Türk xalqları
Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini fəth etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar. Bunlardan başqa aşağıdakı xalqları da əlavə edərsək vəziyyətin nə cür olduğu açıq şəkildə görünür.
Turk Xalqlari – Wikipedia
Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Türk xalqları [1] — Etnolinqvistik qrup; [2] Avrasiya ərazisində yaşayan xalq. Dünyada türk xalqlarının sayı 150 milyondan çoxdur. [3] “Türk” sözünə ilk dəfə VII əsrin “Orxon-Yenisey” abidələrində rast gəlinir.
XXI əsrin əvvəllərində türk xalqlarının yaşadıqları ərazilər
Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (Azərbaycan türkləri) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Müstəqil türk dövlətlərindən başqa, Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində Sintzyan-Uyğur Muxtar Rayonu, Moldovanın tərkibində Qaqauziya Muxtar Respublikası vardır.
Mündəricat
- 1 Yeraltı sərvətlər
- 2 Türk mədəniyyəti
- 3 Türk dilləri
- 4 Türklərdə din anlayışı
- 5 Assimilyasiya
- 6 Əhali
- 6.1 Müstəqil dövlət qurumuna malik olanlar
- 6.2 Dövlət qurumuna malik olmayanlar
- 6.3 Əhali sıxlığı
- 6.4 Cins və yaş tərkibi
- 8.1 Sənaye
Yeraltı sərvətlər
Geoloji baxımdan türk xalqları Alp qırışıqlığı zonasında (Türkiyə, Azərbaycan, Cənubi Azərbaycan, Türkmənistanın bir hissəsi, Şimali Qafqaz, türk qurumları), Mərkəzi Asiya və Cənubi Sibirin fəal seysmik zonasında (Özbəkistan, Qırğızıstan, Qazaxıstanın bir hissəsi, Xakasiya, Altay, Tıva), Şərqi Asiya mezozoy qırışıqlığı zonasında (Saxa-Yakutiya), Şərqi Avropa (Tatarıstan, Başqırdıstan, Çuvaşıstan), Turan (Özbəkistan, Qazaxıstan, Türkmənistan), Sibir və Çin platformalarında yerləşir.
Neft-qaz yataqlarına görə Azərbaycan, Özbəkistan (Fərqanə-qaz, Qazlı və Mübarəkqaz), Qazaxıstan (Tengiz və Turqay-neft), Türkmənistan, Tatarıstan (Elxon) və Başqırdıstan seçilir. Türk dünyasının əsas daş kömür yataqları Türkiyədə (Zonquldak-Ereğli), Özbəkistanda (boz kömür-Anqren və Sarqun), Qazaxıstanda (Qaraqanda, Ekibastuz), Tıvada (Ulufim), Sincan-Uyğurda (Bay kömür) və Saxadadır (Lena). Dəmir filizi Türkiyədə, Qazaxıstanda (Kustunay), Saxada, Altayda, Azərbaycanda (Daşkəsən) və Xakasiyadadır.
Mis filizi Qazaxıstanda (Balxaş, Cezqazan), sink Qazaxıstan (Ust Kamenqorsk), Özbəkistanda, Azərbaycanda, xrom yataqları isə Türkiyədədir. Polimetal filizləri Qazaxıstanda, Azərbaycanda, Özbəkistanda, Türkiyədə, Altayda, qızıl yataqları Özbəkistanda (Muruntau), Qazaxıstanda, Azərbaycanda, Altayda və Saxadadır. Almaz Saxada çıxarılır.
Türk mədəniyyəti
Dil ümumiliyi, el sənətləri, tarixi–coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Kitabi Dədə Qorqud”, “Koroğlu dastanı”, “Alpamış”, “Manas”), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə — Şimali-Şərqi Asiya,Ural dağları və Qərb tərəfə köç etmişlər.
Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə “Tyuku” (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.
Türk dilləri
Əsas məqalə: Türk dilləri
Türk xalqları türk dillərində danışırlar. Çağdaş türk dillərinin isveçli türkoloq Lars Johansonun təqdim etdiyi sxemə əsasən təsnifatı: [4] [5] [6] [7]
- Ana türk dili
- Ortaq Türk qolu (Şaz)
- Oğuz – Azərbaycan dili, Anadolu-türk dili, Xorasan-türk dili, qaşqay, əfşar, sonqur, çaharmahal, aynallu, qaqauz, türkmən, salar dili
- Qarluq – özbək, uyğur, ayni (əynu), ili-türk dili
- Qıpçaq – qazax, qaraqalpaq, qumuq, qırğız, başqırd, tatar, Krım-tatar, Sibir-tatar, baraba-tatar, noğay, kəraim, qırımçaq, qaraçay-balkar, urum dili
- Sibir – şimali Altay, cənubi Altay, tıva, xakas, şor, saxa, dolğan, çulım, tofa, sarı yuğur, fuyuy-qırğız dili.
- Arğu – xələc dili
- çuvaş dili
Türklərdə din anlayışı
Türk xalqlarının inanclarında tanrı əsas yer tutur. VII əsrdən etibarən Türk xalqları İslam dinini qəbul etməyə başladılar. Hal-hazırda onlar arasında İslama etiqad edənlər təxminən 80%-ə yaxındır. Müasir dövrdə müsəlman olmayan türk xalqları şamanist və ya ortodoks xristian olan saxalar, ortodoks xristian çuvaş və qaqauzlar, İudaizmə inanan kəraim və qırımçaqlardır.
Assimilyasiya
Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini fəth etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar. Bunlardan başqa aşağıdakı xalqları da əlavə edərsək vəziyyətin nə cür olduğu açıq şəkildə görünür.
Rusiya Federasiyasında, Sibirdə yaşayan və ruslaşmış türklər:
- Ob (qədim adı Ümer) tatarları (tağabitlər, kalmaklar, şağarlar, oroslar, çaldonlar, kulundinlər, kumuçlar, tuğullar, itiberlər və s)
- Tur tatarları (kurlaklar, qumruqlar və s.)
- Verxoyon tatarları (çuvanlar, anadurlar və s.)
Rusiyanın Şərqi Avropa düzənliyində ruslaşmış Türk xalqları (sayanlar, çukanlar, kara muşlar, və s.) Başqa ruslaşdırılmış Türk xalqlarının siyahısı. Yonqalar Talaqay Yaqun Mamon Qaqar Puşkar Burlat Samarlar Samaklar Kurak Şuval Kaçkar Kuluqur Kerjaklar Saray Qamay Çukan Tağabit Şakun Kalmak Çaldon Oros Şağar Kamas Kulundin Kanqalas İtiber Temen Yonqa Talaqay Yaqun Qaqar Mamon Puşkar Burlat Samar Kuluqur Samak Kurak Kaçkar Şuval Taldon Temerçin İndigirşik Çukurdak Kerjak Dolğanday Kolımçan Kaçap Tıver Tumak
Türklərin ümumi sayı müstəqil türk dövlətlərində 170 milyondan çoxdur. 50 milyon nəfərə yaxını isə Rusiya və Çin ərazisində yaşayır.80 milyondan çox türk isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır. Türk dünyasında təbii artımın orta göstəricisi 2%-ə yaxındır.
Müstəqil dövlət qurumuna malik olanlar
Bayraq Ölkə Quruluş Əhali Ərazi Paytaxt Rəsmi dil Pul vahidi Türklərin faiz göstəricisi Yaşayan türklər(mln) Azərbaycan Azərbaycan 1918 10.100.000 86.600 Bakı Azərbaycan dili Azərbaycan manatı 92.3% 9.3 Qazaxıstan Qazaxıstan 1991 18.014.200 2.274.900 Astana Qazax dili Qazaxıstan tengəsi 73.8% 13.1 Qırğızıstan Qırğızıstan 1991 6.586.600 199.900 Bişkek Qırğız dili Qırğızıstan somu 80.6% 4.4 ŞKTR Şimali Kipr türk respublikası 1983 286.257 3.355 Lefkoşa Türk dili Türk lirəsi 99% 0.3 Özbəkistan Özbəkistan 1991 33.570.609 447.400 Daşkənd Özbək dili Özbəkistan sumu 87% 25.7 Türkiyə Türkiyə 1923 83,154,997 783.562 Ankara Türk dili Türk lirəsi 89.5% 67.5 Türkmənistan Türkmənistan 1991 5.450.000 491.210 Aşqabad Türkmən dili Türkmənistan manatı 90% 4.9 Dövlət qurumuna malik olmayanlar
- Axısqa türkləri – 500 min
- Sarı uyğurlar – 20,719 nəfərdən çox.
- Urum-Qıpçaqlar – 106,768 nəfərdən çox.
- Altaylılar – 67,239 nəfərdən çox.
- Xorasan türkləri – 830 min
- Balkarlar – 108,426 nəfərdən çox.
- Başqırdlar – 1.705.053 nəfərdən çox.
- Çulumlar – 1 min
- Çuvaşlar – 1.8 milyon
- Krım tatarları – 500 min
- Dolqanlar – 10 min
- Qaqauzlar – 300 min
- Qaraçaylılar – 300 min
- Qəraimlər – 50 min
- Qaraqalpaqlar – 550 min
- Xakaslar – 90 min
- Krımçaqlar – 1.5 min
- Qumuqlar – 500 min
- Noqaylar – 110 min
- Qaşqaylar – 1.757 milyon
- Salar – 125 min
- Tatarlar – 6.755.000
- Naqaybaklar – 9.600
- Sibir Tatarları – 9.611[8]
- Türkmanlar – 3 milyon
- Kipr türkləri – 750.000-1.000.000
- Qərbi Frakiya türkləri – 150.000
- Tuvinlər – 264,400[9]
- Uyğurlar – 11 000 000
- Çelqanlar – 1,700
- Kumandılar – 2900
- Telengitlər – 3,712[10]
- Teleutlar – 3 000
- Güney Azərbaycan türkləri – 35-40 milyon[11]
Əhali sıxlığı
Əhalisinin orta sıxlığına görə dövlət və qurumlar bir-birindən fərqlənir.Azərbaycan və Türkiyədə orta sıxlıq hər km 2 -da 85-105 nəfər, Şimali Kipr və Özbəkistanda 55–60 nəfər, Çuvaş, Kabarda-Balkariya və Tatarıstan respublikalarında 60–70 nəfərdir.Digər dövlət və qurumlarda isə əhalinin sıxlığı hər km 2 -da 30 nəfərdən azdır.
Cins və yaş tərkibi
Əhalinin cins tərkibindəki oxşarlıq azərbaycanlılar, tatarlar və çuvaşlar istisna olmaqla bütün türk xalqlarında eynidir(kişilər çoxdur). Türk dünyası əhalisi arasında 16–65 yaş həddində olanlar üstünlük təşkil edir. 65 yaşdan yuxarı olanlar yalnız 10–15% təşkil edir.
Urbanizasiya
Türk dövlətləri içində urbanizasiyanın səviyyəsinə görə Türkiyə birincidir.
İqtisadiyyat
Urbanizasiya səviyyəsinə görə Azərbaycan, Qazaxıstan, Türkiyə seçilir. Muxtar qurumlardam isə demək olar ki, hamısında (Altay və Tıva istisna olmaqla) şəhər əhalisi çoxluq təşkil edir. Türkiyə, Azərbaycan, Qazaxıstan, Tatarıstan və Başqırdıstan kimi respublikalarda milli gəlirin yarıdan çoxunu çoxsahəli inkişaf etmiş sənaye verir. Bir çox respublikalarda – Özbəkistan, Türkmənistan, Qırğızıstan, Saxa, Altay kimi respublikalarda sənaye ilə yanaşı, kənd təsərrüfatı da iqtisadiyyatın əsasını təşkil edir. Bütövlükdə türk dünyası ölkələrində sənayenin ən başlıca sahələri olan energetika, maşınqayırma, metallurgiya, kimya sənayesi xeyli inkişaf edib.
Sənaye
Neft-qaz hasilatına görə Azərbaycan, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan; daş kömür çıxarılmasında isə Türkiyə, Qazaxıstan, Altay, Saxa dünyada məşhurdur. Bu ölkələrdə enerjiyə tələbat demək olar ki, tam ödənilir. Ümumiyyətlə, türk dövlətləri içərisində enerji qıtlığı çəkən ölkə yoxdur. Metallurgiya sənayesində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistan fərqlənir. Türk dünyasında maşınqayırma sahəsi birinci növbədə kənd təsərrüfatı, neft və qaz, dağ-mədən və yüngül sənaye sahələrinin ehtiyacını ödəməyə yönəldilmişdir. Türkiyə, Qazaxıstan və Özbəkistanda kənd təsərrüfatı maşınları – traktorlar, kombaynlar və becərmə alətləri istehsalı daha çox inkişaf etmişdir. Türkiyə, Tatarıstan, Qırğızıstan və Qazaxıstanda avtomobillər, Özbəkistanda və Tatarıstanda təyyarə istehsal olunur. Dəzgahqayırma və cihazqayırma, o cümlədən energetika maşınqayırması Türkiyə, Azərbaycan və Qazaxıstanda inkişaf etdirilir.
Xarici keçidlər
- Ethnologue: Languages of the World : Altaic, Turkic
- алтайское языкознание
- Orientaal’s links to Turkic languages
- İran’daki Türklər – Video
- Aydın Mədətoğlu Qasımlı. Türklər (tarixi oçerklər). Bakı, 2012.
İstinadlar
- ↑Qurbanov, Ramin.Türk xalqlarının tarixi II hissə (PDF) . Bakı: İqtisad Universiteti. 2011. 2022-03-03 tarixində arxivləşdirilib (PDF) . İstifadə tarixi: 2018-02-26 .
- ↑B. Golden, Peter. An Introduction to the History of the Turkic Peoples: Ethnogenesis and State-formation in Medieval and Early Modern Eurasia and the Middle East. Wiesbaden: Otto Harrassowitz. 1992.
- ↑”Affinity Bloc — Turkic Peoples :: Joshua Project“. 2022-02-21 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-08-19 .
- ↑ Johanson, Lars & Csató, Éva Ágnes, (eds.) (1998). The Turkic Languages. London: Routledge
- ↑ Lars Johanson, “The classification of the Turkic languages”Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine, in Martine Robbeets and Alexander Savelyev (eds.), The Oxford Guide to the Transeurasian Languages, 2020, Oxford University Press, pp. 105–114
- ↑”turcologica”. 2011-04-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-10 .
- ↑”Britannica:Turkic languages”. 2015-09-02 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-10 .
- ↑”Rusiya Federativ Respublikası Statistika Komitəsi : 2002 – ci il siyahıya alması”. 2006-03-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2006-03-03 .
- ↑”Ethnologue: Languages of the World : Tuva”. 2010-10-08 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2017-12-05 .
- ↑Russian Census 2010: Population by ethnicityArxivləşdirilib 2013-12-04 at the Wayback Machine (rus.)
- ↑ [ Оценки численности иранских азербайджанцев, приводимые в тех или иных источниках, могут различаться на порядок — от 15 до 30 млн. См., например: [1], Looklex Encyclopaedia, Iranian.com, «Ethnologue» Report for Azerbaijani Language, UNPO information on Southern Azerbaijan, Jamestown Foundation]
Türk xalqları
Türk xalqları — Avroasiya ərazisində yaşayan, Türk dillərinə mənsub olan dillərdə danışan xalqlar. Dünyada türk xalqlarının sayı 167.109 milyondan çoxdur .[1] “Türk” sözünə ilk dəfə Bizans mənbələrində və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir.
Dil ümumiliyi, el sənətləri, tarixi coğrafi məkan, şifahi xalq ədəbiyyatı (“Dədə Qorqud”, “Oğuz Xaqan”, “Koroğlu”, “Manas”), adət-ənənələr, oxşar toponimlər türk xalqlarını birləşdirən ümumi oxşar xüsusiyyətlərdir. Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. Tarixən türklər miqrasiya edən xalqlar olmuşlar. VII əsrdən başlayaraq üç istiqamətdə – Şimali-Şərqi Asiya, Ural dağları və Qərb tərəfə köç etmişlər. Əhalinin sürətli artımı, heyvandarlıq üçün əlverişli yerlərin axtarılması, varisliklə bağlı hakimiyyətdə olmayanların boş ərazilərdə yeni dövlətlər qurması (Şato, Tavqas və s.), iqlim dəyişiklikləri (Böyük hun köçü), daha güclü dövlətlərin təzyiqi altında köçüb getmə (Çin dövlətinin güclənməsi ilə “Tyuku” (türk) dövlətinin iki yerə parçalanması və köç etməsi), yeni ölkələrin zəbt edilməsi türk xalqlarının geniş ərazilərdə yayılmasına səbəb olmuşdur. XX əsrdə də məcburi miqrasiyalar (krım tatarları, axıska türkləri, azərbaycanlılar) olmuş və son vaxtlar yüksək həyat səviyyəsi axtarmaq məqsədilə Avropaya və Şimali Amerikaya miqrasiyalar da mövcuddur.
Türk xalqları Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər:
Oğuz – Anadolu və Azərbaycan türkləri, qaqauzlar, türkmənlər, ahıska türkləri, krım tatarları,
Uyğur – özbəklər, həzaralar , salarlar, uyğurlar, tuvalılar, şorlar, komasin-tobollar, baraba tatarları, çulm tatarları və sairə)
Qıpçaq – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar)
Bulqar – tatarlar, başqırdlar, qaraçaylar, karaimlər.Türk xalqlarının inanclarında tanrı əsas yer tutar. VII əsrdən etibarən İslam dininə inanc daha çoxdur (hazırda təxminən 80%). İndiki dövrdə qeyri müsəlman yakutlar (şaman və xristian), cuvaş və qaqauzlar (xristian), karaim və krımçaklardır (yəhudi dini).
Tarixin müxtəlif mərhələlərində bəzi türk dövlətləri Avrasiyada geniş ərazilər tutmuş, Afrikanın şimal hissəsini zəbt etmişlər. Türk xalqlarının bəziləri müstəqil dövlət qurmuş, bəziləri müəyyən dövlət daxilində muxtar qürumlar yaratmış, bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.
Tarixi türk xalqları və tayfaları :
Atropatenlilər
Utilər
Qafqaz albanları
Madaylar
Hunlar
Saklar
Sarmatlar
SabirlərTürk xalqları :
Axısqa türkləri – 500 min
Sarı uyğurlar – 13,719 nəfərdən çox.
Urum-Qıpçaqlar – 106,768 nəfərdən çox.
Altaylılar – 67,239 nəfərdən çox.
Azərbaycan türkləri – 50 milyon
Xorasan türkləri – 830 min
Balkarlar – 108,426 nəfərdən çox.
Başqırdlar – 1.705.053 nəfərdən çox.
Çulumlar – 1 min
Çuvaşlar – 1.8 milyon
Krım tatarları – 500 min
Dolqanlar – 10 min
Qaqauzlar – 300 min
Qazaxlar – 13,289,363 nəfərdən çox.
Qırğızlar – 4.123 milyon
Qaraçaylılar – 300 min
Qəraimlər – 50 min
Qaraqalpaqlar – 550 min
Xakaslar – 90 min
Krımçaqlar – 1.5 min
Qumuqlar – 500 min
Noqaylar – 110 min
Qaşqaylar – 1.757 milyon
Salar – 125 min
Tatarlar
Naqaybaklar
Sibir Tatarları
Tofalar
Türkmənlər
Türkiyə türkləri – 70-80 milyon
Kipr türkləri
Tuvinlər
Uyğurlar
Həzaralar
Özbəklər
Yakutlar
Çelqanlar
Kumandılar
Telengitlər
TeleutlarBo’lim: Turk xalqlari tarixi, adabiyoti, madaniyati
Турк оламининг буюк шоири Воқиф Самадўғлининг шеърларини ўзбек тилига илк маротиба Рауф Парфи таржима қилган эди. Ўша олис йиллардан бошлаб Воқиф муаллимнинг шеъриятига ихлос қўйганман, Рауф акадан ибрат олиб жуда кўп шеърларини таржима қилганман. Бугун беназир шоир шеърларини таржима қилиш навбати ёшларга етди. Диққатингизга истеъдодли ёш ижодкор Рафиқ Сайдуллонинг таржималарини мамнуният билан тақдим этаман. Davomini o’qish
Voqif Samado’g’li. She’rlar & Vaqif Səmədoğlu. Sandıq şeirləri
Кўплаб халқаро адабий мукофотларнинг соҳиби Воқиф Самадўғлининг шеърлари туркий халқлар адабиёти хазинасидан муносиб ўрин эгаллаган.
Rustam Behrudiy. Salom,dor og’ochi!
”Салом,дор оғочи” шеъри Ўзбекистоннинг жаҳонга машҳур шаҳри, инсоният тамаддуни бешикларидан бири ҳисобланган Самарқандда ёзилган. Аниқроғи, шеър шавкатли Соҳибқирон Амир Темур мақбараси бўлмиш Гўри Мирнинг зиёрати пайтида дунёга келган. Шу сабабдан шеърда Амир бобомизга қаратилган мурожаат янграйди. Davomini o’qish
Nozim Hikmat. She’rlar & Inson manzaralari
15 январь — Нозим Ҳикмат таваллуд топган кун
ХХ аср шеъриятида Нозим Ҳикматчалик ўзбек шеърияти тараққиётига, ўзбек шоирлари изланишларига кучли таъсир кўрсатган бошқа бирон бир шоирни топиш амримаҳол бўлса керак. Davomini o’qish
Xurshid Davronning Turkchaning 15 Uluslararosi She’r bayrami (13-16 oktabr, 2022) ochilishidagi so’zi
Мазкур йилнинг 13-16 октябр кунлари Туркиянинг Бурса ва Кўниё шаҳарларида 1992 йилдан эътиборан 15 марта ўтказилаётган Туркча Шеър байрамининг 30 йиллигига бағишланган анжуман бўлиб ўтди. Сизга тақдим этилаётган саҳифада анжуман очилишида Туркия Ёзарлар бирлигининг фахрий бошқони доктор Меҳмет Доған ва Ўзбекистон халқ шоири Хуршид Даврон сўзи акс этган видеолар билан танишасиз. Davomini o’qish
Chingiz Aytmatov. Nayman ona va manqurt qissasi & «Manqurt» badiiy filmi
12 декабрь — буюк адиб, Турк дунёсининг фахри Чингиз Айтматов туғилган кун
Чингиз Айтматовнинг «Асрга татигулик кун» романидан ўрин олган ушбу ривоят-қисса асар нашр этилиши билан довруқ қозонган, романнинг ўзидан кўра кўпроқ таҳлил этилган эди. Жаҳон адабиётида, айниқса, собиқ шўро империяси ичидаги миллий адабиётларда, энг аввало, шеъриятда Манқурт мавзуси билан боғлиқ йўналиш пайдо бўлган эди. Davomini o’qish
Xurshid Davron. Chingiz Aytmatov.
12 декабрь — Чингиз Айтматов таваллуд топган кун
Мен ҳам турк дунёсининг буюк инсони, атоқли адиб Чингиз Айтматов билан учрашган,суҳбатлашган бахтли одамлардан бириман. Ўшанда (1991 йил бўлса керак) Чингиз Айтматов Туркистон халқлари ассамблеяси раиси сифатида Тошкентга келган, ўша йиллар Шелковичная деб аталган кўчада жойлашган (мустақилликкача ЎзКомФирқанинг, бугунги кунда Ўзбекистон Президенти девони ҳузуридаги) меҳмонхонада жойлашган эди. Чингиз Айтматов билан мени атоқли адибимиз Одил Ёқубов таништирган,таништирганда ҳам осмонга кўтариб, мақтаб, таништирган эди. Davomini o’qish
Oshiq Umar. She’rlar. Xurshid Davron tarjimalari
Ҳаёти афсоналарга айланган Ошиқ Умар 1621 йилда Қримнинг Кўзлaви шаҳрида дунёга келган.Шоир бир шеърида шундай дейди: «Ўзим Кўзлавили,Умардир исмим…» Ошиқ Умар Кўзлевидаги мадрасада ўша даврнинг етук шоири Шарифийдан таълим олади, Саъдий ва Ҳофиз асарларини ўрганади. Кейинчалик машҳур шоирлар Аҳмад Пошшо, Фузулий ва Атойилар ғазалларига мухаммаслар боғлагани ҳам унинг мумтоз шеъриятдан яхши хабардор бўлганини кўрсатади. Davomini o’qish
Qaysin Quliyev. She’rlar. Abdulla Oripov tarjimalari & Asror Mo’min. Shoir haqida
1 ноябрь — Атоқли болқор шоири Қайсин Қулиев туғилган кун
Қайсин Қулиев туркий халқлар шеъриятида ўзига хос ва ўзига мос ўрин эгаллаган ижодкор. Унинг Ўзбекистонга, ўзбек халқига бўлган самимий муҳаббати, ўзбек шоирлари, айниқса, Зулфия, Шукрулло ва Абдулла Орипов билан бўлган ҳам ижодий, ҳам дўстона муносабати уни бизга яна ҳам яқинлаштиради. Davomini o’qish
Xurshid Davron. «Devonu lug’otit-turk» ohanglari» turkumidan
«Девону луғотит-турк» асари пайдо бўлганидан туркийларнинг тарихдаги ўрни ҳақида гап кетса,айни шу асар биринчи навбатда тилга олинади. Бу бебаҳо ва абадиятга эш асар ҳамиша ижод ва илми дониш аҳлини ҳаяжонга солган, у бамисли оҳанрабодек юракларни ўз бағрига тортган. Davomini o’qish
Iqbol Qo’shshayeva. Botindan ko’chgan bo’ron & Muslim Magomayev kuylaydi (1971)
Саҳифа буюк санъаткор Муслим Магомаев таваллудининг 80 йиллигига бағишланади
…Мовий чексизлик унинг оҳангида мангуга ўз тажассумини топди. Санъаткорнинг муҳаббат ҳақидаги қўшиқларида севганинг икки оёқ, икки қўлли чекланган бир мавжудот эмас, борлиқнинг бир парчаси, фақат мовий чексизликка дахлдор ҳур ШАХС, табиатнинг озод фарзанди бўлиб гавдаланади. Davomini o’qish
Pavel Falyov. Turkiy xalqlarning so‘z san’ati
Туркшунос олим Павел Александрович Фалёвнинг яна бир жиддий тадқиқотини тақдим этар эканмиз, шу пайтгача олимнинг исмида ноаниқликка йўл қўйилганини айтиб ўтмоқчимиз. “Жаҳон адабиёти” журналида эълон қилинган олимнинг икки асарида ҳам: «Қримтатар зиёлилари мафкурасига доир» (2010 йил, 11-сон), «Туркий халқларнинг сўз санъати» (2008 йил, 9-сон) ва улардан кўчирма олган интернет саҳифаларида муаллифнинг исми Пётр шаклида берилган; ҳолбуки Davomini o’qish
- Ortaq Türk qolu (Şaz)
Comments are closed, but trackbacks and pingbacks are open.