Press "Enter" to skip to content

Türk xalqlarının kitab və kitabxana mədəniyyəti

Orxon yazılarında işlədilən dil, türk dili və türk xalqları tarixinin qədimliyindən xəbər verir. Hunlardan əvvəlki Türk topluluqları haqqında,
Karasuk mədəniyyəti
Afayesnova mədəniyyəti
Andrenova mədəniyyəti
Anav mədəniyyəti
olaraq adlandırılan dörd ana bölgədən bəhs edilməkdədir. Ön-Türklər haqqında Şölgəndaş, Kurgan, Pazırık qalıntıları bulunmaqdadır.

Ön Türklər

Orxon yazılarında işlədilən dil, türk dili və türk xalqları tarixinin qədimliyindən xəbər verir. Hunlardan əvvəlki Türk topluluqları haqqında,
Karasuk mədəniyyəti
Afayesnova mədəniyyəti
Andrenova mədəniyyəti
Anav mədəniyyəti
olaraq adlandırılan dörd ana bölgədən bəhs edilməkdədir. Ön-Türklər haqqında Şölgəndaş, Kurgan, Pazırık qalıntıları bulunmaqdadır.

Ön-Türklər Orta Asyadakı iqlim dəyişikləri üzündən oturaq həyatdan, köçəri – yörük həyata keçmək məcburiyyətində qalmışdırlar. Özlərinə yazlıq və qışlıq bölgələr təyin etmişlərdir. Ön-Türklər ilə əlaqəli yapılan araştırmalarda oturaq mədəniyyətə aid əşyalara rastlanılmaqdadır. Ön-Türklərdə geyik ön plana çıxmaqdadır. Türk qövümləri atla köçəri həyata keçdikdən sonra tanışmışdır. Ön-Türklərə aid mağara şəkillərində “geyik buynuzu taxmış at fiqurlarına” rastanılmaqdadır. Bu durum, Türklərin ata keçid dönəmi yaşadıqlarını göstərməktədir.

Orta Asya’da görülən iqlim dəyişiklikləri, Türk boylarının ilk köç hərəkətlərinə səbəb olmuşdur. Hind yarımadasına, Ortadoğu’ya, Qaradəniz’in quzeyinə, Çin’ə, Sibirya’nın quzeyinə doğru köçlər yaşanmış və Türk boyları oradakı xalqların içinə qarışmışlardır. Köçü tərcih etməyən Türk boyları isə Orta Asya’nın dəyişən qoşullarına uyum sağlamağa çalışmışlardır.

M.Ö. 400 yıllarında Sak ya da İskit olaraq adlandırılan Batı Türküstan və Qara dəniz çevrəsində qurulan və Orta Asya’nın içlərinə doğru uzanan dövlətə aid buluntularda Türk mədəniyyətini yansıdan əşyalara rastlanılmaqdadır. Bu durum, Sakaları oluşduran xalqın bir qisminin və ya Saka dövlətinin Türk olduğu yönündə düşüncələrə səbəb olmaqdadır. Tarix bilimcilərinin bir qismi və Türkoloq’lar Sakaların Türk olduğunu iləri sürməkdədir. Hun dövlətinin isə Sakaların çöküntüye keçməsiylə doğu qanadını idarə edənlərin və doğu qanadı xalqlarının qurduğu bir dövlət olduğu görüşünü mənimsəməkdədirlər.

Türk tarixi kökləri təqribən 5000 il əvvəlinə Orta Asiya ya dayanır. Bu günə qədər çox fərqli coğrafiyalarda yaşayan və bir çox dövlət quran Türklərin tarixdə bilinən ilk dövləti Böyük Hun İmperiyasıdır. Türklər Orta Asiya da, Sibirdə, Yaxın Şərqdə tarixin axışın dərindən təsir etmiş bir qövmdür. Türklər və tarixi haqqında məlumatlar, Bizans, Çin, İran, Ərəb və Hind qaynaqlarında öyrənilməktədir. Türklərin öz qaynaqlarının böyük bir qismi Monqol işğalı əsnasında yox olmuşdur. Bir qismi də hələdə orataya çıxarılmamışdır. Türk tarixinin özəy referansı; Ötükəndə doğan Orxon Yenisey yazılarıdır. Bunların yanında Türklər ilə bağlı birçox arxeoloji sahə tapılmaqdadır. Orta Asiya mədəniyyətindən qalan izlərin böyük bir qismi, Monqol işğalı ilə təxrib olunmuşdur. Türk tarixinə yaxından təsir edən 3 hədis vardır:
Orta Asiyanın iqliminin dəyişməsi və böyük dənizlərin quruması,
Orta Asiya xalqlarının böyük qisminin İslamı qəbul etməsi,
Monqol işğalı.

Türk xalqlarının kitab və kitabxana mədəniyyəti

Pərviz Kazimi: “İlk yazı, ilk kitab, ilk kitabxana yaratmış qədim türklər dünya mədəniyyətinə böyük yeniliklər gətiriblər”

Bu yaxınlarda “Türk xalqlarının kitab və kitabxana mədəniyyəti” adlı yeni kitab işıq üzü görüb. Mütəxəssis rəylərinə əsasən deyə bilərik ki, bu, qeyd olunan mövzuya kompleks və sistemli şəkildə yanaşan ilk tədqiqat işidir.

Nəşrdə ən qədim dövrlərdən başlayaraq yazı, yazı materialı, əlyazma kitabı və kitabçılıq texnologiyaları ilə yanaşı, dastan və əsatirlərin, müqəddəs kitabların, lüğətçilik ənənələrinin türk xalqlarının kitab və kitabxana mədəniyyətində əhəmiyyətli yeri öyrənilib. Burada müxtəlif areallarda türk xalqlarının kitabxana quruculuğu, kitab məhsulu, kitabxana xidməti və mədəni əlaqələri işıqlandırılır. Kitabın müəllifi, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi ilə elə bu mövzuda danışdıq.

– Türk xalqlarının kitab və kitabxana mədəniyyətinin hansı tarixi dövrdə formalaşdığını söyləmək olar?
– Türk xalqlarının mədəniyyət tarixinin mühüm bir hissəsi kitab və kitabxana mədəniyyəti ilə ifadə olunur. Zəngin əlyazma mədəniyyətinin də müəllifi türklərdir. İnsan cəmiyyətinin yaratmış olduğu ilk Şumer yazılarından müasir dövrdə istifadə olunan latın əlifbasına qədər türk xalqları zəngin və məzmunlu bir tarix keçib. Bununla da onların yaratmış olduqları nailiyyətlər az bir müddətdə bəşəri nailiyyətə çevrilib. Qədim Şumerdə ilk şəkilli yazı, mixi yazıları, Orxon-Yenisey yazıları, uyğur əlifbası türk xalqlarının İslama qədər yaratmış olduqları böyük mədəni abidələrdir.
“Tarix Şumerdən başlayır” – deyən alimlər və tədqiqatçılar bu fikri konkret faktlara istinadən irəli sürürlər. Şumerlər müasir türk xalqlarının əcdadları kimi qəbul olunur. Şumerlər ən qədim türklərdir, şumer dili prototürk dilidir. Qədim şumerlərin mixi yazılarla başlamış olduqları kitab və kitabxana mədəniyyəti 5 minillik inkişaf yolu keçərək dünya mədəniyyətinə xidmət edib. İlk yazı, ilk kitab, ilk kitabxana və ilk məktəbi yaratmış qədim türklər dünyanın böyük coğrafiyasına yayılaraq insan cəmiyyətinə, dünya mədəniyyətinə çox böyük yeniliklər gətiriblər.
Qədim şumerlər bilikləri yaymaq, təhlil etmək, şifahi yaratdıqları dastan və nəğmələri “kitab”a köçürmək üçün gil lövhələrdən istifadə edirdilər. “İrik və Aratta”, “Bilqamıs” və dünya ədəbiyyatının ilk bədii məhsulları sayılan digər dastan, əsatir və rəvayətlər, çoxlu mifik və dini əsərlər gil üzərində yazı halında müasir dövrə gəlib çıxıb. Bu yazılar kitabxanalarda saxlanılıb. Qərb alimlərinin apardığı tədqiqatlar göstərir ki, onlar üçün kataloq da tərtib olunmuşdu. Gil kitabələr etibarlı informasiya daşıyıcısı deyildi, odur ki, kataloq gil kitabələrinin bir növ mühafizəsinə xidmət edirdi.
– Bu günə qədər gəlib çatan türkdilli gil kitabələrin sayı nə qədərdir?
– Eramızdan əvvəl I minilliyə qədər – təxminən iki minillik tarixi dövrdə – gil üzərində kitabələr yazılmışdı. Şumerlər, daha sonra assuriyalılar, babillilər, digər xalqlar bu yazıdan istifadə ediblər. Kitabələr texnoloji olaraq əllə yazılıb. Eradan əvvəl I minillikdən perqament, dəri, papirus informasiya daşıyıcılarına çevrilir.
Dünyada olan gil kitabələrin sayı yarım milyon nüsxədir. Türkdilli əlyazmalar ancaq türk dilinə görə qiymətləndirilərsə, 100-120 min nüsxə türkdilli əlyazma var.
Ancaq biz Nizaminin fars dilində yazılmış əsərlərini, bu kimi digər dillərdə yazılan əsərləri də bizim mədəni nümunəmiz hesab edirik. Bu baxımdan türk gil kitabələri daha çoxdur. Türk dünyagörüşü, türk düşüncəsi ilə yazılan farsca, ərəbcə yüzlərlə əlyazma mövcuddur. Onların bir çoxunun araşdırılmasına ehtiyac var.
– İslam mədəniyyətinin inteqrasiyasında türk xalqlarının rolu necə görünür?
– Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, Xarəzmşahlardan sonra İslam dünyasında ciddi fundamental elmi əsərlər, əlyazma kitablar meydana gəldi.
Türk xalqları fars və ərəblərdən fərqli olaraq həmişə bu fikirdə olublar ki, İslam mədəniyyəti birləşdirici bir mədəniyyətdir və üç etnosun (fars, ərəb və türk) müştərək yaratdığı mədəniyyətdir. Onlar da müxtəlif porsiyalarla müxtəlif tarixi dövrlərdə xidmətlərini göstəriblər. İslam mədəniyyətinin elə bir şaxəsi yoxdur ki, orada türk xalqlarının ciddi iştirakı olmasın. Məsələn, ərəb yazısında Kufi üslubu var. İlk dəfə Quran bu üslubda yazıya köçürülüb. Amma xətt, əlifba islahatlarında türk alimlərinin, xəttatlarının əməyini görə bilərik.
Qafqaz arealının ərazisi özündə müasir Azərbaycanı və İranın şimalını – Cənubi Azərbaycanı birləşdirir. Bu arealda türk dili ilə yanaşı, ərəb və farsdilli kitab məhsulu eyni hüquqda dövriyyə edir və İslam mədəniyyətinin təzahür formasını ifadə edirdi. Bir məqamı da vurğulamaq istərdim ki, XIII-XV əsrlərin qorunub saxlanılmış nüsxələri deməyə əsas verir ki, türk dilli kitabların repertuarında dünyəvi kitabların üstünlüyünü müşahidə edək. Qorunub saxlanan əsərlər göstərir ki, Qafqazda türklər dünya elminə və dünya dillərinə açıq olublar. Azərbaycan ziyalısı türk dili ilə yanaşı, ərəb və fars dillərini mükəmməl bilmiş və kitabçılıq fəaliyyətində çərçivələri sındıraraq xalqların və mədəniyyətlərin inteqrasiyasında mühüm rol oynamışdır. Müsəlman meqa arealında anlaşma ehtiyacını təmin edən türk alimləri vaxtaşırı yeni-yeni lüğətlərin tərtibinə ehtiyac duyurdu. Bu lüğətlərin tərtibçiləri arasında əsasən türk, bir çox hallarda azərbaycanlı mütəxəssislər olurdu. Ümumilikdə türk xalqları dünyaya açıldıqca özlərini ifadə etmək, anlaşılmaq üçün lüğətlər hazırlayırdılar.
– Türk hökmdarları kitabxana işinə nə dərəcədə diqqət ayırıblar?
– Türk hakimlərinin ərəb və fars dilinə, eləcə də digər xalqların dilinə və dininə tolerant münasibəti digər xalqların, din və təriqətlərin, habelə kitabçılıq mədəniyyətinin inkişafına səbəb olurdu. Hətta müəyyən areallarda əlyazma kitabların ticarəti də həyata keçirilirdi.
Bir haşiyə çıxım. Xəzər tayfaları VIII əsrdə yəhudi (iudaizm – red.) dinini qəbul edəndən sonra etnosu itirdilər. Çünki yəhudilik dinlə bərabər etnosu da qoruyub saxlamağa imkan vermir. Türk xalqları isə bütün dinlərə, etnoslara hörmətlə yanaşıb, tolerant münasibət göstərib.
Düşünürəm ki, mədəniyyətə təkamülün nəticəsi olaraq baxsaq daha düzgün olar. Şah İsmayıl Xətainin Kəmaləddin Behzadın saray kitabxanasına müdir təyin olunması haqqında fərmanı var. Bu sənəd Türkiyə muzeylərindən birində saxlanılır. Fərmanın mətnində ona aid funksiyalar, bu işə ayrılmış adamlar göstərilir. Buradan görünür ki, Şah İsmayıl kitabxananı ciddi struktur kimi təsis edir. Kəmaləddin Behzad Təbrizə özü gəlməmişdi. Şah İsmayıl onu Heratı işğal edən vaxt oradan gətirmişdi. Bu bir ortaq mədəni areal idi. Azərbaycan da bu mədəni arealın kəsişməsində idi. Vaxtilə Osmanlı-Səfəvi müharibəsi zamanı Təbrizdən aparılmış azərbaycanlı sənətkarlar – cil emal edənlər, xəttatlar, nəqqaşlar, rəssamlar Osmanlı sarayında yaşayıblar. Türk hökmdarlar onlara hörmətlə yanaşırdılar. Onlar məvacib alırdılar. Osmanlıda 1506-cı ildə saray kitabxanası təsis olunmuşdu. Ümumilikdə Osmanlı dövləti İslam ideyalarının müdafiəçisi kimi çıxış edirdi. İdeya daşıyıcıları olan kitabların qorunmasının təşkili vacib məqam kimi diqqətdə saxlanılırdı.
– Deməli, türk xalqlarında kitab və kitabxana mədəniyyətində ortaq cəhətlər var.
– Türk dünyasının tarixən bəşəriyyətə nümunə ola biləcək ortaq ümumi dəyərləri olub və bu gün də var. Sovet hakimiyyəti dövründə türkologiya fərqli aspektdən öyrənilirdi. Tədqiqatçılar türkologiya problemlərini öyrənərkən ayrı-ayrı türk etnik qruplarının fərqli cəhətlərinə daha çox diqqət edirdilər. Ancaq birləşdirici məqamlar, ümumiləşdirmələr tədqiq olunmur, türk xalqlarının ortaq tarixi və mədəniyyəti araşdırılmırdı. Düşünürəm ki, bu gün tədqiqatçılar ortaq ümumiləşdirici elementləri tapmağa səy göstərməlidir. Türk xalqlarının təbiətində demokratik ab-hava, dünyəvilik var. Təəssüf ki, bəzən türk xalqlarının müsbət dəyərlərindən, xoş niyyətlərindən, insanpərvərlik hisslərindən başqaları müxtəlif məqsədlər üçün sui-istifadə ediblər.
Hazırda AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə türk xalqlarının ortaq tarixi ilə bağlı layihə üzərində iş gedir. Bu, çox müsbət haldır. Düşünürəm ki, tədqiqatlar müxtəlif aspektlərdən aparılmalıdır. Biz türk dünyasına yaxından bələd olduqca, ortaq dəyərləri aşıladıqca, müxtəlif dövrlərdə türk xalqlarının yüksək mədəniyyətə malik olması ilə bağlı tarixi həqiqətlərə söykənən düzgün mənzərəni yarada bilirik. Türk xalqları özünü yaxşı tanımalı, öyrənməli və qiymətləndirməlidir. Bu, nəticə etibarilə dünya tarixinin ümumi mənzərəsinin müəyyənləşməsi üçün də çox faydalıdır.

Türk xalqları tarixinə giriş, onun məqsəd və vəzifələri Plan

Türk xalqları tarixinə giriş, onun məqsəd və vəzifələri
Plan:
1. Türk xalqları tarixinin məqsəd və vəzifələri
2.Türk xalqları tarixinin ən yeni dövrünün tarixşünaslığı
3.Türk xalqları sovetlər dövründə
4.Türk xalqları müstəqillik dövründə
Ədəbiyyat:
1.İsmayılov İ.Türk dünyası XX əsrin 90-cı illərində. Bakı, Zaman, 2001
2.Məmmədli N. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə. Bakı,2005
3.Əliyev A., Qasımov N. “İpək yolu” bəşəriyyətin tərəqqi yoludur. Bakı, Səda,1999
4.Saray M. Yeni Türk Cümhuriyyetleri tarihi. A.,Bilig,1999
5.Özdemir,Emin.20.Yüzyılın Başlarında Kazakistanda Fikir Hareketleri, Yayınlanmamış Doktora Tezi, Gazi Üniversitesi Sosyal Bilimler Enstitüsü, Ankara,2007
6. Əli Şamil.Тürkçülüyün qurbanları,Bakı,«Elm və təhsil», 2013
7. 9.Qurbanov R.Türk xalqlarının tarixi. II cild, Bakı, 2011
8.Mahir Kaynak. Büyük Orta Dogu projesi ve Türkiye üzerine stratejik analizler. İstanbul, 2005.
9. Saray Mehmet. Yeni Türk Cümhuriyyetleri tarihi. Ankara,1996.
10. Suat _lhan. Türklerin geopolitigi ve Avrasyacılıq. Ankara, 2005.
11. Bilge Suat. Türkiye-Sovyetler Birliyi iliskileri. Ankara,1992.
12. Aydın T. Türkiye Orta Asiya türk cümhuriyyetleri arasında ekonomik iliskiler. Yeni türk dergisi, 1997, 15.
Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünki günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar.
Bütün bunlarla belə, yüz illərlə bir-birindən ayrı düşmüş, yaxud imperiyaların (Rusiya, Çin, İran) dövlət siyasəti səviyyəsində həyata keçirdikləri (çox vaxt, həm də hiylə və fitnələr hesabına) məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş (Türkiyə istisna olmaqla), bəzən isə hətta bir-birinə qənim kəsilmiş türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm basmağa nail oldular.
SSRİ-nin dağılması və soyuq müharibənin qurtarması ilə dünyada ikiqütblü münasibətlər distemi başa çatmış və yeni müstəqil dövlətlər yaranmışdı. SSRİ-nin dağılma prosesinin ilkin əlamətlərinin göründüyü region kimi xarakterizə olunan Mərkəzi Asiya hadisələrin gedişatında ən qaynar nöqtə olmuş və Sovetlər İttifaqının süqutundan sonra burada müstəqil dövlətlər yaranmışdır. Yeni dövlətlərdən Tacikistan istisna olmaqla, digər beşi – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan türk respublikalarıdır. Bütün postsovet məkanında olduğu kimi, yeni türk dövlətləri də keçid dövrünün mərhələlərini keçməkdə və müstəqilliyin siyasi, iqtisadi bünövrəsini möhkəmləndirməkdədirlər.
Еyni soydan olan və tarixə öz möhürünü vurmuş bu “Tanrı ordusu türklər”i indiki anda siyasi, dеmoqrafik və coğrafi baxımdan yеddi ana qrupa bölmək olar:
1. Müstəqil dövlətləri olan türklər. Bunlar sırası ilə aşağıdakılardır:
Azərbaycan Rеspublikası; Qazağıstan Rеspublikası; Qırğızıstan Rеspublikası;
Quzеy Kipr Türk Rеspublikası; Özbəkistan Rеspublikası; Türkiyə Rеspublikası;
Türkmənistan Rеspublikası.
Əfsuslar olsun ki, Quzеy Kipr Türk Rеspublikası Türkiyə dövlətindən başqa hеç bir dünya dövləti tərəfindən rəsmən tanınmamışdır.
2. Rusiya Fеdеrasiyası tərkibində yarımmüstəqil ərazi Muxtariyyəti olan türklər:
Başqırdıstan Muxtar Rеspublikası; Tatarıstan Muxtar Rеspublikası.
3. Ayrı-ayrı dövlətlərin tərkibində yalnız ərazi Muxtariyyətı olan türklər:
Çuvaş Muxtar Rеspublikası (Rusiya Fеdеrasiyası tərkibində);
Qaqauz Muxtar Yеri (Moldaviya Rеspublikası tərkibində);
Xakas Muxtar Vilayəti (Rusiya Fеdеrasiyası tərkibində);
Kırım Muxtar Rеspublikası (Ukrayna Rеspublikası tərkibində);
Tuva Muxtar Rеspublikası (Rusiya Fеdеrasiyası tərkibində);
Yakut (Saka) Muxtar Rеspublikası (Rusiya Fеdеrasiyası tərkibində);
Dağlıq Altay Muxtar Vilayəti (Rusiya Fеdеrasiyası tərkibində).
4. Ayrı-ayrı dövlətlərin tərkibində hеç bir siyasi bağımsızlığı olmayan və ayrı-ayrı xalqlarla birgə ərazi Muxtariyyətı olan türklər:
Qaraçay-Çərkəz Muxtar Vilayəti (Rusiya Fеdеrasiyası tərkibində);
Kabardin-Balkar Muxtar Rеspublikası (Rusiya Fеdеrasiyası tərkibində);
Sincan-Uyğur Muxtar Bölgəsi (Çin Xalq Rеspublikası tərkibində).
Sincan-Uyğur Muxtar Bölgəsinin tərkibində əsas yеri tutan Uyğur türklərindən başqa müxtəlif еtnik qrupları təşkil еdən bеş Muxtar əyalət vardır. Bunlar İli Qazax Türklərinin Muxtar Əyaləti, Qızılsu Qırğız Türklərinin Muxtar Əyaləti, Boro Tala Moğol Muxtar Əyaləti, Bayanqol Moğol Muxtar Əyaləti və Çanq-Çi Muxtar Əyalətidir.
5. Ayrı-ayrı dövlətlərin tərkibində hеç bir siyasi bağımsızlığı və ərazi Muxtariyyətı olmayan türklər:
Günеy Azərbaycan türkləri (İran İslam Rеspublikası tərkibində);
Günеy Türküstan türkləri (Əfqanıstan Rеspublikası tərkibində);
Kərkük türkləri (İraq Rеspublikası tərkibində);
Kumık türkləri (Rusiya Fеdеrasiyası Dağıstan Muxtar Rеspublikası tərkibində);
Batı Trakya türkləri (Yunanıstan Rеspublikası tərkibində);
Noqay türkləri (Rusiya Fеdеrasiyası Stavropol Vilayəti və Muxtar Rеspublikası tərkibində);
6. Yaşadıqları ölkələrdə еtnik azlıq təşkil еdən türklər:
Bolqarıstan türkləri (Bolqarıstan Rеspublikasında);
Rumınya türkləri (Rumınya Rеspublikasında);
Makеdoniya türkləri (Makеdoniya Rеspublikasında);
Kosova, Priştina və Draqaş türkləri (Kеçmiş Yuqoslaviya Fеdеrativ Rеspublikasında);
Karaim türkləri (Kırım, Litva, Ukrayna, İsrail və Polşada).
7. Siyasi və iqtisadi səbəblər üzündən ayrı-ayrı ölkələrdə yaşayan türklər:
a) Siyasi səbəblər üzündən:
Məhsəti və ya Axısxa türkləri (Dünyanın müxtəlif ölkələrində);
Kırım türkləri (Dünyanın müxtəlif ölkələrində);
Günеy Azərbaycan türkləri (Dünyanın müxtəlif ölkələrində);
Tatarlar (Dünyanın müxtəlif ölkələrində).
b) İqtisadi səbəblər üzündən:
Ayrı-ayrı Avropa ölkələrində yaşayan türklər;
ABŞ və Kanadada yaşayan türklər;
Avstraliyada yaşayan türklər;
Yaponiyada yaşayan türklər;
Səudiyyə Ərəbistanı, Kuvеyt, Liviya və başqa ərəb ölkələrində yaşayan türklər.
Türk xalqları tarixinin ən yeni dövrünün öyrənilməsini aşağıdakı kimi qruplaşdırmaq olar:1.Vətən tarixşünaslığı- Bu qrupa daxil olduqca məhdud sayda ədəbiyyatda problemin Azərbaycanla əlaqəli müəyyən istiqamətləri araşdırılıb.
İ. İsmayılovun ( “Türk dünyası XX əsrin 90-cı illərində” 2001 ), Z.Məmmədovun ( “Ən yeni iqtisadiyyat: monetar siyasət, finans kapitalının qloballaşması, media və Türkiyə iqtisadiyyatı” 2001) əsərlərində türk dünyasının XX əsrin 90- cı illərində geopolitik durumu, Türkiyənin Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə iqtisadi münasibətlərinin ümumi səciyyəsi, Türkiyə iqtisadiyyatının inkişaf tempi məsələlərinə toxunulub. Professor İ.İsmayılovun əsəri bu istiqamətdə atılmış ilk addımlardandır. Kitabda daha çox türk dünyasının tarixi şəxsiyyətlərinin bioqrafiyasına geniş yer verildiyindən SSRİ-nin dağılmasından sonra Mərkəzi Asiyada yaranmış ictimai- siyasi vəziyyət haqda tam təsəvvür yaranmır. Mənbə bazasının zəifliyinə görə müəllif daha çox kütləvi informasiya vasitələrinin materiallarından istifadə edərək ümumiləşdirmələr aparıb. İqtisad elmləri namizədi Z.Məmmədov müasir dövrdə Türkiyə iqtisadiyyatının inkişaf meylləri, inflyasiya və onun səbəbləri, maliyyə kapitalının təmərküzləşməsi problemlərini araşdırmışdır. Qloballaşma şəraitində Türkiyə iqtisadiyyatının rolu məsələləri istiqamətində tədqiqat, T.Ozalın “iqtisadi möcüzələr” inin region və türkdilli dövlətlər üçün optimal model olduğu göstərilmişdir. Z.Məmmədov monoqrafiyanın hazırlanmasında son vaxtlarda Türkiyədə nəşr olunmuş elmi ədəbiyyatlardan geniş istifadə etmişdir. İlk dəfə olaraq onun əsərində Mərkəzi Asiyanın türk respublıkalarının Türkiyə ilə iqtisadi əlaqələrinin bəzi aspekləri barədə mülahizələr irəli sürülmüşdür. A.Əliyev, Ə.Qasımov, N.Qasımovun (“İpək yolu”bəşəriyyətin tərəqqi yoludur” 1999), həmçinin Z.Səmədzadənin (“Dünya iqtisadiyyatı. Çin “ iqtisadi möcüzəsi” 2001) kitabları tarixi ipək yolunun yenidən dirçəldilməsi, ipək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransının materialları və Avropa Birliyinin bu nəhəng layihəsinin gerçəkləşəcəyi tədqirdə onun Azərbaycanın və bütövlükdə türk dünyasının inteqrasiya prosesində önəminə həsr olunub.Akademik Z.Səmədzadənin monoqrafiyasiyası tarixi İpək yolunun bərpası və region ölkələri üçün əhəmiyyətindən bəhs edir. Əsərdə Avropa Birliyinin TRASEKA proqramı çərçivəsində nəqliyyat- kommunikasiya şəbəkəsinin genişləndirilməsinin yaxın gələcəkdə regional inkişafa təkan verəcəyi, inteqrasiya prosesini sürətləndirəcəyi əsaslandırılmışdır. D.Vəliyev və Y.Babayevin 1990- cı illərin əvvəllərində nəşr olunmuş əsərində (“Türkiyə, T.Ozal İqtisadi möcüzələr.” 1990) T.Ozalın “iqtisadi möcüzələr”i konkret rəqəmlər və maraqlı ümumiləşdirmələrlə diqqəti cəlb edir. Kitab Türkiyə iqtisadiyyatının, xüsusən T.Ozal islahatlarının öyrənilməsi yolunda ilk addımlardandır.
2.Türkiyə tarixşünaslığı. Türkiyədə nəinki Mərkəzi Asiyanın, həmçinin, dünyaya səpələnmiş türk etnik azlıqlarının sosial-iqtisadi, mədəni və siyasi həyatı barədə genişmiqyaslı tədqiqatlar aparılmışdır. Xüsusən, SSRİ-nin dağılmasından sonra türk dünyası və müasir şəraitdə Türkiyənin regionda roluna dair bir çox əsərlər yazılmışdır. Professor M.Saray (“Yeni türk cümhuriyetleri tarihi “ 1999) yeni yaranmış türk dövlətlərinin tarixi üzərində araşdırmalar apararkən XIX əsrin ikinci yarısından başlayaraq XX əsrin sonlarına kimi böyük bir dövrü tədqiqata cəlb etmişdir. Çarizmin müstəmləkə siyasəti, regionun sosial – iqtisadi vəziyyəti, sovet Rusiyası tərəfindən Orta Asiya və Qazaxıstanın yenidən işğalı və bundan sonrakı proseslər ensiklopedik formada tədqiqatda öz əksini tapıb. SSRİ- nin dağılması və yeni türk respublikalarının yaranması prosesi təsvir olunub, SSRİ əhalisinin 1989- cu il siyahıyaalınması əsasında regionun etnik durumu barədə təhlil aparılıb. Professor M.Saray 1991- ci ilin avqust qiyamı zamanı Mərkəzi Asiyada olduğundan bu zaman regionun hər bir respublikasında yaranmış ictimai- siyasi vəziyyətlə bağlı maraqlı məlumatları əsərinə cəlb etmişdir. Onun kitabı regionda müstəqil dövlətlərin yaranması prosesini izləmək üçün zəngin informasiya yükünə malikdir. İ.Uludağın (“Sovetlər Birliyi sonrası bağımsız türk cümhuriyyetleri və türk qruplarının sosial ekonomik analizi, Türkiye ile ilişkiler” 1992) tədqiqatında əsas diqqət Türkitə ilə iqtisadi münasibətlərə, yeni yaranmış türk respublikalarının sosial- iqtisadi durumunun təhlilinə həsr olunmuşdur. H. Doğanayın ( “Türkiyenin coğrafi konumu və bundan kaynaklanan diş tehditler.”1989), V.Gumpelin (“Orta Asiya cümhuriyyetlerinde ekonomik gelişmeler ve Türkiyenin katkıları “ 1998) araşdırmaları soyuq müharibədən sonra Türkiyənin dünyada geostrateji mövqeyi, yeni yaranmış türk respublikalarının inteqrasiya problemlərinə həsr olunub. Müəlliflər daha çox problemin nəzəri tərəflərinə geniş yer ayırdığından subyektiv mülahizələr üstünlük təşkil edir. Türkiyə tarixşünaslığında da Türkiyə İş Birliyi və Kalkınma Ajansının (TİKA) sifarişi ilə aparılmış tədqiqatlar iqtisadi münasibətləri öyrənmək baxımından qiymətlidir.R.Abasovun (“ Bağımsız Kırğızıstan, İpek yolunda 10 zor yıl “2002), T.Aydının (“Türkiye Orta Asiya türk cümhuriyyetleri arasında ekonomik ilişkiler” 1997), P.Akçalının (“Orta Asiya türk cümhuriyyetlerinin bağımsızlıq dönemi temel sorularına genel bir bakış “2001) mövzuyla bağlı tədqiqatlarında yeni türk respublikalarının müstəqillik əldə etməsi, dövlət quruculuğu prosesində meydana çıxan problemlər, Türkiyənin bu istiqamətdə ardıcıl siyasət yürütməsi məsələlərindən bəhs olunur. Mərkəzi Asiyanın spesifik xüsusiyyətləri içərisində regionun etnik mənzərəsini daha çox tədqiqatına cəlb edən I.Ballın “Avrasiya Etüdlər”, “Bilik Dərgisi” və s. jurnallarda çap etdirdiyi məqalələrdə irəli sürdüyü elmi mühakimələri maraqlıdır. Onun əsərlərində SSRİ- nin dağılması ərəfəsində regionda islsm dininə qayıdış, etnik özünüdərk və bunun Türkiyə ilə münasibətlərə təsiri məsələləri işıqlandırılır. F.Hüseynov (“Avropa Birliyi – Türk cümhuriyyetleri ve Türkiye.” 1995) Türkiyə və Avropa Birliyi münasibətlərinin Türk dünyasına verəcəyi siyasi- iqtisadi dividentləri təhlil edir, bu baxımdan Türkiyənin təşəbbüsü ilə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm perspektivlər vəd etdiyi qənaətinə gəlir. Türk tarixçiləri T.Kauran (“Hayır diye bilen Türkiye.”1995), H.Doğanay (“Türkiyenin coğrafi konumu ve bundan kaynaklanan dış tehditler”1989), R.Ozey “dəmir pərdə” aradan qalxdıqdan sonra Türkiyənin geopolitik əhəmiyyətinin, yeni dünya düzənində siyasi çəkisinin daha da artmasından bəhs edirlər. “Soyuq müharibə” zamanı NATO- nun Şərq sərhədlərini qoruyan Türkiyənin artıq birqütblü dünyada əvvəlki missiyasını yerinə yetirilməsinə lüzum qalmadığını əsaslandıran Qərb tədqiqatçılarının fikirlərinə rəğmən, yeni türk dövlətlərinin yaranması və NATO- nun Şərqə doğru genişlənmə planını uğurla həyata keçirməsi səbəbi ilə Türkiyənin geopolitik əhəmiyyəti az aktuallığını qoruyub saxlamışdı. Türk tədqiqatçılarının qənaətincə, dəyişən reallıqlarda Türkiyə aktiv xarici siyasət kursunu daha da intensivləşdirməli və bu konteksdə yeni yaranmış türksoylu dövlətlərlə münasibətlərə xüsusi önəm verməlidir.
3.Mərkəzi Asiya respublikalarında bu istiqamətdə aparılan araşdırmalar təşkil edir. V.V.Amelin (“Межнациональное конфликты в республиках Средней Азии, и роль общественных движений и политических партий в их разрещении.” 1992 ), A.M.Bespalov (“Роль молодежных организациив процессе обновления советского общества.” 1991), B.Karsanov (“ Общественно- политическая жизнь Казахстана.” 1995), 1991- 2001-ci illərdə regionun ictimai- siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən çoxpartiyalı sistemə keçid, ziyalıların rəhbərliyi ilə çoxsaylı ictimai hərəkatların yaranması, gənclər təşkilatlarının yeniləşən sovet cəmiyyətində rolu məsələlərindən bəhs etmişlər. İ.Feyzullayev ( «Процессы укрепления государственной независимости Узбекистана» 1999). Özbəkistanın dövlət müstəqilliyinin möhkəmlənməsinin nəzəri və siyasi əsaslarının mahiyyətini, dövlət quruculuğu prosesi, regionda demokratik təsisatların formalaşması məsələlərini tədqiqatına cəlb etmişdir. Mərkəzi Asiya tarixşunaslığında ölkə prezidentlərinin – İ.Kərimov, N.Nazarbayev və S.Niyazovun kitabları mühüm yer tutur. Bu əsərlər sözügeden ölkələrin müstəqillik əldə etməsi, dövlət quruculuğu prosesinde meydana çıxan problemlər və onların həlli, xarici siyasət məsələləri, ölkə iqtisadiyyatının dirçəldilməsində investisiya layihələri, beynəlxalq təşkəlatlarla əməkdaşlıq, regional milli təhlükəsizlik və s. aspektləri izləməyə imkan verir.
4. Rusiya və Qərb alimlərinin araşdırmaları daxil edilmişdir. V.Komorov(“Инвестиции в странах Централъной Азии и Закафказъя.”2000). Ə.Urazova (“Тенденция развития экономического сотрудничества Турции с постсоветскими тюркскими государствами.”). Mərkəzi Asiya respublikalarının bazar iqtisadiyyatı münasibətləri şəraitində inkişaf meyllərini tədqiq etmişlər. Müəlliflər regionun karbohidrogen ehtiyatlarının istismarı və dünya bazarına nəqli üçün iri investisiyaların cəlb olunmasının zəruriliyini vurğulamışlar. Müstəqilliyin ilk illərində investisiya risklərinin böyük olmasına baxmayaraq, Türkiyənin regionda fəal iqtisadi siyasət yürütməsi, türk iş adamlarının müştərək layihələr reallaşdırması Mərkəzi Asiyanı dünyanın maliyyə təşkilatları və biznes qurumları üçün cəlbedici etmişdir. Qırğızıstanın milli təhlükəsizliyi üçün böyük problem kimi qiymətləndirilən terrorizm və Batıken hadisələri N.Omuraliyev, A.Elebayevanın (70) araşdırmalarıda öz əksini tapıb. Terrorçu dəstələrin 1999-cu ilin yay və payızında respublikanın sərhədlərini pozması bütün region dövlətlərinin birgə səyi ilə aradan qaldırılsada ciddi narahatlıq doğurmuşdur. Bundan sonra region alimləri terror təhlükəsi və bununla əlaqəli digər problemlərin tədqiqinə geniş yer ayırmışlar. Qərb tədqiqatçıları A.Bohr, A.Banuarizi, Morton və s. əsərlərində daha çox geostrateji məsələlərə önəm vermişlər. Amerikan analitiki Z.Bjezinski (“Великая шахматная доска.”2002) Mərkəzi Asiyanı Avropanın Balkanları ilə müqayisə etmış, burada maraqları kəsişən iri güc mərkəzlərinin, o cümlədən, ABŞ-ın strategiyası barədə fikirlərini açıqlamışdır.
1916-cı ilin axırlarında-1917-ci ilin əvvəllərində ölkədə inqilabi mübarizə o qədər gücləndi ki, bu mübarizə çar mütləqiyyətini kökündən sarsıtdı. İmperialist müharibəsinə qarşı xalqın etirazı, çarizmə və kapitalist zülmünə qarşı fəhlələrin mübarizəsi, mülkədar torpaq sahibliyini ləgv etmək uğrunda kəndli hərəkatı, milli zülmü ləgv etmək uğrunda Rusiyanın ucqarlarında yasayan xalqların mübarizəsi vahid axın halında birləşirdi.
1917-ci il fevralın 26-da Baş nazir Dumanın buraxılması əmrini verdi. Baş nazir çarın adından Dumanın buraxılması əmrini versə də onun əmri yerinə yetirilməmişdi. Əsgərlərin çoxu əmrə itaət etmirdi. Rodziyenkonun sədrliyi altında
müvəqqəti Duma komitəsi yaradıldı. Bu komitədə ifrat sağlar və bolşeviklərdən başqa bütün partiyaların nümayəndələri vardı. Nümayişə çıxan fəhlələr, sənətkarlar və əsgərlər hökumətə qarşı mübarizə aparırdılar. 1905-ci il inqilabından sonra inqilabçıların kimisi öldürülmüş, kimisi Sibirə sürgün olunmuş, bir qismi də Qərb ölkələrinə qaçaraq canlarını qurtarmışdılar.Birdən-birə partlayan bu inqilaba istiqamət verəcək liderlərə ehtiyac vardı.
Xalq həbsxanalara hücum edərək məhkum və həbsdə olanları azad etdi.Onların arasında sosial-demokratların, bolşevik və eserlərin də liderləri vardı. Bu partiyaların nümayəndələri zavodlara, fabriklərə gedərək iğtişaşın artmasına çalışdılar.Duma yerləşən Tavriya sarayına yollandılar. Sovetin toplanması üçün başlanan hazırlıq işlərində iştirak etdilər. Bu çalışmaların nəticəsində tezliklə Müvəqqəti İcra Komitəsi yaradıldı. Həmin axşam yəni, fevralın 27-də Peterburq Sovetinin toplanmasına qərar verildi. Menşevik liderlərindən Çxeidzenin sədrliyi altında o axşam Peterburq Soveti toplandı və inqilabın qələbə çaldıgını elan etdi. Qərara alındı ki, fəhlə soveti bundan sonra “Fəhlə və əsgər deputatları Soveti” adlandırılsın.“İcra Komitəsi” və başqa komissiyalar bu Sovetə daxil oldular. Duma müvəqqəti komitəsi sonradan Lvovun rəhbərliyi altında yenidən yaradılaraq Müvəqqəti hökumət adını aldı. Lakin ölkə daxilində bu hökumətin heç bir etibarı və nüfuzu olmadı.
Beləliklə, ölkədə iki hakimiyyət-Müvəqqəti hökumət və fəhlə-əsgər deputatları soveti yaradılmışdı. Xalqın inqilabdan həllini gözlədiyi məsələlər aşagıdakılar idi:
1. Rusiyanın müharibədən çıxaraq sülh əldə etməsi və gizli müqavilələrin ləgvi.
2. Müəssislər məclisinin tezliklə toplanması.
3. Torpaq islahatı problemi.
4. İşçilərin fabriklər üzərində nəzarət məsələləri.
5. Ölkənin hər yerində bərbad və dağınıq olan istehsalın yenidən təşkil edilməsi.
6. Rus əsarətində olan millətlərin hüquq və azadlıqlarını əldə etməsi.
Müvəqqəti hökumət və Sovetlər bu məsələlərin heç birini həll edə bilmədilər. Partiyalar bir-birləri ilə çəkisir və nə edəcəklərini bilmirdilər. Fevral inqilabının başladığı gündən qərarsızlıq hər tərəfdə baş alıb gedirdi. Müvəqqəti hökumətin üzvlərindən tutmuş polis məmuruna, vətəndaşa qədər bütün siniflərdən olan insanlar inqilabın gedişində müəyyən bir aydınlıq görmürdülər. Peterburq və Moskvanın ardınca inqilabi çıxışlar bütün ölkəni bürüdü. Gizli fəaliyyət vəziyyətindən çıxan bolşeviklərin rəhbərliyi altında fəhlələr işi dayandırır, nümayişlər təşkil edir, polisi tərksilah edir, siyasi məhbusları həbsxanalardan azad edir, çar hakimiyyəti orqanları nümayəndələrini vəzifədən götürür və Sovetlərə deputatlar seçirdilər. Yerlərdə fəhlələrin çıxışı, əsgərlərin də onlara qoşulması köhnə hökumət orqanları tərəfindən hər cür müqavimət göstərilməsi imkanını aradan qaldırdı.
Mütləqiyyətin devrilməsi xəbəri alındıqdan sonra milli ucqarlarda o cümlədən, Orta Asiyada, Volqaboyu və Sibirdə fəhlələr və əhalinin demokratik təbəqələri Sovetlər yaratmağa, köhnə hakimiyyət orqanlarını ləğv etməyə başladılar. Orta Asiyanın şəhər, qışlaq və aullarında kütləvi mitinq və nümayişlər baş verirdi. Orta Asiyada birinci olaraq martın 3-də Daşkənd fəhlə deputatları Soveti, martın 5-də isə əsgər deputatları Soveti yarandı və az sonra bunlar fəhlə və əsgər deputatları Sovetində birləşdilər. Rus əhalisi yaşayan qəsəbələrdə kəndli deputatları Sovetləri, yerli əhali içərisində isə müsəlman fəhlə deputatları Sovetləri və müsəlman zəhmətkeş ləri ittifaqı yaranırdı.
1917-ci il oktyabr çevrilişindən sonra hakimiyyətə gələn bolşeviklər bərabərlik və xalqların öz müqəddəratını təyinetmə prinsipini irəli sürsə də işdə imperiyanın keçmiş müstəmləkələrindən olan xalqlara öz talelərini özlərinin həll etmələrinə imkan verilmədi. Rusiyanın başqa ucqarlaırnda oldugu kimi, Orta Asiyada da Sovetlər hakimiyyətinin yaradılması uğrunda mübarizə oktyabr inqilabının tərkib hissəsi idi. Burada Sovetlərin qələbəsi Kommunist partiyası başda olmaqla fəhlə sinfinin rəhbərliyi altında baş verirdi.
1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının yaradıldığı elan edildi.
1925-ci ilin fevralında Özbəkistan və Türkmənistan respublikalarının Sovetlər qurultayları keçirildi. Həmin qurultaylarda bu respublikaların SSRİ tərkibinə daxil olması haqqında qərarlar qəbul edildi. 1925-ci il mayın 13-də SSRİ-nin üçüncü Sovetlər qurultayı Özbəkistan SSR-ni və Türkmənistan SSR-ni Sovet Sosialist Respublikaları İttifaqı tərkibinə qəbul etdi. 1936-cı ilin 5 dekabrında isə Qırğızıstan və Qazaxıstan Muxtar Sovet Sosialist Respublikaları RSFSR-in tərkibindən çıxarılaraq rəsmi olaraq SSRİ-nin tərkibinə daxil edildilər. Həmçinin Qaraqalpaq muxtar vilayəti Özbəkistan SSR-in tərkibinə birləşdirildi.
Orta Asiya respublikalarında bərpa dövrü bir qədər uzun çəkdi. Orta Asiyada mülkədar torpaq sahibliyi 1925-1927-ci illərin torpaqsu islahatına qədər mövcud idi. Torpaq-su islahatları torpaq və su üzərində yerli əhali ilə buraya köçürülmüş kəndlilərin hüquqlarını bərabərləşdirdi. Orta Asiyada xalq təsərrüfatının bərpası yalnız 1927-1928-ci illərdə başa çatdırıldı.
Sənayeləşdirmə birinci növbəli vəzifə kimi hələ 1925-ci ilin sonunda irəli sürülmüşdü. Ənənəvi sənayeləşdirmədən fərqli olaraq SSRİ-də sənayeləşdirmənin ağır sənayenin inkişafından, istehsal vasitələri istehsalından başlanması nəzərdə tutulurdu. Bu xətt “sosialist sənayeləşdirməsi” adlandırılırdı. Onun başlıca məqsədi ölkənin sosial-iqtisadi geriliyini aradan qaldırmaqdan, iqtisadi cəhətdən xaricdən asılılığı yox etməkdən, ilk növbədə baza sənaye sahələrini inkişaf etdirməkdən ibarət idi.
Zəruri maddi və maliyyə vəsaitlərinin olmaması üzündən bu vəzifələrin yerinə yetirilməsi ləngiyirdi. Dünya ölkələri də ictimai qurulusu yad bir ölkəyə yardım etmək, borc vermək istəmirdilər. Yeganə yol bu vəsaitləri daxildə tapmaq idi.Bunun üçün ölkədə olan vəsaitlərin bölgüsünü daha çox mərkəzləşdirmək, ona möhkəm nəzarət etmək tələb olunurdu. Bu da mərkəzləşdirilmis planlaşma əsasında mümkün idi. Ona görə də 1927-ci ildə ilk beşillik plan hazırlandı. O, 1928-1932-ci illəri əhatə edirdi. Planda ölkəni sənayeləşdirmək üçün daxili ehtiyat mənbələrində istifadə olunması ön plana çəkilirdi.
Sənayeləşmə gedişində ciddi səhvlərə də yol verilmişdi. İlk növbədə sənayeləşmə kütlələrin, xüsusən kəndlilərin dilənçiləşməsi hesabına aparılmışdı. İkinci, sənayeləşmə, xüsusən ağır sənayenin inkisafı çox sürətlə aparılmışdı. Bu da əhalinin istismarı hesabına edilmişdi. Üçüncüsü, sənayeləşmə siyasəti SSRİ-nin totalitar dövlət kimi formalasmaşının başlıca şərti olmuşdur. Dördüncüsü, sənayeləşmə Sovet imperiasının mustəmləkəçilik siyasətini daha da gücləndirmişdi. Ucqarlar, o cümlədən türk xalqları yaşayan ərazilər sənaye üçün xammal mənbəyinə çevrilmişdilər.
20-ci illərdə həyata keçirilən tədbirlərdən biri də kollektivləşdirmə siyasəti idi. Burada məqsəd fərdi kəndli təsərrüfatlarını kolxoz və sovxozlarda birləşdirmək, dövlət idarəçiliyinə verməkdən ibarət idi. 1929-cu ildən başlanan bu proses çox ağrılı keçmiş və faciəli nəticələrə gətirib çıxarmışdır. Kollektiv təsərrüfatların təşkilinin könüllülük prinsipləri əsasında həyata keçirilməsi bildirilsə də, lakin işdə onlar zoraki yolla təşkil edilirdi. Kolxoza üzv olmaq istəməyənlər qolçomaqlıga salınır, həbs edilir, istehsal vasitələrindən məhrum edilirdilər. Kollektivləşdirməni ilk növbədə başlıca taxıl rayonlarında- Simali Qafqazda, Volqaboyunun bəzi rayonlarında həyata keçirmək tələb olunurdu. Bu yerlərdə kollektivləşdirmə 1930-cu ilin payızı, yaxud 1931-ci ilin yazında başa çatdırılmalı idi. Digər rayonlar üçün də bu cür “ikili” müddətlər göstərilirdi. Başlıca məqsəd aşagı pillələrdəki fəalların kollektivləsşirməni birinci müddətdə, hətta ondan əvvəl yerinə yetirməyə səy edəcəklərini gözləmək idi. Bu, bas tutsa idi partiya rəhbərliyinin qələbəsi kimi qəbul olunacaqdı. əgər bu baş tutmasa, kəndlilərin narazılıgı genişlənsə, bütün nöqsanlarda yerlərdə əyintilərə yol verənləri günahlandırmaq olar, partiya rəhbərləri isə günahsız qalardılar.
Çox yerlərdə on minlərlə ortabab kəndlilər də qolçomaqlıga salınmışdılar. Bəzi rayonlarda kolxoza girməkdən imtina etdiyinə görə ortabab kəndlilərin 80 faizi qolçomaq əlaltısı kimi mühakimə olunmuşdu. Minlərlə adam soyuq vaqonlarda Urala, Sibirə, Qazaxıstanın şaxtalı ərazilərinə göndərilmişdilər. Təqribi hesablamalara görə bu qəbildən repressiyalara məruz qalanların sayı 10 milyondan çox olmuşdu. Orta Asiya respublikalarında da kollektivləşmə prosesi başlandı. İlk növbədə aqrar sahədə kollektiv təsərrüfatlar yaranmaga başlamışdı.
Sosialist islahatlarının tərkib hissələrindən biri də Sovet mədəni quruculugu idi. Mədəni quruculuqda Sovet siyasətinin mahiyyətini bolşevik rejiminə xidmət edən yeni təhsil sistemi və mədəni maarif şəbəkəsi yaratmaq, kommunizm ideologiyası ilə aşılanmıs kadrlar yetişdirmək təşkil edirdi. Sosialist ideologiyasına, sovet quruluşuna sadiq olan, onu irəli aparan yeni ziyalı ordusunun formalaşdırılması mədəni quruculugun ən zəruri vəzifələrindən biri idi. Ziyalı kadrların hazırlanmasında ali təhsil müəssisələri mühüm rol oynamışdılar.SSRİ-də 1932-ci ilin sonlarından etibarən həyata keçirilən pasportlaşma sistemi bəzi bölgələr əsasən sərhəd rayonları istisna olmaqla, kəndlilərə tətbiq edilməmişdi. Kəndlilərə pasport verilmirdi və bunun da nəticəsində onlar bir yerdən başqa yerə getmək hüququndan məhrum olurdular. Xalq arasında bu qərarı “bolşeviklərin ikinci təhkimçilik hüququ” adlandırırdılar. 1930-cu ildən 1953-cü ilədək davam edən repressiyalar nəticəsində praktiki olaraq bütün müsəlman ruhaniləri, milli ziyalı təbəqəsinin əsas hissəsi sıradan çıxarıldı. Təsadüfi deyil ki, repressiyalara məruz qalanlar içərisində “düşmən casusu”, “panislamist”, “pantürkist” adlandırılanlar üstünlük təşkil edirdilər. Bütün SSRİ-də aparılan bu siyasət türk xalqlarını məhv etmək, onların dilini əllərindən almaq, tarixi köklərindən ayırmaq, onları çoxəsrlik qədim tarixindən məhrum etməyə hesablanmışdı. Partiya orqanlarından yerli kadrlar çıxarılır, müxtəlif böhtanlarla həbs olunurdular. Onları əsasən rus məmurları əvəz edir və beləliklə, yerli əhali idarəçilikdən kənarlaşdırılırdı. Bu da türk xalqları yaşayan bölgələrdə Mərkəzə oxşar totalitar avtoritar rejimin formalasmaşına səbəb oldu.
İkinci dünya müharibəsi imperialist ölkələrinin qeyri-bərabər inkişafı və onlar arasında ziddiyyətlərin dərinləşməsi nəticəsində baş verdi. Hitlerçilərin işğalçılıq planlarına görə türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı olacaq “Böyük Türküstan” dövləti yaradılması nəzərdə tutulurdu. Şimali və Cənubi Azərbaycan, Orta Asiya, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstan bu dövlətin tərkibinə daxil olmalı idi.
Sovet rəhbərliyi ölkəni vahid hərbi düşərgəyə çevirmək məqsədi ilə ciddi tədbirlər gördü. Bütün xalqı faşizmə qarşı müharibəyə səfərbər etmək üçün ideoloji və siyasi tədbirlər gücləndirilirdi. Ölkə iqtisadiyyatı hərbi relslər üzərində yenidən qurulmağa başlandı. Hərbi qayda-qanunlar tətbiq olundu. Partiya, dövlət və təsərrüfat orqanlarının, ictimai təskilatların işi müharibə dövrünün tələblərinə uygun olaraq yenidən qurulmuşdu. Volqaboyunda, Uralda, Qərbi Sibirdə, Orta Asiyada yeni hərbi komplekslər yaradıldı. Fəhlə və qulluqçuların xeyli hissəsinin döyüşən orduya çagrılması ilə əlaqədar olaraq, müəssisə və idarələrin fasiləsiz işləməsini təmin etmək üçün tədbirlər görüldü. Əhalini ərzaq və sənaye məhsulları ilə fasiləsiz təmin etmək məqsədi ilə təchizat norması qoyularaq kartoçka sisteminə keçildi.
Düşmən hücumuna məruz qalan Qərb rayonlarından sənaye və digər obyektlərin, əhalinin Şərqə köçürülməsi tədbirləri həyata keçirilmişdi. Bu işə rəhbərlik edən xüsusi Köçürmə Şurası yaradılmışdı. Faşizmə qarşı mübarizədə Sovet imperiyası tərkibində olan xalqlar, o cümlədən türk xalqları fəal iştirak etmişdilər. Onların bütün maddi, mənəvi və insan ehtiyatları sovet-alman müharibəsinə səfərbər edilmişdi. Bu xalqların da yerüstü və yeraltı sərvətləri müharibənin ehtiyaclarına yönəldilmişdi. Həmin xalqlardan müharibəyə səfərbərliyə alınanlardan 80 milli diviziya və briqada yaradılmışdı. Onlar öz doğma vətənlərindən uzaqlarda “vətəni” müdafiə etmiş, çoxları öz həyatlarını qurban vermişdilər. Buna cavab olaraq isə Sovet rəhbərliyi bir sıra xalqları, o cümlədən Krım tatarlarını, bulqarları, qaraçaylıları, balkarları , ahıska türklərini və başqalarını öz dogma vətənlərindən, guya cəbhədən uzaq yerlərə-Sibirə, Orta Asiyaya köçürmüşdü. Köçürülənlərin çoxu düşdükləri şəraitə dözə bilməyərək həlak olurdular. Müharibədən sonrakı illərdə türk xalqları SSRİ-nin xalq təsərrüfatının bərpasında fəal iştirak etmişdi.
XX əsrin 80-ci illərinin II yarısı – 90-cı illərinin əvvəllərində dünya sosialist sisteminin iflası, dünyanın siyası xəritəsində yeni müstəqil dövlətlərin meydana çıxması ilə beynəlxalq aləmdə yeni dünya düzəni formalaşdı.

Do’stlaringiz bilan baham:

Ma’lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2023
ma’muriyatiga murojaat qiling

Comments are closed, but trackbacks and pingbacks are open.