tarix elmləri doktoru elmi dərəcəsi
almaq məqsədilə elmi tədqiqatlar davam etdirilir.
1992-ci ildən bu günə qədər kafedrada yerinə yetirilərək müdafiə edilmiş bir neçə
namizədlik və doktorluq dissertasiyalarının adlarını qeyd etmək istərdik:
1.“Müstəqil Azərbaycan dövlətinin formalaşmasında və möhkəmlənməsində Heydər
Əliyevin rolu” – İ.M.Hüseynova (2004, doktorluq dissertasiyası)
2.“XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı” –
Q.Ə.Əliyev (2003, doktorluq dissertasiyası)
3.“Orta Asiyada müstəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələr
(XX əsrin 90-cı illəri)” – N.A.Məmmədli (2005, namizədlik dissertasiyası)
4.“Skif problemi rus və sovet tarixşünaslığında (tarixi-arxeoloji tədqiqat)” –
A.Q.Hüseynova (2005, namizədlik dissertasiyası)
5.“Azərbaycanın müstəqil türk dövlətləri ilə siyasi münasibətləri (XX əsrin 90-cı
illəri)” – S.F.Ruintən (2007, namizədlik dissertasiyası)
6.“XX əsrin sonu – XXI əsrin əvvəllərində Cənubi Qafqazda separatizm” –
R.Ş.Hüseynov (2009, namizədlik dissertasiyası)
7.“Türkiyə – ABŞ münasidətləri (1991-2007-ci illər)”- G.S.Əliyeva-Məmmədova
(2009, namizədlik dissertasiyası)
8.“Azərbaycan – Türkiyə idman-turizm əlaqələri (1991-2008-ci illər)” – E.C.İsmayılova
(2014, namizədlik dissertasiyası)
Tarix və onun problemləri, № 4 2014
Kafedra əməkdaşları tərəfindən həmçinin tələbələrin elmi-tədqiqat işlərinə cəlb
olunması istiqamətində mühüm işlər görülür. Tələbələr elmi-təqiqat işlərinə cəlb edilir,
məqalələr yazır, məruzələrlə Universitet, Respublika və beynəlxalq səviyyəli konfranslarda
çıxış edirlər. Kafedrada magistrantlarin açıq elmi seminarlari keçirilir. Eyni zamanda kafedra
əməkdaşlarının tələbələrlə birlikdə tarixi yerlərə ekskursiyaları təşkil olunur.
Kafedra əməkdaşları müxtəlif səviyyəli beynəlxalq konfrans, simpozium, seminar,
proqram və layihələrdə iştirak edirlər. Dosent A.R.Göyüşov müxtəlif proqram və layihələrdə
fəal iştirak edir: 2001-2004-cü illərdə Boxum Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən
həyata keçirilən «SSRİ və MDB-də İslam maarifçiliyi tarixi» adlı proqramın Azərbaycan üzrə
tədqiqat qrupunun rəhbəri, 2005-2007-ci illərdə Fransız Anadolu Araşdırmalar Mərkəzinin
Azərbaycan üzrə tədqiqatçısı olmuşdur. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) və
Fransa Xarici İşlər Nazirliyinin Parisdə ingilis dilində nəşr etdirdiyi “Mərkəzi Avrasiya
Xrestomatiyası” adlı tənqidi biblioqrafiya və epistomologiya jurnalının Redaksiya
Komitəsinin üzvüdür. Jurnalın baş redaktoru məşhur fransız alimi Stefan Dudoignondur.
2008-2011-ci illərdə Kaliforniya ştatının Los-Anceles Universitetinin (UCLA) dəvəti ilə ABŞ-
a ezam olunmuşdur və burada “Qonaq Professor” vəzifəsində çalışaraq “Azərbaycan dili,
ədəbiyyatı, tarixi” və həmçinin “Türk xalqlarının müasir dövr tarixi” fənlərindən mühazirələr
Kafedranın digər dosenti S.Ruintən 2012/2013-cü tədris ilində Türkiyənin Uludağ
Universitetində (Bursa) stajkeçmədə olub. Həmin vaxt ərzində Uludağ Universitetinin İqtisadi
və İdari Bilimlər Fakültəsi Beynəlxalq münasibətlər bölümünun “Siyasi tarix” kafedrası ilə
Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrası arasında əməkdaşlığa başlanmışdır.
Uludağ Universitetinin “Siyasi tarix” kafedrasının müdiri dosent Barış Özdal2013/2014-cü
tədris ilində Türk xalqları tarixi kafedrasının dəvəti ilə Bakı Dövlət Universitetində olmuş,
Tarix fakültəsinin bakalavr və magistratura təhsil pilləsinin tələbələri üçün mühazirələr
oxumuşdur. Hazırda kafedralar arasında əməkdaşlıq davam etdirilir.
Əlavə Sillabus forması
31. Cəlil Məmmədquluzadə. Hekayələri. Pyesləri “Anamın kitabi”, “Ölülər”.
32. Nəriman Nərimanov. Əsərləri.
33. Nəcəf bəy Vəzirov. Əsərləri.
34. Əbdürrəhim bəy Haqverdiyev. Əsərləri.
35. Nəriman Nərimanov. Əsərləri.
36. Cəfər Cabbarlı. Əsərləri.
37. Hüseyn Cavid. Əsərləri.
38. Səməd Vurğun. Əsərləri.
39. Mikayıl Müşfiq. Əsərləri.
40. Məhəmmədhüseyn Şəhriyar. Əsərləri.
41. Məmməd Səid Ordubadi. Əsərləri.
42. Rəsul Rza. Əsərləri.
43. Bəxtiyar Vahabzadə. Əsərləri.
44. Məmməd Araz. Əsərləri.
45. Ramiz Rövşən. Əsərləri.
46. Süleyman Rəhimov. Əsərləri.
47. İsa Hüseynov. Əsərləri.
48. Anar. Əsərləri.
49. Elçin. Əsərləri.
50. Mövlud Süleymanlı. Əsərləri.
- Azərbaycan ədəbiyyatının keçdiyi tarixi inkişaf mərhələlərini bilməli.
- Azərbaycan ədəbi mühitinin əsas cəhətlərini öyrənməlidirlər.
- Azərbaycan ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının əsas tərəflərini bilməli, görkəmli şair və yazıçıların əsərlərindən bəzi nümunələrlə tanış olmalıdırlar.
- Təqdimat, esse, interaktiv müzakirə, müqayisə bacarığı.
İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir.
Semestr ərzində iki imtahan olacaq.
Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər.
Tarixi və yayılma ərazisi.
Azərbaycan folkloru. Arxaik folklor janrları. Azərbaycan mifologiyası haqqında məlumat.
Qədim türk eposu. Tanrı ideyası. “Yaradılış”, “Alp Ər Tonqa”, “Oğuz Kağan”, “Göy türk”, “Ərgənəkon”, Şu dastanı, “Köç” dastanları.
N.Cəfərov. Türk xalqları ədəbiyyatı. Bakı, 2004
Xaqanı. Məhsəti. Nizami və dövrü. Yaradıcılıqları. “Xəmsə”, “Xosrov və Şirin” poeması.
“Kitabi-Dədə Qorqud” – bir boyun məzmunu. “Koroğlu” dastanından bir qol. Bayatı, tapmaca, nağıl nümunələrinin soruşulması
Anadilli Azərbaycan poeziyası. Nəsimi. Xətai. Qəzəlləri.
Azərbaycan Ədəbiyyatı Tarixi. III cild. B., 1960
Azərbaycan Ədəbiyyatı Tarixi. IV cild. B., 2011
XX əsrin əvvəlləri Azərbaycanda, ədəbiyyat, mətbuat, maarif və teatr.
N.Vəzirov. Ə.Haqverdiyev. N.Nərimanov. H.Cavid. C.Cabbarlı. Əsərləri
Ədəbiyyatı Tarixi. B. 1981
Azərbaycan Ədəbiyyatı, Elm, 2002
M.S.Ordubadi. M.İbrahimov. S.Rəhimov. İ.Şıxlı. İ.Hüseynov (Muğanna). Ə.Əylişli, Anar, Elçin, M.Süleymanlı
XX əsrin I yarısı. Azərbaycan poeziyası.
H.Cavid. Ə.Cavad. S.Vurğun. S.Rüstəm. M.Müşfiq
Ədəbiyyatı. B. 1989
R.Rza, B.Vahabzadə, N.Xəzri, M.Araz, R.Rövşən, H.İsaxanlı
Aktivlik və davamiyyətə görə balların yazılması
- Azərbaycan ədəbiyyatı tarixi: 3 hissədə I c. (Ən qədim zamanlardan XIX əsrə qədər/ -B: Azərb. E.A. nəşr-tı .1960)
- Azərbaycan ədəbiyyatı tarixi. 3 hissədə II c. (XIX əsrin əvvəllərindən 1917-ci ilə qədər) – B: Azərb. EA nəşr-tı, 1960
- Azərbaycan ədəbiyyatı tarixi: 3 hissədə. III c. (XX əsr) – B: Azərb. EA. nəşr-tı, 1960.
- Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə. I c. Bakı, “Elm” nəşr-tı, 2004.
- Azərbaycan Ədəbiyyatı tarixi: 6 cilddə II c. Bakı, “Elm” nəşr-tı , 2007.
- Azərbaycan Ədəbiyyatı tarixi. 6 cilddə III c. Bakı, “Elm” nəşrt-tı, 2009.
- Azərbaycan Ədəbiyyatı tarixi 6 cilddə IV c. Bakı, “Elm” 2011.
- Səfərli Ə. Yusifli X. Qədim və orta əsrlər Azərbaycan Ədəbiyyatı – Bakı “Ozan”, 1998
- Qasımzadə F. XIX əsr Azərbaycan Ədəbiyyatı tarixi – Bakı “Maarif”, 1981
- XX əsr Azərbaycan Ədəbiyyatı Bakı. 1989
- Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyaatı. Bakı, “Maarif”, 1992
- Həkimov M. Azərbaycan aşıq ədəbiyyatı. Bakı, “Maarif”, 1983.
- Cəlal M., Xəlilov P. Ədəbiyyatşünaslıq. B., 1972
- Qarayev Y. XIX-XX yüzillər. Azərbaycan Ədəbiyyatı. Bakı, Elm, 2002
- Cəfərov N. Türk xalqları ədəbiyyatı. 5 cild. Bakı, 2006.
- Sultanlı V. Mühacirət ədəbiyyatı. Bakı, “Şirvannəşr” , 1998.
Əlavə dərslik və ədəbiyyat:
17. Azərbaycan şifahi xalq ədəbiyyatı
18. “Kitabi-Dədə Qorqud”
20. Xaqani. Əsərləri.
21. Nizami Gəncəvi. Lirika.
22. Nizami Gəncəvi. “Xəmsə”, “İskəndərnamə”.
23. Məhəmməd Füzuli. “Leyli və Məcnun”.
24. İmadəddin Nəsimi. Əsərləri.
25. Şah İsmayıl Xətai. Əsərləri.
26. Molla Vəlli Vidadi. Əsərləri.
27. Molla Pənah Vaqif. Əsərləri.
28. Qasım bəy Zakir. Əsərləri.
29. Seyid Əzim Şirvani. Əsərləri.
30. Mirzə Fətəli Axundov. Əsərləri.
31. Cəlil Məmmədquluzadə. Hekayələri. Pyesləri “Anamın kitabi”, “Ölülər”.
32. Nəriman Nərimanov. Əsərləri.
33. Nəcəf bəy Vəzirov. Əsərləri.
34. Əbdürrəhim bəy Haqverdiyev. Əsərləri.
35. Nəriman Nərimanov. Əsərləri.
36. Cəfər Cabbarlı. Əsərləri.
37. Hüseyn Cavid. Əsərləri.
38. Səməd Vurğun. Əsərləri.
39. Mikayıl Müşfiq. Əsərləri.
40. Məhəmmədhüseyn Şəhriyar. Əsərləri.
41. Məmməd Səid Ordubadi. Əsərləri.
42. Rəsul Rza. Əsərləri.
43. Bəxtiyar Vahabzadə. Əsərləri.
44. Məmməd Araz. Əsərləri.
45. Ramiz Rövşən. Əsərləri.
46. Süleyman Rəhimov. Əsərləri.
47. İsa Hüseynov. Əsərləri.
48. Anar. Əsərləri.
49. Elçin. Əsərləri.
50. Mövlud Süleymanlı. Əsərləri.
Türk xalqları tarixi sillabus
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Türk xalqları tarixi: XVII-XIX əsrlər
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.